Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-600/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Turabov Azerin iştirakları ilə, 22 iyun 1970-ci il tarixdə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, Azerbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş X1 Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Turabov Azerə verilmiş ittihama əsasən o, təkrarən qumar oyunlarını təşkil etməklə keçirmiş, habelə, qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır. Belə ki, Turabov Azer icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə 27 aprel 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Bairamov Asim, Şahid1, Şahid3 və Şahid4 həmin evə dəvət edib oraya masa və oturacaq yerləşdirib qumar oynanılması üçün uyğun şərait yaratmış, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, onların qumar oynadığı müddətdə həmin evə kənar şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 27 aprel 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qeyd edilən ünvanda tamah məqsədi ilə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlayaraq, həmin şəxslərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan, uduşu qeyri- müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Turabov Azer icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə 28 aprel 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün Bairamov Asim, Şahid1, X2 və Şahid4 həmin ünvanda yerləşən evə dəvət edib, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, onların qumar oynadığı müddətdə evə kənar şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 28 aprel 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qeyd edilən ünvanda təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlayaraq, həmin şəxslərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan, uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmişdir. Bundan başqa, Turabov Azer icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə 29 aprel 2024-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda həmin evə qumar oyunu oynamaq üçün Bairamov Asim, Şahid1, Şahid3 və Şahid4 dəvət edib, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, onların qumar oynadığı müddətdə evə kənar şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 29 aprel 2024-cü il tarixdə qeyd edilən ünvanda tamah məqsədi ilə təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlayaraq, qeyd edilən şəxslərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan, uduşu qeyri- müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2024-cü il tarixdə saat 16.33-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda onun iştirakı ilə baxış və götürmə aparılarkən Bairamov Asim, Şahid1, Şahid3 və Şahid4 qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən qumar oyunlarından əldə edilmiş 478 manat pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, eləcə də Turabov Azerin qumar oyunlarından əldə etdiyi 31 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür. Bununla da, X3 Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Turabov Azer özünü AR CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş, həmin qeyri-yaşayış sahəsini icarəyə götürməyi ilə bağlı hər hansı bir icarə müqaviləsi olmamış, tanışları Şahid1, Şahid4, Şahid3 və X4 da onun icarəyə yer götürməsindən məlumatlı olmuşlar. 2024-cü ilin aprel ayının ortalarında adları qeyd edilən şəxslər ona rahat bir yerdə oturub qumar oynamaq istədiklərini, lakin bir yer tapa bilmədiklərini demiş, buna görə də ondan icarəyə götürdüyü yerdə qumar oynamalarına şərait yaratmasını xahiş etmiş, o, bununla razılaşmışdır. Həmin yer iki otaqdan ibarət olmuş, o, tanışlarının həmin yerdə qumar oynaya bilməsi üçün bir ədəd masa və dörd ədəd stul almış və həmin əşyaları icarəyə götürdüyü qeyri-yaşayış yerində yerləşdirmiş, qumar oynayan şəxslərin çöl tərəfdən görünməməsi üçün həmin qeyri-yaşayış sahəsində olan pəncərələrə pərdələr çəkmiş, oyunçuların kart vasitəsi ilə qumar oynamaları üçün bir dəst kart alıb masaya qoymuş, bundan əlavə olaraq obyektin içərisində çay dəmləmək və qaynatmaq üçün əşyalar alıb yerləşdirmiş, xeyli sayda şirniyyat alıb həmin obyektdə qoymuş, beləliklə də, həmin obyekti qumar oynamaq üçün tam hazır vəziyyətə gətirmişdir. O, bundan sonra adları qeyd edilən tanışlarına istədikləri zaman gəlib həmin obyektdə kart oynaya biləcəklərini demişdir. Beləliklə də, birinci dəfə 27 aprel 2024-cü ildə Mövlə, Yaşar, Elzar, Asim onun işlədiyi obyektə gəlmiş, o, işlədiyi avtomobil boya yerinin yaxınlığında kirayələdiyi ev tipli yerə həmin şəxsləri qumar oynaması üçün aparmış, onlar həmin obyektin içərisinə daxil olmuş və kart vasitəsi ilə qumar oynamağa başlamış, o, ümumi gedişə nəzarət etmiş və başqa bir yad adamın otağa daxil olmasına imkan verməmiş, yəni oyunçuların rahat və təhlükəsiz şəkildə pul müqabilində kart dəsti ilə qumar oynamışlar, ikinci dəfə 28 aprel 2024-cü il tarixdə həmin tanışları, yəni Mövlə, Yaşar, Elzar və Asim yenə onlara həmin formada şərait yaratmalarını xahiş etmiş, o, həmin gün yenə də həmin qaydada onların qumar oynamalarına şərait yaratmış, üçüncü dəfə 29 aprel 2024-cü il tarixdə o, həmin şəxsləri həmin qeyd edilən ünvanda onların qumar oynamalarına şərait yaratmışdır. Həmin şəxslərə qumar oynamağa şərait yaratdığına görə qumar oynayan şəxslər ona pul vermişlər. 27 aprel 2024-cü il, 28 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixdə Asim, Mövlə, Yaşar, Elzar ona qumar oynamağa yer təşkil etdiyinə görə hər dəfə 40 manat pul vermişlər. Sonuncu dəfə, yəni 29 aprel 2024-cü il tarixdə polis əməkdaşları qumar oynanılan yerə gəlmiş və orada qumar oyunlarının keçirilməsini müəyyən etmişdir. Polislərin sorğu-sualları zamanı həmin şəxslərin qeyd edilən yerdə qumar oynamaları və onun həmin ünvanda Elzar, Mövlə, Yaşar, Asimə qumar oynamaları üçün yer təşkil etməsi məlum olmuşdur. Polislər baxış keçirərkən həmin ev tipli yerdən kart dəsti, qumar oyunlarının oynanılması zamanı istifadə edilən pul vəsaitləri aşkar edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Bairamov Asim 06 may 2024-cü il tarixli ifadəsində bildirmişdir ki, orta təhsilini Gürcüstan Respublikası, Bolinisi rayonu, Kəpənəkçi kəndi tam orta məktəbdə Azerbaycan sektorunda, Azerbaycan dilində almış, Azerbaycan dilində sərbəst yazıb-oxuya bildiyinə görə tərcüməçinin iştirakını istəməmişdir. O, mahiyyəti üzrə bildirmişdir ki, X5 ilə eyni bölgədəndir, dostdur, onu uşaqlıqdan tanımışdır. X5 ünvan 5 ünvanında yerləşən avtomobil təmiri yerini, yaşayış yerinə bənzər tikilini icarəyə götürmüş, o, bu məsələdən məlumatlı olmuş, tanışları Elzar, Mövlə və Yaşarla birlikdə neçə vaxtdır ki, qumar oynamaq istəmiş, lakin polis əməkdaşları bir sıra yerlərə baxış keçirib, qumar oynayan şəxsləri ifşa etdiklərinə görə qumar oynamaq üçün normal bir yer tapa bilməmişdir. Buna görə də ona rahat və təhlükəsiz şəraitdə qumar oynaya biləcəyi bir yer lazım olmuşdur. Buna görə də o, Azerə icarəyə götürdüyü yerdə qumar oyunları oynamalarına şərait yaratması üçün o və adları qeyd edilən şəxslər Azerə bu barədə müraciət etmişlər, o, Azerə əgər qumar oynamaq üçün ona və digər adı qeyd edilən 3 şəxsə şərait yaratsa, ona pul formasında hörmət də edəcəklərini demiş, Azer də razılaşmış, Azer onların qeyd edilən yerdə qumar oynaya bilmələri üçün obyektə bir ədəd masa və dörd ədəd stul almış və həmin əşyaları obyektdə, yəni kirayələdiyi həmin ev kimi olan yerə yerləşdirmiş, onlar qumar oynayarkən çöl tərəfdən görünməmələri üçün Azer həmin ev tipli yaşayış yerində olan pəncərələrə pərdələr çəkdirmiş, onun adlarını qeyd etdiyi şəxlsərlə birlikdə kart vasitəsi ilə qumar oynaması üçün bir dəst kart alıb masaya qoymuş, bundan əlavə olaraq obyektin içərisində çay dəmləmək və qaynatmaq üçün əşyalar alıb yerləşdirmiş, xeyli sayda şirniyyat alıb gətirmiş, yəni həmin obyekti qumar oynamaq üçün tam hazır vəziyyətə gətirmiş, beləliklə də, birinci dəfə 27 aprel 2024-cü ildə onlar, yəni adları qeyd edilən 4 şəxs Azerin işlədiyi yerin yanındakı kirayələdiyi həmin ev tipli obyektə getmiş, onlar həmin obyektin içərisinə daxil olmuş, kart vasitəsi ilə qumar oynamağa başlamış, Azer də ümumi gedişə nəzarət etmiş, başqa bir yad adamın otağa daxil olmasına imkan verməmiş, yəni onlar rahat və təhlükəsiz şəkildə pul müqabilində kart oynamışlar. İkinci dəfə 28 aprel 2024-cü il tarixdə onlar yenə Azerdən onlara həmin formada şərait yaratmalarını xahiş etmiş, Azer də həmin gün yenə də həmin qaydada onlara qumar oynamalarına şərait yaratmış, üçüncü dəfə 29 aprel 2024-cü il tarixdə Azer onların xahişinə görə həmin yerdə yenə də onların, yəni o, Mövlə, Yaşar və Elzarın qumar oynamağına şərait yaratmışdır. O, qumar oynamağa şərait yaratdığına görə Azerə pul verdiklərini, sonuncu dəfə 29 aprel 2024-cü ildə ona, yəni Azerə 40 manat pul verdiklərini bildirmişdir. 29 aprel 2024-cü ildə polis əməkdaşları onlar qumar oynadıqları həmin yerə gəlib baxış keçirmiş, baxış zamanı obyektdən kart dəsti, qumar oyunlarının oynanılması zamanı istifadə edilən pul vəsaitləri aşkar edilmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 digər şahid Bairamov Asimlə eyni məzmunlu ifadələr vermişdir. Şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə aparılması haqqında” 29 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 16:33 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Turabov Azerin kirayələdiyi ünvan 6 ünvanında yerləşən qeyri yaşayış evinə baxış keçirilən zaman orada Asim Bairamov, Şahid1, X2 və Şahid4 qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 478 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı, Turabov Azerin qumar oynayan həmin şəxslərdən əldə etdiyi 31 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür (i.v.13-16). “Əşyaya baxış keçirilməsi haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Turabov Azerin könüllü təqdim etdiyi ona məxsus “Redmi 10” markalı mobil telefonuna baxış keçirilmiş, həmin mobil telefonun vvhatsapp tətbiqində Asim Bayramov adı ilə qeyd edilmiş +994 55 *** ** ** mobil nömrəsi ilə həmin tətbiqdə qeydiyyatdan keçmiş şəxsin profilinə daxil olduqda Asim Bairamovla mesaj bölməsində 26 aprel 2024-cü il tarixdə saat 12.37 dəqiqədə və 29 aprel 2024-cü il tarixdə saat 12.22, 12.32 dəqiqələrdə Asim Bayramov adlı şəxsin Turabov Azerə zəng etməsi müəyyən edilmişdir. Bundan başqa Asim Bairamov 27 mart 2024-cü il tarixdə və 31 mart 2024-cü il tarixlərdə Turabov Azerə masa üzərində masa üstü oyunlar üçün xal hesab taxtası, 10, 20 və 50 manatlıq pul əskinaslarının fotoşəklini göndərməsi müəyyən edilmişdir. Turabov Azerin deməsinə görə həmin şəxs onun qumar oyunları üçün yer təşkil etdiyi ünvan 3 ünvanında yerləşən evdə qumar oyunu oynayan Asim Bairamovdur. Turabov Azer bildirdi ki, Asim Bairamov həmin fotoşəkilləri ona göndərərək qonaqlıq üçün pulun hazır olduğunu ona telefon danışığında demişdir. Bundan başqa Turabov Azer bildirdi ki, 27 aprel və 29 aprel 2024-cü il tarixlərdə Asim Bairamov qumar oyunu oynamaqdan ötrü yer təşkil etməsi üçün ona zəng etmiş, o da buna razılıq vermiş, 28 aprel 2024-cü il tarixdə isə X8 İsayevlə birlikdə onun iş yerinə gələrək avtomobilin təmiri üçün köməklik etməsini ondan xahiş etmiş, Asim Bairamovun avtomobili təmir edildikdən sonra sonuncuya Əşrəf Yunisov küçəsi ev 17 ünvanında olan qaraj tipli evdə qumar oyunu oynamaları üçün yer təşkil etmişdir (i.v.89-94). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Turabov Azerin törətdiyi əməl AR CM-nin 244-1.2.1-ci maddəsinə tövsif edilmiş, 01 ədəd oyun kartı dəsti, qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 478 manat pul vəsaiti, baxış zamanı Turab Azerin “seka” pulu olaraq təqdim etdiyi 31 manat məbləğində pul vəsaiti maddi sübut kimi tanınmış, həmin maddi sübutların və Turabov Azerə məxsus 01 ədəd “Redmi 10” markalı mobil telefonun Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılması, baxış zamanı videoçəkilişin əks olunduğu 01 ədəd disk, təqsirləndirilən şəxs və şahidlərin dindirilməsini özündə əks etdirən 03 ədəd disklərin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.118- 127). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Turabov Azer tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsinə əsasən Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azerbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Turabov Azerin törətdiyi əməl Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azerbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azerbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azerbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azerbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azerbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azerbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 15 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Turabov Azer Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 180 saat ictimai işlər cəzasına məhkum edilmişdir (i.v.110-111). “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyun 2024-cü il tarixli qərardan görünür ki, Turabov Azer barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.161-162). Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Turabov Azerin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Turabov Azer tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yümgülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, Azırbaycan Respublikasının vətəndaşı olmadığından ona azadlığın məhdudlaşdırılması cəzasının qanunla istisna olunduğunu, bu halın ona daha ağır cəzanın təyin edilməsi üçün əsas olmadığını nəzərə alaraq hesab edir ki, Turabov Azer təqsirli bilindiyi AR CM-nin 244-1.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 478 manat pul vəsaiti, baxış zamanı Turab Azerin “seka” pulu olaraq təqdim etdiyi 31 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, baxış zamanı videoçəkilişin əks olunduğu 01 ədəd disk, təqsirləndirilən şəxs və şahidlərin dindirilməsini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan Turabov Azerə məxsus 01 ədəd “Redmi 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Turabov Azerə qaytarılmalıdır. Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azerbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Turabov Azerin ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azerbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X3 Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 15000 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Turabov Azer barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan 01 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut- Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 478 manat pul vəsaiti, baxış zamanı Turab Azerin “seka” pulu olaraq təqdim etdiyi 31 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut-baxış zamanı videoçəkilişin əks olunduğu 01 ədəd disk, təqsirləndirilən şəxs və şahidlərin dindirilməsini özündə əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan Turabov Azerə məxsus 01 ədəd “Redmi 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Turabov Azerə qaytarılsın. Turabov Azerin dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-600/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-600/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver