Məhkəmə qərarları › İş №1(008)-61/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-61/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-61/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Müdafiəçi3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 05 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxs Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) və onun müdafiəçisi Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Ətyeməzlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Ətyeməzlər kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx.xx.1991-ci il tarixdə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, məhkumluğu olmayan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək təkrar xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) və istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs tərəfindən 02 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Alfa Pub» kafesinin sanitar otağının qarşısında müştəri Zərərçəkmiş şəxs2 sanitar qovşağını uzun müddət məşğul etməsi ilə bağlı kafenin ofisiantı ilə müştəri arasında olan söhbətə zərurət olmadığı halda yersiz müdaxilə edib mübahisə yaradaraq özünü haqlı olmasını bildirmək məqsədi ilə kafenin ümumi zalında müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və digər tanışları ilə birlikdə oturduqları masaya masada əyləşmiş şəxslərin icazəsi olmadan kənarda olan masanı birləşdirib oturmaqla özünü başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyətilə xeyli müddət ərzində kafenin iş rejimini pozub ətrafda istirahət edən şəxslərin qorxu və narahatçılığına səbəb olub tanışı Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) və istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olub əli ilə baş nahiyəsindən vurub ona sağ gicgah nahiyəsinn qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, qrupun digər üzvü Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) isə təpiklə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya alın-təpə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, qrupun digər istintaqa məlum olmayan üzvlərindən biri Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olaraq başı ilə Zərərçəkmiş şəxs1 çənəsindən vuraraq sonuncuya çənə sümüyünün sağ yarısının yerini dəyişən qapalı sınığı, sol çənəaltı nahiyənin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, istintaqa məlum olmayan digər üzvü isə şüşə bakal ilə Zərərçəkmiş şəxs2 sol əlindən vurmaqla sonuncuya sol əlin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətləri yetirməklə şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək, xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, 20 noyabr 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən «Krivetka» kafesinin yaxınlığında küçədə Zərərçəkmiş şəxs3 ilə onun işlətdiyi «Alfa Pub» kafesində oturmağa yer təşkil etmədiyini cüzi səbəb kimi bəhanə etməklə mübahisə yaradıb özünü haqlı olmasını bildirmək məqsədi ilə özünün başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyətilə heç bir əsaslı səbəb olmadan uca səslə ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Zərərçəkmiş şəxs3 sifətindən bir neçə yumruqla vuraraq Zərərçəkmiş şəxs3 sağ göz almasının ağlı qişasına qansızma, sağ gözyuvası ətrafı nahiyənin şişkinliyi-qançırı və sol almacıq-yanaq nahiyəsnin qançırı ilə müşayiət olunan sağlamlığın qısa muüddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran yumruqla xəsarət yetirməklə şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək təkrar xuliqanlıq etmişdir. Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2), bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək xuliqanlıq etmişdir. Belə ki, Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) tanışı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs tərəfindən 02 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Alfa Pub» kafesinin sanitar otağının qarşısında Təqsirləndirilən şəxs1 müştəri Zərərçəkmiş şəxs2 sanitar qovşağını uzun müddət məşğul etməsi ilə bağlı kafenin ofisiantı ilə müştəri arasında olan söhbətə zərurət olmadığı halda yersiz müdaxilə edib mübahisə yaradaraq özünü haqlı olmasını bildirmək məqsədi ilə kafenin ümumi zalında müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və digər tanışları ilə birlikdə oturduqları masaya masada əyləşmiş şəxslərin icazəsi olmadan kənarda olan masanı birləşdirib oturmaqla özlərini başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyətilə kafenin iş rejimini pozub ətrafda istirahət edən şəxslərin qorxu və narahatçılığına səbəb olub ətrafda istirahət edən şəxslərin qorxu və narahatçılığına səbəb olub Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan şəxslər ilə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Təqsirləndirilən şəxs1 vət.Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olub əli ilə baş nahiyəsindən vurub ona sağ gicgah nahiyəsinn qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, özü isə təpiklə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya alın-təpə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, qrupun digər istintaqa məlum olmayan üzvlərindən biri Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olaraq başı ilə Zərərçəkmiş şəxs1 çənəsindən vuraraq sonuncuya çənə sümüyünün sağ yarısının yerini dəyişən qapalı sınığı, sol çənəaltı nahiyənin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə posulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, istintaqa məlum olmayan digər üzvü isə şüşə bakal ilə Zərərçəkmiş şəxs2 sol əlindən vurmaqla sonuncuya sol əlin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətləri yetirməklə şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək, xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində «Alfa Pub» kafesinə tək olaraq gəlmişdir. Kafeyə gəlib kafenin kabenitində dostları ilə oturmuşdur. Saat təxminən 24 radələrində dostları kafedən çıxaraq getmişlər. O isə həmin vaxtı kafenin kabinetində tək qalmışdır. Kafenin kabinetində oturarkən kafedə qışqırıq səsi eşidib kafenin foyesinə çıxdıqda tanımadığı şəxsin kafenin sanitar otağında çox oturması ilə bağlı ofisiant ilə mübahisə etməsini və nəlayiq sözlər söyməsini görüb həmin tanımadığı şəxsə söyüş söyməyinə görə etirazını bildirdikdə həmin şəxs üzərinə qışqırdıqda səsə kafedə oturan tanımadığı şəxslər də kafenin foyesinə düşmüşlər. Kafenin foyesinə düşən Vüqar araya girərək həmin qışqıraraq söyüş söyən şəxsin boynundan tutaraq başı ilə onu itəliyərək yuxarı qaldırmışdır. Təxminən 3-5 dəqiqə sonra yuxarı mərtəbədə oturmuş Şahin adlı şəxs aşağı mərtəbədə olduğu kabinetə düşərək ondan olanlara görə üzürxaqlıq istəmişdir. Bundan sonra o kabenetdə oturarkən həmin şəxslərin yanında oturmuş, hündürboylu, qara köynəkdə olan Vüqar adlı şəxs kabinetə gəlib danışmaq istəyərkən ona tərs olaraq baxdığından o Vüqara ona niyə tərs baxmasını soruşduqda Vüqar ona burda qız var deyərək onlardan aralanması ona xoş gəlməmişdir. Ona Vüqarın etdiyi hərəkət xoş gəlmədiyindən kafenin yuxarı mərtəbəsinə qalxıb onların oturduğu masaya yaxınlaşıb başqa bir masanı çəkərək onların masasına birləşdrib ona tərs olaraq baxan şəxsin Vüqarın yanında oturub söhbət etmək istəyərkən Vüqar qəfildən onun boynundan tutduğundan o əli ilə ondan aralanmaq istədikdə həmin vaxt ara qızışmış və kafedə olan tanımadığı şəxslərdə baş verən hadisəyə müdaxilə edib dalaşmağa başlamışlar. Həmin vaxt tanışı olan Veis də onun arxasınca gəlib baş verən hadisəyə qoşulub masaya oturduğu şəxslərdən Nərimana təpiklə zərbələr vurmuşdur. Həmin hadisə zamanl Vüqarı çənəsindən vuraraq xəsarət yetirmiş şəxsi tanımır, kafedə ilk dəfə görmüşdür. Kafedə olan tanımadığı müştərilər onu həmin şəxslərdən aralayaraq kənara çəkməyə çalışmışdır. Həmin hadisə zamanı o xəsarət almamışdır. Kafenin yuxarı mərtəbəsində əyləşmiş və hadisəyə müdaxilə etmiş şəxsləri də tanımır. Bundan başqa 20 noyabr 2023-cü il saat 02 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən «Alfa Pub» kafesinə getmək üçün həmin kafeni işlədən şəriklərdən biri əvvəllər tanıdığı Samirə zəng edib kafedə boş otaq olub olmamasını soruşduqda Samir ona kafedə boş otağın olmamasını bildirmişdir. O bundan sonra Samirin şəriki Orxana da zəng vurub ondan kafedə boş otaq olub olmamasını soruşduqda Orxan ona kafedə boş otağın olmamasını bildirmiş və həmin vaxtı onunla kobud danışdığından o Orxanı söhbət etmək üçün Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən «Krevetka» kafesinin yaxınlığına çağımışdır. Həmin vaxtı özü də yaxınlıqda olduğundan Orxanı çağırdığı yerə yaxınlaşmışdır. Saat təxminən 02:30 radələrində Orxan Samirlə birlikdə onun çağırdığı ünvana yaxınlaşmışdır. Orxanla söhbət edən zaman aralannda mübahisə baş vermiş və həmin mübahisə zamanı əsəbləşərək yumruqla bir dəfə Orxanın sifətindən vurmuşdur. Həmin vaxtı yanlarında olan Samir onu Orxandan aralamışdır. O Orxandn aralanıb «Krevetka» kafesinə getmişdir. Kafenin pəncərəsindən baxdıqda Orxanla Samirin avtomobilə minərək getmələrini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Orxan barəsində Sabunçu RPİ-nin 13-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o hadisə vaxtı Vüqar Mirzəyevi vurmamışdır, kimin vurmasını bilmir. Yuxarıda stolu çəkib oturmağında məqsəd mübahisəni aydınlaşdırmaq istəməsi olmuşdur, aşağıda mübahisə olarkən Şahin həmin vaxt onu çay içməyə dəvət etdiyi üçün qalxıb onların stolunda oturmaq istəmişdir, hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən «Alfa Pub» kafesinə gəlmişdir. Kafeyə gəlib kafenin kabenetində dostlan ilə oturmuşdur. Saat təxminən 24 radələrində dostları kafedən çıxaraq getmişlər. O isə həmin vaxtı kafedə olmuşdur. Kafenin dəhlizində olarkən kafedə qışqırıq səsi eşidib kafenin aşağı mərtəbəsində yerləşən foyesinə çıxdıqda tanımadığı şəxsin kafenin sanitar otağında çox oturması ilə bağlı ofisiant ilə mübahisə etməsini görmüş, həmin vaxtı orada olan tanışı Talehin həmin tanımadığı şəxslə mübahsəsi olmuş, sonradan adını bildiyi Nəriman Talehin üzərinə qışqırdıqda səsə kafedə yuxarı mərtəbəsində oturan tanımadığı şəxslər də kafenin aşağı mərtəbəsinə düşmüşlər. Kafenin aşağı mərtəbəsinə düşən sonradan bildiyi Vüqar araya girərək Nərimanın boynundan tutaraq başı ilə Talehi özündən kənara itəliyərək yuxarı qaldırmışdır. Təxminən 3-5 dəqiqə sonra yuxarı mərtəbədə Nəriman və Vüqarla birlikdə oturmuş şəxs adını sonradan bildiyi Şahin aşağı mərtəbədə onun Talehlə birlikdə olduğu kabinetə düşərək Talehdən və ondan olanlara görə üzürxaqlıq istəmişdir. Bundan sonra Talehlə birlikdə kabenetdə oturarkən həmin şəxslərin yanında oturmuş, hündürboylu, qara köynəkdə olan Vüqar adlı şəxs kabinetə gəlib danışmaq istəyərkən Talehə tərs olaraq baxdığından Taleh ona niyə tərs baxmasını soruşduqda həmin şəxs burda qız var deyərək onlardan aralanmışdır. Vüqarın hərəkəti Talehə xoş gəlmədiyindən Taleh onunla yuxarı qalxaraq söhbət edəcəyini bildirmişdir. O bunu Talehə etməməsini bildirsə də Taleh onun sözlərinə əhəmiyyət verməyib kafenin yuxarı mərtəbəsinə qalxıb Vüqar və tanışlarının oturduğu masaya yaxınlaşıb başqa bir masanı çəkərək onların masasına birləşdirmək istəyərkən Vüqar buna etiraz olaraq masanı kənara çəksə də Taleh stulu çəkib Vüqann yanında oturmuşdur. Bu zaman Vüqar qəfildən Talehin boynundan tutduğundan həmin vaxt ara qızışmış və kafedə olan tanımadığı şəxslər də baş verən hadisəyə müdaxilə edib Vüqarla Taleh arasına girib onları bir birindən aralamağa çalışmışlar. O da baş baş verən hadisəyə qoşulub Vüqarın birlikdə masada oturduğu hadisə zamanı yerə yıxılmış Nərimana yerdə olarkən bədəninin müxtəlif yerlərindən təpiklə zərbələr vurmuşdur. Həmin vaxtı kafedə olan tanımadığı üzü saqqalı olan şəxs də Talehlə Vüqarın arasına girib başı ilə Vüqarın çənəsinə zərbə endirib ona xəsarət yetirmişdir. Həmin vaxtı kafedə zalda olan tanımadığı şəxslər araya girib onu və Talehi Vüqar, Nərimandan kənara çəkməyə çalışmışdır. Həmin hadisə zamanı xəsarət almamışdır. Kafenin yuxarı mərtəbəsində əyləşmiş və hadisəyə müdaxilə etmiş şəxsləri də tanımır. O həmin hadisə zamanı Vüqarın yanında oturmuş və hadisə zamanı yerə yıxılmış olan Nərimana yerdə olarkən təpiklə bədəninin müxtəlif yerlərindən zərbələr vurub xəsarət yetirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə zamanı Talehin Vüqarı vurmasını görməmişdir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə arasında barışıq əldə edilmişdir. Azərbaycan Respublikası vətəndaşı ilə qeyri rəsmi ailə qurub, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan bir azyaşlı uşağı vardır. Uzun müddətdir ki, Azərbaycanda yaşayır, 5 ildən artıq müddətdirki, Azərbaycanı tərk etmir. ünvan 2 ünvanında mənzil almış, orada yaşayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 01 oktyabr 2023-cü il tarixdə tanışları Zərərçəkmiş şəxs2, Şahid1la birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən «Alfa Pub» kafesinə yeyib içib istirahət etmək üçün gəlmişlər. Kafenin yuxarı mərtəbəsində ümumi zalda oturub üçü pivə sifariş edib içməyə başlamışlar. Nəriman bir müddət sonra özünü yaxşı hiss eləmədiyini deyib aşağı düşmüş, 20-25 dəqiqə vaxt keçdikdən sonra Nərimanın gəlmədiyini görüb aşağı düşmüşdür. Aşağı mərtəbəyə düşdükdə Nərimanın sanitar qovşağına getmək üçün aşağı mərtəbədə olarkən adını sonradan bildiyi Taleh adlı şəxs ilə aralarında mübahisənin baş verməsini görüb onlara yaxınlaşıb Nərimanı Talehdən ayırıb aşağı mərtəbəyə düşürtmüş və nə baş verdiyini soruşmuşdur. Nəriman bildirmişdir ki, o, sanitar qovşağında olan zaman bir nəfər şəxs gəlib qapını döyüb və çırpmışdır. Sonra Nəriman sanitar qovşaqdan çıxmış və mübahisə yaranmışdır. Nəriman ilə biraz danışdıqdan sonra yuxarı qalxmışdır. Dostu Şahin həmin müddətdə aşağı düşüb Nərimanın mübahisə etdiyi şəxslərin masasına yaxınlaşıb onlara bildirmişdir ki, onlar bura istirahət etməyə gəlmişlər. Şahin onlara hamının içkili olduğunu deyib və içkili şəkildə mübahisə etməmək üçün əlaqə nömrəsini onlara verib və bu məsələ ilə bağlı sabah ayıq şəkildə danışmağı təklif etmişdir. Şahin onlarla danışdıqdan sonra yuxarı qalxmışdır. Onlar hesabı istəmişlər, çıxıb getmək istəmişlər. Elə həmin zaman təxminən 6-7 nəfər onların masasına yaxınlaşmışdır. Taleh adlı şəxs onun masasına yaxınlaşmış və stulu çəkib oturmaq istəyəndə o qoymamış. Onun çəkdiyi stolu itələmiş və icazəsiz masalarına oturmalarına etiraz etmişdir. Buna baxmayaraq Taleh onu tanımaya tanımaya oturacağı yanına çəkib əyləşmiş və həmin vaxtı Talehin ona əl atmaq istədiyini düşündüyündən və ondan ehtiyyat etdiyindən özünü müdafiə etmək üçün qolunu Talehin boynundan salıb tutmuşdur. Həmin vaxtı onlar Talehlə bir-birindən yapışıb başları aşağıda olub süpürləşərkən onu tanımadığı şəxslərin vurması ilə ara qarışmışdır. Onu konkret olaraq Veis və Taleh vurmamışdır. Orada onu 2 nəfər vurmuşdur. Onlardan biri kəllə ilə digəri yumruq ilə ona zərbə endirmişlər. O həmin şəxsləri tanımır. Teleh hadisənin iştirakçısı olub və nəsə eləmək istəyib, lakin dostu Şahin onu aralayaraq itələmişdir. O masanı itələyən zaman dava Taleh tərəfindən başlamış, amma Teleh onu vura bilməmişdir. Şıxaliyev Veisdə onu vurmamışdır, Veis dostu Nəriman yerə yıxılan zaman ona zərbələr vurmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlar masada 3 nəfər olmuşlar, Şahin, Nəriman və o. Onlar ümumi zalda əyləşmişlər. Onlara yaxınlaşan şəxslər təxminən 6-7 nəfər olmuşlar. Onu Taleh və Veis vurmayıb, tanımadığı şəxslər vurub. Baş nahiyəsindən kəllə ilə vurmuşlar və çənəsinə yumruq ilə zərbə vurmuşlar. Dava Taleh tərəfindən başladılmışdır. Taleh onların masasına yaxınlaşanda ondan ehtiyyat etdiyi üçün onun stulunu itələmişdir. Onlar yəqinki oturub aşağıdakı hadisənin necə olduğunu mübahisə etmək istəyirlər deyə düşünmüşdür. Davanın başlamasına səbəb icazəsiz onların masasına yaxınlaşıb, əyləşmək istəmələri olmuş, o, buna etirazını bildirmiş və dava başlamışdır. Şahin Talehgilin masalarına yaxınlaşmışdır, amma sabah bu məsələ ilə bağlı danışmağı təklif etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçi deyil. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, dəqiq xatırlamadığı tarixdə tanışları Zərərçəkmiş şəxs1, Şahid1la birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən «Alfa Pub» kafesinə yeyib içib istirahət etmək üçün getmişlər. Kafenin yuxarı mərtəbəsində ümumi zalda oturub üçü də pivə sifariş edib içməyə başlamışlar. O, birlikdə oturduqları masadan qalxıb aşağı mərtəbədə yerləşən sanitar qovşağına getmişdir. Özünü narahat hiss etdiyindən sanitar qovşaqda bir müddət çox qalmışdır. Həmin vaxtı sanitar qovşağının qapısı dəfələrlə döyülmüş və ona sanitar qovşaqda çox qalmağı ilə bağlı etirazların olması bildirilmişdir. O, santiar qovşaqdan çıxandan sonra kimin qapını döydüyünü soruşmuş, Taleh qızların qapını döydüyünü və onu gözlədiklərini bildirib niyə oradan çıxmadığını soruşmuşdur. Həmin vaxtı Talehlə onun arasında mübahisə yaranmış, səs küy olmuşdur. Sonra dostu Vüqar yuxarıdan aşağı düşmüş, nə baş verdiyini soruşmuşdur. Onlar daha sonra aralaşmış və yuxarı qalxmışlar. Yuxarıda yəni 3-cü mərtəbədə oturmuşlar və çay içmək istəmişlər. Dostu Şahin mübahisəni eşitdikdə aşağı düşmüşdür. Daha sonra Telehgil gəlmişlər və hadisə baş vermişdir. Taleh gələndə stolu itələmiş və Vüqar bundan qorxmuşdur, Telehin nəsə edəcəyindən ehtiyyat eləmişdir. Ani bir vaxtda qarışıqlıq olmuş, o yıxılmış, yerdə olan zaman onu Veis vurmuşdur, hadisə 1-2 dəqiqə ərzində baş vermiş və onlar getmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Talehlə mübahisə etdikdə Vüqar yaxınlaşmış, onlar birbaşa yuxarı qalxmışlar. Ona Veis 2 təpik vurmuş, hazırda Veislə barışmış və şikayətçi deyil. Taleh gəlib stolu birləşdirmiş və oturmuşdur. Vüqar Talehin onu vuracağından və ya bıçaq çıxaracağından qorxduğu üçün Talehi tutmuşdur. Onu yəqinki vurublar ki, yıxılmışdır, amma onu Taleh vurmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, «Alfa Pub» kafesini icarəyə götürüb bir müddət işlətmişdir. Onunla birlikdə Samir də həmin kafedə işləmişdir. Təqsirləndirilən şəxs1 kafeyə gedib gələn daimi müştəri kimi tanımışdır. 20 noyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində işdə olan zaman işlətdiyi kafedən tanıdığı daimi müştəri olan Taleh iş yoldaşı Samirə zəng edərək kafedə boş otaq təşkil etməsini tələb etmişdir. Samir isə kafedə boş otaq olmamasını, müştərilərin olmasını bildirdikdə Taleh onunla kobud danışaraq bunun ona aidiyyətinin olmadığını bildirib ona kafedə oturmağa yer təşkil etməsini bir daha tələb etmişdir. Sonradan Taleh ona da telefonla yığaraq kafedə boş otaq təşkil etməsini tələb etmişdir. O da Samir kimi Talehə kafedə boş otaq olmamasını, müştərilərin olmasını, müştərini çıxarda bilməyəcəyini bildirdikdə Taleh onun ünvanına nalayiq ifadələr işlədib onu yaxınlıqdakı yerləşən «Krevetka» kafesinin yaxınlığına çağırmışdır. O da Samir adlı iş yoldaşı ilə bərabər Talehin onu çağırdığı «Krevetka» kafesinin yaxınlığına olan yerə getmişdir. 20 noyabr 2023-cü il tarixdə saat 02:30 radələrində «Krevetka» kafesinin yaxınlığında Talehlə görüşərkən Taleh onunla kobud danışaraq bir neçə gün əvvəl onun işlətdiyi obyektdə baş vermiş məsələ ilə bağlı polisə aparılmasından narazılığını və iradını bildirib gözləmədiyi halda heç bir əsaslı səbəb olmadan yumruqla ardıcıl olaraq sifətinə zərbələr endirib onu nəlayiq sözlərlə təhqir etmişdir. Həmin vaxtı yanlarında olan Samir onu Talehdən ayırmışdır. Taleh bundan sonra qaçaraq «Krevetka» kafesinə girmişdir. O baş vermiş hadisə zamanı xəsarət aldığına görə Taleh barəsində Sabunçu RPİ-nin 13-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Talehlə görüşərkən Taleh heç bir səbəb olmadan sifətindən yumruqla vuraraq onu nəlayiq sözlərlə təhqir etmişdir. O həmin vaxtı Talehi nə vurmuş, nədə ki onu təhqir etmişdir. Hazırda Təqsirləndirilən şəxs1lə barışmış ona qarşı şikayət və tələbi yoxdur. 01 oktyabr 2023-cü il tarixdə «Alfa Pub» kafesində olan dava ilə bağlı bildirmişdir ki, 01 oktyabr 2023-cü il tarixdən 02 oktyabr 2023-cü il tarixə keçən gecədə saat təxminən 00:15 radələrində kafenin yuxarı mərtəbəsində ümumi zalda olarkən kafedə gördüyü əvvəllər tanıdığı Taleh adlı şəxsin tanımadığı müştərilərin oturduğu masaya yaxınlaşıb yanlarında olan boş masanı əli ilə itəliyib müştərilən oturduğu masaya birləşdirmişdir. Kafedə gördüyü adı sonradan ona məlum olan Vüqar həmin vaxtı etiraz əlaməti olaraq Talehin birləşdiyi masanı onların oturduğu masadan kənara çəkmişdir. Buna baxmayaraq Taleh oturacağı Vüqarın yanına çəkib əyləşmiş və həmin vaxtı anidən bir-birilərindən yapışıb başları aşağıda olub süpürləşərkən kafedə ara qarışmışdır. Kafeyə gələn tanımadığı şəxslər də Vüqar və yanında oturan uşaqların üzərinə hücum çəkmişlər. Konkret olaraq kimin kimi vurması yadında deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 01 oktyabr 2023-cü il tarixdə tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1la birlikdə «Alfa Pub» kafesində yeyib içib istirahət etmişlər. Nəriman birlikdə oturduqlan masadan qalxıb aşağı mərtəbədə yerləşən sanitar qovşağına getmişdir. Aradan bir müddət keçdikdən sonra Nərimanın gəlmədiyini və aşağıdan qışqırıq, səs-küy səsləri eşidib narahat olub aşağı mərtəbəyə düşdükdə Nərimanın sanitar qovşağına getmək üçün aşağı mərtəbədə olarkən adını sonradan bildiyi Taleh ilə aralarında mübahisənin baş verməsini görüb Vüqar onlara yaxınlaşıb Nərimanı Talehdən ayırıb yuxarı mərtəbəyə qaldırmışdır. O isə olanlara görə üzürxahlıq edərək üçüdə Taleh və onun yanında olan şəxslərlə mehribancasına görüşüb ayrılaraq yuxarı mərtəbədə oturduqları masaya qayıtmışlar. Tanışları ilə birlikdə masaya gəlib əyləşdikdən bir müddət sonra ilk dəfə kafedə gördüyü əvvəllər tanımadığı Taleh adlı şəxs onun Nəriman və Vüqarla oturduğu masaya yaxınlaşıb yanlarında olan boş masanı kobud şəkildə əli ilə itələyib onların razılığı olmadan onun Nəriman və Vüqarla oturduğu masaya birləşdirmişdir. Vüqar həmin vaxtı etiraz əlaməti olaraq Talehin birləşdiyi masanı onların oturduğu masadan kənara çəkmişdir ki, həmin tanımadıqları Talehlə arada mübahisə yaranmasın. Buna baxmayaraq Taleh Vüqarı tanımaya tanımaya oturacağı onun yanına çəkib əyləşmiş və həmin vaxtı Vüqara əl atmaq istəyəndə Vüqar ondan özünü müdafiə etmək üçün qolunu Talehin boynundan salıb sakitləşməsi üçün tutmuşdur. Həmin vaxtı Vüqar Talehlə bir- birilərindən yapışıb başları aşağıda olub süpürləşərkən Vüqarı tanımadığı şəxslərin vurması ilə ara qarışmışdır. Kafeyə gələn tanımadığı şəxslər Vüqar və Nərimanın üzərinə hucum çəkmişlər. Kafedə olan tanımadığı şəxslərdən biri Vüqan vurması üçün üzərinə doğru bakal atdıqda onlarla birlikdə kafedə olan Nəriman əlini qabağa verdiyindən bakal Nərimanın sol əlinə dəymiş, Nəriman xəsarət almışdır. Hadisə zamanı baş vermiş qaraşıqlıq zamanı Nəriman yerə yıxılıb yerdə olduğu zaman Talehin yanında olan adını sonradan bildiyi Veis təpiklərlə onun bədəninin müxtəlif yerlərinə zərbələr vurmuşdur. Həmin vaxtı kafedə olan tanımadığı üzü saqqalı olan şəxs Talehlə Vüqarın arasına girib başı ilə Vüqarın çənəsindən zərbə endirib ona xəsarət yetirmişdir. Həmin vaxtı kafedə zalda olan tanımadığı şəxslərlə araya girib Vüqarı və Nərimanı, Taleh və Veisdən kənara çəkməyə çalışmışdır. Kafenin yuxarı mərtəbəsində əyləşmiş və hadisəyə müdaxilə etmiş şəxsləridə tanımır. O həmin hadisə zamanı xəsarət almamışdır, hadisə zamanı Talehi, Veisi və ya digər şəxsi vurub xəsarət yetirməmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Talehin konkret olaraq Vüqarı vurmasını görməmişdir. Aşağı mərtəbədə mübahisəni sakitləşdirərkən Talehə demişdir ki, hamı içkilidir, sabah ayıq başla birlikdə çay içib oturub danışıb mübahisəni aydınlaşdırarlar. Vüqarı kimin vurmasını görməmişdir, Onların stolunda oturmaq üçün 5-6 nəfər gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, bir müddət o, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən «Alfa Pub» kafesini Zərərçəkmiş şəxs3 ilə bərabər icarəyə götürüb işlətmişdir. Bir nəfər tanımadığı müştəri sanitar qovşaqda çox qaldığından müştərilər qapıın döymüşlər. Sanitar qovşaqdan çıxan müştəri nəlayiq sözlər işlətməyə başlamışdır. Taleh buna etirazını bildirmiş, onların aralarında mübahisə yaranmışdır. Sonra onlar yuxarı qalxandan sonra Taleh dedi ki, yuxarı qalxıb oturub çay içsinlər. Yuxarı qalxdıqdada dava başlamışdır. O da orada olmuşdur, kimin kimi vurduğunu görməmişdir. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən «Alfa Pub» kafesini şəriki Zərərçəkmiş şəxs3 ilə bərabər icarəyə götürüb işlədir. Taleh adlı şəxsi kafeyə gedib gələn daimi müştəri kimi tanıyır. 20 noyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində işdə olan zaman işlətdiyi kafedən tanıdığı daimi müştəri olan Taleh ona zəng edərək kafedə boş otaq təşkil etməsini tələb etmişdir. O isə Talehə kafedə boş otaq olmamasını, müştərilərin olmasını bildirdikdə Taleh onunla kobud danışaraq bunun ona aidiyyətinin olmadığını bildirib ona kafedə oturmağa yer təşkil etməsini bir daha tələb etmişdir. Sonradan Taleh şəriki Orxana yığaraq ondanda ona kafedə boş otaq təşkil etməsini tələb etmişdir. Orxan da onun kimi Talehə kafedə boş otaq olmamasını, müştərilərin olmasını, müştərini çıxarda bilməyəcəyini bildirdikdə Taleh Orxanın ünvanına nalayiq ifadələr işlədib onu yaxınlıqdakı yerləşən «Krevetka» kafesinin yaxınlığına çağırmışdır. O da Orxanla bərabər Talehin Orxanı çağırdığı «Krevetka» kafesinin yaxınlığına olan yerə getmişdir. 20 noyabr 2023-cü il tarixdə saat 02:30 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yerləşən «Krevetka» kafesinin yaxınlığında Talehlə görüşərkən Taleh Orxanla kobud danışaraq bir neçə gün əvvəl işlətdikləri obyektdə baş vermiş məsələ ilə bağlı polisə aparılmasından narazılığını və iradını bildirib gözləmədikləri halda heç bir əsaslı səbəb olmadan yumruqla ardıcıl olaraq Orxanın sifətinə zərbələr endirib onu nəlayiq sözlərlə təhqir etmişdir. Həmin vaxtı o Orxanı Talehdən ayırmışdır. Taleh bundan sonra qaçaraq «Krevetka» kafesinə girmişdir. Orxan baş vermiş hadisə zamanı xəsarət aldığına görə ona xəsarət yetirmiş Taleh adlı şəxsin barəsində Sabunçu RPİ-nin 13-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə zamanı ətrafda heç kim olmamış və hadisə təxminən 2-3 dəqiqə ərzində davam etmişdir. Həmin hadisə zamanı Taleh tərəfindən Orxanın ünvanına nəlayiq sözlər, söyüşlər işlədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir(i.v.1); hadisə yerinə baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsində yerləşən “Krivetka” restoranının qarşısına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 9-10); xx.xx.2023-cü il tarixli 1/6500 saylı Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur(i.v.15); məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2863 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ göz almasının ağlı qişasına qansızma, sağ gözyuvası ətrafı nahiyənin şişkinliyi- qançırı və sol almacıq-yanaq nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.17-18); xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur(i.v.19); cinayət işinin icraatının təzələnməsi, cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 30 iyun 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 221.2.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək birgə istintaqı aparılması, Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır(i.v.411-412); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir(i.v.44); hadisə yerinə baxış keçirilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən “Alfa Pub” restoranına baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 59-60); Diskə baxış keçirilməsi haqqında 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, DVD diskdə olan görüntü açıldıqda müəyyən olunur ki, həmin video Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki Alfa Pub-ın zalında çəkilmiş videodur. Belə ki, bir nəfər üzündə saqqalı olan və şəxsiyyəti Təqsirləndirilən şəxs1 olması məlum olan şəxs içəri keçərək 4 nəfər şəxsin əyləşdiyi masanın yanındakı masanı həmin şəxslərin əyləşdiyi masaya əli ilə itələyərək birləşdirir, sonra oturacağı çəkib özü də həmin masada əyləşir. Bu zaman həmin 4 nəfər şəxslərdən biri ilə, yəni şəxsiyyəti Zərərçəkmiş şəxs1 olması məlum olan şəxslə aralarında mübahisə düşür, Zərərçəkmiş şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs1 boynundan sol qolu ilə tutan zaman ara qızışır və tərəflər arasında mübahisə baş verir. Sonra orada olan şəxslərdən biri yaxınlaşıb Zərərçəkmiş şəxs1 sifətindən, daha dəqiqi çənə nahiyəsindən bir dəfə kəllə ilə zərbə vurur. Orada çoxsaylı adam olsa da, mübahisə edən şəxslər 5-6 nəfər arasında olur. Bununla əlaqədar tərtib olunmuş protokol cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.61); Zərərçəkmiş şəxs1 dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Taleh ilə bir-birimizin yaxasından tutaraq süpürləşmişik və həmin vaxtı mən sağ gicgah nahiyyəmdən xəsarət almışam... Kafedə baş verən hadisə zamanı Taleh və Veis tərəfindən mənim və Nərimanın ünvanına nalayiq sözlər, söyüşlər işlədilmişdir”(i.v.69-72); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:20 radələrində CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 90); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş şəxs Vüqar Mirzəyev istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək həmin xüsusatları bir daha təsdiq etmişdir, bundan əlavə üzləşmə zamanı Vüqar Mirzəyev verilmiş suala cavab olaraq göstərmişdir ki, “Talehi boynundan tutmuş hər ikimizin başı aşağı olmuşdur, həmin vaxtda Taleh məni vurduğundan mən xəsarət almışam. Həmin vaxt Talehin yanında olmuş şəxslərdə məni vurmuşdur”(i.v.110-111); xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar istintaq zamanı vermiş olduğu ifadələrini bir-birinin üzünə qarşı deyərək həmin xüsusatları bir daha təsdiq etmişlər(i.v.112-113); məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2443 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 çənə sümüyünün sağ yarısının yerini dəyişən qapalı sınığı, sol çənəaltı nahiyənin əzilmiş yarası və sağ gicgah nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən çənə sümüyünün sağ yarısının yerini dəyişən qapalı sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol çənəaltı nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sağ gicgah nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.114-116); məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 2451 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 alın- təpə nahiyəsinin dərialtı hematoması və sol əlin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən alın-təpə nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol əlin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.117-118); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.139-141); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 22 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.142); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə olan material CPM-nin 40.2.2-ci maddəsi ilə rədd edilmişdir(i.v.154-155); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) oğlu Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(i.v.165-166); Şəxsiyyət vəsiqəsinin tərcümə olunmuş sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 Gürcüstan vətəndaşıdır(i.v.203); 19 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) haqqında olan ********* nömrəli cinayət işinin materiallarından istintaqa məlum olmayan şəxslərin haqqında istintaq aparılması üçün ayrıca icraata cinayət işinin ayrılması, “Alfa Pub” kafesinin zalında baş vermiş hadisənin görüntüləri əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.229- 239); 19 oktyabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) əlbir olduğu istintaqa məlum olmayan şəxslər barədə ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi qərara alınmışdır(i.v.242-243); Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, X2 ilə aralarında yaranan münaqişə ilə bağlı artıq barışıq əldə olunmuşdur, ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) himayəsində xx.xx.2017-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı olan bir azyaşlı uşağı vardır. Zərrəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin video Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki Alfa Pub-ın zalında çəkilmiş videodur. Belə ki, bir nəfər üzündə saqqalı olan və şəxsiyyəti Təqsirləndirilən şəxs1 olması məlum olan şəxs bir neçə şəxslə birlikdə içəri keçərək 4 nəfər şəxsin əyləşdiyi masanın yanındakı masanı həmin şəxslərin əyləşdiyi masaya əli ilə itələyərək birləşdirir. Bu zaman həmin masada əyləşmiş Zərərçəkmiş şəxs1 həmin masanı öz masalarından itələyərək ayırır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs1 oturacağı çəkib özü də həmin masada əyləşir. Bu zaman Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə düşür, Zərərçəkmiş şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs1 boynundan sol qolu ilə tutan zaman ara qızışır və tərəflər arasında mübahisə baş verir, onlar süpürləşir. Sonra orada olan şəxslərdən biri yaxınlaşıb Zərərçəkmiş şəxs1 sifətindən, daha dəqiqi çənə nahiyəsindən bir dəfə kəllə ilə zərbə vurur. Həmin vaxt orada çoxsaylı adam olsa da, mübahisəyə 5-6 nəfər şəxs müdaxilə edir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) ittiham olunduğu cinayət əməlində özünü tam təqsirli bilsə də, digər Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə aralarında olan mübahisə zamanı ona xəsarət yetirməmişdir. Həmçinin, Şahin onu çay içməyə dəvət etdiyi üçün Vüqar Mirzəyevin oturduğu stola gedərək orada əyləşmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs1 ona elan olunmuş İ epizod üzrə xuliqanlıq cinayəti törətməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 02 okyabr 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd edir ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “...Onlar hesabı istəmişlər, çıxıb getmək istəmişlər. Elə həmin zaman təxminən 6-7 nəfər onların masasına yaxınlaşmışdır. Taleh adlı şəxs onun masasına yaxınlaşmış və stulu çəkib oturmaq istəyəndə o qoymamış. Onun çəkdiyi stolu itələmiş və icazəsiz masalarına oturmalarına etiraz etmişdir. Buna baxmayaraq Taleh onu tanımaya tanımaya oturacağı yanına çəkib əyləşmiş və həmin vaxtı Talehin ona əl atmaq istədiyini düşündüyündən və ondan ehtiyyat etdiyindən özünü müdafiə etmək üçün qolunu Talehin boynundan salıb tutmuşdur. Həmin vaxtı onlar Talehlə bir-birindən yapışıb başları aşağıda olub süpürləşərkən onu tanımadığı şəxslərin vurması ilə ara qarışmışdır. Onu konkret olaraq Veis və Taleh vurmamışdır. Orada onu 2 nəfər vurmuşdur. Onlardan biri kəllə ilə digəri yumruq ilə ona zərbə endirmişlər. O həmin şəxsləri tanımır. Teleh hadisənin iştirakçısı olub və nəsə eləmək istəyib, lakin dostu Şahin onu aralayaraq itələmişdir. O masanı itələyən zaman dava Taleh tərəfindən başlamış, amma Teleh onu vura bilməmişdir. Şıxaliyev Veisdə onu vurmamışdır, Veis dostu Nəriman yerə yıxılan zaman ona zərbələr vurmuşdur.” Lakin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Taleh ilə bir-birimizin yaxasından tutaraq süpürləşmişik və həmin vaxtı mən sağ gicgah nahiyyəmdən xəsarət almışam... Kafedə baş verən hadisə zamanı Taleh və Veis tərəfindən mənim və Nərimanın ünvanına nalayiq sözlər, söyüşlər işlədilmişdir”(i.v.69-72); Bundan başqa, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı zərərçəkmiş şəxs Vüqar Mirzəyev istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək həmin xüsusatları bir daha təsdiq etmişdir, bundan əlavə üzləşmə zamanı Vüqar Mirzəyev verilmiş suala cavab olaraq göstərmişdir ki, “Talehi boynundan tutmuşdum, hər ikimizin başı aşağı olmuşdur, həmin vaxtda Taleh məni vurduğundan mən xəsarət almışam. Həmin vaxt Talehin yanında olmuş şəxslərdə məni vurmuşdur”(i.v.110-111); Belə ki, məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınmış bir ədəd DVD diskdə olan videogörüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin video Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki Alfa Pub-ın zalında çəkilmiş videodur. Belə ki, bir nəfər üzündə saqqalı olan və şəxsiyyəti Təqsirləndirilən şəxs1 olması məlum olan şəxs bir neçə şəxslə birlikdə içəri keçərək 4 nəfər şəxsin əyləşdiyi masanın yanındakı masanı həmin şəxslərin əyləşdiyi masaya əli ilə itələyərək birləşdirir. Bu zaman həmin masada əyləşmiş Zərərçəkmiş şəxs1 həmin masanı öz masalarından itələyərək ayırır. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs1 oturacağı çəkib özü də həmin masada əyləşir. Bu zaman Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə düşür, Zərərçəkmiş şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs1 boynundan sol qolu ilə tutan zaman ara qızışır və tərəflər arasında mübahisə baş verir, onlar süpürləşir. Sonra orada olan ağ köynəkli şəxslərdən biri yaxınlaşıb Zərərçəkmiş şəxs1 sifətindən, daha dəqiqi çənə nahiyəsindən bir dəfə kəllə ilə zərbə vurur. Həmin vaxt orada çoxsaylı adam olsa da, mübahisəyə 5-6 nəfər şəxs müdaxilə edir. Məhkəmə videogörüntü ilə bağlı xüsusi olaraq qeyd edir ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında münaqişə olarkən orada olan ağ köynəkli şəxslərdən birinin yaxınlaşıb Zərərçəkmiş şəxs1 sifətindən, daha dəqiqi çənə nahiyəsindən bir dəfə kəllə ilə zərbə vurması müəyyən edilsə də, digər hər hansı şəxsin Zərərçəkmiş şəxs1 vurması, daha dəqiq desək, alın-təpə nahiyyəsindən vurması müşahidə olunmur. Həmin videogörüntüdən Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 süpürləşməsi, Təqsirləndirilən şəxs1 aktiv hərəkətlər etməsi müşahidə olunur ki, həmin anda Zərərçəkmiş şəxs1 sağ gicgah nahiyəsinn qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət alması inkar olunmur. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda zərərçəkmiş şəxs Vüqar Mirzəyevlə Təqsirləndirilən şəxs1 barışmışdır. Eyni zamanda, hadisənin törədilməsində iştirak etmiş Təqsirləndirilən şəxs1 müəyyən edilsə də, zərərçəkmiş şəxs Vüqar Mirzəyevin sağlamlığına yüngül və az ağır xəsarət yetirmiş şəxsiyyəti istintaqa məlum olmayan hadisənin iştirakçıları barədə cinayət işi ayrılmış, həmin şəxslərin şəxsiyyəti bugünədək müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 cinayətin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək tapılması üçün, eləcə də Təqsirləndirilən şəxs1 məsuliyyətdən azad edilməsi üçün fərqli ifadə vermişdir. Zərərçəkmiş şəxs Vüqar Mirzəyevin ibtidai istintaq zamanı verdiyi ifadələr iş materiallarında olan sübutlarla uzlaşdığından onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi sübut kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi şahid ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, “...o aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Şahin onu çay içməyə dəvət etdiyi üçün Vüqar Mirzəyevin oturduğu stola gedərək orada əyləşmişdir.” Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, “...Aşağı mərtəbədə mübahisəni sakitləşdirərkən Talehə demişdir ki, hamı içkilidir, sabah ayıq başla birlikdə çay içib oturub danışıb mübahisəni aydınlaşdırarlar...” Həmçinin, video diskə baxış zamanı müəyyən edilmişdir ki, Taleh adlı şəxs Vüqar, Nəriman və Şahinin oturduğu masaya yaxınlaşıb yanlarında olan boş masanı kobud şəkildə əli ilə itələyib onların razılığı olmadan onların oturduğu masaya birləşdirmişdir. Vüqar həmin vaxtı etiraz əlaməti olaraq Talehin birləşdiyi masanı onların oturduğu masadan kənara çəkmişdir ki, Talehlə arada mübahisə yaranmasın. Buna baxmayaraq Taleh Vüqarı tanımaya tanımaya oturacağı onun yanına çəkib əyləşmiş, bu səbəbdən də mübahisə başlamışdır. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs1 özünü başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyətilə bu hərəkətləri törətmiş, onun bu hərəkətləri mübahisənin yaranmasına, digər şəxslərində mübahisəyə qoşularaq ictimai qaydanın pozulmasına, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlərin baş verməsinə, yəni xuliqanlıq əməlinin törədilməsinı səbəb olmuşdur. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs1 əməllərinin xuliqanlıq cinayəti kimi qiymətləndirilməsinin düzgün olmaması ilə bağlı dəlillərini aşağıda qeyd olunan normalarla təkzib edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəblə sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Göründüyü kimi, həm təqsirləndirilən şəxslər, həmçinin zərərçəkmiş şəxs və şahidlərin yuxarıda qeyd edilən ifadələri ilə, eləcə də videogörüntü ilə bir daha təsdiq olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Alfa Pub» kafesində baş vermiş hadisə heç bir səbəb olmadan, Təqsirləndirilən şəxs1 icazəsiz kafedə istirahət edən zərərçəkmiş şəxslərin masasına icazəsiz digər masını birləşdirməsi və icazəsiz həmin masaya stul çəkərək oturması səbəbindən baş vermişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki epizod üzrə cinayət hadisəsi 02 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən «Alfa Pub» kafesində baş vermiş, təqsirləndirilən şəxslər ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək öz qanunsuz hərəkətləri ilə həmin vaxt orada olan digər vətəndaşların diqqətini cəlb etməklə xuliqanlıq hərəkətləri törətmişdirlər ki, bu hal həm təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahid ifadələri və iş materialına əlavə edilmiş videogörüntü ilə bir daha öz təsdiqini tapmışdır. Eləcə də, müdafiə tərəfi çıxışında Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi İİ epizod üzrə əməlində CM-nin 221-ci maddəsinin tərkibinin olmamasını əsas gətirərək onun həmin epizod üzrə əməlinin CM-nin 128-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həm Təqsirləndirilən şəxs1, həm Zərərçəkmiş şəxs3 və Şahid2 ifadələri ilə müəyyən edilmişdir ki, hadisəyə səbəb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 zəng edərək işlətdiyi «Alfa Pub» kafesində oturmağa yer təşkil etməsini istəmiş, yer olmadığından ona yer təşkil edilə bilməmiş, buna etiraz olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 və Şahid2 ictimai yer olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən «Krivetka» kafesinin yaxınlığında küçəyə çağırmış, orada Zərərçəkmiş şəxs3 sifətindən bir neçə dəfə yumruqla vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs3 və Şahid2 ifadələri ilə bir daha təsdiqini tapmışdır ki, hadisə heç bir səbəb olmadan, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı haqsız iradı üzündən baş vermişdir. Eyni zamanda, hadisə ictimai yer olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən «Krivetka» kafesinin yaxınlığında küçədə baş vermiş, hadisə yerində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs3 başqa Şahid2 da olmuşdur. Zərərçəkmiş şəxs3 və Şahid2 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan ictimai yer olan küçədə nəlayiq ifadələr işlətmişdir. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs1 özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymuş, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan hərəkətlərə yol vermişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslərlə barışmasını(CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) himayəsində bir azyaşlı uşağının olmasını(CM-59.1.4), zərərçəkmiş şəxslə barışmasını(CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Shıkhalıev Veisə (Təqsirləndirilən şəxs2) cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 20 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 oktyabr 2023-cü il tarixdən 22 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 ünvanını saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Shıkhalıev Veis (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15(on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Cəzasını iş yerində çəksin. Hökmün icrasına nəzarət Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut - 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Shıkhalıev Veisin (Təqsirləndirilən şəxs2) dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar