Məhkəmə qərarları › İş №1(008)-619/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-619/2025

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(008)-619/2025 18.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsmayılov Samir Şahid oğlunun, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxs- ##.##.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,729 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 16:41-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 may küçəsində “Araz Marketin" yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı, əynində olan şalvarının cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,729 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür Həmin əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onu ## ### 2025-ci il tarixdə gecə saat təxminən 4-5 radələrində PPX əməkdaşları saxlamışlar. Onu ittiham aktında qeyd edilən 1 may küçəsində saxlamayıblar. Onu Zabrat qəsəbəsi, dəmir yol stansiyasının yaxınlığında saxlayıblar. Həmin vaxt o, qazi dostu ilə görüşmək üçün Zabrat qəsəbəsinə gəlmişdir. Oraya gəlmək üçün “bolt” xidmətindən istifadə edərək taksi sifariş vermişdir. Ora çatıb taksidən düşən kimi 2 nəfər PPX əməkdaşı onu saxlamışlar. Orada nə etdiyini soruşduqda o, dostunun yanına gəldiyini bildirmiş, hətta dostuna zəng etmiş, o da çölə çıxmışdır. PPX əməkdaşları onun üzərinə baxış keçirən zaman heçnə aşkar olunmamışdır. Taksi sürücüsünun, dostunun da üzərini yoxlayıb onları sərbəst buraxmışlar. Onun üzərindən heçnə aşkar olunmamasına baxmayaraq onu 15-ci PB-nə aparmışlar. Orada ona təzyiq göstərmişlər, ya az miqdarda narkotik vasitəni boynuna götürməsini yaxud külli miqdarda narkotiklə rəsmiləşdirəcəklərini bildirdikləri üçün onlarla razılaşmışdır. Həmçinin onların dediklərini qəbul etməyəcəyi halda ona fiziki təzyiq göstəriləcəyindən qorxmuşdur. Narkotik vasitə istifadəçisi olsa da, təxminən 5 aydır ki, narkotik vasitə istifadə etmir. O, narkotik vasitə istifadəçisi olduğu üçün istintaq zaman CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. Gecəni bölmədə qalmış, səhəri gün saat 16:00 radələrində onu Zabrat qəsəbəsi, 1 may küçəsi ünvanına gətirmiş və orada üzərinə baxış keçirmişlər. Guya onu orada saxlamışlar və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni onu çəkilişə aparmazdan əvvəl bölmədə əməliyyatçıların otağında cibinə qoymuşdular. Həmin vaxt ittiham aktında adları qeyd edilən polis əməkdaşları orada iştirak etmişlər. İttihamda qeyd edilən sms göndərdiyi şəxs onun dostu olmuşdur. Onun pulu olanda o narkotik alır, dostunun pulu olanda dostu alır, bir yerdə istifadə edirdilər. Sms saxlanılmazdan 1 ay qabaq yazmışdır. Heç həmin vaxt onda narkotik vasitə də olmamış, onu elə belə yazmışdır. ## ### 2025-ci il tarixdə PPX əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Onun cinayət və cinayət prosessual qanunvericilikdən başı çıxmadığı üçün narkotik istifadəçisi olduğundan, bunun elə CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması mənasına gəldiyini düşündüyündən özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Müstəntiq çağırdığı zaman idarəyə yaxınlaşıb verdiyi sənədləri oxumadan imzalamışdır. İttiham aktında üzərindən aşkar olunduğu qeyd edilən narkotik vasitə ona məxsus deyil. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmir. Ruhi və psixi cəhətdən sağlam olmuş, heç bir xəstəxanada qeydiyyatda olmamışdır. ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Təxminən 5-6 il müddətində “patı” kimi tanıdığı psixotrop maddə - metamfetamindən istifadə etmişdir. Sonuncu dəfə ## ### 2025ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsindən üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün 1 (bir) büküm psixotrop maddə metamfetamin almış və onu əynində olan şalvarının cibinə qoymuşdur. Psixotrop maddəni özü üçün almış, həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. O, ## ### 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 May küçəsində olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları onun vəkillə təmin olunmaq hüququnun olduğunu izah etmiş, lakin o, imtina etmişdir. Bundan sonra polis əməkdaşları üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmadığını təqdim etməsini təklif etmişlər və o, şalvarının cibindən 1 ədəd bükülünü təqdim etmişdir. Bükülünün içərisində psixotrop maddə metamfetamin olmuşdur. Bundan sonra onun üzərinə axtarış keçirilmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə Sabunçu RPİnin 15-ci Polis Bölməsinə aparılmışdır. 15-ci PB-nin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət olunmuş, dəvət edilən vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 1 ədəd bükümün içərisindəki maddəyə baxış keçirilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, səmimi olaraq bükülünün içərisində aşkar edilən maddənin psixotrop maddə - metamfetamin olduğunu, həmin maddəni üzdən tanıdığı, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsdən Sabunçu rayonu, Ramana qəsəbəsindən 20 (iyirmi) manat verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış, içərisində metamfetamin olan bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, götürülmüş psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən Sabunçu rayon Polis idarəsinin 15-ci Polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir, narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini heç bir şəxsə satmaq niyyətində olmamışdır. Özü və müdafiəçinin iştirakı ilə xxxx MMC-dən daxil olmuş istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 055-828-88-60 nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 17:25-də "gelecem size otda daşda verecem sene" və s. məzmunlu SMS mətni özü yazmışdır, özü narkotik vasitə istifadəçisi olduğundan ətrafındada norkotik vasitələrdən istifadə edən şəxslər vardır. Həmin şəxslərlə birlikdə narkotik vasitələri bölüşüb istifadə etdiyini, həmin şəxslər ondan narkotik istədikdə onlara verdiyini, həmçinin həmin şəxslərin də ona narkotik vasitələr verdiyini, lakin kiməsə narkotiki pul qarşılığında satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı onlara əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə ## ### 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupunun tərkibinə Sabunçu Rayon Polis idarəsinin 15-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, R şahid2 və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, R şahid1 daxil edilmişdir. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 16:41-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 May küçəsi, “Araz Markefin yaxınlığında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Mədətova təklif edilmişdir ki, üzərində saxlanılması, daşınması və istifadəsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etsin. Təklifə əsasən, Təqsirləndirilən şəxs şalvarının cibindən 1 ədəd bükülünü çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün nə olduğu soruşulduqda, o, bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni Ramana qəsəbəsindən tanımadığı şəxsdən 20 (iyirmi) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 15-ci Polis Bölməsinə gətirilmişdir. Bölmənin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs götürülmüş zərfə baxış keçirilmişdir. Daha sonra bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi saxlayan zaman heç bir müqavimət göstərməmişdir, könüllü şəkildə üzərində olan maddəni təqdim etmişdir. Şahid şahid3 müdafiəçinin suallarına cavab verərək təxminən 1,2 ya 3 gün qabaq əməliyyat məlumatının daxil olduğunu, bundan sonra şəxs barəsində məlumat toplanıldığını, əməliyyat məlumatı əsasında əməliyyat qeydiyyat işinin açıldığını, əməliyyat tapşırığına əsasən verilən istiqamətə uyğun olaraq şəxsin ## ### 2025-ci il tarixdə Zabrat qəsəbəsi, 1 may küçəsi ünvanında olacağını bildiklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili şahid2, Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili şahid1 məhkəmə iclasında dindirilmiş digər şahid şahid3 ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 X5 polis nəfəri, R Alıyev İntiqam Nəriman oğlu ifadəsində göstərmişdir ki, ## ### 2025-ci il tarixdə saat 04:50 radələrində inzibati ərazidə xidmətdə olarkən Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ağ market yaxınlığında, yeni məhəllə deyilən ərazidə 1 nəfər şəxsi şübhəli görüb saxlamış və 15-ci PB-nə təmin etmişlər. Buna dair tərəflərindən raport yazılmışdır. Həmin şəxs ağ rəngli “Cobalt” taksidə olmuşdur. Taksi sürücüsü sifariş əsasında həmin ünvana gəldiyini bildirmişdir. Onun dediklərinin həqiqiliyini yoxlayan zaman həqiqətən sifariş əsasında həmin ünvana şəxsi gətirdiyi müəyyən olunmuşdur. Ona görə də onu buraxmışlar. Təqsirləndirilən şəxs orada nə etdiyini, harada yaşadığını soruşduqda o, dostunun yanına qonaq gəldiyini, özünün Balaxanı qəsəbəsində yaşadığını bildirmişdir. Saat 04:50-də Balaxanı qəsəbəsində yaşayan şəxsin dostunun yanına gəlməsi onlarda şübhə doğurmuşdur. Ona görə şəxsi 15-ci PB-nə təmin etmişlər. Şəxsi saxladıqları yerdə üzərinə baxış keçirilməsini, üzərindən nəsə aşkar olunmasını xatırlamır. Şəxsin üzərinə baxış keçirəndə bunu videoçəkiliş vasitəsilə edirlər və bu video çəkilişi də bölməyə təqdim edirlər. Hazırki iş üzrə isə videoçəkiliş etmələrini xatırlamır. Həmin ərazidə yuxarıda qeyd edilən tarixdə onlarla yanaşı 15-ci PB-nin əməkdaşları şahid3 və şahid1 də mülki maşında hərəkət etmişlər. Cinayət törədən şəxslər polis maşını görüb qaçdıqları üçün öndə mülki maşında 15-ci PB-nin əməkdaşları hərəkət etmiş, arxada isə onlar xidməti maşında hərəkət etmişlər. 15-ci PB-nin əməkdaşları taksi maşını görüb onlara xəbər vermişlər. Bundan sonra o, Novruz Qəhrəmanovla birlikdə taksi avtomobilinə yaxınlaşmışdır. Onlar şəxsi bölməyə təmin etdikdən sonra bu barədə həmin ərazidə onlarla birlikdə xidmət aparan 15-ci PB-nin əməkdaşlarına məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 X5 polis nəfəri, R X6 məhkəmə iclasında dindirilmiş digər şahid Alıyev İntiqam Nəriman oğlu ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iclasında dindirilmiş “xxxx” MMC-nin nümayəndəsi X9 bildirmişdir ki, ibtidai istintaq zamanı *** *** ** ** saylı telefon nömrəsinin ##.##.2025-ci il tarixdə saat 04:54-də anten dairəsinin Zabrat-Mashtaga şossesi, Zabrat Maştağa yolunun kənarında, AN İNŞAAT MTK göstərməsi, daha sonra isə həmin telefon nömrəsi ilə bağlı verilən anten məlumatlarında həmin saatda anten dairəsinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ** saylı bina olması, yəni eyni saatla bağlı iki ayrı ünvan göstərilməsi onunla bağlıdır ki, həmin saatda telefonla aparılan əməliyyatlar GPRS üzərindən olmuşdur. GPRS üzərindən aparılan əməliyyatlarda təəssüf ki dəqiq məlumat verə bilmirik. Yəni ola bilər ki, şəxs bir ünvanda internet şəbəkəsindən istifadə etsin və sonra başqa əraziyə keçəndə anten dairəsi ilkin olaraq şəxsin olduğu ünvanı göstərir. Bu texniki məsələdir və bunun üzərində işlənilir. Ona görə daha dəqiq məlumat zəng və ya sms üzrə aparılan əməliyyatlar zamanı əldə oluna bilər. *** *** ** ** saylı telefon nömrəsinin ##.##.2025-ci il tarixdə saat 04:37-də MTC, yəni zəng zamanı anten dairəsinin Zabrat-Maştağa şossesi, Zabrat Maştağa yolunun kənarı, AN İNŞAAT MTK olduğu müəyyən olunmuşdur. Zabrat Maştağa yolunun kənarı antenin olduğu ünvandır, yəni şəxs həmin antenin əhatə dairəsində olmuşdur. Qeyd edilən anten isə 1 may küçəsi və Sabunçu RPİ-nin 15-ci PBnin ərazilərini əhatə edən antendir. Həmçinin ola bilər ki, şəxs olduğu ünvanın anteni hər hansı səbəbdən məsələn nasazlıq ola bilər, yaxud arada nəsə maneə ola bilər və ya digər səbəbdən həmin ünvanı göstərməsin, bu zaman oraya yaxın olan başqa anten görünə bilər. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında yenidən dindirilmiş şahid Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə təxminən saat 16 radələrində Zabrat qəsəbəsi, 1 may küçəsində saxlamışlar, orada üzərinə baxış keçirilən zaman özü könüllü şəkildə üzərində gəzdirdiyi metamfetamini təqdim etmiş, daha sonra şəxsi bölməyə gətirmişlər. Şahid dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi bölməyə ##.##.2025-ci il tarixdə saat 04:50 radələrində PPX əməkdaşları gətirməmiş, ona belə bir məlumat verilməmişdir, həmin gün şəxsi bölməyə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, digər əməliyyatçılarla birlikdə gətirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və satması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili şahid3 Azərbaycan Respublikası «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-nin 86.8-ci, 445-ci maddələrinin tələblərinə əsasən Sabunçu RPİ-nin 15-ci PBnin CA üzrə əməliyyat müvəkkili, R şahid2, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili, R şahid1, ##.##.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib olunmuş və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zəmanı sonuncu ## ### 2025 -ci il tarixdə, saat 16:41 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 may küçəsində olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlamağa başlanılmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli psixotrop maddəyə bənzər maddəni təqdim etmişdir. Sonra həmin kütlə qablaşdırılaraq tədbir iştirakçıları, saxlanılan şəxs tərəfindən imzalanaraq götürülmüş, daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli psixotrop maddəyə bənzər kütlə sonuncudan götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını bildirmişdir. Üstünü yoxlama və baxış zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə Sabunçu RPİ-nin 15-ci PBnin CA üzrə əməliyyat müvəkkili, R şahid1 oğlu tərəfindən video çəkiliş aparılmışdır. - Şübhəli şəxsin tutulması haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 16:41-də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - baxış və götürmə aparılması haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Xalid Qurbanlı tərəfindən Sabunçu RPİ-nin 15-ci PBnin əməliyyat müvəkilləri şahid3, şahid2, saxlanılan şəxs Təqsirləndirilən şəxs, müdafiəçi müdafiəçi2 iştirakları ilə şübhəli şəxsin üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddənin qablaşdırıldığı zərfə Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, spesifik iyə malik, psixotrop maddə olan metamfetaminə bənzər maddə yenidən qablaşdırılaraq AR DİN-nin “zərflər” üçün *** saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Fərid Rzayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır. - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs yazısı və imzalar olan....” zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,729 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - maddi sübut kimi tanıma haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,729 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,679 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şübhəli şəxsin üstünün yoxlanılması, təqdim edilmiş əşyaya baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - AR DİN BƏSİİ-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarından görünür ki, hökm dəyişdirilib cəzası yüngülləşdirilərək 01 il 08 ay müddətinə endirilmişdir. ##.##.2021-ci ildə AR Milli Məclisinin ##.##.2021-ci il tarixli amnistiya haqqında qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. - diskə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 (bir) ədəd diskə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən 055-828-88-60 nömrəsinə ## ##### 2025-ci il tarixdə saat 17:25-də "gelecem size otda daşda verecem sene" və s. narkotik vasitələrin alış-satışı, başqa şəxslərə verilməsi, birlikdə narkotik vasitələr qəbul edilməsi kimi sms mətnləri daxil olması və çıxması aşkar edilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin smsi özü yazmışdır, özü narkotik vasitə istifadəçisi olduğundan ətrafındada norkotik vasitələrdən istifadə edən şəxslər vardır. Həmin şəxslərlə birlikdə narkotik vasitələri bölüşüb istifadə etdiyini, həmin şəxslər ondan narkotik istədikdə onlara verdiyini, həmçinin həmin şəxslərin də ona narkotik vasitələr verdiyini, lakin kiməsə narkotiki pul qarşılığında satmadığını bildirmişdir. Adı çəkilən həmin sms mətnləri də ona təqdim edilmişdir. - cinayət əməlinin tövsif edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən hazırki cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə şəxsə yeni məzmunlu ittiham elan edilmişdir. - Maddi sübut kimi tanınma haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, “xxxx” MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, sms mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 19, 20, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 37, 38, 39, 40, 41, 47, 72, 73, 77, 135, 148 və 171-ci səhifələrində icra olunan imzalar Təqsirləndirilən şəxs Camaləddin oğlu tərəfindən icra olunmuşdur. - ƏÇPA-nın 8-ci PB-nün polis nəfərləri İntiqam Alıyev və Novruz Qəhrəmanov tərəfindən Sabunçu RPİ-nin 15-ci PB-nin rəisinə ünvanlanmış raportdan görünür ki, ## ### 2025-ci il tarixdə saat 04:50 radələrində inzibati ərazidə xidmətdə olarkən Sabunçu rayon, Zabrat qəsəbəsində olan zaman 1 nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin olubolmadığını soruşduqda həmin şəxs heç bir sənədinin olmadığını bildirmişdir. Onlar həmin şəxsin kimliyini müəyyən etmək üçün onu 15-ci PB-nə dəvət etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs ##.##.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Odur ki, qeyd olunanları nəzərə alaraq həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. - Sabunçu Rayon Məhkəməsinin 15-ci PB-nə ünvanlanmış ##.##.2025-ci il tarixdə raport əsasında 15-ci PB-nə təhvil verilən Təqsirləndirilən şəxs barəsində hansı qanuni tədbirin görülməsi və bunun nəticələrini əks etdirən sənədlərin məhkəməyə təqdim edilməsi barədə ## ###### 2026-cı il tarixli sorğusuna əsasən Təqsirləndirilən şəxs barəsində ## ### 2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanması barədə qərarın surəti təqdim edilmişdir. - “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən təqdim edilmiş diskə baxış keçirilən zaman *** *** ** ** saylı telefon nömrəsinin ##.##.2025-ci il tarixdə saat 04:37də əhatə dairəsinin Zabrat-Mashtaga şossesi, Zabrat Maştağa yolunun kənarında, AN İNŞAAT MTK olması, 04:54, 05:17 radələrində isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ** saylı bina olması müəyyən olunmuşdur. - Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin məktubundan görünür ki, AR CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 15-ci PB-də əməliyyat qeydiyyat işi başlanmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd edilən normaların mənasından göründüyü kimi, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, nöbündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından məlum olur ki, ibtidai istintaq orqanının həmin maddə ilə irəli sürdüyü ittihamın əsasını ilk növbədə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində ## ### 2025-ci il tarixdə saat 16:41-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 may küçəsində “Araz Marketin" yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılması və həmin ünvanda üstünün yoxlanılması zamanı, əynində olan şalvarının cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,729 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi təşkil etmişdir. Hansı ki, məhkəmədə sübutların tədqiqi zamanı şəxsə elan edilmiş ittihama əsasən üzərindən aşkar olunması qeyd edilən psixotrop maddənin ona aid olması sübuta yetirilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş təkzibolunmaz sübutlarla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirli olmaması müəyyən edilmiş, yəni ona istinad olunan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 X5 polis nəfərləri X6 və Alıyev İntiqam Nəriman oğlunun ifadələri və tərtib edilmiş raport təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 16:41-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, 1 may küçəsində “Araz Marketin" yaxınlığında Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri şahid3, şahid2, şahid1 tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmasını istisna edir. Belə ki, qeyd edilən şahidlər məhkəmə iclasında ifadə verən zaman Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 04:50 radələrində Zabrat qəsəbəsi, “Ağ” marketin yaxınlığında, yeni məhəllə deyilən ərazidə şübhəli bilib saxladıqlarını, daha sonra raport əsasında şəxsi 15-ci PB-nə təmin etdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs də məhkəmə iclasında onu saxlayan şəxslərin həmin PPX əməkdaşlarının olmasını bildirmişdir. Məhkəmə tərəfindən 15-ci PB-nə sorğu verilərək ##.##.2025-ci il tarixli raport əsasında bölməyə təhvil verilmiş Təqsirləndirilən şəxs barəsində hansı qanuni tədbirin görülməsi və bunun nəticələrini əks etdirən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bu sorğunun əsasında məhkəməyə ## ### 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın surəti təqdim edilmişdir. Hansı ki, həmin qərar məhz hazırki cinayət işinin, yəni ********* saylı cinayət işinin başlanılmasını nəzərdə tutur və baxmayaraq ki, şəxs X1 Alayının əməkdaşları tərəfindən ## ### 2025-ci il tarixdə saat 04:50-də saxlanılıb bölməyə gətirilmişdir, həmin qərarda Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 16:41-də saxlanılmasına istinad olunmuşdur. Məhkəmə iclasında dindirilən əməliyyatçılar 1,2 və ya 3 gün öncədən daxil olmuş əməliyyat məlumatı əsasında şəxs barəsində məlumat topladıqlarını, daha sonra əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şəxsi saxladıqlarını bildirmişlər. Halbuki bütün bunlar X1 Alayının əməkdaşlarının ifadələri və tərtib etdikləri raport ilə təkzib olunmuşdur. X1 X5 əməkdaşları şəxsi əməliyyat məlumatı əsasında deyil, Balaxanı qəsəbəsində yaşayan şəxsin gecə saat 04:50-də Zabrat qəsəbəsində olması onlarda şübhə doğurduğu üçün saxladıqlarını bildirmişlər. Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin məktubundan görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 15-ci PB-də əməliyyat qeydiyyat işi başlanmamışdır. Həmçinin təqsirləndirilən şəxsin ## ### 2025-ci il tarixdə telefon nömrəsinin anten məlumatlarından görünür ki, həmin tarixdə saat 04:37-də əhatə dairəsi Zabrat-Maştaga şossesi, Zabrat Maştağa yolunun kənarında, AN İNŞAAT MTK , saat 04:54, 05:17 radələrində isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ** saylı bina olmuşdur. Sabunçu RPİ-nin 15-ci PB-nin ünvanı isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 Göründüyü kimi anten məlumatları da təqsirləndirilən şəxsin ##.##.2025-ci il tarixdə saat 04:54-də Sabunçu RPİ-nin 15-ci PB-də olduğunu təsdiq edir. Bütün bunlar 15-ci PB-nə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının daxil olmadığını, bu istiqamətdə əməliyyat axtarış tədbirinin həyata keçirilmədiyini, təqsirləndirilən şəxsin ##.##.2025-ci il tarixdə saat 16:41-də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmadığını göstərməklə bununla bağlı tərtib edilmiş prosessual sənədlərin formal xarakter daşıdığını və həqiqətə uyğun olmadığını təsdiq edir. AR CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Ona görə də həmin prosessual sənədlər, həmçinin 15-ci PB-nin əməliyyat müvəkillərinin ifadələri təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əsasını təşkil edən halları təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 16:41-də Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən deyil, ## ### 2025-ci il tarixdə saat 04:50-də X1 X5 əməkdaşları tərəfindən saxlanılaraq raportla Sabunçu RPİ-nin 15-ci PB-nə təhvil verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının 33-cü bəndinə əsasən əməliyyataxtarış tədbiri gedişində materialların əldə olunması məsələsinin tənzimləmə mexanizmindən (əsasən ***-IQ nömrəli Qanunun tənzimləmə sferasına aid edilməsindən) fərqli olaraq CPM-in 137-ci maddəsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş materialların məhz CPM-in tələblərinə uyğun olaraq cinayət təqibi orqanına (məsələn, təhqiqatçıya, müstəntiqə) təqdim edilməsini və həmin materialların ittihamın əsaslandırılmasında sübut kimi istifadə edilməsindən əvvəl yoxlanılmasını tələb edir. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş məlumatlar (tədbirin gedişatını və nəticələrini, o cümlədən sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol”) onlara əlavə olunmuş videoyazının saxlanıldığı elektron daşıyıcı və götürülmüş əşyalarla birlikdə məlumatların mənbəyini və əldə edilmə üsullarını yaymadan əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən cinayət təqibi orqanına (təhqiqatın və ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsə) göndərilməli və yaxud bilavasitə təqdim edilməli, təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən predmetlərin götürülməsi qaydasında CPM-in 236-cı maddəsinin müvafiq tələblərinə uyğun olaraq, o cümlədən təqdim edilmiş əşyaların baxışını apardıqdan sonra əşyaları təqdim edən şəxs haqqında məlumatları, əşyaların sayını, ölçüsünü, çəkisini, fərdi əlamətlərini və digər xüsusiyyətlərini əks etdirən “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” protokolunu tərtib etməklə götürməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü (məsələn, raport və yaxud protokol - CPM-in 135-ci maddəsində nəzərdə tutulmuş sənəd, əşya isə CPM-in 128-ci maddəsində nəzərdə tutulmuş maddi sübut) kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 04:50 radələrində saxlanılmasına baxmayaraq onun üzərinə baxış keçirilməsi tərtib edilən prosessual sənədlərə əsasən saxlanıldığından təxminən 11 saat sonra, yəni saat 16:41-də həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında 11 saat vaxtın keçməsi həmin sübut növünün qəbul edilməsinin mümkünsüzlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Həmçinin məhkəmə iclasında dindirilən şahid X1 X5 polis nəfəri, R Alıyev İntiqam Nəriman oğlu ifadəsində təqsirləndirilən şəxsi bölməyə aparamaqlarının səbəbi kimi saat 04:50-də Balaxanı qəsəbəsində yaşayan şəxsin dostunun yanına gəlməsinin onlarda şübhə doğurması olduğunu, şəxsi saxladıqları yerdə üzərinə baxış keçirilməsini, üzərindən nəsə aşkar olunmasını xatırlamadığını, şəxsin üzərinə baxış keçirdikləri halda bunu videoçəkiliş vasitəsilə etdiklərini və videoçəkilişi də bölməyə təqdim etdiklərini, hazırki iş üzrə isə videoçəkiliş etmələrini xatırlamadığını bildirmişdir. Göründüyü kimi şəxsin ## ### 2025-ci il tarixdə ƏÇPA-nın əməkdaşları tərəfindən saat 04:50-də saxlanılan zaman 15-ci PB-nə gətirilməsinin səbəbi şəxsin üzərindən hər hansı qanunsuz predmetin aşkar olunması deyil, Balaxanıda yaşayan şəxsin gecə saatlarında Zabrat qəsəbəsində olmasının şübhə doğurması ilə bağlı olmuşdur. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 04:50-də saxlanılan zaman üzərindən qanunla qadağan olunmuş hər hansı vasitənin aşkar olunmasını təsdiq edən sübut məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işləri üzrə mühüm və zəruri sübut əhəmiyyətinə malik olan ilkin sənəd şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi barədə protokoldur. Lakin hazırda baxılan işə münasibətdə həmin növdən olan ## ### 2025-ci il tarixli protokolun yuxarıda qeyd edilənlərə əsasən mötəbər sübut kimi qəbul edilməsinə hər hansı hüquqi əsas yoxdur. Ona görə məhkəmə həmin sübut növünü etibarsız hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən həmin protokol təqsirləndirilən şəxsin təqsirini müəyyən və sübut edən sübutlardan biri kimi qəbul edilə və qiymətləndirilə bilməz. İttihamın əsasını təşkil edən halları təsdiq edən digər sübut növü kimi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə istinad olunmuşdur. Həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin sübutla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında 15-ci PB-də ona təzyiq göstərdiklərini, ya az miqdarda narkotik vasitəni boynuna götürməsini yaxud külli miqdarda narkotiklə rəsmiləşdirəcəklərini bildirdikləri üçün onlarla razılaşdığını, həmçinin onların dediklərini qəbul etməyəcəyi halda ona fiziki təzyiq göstəriləcəyindən qorxduğunu, sənədləri oxumadan imzaladığını, cinayət və cinayət prosessual qanunvericilikdən başı çıxmadığı üçün narkotik vasitə istifadəçisi olduğundan, bunun elə CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması mənasına gəldiyini düşündüyündən özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsinə dair ifadə verdiyini, əslində onu PPX əməkdaşları saxlayan saxlayan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021 -ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadəsini işdə toplanmış digər sübutlarla (nəzərə alınsa ki, şəxsin üzərinə baxış keçirilməsinin nəticələrini əks etdirən protokol etibarsız sayılaraq sübut kimi qəbul edilməmiş) müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmamasına, sonradan 15-ci PB-də üzərinə qoyulmasına dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha inandırıcı hesab edir. İttihamın əsasını təşkil edən halı təsdiq edən istinad edilən digər sübut növlərindən biri də təqsirləndirilən şəxsin telefon nömrəsindən göndərilımiş sms-dir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin sms yazışmasından görünür ki, sms ##.##.2025-ci il tarixdə yazılmışdır. Hazırki ittihama əsasən isə şəxsin ##.##.2025-ci il tarixdə saat 16:41-də saxlanılan zaman üzərindən psixotrop maddə aşkar olunmasına istinad edilmişdir. Məhkəmə araşdırması nəticəsində ## ### 2025-ci il tarixdə təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi iddia olunan maddi sübut-psixotrop maddənin ona məxsus olmadığı müəyyən olunmuşdur. AR CM-nin 234.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün ilk növbədə şəxsin qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması faktı müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması faktı müəyyən olunmamışdır ki, onun bunları satış məqsədi ilə edib-etməməsi müəyyənləşdirilsin. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması cinayətini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 147.6-cı maddəsinə görə tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə saat 04:50 radələrində ƏÇPAnın əməkdaşları tərəfindən tutularaq 15-ci Polis Bölməsinə gətirilmiş və raportla PB-nə təhvil verilmiş, saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamış, CPM-nin 153-cü maddəsində nəzərdə tutulmuş vəzifələr yerinə yetirilməmiş, hüquq, vəzifələri və məsuliyyəti dərhal izah edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş müdafiəçi müdafiəçi2 Südüeyüb oğlunun bir çox istintaq hərəkətlərində iştirak etməməsi, bunun müdafiəçinin anten məlumatlarına əsasən sübuta yetirilməsi və bununla da şəxsin müdafiə hüququnun pozulduğundan həmin müdafiəçinin iştirakı ilə keçirilmiş istintaq hərəkətlərinin nəticələrinə dair protokolların sübutlar siyahısından çıxarılmasına dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında dindirilən “xxxx” MMC-nin nümayəndəsi bildirmişdir ki, ola bilər ki, şəxs olduğu ünvanın anteni hər hansı səbəbdən məsələn nasazlıq ola bilər, yaxud arada nəsə maneə ola bilər və ya digər səbəbdən həmin ünvanı göstərməsin, bu zaman oraya yaxın olan başqa anten görünə bilər, həmçinin GPRS üzərindən aparılan əməliyyat üzrə antenin dəqiq müəyyənləşdirilməsi mümkün olmaya bilər. Həmçinin təqsirləndirilən şəxsin üzərinə bölmədə baxış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, müdafiəçi müdafiəçi2 orada olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olan hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ## ### 2025ci il tarixdə saat 04:50 radələrində tutularaq 15-ci Polis Bölməsinə gətirilməsinə baxmayaraq saxlanıldığı andan müdafiəçi ilə təmin olunmamasını, üzərindən 11 saat keçəndən sonra müdafiəçi təyin olunmasını müdafiə hüququnun pozulması kimi qiymətləndirir. Şəxsin üzərində baxış və axtarışın şəxsin saxlanılmasından 11 saat sonra formal olaraq həyata keçirilməsi, əslində üzərində qanunla qadağan olunmuş maddənin olmaması həyata keçirilən istintaq hərəkətinin, onun gedişatı və nəticələrini əks etdirən protokolların sübut əhəmiyyətinin olmadığı qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş ## ### 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokol, baxış və götürmə aparılması haqqında protokol, onların tərkib hissəsi olan video çəkilişlər mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. CPM-nin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı”şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## ##### 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər.Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin dəlillərinin yoxlanması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən ## ### 2025-ci il tarixdə saat 16:41 radələrində 01 ədəd bükümdə xeyli miqdarda, ümumilikdə təmiz çəkisi 0,729 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, şəxs saxlanıldıqdan 11 saat sonra guya şəxsin Zabrat qəsəbəsi, 1 may küçəsində saxlanılaraq üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasına dair “səhnələşdirilmiş” axtarış keçirilərək bununla bağlı protokol tərtib olunmuşdur. Halbuki şəxs ## ### 2025-ci il tarixdə saat 04:50 radələrində saxlanılmış və saxlanılan zaman üzərində qanunla qadağan edilmiş hər hansı vasitə aşkar olunmamışdır. Yəni polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində “əsl” axtarış aparmamış, yalnız qoyduqları psixotrop maddəni tapmışlar. Belə ki, videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni təqdim etdikdən sonra onun üzərinə əməliyyat müvəkkili tərəfindən formal axtarış aparılmışdır. Belə ki, əməliyyat müvəkkili Təqsirləndirilən şəxs idman şalvarının, idman gödəkçəsinin heç bir ciblərinə baxmamış, yalnız ciblərin üst hissələrinə əli ilə toxunmuş, həmin geyimlərin digər yerlərində, yəni gödəkçənin və şalvarın ciblərində qanunla qadağan edilmiş vasitənin olub-olmamasını müəyyən etmək üçün axtarış aparmamışdır. Eyni zamanda şahidlər 15-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri şahid3, şahid2 və şahid1 ifadələri ilə məhkəmə iclasında tədqiq edilmiş sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, əməliyyat müvəkkillərinin ümumiyyətlə əməliyyat qrupu yaratması, əməliyyat-axtarış tədbiri keçirməsi, bununla bağlı raportların formal olaraq tərtib olunması müəyyən edilmişdir. BMT Baş Məclisinin ## ###### 1948-ci il tarixli 217 A (III) nömrəli qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəsi üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin II və III bəndlərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması zamanı yol verilən kobud qanun pozuntuları, sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunan ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,679 qram olan psixotrop maddə metamfetamin sahibi müəyyənləşdirilənədək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd disk, telefon məlumatlarını özündə əks etdirən “xxxx” MMC-dən daxil olmuş iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğundan məhkəmə məsrəfi olan ekspertiza xərci ondan tutula bilməz, iş üzrə məhkəmə məsrəfi olan 226 manat ekspertiza xərci Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bununla bağlı məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra 0,679 qram qalığı qalmış psixotrop maddə metamfetaminin hansı mənbədən əldə edilərək hazırkı cinayət işi üzrə istifadə edilməsi, psixotrop maddənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra, müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,679 qram olan psixotrop maddə metamfetamin sahibi müəyyənləşdirilənədək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılsın. 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi kimi tanınmış, ekspertiza tədqiqatından sonra 0,679 qram olan psixotrop maddə metamfetaminin hansı mənbədən əldə edilərək hazırki cinayət işi üzrə istifadə edilməsi, psixotrop maddənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün, hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs, onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərci Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar