Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-611/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, onun nümayəndəsi və vəkili -“Güvən” vəkil bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12, X4 və onların müdafiəçiləri-Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12, X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Eldar Yusif oğlunun, X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X21 və X15 tərəfindən 2023-2024-cü il tarixlərdə müxtəlif vaxtlarda, ən sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə X7 yaşadığı ünvan 1 ünvanına gələrək küçədə, qonşuların toplaşdığı ərazidə qışqıraraq təhqir etmiş, guya onların qızını X3 işlədiyi məktəbdə döyməsinə dair həqiqətə uyğun olmayan, xüsusi ittihamçının peşəkarlığını şübhə altına alan, onu nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatlar yaymışdır. Bütün bu hərəkətlər video lentə alınmışdır (CD disk əlavə edilir). Bundan əlavə, xx.xx.2024-cü il tarixdə X21 və X15, X3 işlədiyi 75 nömrəli məktəbə gələrək məktəb kollektivi qarşısında X7 onların həmin məktəbdə oxuyan qızını döyməsinə dair X7 qəsdən ittiham etmişdir. Daha sonra isə məktəbdə və Bakı şəhər Baş Səhiyyə idarəsində bu hal araşdırılmış və X3 heç bir təqsirinin olmamasına dair protokol tərtib edilmişdir (bununla sənədlər təqdim edilir). Bundan sonra, X21 və X15 yenidən əməllərinə davam edərək mütəmadi olaraq küçədə hər kəsin qarşısında X7 təhqir etməsinə baxmayaraq, 15 saylı Polis Şöbəsinə 75 nömrəli məktəbdə oxuyan qızlarının X14 tərəfindən döyülməsilə, habelə məktəbdə qızını video kamera ilə lentə alınması ilə bağlı qəsdən ittiham etmişdir. Şikayətlə bağlı Polis əməkdaşları X3 işlədiyi 75 nömrəli məktəbə gəlmiş və X14 bir daha əsassız şikayətə görə məktəb kolektivi qarşısında şərəf və ləyaqəti ləkələnmişdir. Daha sonra 15 saylı Polis Şöbəsində bu hal araşdırılmış və X3 təqsirsiz olması, X21 və X5 X7 qəsdən nüfuzdan salmasına dair belə bir əməl törətdiyi üzə çıxmışdır (bununla sənədlər təqdim edilir). xx.xx.2024-cü il tarixdə isə X21 və X15 gələrək yenidən X7 yaşadığı evin önündə ağır söyüşlərlə təhqir edərək yaşadığı ərazidə onun nüfuzunu ləkləmişdir. Və bu hərəkətlər (böhtan və təhqir) X21 və X15 üçün artıq adi hala çevrilmişdir. Cinayət Məcəlləsinin 147.1 -ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə- bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya'bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç -ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, barəsində şikayət verilən şəxslər xüsusi ittihamçını məktəb kollektivi, yaşadığı ərazi və digər dövlət qurumları və hüquq mühafuzə orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş nəzərdə tutulmuş əməlləri, yəni ağır cinayət hesab olunan əməlləri törətməkdə ittiham etmiş, habelə onu kütləvi şəkildə təhqir etmişdir. Həmin Məcəllənin 133.1 -ci maddəsinə əsasən, Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 133.2.4-cü maddəyə əsasən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, xüsusi ittihamçı) X21 və X15 tərəfindən ağır cinayətə görə ittiham edilmişdir. Cinayət Məcəlləsinin 15.4-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Şərh edilənlərdən də göründüyü kimi, xüsusi ittihamçının barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları, xüsusilə də X7 işlədiyi məktəbdə xidmətlərə kölgə salan hərəkət etməklə, habelə yaşadığı ərazidə onu rüsvay etməklə, ona böhtan atmaqla, habelə təhqir etməklə X21 və X15 Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148 maddələri ilə nəzərdə tutulan əməlləri törətmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının vətəndaşları X21 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edərək cəzalandırılmasına dair hökm çıxarılması xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X14 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərlə əvvəllər münasibəti yaxşı olmuşdur. X1 bəzi xoşagəlməz hərəkətlərini görüb onunla münasibəti kəsmiş, onun salamını almamışdır. Bundan sonra X16 onu gördükdə ona nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra onun qızına qarşı zor tətbiq edərək ona xəsarət yetirmişlər. Bununla bağlı Sabunçu RPİ-nə şikayətlə müraciət etmiş, X16 barəsində cinayət işi başlanılmışdır. Hazırda işin istintaqı davam edir. Bundan sonra X16 guya onun qızını döyməsinə dair barəsində digər insanların yanında həqiqətə uyğun olmayan məlumatlar yaymağa başlamışdır. Bununla bağlı polisə, işlədiyi məktəbə, Bakı Baş səhiyyə İdarəsinə müraciətlər etmişdir. xx.xx.2024cü il tarixdə yaşadığı ünvanının qarşısına gələrək qonşuların gözü qarşısında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Uşaqlarını da öyrədir, onun evinin qarşısından keçəndə ona qarşı nalayiq ifadələr işlədir və hərəkətlər edirlər. Ona görə də qeyd olunan şəxslər barəsində qanuna uyğun tədbirlər görülərək məsuliyyətə cəlb edilmələri zəruridir. Şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X3 vəkili Müdafiəçi1 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X21, X16 hüquqlarını müdafiə etdiyi X3 barəsində qızlarının sonuncu tərəfindən döyülməsinə dair digər insanların yanında həqiqətə uyğun olmayan məlumatlar yaymışlar. Bununla bağlı polisə, Sultanova Kürsümün işlədiyi məktəbə, Bakı Baş səhiyyə İdarəsinə müraciət etmişlər. Bakı Baş Səhiyyə İdarəsində araşdırma aparılmış və bu hal öz təsdiqini tapmaışdır. Şikayətlə bağlı polis əməkdaşları X6 işlədiyi 75 nömrəli məktəbə getmişlər. Bu isə onu məktəb kollektivi içərisində nüfuzdan salmışdır. Polis tərəfindən aparılan araşdırma üzrə X3 əməlində cinayət tərkibinin olmamasına dair şifahi şəkildə onlara məlumat verilmişdir. Bundan başqa qeyd olunan şəxslər tərəfindən daimi olaraq Sultanoav Kürsümə qarşı nalayiq ifadələr işlədilir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Sultanova Kürsümün evinin qarşısında qonşuların gözü önündə onun ünvanına nalayiq ifadələr işlətmişlər. Bunu əks etdirən videogörüntülər də məhkəməyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına götürülməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 bildirmişdir ki, qızı ona məktəbə getmək istəmədiyini, Sultanova Kürsümün onu incitdiyini, ondan qorxduğunu bildirmişdir. Bununla bağlı o, məktəb rəhbərliyinə müraciət etmişdir. Lakin heç bir tədbir görülməmişdir. Onlar bundan sonra polisə şikayət etmişlər. Uşağının məktəbdə təzyiqlərə məruz qalmasını düşündüyü üçün bir valideyn olaraq narahat olmuş və aidiyyatı qurumlara müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Sultanova Kürsüm onları təhqir etmiş, bundan irəli gələrək aralarında qarşılıqlı mübahisə baş vermişdir. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmamasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X21 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmamasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 və X4 vəkilləri bildirmişlər ki, X3 barəsində cinayət işinin başlanmasının rədd olunması barədə hər hansı qərar yoxdur yalnız şifahi şəkildə deyilən bir məlumatdır. Tərəflər arasında şəxsi münasibətlər zəminində uzun müddət davam edən bir münaqişə mövcuddur, təhqir və böhtan cinayəti üçün xarakterik olan motiv yoxdur. Ona görə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasından imtina edilməsini xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Eyni zamanda, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. X12 və X4 uşaqlarının məktəbdə X17 tərəfindən təzyiqə məruz qalmasına dair aidiyyatı qurumlara şikayətlə müraciət etmələri uşağın bildirdiyi məlumatlara əsaslanaraq valideyn olaraq bu vəziyyətdən narahat olmaqlarından qaynaqlanmaqla bu istiqamətdə bir araşdırma aparılmasını təmin etmək məqsədi daşımışdır. Bunun əksini, yəni qeyd edilən şəxslərin X7 cinayətdə ittiham etməklə onu ətrafda nüfuzdan salmaq məqsədinin olduğunu iddia edən xüsusi ittiham qaydasında şikayət verən şəxs bunu təsdiq edəcək əsaslı bir dəlil təqdim edə bilməmişdir. Bundan başqa şikayətçinin böhtan xarakterli olduğunu iddia etdiyi məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır. Bundan başqa sübut qismində məhkəməyə təqdim edilmiş DVD disklə tanış olarkən bir neçə şəxsin qarşılıqlı olaraq mübahisə etdiyi, konkret olaraq X9 qarşı X21, X16 tərəfindən nalayiq ifadələr işlədilməsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, X12 və X4 xüsusi ittiham qaydasında şikayət vermiş X3 şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilməsinə niyyətinin olması barədə qənaətə gəlinməsi üçün əsas yoxdur. Həmçinin, xüsusi ittiham qaydasında şikayət ərizəsində X12, X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, hansı ifadələrin təhqir olması göstərilməmişdir. Bu isə şəxslərə qarşı irəli sürülmüş ittihamın aydın, dəqiq olmamasına dəlalət edir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət ərizəsində X12, X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş edilsə də, qanunvericiliyin tələblərinə əməl edilməmiş, təqsirli bilindiyi halda X18, X10 hər bir maddə üzrə və Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzanın növü və həddi göstərilməmiş, xahiş edilməmişdir. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X12, X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçilər dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişlər. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X19, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X11 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12, X4 hüquqlarının müdafiəsi üçün hər birinin 04 iş saatı göstərdiklərii pulsuz hüquqi yardıma görə Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 24 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-611/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-611/2024
06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver