Məhkəmə qərarları › İş №1(008)-601/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-601/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-601/2024 19.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Familə Məmməd qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X4 Atayeva Jalə Əlövsət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək Atayeva Jalə Əlövsət qızının Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, o, xx.xx.1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə baş və göz nahiyəsindən ağır yaralanaraq 1-ci qrup əlil olmuşdur. “X11” İctimai Birliyinin sədri olaraq on minlərlə üzvü Şəhid və Qazi ailələri olan insanların problemlərinin həlli və qayğıları üçün çalışır. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs Atayeva Jalə Əlövsət qızı 2022-ci ilin yanvar ayından fevral avınadək könüllü olaraq cəmiyyətin “Şəhid ailələri və ictimai əlaqələr” şöbəsinin müdiri işləmişdir. O, özünün “Facebook” sosial şəbəkəsindəki hesabından etdiyi çıxışlarında ona şər, böhtan ataraq ağır şəkildə təhqir edərək ictimaiyət arasında nüfuzdan salmağa çalışmış, ağır söyüşlər və təhqirlər səsləndirmişdir. xx.xx.2022-ci il tarixində onun, “X11” İctimai Birliyinin sədr müavini X3, əmisi qızı və baldızı X2, (qadın paltarında, dodaqları boyanmış) montaj edilmiş şəkillərini qoyaraq video yazı şəklində aşağıdakı təhqiredici ifadələri işlətmişdir. “ “X11” İctimai birliyinin sədri həmişəki kimi Fira və həmişəki kimi aftafa daşıyan İlham və şirindil, şirin dodaq, şirin dili ilə ilanı yuvasından çıxaran Fikrət mənim əmək haqqımı niyə vermədi? Mənim əmək haqqımla özlərinə Hollandiyadan yeni model Avropa stilli gəlinlik paltarı zakaz verərək gətirdib, yəqin ki o gəlinliyi geyinib Avropadakı otellərin qarşısında dayanaraq özlərinə toy edəcəklər. Biz gözləyək görək onların toyu haçandır, bizə də çox maraqlıdır ki, kişiciklər qadın olacaqlar, necə möhtəşəm, necə maraqlı. Keçən dəfə Fikrətin arvadı Fəridəyə və Firanın arvadına müraciət etdim ki, ərişkaiarınıza deyin ki, mənim əmək haqqımı versinlər. Əfsuslar olsun ki, bu günə kimi nə Fəridədən, nə də Firanın arvadından səs-soraq yoxdur. Fikrətin arvadı şirindil, şirin dodaq Fikrətin arvadı Fəridə bildirmişdir ki, məni yandırmaq fikri var. Əmək haqqımı vermək əvəzinə, məni yandırmaqla hədələyir. Burdan bildirmək istəyirəm ki, məni yandırmaqla neyləyə bilərsən? Sən necə qadınsan, sən qürurunu bu qədər əzdirirsən. Sən qadın şərəfini qoruya bilmirsən, səndən necə müəllim olur, mənə çox maraqlıdır. Sən bizim uşaqlarımıza, gələcəyin şagirdlərinə necə təlim-tərbiyə dərs öyrədirsən? Sənin heç şərəfin, mənliyin, qadın qürurun yoxdur axı. Sənin kimi gözəl- göyçək xanımı, xiyar Fikrətin necə arvadı olmusan. Yəqin ki, şirindil, şirin dodaq, şirin dili ilə ilanı yuvasından çıxaran Fikrətin dilinə vurulmusan. Çünki Fikrətdə kişilik yoxdur, yəqin ki onun vaianpıştan, gopologiya olan dillərinə vurulmusan. Onda heç görkəm də yoxdur, yəni pis çıxmasın dinləyicilərimdən üzr istəyirəm, onu mən “mədəniyyət sarayı”nda görsəm ayağa qalxmaram. Çünki o nədir ki, sən onun şirin dilinə vurula bilərsən, çünki o sizi əgər qoruyan bir kişi olsaydı, ailəsi olsaydınız mənim əmək haqqımı verərdi. Sizin şəklinizi ekranlardan çıxarardım. Siz onun üçün önəmli deyilsiniz. Siz onun ailəsi olseydiz sizin qeyrətinizi çəksəydi o, mənim əmək haqımı çoxdan ödəyərdi ki, bu söz- söhbət çoxdan yığışılsın. Son vaxtlar deyirlər ki, onun dili yaman uzanıb. Çox yerdən dil alır, siz öyrətmisiniz ona dil uzunluğunu. Axı siz müəlliməsiniz, siz axı pedaqoqsunuz. Siz dərs verməyə alışmışınız. Yəqin ki, Fikrəti axşamlar otuzdurursunuz qarşınınızda ər- arvadlığı kənara qoyursunuz, şagird-müəllimə olaraq siz onu başa salırsınız ki, filan yerdə dilini belə uzat, filan yerdə dilini belə uzat, çox ehtimal ki, helədir. Çox bunda dil yox idi, dil yerində idi, indi yaman uzanıbdı. Yəqin onu siz öyrətmisiniz. Deyirlər ki, arada onda kişilik damarı coşur, daşır, mən bilmərəm ey, yəni onda kişilik damarı olsaydı o çoxdan boynunun dalına yığdığı söyüşləri silərdi. Onda kişilik damarı mən görməmişəm. Çünki o peysərdir axı. Peysər o “X11” ictimai birliyini idarə edənlərdən biri də Fikrətdir. Çünki orada çoxları peysərdi, biri Fira, söyüşləri boynunun daima yığırsa deməli peysərdir. Əziz dinləyicilər, onu da deyim ki, Fira məni, qazi xanımını söydü, 40-ı çıxmamış anasını söydüm, günahı nə idi anasının 40-ı çıxmamış onu söydürdü, çünki peysərdir, çünki o boynunun dalına yığan şərəfsizdir. Məni söydü, qarşılığında qızını, arvadını söydürdü. Çünki ona layiqdir. Çünki mənim əmək haqqımdan özlərinə brend mallardan alt-üst geyinirlər. Onların şərəfi, namusu olsaydı, əsas da Firanın mənim əmək haqqımı verib arvadına brend olan als-üst paltarı geyindirməzdi. Şərəfsizdir, ay izləyicilərimiz, ay Azərbaycanın qeyrətli oğlanları, bilin ki, Fikrət, şirindil, şirin dodaq Fira həci, Fira şərəfsizdir. Biz hamımız bilirik ki, o şərəfsizdir, o, "X11” ictimai birliyini idarə edə bilməz. Çünki birlik əsl kişilərin məkanıdır, əsl qazilərin yeridir. Elə şərəfsiz, podoş sifət matışka gədələrin yeri deyil, aftafa daşıyanların yeri deyil. Aftafa daşıyanlar Ermənistandadır. Gedin orda daşıyın, unitaz. Əlbətdəki aftafa daşıyanla unitaz daşıyanın vəzifəsi eynidir. Ermənilər də unitaz daşıyır, “X11” ictimai birliyində də. Ay mənim xalqım, gözünüz tərəzidir. Orda bizim qeyrətli oğlanlarımız ola bilər, namuslu qardaşlarımız ola bilər, əsl qazilərimiz ola bilər. 44 gündə qeyrətlə vuruşan oğlanlarımızın yeridir bu məkan. Fira kimi, aftafa daşıyan İlham kim, Fikrət kimi kişiciklərin yeri deyil, biləsiniz, burdan səslənirəm, Firudunun arvadına, mənim əmək haqqımla geyindiyin alt-üst paltarın vare ha, bax onları yığ ver Firuduna aparıb satıb mənim əmək haqqımı versin. Sən də Fəridə bacın kimi Firanın dilinə vurulmusan, Firanın dilindən xoşun gəlir. Qadın qürurunuzu pula satmayın. Mənim əmək haqqımı verin. Fira həmişəki kimi qadınların tumanının arxasında gizlənərək qadınlardan sui-istifadə edir. Çünki tuman altında gizlənməyi yəqin ki, Fira 44 günlük müharibə dövründə öyrənibsən. Sən qazi xanımına, qazi qızına söyəndə, əmək haqqını verməyəndə mən də qarşılıqlı olaraq sənin ananı, bacını, qızını, arxadım söydüm, düzdür? Yəqin unutmamısan. Keçən kadrlarımızda var. Yəqin unutmuşunuz. Yadınızdan çıxıbsa keçən kadrlarımızda var. Kadrları efirə verərək yadına sala bilərəm. Düzdürmü? Fira, mən bilmək istəyirəm sənin ananın günahı nə idi ki, qırxı çıxmamış onu söydürdün? Utanmadın, sən əsl kişi olsaydın, əsl oğul olsaydın dünən torpağa qoyulmuş, hələ torpağın üzü soyumamış ananı söydürməzdin. Səndə kişilik yoxdur, peysər boyun, o qədər yeyib ki, padoşdur, padoş, yığırsan şap şap döşüyür, hara kimi a bədbəxt, hara kimi, hara kimi gedəcəksən ay yazıq, ay yazıq, kişicik, kişiciksən. Kişicik, vətən müharibəsində yox idin, sənin 1 dənə vəzifən var, tuman altında gizlənən Fira. Buradan Azərbaycanın döyüşən, qeyrətli, namuslu, həqiqətən qazı qardaşlarıma səslənirəm. Firanın verdiyi ordenlər qeyriqanunidir, dövlətin heç bir qeydiyyatı yoxdur, əziz igidlərimiz, əziz qəhrəmanlarımız ona aldanıb, o medalları alıb üstünüzə taxmayın. O ordenlər tamamilə saxtadır, dəyərli medalınızın yanma o saxta medalı asıb özünüzü gözdən salmayın. Yoxsa şərəfsiz, peysər Firudunun medallarını taxıb özünüzü hörmətdən salmayın. Fiırudun özü kişi deyil ki, əsl kişilərə medal verə. Cəmiyyətin sədri, qadın pulu yeyən bir şərəfsizdir. Ora əsl qazilərin yeri deyil. Əsl qazilərimiz orda olmaz. Kim ki, Firanı dəstəkləyir., o da Firanın tayıdr. Çünki Fira hamı bilir ki, peysərdir, peysərin yanında olan nə olar. Səbəb qazi qızının əmək haqqını verməyib. Arvadına alt-üst paltarı alan, qızına alt-üst paltarı alan, bacısına alt-üst paltarı alan nə ola bilər, nə ad vermək olar. Sadəcə şərəfsiz, podoş sifət, peysər. Peti, peti.” Yuxarıda qeyd edilən videoyazıda o çox nalayiq formada təhqir olunmuşdur. Bu təhqir və böhtanlardan o, mənəvi sarsıntı keçirmişdir. Eləcə də, onun ictimai və işgüzar nüfuzu alçaldılmışdır. Bu ağır formada olan təhqiredici və böhtan xarakterli videoyazı “Facebook” sosial şəbəkəsində kütləvi formada yayımlanmışdır. X1 “Facebook” sosial şəbəkəsində paylaşmışdır. Qeyd olunan videoyazıya 3200 (üç min iki yüz)-dən çox baxış olmuşdur. Həmin “Facebook” sosial şəbəkəsində Atayeva Jalə Əlövsət qızı tərəfindən doğrulanmış və bu barədə qeyd edilən səhifədə xüsusi işarə vardır Bu işarənin mövcudluğu onu təsdiq edir ki, səhifənin sahibi özünün şəxsiyyətini təsdiqlətmək üçün “Facebook" sosial şəbəkəsində özünün şəxsi məlumatlarını təqdim edir və onun şəxsiyyətini yoxladıqdan sonra təsdiqləyir. Atayeva Jalə Əlövsət qızı həmin prosedura uyğun olaraq, öz şəxsiyyətini həmin saytda təsdiqləmişdir. O, səhifədə Atayeva Jalə Əlövsət qızının fotosu da əks olunmuşdur. Minlərcə izləyicisi olan kütləvi yayımı olan “Facebook” sosial şəbəkəsində vətəndaş Atayeva Jalə Əlövsət qızı müxtəlif son dərəcə çox ağır ifadələrlə onu təhqir edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148ci (Təhqir) maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan mtn beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi Atayeva Jalə Əlövsət qızının sosial şəbəkələr vasitəsi ilə onu, X5 təhqir etdiyindən, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığından, X4 haqqında böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaydığından, həmin formada da təkzib olunması vəzifəsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs; Atayeva Jalə Əlövsət qızının üzərinə vəzifə qoyulması ilə yanaşı və Atayeva Jalə Əlövsət qızından X6 vurduğu mənəvi zərərə görə X4 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul məbləğinin tutulması barədə yekun məhkəmə qərarı çıxarılmalıdır. Atayeva Jalə Əlövsət qızının Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməyi barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin Baxı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına qəbul olunmasını, Atayeva Jalə Əlövsət qızının Azərbaycan RespublİKasının CM-nin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsini, Atayeva Jalə Əlövsət qızının Azərbaycan RespublİKasının CM-nin 147.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan RespublİKasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən cinayətlər daxil olduqlarından, Atayeva Jalə Əlövsət qızma təyin olunmuş cəzaları qismən toplamaql yolu ilə qəti cəza 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmünün çıxarılmasını, Atayeva Jalə Əlövsət qızından X6 vurduğu mənəvi zərərə görə ona, yəni X4 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul məbləğinin tutulması barədə yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş xüsusi ittiham qaydasında şikayət vermiş X7 məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə hesab edir ki, X7 məhkəmə hazırlıq iclasına təkrarən gəlmədiyindən xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmçinin həmin Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi tarixi və yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Bundan başqa xüsusi ittiham qaydasında şikayətdə Atayeva Jalə Əlövsət qızının Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olması və orada yaşaması göstərilsə də bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə məhkəmə aidiyyatını müəyyənləşdirməyə, həqiqətən Sabunçu rayon məhkəməsinə aid olması barədə konkret və birmənalı nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Atayeva Jalə Əlövsət qızının Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar