Məhkəmə qərarları › İş №1(008)-611/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-611/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-611/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mahruzlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə satıcı işlədiyi ünvan 2 ünvanında yerləşən “Moon Kids” uşaq geyimləri mağazasında olduğu zaman xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmin mağazaya müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən adına emissiya edilmiş 5239 1517 4189 9085 nömrəli bank kartının üzərindəki 16 rəqəmli kodu, CVV kodu və bitiş tarixini kartı sonuncunun əlində görüb əzbərləyərək özündə qeyd etmiş, daha sonra həmin tarixdə axşam vaxtı işdən çıxıb yaşadığı ünvan 1 ünvanına gəldikdə həmin kart hesabını özünə məxsus olan ***-***-**-** mobil nömrə altında istifadə etdiyi “Samsung A32” markalı mobil telefonunda “Temu” və “Wolt” mobil tətbiqlərindəki hesablarına bağlamış, bundan sonra o, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən adına emissiya edilmiş 5239 1517 4189 9085 nömrəli bank kartı ilə xx.xx.2025-ci il tarixdə saat 00:07-də “Wolt” tətbiqində 14,14 AZN dəyərində, saat 11:46-da “Wolt” tətbiqində 95,78 AZN dəyərində, xx.xx.2025-ci il tarixdə saat 15:27-də “Wolt” tətbiqində 37,49 AZN dəyərində, saat 23:08-də “Wolt” tətbiqində 64,88 AZN dəyərində, xx.xx.2025-ci il tarixdə saat 07:46-da “Temu” tətbiqində 55,37 AZN dəyərində, saat 07:48-da “Temu” tətbiqində 10,35 AZN dəyərində, saat 07:51də “Temu” tətbiqində 7,82 AZN dəyərində, saat 07:53-də “Temu” tətbiqində 6,56 AZN dəyərində, saat 07:54-də “Temu” tətbiqində 4,72 AZN dəyərində, saat 13:33-də “Wolt” tətbiqində 32,49 AZN dəyərində, xx.xx.2025-ci il tarixdə saat 15:14-də “Wolt” tətbiqində 43,78 AZN dəyərində, saat 19:50-də “Wolt” tətbiqində 121,21 AZN dəyərində, saat 20:52də “Wolt” tətbiqində 27,39 AZN dəyərində, xx.xx.2025-ci il tarixdə saat 20:37-də “Wolt” tətbiqində 47,43 AZN dəyərində, saat 21:08-də “Wolt” tətbiqində 30,55 AZN dəyərində, xx.xx.2025-ci il tarixdə saat 01:03-də “Temu” tətbiqində 42,51 AZN dəyərində, saat 12:01də “Wolt” tətbiqində 103,47 AZN dəyərində, saat 12:11-də “Wolt” tətbiqində 27,41 AZN dəyərində, saat 13:37-də “Wolt” tətbiqində 14,42 AZN dəyərində müxtəlif növ qida məhsulları və digər əşyalar sifariş etməklə Zərərçəkmiş şəxs məxsus bank kartından vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ümumilikdə 787,77 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs Xətai rayonu, “Əhmədli” metrosu yaxınlığında yerləşən, həmin vaxt satıcı işlədiyi “Moon kids” adlı uşaq geyimləri mağazasına yanında olan azyaşlı uşaqlarına paltar almağa gəldiyi zaman onun ödəniş etmək üçün çıxarıb əlində saxladığı, sonra isə kassirə verdiyi bank kartının 16 rəqəmli nömrəni və arxasındakı 3 rəqəmli kodu əzbərləyib öz telefonunun “note” hissəsinə qeyd etmiş, həmin gün axşam vaxtı işdən sonra yaşadığı evə gəldiyi zaman qeyd etdiyi məlumatlar əsasında onun kartını öz istifadəsində olan “Samsung” markalı mobil telefonunda “Wolt” və “Temu” hesablarına əlavə etmiş, bundan sonra xx.xx.2025-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla hər iki platformada ümumilikdə 787,77 AZN məbləğində etdiyi sifarişlər üçün ödənişlər edərək həmin məbləğdə onun pul vəsaitini kart hesabından talamışdır. xx.xx.2025-ci il tarixdən sonra həmin bank kartı bloklanması səbəbindən artıq ondan isifadə edə bilməmişdir. 2025-ci ilin iyun ayında isə törətdiyi əməl ilə bağlı polisə dəvət edilmiş və törətdiyi əməli etiraf etmişdir. O, əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, artıq “Moon kids” mağazasından işdən çıxmış və hazırda heç yerdə işləmir, eləcə də belə düşünmüşdür ki, hissə-hissə az məbləğlərdə ödənişlər etsə kartın sahibi bunu aşkar etməz və törətdiyi əməlin üstü açılmaz, birdən birə böyük məbləğdə sifariş etsəydi, kartın sahibi bunu öz mobil tətbiqində görüb aşkar edə və hadisənin üstü açıla bilərdi. Bu məqsədlə o, sifarişləri müxtəlif tarixlərdə və saatlarda hissə-hissə etmişdir. Bundan əlavə sonuncu dəfə Zərərçəkmiş şəxs bank kartı ilə xx.xx.2025-ci il tarixdə saat 13:37-də “X3” mağazasından “Wolt” tətbiqi ilə 14,42 AZN dəyərində şirniyyat sifarişini Xətai rayonu, “Əhmədli” metrosu yaxınlığında yerləşən, satıcı işlədiyi “Moon kids” adlı uşaq geyimləri dükanına etmiş, həmin sifarişi yaşadığı evdə olarkən, daha dəqiq evdən çıxıb işə getməyə hazırlaşdığı zaman etmiş, həmin sifarişi verdiyi zaman evdən çıxıb taksi ilə işə gəlməyə hazırlaşırmış, sifarişi evdən verməyinə səbəb, işə gəlib çatana qədər sifarişin hazır olub çatdırılması, bununla da vaxt itirmək istəməməsi olmuş, eləcə də evdə internet şəbəkəsinə qoşulmaq imkanı olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 may 2025-ci il tarixdə yaşadığı mənzildən çıxaraq Xətai rayonu, Əhmədli metrosu yaxınlığına uşaqlarına paltar almaq üçün getmiş, orada yerləşən mağazalardan birinə daxil olaraq paltarlara baxırmış və almaq istədiyi paltarın ödənişini kart vasitəsilə etmək üçün özünə məxsus olan 5239-1517-4189-9085 saylı bank kartını kassada oturan oğlana vermişdir. Həmin oğlan bank kartını posterminala yaxınlaşdıraraq ödənişi onun öz istəyi ilə 3 aylıq kreditə bölmüş və təxminən 2 dəqiqə sonra kartı geri qaytarmışdır. Kart şəxsdə olan zaman fikri uşaqlarında olmuş, bundan sonra paltarı alıb oradan uzaqlaşıb evə getmişdir. 15 may 2025-ci il tarixdə "xxxx"dan ona zəng edilərək gün ərzində bank kartından əməliyyat etməsi barədə sual verilmiş, o, isə cavab olaraq heç bir əməliyyat etmədiyini əməkdaşa telefonda bildirmişdir. Təxminən 5 dəqiqə sonra telefonunda “Birbank” tətbiqinə daxil olmuş və təhlükəsizlik məqsədilə kartı blok etmişdir. 16 may 2025-ci il tarixdə işlədiyi məktəbdə olarkən telefonunda “Birbank” tətbiqinə daxil olduqda görmüşdür ki, 09 may tarixdən 15 may tarixədək olan müddət ərzində kartından hissə-hissə pul vəsaitləri “Volt” və “Temu” adlı tətbiqlərə çıxılmış və kartından naməlum şəraitdə oğurlanmışdır. Belə ki, kartına ilkin müdaxilə 08 may 2025-ci il tarixdə saat 23:39da edilməklə 5 qəpik “Volt” tətbiqinə çıxılmış və təkrar kartın balansına yüklənmiş, sonra eyni vaxtda iki dəfə 174,78 manat və bir dəfə 61,87 manat olmaqla kartından pul oğurlanmağa cəhd edilmiş, bundan sonra kartından 9-15 may tarixləri arasında müxtəlif vaxtlarda və məbləğlərdə pul vəsaitləri sifariş ödənişlərinə çıxılaraq oğurlanmışdır. O, əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən şübhələndiyi məqam bu olmuşdur ki, 08 may 2025-ci il tarixdə “Əhmədli” metrosu yaxınlığında yerləşən uşaq geyimi mağazasında ödəniş etmək üçün kartını kassada oturan şəxsə vermiş, həmin vaxt isə mağazada 1 oğlan və 2 qız satıcı olmuş, bundan başqa kartını heç vaxt kənar şəxsə verməmiş, kartını kassada oturan şəxsə vermiş, həmin vaxt mağazada 1 oğlan və 2 qız satıcı qız olmuş, bundan başqa kartını heç vaxt kənar şəxsə verməmişdir. Kart hesabından ümumilikdə 787 manat 77 qəpik pul oğurlanmışdır. Bununla yanaşı, xx.xx.2025-ci il tarixdə “Temu” platformasından onun kart hesabına hissə-hissə olmaqla ümumilikdə 32 manat 7 qəpik məbləğində geri qaytarma əməliyyatları baş vermiş, lakin həmin məbləğin hansı səbəbdən kart hesabına geri qaytarıldığını bilmir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 41-ci vərəqində olan “Dəymiş ziyanın ödənilməsi barədə” 22 iyul 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vurulan maddi ziyan olan ümumilikdə 787,77 manat pul alınaraq Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin 62-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi barədə” 22 iyul 2025ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 66-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 67-ci vərəqində olan **********9 saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə “X4”ndan 41.70 manat dəyərində geyim məhsulları alınmışdır. Cinayət işinin 73-cü vərəqində olan “Çıxarışlara baxış keçirilməsi haqqında” 06 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən adına emissiya edilmiş 5239 1517 4189 9085 nömrəli bank kartı ilə xx.xx.2025-ci il tarixdə saat 00:07-də “Wolt” tətbiqində 14,14 AZN dəyərində, saat 11:46-da “Wolt” tətbiqində 95,78 AZN dəyərində; xx.xx.2025-ci il tarixdə saat 15:27-də “Wolt” tətbiqində 37,49 AZN dəyərində, saat 23:08-də “Wolt” tətbiqində 64,88 AZN dəyərində; xx.xx.2025-ci il tarixdə saat 07:46-da “Temu” tətbiqində 55,37 AZN dəyərində, saat 07:48-da “Temu” tətbiqində 10,35 AZN dəyərində, saat 07:51-də “Temu” tətbiqində 7,82 AZN dəyərində, saat 07:53-də “Temu” tətbiqində 6,56 AZN dəyərində, saat 07:54-də “Temu” tətbiqində 4,72 AZN dəyərində, saat 13:33-də “Wolt” tətbiqində 32,49 AZN dəyərində; xx.xx.2025-ci il tarixdə saat 15:14-də “Wolt” tətbiqində 43,78 AZN dəyərində, saat 19:50-də “Wolt” tətbiqində 121,21 AZN dəyərində, saat 20:52- də “Wolt” tətbiqində 27,39 AZN dəyərində; xx.xx.2025ci il tarixdə saat 20:37-də “Wolt” tətbiqində 47,43 AZN dəyərində, saat 21:08-də “Wolt” tətbiqində 30,55 AZN dəyərində; xx.xx.2025-ci il tarixdə saat 01:03-də “Temu” tətbiqində 42,51 AZN dəyərində, saat 12:01- də “Wolt” tətbiqində 103,47 AZN dəyərində, saat 12:11də “Wolt” tətbiqində 27,41 AZN dəyərində, saat 13:37-də “Wolt” tətbiqində 14,42 AZN, beləliklə, vətəndaşın kart hesabından xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə “Wolt” və “Temu” platformalarına ümumilikdə 787,77 manat məbləğində pul vəsaiti sifariş ödənişlərinə çıxılmış, bununla yanaşı xx.xx.2025-ci il tarixdə “Temu” platformasından vətəndaşın kart hesabına ümumilikdə 32,7 manat geri qayatrılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin hesab edir ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsnun hüquqlarının istintaqda və məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar