Məhkəmə qərarları › İş №1(008)-618/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-618/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-618/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-in PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-in PX-in Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxıl olub xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə əmisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 aprel 2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evdən oğurluq etməklə bağlı aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 dilənçiliklə məşğul olan şəxs qismində evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə həyətin əsas giriş qapısını döyərək evdə heç kimin olmadığına əmin olduqdan sonra evin yaxınlığında dayanıb Təqsirləndirilən şəxs1 siğortalayaraq evə maneəsiz daxil olmağına şərait yaradıb Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında razılaşmanın davamı olaraq o, həyətin hasarından aşmaqla həmin həyətdə yerləşən evin mətbəx otağının plastik pəncərəsinə təzyiq edib açaraq oraya qanunsuz daxil olub evin yataq otağında olan dolabın içərisindəki sellofan torbadan Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsinə uyğun olaraq 2.210 manat ekvivalentində olan 13 ədəd 100 ABŞ dollarını və 2.350 manat nağd pulu, həmin otaqdakı siyirməli şkafın birinci siyirməsində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 2.000 manat dəyərində 750 əyarlı qızıl kolyeni, bir ədəd 3.000 manat dəyərində 750 əyarlı qızıl boyunbağını, ümumilikdə 2.000 manat dəyərində 750 əyarlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini və hər biri 220 manat dəyərində iki ədəd 750 əyarlı qızıl üzükləri gizli olaraq talamaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əmisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 may 2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evdən oğurluq etməklə bağlı aralarındakı razılaşmaya əsasən Şahın Abdullayev dilənçiliklə məşğul olan şəxs qismində evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə həyətin əsas giriş qapısını döyərək qapının açıq vəziyyətdə olduğunu görüb həyətə boylandıqda evdə heç kimin olmadığına əmin olduqdan sonra evin yaxınlığında dayanıb Təqsirləndirilən şəxs1 siğortalayaraq evə maneəsız daxıl olmağına şərait yaradıb Təqsirləndirilən şəxs2 verdiyi məlumat əsasında razılaşmanın davamı olaraq o, həyətə daxil olmaqla həmin həyətdə yerləşən evin mətbəx otağının plastik pəncərəsinə təzyiq edib açaraq oraya qanunsuz daxil olub evin yataq otağında olan dolabın içərisindəki əl çantasından Zərərçəkmiş şəxs1 məxsus 10.500 manat nağd pulu, həmin otaqdakı siyirməli şkafın birinci siyirməsindəki digər əl çantasından zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 870 manat dəyərində 585 əyyarlı iki ədəd qızıl üzükləri, 430 manat dəyərində üzərində “14K" damğası olan, 583/585 əyyarlı 3.56 qramlıq, sarı rəngli bir ədəd qızıl üzüyü, 10 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 20.76 qramlıq sarı rəngli bir ədəd kulonlu boyunbağını, 10 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, üzərində rəngsiz şəffaf qaşları və üç ədəd tünd göy rəngli qaşı olan, sarı rəngli bir dəst sırğa cütü-kulonlu boyunbağını və 700 manat dəyərində 585 əyarlı bir ədəd qızıl qolbağı gizli olaraq talamaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12.520 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 aprel 2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evdən oğurluq etməklə bağlı aralarındakı razılaşmaya əsasən o, dilənçiliklə məşğul olan şəxs qismində evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə həyətin əsas giriş qapısını döyərək evdə heç kimin olmadığına əmin olduqdan sonra evin yaxınlığında dayanıb Təqsirləndirilən şəxs1 siğortalayaraq evə maneyəsiz daxil olmağına şərait yaradıb onun verdiyi məlumat əsasında razılaşmanın davamı olaraq Təqsirləndirilən şəxs1 isə həyətin hasarından aşmaqla həmin həyətdə yerləşən evin mətbəx otağının plastik pəncərəsinə təzyiq edib açaraq oraya qanunsuz daxıl olub evin yataq otağında olan dolabın içərisindəki sellofan torbadan Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün məzənnəsinə uyğun olaraq 2.210 manat ekvivalentində olan 13 ədəd 100 ABŞ dollarını və 2.350 manat nağd pulu, həmin otaqdakı siyirməli şkafın birinci siyirməsində olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 2.000 manat dəyərində 750 əyarlı qızıl kolyeni, bir ədəd 3.000 manat dəyərində 750 əyarlı qızıl boyunbağını, ümumilikdə 2.000 manat dəyərində 750 əyarlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini və hər biri 220 manat dəyərində iki ədəd 750 əyarlı qızıl üzükləri gizli olaraq talamaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əmisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 may 2025-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 kirayədə yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evdən oğurluq etməklə bağlı aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 dilənçiliklə məşğul olan şəxs qismində evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə həyətin əsas giriş qapısını döyərək qapının açıq vəziyyətdə olduğunu görüb həyətə boylandıqda evdə heç kimin olmadığına əmin olduqdan sonra evin yaxınlığında dayanıb Təqsirləndirilən şəxs1 siğortalayaraq evə maneyəsız daxıl olmağına şərait yaradıb, onun verdiyi məlumat əsasında razılaşmanın davamı olaraq Təqsirləndirilən şəxs1 isə həyətə daxil olmaqla həmin həyətdə yerləşən evin mətbəx otağının plastik pəncərəsinə təzyiq edib açaraq oraya qanunsuz daxil olub evin yataq otağında olan dolabın içərisindəki əl çantasından Zərərçəkmiş şəxs1 məxsus 10.500 manat nağd pulu, həmin otaqdakı siyirməli şkafın birinci siyirməsindəki digər əl çantasından zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 870 manat dəyərində 585 əyyarlı iki ədəd qızıl üzükləri, 430 manat dəyərində üzərində “14K”: damğası olan, 583/585 əyyarlı 3.56 qramlıq, sarı rəngli bir ədəd qızıl üzüyü, 10 manat dəyərində qiymətsiz metal ərintisindən hazırlanmış, 20.76 qramlıq sarı rəngli bir ədəd kulonlu boyunbağını, 10 manat dəyərində qiymətsiz metal ərintisindən hazrılanmış. üzərində rəngsiz şəffaf qaşları və üç ədəd tünd göy rəngli qaşı olan, sarı rəngli bir dəst sırğa cütü-kulonlu boyunbağını və 700 manat dəyərində 585 əyarlı bir ədəd qızıl qolbağı gizli olaraq talamaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 12.520 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 aprel 2025-ci il tarixli qeyd edilən epizodu o etməmişdir, əməliyyatçıların təziqi ilə həmin epizodu etiraf etmişdir. 22 aprel 2025-ci il tarixdə o, Bakıda olmamış, Yevlaxda olmuşdur. Digər 10 may 2025-ci il tarixli epizodu etiraf edir, o, etmişdir. Həmin yerdən qızıl və pullar götürmüşdür. Qızıl və pulları götürdükdən sonra maşına oturmuşdur. Həmin əşyaları götürməyini Təqsirləndirilən şəxs2 evdə demişdir. Qızılları və pulları bibisinə, yəni əmisi Şahinin yoldaşına vermişdir. Onları yerə qoymuşdur, gedib götürmüşlər. 10 min manat məbləğində pul idi, pulun bir hissəsini xərcləmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulları həmin gün verməmişdir, sonra təxmini 1 həftə sonra vermişdir, pulun bir hissəsini özünə xərcləmişdir. Zərərçəkmiş Elnarə xanımın digər qızıllarını satmışdır. Harada satdığını bilmir, tək gedib satmışdır. Qızılları satmağa Şahinlə birlikdə getməmişdir, elə ifadə verməmişdir. Təqsirləndirilən şəxs2 sonradan demişdir oğurluq etdiyini. İstintaq dövründə etiraf etməmişdir 22 aprel 2025-ci il tarixli epizodu. Müstəntiq deyib imza çək çəkmişdir, nəyə imza çəkdiyini oxumamışdır. O, oğurluğu tək etmişdir. Qızıl və pulları oğurladıqdan sonra onları tək gizlətmişdir. Onları yerə basdırıb gizlətmişdir, sonradan demişdir gedib götürmüşlər. O, ümumiyyətlə Balaxanı ərazisində olmamışdır. O, Şahini düşürdüb gedəndən sonra demişdir oğurluq etdiyini, sonradan demişdir ki qızılları, pulları gizlətmişdir və gedib götürmüşlər. Onu 12-ci polis bölməsində 10 günə yaxın saxlamışlar. Şahin sonradan özü gəlmiş, sonra onları vurmuşlar, skoçla bağlamışdılar onları. Digər epizodu etdiyini etiraf etmişdir. Əməliyyatçılar səhərə kimi onları vurmuşlar. Balaxanıda olan oğurluq hadisəsini etiraf etməyini istəmişlər ona görə onları vurmuşlar. 22 aprel tarixli epizod qeyd edilən vaxt onun üzərində telefon olmuşdur, amma mobil nömrə öz adına deyil, ***-***-**-** nömrəli mobil nömrəni işlətmişdir həmin vaxtı. Bu nömrə nənəsinin adına olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Dağıstan Respublikasında oğurluq cinayəti törətdiyinə görə 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, xx.xx.2024-cu il tarixdə azadlığa çıxmış və 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasına qayıtmışdır. O, qayıtdıqdan sonra həm Yevlax, həm də ki Bakı şəhərində dilənçiliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 onun əmisidir. O, Bakı şəhərində son bır həftəyə qədər əmisi Təqsirləndirilən şəxs2 və onun ailəsi ilə birlikdə bibisi Simanın yaşadığı Sabuçu rayonu Savalan qəsəbəsində yerləşən evində qalırmışlar. O, 2 ay bundan qabaq Yevlax rayonunda 1996-cı ilin buraxılışı olan 'VAZ 21099" markalı avtomobili 3500 manata tanımadığı şəxsdən almışdır. Həmin şəxs ona avtomobilə görə baş etibarnamə vermişdir. Lakin onun sürücülük vəsiqəsi yoxdur. O, kürəkəni Elşənə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. O, 2025-cı ilin mart ayında kürəkəni Elşən ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı uçun oğurluq edərək pul əldə etmək istəmişdir. Bu minvalla o 22 aprel 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə əmisi Təqsirləndirilən şəxs2 və onun azyaşlı qızı Səadət ilə birlikdə Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq Balaxanı qəsəbəsinə gəlmişdir. Balaxanı qəsəbəsinə çatdıqda o avtomobili yolun kənarında saxlayıb əmisi Şahini və onun azyaşlı qızı Səadəti avtomobildən düşürtmüşdür. Sonra o Balaxanı qəsəbəsində avtomobilini kənarda saxlamış və piyada əmisi Şahinin yanına gələrək onunla dilənçilik edərək mənzilləri yoxlamağa başlamışlar. Bunda məqsədləri ondan ibarət imiş ki, hansısa mənzildə adam olmayacaqdısa əmisi çöldə gözləməli və o da mənzilə daxil olaraq oğurluq etməli imiş. Həmin vaxtı əmisinin azyşalı qızı Səadət orada yox imiş Saat 10 radələrində onlar Rahib Qədimov küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə yaxınlaşmışlar. Əmisi Şahin həyətin əsas giriş qapısının qıfıllı olduğunu görüb əsas giriş qapısını döymüş və bir qədər keçdikdən sonra heç kimin gəlmədiyinə əmin olduqda, o həyətin hasarına qalxaraq həyətə düşmüşdür. O evin əsas giriş qapısını döyərək evdə kiminsə olubolmamasını soruşmuşdur. Evdə heç kimin olmadığını görüb evə nəzər yetirmiş və evin ağ rəngli plastik pəncərəsinin olduğunu görmüşdür. O pəncərəyə yaxınlaşıb əli ilə pəncərəni itələmiş və pəncərə evin içərisinə tərəf açılmışdır. O ətrafa nəzər yetirmiş və onu görə biləcək heç kimin olmadığına əmin olduqdan sonra pəncərədən evin içərisinə daxil olmuşdur. O pəncərədən evin mətbəx otağına daxil olmuşdur. İçəri baxdıqda digər otağın yataq otağı olduğunu görmüşdür. Yataq otağına daxil olduqda dolabın qapısını açıb içərisini yoxlayan zaman orada sellofan torbanın içərisində sayını dəqiq bilmədiyi miqdarda Azərbaycan manatının və ABŞ dollarının olduğunu görüb həmin pulların hamısını götürüb şalvarının cibinə qoymuşdur. Sonra həmin otaqdakı siyirməli şkafın birinci siyirməsini yoxlayan zaman orada bir ədəd qızıl kolyenin, bir ədəd qızıl boyunbağının, bir cut qızıl sırğanın və üç ədəd qızıl üzüklərin olduğunu görüb onları götürərək şalvarının cibinə qoymuşdur O pulu və qızılları götürdükdən sonra yenidən pəncərədən çıxaraq əmisi Şahinlə birlikdə avtomobilinə tərəf getmişdir. Onlar avtomobilə gedən zaman bir qədər irəlidə azyşalı Səadətidə götürmüşlər. Onlar avtomobilə oturub Savalan istiqamətində hərəkət etməyə başlamışlar. Onlar avtomobildə olan zaman əmisi Şahinə az öncə Balaxanıdakı evdən xeyli sayda pul və qızıl oğurladığını bildirmişdir. O isə ona heçnə deməmişdir. Onlar birlikdə bibisigilə Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən evə getmişlər .Daha sonra o əmisi Şahinlə birlikdə Bərdə rayonuna gedərək oğurluq yolu ilə əladə etdiyi qızıl-zinyət əşyalarını orada satıb əldə etdikləri pulu öz şəxsi ehtiyaclarına xərcələmək qərarına gəlmişlər. Bu niyyətlə onlar Bərdə şəhərinə gedərək orada mərkəzdə olan qızıl mağazalarından birinə yaxınlaşmışlar və oğurladıqları qızılları ona məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək tanımadığı şəxsə 8.000 manata satmışlar. Beləliklə də oğurluq nəticəsində əldə etdikləri 10.350 manat nağd pulu və 1 300 ABŞ dolları pulu əmisi Təqsirləndirilən şəxs2 ilə birlikdə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, 10 may 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə əmisi Təqsirləndirilən şəxs2 və onun azyaşlı qızı Səadət ilə birlikdə Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq Ramana qəsəbəsinə gəlmişlər. Ramana qəsəbəsinə çatdıqda o avtomobili yolun kənarında saxlayıb əmisi Şahini və onun azyaşlı qızı Səadəti avtomobildən düşürtmüşdür. O, Ramana qəsəbəsində avtomobilini kənarda saxlayıb əmisi Şahinin yanına gələrək piyada dilənçilik edər qismində mənzilləri yoxlamağa başlamışlar. Həmin vaxtı azyaşlı əmisi qızı Səadət orada yox imiş Belə ki o bir qədər kənarda dilənçilik edirmiş. Onlar Saat 10 radələrində Ramana qəsəbəsi, 3-cu sahə, Əmir Bağırov küçəsində sonda olan nömrəsiz fərdi yaşayış evinə yaxınlaşmışlar. Əmisi Şahin həyətin əsas giriş qapısını döyərək evdə kiminsə olub-olmamasını soruşmuşdur. O evdə heç kimin olmadığını görüb həyətə daxil olmuşdur. Bir qədər irəli getdikdə evin ağ rəngli plastik pəncərəsinin olduğunu görmüşdür. O pəncərəyə yaxınlaşıb əli ilə pəncərəni itələmiş və pəncərə evin içərisinə tərəf açılmışdır. O ətarafa nəzər yetirmiş və onu görə biləcək heç kimin olmadığına əmin olduqdan sonra pəncərədən evin içərisinə daxil olmuşdur. O pəncərədən evin mətbəx otağına daxıl olmuşdur. İçəri baxdıqda digər otağın yataq otağı olduğunu görmüşdür. Yataq otağına daxil olduqda sağ tərəfdə dolabın olduğunu görüb dolaba yaxınlaşmış və dolabın qapısını açmışdır. O dolabın içərisini axtaran zaman yuxarı sol tərəfdə qara rəngli əl çantasının olduğunu görmüşdür. O dərhal əl çantasını açmış və orada xeyli pulun olduğunu görüb pulu götürüb şalvarının cibinə qoymuşdur. Sonra o birdə otağa nəzər yetirdikdə dolabın yanında süyürməli şkafın olduğunu görmüşdür. O şkafın birinci süyürməsini açan zaman orada 3 ədəd qızıl üzük, iki ədəd boyunbağının və bır dəst sırğanın olduğunu görüb dərhal onları götürüb cibinə qoymuşdur. O pulu və qızılları götürdükdən sonra yenidən pəncərədən çıxaraq əmisi Şahinin yanına gəlmişdir Sonra onlar avtomobilinə tərəf getmişlər. Onlar bir qədər kənardan azyaşlı əmisi qızı Səadəti də götürmüşlər. Onlar avtomobilə oturub Savalan istiqamətində hərəkət etməyə başlamışlar. O, avtomobildə olan zaman əmisi Şahinə az öncə Ramanda evdən xeyli sayda pul və qızıl oğurladığını bildirmişdir. O isə ona heçnə deməmişdir. Onlar birlikdə bibısigilə Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən evə getmişlər. O orada az öncə oğurladığı pulu və qızılları çıxarıb Şahinə göstərmişdir. Pulu o təklikdə saymışdır. Oğurladığı pul bir ədəd 100 ABŞ dolları, digərləri müxtəlif Azərbaycan manatları olmaqla ümumilikdə 10.500 manat imiş. Qızıllara birdə baxdıqda 3 ədəd qızıl üzük, 2 ədəd boyunbağı və 1 cüt sırğa olduğunu görmüşdür. O oğurladığı puldan 7.000 manatını, bir ədəd qızıl üzüyü, 2 ədəd boyunbağını və 1 cüt sırğanı əmisi Şahinə vermişdir və demişdir ki, bunları arvadı Şahid2 versin və desin ki, bunları birlikdə yardım olaraq evdən yığmışlar. Əmisi Şahin 7.000 manat pulu və qeyd etdiyi qızılları onun yanında Şahid2 vermiş və bunları yardım olaraq evlərdən yığdıqlarını demişdir. O həmin gün 2 ədəd üzüyü əmisi Şahinlə birlikdə Moskva univermağında tanımadıqları şəxsə onun şəxsiyyət vəsiqəsini təqdim etməklə ümumilikdə 300 manata satmışlar. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişlər. O digər onda qalan 3.500 manat pulu da tək özü şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra o Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həmin şöbəyə dəvət edilmişdir. O, birinci dəfə xx.xx.2025-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və ikinci dəfə xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi, Ramana qəsəbəsi, 3-cü sahə, Əmir Bağırov küçəsi, nömrəsiz ev ünvanından oğurluq etmişdir. O həmin mənzillərə tək daxil olmuşdur. Mənzillərə daxıl olmazdan əvvəl əmisi Şahin mənzillərin əsas giriş qapılarını döyərək evdə kiminsə olub-olmadığını dəqiqləşdirirmiş. O isə sonra mənzilə daxil olurmuş. O həmin oğurluq hadisələrini törədən zaman onu heç kim görməmiş, nədə ki, səsləyib dayanmağını tələb edən şəxs olmamışdır. Oğurluq cinayətini törətməsi barədə əmisi X2 məlumatı olmuşdur. Belə ki həmin oğurluq cinayətlərini onunla birlikdə törətmişdir. Azyaşlı əmisi qızı Səadətin heçnədən məlumatı olmamış və onlara heç bır köməklik göstərməmişdir. Belə ki həmin vaxtı o onların yanında olmamışdır(cild 2, i.v.93-96). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 aprel tarixində orada olmamışdır. Yol kənarında kamera olub o kamerada maşından düşərkən görünür. Bölmədə olarkən video-kameranı ona göstərmişlər. Kameralarda heç bir evə girib çıxdığı görsənmir. İstintaq zamanı da boynuna götürməmişdir. 10 may tarixində baş vermiş hadisə ilə bağlı Çərkəz ona qızılları götürməsini maşında demişdir, ondan əvvəl bundan xəbəri olmamışdır. Ona maşında qızılları götürdüyünü dedikdə ona “nahaq götürdüyünü” demişdir. Çərkəz qızılları gizlətdiyini yoldaşına demişdir, sonra gedib təhvil edəcəyini demişdir. Çərkəz tutulduqdan sonra 19 iyulda bölməyə getmişdir. Özünün müqavilə olan vəkilin yanında onu döymüşlər. Axşamı da skoçlamışlar, 3 dəfə özündən getmişdir. Yenə də boynuna götürməmişdir. Sonuncu gün müstəntiq onu aldadıb qol çəkdirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Balaxanıda olmamışdır, Sabunçudakı hadisə üzrə saxlamışdılar. Çərkəz tutulandan 11 gün sonra bölməyə vəkil və yoldaşı ilə getmişdir ki, görsün niyə saxlamışlar. Onu vəkilin yanında otağa salıb döymüşlər, vəkil etirazını bildirmişdir. Orada heç nəyi boynuna götürməmişdir. Balaxanı epizodunu boynuna götürsün deyə onu döymüşlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, o Yevlax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1ci maddəsi ilə 02 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O Bakı şəhərində dilənçiliklə məşğul olur. O bir həftəyə qədər Sabunçu rayonu, Savalan qəsəbəsində bacısı Simagildə ailəsi ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs1 onun qardaşı oğludur. Onun maddi vəziyyəti yaxşı olmadığı uçun oğurluq edərək pul əldə etmək istəmişdir. Buna görə də o onunla birlikdə yaşayan qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən danışaraq dilənçiliklə məşğul olan zaman hər hansı bir evdən oğurluq edəcəkləri barədə razılığa gəlmişlər. Belə ki o mənzillərin giriş qapılarını döyərək orada kiminə olmadığına əmin olduqda sonra qardaşı oğlu Təqsirləndirilən şəxs1 həmin mənzillərə daxil olmalı imiş. Bu minvalla o 22 aprel 2025-ci il tarixdə qardaşı oğlu Təqsirləndirilən şəxs1 avtomobili ilə qardaşı oğlu Çərkəz və onun azyaşlı qızı Səadət ilə birlikdə Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq Balaxanı qəsəbəsinə gəlmişlər. Balaxanı qəsəbəsinə çatdıqda Çərkəz avtomobili yolun kənarında saxlamışdır. O və azyaşlı qızı Səadət avtomobildən düşmüşlər. X11 qəsəbəsində avtomobilini kənarda saxlamış və piyada onun yanına gələrək onunla dilənçilik edər qismində mənzilləri yoxlamağa başlamışlar. Bunda məqsədləri ondan ibarət imiş ki, hansısa mənzildə adam olmayacaqdısa o çöldə gözləməli və Çərkəz də mənzilə daxil olaraq oğurluq etməli imiş. Həmin vaxtı onun azyşalı qızı Səadət orada yox imiş. Saat 10 radələrində onlar Rahib Qədımov küçəsi ev 24 ünvanında yerləşən fərdi yaşayış evinə yaxınlaşmışlar. O həyətin əsas giriş qapısının qıfıllı olduğunu görüb əsas giriş qapısını döymüş və bir qədər keçdikdən sonra heç kimin gəlmədiyinə əmin olduqda, Çərkəz həyətin hasarına qalxaraq həyətə düşmüşdür. Bir qədər keçdikdən sonra Çərkəz yenidən pəncərədən çıxaraq onunla birlikdə avtomobilə tərəf getmişdir. Onlar avtomobilə gedən zaman bır qədər irəlidə azyşalı qızı Səadəti də götürmüşlər. Onlar avtomobilə oturub Savalan istiqamətində hərəkət etməyə başlamışlar. Onlar avtomobildə olan zaman Çərkəz ona az öncə Balaxanıdakı evdən xeyli sayda pul və qızıl oğurladığını bildirmişdir. O isə Çərkəzə heçnə deməmişdir. Onlar birlikdə bacısıgilə Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən evə getmişlər. Daha sonra Çərkəz onunla birlikdə Bərdə rayonuna gedərək oğurluq yolu ilə əldə etdikləri qızıl-zinyət əşyalarını orada satıb əldə etdikləri pulu öz şəxsi ehtiyaclarına xərcələmək qərarına gəlmişlər. Bu niyyətlə onlar Bərdə şəhərinə gedərək orada mərkəzdə olan qızıl mağazalarından birinə yaxınlaşmışlar və oğurladıqları qızılları Çərkəzə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək tanımadığı şəxsə 8.000 manata satmışlar. Beləliklə də oğurluq nəticəsində əldə etdikləri 10.350 manat nağd pulu və 1.300 ABŞ dolları pulu əmisi X4 ilə birlikdə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, 10 may 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə qardaşı oğlu Təqsirləndirilən şəxs1 və azyaşlı qızı Səadət ilə birlikdə Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq Ramana qəsəbəsinə gəlmişlər. Ramana qəsəbəsinə çatdıqda Çərkəz avtomobili yolun kənarında saxlayıb onu və azyaşlı qızı Səadəti avtomobildən düşürmüşdür. Çərkəz Ramana qəsəbəsində avtomobilini kənarda saxlayıb onun yanına gələrək piyada dilənçilik edər qismində mənzilləri yoxlamağa başlamışlar. Həmin vaxtı azyaşlı qızı Səadət orada yox imiş Belə ki o bır qədər kənarda dilənçilik edirmiş. Onlar saat 10 radələrində Ramana qəsəbəsi, 3-cü sahə, Əmir Bağırov küçəsində sonda olan nömrəsiz fərdi yaşayış evinə yaxınlaşmışlar. O, həyətin əsas giriş qapısını döyərək evdə kiminsə olub-olmamasını soruşmuşdur. Çərkəz evdə heç kimin olmadığını görüb həyətə daxil olmuşdur. Bir qədər sonra Çərkəz onun yanına gəlmişdir. Sonra onlar avtomobilə tərəf getmişlər. Onlar bir qədər kənardan azyaşlı qızı Səadəti də götürmüşlər. Onlar avtomobilə oturub Savalan istiqamətində hərəkət etməyə başlamışlar. Onlar avtomobildə olan zaman Çərkəz ona az öncə Ramanada evdən xeyli sayda pul və qızıl oğurladığını bildirmişdir. O isə ona heçnə deməmişdir. Onlar birlikdə bacısıgilə Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən evə getmişlər. Çərkəz orada az öncə oğurladığı pulu və qızılları çıxarıb ona göstərmişdir. Çərkəz oğurladığı puldan 7.000 manatını, bir ədəd qızıl üzüyü, 2 ədəd boyunbağını və 1 cüt sırğanı ona vermiş və demişdir ki, bunları arvadı Şahid2 versin və desin ki, bunları birlikdə yardım olaraq evdən yığmışlar. O, 7.000 manat pulu və qeyd etdiyi qızılları Çərkəzin yanında Şahid2 vermiş və bunları yardım olaraq evlərdən yığdıqlarını demişdir. Onlar həmin gun 2 ədəd üzüyü Çərkəz ilə birlikdə Moskva univermağında tanımadıqları şəxsə Çərkəzin şəxsiyyət vəsiqəsini təqdim etməklə ümumilikdə 300 manata satmışlar. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Sonra o Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həmin şöbəyə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o birinici dəfə xx.xx.2025-ci il tarixdə saat 10 radələrində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən və ikinci dəfə xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana qəsəbəsi, 3-cu sahə, Əmir Bağırov küçəsi, nömrəsiz ev ünvanından oğurluq etmişdir. Həmin mənzillərə Təqsirləndirilən şəxs1 daxil olmuşdur Çərkəz mənzillərə daxil olmazdan əvvəl o mənzillərin əsas giriş qapılarını döyərək evdə kiminsə olub-olmadığını dəqiqləşdirmişdir.Çərkəz isə sonra mənzilə daxil olurmuş. Onlar həmin oğurluq hadisələrini törədən zaman onları heç kim görməmiş, nədə ki, səsləyib dayanmaqlarını tələb edən şəxs olmamışdır. Həmin cinayəti törətməsi barədə qardaşı oğlu Təqsirləndirilən şəxs1 məlumatı olmuşdur. Belə ki həmin oğurluq cinayətlərini onunla birlikdə törətmişdir. Azyaşlı qızı Səadətin heçnədən məlumatı olmamış və onlara heç bir köməklik göstərməmişdir. Belə ki həmin vaxtı o onların yanında olmamışdır. O həmin vaxtı tutulmaqdan qorxduğu üçün istintaqa ilkin olaraq belə ifadələr vermişdir. Belə ki, o yuxarıda qeyd etdiyi mənzillərdən qardaşı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq etmiş və əldə etdikləri pulları birlikdə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Şahid2 verdiyi pul və qızıl zinyət əşyalarının cinayət yolu ilə əldə edildiyindən xəbəri Şahid2 xəbəri olmamışdır. Belə ki, o pulu və qızılları ona verən zaman bunları yardım olaraq topladıqlarını demişlər(cild 2, i.v.115-118); Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı ünvanda kirayədə oğlu Şahid1 ilə birlikdə yaşayır. Oğlu Şahid1 “Baku İN” hoteldə recepction işləyir. Oğlu bir gündən bır işə gedir. 10 may 2025-ci il tarixdə o saat 06:55 radələrində işə getmək üçün evdən çıxmışdır. O evdən çıxan zaman oğlu Şahid1 işdə olmuşdur. O evdən çıxdıqdan sonra evdə heç kim qalmamışdır. Evin mətbəxində plastik pəncərə var, o, evdən çıxan zaman pəncərə və əsas giriş qapısını bağlamış və yoxlamışdır. Onun özünün evdə olan yataq otağındakı dolabda olan qara rəngli əl çantasının içərisində 10.500 manat nağd pulu və həmin otaqda olan siyirmənin içərisindəki əl çantasının içərisində ümumilikdə dəyəri 1.300 manat təşkil edən 585 əyyarlı üç ədəd üzüklər və bır ədəd dəyəri 700 manat təşkil edən 585 əyyarlı qızıl qolbağı olmuşdur. 10 may 2025-ci il tarixdə saat 10:35 radələrində oğlu Şahid1 ona zəng edərək evdəki 10.500 manat pulun və qeyd etdiyi qızılların oğurlandığını demişdir. O da ona dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat verməsim demişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 12.500 manat maddi ziyan vurulmuşdur. Hadisə zamanı yaşadığı mənzildə hər hansı bir əşya məhv edilməmiş və bununla bağlı ona ziyan vurulmamışdır.Ona 7000 manat pul və 1 qızıl üzük və qızıl olmayan bijuteriyalar qaytarılmışdır, şikayətçidir, qalan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o fərdi sahibkarlıqla məşğuldur. Həftənin 1-ci günündən 6-cı günü daxil olmaqla işləyir və bazar günləri evdə olur. O hər gün saat 07:00-da evdən çıxır və 20:00-da evə qayıdır. X10 da fərdi əməklə məşğul olduğu üçün hər gün saat 08:30-da evdən çıxır və 19:00-da evə qayıdır. Övladları Rizvan və Həsrət orta təhsil aldıqları üçün hər gün saat 08:00-da dərsə gedir və 14:00-da evə qayıdırlar. 6-cı və bazar günlərindən başqa həftə içi günlər evdə saat 09:00-dan 14:00-a qədər heç kim olmur. Ev 3 otaqdan ibarətdir. Bir yataq otağı, bir qonaq otağı və mətbəxdən ibarətdir. Evin həyətdə olan əsas giriş qapısı dəmirdəndir. Evin əsas giriş qapısı da dəmirdəndir. Mətbəx otaqında bir ədəd həyətə tərəf baxan plastik pəncərə vardır. Pəncərə daxildən bağlanır. Onlar evdən çıxan zaman bütün pəncərələri içəridən bağlayır, evin əsas giriş qapısını açarla bağlayır və həyətin əsas giriş qapısında qıfıl ilə bağlayaraq gedirlər. O özünə məxsus olan pul və qızıl-zinyət əşyalarını yataq otağında olan dolab və digər siyirməli şkafa qoyur. Yataq otağındakı dolabda olan sellofan torbanın içərisinə sonuncu dəfə 13 ədəd 100 ABŞ dolları və 2.350 manat nağd pul qoymuşdur. Həmçinin yataq otağında olan siyirməli şkafın birinci siyirməsində onun aldığı, arvadı taxdığı dəyəri 2.000 manat təşkil edən 750 əyyarlı bir ədəd qızıl kolye, bir ədəd dəyəri 3.000 manat təşkil edən 750 əyyarlı qızıl boyunbağı, ümumilikdə dəyəri 2.000 manat təşkil edən 750 əyyarlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük və övladları üçün aldığı hər birinin dəyəri 220 manat təşkil edən iki ədəd 750 əyyarlı qızıl üzüklər olmuşdur. O sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər 07:00-da evdən çıxan zaman qeyd etdiyi məbləğdə pul və qızıllara baxdıqda yerində olmuşdur. O həmin gün saat 17 radələrində evə qayıtmış və ona pul lazım olduğu üçün dolaba baxmışdır. O qeyd etdiyi məbləğdə pulun yerində olmadığını aşkar etmişdir. Sonra o siyirməli şkafa baxdıqda qızılların da yerində olmadığını aşkar etmişdir. O dərhal arvadı Ülviyyə Vəliyevaya zəng edərək pulları və qızılları götürüb-götürməməsi barədə soruşmuşdur. Lakin o, götürmədiyini demişdir. O evdən oğurluq olduğunu bilib dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 12.000 manat maddi ziyan vurulmuşdur. Dəymiş ziyanın ödənilməsini tələb edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, qonşulari iki nəfər böyük şəxsi orada gördüklərini ona demişlər. Birinin boyu hündür birinin boyu daha alçaq olduğunu demişlər, bu şəxslər kimi. Hətta qonşulardan biri demişdir ki, həmin şəxslər darvazadan keçib girmişdilər içəri, evdə olmasa idi onunda evini aparmışdılar, həmin şəxslərdən soruşmuşdur ki, onun evində nə edirlər, biri demişdir ki, “uşağım xəstədir nəzir yığıram”. Məhəllədə digər evlərə də nəzir adı ilə daxil olmuşlar. Məhkəmə iclasına videokonfrans vasitəsilə qoşulmuş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun əridir, onunla rəsmi nikahları yoxdur, 7 övladı vardır. Təqsirləndirilən şəxs1 onun qaynı oğludur. Təqsirləndirilən şəxs1 götürdüyü malları evdə gizlətmişdir. Mal deyəndə pulları və qızılları yerin altında gizlətmişdir. Çərkəz gizlətdiyi yeri ona demişdir, o da gətirib qaytarmışdır. Gizlətdiyi əşyalar qızıl idi, 7000 manat pul olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, 7000 manatı o, müstəntiqə qaytarmışdır, 3000 manatıda ayrı müstəntiqə vermişdir. 7000 manat yerdə gizlədilən pul olmuş, onu müstəntiqə verdikdən sonra müstəntiq onu qorxudub demişdir ki, işin üstünə iş gəlib, sonra aparıb 3000 manatıda müstəntiqə vermişdir. Sonradan verilən 3000 manat öz pulu olmuşdur. Basdırılan yerdə bujiteriya, qızıl üzük və 7000 manat pul olmuşdur. 3000 manatı zərər üçün yox, işin üstünə iş getməsin deyə vermişdir. Müstəntiq Şahini buraxacağını demişdir, amma tutmuşdur. O, neçə dəfə Xəyyam müəllimin yanında getmişdir, yalvarmışdır. O, pulu və qızılı vəkillə birlikdə müstəntiqə vermişdir. 3000 manat puluda 10 gün sonra, şöbədə öz otağında müstəntiqə vermişdir. 3000 manat pulu verəndə o olmuş, qohum gəlin olmuşdur, birdə müstəntiqin yanında işçisi bir oğlan olmuşdur. O, həmin xanımı məhkəməyə şahid kimi gətirə bilər. Məhkəmə iclasında təkrar ifadəsi alınmış Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 oğurluqdan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 gələndə görmüşdür ki, əsir qorxur. O, nə olduğunu soruşduqda Çərkəz demişdir ki, o belə birşey edib, kənddən oğurluq edib. Çərkəz oğurladığı malları yerin altına qoyduğunu və həmin əşyaları götürüb onlara yəni zərərçəkənə verməyini demişdir. Çərkəz ona əşyaların yerini dedikdən sonra onları götürüb qaytarmışdır. Həmin əşyalar pullar, qızıl və bujuteriyalar olmuşdur. O, həmin vaxtı Yevlaxda olmuş, oradan çıxartmışdır əşyaları. Yevlaxda özü uşaqları ilə birlikdə qalır. Qaynanası ayrı qalır, xəstədir və hadisə ilə bağlı məlumatı olmamışdır. 2-ci dəfə 3000 manatı müstəntiqə tək vermişdir, əvvəl qohum gəlin ilə birlikdə getmişdir müstəntiqin yanına. Qohum gəlin ilə birlikdə müstəntiqin yanına 2 dəfə getmişdir. Müstəntiqə 3000 manat pulu verəndə xanımla birlikdə getmişdir və onun 3000 manat pulu müstəntiqə verməyini görmüşdür, müstəntiqin otağında idik. Onunla birlikdə ora gedən xanım bibisinin qohumu olmuş, amma onu tapa bilməmişdir, Yevlaxda qalır. Həmin xanımın adı Zəhradır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Yevlax rayonu və Bakı şəhəri ərazisində dilənçiliçklə məşğul olur. Təqsirləndirilən şəxs2 onun əridir. Lakin onunla rəsmi nikahları yoxdur. Onların 7 övladları vardır. X4 da Yevlax rayonu və Bakı şəhəri ərazisində dilənçiliklə məşğul olur. Təqsirləndirilən şəxs1 onun qaynı oğludur. Onlar baldızıgildə Sabunçu rayonu Savalan qəsəbəsində birlikdə yaşayırlar. 22 aprel 2025-ci il tarixdə qaynı oğlu Təqsirləndirilən şəxs1 avtomobili ilə Şahin və onun azyaşlı qızı Səadət Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq dilənçiliklə yardım toplamaq üçün getmişlər. Onlar bir neçə saat sonra isə yaşadıqları evə geri qayıtmışlar. 10 may 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə Şahin, qaynı oğlu Təqsirləndirilən şəxs1 və azyaşlı qızı Səadət Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq dilənçiliklə yardım toplamaq üçün evdən çıxmışlar. Bir neçə saat sonra onlar yaşadıqları evə geri qayıtmışlar. Şahin evdə ona 7.000 manat pulu və 1 ədəd qızıl üzüyü, 2 ədəd boyunbağını və 1 cüt sırğanı ona vermiş və demişdir ki, bunları birlikdə yardım olaraq evlərdən yığmışlar. O da Şahinə inanıb həmin pul və qızılları özündə saxlamışdır Həmin pul və qızılları istintaqa təqdim edə bilər. Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona verdiyi 7.000 manat pulun və 1 ədəd qızıl üzüyün, 2 ədəd boyunbağının və 1 cüt sırğanın cinayət yolu ilə əldə olunmağı barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona qeyd etdiyi məğbləğdə pul və qızıldan başqa ona heçnə verməmişdir(cild 1, i.v.166-167); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunda ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə ünvanı Əmir Bağırov küçəsində yerləşən fərdi evə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.08-10); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 19:00 radələrində CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.48); xx.xx.2025-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə ünvanı Əmir Bağırov küçəsində yerləşən fərdi evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı törətdiyi cinayət əməlini etiraf etmiş, verilmiş suala cavab olaraq göstərmişdir ki, “Mən qeyd etdiyim oğurluq cinayətini əmim Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişəm. Belə ki, ilkin olaraq o qeyd edilən ünvandakı evin əsas giriş qapısını döyərək evdə kiminsə olub olmamasını dəqiqləşdirmiş və həmçinin mənə evə daxil olub oğurluq edən zaman kimisə gələcəyi halda mənə xəbər verməsi üçün əsas giriş qapısının qarşısında gözləmişdir”, tərtib edilmiş protokol tərcüməçinin iştirakı ilə özü və müdafiəçisi tərəfindən imzalanmışdır(cild 1, i.v.59-61); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:30 radələrində CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(cild 1, i.v.87); xx.xx.2025-ci il tarixli Şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3-cü sahə ünvanı Əmir Bağırov küçəsində yerləşən fərdi evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı göstərmişdir ki, onlar avtomobildə olan zaman Çərkəz ona az öncə Ramanada evdən xeyli sayda pul və qızıl oğurladığını bildirmişdir. O isə ona heçnə deməmişdir. Onlar birlikdə bacısıgilə Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən evə getmişlər. Çərkəz orada az öncə oğurladığı pulu və qızılları çıxarıb ona göstərmişdir. Çərkəz oğurladığı puldan 7.000 manatını, bir ədəd qızıl üzüyü, 2 ədəd boyunbağını və 1 cüt sırğanı ona vermiş və demişdir ki, bunları arvadı Şahid2 versin və desin ki, bunları birlikdə yardım olaraq evdən yığmışlar. O 7.000 manat pulu və qeyd etdiyi qızılları Çərkəzin yanında Şahid2 vermiş və bunları yardım olaraq evlərdən yığdıqlarını demişdir”, tərtib edilmiş protokol tərcüməçinin iştirakı ilə özü və müdafiəçisi tərəfindən imzalanmışdır(cild 1, i.v.98-99); Hadisə yerinə baxış keçirilməsi haqqında 22 aprel 2025-ci il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v.106-108); xx.xx.2025-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Şahid2 tərəfindən ifadəsində göstərilən 01 ədəd qızıla bənzər qadın üzüyünü, 02 ədəd qızıla bənzər qadın sırğalarını, 02 ədəd qızıla bənzər qadın boyunbağılarını və 25 ədəd 100 manatlıq, 74 ədəd 50 manatlıq və 40 ədəd 20 manatlıq olmaqla ümumilikdə 7000 manat pul əskinazları araşdırma zamanı əlavə yoxlanılması üçün Şahid2 götürülmüşdür. Həmin əşyalar Şahid2, müdafiəçi X5 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakları ilə götürülüb baxış keçirilərkən Zərərçəkmiş şəxs1 baxış zamanı həmin əşyaları və pul əskinazlarını tanıyaraq ona məxsus olduğunu bildirməklə xx.xx.2025-ci il tarixdə yaşadığı mənzildən oğurlanmış əşyalar olduğunu təsdiq etmişdir (cild 1, i.v.171-173); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 21 may 2025-ci il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.195-200); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 21 may 2025-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir(cild 1, i.v.201-207); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir(cild 1, i.v.10-16, cild 2, i.v.5-6); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Dağıstan Respublikası Qarabudaxkent rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən RF CM 158-ci maddəsinin 3-cü hissəsi A, V bənd, 70 maddəsinə əsasən 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə azad edilmişdir (cild 2, i.v.7-8); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 01 ay müddətinə uzadılmışdır(cild 2, i.v.40-46); Azərbaycan Respublikası ƏN-nın MEM-nin xx.xx.2025-ci il tarixli 6/2345 nörməli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “14K" damğası olan, sarı rəngli 1 ədəd üzüyün əyarı 583/585-dır və 3.56 qramdır. Sarı rəngli 1 ədəd kulonlu boyunbağı qiymətsiz metal ərintisindən (Mis, Dəmir və s.) hazırlanmışdır və 20.76 qramdır. Üzərində rəngsiz şəffaf qaşları və 3 ədəd tünd göy rəngli qaşı olan, sarı rəngli 1 dəst sırğa cütü-kulonlu boyunbağı qiymətsiz metal ərintisindən (Mis, Dəmir və s.) hazırlanmışdır. Boyunbağının üzərinə cüzi miqdarda qızıl suyu çəkilmişdir. Ayrı-ayrılıqda qızılın çəkisini müəyyən etmək mümkün deyil və 17.16 qramdır(cild 2, i.v.49-52); Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 25 ədəd 100 manatlıq, 74 ədəd 50 manatlıq, 40 ədəd 20 manatlıq olmaqla ümumilkdə 7000 manat pul, həmçinin üzərində “14K” damğası olan sarı rəngli 1 ədəd üzük , sarı rəngli bir ədəd klon boyunbağı, üzərində rəngsiz şəffaf daşları və 3 ədəd tünd göy rəngli qaşı olan sarı rəngli bir dəst sırğa cütü-klonlu boyunbağının maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs1 geri qaytarılması qərara alınmışdır(cild 2, i.v.61- 62); xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 7000 manat pulu 25 ədəd 100 manatlıq, 74 ədəd 50 manatlıq, 40 ədəd 20 manatlıq olmaqla, həmçinin üzərində “14K” damğası olan sarı rəngli 1 ədəd üzük , sarı rəngli bir ədəd klon boyunbağı, üzərində rəngsiz şəffaf daşları və 3 ədəd tünd göy rəngli qaşı olan sarı rəngli bir dəst sırğa cütü-klonlu boyunbağını Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqindən təhvil aldığını göstərmişdir(cild 2, i.v.64); Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yevlax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü, xx.xx.2018-ci il təvəllüdlü, xx.xx.2017-ci il təvəllüdlü, xx.xx.2019-cu il təvəllüdlü, xx.xx.2020-ci il təvəllüdlü, xx.xx.2021-ci il təvəllüdlü, xx.xx.2023-cü il təvəllüdlü, və xx.xx.2012-ci il təvəllüdlü yeddi azyaşlı uşağı vardır. Azərfon MMC-dən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrənin antenn dairələri xx.xx.2025-ci il tarixədək Yevlax rayonu ərazisində, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri ərazisində, xx.xx.2025-ci il tarix etibarı ilə yenidən Yevlax rayonu ərazisində olduğu müəyyən edilmişdir. Məhkəmə hər bir təqsirləndirilən şəxsə münasibətdə gəldiyi qənaətin ayrılıqda əsaslandırılmasını zəruri hesab edir. İlkin olaraq məhkəmə təqsirləndirilən şəxslərin özlərinin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətindədir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 22 aprel 2025-ci il tarixli qeyd edilən epizodu o etməmişdir, əməliyyatçıların təziqi ilə həmin epizodu etiraf etmişdir. 22 aprel 2025-ci il tarixdə o, Bakıda olmamış, Yevlaxda olmuşdur. Digər 10 may 2025-ci il tarixli epizodu etiraf edir, o, etmişdir. Həmin yerdən qızıl və pullar götürmüşdür. Qızıl və pulları götürdükdən sonra maşına oturmuşdur. Həmin əşyaları götürməyini Təqsirləndirilən şəxs2 evdə demişdir. Qızılları və pulları bibisinə, yəni əmisi Şahinin yoldaşına vermişdir. Onları yerə qoymuşdur, gedib götürmüşlər. 10 min manat məbləğində pul idi, pulun bir hissəsini xərcləmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulları həmin gün verməmişdir, sonra təxmini 1 həftə sonra vermişdir, pulun bir hissəsini özünə xərcləmişdir. Zərərçəkmiş Elnarə xanımın digər qızıllarını satmışdır. Harada satdığını bilmir, tək gedib satmışdır. Qızılları satmağa Şahinlə birlikdə getməmişdir, elə ifadə verməmişdir. Təqsirləndirilən şəxs2 sonradan demişdir oğurluq etdiyini. İstintaq dövründə etiraf etməmişdir 22 aprel 2025-ci il tarixli epizodu. Müstəntiq deyib imza çək çəkmişdir, nəyə imza çəkdiyini oxumamışdır. O, oğurluğu tək etmişdir. Qızıl və pulları oğurladıqdan sonra onları tək gizlətmişdir. Onları yerə basdırıb gizlətmişdir, sonradan demişdir gedib götürmüşlər. O, ümumiyyətlə Balaxanı ərazisində olmamışdır. O, Şahini düşürdüb gedəndən sonra demişdir oğurluq etdiyini, sonradan demişdir ki qızılları, pulları gizlətmişdir və gedib götürmüşlər. Onu 12-ci polis bölməsində 10 günə yaxın saxlamışlar. Şahin sonradan özü gəlmiş, sonra onları vurmuşlar, skoçla bağlamışdılar onları. Digər epizodu etdiyini etiraf etmişdir. Əməliyyatçılar səhərə kimi onları vurmuşlar. Balaxanıda olan oğurluq hadisəsini etiraf etməyini istəmişlər ona görə onları vurmuşlar. 22 aprel tarixli epizod qeyd edilən vaxt onun üzərində telefon olmuşdur, amma mobil nömrə öz adına deyil, ***-***-**-** nömrəli mobil nömrəni işlətmişdir həmin vaxtı. Bu nömrə nənəsinin adına olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək onların qeyd olunan epizodlarla bağlı ibtidai istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Məhkəmə bu qənaətini aşağıdakı dəlillərlə əsaslandırır: Belə ki, X3 ibtidai istintaq zamanı həm şübhəli şəxs qismində, həmçinin təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində hər iki epizod üzrə özünü təqsirli bilərək həmin əməlləri əmisi Təqsirləndirilən şəxs2 ilə birlikdə törədilməsini etiraf etmiş, sözügedən protokollar özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə, onun bu ifadələri arasında ziddiyyətlərin yoxlanılması məqsədilə X1 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasının videgörüntüsünün əks olunduğu diski tədqiq edərək müəyyən etmişdir ki, X1 barəsində Bakı şəhəri Sabunçu rayon məhkəməsində xx.xx.2025-ci il tarixdə barəsində verilmiş həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən özünü hər iki epizod üzrə təqsirli bilərək göstərmişdir ki, “ hər iki epizodu o törətmişdir, girmişdir, oğurlamışdır, məbləğlərlə razı deyil, Ramana epizodunda 8000 manat pul olub, qızıl olub, qızılları qaytarmışdır. Balaxanı epizodunda o qeder pul olmayıb, 1300 ABŞ dolları olub, 300 manat pul olub, qızılları satmışdır. Ramana epizodunda əmisinə demişdir belə bir iş görüb, o da bildirmişdir ki, “düz hərəkət etməmisən, orada kamera var, məndə düşmüşəm”. Göründüyü kimi, X3 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş 1-ci epizod üzrə təqsirli bilməsə də, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən hər iki epizod üzrə özünü təqsirli bilmiş, sadəcə oğurlanmış məbləğlərlə razılaşmadığını qeyd etmişdir. Məhkəmə iclasında hər epizod üzrə “dəqiq” oğurlanmış məbləğləri göstərməklə ifadə vermiş təqsirləndirilən şəxsin heç bir təzyiq altında olmadan ifadə verməsi açıq aydın görünür. Bu hal onunla da təsdiq olunur ki, əgər təqsirləndirilən şəxsə hər hansı təzyiq olunmuş olsa idi, o yenədə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş ifadəsi ilə razılaşaraq götürülmüş məbləğləri tam olaraq qəbul etmiş olmalı idi. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında Balaxanı epizodu(İ epizod) üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 22 aprel 2025-ci il tarixdə Yevlaxda olmuş, Bakı şəhərində olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların yoxlanması məqsədilə təqsirləndirilən şəxsin özünün göstərdiyi kimi, istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrənin antenn dairələri ilə bağlı məlumatları Azerfon MMC-dən götürmüş, həmin məlumatlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 20 aprel 2025-ci il tarixədək Yevlax rayonu ərazisində olmuş, həmin tarixdə Bakı şəhərinə gəlmiş, 24 aprel 2025-ci il tarixdə yenidən Yevlax rayonuna qayıtmışdır. Göründüyü kimi, antenn məlumatlarına əsasən hadisənin baş verdiyi 22 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərində olması, onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadənin doğru olmamasına, özünü müdafiə xarakterli ifadə olmasına dəlalət edir. Eyni zamanda, 22 aprel 2025-ci il tarixli epizod üzrə Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, “...qonşulari iki nəfər böyük şəxsi orada gördüklərini ona demişlər. Birinin boyu hündür birinin boyu daha alçaq olduğunu demişlər, bu şəxslər kimi. Hətta qonşulardan biri demişdir ki, həmin şəxslər darvazadan keçib girmişdilər içəri, evdə olmasa idi onunda evini aparmışdılar, həmin şəxslərdən soruşmuşdur ki, onun evində nə edirlər, biri demişdir ki, “uşağım xəstədir nəzir yığıram”. Məhəllədə digər evlərə də nəzir adı ilə daxil olmuşlar.” 22 aprel 2025-ci il tarixli epizod üzrə oğurluq hadisəsi zamanı hazırki təqsirləndirilən şəxslərin boyunda olan(biri hündür, biri alçaq) iki nəfər şəxsin “nəzir” yığmaq adı ilə ətrafda olan mənzillərə daxil olması, eynilə 10 may 2025-ci il tarixdə baş vermiş oğlurluq hadisəsinə uyğun senari olmaqla bir daha hazırki təqsirləndirilən şəxslər tərəfindən həmin cinayət əməlinin törədilməsinə dəlalət edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqının gedişində əvvəlcə ona elan edilmiş Ramana epizodu üzrə (İİ epizod) oğurlanmış məbləğin elə 7000 manat olmasını göstərmiş, sonrakı məhkəmə iclaslarında məbləğin 10000 manat olmasını 3000 manatını xərcləməsini, qalanını torpağa basdırmasını bildirərək ziddiyyətli bir birinə uyğun gəlməyən ifadələr vermişdir. Halbuki, barəsində həbs qətimkan tədbiri seçilərkən o, həmin epizod üzrə oğurladığı məbləğin 8000 manat olmasını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həmin epizod üzrə məsuliyyətindən yaxa qurtarmaq (ziyanın tam olaraq ödənilməsinin məhkəmə tərəfindən nəzərə alınması) məqsədilə müxtəlif məzmunlu ifadələr vermişdir. Halbuki, həmin epizod üzrə Zərərçəkmiş şəxs1 mənzilindən oğurlanmış pul məbləğləri, olduğu yerlər, qızıl və zinyət əşyaları barədə istintaqın əvvəlindən sonunadək, eləcə də məhkəmə istintaqı zamanı dəqiq, ətraflı təsvir etməklə ifadələr vermiş, həmin ifadələr məhkəmədə heç bir şübhə doğurmamışdır. Eyni zamanda, Şahid1 məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 əməliyyatçılar tərəfindən ona təzyiq olunduğu üçün ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verməsi ilə bağlı qeyd edir ki, bu xüsusatla bağlı nə Təqsirləndirilən şəxs1, nə də müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında məsələ qaldırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilən məzmunda ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Məhkəmə bu nəticəsini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri ilə bağlı məsələyə baxılarkən ona irəli sürülmüş epizodlar üzrə ziyan məbləğləri ilə razılaşmayaraq etirazını bildirdiyi halda, ona hər hansı təzyiq olunmasını bildirməməsi inandırıcı görünmür. Bundan başqa o, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra bu barədə hər hansı orqana özü və müdafiəçisi tərəfindən müraciət edilməməsi, eyni zamanda məhkəmə isintaqı zamanı ilkin olaraq bu xususatla bağlı ifadə verməyərək yalnız əmisi Təqsirləndirilən şəxs2 ifadəsində həmin xüsusatları göstərməsindən sonra onunda guya ona təzyiqlər olması barədə ifadə verməsi məhkəmə tərəfindən inandırıcı hesab edilməyərək özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir. Bundan başqa, Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 onunla birlikdə oğurluq əməlində iştirak etmədiyini göstərsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əmisi olan Təqsirləndirilən şəxs2 məsuliyyətdən yaxa qurtarması üçün məhkəmə istintaqı zamanı yuxarıda göstərilən məzmunda ifadə verərək onun iştirak etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 aprel tarixində orada olmamışdır. Yol kənarında kamera olub o kamerada maşından düşərkən görünür. Bölmədə olarkən video-kameranı ona göstərmişlər. Kameralarda heç bir evə girib çıxdığı görsənmir, sadəcə həmin yolda olmuşdur. İstintaq zamanı da boynuna götürməmişdir. 10 may tarixində baş vermiş hadisə ilə bağlı Çərkəz ona qızılları götürməsini maşında demişdir, ondan əvvəl bundan xəbəri olmamışdır. Ona maşında qızılları götürdüyünü dedikdə ona “nahaq götürdüyünü” demişdir. Çərkəz qızılları gizlətdiyini yoldaşına demişdir, sonra gedib təhvil edəcəyini demişdir. Çərkəz tutulduqdan sonra 19 iyulda bölməyə getmişdir. Özünün müqavilə olan vəkilin yanında onu döymüşlər. Axşamı da skoçlamışlar, 3 dəfə özündən getmişdir. Yenə də boynuna götürməmişdir. Sonuncu gün müstəntiq onu aldadıb qol çəkdirmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Balaxanıda olmamışdır, Sabunçudakı hadisə üzrə saxlamışdılar. Çərkəz tutulandan 11 gün sonra bölməyə vəkil və yoldaşı ilə getmişdir ki, görsün niyə saxlamışlar. Onu vəkilin yanında otağa salıb döymüşlər, vəkil etirazını bildirmişdir. Orada heç nəyi boynuna götürməmişdir. Balaxanı epizodunu boynuna götürsün deyə onu döymüşlər. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək onların qeyd olunan epizodlarla bağlı ibtidai istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Məhkəmə bu qənaətini aşağıdakı dəlillərlə əsaslandırır: Təqsirləndirilən şəxs2 ifadəsində Balaxanı epizodu üzrə(İ epizod üzrə) göstərmişdir ki, “...Yol kənarında kamera olub o kamerada maşından düşərkən görünür. Bölmədə olarkən video-kameranı ona göstərmişlər. Kameralarda heç bir evə girib çıxdığı görsənmir, sadəcə həmin yolda olmuşdur.” Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadə verərkən oğurluq hadisəsinin baş verdiyi vaxtda hadisənin baş verdiyi ərazidə olmasını inkar etməmiş, həmin ərazidə kameraya düşdüyünü etiraf etmiş, sadəcə həmin mənzilə daxil olmasının videogörüntüsünün olmamasını mübahisələndirmişdir. Eyni zamanda, o, həmin ərazidə maşından düşdüyünü qeyd etmişdir ki, məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, nə təsadüfdür ki, hər iki epizod üzrə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində də göstərmişdir ki, “ ... o 22 aprel 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə əmisi Təqsirləndirilən şəxs2 və onun azyaşlı qızı Səadət ilə birlikdə Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq Balaxanı qəsəbəsinə gəlmişdir. Balaxanı qəsəbəsinə çatdıqda o avtomobili yolun kənarında saxlayıb əmisi Şahini və onun azyaşlı qızı Səadəti avtomobildən düşürtmüşdür. Sonra o Balaxanı qəsəbəsində avtomobilini kənarda saxlamış və piyada əmisi Şahinin yanına gələrək onunla dilənçilik edərək mənzilləri yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı digər Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təkzib etməmiş, həmin vaxtı hadisənin baş verdiyi ərazidə olmasını, maşından düşməsini təsdiqləmişdir. Eyni zamanda, 22 aprel 2025-ci il tarixli epizod üzrə Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, “...qonşulari iki nəfər böyük şəxsi orada gördüklərini ona demişlər. Birinin boyu hündür birinin boyu daha alçaq olduğunu demişlər, bu şəxslər kimi. Hətta qonşulardan biri demişdir ki, həmin şəxslər darvazadan keçib girmişdilər içəri, evdə olmasa idi onunda evini aparmışdılar, həmin şəxslərdən soruşmuşdur ki, onun evində nə edirlər, biri demişdir ki, “uşağım xəstədir nəzir yığıram”. Məhəllədə digər evlərə də nəzir adı ilə daxil olmuşlar.” 22 aprel 2025-ci il tarixli epizod üzrə oğurluq hadisəsi zamanı hazırki təqsirləndirilən şəxslərin boyunda olan(biri hündür, biri alçaq) iki nəfər şəxsin “nəzir” yığmaq adı ilə ətrafda olan mənzillərə daxil olması, eynilə 10 may 2025-ci il tarixdə baş vermiş oğlurluq hadisəsinə uyğun senari olmaqla bir daha hazırki təqsirləndirilən şəxslər tərəfindən həmin cinayət əməlinin törədilməsinə dəlalət edir. Təqsirləndirilən şəxs2 da məhkəmə istintaqı zamanı qızının xəstəliyi səbəbindən mənzillərdən nəzir yığmasını inkar etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həmin epizod üzrə özünü təqsirli bilərək həmin epizodla bağlı xüsusatları ətraflı təsvir etmiş, həmin protokollar özü və müdafiəçisi tərəfindən təsdiq edilərək imzalanmışdır. Eyni zamanda, digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və yuxarıda göstərilən əsaslara görə məhkəmə tərəfindən əsaslı sübut kimi qiymətləndirdiyi ifadəsi ilə Təqsirləndirilən şəxs2 həmin epizod üzrə iştirak etməməsi xüsusatı təkzib olunaraq öz təsdiqini tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs2 ona elan edilmiş Ramana epizodu(İİ epizod) üzrə məhkəmə qeyd edir ki, hər iki təqsirləndirilən şəxs tərəfindən həmin xüsusatlarla bağlı özünü müdafiə məqsədilə bir birinə uyğun gəlməyən ziddiyyətli ifadələr verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 həmin epizodla bağlı göstərmişdir ki, “...10 may tarixində baş vermiş hadisə ilə bağlı Çərkəz ona qızılları götürməsini maşında demişdir, ondan əvvəl bundan xəbəri olmamışdır. Ona maşında qızılları götürdüyünü dedikdə ona “nahaq götürdüyünü” demişdir. Çərkəz qızılları gizlətdiyini yoldaşına demişdir, sonra gedib təhvil edəcəyini demişdir”. Halbuki, Təqsirləndirilən şəxs2 23 may 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən Bakı şəhəri Sabunçu rayon məhkəməsində göstərmişdir ki, o heç bir oğurluq əməlində özünü təqsirli bilmir, qızı ilə birlikdə Ramana qəsəbəsində sədəqə toplamaq üçün qapı-qapı gəzmişdir, qardaşı oğlu Çərkəz məhəllədə onunla qızını götürərək evə aparmış, maşından düşəndə pul və qızılı ona göstərərək demişdir ki, oğurlamışdır, o da Çərkəzə iradını bildirmiş, həmin pulları və qızılı gətirib anasına vermişdir ki saxlasın, fikirləşmişdir ki, pulu yiyəsinə qaytarar..” Verilmiş suallara cavab olaraq göstərmişdir ki, qorxduğu üçün polisə məlumat verməmişdir, 1 həftə sonra onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onu döymüşlər, Çərkəz ona 7000 manat pul vermiş, birdə üzük. O da anasına saxlamağa vermişdir..” (bax: xx.xx.2025-ci il tarixli 4(008)-246/2025 saylı qərar) Həmçinin, bu xüsusatla bağlı məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, “...Qızıl və pulları götürdükdən sonra maşına oturmuşdur. Həmin əşyaları götürməyini Təqsirləndirilən şəxs2 evdə demişdir. Qızılları və pulları bibisinə, yəni əmisi Şahinin yoldaşı Pərvanəyə vermişdir. Onları yerə qoymuşdur, gedib götürmüşlər. 10 min manat məbləğində pul idi, pulun bir hissəsini xərcləmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulları həmin gün verməmişdir, sonra təxmini 1 həftə sonra vermişdir, pulun bir hissəsini özünə xərcləmişdir. ... Qızıl və pulları oğurladıqdan sonra onları tək gizlətmişdir. Onları yerə basdırıb gizlətmişdir, sonradan demişdir gedib götürmüşlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ziddiyyətli ifadə verərək qardaşı oğlu Çərkəzin “maşında olarkən”, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən “evə çatarkən maşından düşdükdə” ona oğurluq etməsi barədə məlumat verdiyini qeyd etsə də, ibtidai istintaq zamanı vermiş olduğu (etirafedici olmayan) ifadəsində o, evdə olan zaman Çərkəzin ona oğurluq etməsi barədə deməsini, pul və qızılları ona göstərməsini bildirmişdir. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 isə məhkəmə iclasında göstərmişdir ki əmisinə oğurluq etməsi barədə evdə demişdir. Beləliklə, hər iki təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə bu xüsusatla bağlı bir birinə uyğun gəlməyən ziddiyyətli ifadələr vermişlər. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında oğurlanmış pulu və qızılı Çərkəzin gizlətdiyini, yerini yoldaşı Pərvanəyə dediyini göstərsə də, barəsində həbs qətimkan tədbiri seçilərkən isə Çərkəzə iradını bildirdikdən sonra, həmin pulları və qızılı gətirib anasına saxlamaq üçün verdiyini göstərmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 bu xüsusatla bağlı məhkəmə iclasında qızılları və pulları bibisinə, yəni əmisi Şahinin yoldaşı Pərvanəyə verdiyini göstərmişdir. Məhkəmə iclasına videokonfrans vasitəsilə qoşulmuş Şahid2 ifadəsində göstərdi ki, “...Təqsirləndirilən şəxs1 götürdüyü malları evdə gizlətmişdir. Mal deyəndə pulları və qızılları yerin altında gizlətmişdir. Çərkəz gizlətdiyi yeri ona demişdir, o da gətirib qaytarmışdır. Gizlətdiyi əşyalar qızıl idi, 7000 manat pul olmuşdur.” Məhkəmə iclasında təkrar ifadəsi alınmış Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 oğurluqdan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 gələndə görmüşdür ki, əsir qorxur. O, nə olduğunu soruşduqda Çərkəz demişdir ki, o belə birşey edib, kənddən oğurluq edib. Çərkəz oğurladığı malları yerin altına qoyduğunu və həmin əşyaları götürüb onlara yəni zərərçəkənə verməyini demişdir. Çərkəz ona əşyaların yerini dedikdən sonra onları götürüb qaytarmışdır. Həmin əşyalar pullar, qızıl və bujuteriyalar olmuşdur. O, həmin vaxtı Yevlaxda olmuş, oradan çıxartmışdır əşyaları...” Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Yevlax rayonu və Bakı şəhəri ərazisində dilənçiliçklə məşğul olur. Təqsirləndirilən şəxs2 onun əridir. Lakin onunla rəsmi nikahları yoxdur. Onların 7 övladları vardır. X4 da Yevlax rayonu və Bakı şəhəri ərazisində dilənçiliklə məşğul olur. Təqsirləndirilən şəxs1 onun qaynı oğludur. Onlar baldızıgildə Sabunçu rayonu Savalan qəsəbəsində birlikdə yaşayırlar. 22 aprel 2025-ci il tarixdə qaynı oğlu Təqsirləndirilən şəxs1 avtomobili ilə Şahin və onun azyaşlı qızı Səadət Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq dilənçiliklə yardım toplamaq üçün getmişlər. Onlar bir neçə saat sonra isə yaşadıqları evə geri qayıtmışlar. 10 may 2025-ci il tarixdə qeyd etdiyi avtomobillə Şahin, qaynı oğlu Təqsirləndirilən şəxs1 və azyaşlı qızı Səadət Sabunçu rayonu Savalan qəsəbəsindən çıxaraq dilənçiliklə yardım toplamaq üçün evdən çıxmışlar. Bir neçə saat sonra onlar yaşadıqları evə geri qayıtmışlar. Şahin evdə 7.000 manat pulu və 1 ədəd qızıl üzüyü, 2 ədəd boyunbağını və 1 cüt sırğanı ona vermiş və demişdir ki, bunları birlikdə yardım olaraq evlərdən yığmışlar. O da Şahinə inanıb həmin pul və qızılları özündə saxlamışdır Həmin pul və qızılları istintaqa təqdim edə bilər. Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona verdiyi 7.000 manat pulun və 1 ədəd qızıl üzüyün, 2 ədəd boyunbağının və 1 cüt sırğanın cinayət yolu ilə əldə olunmağı barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona qeyd etdiyi məğbləğdə pul və qızıldan başqa ona heçnə verməmişdir(cild 1, i.v.166-167); Göründüyü kimi, şahid qismində dindirilmiş Şahid2 guya Təqsirləndirilən şəxs1 deməsinə əsasən oğurladığı pul və qızılı gedib basdırdığı yerdən tapmasını göstərsə də, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında oğurladığı əşyaları evdə əmisi Şahinin arvadı Pərvanəyə verdiyini göstərməklə təkzib etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid2 ifadələrini qarşılıqlı şəkildə təhlil edərək hesab edir ki, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi həqiqəti əks etdirməklə işin hallarına uyğundur. Belə ki, verilmiş ifadələr arasında olan ziddiyət onu göstərir ki, Şahid2 məhkəmə iclasında əri Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yaxa qurtarması məqsədilə məhkəmə iclasında yuxarıda qeyd edilən məzmunda ifadə vermişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da vurğulayır ki, məhkəmə iclasına videokonfrans vasitəsilə qoşulmuş Şahid2 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 7000 manatı o, müstəntiqə qaytarmışdır, 3000 manatıda ayrı müstəntiqə vermişdir. .... 3000 manat puluda 10 gün sonra, şöbədə öz otağında müstəntiqə vermişdir. 3000 manat pulu verəndə o olmuş, qohum gəlin olmuşdur, birdə müstəntiqin yanında işçisi bir oğlan olmuşdur. O həmin xanımı şahid kimi məhkəməyə gətirə bilər” Məhkəmə Şahid2 ifadəsində göstərdiyi bu xüsusatların yoxlanması məqsədilə Təqsirləndirilən şəxs2 vəsatətini qismən təmin etmiş, Şahid2 məhkəmə iclasında təkrar dindirilməsini, onun ifadəsində göstərdiyi kimi 3000 manat pulu müstəntiqə verməsini təsdiq edən şəxsin şəxsiyyəti barədə məlumatları təqdim etdikləri təqdirdə əlavə şahid qismində dindirilməsini, eyni zamanda müstəntiq Xəyyam Bağırzadənin həmin xüsusatla bağlı əlavə şahid qismində dindirilməsini qərara almışdır. Məhkəmə iclasında təkrar ifadəsi alınmış Şahid2 ifadəsində göstərmişdir ki, “... 2ci dəfə 3000 manatı müstəntiqə tək vermişdir, əvvəl qohum gəlin ilə birlikdə getmişdir müstəntiqin yanına. Qohum gəlin ilə birlikdə müstəntiqin yanına 2 dəfə getmişdir. Müstəntiqə 3000 manat pulu verəndə xanımla birlikdə getmişdir və onun 3000 manat pulu müstəntiqə verməyini görmüşdür, müstəntiqin otağında idik. Onunla birlikdə ora gedən xanım bibisinin qohumu olmuş, amma onu tapa bilməmişdir, Yevlaxda qalır. Həmin xanımın adı Zəhradır. Göründüyü kimi, Şahid2 ziddiyyətli ifadələr verərək ilk olaraq 3000 manatı müstəntiqə verdikdə tək olduğunu bildirmiş, daha sonra verilmiş suallara cavab olaraq qohum xanımla birlikdə müstəntiqə pul verdiyini göstərmiş, lakin həmin xanımı tapa bilmədiyini bildirmişdir. Bu ifadədən sonra müdafiə tərəfi özü də, müstəntiqin əlavə şahid qismində dindirilməsinə maraqlı olmadığını bildirərək vəsatətinin müdafiəsindən imtina etdiklərini bildirmişlər. Məhkəmə, Şahid2 ziddiyyətli ifadələrini, pulu verərkən yanında olmuş şəxsi şahid kimi məhkəməyə gətirəcəyini bildirsə də, həmin xanımı tapmadığını(halbuki, qohum olduğunu bildirmişdir) bildirməsini, müdafiə tərəfinin vəsatəti müdafiə etməyərək müstəntiqin çağırılıb dindirilməsinə zərurət olmadığını bildirməsini, proses iştirakçılarının buna etirazı olmamasını nəzərə alaraq vəsatətin təmin edilməsindən imtinanın qəbul edilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı fiziki zor tətbiq edilməsi səbəbindən etirafedici ifadə verməsi ilə bağlı məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini işdə toplanmış digər sübutlarla zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək onların qeyd olunan epizodlarla bağlı ibtidai istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 tutularkən ona fiziki zor tətbiq edildiyini bildirmiş, bu səbəbdən etirafedici ifadə verdiyini qeyd etmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 özüdə ifadəsində təsdiq etdiyi kimi polis idarəsinə hüquqlarını müqavilə əsasında müdafiə edən vəkillə birlikdə gəlmiş, özünü təqsirli bilməməsi barədə ifadə vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 tutularkən ona fiziki zor tətbiq edildiyindən etirafedici ifadə verməsini göstərsə də, əslində həmin ifadələrdə o təqsirini etiraf etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 da ona fiziki zor tətbiq edilməsi ilə bağlı ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, bu xüsusatla bağlı nə Təqsirləndirilən şəxs2, nə də müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçisi tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında məsələ qaldırılmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və ya yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 7 azyaşlı uşağının olmasını(CM- 59.1.4), zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Yevlax rayon məhkəməsinin 1(039)-66/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi hazırki cinayət əməllərini Yevlax rayon məhkəməsinin 1(039)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində olan Yevlax rayon məhkəməsinin 1(039)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluqlar olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Lakin, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyi halda sözügedən cinayət əməllərini törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin edilmiş cəza Yevlax rayon məhkəməsinin 1(039)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 03(üç) ay 20(iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 01 (bir) ay 25(iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməli(CM-67.1),cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat Təqsirləndirilən şəxs2, 32 (otuz iki) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar- üzərində “14K” damğası olan, 583/585 əyyarlı 3.56 qramlıq sarı rəngli bir ədəd qızıl üzük, qiymətsiz metal ərintisindən hazırlanmış, 20.76 qramlıq sarı rəngli bir ədəd kulonlu boyunbağı, qiymətsiz metal ərintisindən hazırlanmış üzərində rəngsiz şəffaf qaşları və 3 ədəd tünd göy rəngli qaşı olan , sarı rəngli bir dəst sırğa cütükulonlu boyunbağı, həmçinin 25 ədəd 100 manatlıq, 74 ədəd 50 manatlıq və 40 ədəd 20 manatlıq olmaqla ümumilikdə 7000 manat pul əskinazlarının saxlanması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ““həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin 1(039)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 03(üç) ay 20(iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il 01 (bir) ay 25(iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- üzərində “14K” damğası olan, 583/585 əyyarlı 3.56 qramlıq sarı rəngli bir ədəd qızıl üzük, qiymətsiz metal ərintisindən hazırlanmış, 20.76 qramlıq sarı rəngli bir ədəd kulonlu boyunbağı, qiymətsiz metal ərintisindən hazırlanmış üzərində rəngsiz şəffaf qaşları və 3 ədəd tünd göy rəngli qaşı olan, sarı rəngli bir dəst sırğa cütükulonlu boyunbağı, həmçinin 25 ədəd 100 manatlıq, 74 ədəd 50 manatlıq və 40 ədəd 20 manatlıq olmaqla ümumilikdə 7000 manat pul əskinazlarının saxlanması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat Təqsirləndirilən şəxs2, 32 (otuz iki) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar