Məhkəmə qərarları › İş №1(008)-605/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-605/2023

11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-605/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 fevral 2023-cü il tarixdən 04 fevral 2023-cü il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Yenilik” restoranına arxa qapını açmaqla qanunsuz daxil olub saxlanc yeri hesab edilən otaqdan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 900 manat təşkil edən “Samsung” markalı plazma televizoru, bir ədəd dəyəri 300 manat olan “Dell” markalı masaüstü kompyuteri, bir ədəd dəyəri 300 manat olan “Samsung” markalı masaüstü kompyuteri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 fevral 2023-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 1A ünvanında yerləşən 21-ci mənzilin giriş qapısından sol tərəfindən quraşdırılmış su sayğacının qutusunun içindən mənzilin qapısının açarını görüb götürərək, həmin açardan istifadə edib giriş qapını açıb qanunsuz daxil olub saxlanc yeri hesab edilən otaqdan vahid niyyətlə əhatə olunan qəsdlə bir ədəd dəyəri 1800 manat təşkil edən “Dell” markalı noutbuku, dəyəri 10 manat təşkil edən qara rəngli dəridən olan içərisində 29 manat pul, həmin tarixdə “Bravo" və Al” marketlərdə istifadə etdiyi hesabında 45 manat pul 10 manat dəyərində Kapitalbank kartı olan pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1894 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həbsdən azad olunduqdan sonra iş tapa bilməmiş, maddi sıxıntıları yarandığı üçün oğurluq edərək qazanc əldə etməyi qərara almışdır. 28 fevral 2023-cü il tarixdə, saat 09:10 radələrində ünvan 4 ünvanında blokların birində su sayğacının içərisində siqaret və alışqan saxladığı üçün siqaret çəkmək istəmiş, su sayğacının qapağını açdığı zaman bir ədəd mənzil açarı olduğunu görmüşdür. Həmin açarın sayğacın yanında olan 21 nömrəli mənzilə aid olduğunu hesab edərək həmin mənzilin qapısını döymüş, lakin, qapını açan olmadığı üçün evdə heç kəsin olmadığını anlamışdır. Daha sonra açarla qapını açaraq mənzilə daxil olmuş, dəyərli əşya və ya pul tapmaq məqsədi ilə otaqları axtarmağa başlamış, otaqların birində «Dell» markalı notebook və pul kisəsi görərək götürmüş, mənzildən çıxdığı zaman açarı qapının üzərində qoymuşdur. O, pul kisəsini açdığı zaman içərisində Kapital banka məxsus pul kartı olduğunu görmüş, həmin kart vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Bravo” və “AL” marketdən özünə siqaret almışdır. O, mənzildən oğurladığı notebooku Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən lombarda girov qoyaraq 500 manat pul götürmüş, həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan əlavə, ittiham aktında 04 fevral 2023cü il tarixdə, gecə saatlarında Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Yenilik” restoranına arxa qapını açmaqla qanunsuz daxil olub saxlanc yeri hesab edilən otaqdan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 900 manat təşkil edən “Samsung” markalı plazma televizoru, bir ədəd dəyəri 300 manat olan “Dell” markalı masaüstü kompyuteri, bir ədəd dəyəri 300 manat olan “Samsung” markalı masaüstü kompyuteri gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdiyi qeyd olunsa da, o, qeyd olunan restorandan oğurluq etməmiş, ümumiyyətlə həmin ünvanda olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “Yenilik” restoranını icarə əsasında işlədir. O, restoranı işlətməyə başladığı zaman bir ədəd dəyəri 900 manat təşkil edən “Samsung” markalı plazma televizoru, bir ədəd dəyəri 300 manat olan “Dell” markalı masaüstü kompyuteri, bir ədəd dəyəri 300 manat olan “Samsung” markalı masaüstü kompyuter almışdır. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində restorana gələrək otağa daxil olmuş, otaqdakı bir ədəd “Samsung” markalı plazma televizorun, bir ədəd “Dell” markalı masaüstü kompyuterin, bir ədəd “Samsung” markalı masaüstü kompyuterin oğurlandığını müəyyən etmiş, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailəsi ilə birgə kirayə yaşayır. Mənzildən çıxdıqları zaman digər ailə üzvləri evə qayıdarkən qapını aça bilməsi üçün daim mənzilin açarını su sayğacının qutusuna qoymuşlar. 28 fevral 2023-cü il tarixdə, səhər saatlarında evdən çıxdıqdan sonra mənzilin açarını həmin sayğacın qutusuna qoyaraq işə getmişlər. Həmin gün, təxminən saat 13 radələrində evə qayıtdığı zaman mənzilin qapısının açıq olduğunu görərək mənzilə daxil olmuş, otaqlara baxış keçirdikdən sonra bir ədəd dəyəri 1800 manat təşkil edən “Dell” markalı notebookun, içərisində Kapital banka məxsus plastik kart və 29 manat nağd pul olan qara rəngli dəri pul kisəsinin oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən lombardda işləyir. 28 fevral 2023-cü il tarixdə onun işlədiyi lombarda bir nəfər cavan oğlan gəlmiş və bir ədəd «Dell» markalı noutbuku girov qoyub faizə pul götürmək istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, həmin şəxs özünə məxsus vəsiqəni ona təqdim etmişdir. O, notebooka baxdıqdan sonra həmin notebookun müqabilində 500 manat verə biləciyni bildirmiş, Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. Daha sonra girov bileti yazılmış, o, Murada bir ay faiz ödənişi olmasa girov qoyduğu məhsul satılacağını izah etmişdir. Murad onunla razılaşmış və girov biletinə imza edib 500 manat pulu götürüb çıxıb getmişdir. Bir ay keçdikdən sonra Murad aylıq faiz pulunu gətirib ödəməməmişdir. Ona görə də o da aralarında olan razılaşmaya əsasən həmin noutbuku tanımadığı bir müştəriyə 600 manata satmışdır. Noutbuku alan müştərini o tanımır. Belə ki, onlar satış edəndə alıcının sənədlərini tələb etmirlər. O yalnız onlara mal girov qoymaq istəyən şəxslərin sənədlərini tələb edir. O Muraddan noutbuku girov götürəndə ondan şəxsiyyət vəsiqəsinin surətini almış və noutbukun fotoşəkillərini çəkmiş, həmin sənədin surətini və fotoşəkilləri təqdim etmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan 06 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-60-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 188/2023 saylı, 07 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 mart 2023-cü il tarixdən hesalanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan 12 may 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotolardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrin düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsi yerində yoxlanılmışdır. Cinayət işinin 79-82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) ilə endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 05 (beş) gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 02 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, digər iş materialları ilə onun saxlanc yeri və yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq təkrarən talama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs “…Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Yenilik” restoranından oğurluq etmədiyini.........” deməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadələr kimi qəbul edilərək əsassız sayılır və bu hal iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun barəsində cəzanı yüngülləşdirən hallar müəyyən edilmir, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. , müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursadüşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 06 mart 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar