Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-62/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, 07 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Şahid2 iştirakı ilə xx xxxxxx 2005-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ərəbocaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxx 2004-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Ərəbocaq kəndində qeydiyyatda olan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı, hərbi hissədə xidmətdə olan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq oraqnı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaq məlum olmayan İlkin adlı şəxslə bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Bakı Olimpiya Stadionunun yaxınlığındakı yeraltı avtomobil tunelində tanışları Zərərçəkmiş şəxs (X2) Təqsirləndirilən şəxs1 ilə telefonda nəlayiq ifadələr işlətməklə zarafat etməsini bəhanə edərək, özlərinin üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmalarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyətilə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs (X4) ilə mübahisə etməyə başlamış və ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakılarin gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib kəllə, yumruq və təpiklə Zərərçəkmiş şəxs (X2) sifət və bud nahiyəsinə vuraraq ona Təqsirləndirilən şəxs2 sağ bud nahiyəsinin qançırları, sol dirsək və sol said nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən, şəxsiyyəti istintaqa məlum olmayan İlkin adlı şəxs isə sağ yanaq nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, Təqsirləndirilən şəxs1 isə burun nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən açıq sınığı kimi həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək bir qrup şəxs tərəfindən xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaq məlum olmayan İlkin adlı şəxslə bir qrup şəxs halında 29 dekabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Bakı Olimpiya Stadionunun yaxınlığındakı yeraltı avtomobil tunelində tanışları Zərərçəkmiş şəxs (X2) Təqsirləndirilən şəxs1 ilə telefonda nəlayiq ifadələr işlətməklə zarafat etməsini bəhanə edərək, özlərinin üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmalarını və başqalarından əsaslı surətdə fərqləndiklərini təsdiq etmək niyyətilə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs (X4) ilə mübahisə etməyə başlamış və ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib kəllə, yumruq və təpiklə Zərərçəkmiş şəxs (X2) sifət və bud nahiyəsinə vuraraq, ona sağ bud nahiyəsinin qançırları, sol dirsək və sol said nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməyən, şəxsiyyəti istintaqa məlum olmayan İlkin adlı şəxs isə sağ yanaq nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, Təqsirləndirilən şəxs1 isə burun nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən açıq sınığı kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirərək bir qrup şəxs tərəfindən xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid2 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Faiqi yaşadığı məhlədən tanıyır. Onunla münasibəti hər zaman normal olmuş, aralarında heç bir zaman düşmənçilik və ya ədavət olmamışdır. 29 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Faiq ilə telefonda danışdıqları zaman Faiq zarafatyana ünvanına nəlayiq ifadə işlətmişdir. O, Faiqdən nə üçün nəlayiq ifadə ilə zarafat etdiyini soruşmuş və bir daha həmin qaydada zarafat etməməsini tələb etmişdir. Bu zaman aralarında mübahisə düşmüş və mübahisə zamanı Faiq onun ünvanına nəlayiq ifadə işlətmişdir. Bundan sonra Faiqlə görüşərək söhbət etməyi təklif etmişdir. O, Faiqə saatın gec olduğunu, görüşə gələ bilməyəcəyini bildirərək gündüz vaxtı görüşərək söhbət edəcəklərini bildirmişdir. Səhər açıldıqdan sonra Faiqlə danışmış və saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Olimpik Star» əyləncə mərkəzinin yanında görüşməyi qərarlaşdırmışlar. Faiqlə danışdıqdan sonra yaşadıqları evdən çıxmış və dostu Mövsüm ilə görüşmüşdür. Onunla söhbət etdiyi zaman Faiqlə arasında baş verənləri ona danışmışdır. Mövsüm heç bir problemin olmadığını bildirmiş və birlikdə Faiqlə görüşə getməyi təklif etmişdir. O, Mövsümlə razılaşmış və Faiqin saat 18:00 radələrində görüşə çağırdığını bildirmişdir. Mövsüm yenidən heç bir problemin olmadığını bildirmiş və təxminən saat 16:00 radələrində Mövsümlə birlikdə yaşadıqları Balaxanı qəsəbəsindən çıxmış və «Koroğlu» metrostansiyasının yaxınlığına gəlmişlər. Metronun yanında olduqları zaman tanışları İlkini görmüşlər və onunla salamlaşmışlar. Söhbət əsnasında İlkin hara getdiklərini soruşmuş və o, İlkinə Faiqlə arasında olan mübahisəni danışmışdır. İlkin söhbətə qulaq asdıqdan sonra onlarla getmək istədiyini bildirmiş və onlar İlkinlə razılaşmışlar. Bundan sonra Mövsüm o və İlkin birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Olimpik Star» əyləncə mərkəzinin yanına getmişlər. Ora çatdıqdan sonra Faiqə zəng etmiş və dediyi yerdə olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Faiq yanlarına gəlmiş və o, Faiqlə söhbət etməyə başlamışdır. Ətrafda insanların çox olması səbəbindən birlikdə «Koroğlu» metrostansiyasının yanına getməyi, orada sakit bir yerdə söhbət etməyi planlaşdırmışlar. Bundan sonra Mövsüm, o, İlkin və Faiq birlikdə «Koroğlu» metrostansiyasının yaxınlığına gəlmişlər. Oradan isə piyada «Olimpiya» Stadionunun yanındakı tunelə gəlmişlər. Tunelə daxil olduqdan sonra o, Faiqdən nə üçün nəlayiq ifadələr işlətdiyini soruşmuşdur. Bu zaman Faiq düz etdiyini bildirərək yenidən ünvanına nəlayiq ifadə işlətmişdir. Bu zaman o, kəllə ilə Faiqin sifətindən vurmuşdur. O, Faiqi vurduqdan sonra İlkin yumruqla Faiqin sağ yanağından vurmuş və Faiq zərbələrin təsirindən yerə yıxılmışdır. Faiq yerə yıxıldıqdan sonra Mövsüm onun əlindən tutaraq dartaraq ayağa qaldırmaq istəmişdir. Lakin Faiqin yerdən qalxmadığını görüb onu özünə tərəf dartmışdır. Ancaq onun durmadığını görüb təpiklə sağ ayağından vurmuşdur. Törətdiyi əməldən peşmandır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Faiqi yaşadığım məhlədən tanıyırdı. Onunla münasibəti hər zaman normal olmuş, aralarında heç bir zaman düşmənçilik və ya ədavət olmamışdır. 29 dekabr 2021-ci il tarixdə, səhər saatlarında dostu Kənan ilə görüşmüşdür. Onunla söhbət etdiyi zaman gecə vaxtı Faiqlə telefon danışığı zamanı Faiqin onunla nəlayiq ifadələr işlədərək zarafat etdiyini, bu səbəbdən mübahisələrinin yarandığını, Faiqin söhbət etmək üçün onu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Olimpik Star» əyləncə mərkəzinin yanına çağırdığını bildirmişdir. O, Kənana heç bir problemin olmadığını bildirmiş və birlikdə Faiqlə görüşə getməyi təklif etmişdir. Kənan onunla razılaşmış və Faiqin saat 18:00 radələrində görüşə çağırdığını bildirmişdir. O, heç bir problemin olmadığını bildirmiş və təxminən saat 16:00 radələrində Kənanla birlikdə yaşadıqları Balaxanı qəsəbəsindən çıxmış və «Koroğlu» metrostansiyasının yaxınlığına gəlmişdir. Metronun yanında olduqları zaman tanışları İlkini görmüşlər və onunla salamlaşmışlar. Söhbət əsnasında İlkin hara getdiklərini soruşmuş və Kənan ona Faiqlə arasında olan mübahisəni danışmışdır. İlkin söhbətə qulaq asdıqdan sonra onlarla getmək istədiyini bildirmiş və onlar İlkinlə razılaşmışdır. Bundan sonra Kənan, o və İlkin birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Olimpik Star» əyləncə mərkəzinin yanına getmişlər. Ora çatdıqdan sonra Kənan Faiqə zəng etmiş və dediyi yerdə olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Faiq yanlarına gəlmiş və Kənan onunla söhbət etməyə başlamışdır. Ətrafda insanların çox olması səbəbindən Kənan və Faiq birlikdə «Koroğlu» metrostansiyasının yanına getməyi, orada sakit bir yerdə söhbət etməyi planlaşdırmışlar. Bundan sonra Kənan, o, İlkin və Faiq birlikdə «Koroğlu» metrostansiyasının yaxınlığına gəlmişlər. Oradan isə piyada «Olimpiya» Stadionunun yanına gəlmişlər və saat 20:00 radələrində ora çatmışlar. Ora çatdıqdan sonra stadionun yanında olan tuneldə söhbət etməyi qərarlaşdırmışlar. Tunelə daxil olduqdan sonra Kənan Faiqdən nə üçün nəlayiq ifadələr işlətdiyini soruşmuşdur. Bu zaman Faiq düz etdiyini bildirərək yenidən Kənanın ünvanına nəlayiq ifadə işlətmişdir. Bu zaman Kənan kəllə ilə Faiqin sifətindən vurmuşdur. O, Faiqi vurduqdan sonra İlkin yumruqla Faiqin sağ yanağından vurmuş və Faiq zərbələrin təsirindən yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra əlindən tutaraq dartaraq onu ayağa qaldırmaq istəmişdir. Lakin Faiqin yerdən qalxmadığını görüb Faiqi özünə tərəf dartmışdır. Ancaq onun durmadığını görüb təpiklə sağ ayağından vurmuşdur. Bu zaman ətrafda olan inşalar onlara yaxınlaşaraq ayırmışlar. Bundan sonra Kənan, o və İlkin oradan çıxaraq yaşadıqları evə getmişlər. Törətdiyi əməldən peşmandır. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Mövsüm və Kənan adlı şəxsləri yaşadığı məhlədən tanımışdır. Onlarla əvvəllər aralarında münaqişə, eyni zamanda mübahisə olmamışdır. 29 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Kənanla telefonla danışdığı zaman onunla zarafat etmişdir. Lakin Kənan etdiyi zarafatdan əsəbiləşmiş və nə üçün onunla zarafat etdiyini soruşmuşdur. Bu səbəbdən aralarında sözlə mübahisə olmuş və mübahisə zamanı bir-birilərinə qarşı nəlayiq ifadələr işlətmişlər. Əsəbi olduğu üçün Kənana görüşərək söhbət etməyi təklif etmişdir. Lakin Kənan saatın gec olduğunu bildirmiş və səhər açıldıqdan sonra görüşərək söhbət etməyi təklif etmişdir. O, Kənanla razılaşmış və harada görüşə biləcəklərini soruşmuşdur. Kənan isə söhbət etmək üçün onu Bakı şəhəri, Sabunçu rayonu, Koroğlu metrostansiyasının yaxınlığına dəvət etmişdir. O, Kənana saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Olimpik Star» əyləncə kompleksinin yanında, işlədiyi yerdə olacağını söyləmiş və ora gəlməsini bildirmişdir. Kənan heç bir problemin olmadığını bildirərək gələcəyini demiş, daha sonra telefonu söndürmüşdür. 29 dekabr 2021-ci il tarixdə, saat 18:00 radələrində Kənan onun mobil telefonuna zəng etmiş və «Olimpik Star» əyləncə kompleksinin yaxınlığında olduğunu demişdir. O, işlədiyi yerdən çıxaraq Kənanın yanına getmişdir. Bu zaman Kənan yanında Mövsüm, sonradan adının İlkin olduğunu bildiyi şəxsində olduğunu görmüşdür. Orada söhbət etdikdən sonra həmin yerdə insanların sayının çox olduğunu görmüş və söhbət etmək üçün «Koroğlu» metrostansiyasının yanına getməyi qərarlaşdırmışlar. Kənan, Mövsüm, İlkin və o birlikdə «Koroğlu» metrostansiyasının yanına gəlmişlər. Oradan gəzə- gəzə «Olimpiya» Stadionunun yanına gəlmişlər və təxminən saat 20:00 radələrində ora çatmışlar. Stadionun yanına çatdıqdan sonra yaxınlıqda yerləşən tunelə daxil olmuşdur. Tunelə daxil olduqdan sonra Kənan qarşısına keçmiş və onu söydüyünü bildirərək kəllə ilə burun nahiyəsindən vurmuşdur. O, nə baş verdiyini anlamadığı zaman İlkin adlı şəxs yumruqla sağ yanağından vurmuş və zərbələrin təsirindən yerə yıxılmışdır. O, yerə yıxıldıqdan sonra Mövsüm əlindən tutaraq ondan ayağa qalxmasını tələb etmişdir. Lakin zərbələrdən halsız vəziyyətə düşdüyü üçün Mövsüm onu yerdə özünə tərəf dartmış və onu dartdığı zaman yerdə olan xırda daş parçaları sol qolunu, sol said nahiyəsini sıyırmışdır. Ancaq onun yerdən qalxmadığını görən Mövsüm təpiklə sağ ayağından vurmuşdur. Bu zaman ətrafda olan inşalar onlara yaxınlaşaraq ayırmışdır. Bundan sonra Mövsüm, Kənan və İlkin oradan çıxaraq getmişlər. O, isə çətinliklə yerdən qalxaraq «Koroğlu» metrosuna doğru getmiş, oradan isə 62 saylı marşrut avtobusuna oturaraq yaşadığı evə gəlmişdir. Hal-hazırda o təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onları bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun hadisə barəsində məlumatı olmamışdır. Lakin oğlunu Polis Bölməsindən axtarıldığı və Bölmyə aparılan zaman məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun hadisə barəsində məlumatı olmamışdır. Lakin oğlunu Polis Bölməsindən axtarıldığı və Bölmyə aparılan zaman məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 37 saylı, 07 yanvar 2022-ci il tarixli rəydən görünür ki, X3 burun nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən açıq sınığı; sağ yanaq və sağ bud nahiyələrinin qançırları; sol dirsək oynağının və sol said nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 29 dekabr .2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən burun nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən açıq sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sağ yanaq və sağ bud nahiyələrinin qançırları; sol dirsək oynağının və sol said nahiyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 aprel 2022-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 aprel 2022-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilmə və xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törətmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxslər, zərərçəkmiş, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. X1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törətmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxslər, zərərçəkmiş, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikmə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədilməyə görə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını, onun yetkinlik yaşına çatmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 19 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,83). Cinayət işinin materiallarında olan 19 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 19 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,110). Cinayət işinin materiallarında olan 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,134). Cinayət işinin materiallarında olan 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,155). Cinayət işinin materiallarında vəsatətin müdafiə olunmasından imtina olunması haqqında 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh.,173). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan seçilmişdir (səh., 178). Cinayət işinin materiallarında vəsatətin müdafiə olunmasından imtina olunması haqqında 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh.,183). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan seçilmişdir (səh., 188). Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, alternativ cəza ilə islah olumasını mümkün olmasını, zərərçəkmiş şəxsin şikayət, tələbin olmamasını, əməli yetkinlik yaşına çatdığı dövrdə törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 85.1.1. cərimə; 85.1.2. ictimai işlər; 85.1.3. islah işləri; 85.1.3-1. azadlığın məhdudlaşdırılması; 85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 19 aprel 2022-ci il tarixdən, 21 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, alternativ cəza ilə islah olumasını mümkün olmasını, zərərçəkmiş şəxsin şikayət, tələbin olmamasını, əməli yetkinlik yaşına çatdığı dövrdə törətməsini, onun hərbi xidmətdə olmasını və işdə olan digər halları nəzərə alaraq, onunun barəsində Cinayət Məcəlləsini 62.1-ci maddəsi tətbiq olunmaqla «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, alternativ cəza ilə islah olumasını mümkün olmasını, zərərçəkmiş şəxsin şikayət, tələbin olmamasını, əməli yetkinlik yaşına çatdığı dövrdə törətməsini, onun hərbi xidmətdə olmasını və işdə olan digər halları nəzərə alaraq, onunun barəsində Cinayət Məcəlləsini 62.1-ci maddəsi tətbiq olunmaqla «cərimə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri ilə əvəz olunmalı və seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdr. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən «01» (bir) il, «03» (üç) ay müddətinə, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən «01» (bir) il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə qismən topalınlsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «01» (bir) il, «06» (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq «01» (bir) il, «05» (beş) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə, 500 manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri ilə əvəz olunsun və seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-62/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-62/2023
18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver