Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-617/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Sevda Nəbi qızı Məmmədzadənin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X3 küçəsi ev 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olmaqla saxlanc yeri sayılan həyətdən ümumi dəyəri 300 manat təşkil edən üç ədəd dəmir borunu, ümumi dəyəri 200 manat təşkil edən iki ədəd armaturu, həyətdə yerləşən saxlanc yeri sayılan əl damından isə 100 manat dəyərində bir ədəd dəmir stulu və 100 manat dəyərində bir ədəd avtomobilə məxsus kardanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,257 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X3 küçəsində barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı təmiz çəkisi 0,257 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 15:30 radələrində Nardaran qəsəbə sakini dostu Şahid1 yaşadığı məhlədə görüb ona bir nəfər şəxsin fəhlə işlədiyi həyətində turba, armatur və bir neçə dəmir əşya verdiyini deyərək həmin əşyaları həyətdən götürməkdə ona köməklik etməsini xahiş etmişdir. Vüqarda ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, oğurluq olmadığını bildirmişdir. Bundan sonra Vüqar ona köməklik etməkdə razılaşmışdır. Düşünmüşdür ki, həmin əşyaları gətirib yaşadığı evin həyətinə yığsın və sonra da aparıb hansısa metal qəbulu məntəqəsinə satıb pul əldə etsin. Belə ki, həmin gün saat 16 radələrində Vüqarla birlikdə Zərərçəkmiş şəxs Nardaran qəsəbəsində yerləşən bağ evinə çatmışlar. O hasardan həyətə tullanmış, içəridən darvazanı açmışdır. Vüqarla birlikdə həyətə daxil olub həyətdə olan 3 ədəd dəmir boru, bir ədəd dəmir stul, bir ədəd avtomobilə məxsus kardan və 2 ədəd armaturu götürüb küçəyə çıxartmışlar. Bağ evində heç kim olmamışdır. Bundan sonra öz mobil telefonu ilə Mahir adlı taksi sürücüsünə zəng edərək ondan bir neçə dəmir əşyanı yaşadığı evə aparmaq lazım olduğunu deyib, ona olduğu yeri demiş, çox keçmədən Mahir idarə etdiyi markası və dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobillə gəlmişdir. Mahir də ondan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, oğurluq olmadığını bildirmişdir. Həmin əşyaları Vüqarla birlikdə Mahirin avtomobilinə yükləyib bağ evindən kənarlaşmışlar. Bir qədər getdikdən sonra onları bir neçə şəxs saxlatdırmış və polis əməkdaşları olduqlarını bildirərək oğurluq etməkdə şübhəli olduqlarını deyib bizi 42-ci polis bölməsinə dəvət etmişlər. O polis bölməsində oğurluq etdiyini etiraf etmişdir. O bir müddət olar ki, narkotik vasitə olan heroini qəbul edir. Hal-hazırda bədənində olan ağrıları yumşaltmaq üçün narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə olan heroini qəbul etmək üçün tanımadığı şəxslərdən alır. 29 yanvar 2023-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində olarkən adını anket məlumatlarını, əlaqə telefonunu, adını və yaşadığı ünvanını bilmədiyi şəxsə 15 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin şəxsin ona verdiyi bükümü sonradan qəbul etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 29 yanvar 2023-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X3 küçəsində piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəyib hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. PB-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə heroin olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir ki, vəkil üzərindən narkotik vasitə olan heroinin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bununla bağlı olaraq vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etməməyi ilə bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 42-ci PB-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində narkotik vasitə heroinin olmasını polis əməkdaşlarına bildirmişdir. O üzərində saxladığı bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroini təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə adını dəqiq anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir.Törətdiyi cinayət əməllərindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qsəbəsində yerləşən bağ evi vardır. Həmin bağ evində yay fəslində yaşadığından qalan vaxt ərzində həmin bağ evinə arabir baş çəkir. 31 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində mobil telefonuna zəng edən şəxs özünü Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşı kimi təqdim edib ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən bağ evindən oğurluq olmasını bildirmişdir. O dərhal bağ evinə gəlmiş, bağın həyətinə baxdıqda həyətdən ümumi dəyəri 300 manat təşkil edən 3 ədəd dəmir borunun, ümumi dəyəri 200 manat təşkil edən 2 ədəd armaturun, həyətdə yerləşən əl damından isə 100 manat dəyərində bir ədəd dəmir stulun və 100 manat dəyərində bir ədəd avtomobilə məxsus kardanın oğurlanmasını aşkar etmişdir. O bağ evindən dərhal Sabunçu RPİnin 42-ci PB-nə gəlmiş və bağ evindən oğurlanmış əşyaların PB- də olmasını görmüşdür. PB-də olarkən ona məlum olmuşdur ki, anket məlumatlarını sonradan bildiyi Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən bağ evinin həyətinə hasardan aşma yolu ilə daxil olaraq evinin həyətindən 3 ədəd dəmir borunu, 2 ədəd armaturu, həyətdə yerləşən əl damından isə bir ədəd dəmir stulu və bir ədəd avtomobilə məxsus kardanı oğurlamışdır.Bağ evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı Sabunçu RPİ-nin 42-ci PB-də ərizə və izahat yazmışdır. O özünə məxsus bağ evindən oğurlanmış əşyaları PB-dən geri götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 31 oktyabr 2022ci il tarixdə, saat 15:30 radələrində Nardaran qəsəbə sakini dostu Təqsirləndirilən şəxs ilə yaşadınları məhlədə görüşən zaman İsmayıl ona bildirmişdir ki, bir nəfər şəxs ona fəhlə kimi işlətdiyi üçün pul əvəzində ona həyətindəki turba, armatur və bir neçə dəmir əşya vermişdir. İsmayıl ondan xahiş etmişdir ki, həmin əşyaları həyətdən götürməkdə ona köməklik etsin. O İsmayıldan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, and-aman edərək oğurluq olmadığını bildirmişdir. Bundan sonra İsmayılla razılaşmışdır. Belə ki, həmin gün saat 16 radələrində İsmayılla birlikdə onun göstərdiyi sonradan adını bildiyi Zərərçəkmiş şəxs Nardaran qəsəbəsində yerləşən bağ evinə getmişlər. İsmayıl hasardan həyətə tullanıb içəridən darvazanı açaraq həyətə daxil olmağını bildirmişdir. İsmayılla birlikdə həyətə daxil olmuş və həyətdə olan 3 ədəd dəmir boru, bir ədəd dəmir stul, bir ədəd avtomobilə məxsus kardan və 2 ədəd armaturu götürüb küçəyə çıxartmışlar. Bağ evində heç kim olmamışdır.Bundan sonra İsmayıl öz mobil telefonu ilə tanışı olan sonradan adını bildiyi Mahir adlı şəxsə zəng edərək ondan bir neçə dəmir əşyanı yaşadığı evə aparmaq lazım olduğunu deyib, ona olduğu yeri bildirmiş və çox keçmədən Mahir idarə etdiyi markası və dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobillə gəlmişdir. Mahir də onun yanında İsmayıldan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, İsmayıl oğurluq olmadığını bildirmişdir. Bağ evinin həyətindən götürdükləri əşyaları İsmayılla birlikdə Mahir adlı şəxsin avtomobilinə yükləyib bağ evindən kənarlaşmışlar. Bir qədər getdikdən sonra onları bir neçə şəxs saxlatdırmış və polis əməkdaşları olduqlarını bildirərək oğurluq etməkdə şübhəli olduqlarını deyib onları 42-ci polis bölməsinə dəvət etmişlər. Onlarda polis əməkdaşları ilə birlikdə 42-ci polis bölməsinə getmişlər. Polis əməkdaşları onları saxlayan zaman və polis bölməsində ona məlum olmuşdur ki, İsmayılla götürdükləri əşyaları İsmayıl oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 7 il olar ki, tanıyır. İsmayıl onunla qonşuluqda yaşımışdır. Təxminən iki il olar ki, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, etibarnamə ilə özünə məxsus olan “Opel Astra” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi olaraq işləyir. O əsasən Bakı şəhəri Sabunçu Maştağa, Nardaran qəsəbəsində taksi olaraq işləyir. 31 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nardaran qəsəbəsində olarkən İsmayıl ona zəng vuraraq Ağbaşların evinin yanına gəlməyini oradan taksi maşını ilə yük aparacağını bildirmişdir. O İsmayılın dediyi ünvana gəlmişdir. Həmin ünvana gəldikdə İsmayılın qəsəbədən tanıdığı Vüqarla küçədə dayanmasını və hasarın kənarına dəmir boru, armaturu, dəmir stulu və avtomobilə məxsus kardanın qoyulmasını görmüşdür. O, İsmayıldan həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda, İsmayıl həmin əşyaların oğurluq olmadığını, qohumunun evindən götürməsini bildirmişdir. Həmin əşyaları İsmayıl Vüqarla birlikdə onun avtomobilinə yükləyib həmin yerdən kənarlaşmışlar. İsmayıl ona avtomobili Nardaran kəndinin içərisinə doğru sürməsini bildirmişdir. O avtomobillə kəndin girəcəyində hərəkətdə olduğu zaman polis əməkaşları ona işarə edib avtomobilini saxlamasını bildirmişlər. O avtomobilini saxlamış polis əməkdaşları onları Sabunçu RPİ-nin 42-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olarkən ona məlum olmuşdur ki, İsmayıl avtomobilinə yüklədiyi metal əşyaları bağ evindən oğurluq yolu ilə əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün bölmə rəisinin adına 29 yanvar 2023-ci il tarixdə raport yazmışdır. Bölmə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 29 yanvar 2023-cü il tarixdə qərar verilməklə bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid5 ilə birlikdə 29 yanvar 2023-cü il tarixdə saat 13 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ş.Ə.Tuti küçəsində narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci polis bölməsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis bölməsinə tərəflərindən narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir.Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümü təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını və həmin maddəni özü üçün qəbul etmək məqsədi ilə Bakı şəhəri Balaxanı qəsəbəsində adını, anket məlumatlarını, əlaqə telefonunu və yaşadığı ünvanını bilmədiyi şəxsdən 15 manata alaraq sonradan qəbul etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Şahidlər Şahid5 və Şahid3 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, bu zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş “kakos” adlanan qəhvəyi rəngdə toz şəkilli maddəni təqdim etmiş, həmin narkotik vasitəni həmin gün, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 15 manata öz şəxsi istifadəsi üün aldığını bildirmişdir ( i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2023-cü il tarixli, 6/540 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,257 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 37-41). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 30 yanvar 2023-cü il tarixli, 456 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.45-46). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlarında yerləşən bağ evinin həyətidir (i.v.107). “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 idarə etdiyi Opel markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerindən 03 ədəd müxtəlif ölçülərdə dəmir turba, 02 ədəd armatur, 01 ədəd dəmir stul və 01 ədəd avtomobilə məxsus kardan aşkar edilərək götürülmüşdür (i.v.108). “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 25 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,257 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (i.v.211). “Sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,257 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi , 31 oktyabr 2022-ci il tarixdə Şahid2 idarə etdiyi Opel markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və avtomobilin yük yerindən 03 ədəd müxtəlif ölçülərdə dəmir turba, 02 ədəd armatur, 01 ədəd dəmir stul və 01 ədəd avtomobilə məxsus kardan aşkar edilərək götürülməsinə dair protokolun sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v 202-209). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 29 yanvar 2023-cü il tarixdən, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v. 17). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.85-87). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.88). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 11 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 96-97; 187). “Şübhəli şəxsin tutulması haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 noyabr 2022-ci il tarixdən, saat 00:50-dən tutulmuş hesab edilmişdir (i.v. 129). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.182-183). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.184-185). 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə, saat 10:45-də tutulmuşdur (i.v.223). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.245-248). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.249-250). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini (AR CM-59.1.13) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut 03 ədəd müxtəlif ölçülərdə dəmir turba, 02 ədəd armatur, 01 ədəd dəmir stul və 01 ədəd avtomobilə məxsus kardan qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla), 29 yanvar 2023-cü il tarixdən 31 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, 25 aprel 2023-cü il tarixdə tutularaq saxlandığı 01 gün müddət, cəmi 05 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq üzərində qəti olaraq 04 il 05 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,207 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut-03 ədəd müxtəlif ölçülərdə olan dəmir turbalar, 02 ədəd armatur, 01 ədəd dəmir stul və 01 ədəd avtomobilə məxsus kardan qanuni sahibi Zərərçəkmiş şəxs saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-617/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-617/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver