Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-613/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Carçalova (Cəlilova) Samirə Fəramiz qızının, Müdafiəçi - Bakı şəhəri 07 vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 oktyabr 2018-ci il tarixdən hesablanmaqla 20 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Carçalova (Cəlilova) Samirə Fəramiz qızına verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 14 fevral 2022-ci il, 01 mart 2022-ci il, 04 aprel 2022-ci il və 18 aprel 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 23 sentyabr 2022-ci il tarixədək 6278,00 manat aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da, zərərçəkmiş şəxs Carçalova (Cəlilova) Samirə Fəramiz qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 02 dekabr 2006-cı il tarixdə Carçalova (Cəlilova) Samirə Fəramiz qızı ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 20 sentyabr 2007-ci il tarixdə qızları X5 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olsa da, sonradan Samirənin səbəbsiz yerə qısqanması ilə bağlı aralarındakı münasibət pozulmuşdur. Carçalova (Cəlilova) Samirə Fəramiz qızı birgə nikahdan doğulmuş övladları Aysun Cəlilovanı götürərək evdən getmiş, daha sonra aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə 30 oktyabr 2018-ci il tarixdən hesablanılmaqla 20 sentyabr 2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Carçalova (Cəlilova) Samirə Fəramiz qızına verilməsi qərara alınmışdır. O, imkanı daxilində alimentlə bağlı ödənişlər etmiş, lakin, alimentlə bağlı yaranmış borcu tam ödəyə bilmədiyi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. O, yaranmış borcu ödəmək məqsədi ilə bir müddət müxtəlif işlərdə çalışmasına baxmayaraq sonradan səhhəti onun işləməsinə mane olmuşdur. İcra sənədi üzrə ödəməli olduğu 6278,00 manat məbləğində pul tərəfindən zərərçəkmiş şəxsə tam həcmdə ödənilmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət işi üzrə zərərçəkmiş şəxsə olan borcunu tam həcmdə ödəməsini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Carçalova (Cəlilova) Samirə Fəramiz qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 02 dekabr 2006-cı il tarixdə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 20 sentyabr 2007-ci il tarixdə qızları X5 anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu azyaşlı uşağının taleyi və onunla maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq bir azyaşlı uşağı ilə birlikdə gəlin getdiyi ünvandan çıxaraq valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşağın böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsi ilə 30 oktyabr 2018-ci il tarixdən hesablanılmaqla 20 sentyabr 2007ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs alimentlə bağlı yaranmış borcu ödəmədiyi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona cinayət işi üzrə üzrə yaranmış 6278 manat borc məbləği tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 nömrəli, 18 mart 2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2018-ci il tarixdən başlayaraq 20 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməlidir. İcra vərəqəsi 18 aprel 2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, 19 aprel 2019-cu il tarixdə icraata başlanılaraq tələbin icrası barədə bildiriş rəsmi qaydada borcluya təqdim edilmiş və qərarın icrasının məcburiliyi sonuncuya izah edilmişdir. İcraat zamanı müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs izahatı alınmış, sonuncu borcu tam şəkildə ödəyə bilməyəcəyini, hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Tələbin borcluya məxsus əmlak və gəlirləri hesabına ödətdirilməsi istiqamətində görülmüş tədbirlər müsbət nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Sabunçu Rayon Məhkəməsinin 3(008)-924 nömrəli, 01 fevral 2022-ci il tarixli qərarına əsasən 08 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya icra üçün yeni müddət təyin edilmiş, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması barədə 14 fevral 2022-ci il, 01 mart 2022-ci il, 04 aprel 2022-ci il və 18 aprel 2022-ci il tarixlərdə xəbərdarlıqlar edilmiş, lakin, sonuncu həmin müddətlər ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Borclunun Sabunçu Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşüb-düşməməsi barədə sorğu verilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X3 3 saylı Bakı DOST Mərkəzinin 24 fevral 2022-ci il tarixli məktubuna əsasən borclu Təqsirləndirilən şəxs iş axtaran kimi qeydiyyatda olmadığı və əmək müqaviləsinin aşkar edilmədiyi qeyd olunmuşdur. İcraat dövründə borclunun icra sənədi üzrə 2022-ci ilin sentyabr ayına 6278,00 manat aliment borcu mövcuddur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinə münasibətdə borclunun davam edən hərəkətsizliyi, barəsində edilən inzibati tənbeh və digər tədbirlərdən nəticə çıxarmaması, məhkəmə qərarının icrasına laqeyd münasibət göstərməsi, icra sənədi üzrə tələbin təmin edilməsinə ehtimalla mülahizələrini bildirməsi borclunun qərəzli olmasına dəlalət edən haldır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 9-10-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 nömrəli, 18 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 30 oktyabr 2018-ci il tarixdən hesablanılmaqla 20 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Carçalova (Cəlilova) Samirə Fəramiz qızına verilməsi qət edilmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan 19 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 nömrəli, 18 mart 2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 12-13-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin 19 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan Sabunçu rayon İcra və probasiya şöbəsinin 17 dekabr 2019-cu il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 42-ci vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 04 mart 2020-ci il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 48-49-cu vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-276/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 60-ci vərəqəsində olan Sabunçu rayon İcra şöbəsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, aparılan icra tədbirləri nəticəsində icra sənədi üzrə Təqsirləndirilən şəxs yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 77-80-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-924/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 83-85-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 saylı, 18 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2018-ci il tarixdən hesablanılmaqla 20 sentyabr 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Carçalova (Cəlilova) Samirə Fəramiz qızına ödənilməsi qət edilmişdir. Cinayət işinin 143-147-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X8 61/KEŞ nömrəli, 14 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən olunan xəstəliklər xroniki gedişli xəstəliklərdir, Təqsirləndirilən şəxs əmək qabiliyyətlidir və hazırda onun epidemioloji təhlükəsi olmayan işlərdə işləməsi mümkündür. Cinayət işinin 175-ci vərəqəsində olan 11 may 2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 20 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən Carçalova (Cəlilova) Samirə Fəramiz qızının hesabına 6200 manat ödəniş edilmişdir. Cinayət işi materiallarında olan zərərçəkmiş şəxs Carçalova (Cəlilova) Samirə Fəramiz qızının 06 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2022-ci il tarixədək ona olan 6278 manat aliment borcunu ödəmişdir, bununla əlaqədar təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və digər sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 saylı, 18 mart 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini ona ittiham verilən əmələ münasibətdə tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə xx.xx.2022-ci il tarixədək yaranmış aliment borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin iş üzrə məhkəməyə ünvanlanmış ərizələrində də öz əksini tapmışdır. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsini müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-964/2019 saylı, 18 mart 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini icra etməsini, həmçinin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin həmin qətnaməyə əsasən yaranmış aliment borcunun ödənilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-613/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-613/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver