Məhkəmə qərarları › İş №1(008)-62/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-62/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-62/2020 24.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Dövlət ittihamçısı-Şəkərəliyev Amin Qəhrəman oğlunun, 07 saylı vəkil bürosunun vəkili Cəfərli Cəfər Südeyib oğlunun iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəh., Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Qurban oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə əvvəllər məhkum olunmasına baxmayaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında yenidən qəsdən cinayət törədərək «Cəza çəkmə müəssisələrinin Daxili İntizam Qaydaları» ilə qadağan olunmuş əşya olan bir ədəd «Nokia» markalı, «Mini Phone» modelli, «**********01681, ********* 401683» imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, daşımış, gəzdirmiş, xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 nömrəli cəzaçəkmə müəssisəsindən gətirilərkən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində təcridxana əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə məhkum Təqsirləndirilən şəxs üzərində baxış tədbirləri keçirilən zaman onun düz bağırsağında olan bir ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsindən təcridxananın tibb-sanitar hissəsində üzərinə təcridxana əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə baxış keçirilmihşdir. Keçirilmiş baxış zaman onun düz bağırsaqında olan bir ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Telefon ona məxsusdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Sühabə oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 nömrəli cəzaçəkmə müəssisəsindən gətirilərkən Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində təcridxana əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zaman Təqsirləndirilən şəxs düz bağırsaqından bir ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Tofiq oğlu Şahid1 Şühabə oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 Hidayət oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində Təqsirləndirilən şəxs üzərinə Təcridxananın tibb-sanitar hissəsində tərcridxana əməkdaşları tərəfindən onun və digər hal şahidnini iştirakı ilə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs düz bağırsağından bir ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 Azad oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 12 saylı Cəza Çəkmə Müəssisəsindən gətirilərkən Təcridxananın tibb-sanitar hissəsində təcridxana əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs düz bağırsağından olan bir ədəd «Nokia» markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür. İş üzrə keçirilmiş və baxış iclası zamanı tədqiq olunaraq elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə Ekspertizası Mərkəzinin 29568 saylı, 12 dekabr 2019-cu il tarixli məhkəmə kompyuter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd Nokia markalı, Mini Phone modelli 351531 052401681, **********01683 imei kodlu mobil telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olunb, istifadəyə yararlıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1, 66.3, 66.5-ci maddələri ilə təqsirli bilinib, 12 il, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxx 2014-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı şəh., Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə hökm üzrə əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsüf edilmiş və həmin hökmə görə təyin edilmiş cəzanın 02 il hissəsindən azad edilmişdir. Eyni zamanda 12 il, 03 aycəzanın 11 ay hissəsindən azad edilərək, üzərində 11 il, 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəh., Qaradağ Rayon Məhkəməsinin 1(002)34/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəza Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il, 03 ay, 24 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, Şərifov Tural Qurban oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəza çəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş, elan edilmiş şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs oğlunun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Şərifov X2 Məcəlləsinin 317-2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi-altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəh., Qaradağ Rayon Məhkəməsinin 1(002)34/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırda təyin ediləcək cəza ilə qismən toplanılmalıdır. Cinayət işinin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şərifov X2 Məcəlləsinin 317-2.1-cimaddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 99). Məhkəmə hesab edir ki, Şərifov X2 Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar-«ciddi» rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Maddi sübut bir ədəd «Nokia» markalı, «Mini Phone» modelli, «**********01681, **********01683» imei kodlu mobil telefonu hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «31» yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 59.94 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs «04» ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bakı şəh., Qaradağ Rayon Məhkəməsinin 1(002)34/2020 saylı, 31 yanvar 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hal-hazır ki, hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılsın, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Qurban oğlunun cəza çəkmə müddətinin başlanğıcı «31» yanvar 2020-ci il tarixdən hesablansın. Maddi sübut bir ədəd «Nokia» markalı, «Mini Phone» modelli, «**********01681, **********01683» imei kodlu mobil telefonu hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə 59.94 manat ekspertiza xərci təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, Dövlət Xəzinadarlılığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs Şərifov Tural Qurban oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar