Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-612/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Lənkəran şəhəri, Əşlə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4, 9.2.3, 9.3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasından 10 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu götürülməmiş və ödənilməmiş, Lənkəran şəhəri, RVO ərazi dairəsi, Əşlə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar Y/M-də yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədi ilə 2024-cü ilin aprel ayının 09-dan 25-nə kimi olan müddət ərzində, dəqiq tarixi istintaqa məlum olmayan gündə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 615 “S” saylı ikimərtəbəli bağ evinin hasarından aşaraq həyətə, oradan isə iki mərtəbəli evin birinci mərtəbəsinə hamam otağının açıq olan plastik pəncərəsindən qanunsuz daxil olub, birinci mərtəbədə olan saxlanc yerindən 1 ədəd, dəyəri 5000 manat olan qədim divar saatının mexanizmini, eləcə də həmin mexanizmin bir hissəsi olan - mis və sink əsaslı ərintidən hazırlanmış 117,61 qram kütləli, insan formasında olan, sarı rəngli metaldan hazırlanmış heykəli, ümumi dəyəri 1000 manat olan müxtəlif sayda spirtli içkiləri - şüşə qablarda araq, viski, konyakı, ümumi dəyəri 100 manat olan 2 ədəd kiçik ölçülü lüstürü və 2 ədəd dəyəri 100 manat olan toy güzgüsünü gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 6200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talama məqsədilə, 2024-cü ilin may ayının ortalarınadək, dəqiq tarixi istintaqa məlum olmayan gündə, axşam saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində yerləşən ikimərtəbəli yeni tikilmiş 973 saylı bağ evinin hasarından aşaraq həyətə düşüb, qapısı və pəncərəsi olmayan yeni tikiliyə qanunsuz daxil olmuş, lakin hər hansı əşya aşkar etmədiyindən yenidən həyətə çıxmış, həyətdə olan qaraj kimi istifadə olunan saxlanc yerinə yan tərəfdə açıq olan plastik pəncərədən qanunsuz daxil olub, oradan isti pol üçün nəzərdə tutulmuş ümumi dəyəri 3000 manat olan, “Valtec” markalı, 02 dəst - birində 7 çıxışlı, klapan, vintel, termometr olan, digərində isə 6 çıxışlı, klapan, vintel, termometr olan kollektor dəsti və 1 ədəd su tənzimləyicisini, dəyəri 70 manat olan “Yovlet laser level” markalı istifadədə olmuş 1 ədəd lazer dəstini, dəyəri 80 manat olan “Rusello rotary hammer” markalı istifadədə olmuş 1 ədəd drel-perforatoru, dəyəri 70 manat olan “DWT WS10-125LTN markalı istifadədə olmuş 1 ədəd laqondanı, eləcə də ümumi dəyəri 300 manat olan isti polun vintellərini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3520 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayında axşam saatlarında, saat təxmini 23 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində piyada gəzirərkən iki mərtəbəli yaşayış evini görmüşdür. Bir müddət evi kənardan müşahidə etmiş, evdə hər hansı şəxsin olmadığını yəqin etmişdir. Daş hasardan aşaraq həyətə keçmiş, evin yan tərəfinə keçmiş, birinci mərtəbədə hamam otağının açıq olan plastik pəncərəsindən içəri keçmiş, evin seyf qapısını arxadan bağlamış, 1-ci mərtəbədə olan 3 otaqda axtarış aparmışdır. Həmçinin 1-ci mərtəbədən divar saatının iç mexanizmini, müxtəlif sayda, təxmini 3-4 şüşə qabda araq, viski, konyakı, 02 ədəd kiçik ölçülü lüstürü götürmüşdür. Evdə olan qara sellofan torbaya götürdüyü əşyaları yığmış, evdə olan digər plastik pəncərəni açıb həyətə, oradan isə daş hasardan aşaraq bayıra çıxmışdır. Yaxınlıqda olan yarımtikilidə gecələmiş, səhər açılanda taksi ilə Maştağa qəsəbəsi, Kirov dairəsində əlvan metal qəbulu məntəqəsinə saatın iç mexanizmini 48 manata satmış, digər hissələri olan zəncir, yumru formalı ağır çəkili daşlarını isə yoldan keçən metal qəbul edən şəxslərə satmış, daha sonra Zabrat qəsəbəsinə getmiş, içkiləri Asif adlı dostuna pay vermişdir, 02 ədəd çilçırağı isə küçədən keçən dəmir alan şəxsə 30 manata satmışdır. Daha sonra, 2024-cü ilin may ayının əvvəllərində, axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində gəzərkən ikimərtəbəli yeni tikilini görmüş, daş hasardan həyətə keçmiş, yeni tikilinin qapısı və pəncərəsi olmadığından evə baxmış, lakin oğurlanası hər hansı əşya aşkar etməmişdir. Həyətdə qarajı görmüş, jalüz qapısı olduğundan yan tərəfinə keçmiş, pəncərədən qarajın içinə girmiş, oradan isti pol üçün lazım olan 02 ədəd kollektoru, 01 ədəd lazer, 01 ədəd direl, 01 ədəd kiçik ölçülü laqonda, isti polun vintellərini torbaya yığmış, ayaqaltını pəncərənin yanına çəkmiş, ilk olaraq əşyaları onun üzərinə qoymuş, daha sonra özü ayaqaltına çıxmış, torbanı pəncərədən həyətə sallamış, sonra özü həyətə düşmüşdür. Daha sonra daş hasardan aşaraq ərazini tərk etmişdir. 02 ədəd kollektoru, vintellərlə birlikdə Qazax rayonunda tikinti materalları mağazası işlədən Şirzad adlı tanışına 1000 manat satmışdır. Qazaxa gedən tanımadığı taksi ilə kollektoru göndərmiş, Şirzad adlı şəxs isə pulu onun M 10 hesabına göndərmişdir. 01 ədəd lazer, 01 ədəd direl, 01 ədəd kiçik ölüçülü laqondanı Nizami rayonu, Q.Qarayev prosepktində yaşayan Bəxiyar adlı tanışına vermişdir ki, satsın. O isə sataraq 120 manat pulu ona vermişdir. Oğurluq hadisələrini tək törətmişdir. Oğurluq cinayətlərini törədərkən üzündə tibbi maska, əlində əlcək olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğurluq hadisəsi baş verən ərazidə daimi yaşayış yeri yoxdur. Hadisədən əvvəl, sonuncu dəfə 09 aprel 2024-cü ildə həmin bağ evinə baş çəkmişdir. xx.xx.2024-cü il tarixdə yoxlama məqsədi ilə bağ evinə gəlib darvazanı açıb həyətə girmiş, evin əlavə giriş hissəsi üçün nəzərdə tutulmuş plastik qapısının açıq olduğunu görmüş, dərhal içəri girmişdir, bu zaman evin mətbəxi üçün nəzərdə tutulmuş hissəsinin dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Dərhal 102 xidmətinə zəng emiş, polislərin gəlməsini gözləmişdir, evdə hər hansı əşyaya toxunmamışdır. Hadisədən belə qənaətə gəlmişdir ki, evə girən şəxs ilk öncə həyətdə olan əlavə girişdən bağ evinin mətbəxinə daxil olaraq, divarda asılı olan dəyəri 5000 manat olan qədim divar satının içinin mexanizmini tam şəkildə sökmüş, daha sonra o, həyətə çıxaraq həyətdən evin arxa-yan tərəfinə keçmiş, 1ci mərtəbədə olan hamam otağına plastik pəncərədən daxil olaraq orada 1-ci və 2-ci mərtəbədə olan otaqlarda axtarış aparmış, 2-ci mərtəbədə olan otaqdan dəyəri 100 manat olan iki ədəd toy üçün nəzərdə tutulmuş güzgünü, 1-ci mərtəbə ilə 2-ci mərtəbə arasında olan divarda asılmış dəyəri 100 manat olan 2 ədəd divar lüstürünü, 1-ci mərtəbədə olan pilləkənin alt hissəsində yerləşən dolabdan ümumi dəyəri 1000 manat olan müxtəlif növ spirtli içkiləri (4 ədəd şüşə qabda Şotlandiya istehsalı viski, 3 ədəd Ukrayna istehsalı araq, 3 ədəd qədim konyak) oğurlamışdır. Ona ümumilikdə 6200 manat maddi ziyan dəymişdir. İç mexanizmi oğurlanmış qədim divar saatı Hollandiya istehsalı və 19-cu əsrə aid olan mexaniki saat olnuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Rusiya Federasiyasında Neft şirktində mühəndis işləyir, bir ay orada işdə olur, bir ay isə istirahət edir, yəni ölkədə olur. 2023-cü ilin avqust ayında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində 973 saylı bağ sahəsini almışdır. Həmin vaxtdan orada tikinti işləri gedir, ustalar gecələr getdikdən sonra bağ evində kimsə olmurdu. O, 15 may 2024-cü il tarixdə özünə məxsus bağ sahəsinə gəlib baş çəkmiş, bağın qarajının pəncərəsinin açıq olduğunu aşkar etmiş. Qarajın daxilinə girdikdə ora qoyduğu Rusiyadan aldığı isti pol üçün nəzərdə tutulan ümumi dəyəri 3000 manat olan, 02 dəst “Valtec" markalı kollektor dəsti, (aksessuarla birlikdə, termometr), 01 ədəd dövriyyə mühərriki, hər birinin dəyəri 100 manat olan, 01 ədəd lazer aparatını, 01 ədəd direli, 01 ədəd kiçik ölüçülü laqondanı, eləcə də ümumi dəyəri 300 manat olan isti polun vintellərinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, ərazi üzrə 14-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona 3600 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən mənə vurulan ziyan tam olaraq ödənilmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RMİ-nin manqa komandiri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 04:09-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivindən mühafizəyə qoşulmuş mənzildən həyəcan siqnalı gəlmiş, manqada olan polis nəfəri Şahid4 onunla əlaqə saxlayaraq təcili kömək üçün yaxınlaşmalı olduğunu bildirmişdir. Avtopatrulla dərhal hadisə yerinə gəlmiş, bu zaman hasardan düşən bir nəfər şəxsi görmüş, arxası ilə qaçaraq onu tutub saxlamışdır. Saxlayarkən həmin şəxsin üzündə qara rəngli tibbi maska, əlində əlcək, belində cib fənəri olub. Həmin şəxsin ərazi aidiyyəti üzrə Sabunçu RPl-nin 14-cü PŞ-nə raportla təhvil vermiş, şöbədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə işdən çıxıb evə gedərkən dostu Şahid1 ***-***-**-** mobil nömrəsindən zəng edərək, qayınatası Şahid3 işlənmiş lazer aparatı, perferator, laqonda satdığını bildirmiş, Nurhəsənin qayınatasının yaşadığı ünvan 1 ünvanına gəlmiş, dostu Şahid1lə görüşmüşdür. Həmin ünvanda Bəxtiyar işlənmiş lazer aparatı, perferator, laqondanı təqdim edib ümumilikdə 150 manata satdığını bildirmişdir. Sonra lazer aparatının işığının işləmədiyinə görə 125 manata razılaşmışlar. Bəxtiyar alətlərin sahibinin RF-na getdiyi üçün satdığını bildirmiş, 125 manat pulu Bəxtiyara verib qeyd edilən alətləri götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 1 ilə yaxın müddətdir ki, tanıyır. Onunla tikintidə tanış olub, o elektrikustadır. Sakitə bir neçə dəfə iş vermiş, o isə elektrik olaraq həmin işləri təhvil vermişdir. Sakit ona bir neçə dəfə zəng edərək, özünə məxsus lazer aparatı, perferator, laqondanı satdığını bildirmişdir. Təsadüfən qızı ilə söhbət əsnasında bu barədə ona məlumat vermiş, qızı isə həyat yoldaşı Nurhəsənə demişdir. Nurhəsən isə öz dostu usta işləyən Şahid6 demişdir. Sakit onun həyətində olarkən Muhsin də oraya gəlmiş Sakitlə həmin alətlərə görə 125 manata razılığa gəlmişlər. Muhsin pulu Sakitə vermiş, çıxıb həyətdən getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid6 10 ilə yaxın müddətdir ki, tanıyır. Onunla əvvəl qonşuluqda yaşayıb. Şahid3 isə qayınatasıdır. Dostu Muhsin usta işləyir, işlənmiş alət axtarmışdır. Həyat yoldaşına bu məsələni demiş, o isə atasına, əmisinə işlənmiş alət olarsa məlumat vermələrini tapşırmışdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı ona bildirmişdir ki, atasında işlənmiş alətlər var. O da Muhsinə zəng etmiş bu barədə məlumat vermişdir. Mushinlə görüşüb qaynatası Bəxtiyargilin evinə getmiş, özü isə bayırda maşında gözləmiş, Muhsin bir müddət sonra geri qayıtmış, 125 manata lazer aparatı, perferator, laqonda aldığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmiş, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi, 615 “S” saylı bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində yerləşən bağ evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur; Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “CD” diskə baxış keçirilməsi haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq zamanı təqdim etdiyi ***-***-**-** mobil nömrəsinin anten məlumatlarına baxış keçirilərkən əhəmiyyət kəsb edəcək aşağıdakı məlumatlar qeydə alınmışdır: Belə ki, ***-***-**-** mobil nömrəsi xx.xx.2024-cü il tarixdə saat 16:48:59-dən xx.xx.2024-cü il saat 23:54:03-cü tarixədək 01:59:03-dək X3/"Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küç, Bakı şəhəri, Sabunçu rayonu,Maştağa qəsəbəsi, M.Hüseynzadə, döngə 7, ev 27, X1 str/"Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, ev 974, X1 str/"Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka- 2 bağ sahəsi, ev 974, Albalig 1/"Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs, Azadlıq küçəsi, ev 12"/Sabunçu, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 Məscidindən 100 m aralı antenlərində qeydə alınmışdır. əşyaların tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş qədim divar saatının mexanizminə aid suvenir heykəl tanınması üçün cinayət işi üzrə zərər çəkimiş şəxs - Zərərçəkmiş şəxs1 təqdim edilmiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim olunmuş qədim divar saatının xanizminə aid suvenir heykəli nəzərdən keçirib, həmin əşyanın ona məxsus olduğunu, onu rənginə, formasına digər əlamətlərə görə tanıdığını, onun Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, 615 “S” saylı bağ evində olan qədim divar saatının içinin mexanizminin bir hissəsi :olduğunu və oğurlandığını təsdiq etmişdir. əşyaların tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 tərəfindən təqdim edilmiş 01 ədəd lazer aparatı, 01 ədəd direl, 01 ədəd kiçik ölçülü laqonda, şahid qismində dindirilmiş Şahid5 tərəfindən təqdim edilmiş 02 dəst - dəstində birində 07 ədəd, digərində isə 06 ədəd klapan, həmin sayda vintel, manometr olan, 01 ədəd mühərrik olan “Valtec” markalı isti pol üçün nəzərdə tutulmuş kollektor dəsti tanınması üçün cinayət işi üzrə zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs2 təqdim edilmiş, Zərərçəkmiş şəxs2 təqdim olunmuş 01 ədəd lazer aparatı, 01 ədəd direl, 01 ədəd kiçik ölüçülü laqondanı, 02 dəst dəstində birində 07 ədəd, digərində isə 06 ədəd klapan, həmin sayda vintel, manometr olan, 01 ədəd su tənzimləyicisi olan “Valtec” markalı isti pol üçün nəzərdə tutulmuş kollektor dəstini nəzərdən keçirib, həmin əşyaların ona məxsus olduğunu, onları rənglərinə, modelinə, markasına, üzərlərində olan zədə və digər əlamətlərə görə tanıdığını, onların Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yasayiş massivində yerləşən ikimərtəbəli yeni tikilmiş bağ evinin həyətində olan saxlanc yeri kimi istifadə edilən qarajdan oğurlanan əmlak olduğunu təsdiq etmişdir. AR DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2- 6612/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsi, Vişnovka bağları ünvanında 973 saylı bağ sahəsində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus yeni tikilinin həyətində yerləşən saxlanc yerində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİyə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1988-ci ildə Lənkəran şəhərində anadan olan Təqsirləndirilən şəxs sağ əlinin böyük, adsız və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR MM-nin xx.xx.2021ci il tarixli amnistiya qərarının 4, 9.2.3, 9.3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasından 10 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3393-9/5056 saylı materialların məhkəmə ekspertizasına dair ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 117.61 qram kütləli, insan formasında olan, sarı rəngli metaldan hazırlanmış heykəl mis və sink əsaslı ərintidən hazırlanmışdfır. Ekspertiza tədqiqatına təqdim edilən 5 adda malların 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1090 manat müəyyən edilir. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 01 ədəd su tənzimləyici və 01 ədəd heykəlin satışına dair məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “Valtec” markalı, 2 dəst-birində 7 çıxışlı klapan, vintel, termometr olan, digərində isə 6 çıxışlı klapan, vintel, termometr olan kollektor dəsti və 1 ədəd su tənzimləyici, “Yovlet laser level” markalı istifadədə olmuş 1 ədəd lazer dəsti, “Rusello rotary hammer” markalı, istifadədə olmuş 1 ədəd drel-perforator, “ DWT WS10-125LTN” markalı istifadədə olmuş 1 ədəd laqonda, mis və sink əsaslı ərintidən hazırlanmış 117,61 qram kütləli insan formasında olan sarı rəngli metaldan hazırlanmış heykəl, "xxxx" MMCdən xx.xx.2024-cü il tarixli, 10067/24 nömrəli məktubla daxil olmuş CD disk cinayət işi üzrə maddis sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, istintaqı aparılan ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilən və ona məxsus oğurlanmış 2 dəst “Valtec” markalı kollektor dəstini, (aksessuarla birlikdə, termometr), 01 ədəd dövriyyə mühərrikini, 01 ədəd lazer aparatını, 01 ədəd direl, 01 ədəd kiçik ölçülü laqondanı təhvil almışdır. Maddi sübutun məhkəmənin qanuni qüvvəyə minmiş hökmünədək saxlanmasını, xarab olmasının və zədələnməsinin qarşısını almaq üçün zəruri tədbirlər görəcəyini, zərurət yaranarsa təqdim edəcəyini öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, istintaqı aparılan ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilən və ona məxsus oğurlanmış qədim divar saatının iç mexanizminin bir hissəsi olan heykəl suveneri təhvil almışdır. Maddi sübutun məhkəmənin qanuni qüvvəyə minmiş hökmünədək saxlanmasını, xarab olmasının və zədələnməsinin qarşısını almaq üçün zəruri tədbirlər görəcəyini, zərurət yaranarsa təqdim edəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq, təkrarən törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə– bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin səmimi etirafını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4, 9.2.3, 9.3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasından 10 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM-65.2), onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; İş üzrə maddi sübutlar- “Valtec” markalı, 2 dəst-birində 7 çıxışlı klapan, vintel, termometr olan, digərində isə 6 çıxışlı klapan, vintel, termometr olan kollektor dəstinin və 1 ədəd su tənzimləyicinin, “Yovlet laser level” markalı istifadədə olmuş 1 ədəd lazer dəstinin, “Rusello rotary hammer” markalı, istifadədə olmuş 1 ədəd drel-perforatorun, “DWT WS10- 125LTN” markalı istifadədə olmuş 1 ədəd laqondanın, mis və sink əsaslı ərintidən hazırlanmış 117,61 qram kütləli insan formasında olan sarı rəngli metaldan hazırlanmış heykəlin zərərçəkmiş şəxslərə saxlanması üçün verilməsi, 01 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 01 ədəd CD disk iş materiallarında saxlanılsın. “Valtec” markalı, 2 dəst-birində 7 çıxışlı klapan, vintel, termometr olan, digərində isə 6 çıxışlı klapan, vintel, termometr olan kollektor dəstinin və 1 ədəd su tənzimləyicinin, “Yovlet laser level” markalı istifadədə olmuş 1 ədəd lazer dəstinin, “Rusello rotary hammer” markalı, istifadədə olmuş 1 ədəd drel-perforatorun, “DWT WS10-125LTN” markalı istifadədə olmuş 1 ədəd laqondanın Zərərçəkmiş şəxs2, mis və sink əsaslı ərintidən hazırlanmış 117,61 qram kütləli insan formasında olan sarı rəngli metaldan hazırlanmış heykəlin Zərərçəkmiş şəxs1 saxlanması üçün verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-612/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-612/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver