Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-602/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 475,982 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixə saat 20:00-da ünvan 3 ünvanının qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq 13-cü PB-nə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunun altında saxladığı ağ rəngli sellofan torbanın içərisindən ayrıayrılıqda təmiz çəkiləri 50,0 qram və 410,0, qram olmaqla 3 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkisi 4,480 qram, 3,560 qram, 1,782 qram, 7 ədəd gümüşü ağ və 5 ədəd ağ kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,76 qr., 0,46 qr., 0,41 qr., 0,59 qr., 0,48 qr., 0,47 qr., 0,6 qr., 0,49 qr., 0,41 qr., 0,44 qr., 0,43 qr., 0,62 qram olmaqla ümumi çəkisi 475,982 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Yaqut adında bir xanım olmuş, arabir onunla “nəşə” çəkmişdir, onda 2 karobka, 7 dənə də büküm marixuana olmuş, Yaqut adlı xanımı marketdən tanımışdır, axırıncı dəfə Yaqut onlara gələndə polislərlə gəlmişdir, Yaqutun telefonu yadında deyil, ona zəng edərək gəlmişdir, onu vatsap vasitəsilə yığmışdır, Yaqutun nömrəsi olan telefonu itirmişdir, ***-***-**-** nömrəsi ona məxsus olub, onunla həmin nömrə ilə danışmışdır, həmin gün Yaqut onlara gələrək birlikdə “nəşə” çəkmişlər, Yaqut adlı qız ondan da başqa həmin gün 3 nəfəri tutdurmuşdur, evdə qeyri rəsmi yaşadığı yoldaşı ilə olmuş, polislər onun yoldaşını da aparmaq istəmişlər, narkotik evdə stolun üstündə olmuş, ona evdə də, idarədə də polis işçiləri təzyiq göstərmiş, döymüşlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona yazılan mesajları onun borcu olan adam olmuş, o yazmışdır ki, borcunu qaytarsın, həmin şəxsə 60 manat borcu olmuşdur. Ona mesaj yazan ondan dərman istəmiş, tanışı olub istəmişdir. Onda 2 karobka, 7 dənə də büküm marixuana olmuş, özü üçün olmuş, bu günədək satmamışdır, ayırmışdır ki, bir bir götürüb istifadə etsin. Onu evinin içindən gəlib götürmüşlər, 5 nəfər gəlmiş, evi də axtarmışlar, təzyiq göstərərək qalanını qoymuşlar, narkotik vasitələrdən heroini damara vurmaq yolu ilə istifadə etmiş, marixuana da istifadə etmişdir. Narkotik istifadə edənlər hamısı bir-birilə əlaqə saxlayır, lirika filan soruşurlar, soruşurlar ki bəlkə tanış olar tapmağa, ondan lirika soruşan yaxın adam olmayıb. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu ünvan 5ilə üzvləri iki azyaşlı övladı və həyat yoldaşıyla bir yerdə yaşayır, hazırda heç bir yerdə rəsmi olaraq işləməsə də fərdi əməklə yəni fəhləliklə məşğul olub maddi ehtiyaclarını ödəyir, 15 gün olar ki, narkotik vasitə olan marixuana istifadə edir. Üzərindən aşkar edilrək götürülmüş marixuananı 06 fevral 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin aket məlumatlarını bilmədiyi şəxsdən 200 manat ödəməklə almış, necə almışdırsa elə də saxlamış ki, yavaş-yavaş istifadə etsin. Həmin narkotik vasitə hesab edilən nəşənin toxumlarıda elə sellofana tökülüb qalmışdır. ünvan 3 ünvanının qarşısından keçən zaman iki nəfər polis əməkdaşları özlərini Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları kimi təqdim etdikdən sonra onu saxlamış və anket məlumatlarını təsdiq etmək üçün sənəd istəmiş o özünü şübhəli apardığı üçün polis onu 13-cü PB-nə dəvət etmiş, PB-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunmuş və buna dair bildiriş təqdim edilmiş. Bundan sonra onun üzərinə şəxsi axtarış və baxış aparılacağı deyilmiş, ərizə yazaraq müdafiəçinin şəxsi axtarış və baxışda iştirak etməyinə etiraz etmiş, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuş, bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış və baxış video çəkiliş olunmaqla aparılmış, bu zaman üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunun altında saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, sellofan torbaya baxış zamanı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, təqdim etdiyi qurudulmuş marixuana qablaşdırılmış, DİN-in 160 saylı möhürü ilə möhürlənmiş, zərfə qoyulmuş və zərfin üzəri onun, müdafiəçinin, polis əməkdaşlarının və təhqiqatçı tərəfindən imzalanmış, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 200 (iki yüz) manata Suraxanı rayonu Bülbülə qəsəbəsindən əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, Sabunçu rayon məhkəməsində barəsində seçiləcək qətimkan tədbiri barədə olan baxış zamanı hakimə özünü müdafiə etmək üçün polis əməkdaşları tərəfindən döyüldüyünü demiş, narkotik vasitənin satışı ilə məşğul olmamış, əldə etdiyi narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün almış, marixuana toxumlarını satan adamdan marixuananı alandan sonra sellofanda görmüş və həmin toxumların aldığı marixuanaya aid olmasını bilmiş, nə əkilməsi nə də yığılması istiqamətində hər-hansı bir hərəkət etməmiş, toxumları əkmək niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPl-nin CAŞ-nin rəis müavini vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. İş yoldaşı CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə xidməti ərazidə gəzən zaman xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Sabunçu rayonu ünvan 7 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, şəxsiyyət vəsiqəsini təsdiq edən sənədinin olub olmaması barədə soruşmuş, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmamasını dedikdən sonra özünü şübhəli aparıb qaçmaq istəyəndə onu 13-cü PB-nə getməyi təklif etmişlər. 13-cü PB-nə getdikdən sonra xidməti otaqlardan birində təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarış və baxışda video çəkilişdən istifadə ediləcəyi deyilmiş, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunun atında saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, torbaya baxış zamanı 02 bükümdə şəffaf sellofana bükülmüş kütləni təqdim etmiş, həmin sellofan bükümlərdən birində 3 ədəd kibrit qutusunda, 7 ədəd gümüşü ağ kağız və 5 ədəd ağ kağız kəsiyi bükümünün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər narkotik vasitələr və digər bükümdə yaşıl rəngli toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırılmış, DİN-in 160 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığım şəxsdən 06 fevral 2023-cü il tarixdə saat 04 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsindən 200 (iki yüz) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə, saat 20:00-də şübhəli şəxs qismində tutulmuşdur (i.v.13); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:00 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunun atında saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, sellofan torbaya baxış zamanı 02 büküm şəffaf sellofana bükülmüş içərisində yaşıl rəngli ot kütləsi: bir ədəd(01) şəffaf sellofanın içərisində üç (03) ədəd kibrit qutusunda yaşıl rəngli ot kütləsi, beş (05) ədəd ağ kağıza bükülmüş yaşıl rəngli rəngli ot kütləsi, yeddi (07) ədəd siqaretin iç kağızına bükülmüş içərisində yaşıl rəngli ot kütləsi və bir (01) ədəd şəffaf sellofana bükülmüş içərisində yaşıl rəngli toxum aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ot kütlələrinin narkotik vasitə olan “marixuana” olduğunu, şəffaf sellofanda olan toxumun isə marixuana toxumu olduğunu bildirib həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixində Bülbülə qəsəbəsində üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsdən ümumilikdə 200 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Aşkar olunmuş narkotik vasitəyə bənzər ot kütlələri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edildi (i.v.25-26); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 07 fevral 2023-cü il tarixli 7/179 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan 12 ədəd kağız büküm və 03 ədəd kibrit qutusu və bir ədəd şəffaf sellofanda toxum......” yazı və imzalar olan zərfdə 02 ədəd şəffaf sellofanda hər birinin ayrı ayrılıqda təmiz çəkisi 50,0 qram, 410,0 qram, 3 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4.480 qram, 3.560 qram, 1.782 qram; 7 ədəd gümüşü-ağ və 5 ədəd ağ kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0.76 qr, 0.46 qr, 0.41 qr, 0.59 qr, 0.48 qr, 0.47 qr, 0.6 qr, 0.49 qr, 0.41 qr, 0.44 qr, 0.43 qr, 0.62 qram olmaqla ümumi çəkisi 475,982 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 3,670 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələin siyahısına daxil deyil (i.v.34-37); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 47-48); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamışdır. (i.v.67-75); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.77-78); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 20 fevral 2023-cü il tarixli 7/215 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd sellofanda, 3 ədəd kibrit qutusunda və 12 ədəd kağız kəsiyi bükümündə olan marixuanalar tərkiblərinə görə eynidir. (i.v.92-94); Videoçəkilişin əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı 06 fevral 2023-cü il tarixdə saat 21:20-dən etibarən qeydə alınmış video görüntüyə baxış zamanı Sabunçu RPİ-nin 13cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 idarənin CAŞ-nin rəis müvini polis kapitanı Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı və həmin vaxt sonuncu əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində qoltuğunun atında saxladığı ağ rəngli sellofan torbanı təqdim etmiş, torbaya baxış zamanı 02 bükümdə şəffaf sellofana bükülmüş kütləni təqdim etmiş, həmin sellofan bükümlərdən birində 3 ədəd kibrit qutusunda, 7 ədəd gümüşü ağ kağız və 5 ədəd ağ kağız kəsiyi bükümünün içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər narkotik vasitələr və digər bükümdə yaşıl rəngli toxumlar aşkar edilmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanımadığı şəxsdən 06 fevral 2023-cü il tarixdə saat 04 rədlərində 200 (iki yüz) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zaman “Samsung” markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır. Videoçəkilişə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Protokol oxundu, əlavə və düzəlişlər olmadı, düzgün tərtib edilmişdir. (i.v.102); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(i.v.103-104); "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: Üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində a) «SMS_Tarixcesi **********1058 556553686» adlı 85 KB həcmində. b) «SMS_Tarixcesi **********1101 556553686» adlı 90 KB həcmində. c) «Zenglerin_Detallasmasi **********4527 556553686» adlı 861 KB həcmində. d) «Zenglerin_Mexsusluq_Tarixceleri **********4547 556553686_BKC» adlı 302 KB həcmində 4 ədəd fayl olduğu müəyyən edildi. «SMS_Tarixcesi **********1101__556553686» adlı 90 KB həcmində olan fayıldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda smslər gəlmişdir: xx-xx-2022 11:29:43 xx-xx-2022 11:29:43 1.1.**********02 1.1.**********86 QAqaş lirika,„meti bu larda värıfidı DELİVERED xx-xx-2022 12:34:42 1.1.**********02 1.1.**********86 Düzəldim çıxıram Hecə kolA azl birəz,axam hell ederək SUBMİTTED xx-xx-2022 14:24:02 xx-xx- 2022 14:24:07 1.1.**********02 1.1.**********86 bilmirdim DELİVERED Qeyd edilən telefon nömrəsi vasitəsi ilə edilən zənglərə və sms-lərə baxış keçirilsə də qeyd edilənlərdən başqa iş üçün əhəmiyyətli hər-hansı bir sübut və ya dəlil aşkar edilməmiş, qeyd edilən yazışmalardan və smslərdən görünür ki, ***-***-**-** saylı sim nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Baxış keçirilməsi başa çatdıqdan sonra "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, BKC/LGL-6220/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.113-114); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4 X5 Komissiyasının 26 aprel 2023-cü il tarixli 2447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.117-118); sübutların qiymətləndirilməsi haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 475,982 qram olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 474,282 qram qalmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Sabunçu RPl-nin saxlanc yerinə təhvil verilmişdir.Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videoçəkilişin olduğu bir ədəd disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli BKC/ LGL-6220/23 nömrəli əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyətinə malik olduğu üçün maddi sübut kimi tanınmaqla qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.121-131); Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilmiş, həmin video görüntü şəxsi axtarış və götürmə aparılması haqqında 06 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 01 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış üçün əldə etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 50,0 qram və 410,0, qram olmaqla 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 4,480 qram, 3,560 qram, 1,782 qram, 7 ədəd gümüşü ağ və 5 ədəd ağ kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkisi 0,76 qr., 0,46 qr., 0,41 qr., 0,59 qr., 0,48 qr., 0,47 qr., 0,6 qr., 0,49 qr., 0,41 qr., 0,44 qr., 0,43 qr., 0,62 qram olmaqla ümumi çəkisi 475,982 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə marixuana şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla yanaşı, çoxsaylı bükümlərə ayrılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış həyata keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitəni 06 fevral 2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində şəxs istifadəsi üçün 200 manat müqabilində tanımadığı şəxsdən aldığıni göstərsə də, əldə etdiyi həcmi böyük olan və çoxsaylı bükümlərə ayrılmış narkotik vasitəni saat 20:00-dək şəxsi istifadəsi üçün üzərində daşıması inandırıcı deyil. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı sim nömrəyə **********02 saylı nömrədən daxil olmuş sms-in məzmununda ”QAqaş lirika, meti bu larda värıfidı “, **********02 nömrədən daxil olmuş sms-in məzmununda “Düzəldim çıxıram, Həci kolA azl birəz, axam hell ederək” kimi yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunduğunu, döyüldüyünü bildirmişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin əməkdaşları tərəfindən döyülməsi barədə Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və 24 fevral 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxs və şahid ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir; Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngüləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən, eyni zamanda azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3),cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli,(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar- Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 475,982 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 474,282 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 176 (yüz yetmiş altı) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03(üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 475,982 qram olan və tədqiqatdan sonra qalıq çəkisi 474,282 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 176 (yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-602/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-602/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver