Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-62/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı rayonu Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-343/2024 saylı, 13 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3cü maddəsinə əsasən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyidlər məhəlləsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 aprel 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2 bağ massivində yerləşən Zərərçəkmiş şəxs19 məxsus fərdi yaşayış evinin pəncərəsini üzərində gətirdiyi vintaçanla açaraq qanunsuz olaraq evə daxil olub yataq otağında yerləşən dolabın içərisindən 200 manat dəyərində 585 əyyarlı 1 cüt uşaq qızıl sırğasını və 150 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs19 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 avqust 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla keçərək evin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub yataq otağında olan dolabın içərisindən 1000 manat pul vəsaitini və içərisində 50 qəpiklik sikkələrdən ibarət 50 manat pul vəsaiti olan 3 litrlik şüşə balonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs16 1050 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daşkarxanası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağında olan dolabdan 01 ədəd qızıl qadın boyunbağını, 02 ədəd qızıl qadın üzüyünü, müxtəlif çeşiddə qadın gümüş əşyalarını, 01 ədəd qızıl kişi üzüyünü, 01 ədəd gümüş üzüyü, 03 ədəd kişi qol saatını, 01 ədəd qızıl uşaq qolbağını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs12 1700 maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 sentyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası, nömrəsiz fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağında olan dolabdan ümumi dəyəri 800 manat olan sırğa, klon, boyunbağı, üzükdən ibarət pandorra dəstini, həmin dövrün məzənnəsi ilə 177 AZN təşkil edən 10.000 Rus rublunu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs18 977 manat miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 oktyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də yerləşən nömrəsiz fərdi evin yataq otağının plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, oradan 5300 manat dəyərində nağd pul və 2500 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 7800 manat, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası, nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağından 266,90 manat dəyərində 3.14 qram olan 583/585 əyarlı sarı rəngli 01 ədəd qızıl kulonu, 1 tayı 22,10 manat dəyərində 4.42 qram olan 925 əyarlı gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan gümüş sırğanı və digər qızıl zinət əşyalarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 10 000 (on min) manat, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM, 35 ünvanında yerləşən fərdi evin evin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqlarını yerindən çıxarmaqla qanunsuz olaraq evə daxil olub yataq otağında içərisində 18000 manat və həmin dövrün məzənnəsi ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları nağd pul olan mebel materialdan düzəldilmiş seyfi gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 22.250 manat, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 noyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs13 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağının pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, evin giriş hissəsində olan paltar dolabının içərisindən Zərərçəkmiş şəxs13 məxsus 1500 manat nağd pulu, mətbəx otağında olan 01 ədəd ədəd “Tefal” markalı ütünü, yataq otağından 01 ədəd səs gücləndirici aparatını, 03 ədəd yataq dəstini, 04 ədəd hamam dəstini, 12 ədəd mətbəx dəsmalını, 02 ədəd qalın toxunma jaketi, 01 ədəd kostyum dəstini, 01 ədəd divar saatını və evin ikinci mərtəbəsində olan yataq otağındakı pul kisəsinin içərisindən 20 manat nağd pulu gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs13 2120 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağının pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, qonaq otağından 300 manat pul və uşaq otağından 177,65 manat dəyərində 583/585 əyarlı 2.09 qram olan sarı rəngli üzərində “585” damğası olan 01 ədəd qızıl boyunbağını və 100 manat dəyərində 01 ədəd qızıl boyunbağını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 577,65 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağındakı paltar dolabından 5000 manat nağd pulu və digər yataq otağındakı termonun siyirtməsindən qadın üçün nəzərdə tutulmuş, 210 manat dəyərində 01 ədəd qızıl üzüyü, 700 manat dəyərində 01 ədəd ətrafında ağ qaşları olan ürək formalı qırmızı qaşlı qızıl üzüyü, 280 manat dəyərində 01 ədəd ətrafında ağ qaşları olan ürək formalı qırmızı qaşlı qızıl kulonlu boyunbağı, ümumi dəyəri 400 manat təşkil edən, hər biri 200 manat dəyərində 02 ədəd qızıl boyunbaqlarını, 480 manat dəyərində 01 ədəd ürək formalı qızıldan olan kulonlu boyunbağı, ümumi dəyəri 1800 manat təşkil edən 01 ədəd 650 manat və 01 ədəd 1150 manat dəyərində olan 02 ədəd qızıl qolbaqları gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs15 8870 manat, xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, evin yataq otağından 01 ədəd çəkisi 20 qram olan qızıl boyunbağını, 01 ədəd çəkisi 12 qram olan qızıl üzük və sırğanı, 02 ədəd qızıl üzüyü, 01 ədəd gümüş üzüyü, pul kisəsinin içərisində olan 7 manat pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs8 3000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəx otağının plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, oradan 01 ədəd üzərində “L” hərfi yazılmış qızıl boyunbağını, 01 ədəd kəhrəba qaşlı qızıl üzüyü, 01 ədəd tək qaşlı qızıl üzüyü, 1 tayı qırıntı kimi 30,60 manat dəyərində 0.38 qram olan 750 əyarlı samir rəngli olmaqla 03 cüt qızıl sırğanı, 02 ədəd uşaq üçün qızıl qolbağı, 10 manat dəyərində 106.11 qram olan sarı rəngli siferblatının iç tərəfində “DKNY” yazısı həkk edilmiş qiymətsiz metal ərintisi olan 01 ədəd qol saatını və saxlanc qutusundan 150 manat nağd pul vəsaitini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs7 1150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən fərdi yaşayış evinin arxa tərəfdən pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağında yerləşən dolabın içərisindən ümumilikdə 3000 manat dəyərində komplekt şəklində olan 585 əyarlı, 19,56 qram brilyant qaşlı 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl kolye, 01 ədəd qızıl qolbağı, habelə 700 manat dəyərində 3,50 qram 750 əyarlı 01 ədəd brilyant qaşlı qızıl üzüyü, 650 manat dəyərində 4 qram 750 əyarlı 01 ədəd brilyant qaşlı kişi qızıl üzüyü, 33 manat dəyərində 5,43 qram 925 əyarlı 01 ədəd gümüş qolbağı, 22 manat dəyərində 2,63 qram 925 əyarlı 01 ədəd gümüş qolbağı, 64 manat dəyərində 8 qram 925 əyarlı 01 ədəd gümüş qolbağı, 42 manat dəyərində 6 qram 925 əyarlı 01 ədəd gümüş üzüyü, 45 manat dəyərində klonu ilə birlikdə 925 əyarlı 01 ədəd gümüş boyunbağını, 35 manat dəyərində 925 əyarlı 01 ədəd gümüş boyunbağını, 33 manat dəyərində 925 əyarlı 01 ədəd gümüş boyunbağını və 2600 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs14 ümumilikdə 7224 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs10 qızma məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mətbəx otağının plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağında dolaba qoyulmuş 350 manat pulu, 200 manat dəyərində üzərində qızıldan şir başının forması olan 01 ədəd qadm qızıl üzüyünü, 300 manat dəyərində üzərində çirkondan daşlar olan 01 ədəd qızıldan kişi üzüyü və otaqda yerləşən uşaq beşiyinin siyirtməsindən 180 manat dəyərində qızıl uşaq qolbağını gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 1030 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2024-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-Karxanası, nömrəsiz fərdi yaşayış evinin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağında yastığın altında qoyulmuş 800 manat nağd pulu, dolabda bir ədəd balonun içərisində saxlanılan ümumilikdə 350 manat “50” qəpiklik sikkələri, evin digər otağında qutuda olan 500 manat pul və 300 manat dəyərində 01 ədəd 4 qramlıq qızıl üzüyü gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs6 1950 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 fevral 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs11 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz evin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, oradan həmin dövrün məzənnəsi ilə 8500 AZN təşkil edən 5000 ABŞ dolları, 916,15 AZN təşkil edən 500 avro, 4000 manat dəyərində 585 əyyarlı 100 qram çəkidə 01 ədəd qızıl qolbağı, 2500 manat dəyərində 583 əyyarlı 30 qram çəkidə üzərində bir ədəd kulon olan (açılan Quran kitabı) 01 ədəd qızıl boyunbağını, 250 manat dəyərində 583 əyyarlı 4 qram çəkidə «Gül Romaşka» formalı üzərində xırda ağ daşlar olan 01 cüt sırğaları, 200 manat dəyərində 583 əyyarlı 3 qram çəkidə (daşı düşmüş) 01 ədəd qızıl üzüyü, 700 manat dəyərində 585 əyyarlı 10 qram çəkidə 01 ədəd «alyans» qızıl üzüyü, 700 manat dəyərində 585 əyyarlı 7 qram çəkidə 01 ədəd qızıl qolbağı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs11 17.766,15 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2024-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağının plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağındakı siyirtmənin içərisindən 4000 manat pul və 1000 manat dəyərində 01 ədəd qadın üçün brilliant üzüyü gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 5000 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 mart 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən nömrəsiz fərdi evin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub yataq otağından 465 manat nağd pul, 25 manat dəyərində 585 əyyarlı 01 ədəd uşaq qızıl qolbağını, 560 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı 01 ədəd qızıl qolbağı, 160 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı 01 ədəd qızıl klonu, 240 manat dəyərində 3 qram çəkidə 583 əyyarlı 01 ədəd qadın üzüyünü, 40 manat dəyərində 01 ədəd gümüş boyunbağı-klonu ilə birlikdə, 400 manat dəyərində 5 qram olan 583 əyyarlı 01 cüt qızıl sırğanı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs9 1890 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs17 məxsus ünvan 4 ünvanda yerləşən fərdi evin plastik pəncərəsini özü ilə əvvəlcədən götürdüyü vintaçanla açmaqla qanunsuz olaraq evə daxil olub, yataq otağında olan çəkməcədən 2280 manat nağd pulu, 10 manat dəyərində 10.88 qram olan, üzərində rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisi 1 cüt sırğanı, 180 manat dəyərində 1 tayı 2.64 qram olan 925 əyarlı gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan gümüş sırğanı, 6.32 qram olan 925 əyarlı gümüşü rəngli 1 ədəd gümüş boyunbağını, 5.14 qram olan 9.25 əyarlı gümüşü rəngli 1 ədəd gümüş qolbağı gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs17 2470 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamdan Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5 məxus yaşayış sahələrinə daxil olunaraq oğurluq edilməsinə dair epizodlar üzrə özünü təqsirli bilmir. Həmin evlərdən oğurluq etməmişdir. Onu xx.xx.2024-cü il tarixdə tutmuşlar. İki gün polis bölməsində saxlamış və orada onun üzünə, başına, bədənin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirmişlər ki, onların dediyi bütün oğurluq cinayətlərini boynuna götürsün. Daha sonra onu Sabunçu RPİ-nin MSY-nə aparmışlar, sonra isə təcridxanaya aparmışlar. Təcridxanada o, tutularkən polislər tərəfindən döyüldüyünü bildirmişdir. Onlar da prokurorluğa bu barədə məlumat vermişlər. Digər epizodlar üzə isə oğurluq cinayətlərini törətmişdir. Belə ki, 05 sentyabr 2023-cü il tarixdə axşam saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası yaşayış sahəsində olarkən həmin ünvanda yerləşən istintaq zamanı adı ona məlum olan Zərərçəkmiş şəxs12 məxsus evdə işıqların yanmadığını görüb başa düşmüşdür ki, evdə heç kim yoxdur, ona görə də evə daxil olub oğurluq etməyi qərara almışdır. Ətrafa nəzər yetirmiş və görmüşdür ki, ətrafda kənar şəxs yoxdur və tam sakitçilikdir. Bundan sonra gizli olaraq həyətə keçərək plastik pəncərəni açıb evə daxil olmuş, evə daxil olduqdan sonra yataq otağında olan dolabdan 01 ədəd qızıl qadın boyunbağını, 02 ədəd qızıl qadın üzüyü, müxtəlif çeşiddə qadın gümüş əşyaları, 01 ədəd qızıl kişi üzüyünü, 01 ədəd gümüş üzüyü, 03 ədəd kişi qol saatını, 01 ədəd qızıl uşaq qolbağını götürüb evdən çıxmışdır. 22 sentyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası deyilən yerə gəlmişdir. Orada yerləşən 1 mərtəbəli yaşayış evindən səs gəlmədiyini görüb, bir müddət həmin evi nəzərdə saxlamış, evin darvazasını döymüş, kimsə açmadığı üçün evdə kiminsə olmadığına əmin olmuşdur. Həyət evinin daş hasarından tullanaraq həyətə düşmüş, evin yan tərəfinə keçmiş, dəmir barmaqlıq olmayan plastik pəncərəni itələyib açaraq içəri girmiş, yataq otağında olan dolabdan 02 ədəd sırğa, klon, sep, üzükdən ibarət qızıl dəstini və 10.000-ə yaxın rus rublunu götürmüş, digər yataq otağında olan dolabda axtarış aparmış, lakin hər hansı əşya tapa bilməmişdir. Həmin pəncərədən həyətə, həyətdən isə daş hasar vasitəsilə bayıra çıxmışdır. Həmin pulu valyuta dəyişmə məntəqəsində 180 manata dəyişmiş, qızılları isə “Moskva Univermağı” nda olan Elvin adlı şəxsə satmışdır. Bundan başqa, 01 oktyabr 2023-cü il tarixdə axşam saat 21 radələrində yaşadığı mənzildən çıxaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə piyada gələrək əlverişli mənzil axtarmağa başlamışdır. Mənzillərdən birinin işıqlarının sönülü və ətrafda heç kimin olmadığını görüb mənzilin daş hasarından tullanaraq həyətyanı sahəyə daxil olmuşdur. Mənzilin plastik pəncərəsini vintaçanla açaraq mənzilə daxil olmuş, mənzildə bir qədər qızıl-zinət əşyaları və pul axtarmağa başlamışdır. Həmin mənzildən 5300 manat pul və qızıl-zinət əşyaları tapmış və onları götürərək mənzili tərk etmişdir. Daha sonra yaşadığı mənzilə gedərək paltarlarını dəyişmişdir. Pulları maddi ehtiyacları üçün xərcləmiş və qızıl-zinət əşyalarını isə “Moskva Univermağı”da satmışdır. Qazandığı pulları isə maddi ehtiyacları üçün xərcləmişdir. Həmin cinayət əməlini tək törətmişdir. Bundan başqa, 04 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində yenidən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası kimi tanınan yerdə olan evə yaxınlaşmışdır. Əvvəlcə ətrafa nəzər yetirmiş, sonra isə evin həyətinə baxmış, heç kəs olmadığına əmin olmuş və daş hasarı aşıb həyətyanı sahəyə keçdikdən sonra evə plastik pəncərədən daxil olmaqla qızıl zinət əşyalarını oğurlamışdır. Oğurluq edən zaman tək olmuşdur. Bundan başqa, 19 noyabr 2023-cü il tarixdə axşam saatlarında yenə oğurluq etmək qərarına gələrək yaşadığı mənzildən çıxmış, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə gəlmiş və əlverişli mənzil axtarmışdır. Evlərdən birinin işığının yanmadığını görüb üzərində gətirdiyi əlcəyi və şərfi geyinərək saat 20 radələrində hasardan keçmə yolu ilə həyətə daxil olduqdan sonra fərdi evin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqlarını qopardaraq yerə atmış, vintaçanla plastik pəncərəni açaraq evə daxil olmuş və evi axtarmağa başlamışdır. Evin yataq otağında olan mebel materialdan düzəldilmiş seyfi götürərək onu sındırmış və içərisində sənədlər, 18000 (on səkkiz min) Azərbaycan manatı və 2500 ABŞ dollarını çıxarmış və evin sənədlərini, həmçinin qırdığı mebel seyfi isə evin arxasına ataraq pulları götürmüş və oradan uzaqlaşmışdır. Həmin mənzildən oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin cinayət əməlini tək törətmişdir. Bundan başqa, 26 noyabr 2023-cü il tarixdə axşam saat 20:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış masivində fərdi tikililərin qarşısına gələrək həmin fərdi yaşayış evlərinin hansınınsa işığının yanmadığını gördüyü halda həmin ünvana girərək oğurluq etmək istəmişdir. Orada olan zaman bozqəhvəyi rəngli darvazası olan fərdi yaşayış evinin hasarına çıxaraq həmin evin işıqlarının yanmadığını görmüşdür. Ətrafa baxaraq heç kim olmadığını görüb hasardan həyətə keçərək üzərində gətirdiyi vintaçanla evin arxa tərəfdən qonaq otağının pəncərəsini açaraq evə daxil olmuş, evə daxil olan kimi giriş hissəsində yerləşən paltar dolabına baxmış, orada 1500 manat nağd pulun olduğunu görüb götürmüş, daha sonra evdən 01 ədəd “Tefal” markalı ütünü, 01 ədəd divarda olan saatı, 03 ədəd yataq dəstini, 01 ədəd səs gücləndiricini, təxminən 12 ədəd mətbəx dəsmallarını, 02 ədəd paltarı, 01 ədəd kostyumu, 01 ədəd köynəyi özü ilə gətirdiyi sellofana yığmış, evin 2-ci mərtəbəsinə qalxaraq otaqları axtarmağa başlamış, orada olan otaqların birində pul kisəsini görərək pul kisəsini açdıqda içərisində 20 manat nağd pulun olduğunu görüb həmin pulu götürmüşdür. Evdən oğurladığı geyim əşyalarını və digər əşyaları yığdığı sellofanı özü ilə götürərək evin hasarına çıxmış, ətrafdan heç kimin olmadığını görüb sellofanı hasardan çöl tərəfə atmış və oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmin cinayət əməlini tək törətmiş və cinayəti törədən zaman ətrafdan heç kim onu görməmişdir. Oğurladığı geyim əşyalarını və yuxarıda qeyd etdiyi digər əşyaları tanımadığı şəxslərə dəyərindən aşağı qiymətə satmış və həmin şəxslərə sözügedən əşyaların oğurluq olması barədə bildirməmiş, pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 28 noyabr 2023-cü il tarixdə saat 18 radələrində yenidən oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində olan zaman həmin yerdə evlərin birində işıqların sönülü olmasını görmüş, əvvəlcə ətrafa nəzər yetirmiş, sonra isə evin həyətinə baxmış, heç kəs olmadığına əmin olub evə pəncərədən daxil olmuşdur. Evin yataq otağından 300 manat nağd pul və qızıl-zinət əşyalarını oğurlayaraq həmin evdən çıxmışdır. Bundan başqa, maddi vəziyyəti aşağı olduğundan və pula ehtiyacı olması səbəbindən 03 yanvar 2024-cü il tarixdə saat 19 radələrində oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində olan zaman həmin yerdə evlərin birində işıqların sönülü olmasını görərək əvvəlcə ətrafa nəzər yetirmiş, sonra isə evin həyətinə baxmış, heç kəs olmadığına əmin olduqdan sonra həyətə hasardan aşmaqla keçib evə pəncərədən daxil olmuşdur. Evin yataq otağından 7 manat nağd pul və qızıl-zinət əşyalarını oğurlayaraq həmin evdən çıxmışdır. Oğurluğu tək törətmiş, yanında, ətrafında kənar kimsə olmamışdır. Bundan başqa, 05 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivində olarkən gəzdiyi küçədə evlərdən birinin boş olduğunu və işıq yanmadığını görmüş, oğurluq etmək qərarına gəlmişdir. Həmin fərdi yaşayış evinə mətbəxin plastik pəncərəsini üzərində olan vintaçanla açaraq daxil olmuş və evin otaqlarını bir-bir axtarıb dəyərli qızıl zinət əşyaları və pul axtarmışdır. Daha sonra evin yataq otağından qızıl-zinət əşyaları və 150 manat pul götürərək həmin mənzildən çıxıb oradan uzaqlaşmışdır. Oğurluğu tək törətmiş, yanında, ətrafında kənar kimsə olmamışdır. Bundan başqa, 20 mart 2024-cü il tarixdə oğurluq etmək məqsədlə əlverişli şərait və mənzil axtarmaq üçün saat 20 radələrində yaşadığı mənzildən çıxmışdır. Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə gələrək piyada olaraq mənzil axtarmağa başlamış, mənzillərdən birinin işıqlarının sönülü olmasını və ətrafda heç kimin olmadığını görüb mənzilin daş hasarından tullanaraq həyətyanı sahəyə daxil olmuşdur. Mənzilin plastik materialdan olan pəncərəsini üzərində gətirdiyi vintaçanla açaraq mənzilə daxil olmuşdur. Mənzildə bir qədər qızıl zinət əşyaları və pul axtarmışdır. Həmin mənzildən 465 manat nağd pul və qızıl zinət əşyaları tapmış, pulu və qızıl zinət əşyalarını götürərək mənzili tərk etmişdir. Yaşadığı mənzilə gedib paltarlarını dəyişdikdən sonra Maştağa qəsəbəsində işləyən kafelərdən birinə getmişdir. Bundan başqa, 24 mart 2024-cü il tarixdə saat 18 radələrində yenidən maddi vəsait əldə etmək məqsədilə Savalan YYM-də yerləşən evlərdən birindən oğurluq etmişdir. Bu məqsədlə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə gəlmiş və əlverişli şərait və işıqları sönülü ev axtarmağa başlamışdır. Vintaçan ilə mənzilin plastik pəncərəsini açaraq mənzilə daxil olmuş, mənzilin otaqlarını bir-bir gəzərək qiymətli qızıl zinət əşyaları və pul axtarmış, mənzilin yataq otağından güzgülü balaca dolabın ikinci çəkməcəsindən 2280 manat pul və gümüş əşyalar tapmış, qeyd edilən pulu və gümüş əşyaları götürərək mənzili tərk etmişdir. Əldə etdiyi maddi vəsaiti kafelərdə yeyib içməyə xərcləmişdir. Mənzillərdən oğurlamış olduğu qızıl-zinət əşyalarını “Moskva Univermağı” deyilən ticarət mərkəzində Elvin adlı şəxsə satmışdır. Elvin isə həmin qızıllar oğurluq olduğundan digər alıcılardan nisbətən ucuz qiymətə almış, yəni digər alıcılar 80 manata alanda Elvin 60 manata almışdır ki, cinayət yolu ilə əldə olunmuşdur. Bir dəfə isə Valeh adlı şəxsə 1620 manat dəyərində qızıl əşyalar satmışdır. Valehə Buzovnadan oğurladığı qızılı satmışdır. Həmin iş üzrə də Valeh Xəzər Rayon Məhkəməsində şahid olaraq iştirak etmişdir. Üzərində saxladığı vintaçanla mənzillərin pəncərələrini açıb evlərə daxil olmuşdur. Evlərə daxil olanda çox vaxt tikinti məqsədli əlcək geyinmiş və üzünün tanınmaması üçün isə boğazlıq şərf taxmışdır. Həmin vintaçan, əlcək və şərfi 14-cü Polis şöbəsinə təqdim etmişdir. Ancaq yuxarıda qeyd etdiyi ittiham aktında göstərilən digər oğurluq hadisələrini o, törətməmişdir. Ona fiziki təsir göstərildiyi üçün o, həmin oğurluq cinayətlərini törətdiyinə dair etirafedici ifadə vermişdir. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsndə göstərmişdir ki, 01 oktyabr 2023-cü il tarixdə yaşadıqları evin yaxınlığında tanışları olan ailənin övladı hərbi xidmətə getdiyi üçün qonaqlıq təşkil olunmuşdur. Həmin gün saat 17 radələrində o, da ailə üzvləri ilə birlikdə həmin qonaqlıqda iştirak etmək üçün getmişdir. Qonaqlıq başa çatdıqdan sonra ailəsi ilə birlikdə 01 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evə qayıdan zaman evin yataq otağının pəncərəsinin açıq olduğunu görmüş, ailə üzvləri ilə birlikdə evə baxış keçirmiş və evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. Baxış keçirdikdən sonra ona məxsus 5300 manat nağd pulun və həyat yoldaşı və övladlarına məxsus olan 2500 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə dərhal “102” qaynar xəttinə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat dəyərində maddi ziyan dəymişdir. Polislər təqsirləndirilən şəxslə birlikdə ona məxsus olan evə gəlmişlər. Təqsirləndirilən şəxsdən onun evinə daxil olub-olmadığını soruşduğu zaman o, evə daxil olub oğurluq etdiyini etiraf etmişdir. Orada təqsirləndirilən şəxs evə haradan daxil olduğunu, haradan, nə oğurladığını özü qeyd etmişdir. Hətta oğurluq etdiyi şkafın həmin vaxt başqa yerdə olduğunu görərək oğurluq edən zaman orada olmadığını, şkafın həmin vaxt olduğu yeri doğru demişdir. Ona dəymiş ziyandan heç bir ödəniş olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, ünvan 6 ünvanında 1 mərtəbəli 3 otaqlı həyət evi almışlar. Səhhətində olan problemlərə görə atası və anası Gürcüstan Respublikasına getmişlər. Həmin tarixdən də həmin evdə tək yaşamışdır. Gündəlik olaraq Sədərək Ticarət Mərkəzində işlədiyi üçün səhər saat 06:30-dan evdən çıxıb işə gedir və saat 20 radələrində evə qayıdır. 18 noyabr 2023-cü il tarixdə işdən çıxmış və yaşadığı evdə kombi işləmədiyi üçün həmin gecəni yeznəsigildə qalmışdır. 19 noyabr 2023-cü il tarixdə saat 23:10-da yaşadığı ünvan 6 ünvanına gələn zaman evin çöl darvazasının qapısını açıb içəri daxil olan zaman evin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqlarının yerində olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən yerindən çıxarılaraq kənara atıldığını görmüşdür. Bundan sonra evin giriş qapısını açarla açaraq içəriyə daxil olmuş və evin hər tərəfinin dağınıq vəziyyətində olduğunu görmüş və evin otaqlarına nəzər yetirdikdə yataq otağında olan mebel materialdan düzəldilmiş 01 ədəd seyfin içərisində evin sənədləri, 18000 (on səkkiz min) manat və 2500 ABŞ dolları həmin günün məzənnəsinə uyğun olaraq 4250 (dörd min iki yüz əlli) manat nağd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə dərhal “102” qaynar xəttinə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 22.250 (iyirmi iki min iki yüz əlli) manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı və uşaqları 01 oktyabr 2023-cü il tarixdə qayınatası xəstə olduğu üçün ona baş çəkməyə görə Tovuz rayonuna getmişlər. O isə hər gün səhər saat 07 radələrində işə getmək üçün evdən çıxır və axşam saat 19 radələrində evə qayıdır. 04 oktyabr 2023-cü il tarixdə saat 07 radələrində evdən çıxıb qapıları bağlamış və işə getmişdir. İş yoldaşının ad günü olduğu üçün onlarla kafedə yemək yeyib evə 05 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində gəlib çatmışdır. Evə daxil olan zaman görmüşdür ki, yataq otağındakı dolabın içərisində olan paltarlar dağılmış vəziyyətdədir. Ətrafa göz gəzdirərkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər plastik pəncərəni açaraq mənzilə daxil olub yataq otağından qızıl zinət əşyalarını oğurlamışlar. Dərhal 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona təxminən 10000 manat maddi ziyan dəymişdir. Hadisənin baş verməsində şübhələndiyi şəxs yoxdur. Mənzildən 3700 manat dəyərində “Mofiyoz” qızıl boyunbağı, 1200 manat dəyərində qızıl qadın nişan üzüyü, 1400 manat dəyərində qızıl kişi nişan üzüyü, 2000 manat dəyərində qızıl sırğa üzük dəsti, 194 manat dəyərində qızıl üzük, 300 manat dəyərində qızıl üzük, 480 manat dəyərində yaqut qaşlı qızıl sırğa, 460 manat dəyərində qızıl “abadok” sırğa, 266,90 manat dəyərində qızıl kloun, bir cüt gümüş sırğa oğurlanmışdır. Oğurlanmış əşyalardan ona 1 ədəd klon geri qaytarılmışdır. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 28 noyabr 2023-cü il tarixdə səhər saat 09:30 radələrində işə getmiş, həmin gün saat 16:15 dəqiqədə isə evə qayıtmışdır. On beş dəqiqə ərzində yeməyini yedikdən sonra təxminən saat 16:30 dəqiqədə yenidən qonşuluqda yerləşən fərdi evdə işini davam etdirmək üçün evdən çıxmışdır. Həmin vaxt evdə başqa heç kəs olmamışdır. Evdə olan ərəfədə evdə hər hansı oğurluq hadisəsinin izinə rast gəlməmişdir. Qonşuluqda işi bitdikdən sonra həmin gün saat 19 radələrində yaşadığı evə gəlmiş və evə daxil olduqda otaqların dağınıq olduğunu görmüşdür. Otaqlara baxış keçirəndə qonaq otağının plastik pəncərəsinin açıq olduğunun şahidi olmuş və evdə oğurluq baş verdiyinə əmin olmuşdur. Bundan sonra yataq otağına baxdıqda 300 manat pul, uşaq otağından isə hər biri 100 manat dəyərində olan 02 ədəd qızıl boyunbağı oğurlandığını müəyyən etmişdir. Bundan sonra özünə məxsus mobil nömrə ilə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və ərizə ilə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis şöbəsinə müraciət etmişdir. Hadisəni törətməkdə şübhələndiyi şəxs yoxdur. Oğurlanmış pul və qızıllar ona məxsusdur. Hadisə nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3434-9/5169 saylı rəyində göstərilən qiymətə etirazı yoxdur, ona məxsus sarı rəngli üzərində “585” damğası olan 01 ədəd boyunbağının qiymətinin ekspertiza rəyində göstərilən qiymətlə dəyərləndirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsndə göstərdi ki, 02 mart 2024cü il tarixdə saat təxminən 16 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz evdən çıxaraq Xətai rayonu, Əhmədli qəsəbəsində keçirilən toy mərasiminə getmişlər. Həmin tarixdə axşam saat 22 radələrində yaşadığı evə gəlmiş və evə daxil olduqda yataq otağında plastik pəncərənin açıq olduğunu görmüşdür. Evin otaqlarına baxan zaman müəyyən etmişdir ki, evin yataq otağının pəncərəsindən evə daxil olaraq digər yataq otağında siyirtmənin içərisində əvvəlcədən qoyulmuş 4000 manat pulunu və 01 ədəd 1000 manat dəyərində qadın üçün briliyant qaşlı üzüyü oğurlamışlar. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və sonra 14-cü Polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Hadisəni törətməkdə şübhələndiyi şəxs qonşusu Faiq adlı şəxs olmuşdur. Bunu polislərə də bildirmişdir. Onun oğlunun qol saatları olmuşdur. Lakin oğurluq edən şəxs onlardan heç birini götürməmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyaları ona təqdim edən zaman isə orada çoxlu qol saatları görmüşdür. Əgər bu şəxs həqiqətən onun evinə daxil olmuşdursa nəyə görə oğlunun otağından həmin qol saatlarını da oğurlamamışdır. Bundan başqa evdə, hamam otağında yoldaşının qızıl sepi olmuşdur. Digər otaqlarda qızıl əşyalar da olmuşdur. Lakin oğurluq edən şəxs yalnız pul və bir dənə qızıl üzük oğurlamışdır. Ev dağıdılmış vəziyyətdə olmamışdır. Oğurluq edən şəxs sanki özü qoymuş şəkildə pulu və qızılları götürmüşdür. Bir yataq otağından evə daxil olmuşdur. Orada termonu çəkib oradan pulu və qızıl üzüyü oğurlamışdır. Daha sonra digər yataq otağından evin arxa tərəfindən çıxıb getmişdir. Orada ayaq izləri də var idi. Evində kamera olmasına baxmayaraq məhz oğurluğun baş verdiyi saatda kamera sönülü vəziyyətdə olmuşdur. Axşam saat 8-9 arasında kamera sönülü vəziyyətdə olmuşdur. Daha sonra yenidən işlək vəziyyətə gətirilmişdir. Həmin vaxt aralığında onun evinə daxil olunmuşdur. Bundan başqa onun şübhələndiyi qonşusu hadisədən təxminən 20 gün, 1 ay əvvəl onun evində yataq otaqlarında olan mebellərin yerini usta olaraq dəyişmişdir. Hadisədən bir gün əvvəl isə həmin qonşusu onun evinin üzərindən aşaraq digər qonşunun evinin üzərində olan göyərçini götürmək istəyini bildirdikdə ona icazə verməmişdir. Həmin vaxt qonşu sıqaret çəkərək yerə atmışdır. Oğurluq hadisəsi baş verən vaxt da eyni siqaret evin həyətindən tapılmışdır. O, bu barədə əl-barmaq izi götürən ekspertə də bildirmişdir. Ekspert həmin siqaret kötüklərini tədqiqat aparmaq üçün götürmüşdür. Polislər gələnə qədər onlar heç hara əl vurmamışlar. Bundan başqa Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması üçün ona məxsus evə gətirilmişdir. Həmin vaxt o, evdə olmamış, həyat yoldaşı evdə olmuşdur. Həyat yoldaşı ona Şamonun evə haradan, necə daxil olması, haradan nə götürməsi ilə bağlı sullara sahə müvəkkilinin göstərdiklərini təkrarlayaraq cavab verdiyini bildirmişdir. Həyat yoldaşının Təqsirləndirilən şəxs evdən nə qədər pul oğurlaması ilə bağlı sualına o, cavab verə bilməmiş, hansı qızıl əşyasının oğurlanmasına isə sep və ya qolbaq oğurladığını qeyd etmişdir. Halbuki evindən üzük oğurlanmışdır. Əl-barmaq izlərinin tədqiqatının nəticəsi ona bildirilməmişdir. Hadisə nəticəsində ona 5000 manat maddi ziyan dəymişdir. Ona məxsus olan evə daxil olan şəxs Təqsirləndirilən şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsndə göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə qız övladının toy mərasimi olduğundan ailə üzvləri ilə birlikdə saat 17:30 radələrində yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası YYM, nömrəsiz evdən çıxıb şadlıq sarayına getmişlər. Toy mərasimi bitdikdən sonra 15 fevral 2024-cü il tarixə keçən gecə saat 00:10 radələrində evə gəlmişlər və həyətə daxil olduqda görmüşdür ki, evin plastik pəncərəsi açıq vəziyyətdədir. Bu onda narahatlıq yaratdığı üçün dərhal qapını açarla açıb evə daxil olmuş və otaqlara baxmağa başlamışdır. Evin yataq otağına nəzər yetirdikdə ona məlum olmuşdur ki, yastığın altında qoyduğu 800 manat nağd pul, həmin otaqda dolabda qoyduğu 1 litrlik balonda 50 qəpiklik sikkələrdən ibarət 350 manat pul, evin digər otağında dolabda qutunun içərisində saxladığı 500 manat nağd pul və 01 ədəd 4 qramlıq qızıl üzük oğurlanmışdır. Qızıl üzüyün dəyəri 300 manat təşkil edir. Evindən oğurluq baş verdiyini başa düşüb DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra isə bu barədə 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisəni törətməkdə şübhələndiyi kimsə yoxdur. Oğurlanmış pul vəsaiti və qızıl üzük ona məxsusdur. Ona görə də hadisə nəticəsində ona 1950 manat maddi ziyan dəymişdir. Yaşadığı küçədə bir qədər aralıda videomüşahidə kamerası vardır. O, hesab edir ki, ona məxsus olan evə bu şəxs daxil olmamışdır. Belə ki, qızının xınayaxdı mərasimini evdə keçirmişlər. Həmin vaxt şax hazırlamışlar. Şaxla pəncərənin arasında çox az məsafə olmuşdur. Həmin məsafə həddində pəncərənin açılmağını nəzərə alsaq o məsafədən bu böyüklüyndə şəxs keçə bilməzdi. Pəncərənin tam açıldığı halda isə şax yerə aşmalı və sınmalı idi. Belə hal isə baş verməmişdir. Bundan başqa bu şəxsi ifadənin yerində yoxlanması üçün evə gətirən zaman əyni-baş qanın içərisində olmuşdur. Hadisə yerindən çoxsaylı əl barmaq izləri götürülmüşdür və ekspert bildirmişdir ki, kifayət qədər aydın əl izləri vardır. Polislər gələnə qədər onlar heç hara əl vurmamışlar. Özü qazidir. Onun evindən oğurluq edən şəxsin müəyyən edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailə üzvləri ilə, həmçinin qardaşı və anası ilə birlikdə yaşayır. Yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM, nömrəsiz evin tikintisi təxminən bir il bundan əvvəl başa çatmışdır. 05 yanvar 2024-cü il tarixdə saat təxminən 09 radələrində səhhətində olan problemlə əlaqədar həyat yoldaşı ilə birlikdə klinikaya getmişdir. Həmin vaxt evdə anası, qaynanası və qaynatası qalmışdır. Həmin günü saat 16 radələrində bacanağı anası, qaynanası və qaynatasını öz evlərinə aparmışdır. Bu vaxt ev boş qalmış, evdə heç kəs olmamışdır. Həmin günü saat 20 radələrində qardaşı Elgün evə gəldiyi zaman mətbəxin plastik pəncərəsinin açıq olduğunu aşkar etmiş, otaqlara baxdıqda isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Elgün ona zəng vuraraq bu barədə bildirdikdə dərhal evə gəlmiş və evin otaqlarına baxış keçirdikdə evdə 1 ədəd üzərində “L” hərfi yazılmış qızıl boyunbağının, 1 ədəd kəhrəba qaşlı qızıl üzüyün, 1 ədəd tək qaşlı qızıl üzüyün, 3 ədəd uşaq üçün qızıl sırğanın, 2 ədəd uşaq üçün qızıl qolbağın, 1 ədəd sadə qol saatının və saxlanc qutusundan 150 (yüz əlli) manat pulun oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra hadisə barədə 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanmış qızıl zinət əşyalarını özü almış, 150 manat pul vəsaiti də özünə məxsusdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1150 manat maddi ziyan dəymişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3434-9/5169 saylı rəyində göstərilən qiymətlərə etirazı yoxdur, ona məxsus sarı rəngli siferblatın iç tərəfində “DKNY” yazısı həkk edilmiş 01 ədəd qol saatının və 750 əyyarlı 0,38 qram olan samir rəngli 1 tay sırğanın (qırıntı kimi) qiymətinin ekspertiza rəyində göstərilən qiymətlərlə dəyərləndirilməsini və həmin əmlaklarının ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 10 ildir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM nömrəsiz ünvanda torpaq alıb ev tikmiş və ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, demək olar ki, gün boyu evdə olur. 03 yanvar 2024cü il tarixdə nəvəsinin ad günü ilə əlaqədar səhər saat 09 radələrində həyat yoldaşı ilə birlikdə evdən çıxıb Sabunçu rayonu, Bakixanov qəsəbəsinə getmişlər. Həmin vaxt oğlu İlqar evdə olmuşdur. Onlardan sonra həmin gün saat 17 radələrində İlqar evin qapısını bağlayıb evdən çıxmışdır. Nəvəsinin ad gününü qeyd etdikdən sonra yaşadıqları evə qayıtmışlar. Həyətin giriş qapısını açıb həyətə daxil olduqdan sonra evin qapısını açıb evə daxil olmuşlar. Evə daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu görmüşlər və evdən oğurluq olduğunu düşünərək evin otaqlarına baxmışlar. Evin yataq otağına baxan zaman yataq otağının dağınıq vəziyyətdə olduğunu, dolabda olan paltarların yataq dəstinin üzərində olduğunu, paltar dolabında olan dəri gödəkçənin iç cibinə qoyduqları qızıllara baxan zaman qızılların orada olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər. Bundan sonra evin qonaq otağına baxan zaman qonaq otağının da pəncərəsinin açıq olduğunu görmüşdür. Lakin qonaq otağından heç bir əşya oğurlanmamışdır. Oğurluq hadisəsi nəticəsində yataq otağında olan həyat yoldaşına məxsus 01 ədəd çəkisi 20 qram olan tros boyunbağı, 01 ədəd çəkisi 12 qram olan üzük və sırğa, 01 ədəd digər üzük və 01 ədəd kalso üzük, yataq otağında olan pul kisəsinin içərisindən 7 manat pul oğurlanmışdır. Oğurluq hadisəsində şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Oğurlanmış qızıl əşyalarını özü almış, pul vəsaiti də ona məxsusdur. Oğurluq nəticəsində ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. 01 ədəd gümüş üzüyü sonra evdə tapmışlar. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs9 nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 20 mart 2024-cü il tarixdə axşam saat 17 radələrindən yaşadığı mənzildən ailə üzvləri ilə birlikdə Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan baldızıgilə qonaq getmişlər. Mənzildən çıxarkən mənzilin qapılarını və pəncərələrini bağlamışlar. Həmin gün saat 23 radələrində yaşadığı mənzilə qayıtmışlar. Mənzilə daxil olan zaman pəncərələrin açıq olduğunu və mənzildə olan əşyaların dağınıq olmasını görmüşdür. Mənzildə oğurluq cinayət hadisəsinin baş verməsini başa düşərək DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları ora gəlmişlər. Mənzilə baxış zamanı yataq otağından 465 manat nağd pul, 01 ədəd 585 əyyarlı 25 manat dəyərində uşaq qızıl qolbağı, 01 ədəd 7 qram çəkidə 583 əyyarlı 560 manat dəyərində qızıl qolbaq, 01 ədəd 2 qram çəkidə 585 əyyarlı 160 manat dəyərində qızıl klon, 01 ədəd 3 qram çəkidə 583 əyyarlı 240 manat dəyərində qadın üzüyü, 01 ədəd 40 manat dəyərində gümüş boyunbağı-klonu ilə birlikdə, 01 cüt 5 qram çəkidə 583 əyyarlı 400 manat dəyərində qızıl sırğa oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona 1860 manat maddi ziyan dəymişdir. 01 ədəd klonlu gümüş boyunbağı və 01 ədəd qırmızı rəngli qolbaq ona qaytarılmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyindən ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Nizami rayonu, Qara Qarayev prospektində yerləşən mebel sexində dərzi işləyərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində yaşadığı evdən çıxaraq Qara Qarayevdə yerləşən işlədiyi mebel sexinə işə getmişdir. Həmin gün saat 13:00 radələrində evə qayıdan zaman Zabrat qəsəbəsində yerləşən “Rahat” marketin həyətindən özünə məxsus plastik bank kartından 520 manat məbləğdə pulu çıxarıb Savalan massivində yerləşən yaşadığı evə gəlmişdir. Evdə olan zaman kartdan çıxardığı 520 manatı və evdə olan digər məbləğdə olan pulu birləşdirib ümumilikdə 2280 manat pulu evində otağındakı çəkməcəyə qoyub çıxmışdır. xx.xx.2024-cü il tarixdə qardaşının doğum günü olduğundan Binə qəsəbəsinə oğlu X10 ilə birgə getməli imiş və saat 17:00 radələrində evdən çıxaraq özünə məxsus avtomobillə oğlu ilə birgə evdən çıxıb Binə qəsəbəsinə qardaşının ad gününə getmişlər. Evdə adətən qapının açarını qapının girişindəki gül dibçəklərinin ya da zibil qabının altına qoyur. Həmin gün yenə də həmin yerdə zibil qabının altına açarı qoymuş və evdən çıxmışdır. Doğum günündən gecə saat 01:00 radələrində qayıdıb yatmışlar. Evə qayıdarkən evdə heç bir dağınıqlıq və ya fərqlilik olmamışdır deyə yorğun olduğundan evə gəlib yatmışlar. Səhər durub oğluna pul vermək istədikdə 2280 manat pulun həmin yerdə olmadığını görmüş və bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq cinayət hadisəsi zamanı ona 2460 manat maddi ziyan dəymişdir. Belə ki, bu məbləğin, 2280 manat nağd pul vəsaitin 180 manat olan hissəsi isə həmin gün mənzildən oğrlanmış gümüş boyunbağı, qolbaq və sırğanın qiymətidir. İlkin izahatında gümüş materialdan olan əşyaları qeyd etməmiş, lakin sonradan mənzilə gələndə həmin əşyaların da oğurlanmasını aşkar etmişdir.Üzərində rəngsiz şəffaf qaşları olan, sarı rəngli 10.88 qram olan 1 cüt sırğanı ilkin izahatında və ifadəsində göstərməməyinin səbəbi odur ki, həmin sırğa sadə qiymətsiz metaldan olmuş, onun dəyəri aşağı olduğu üçün oğurlanması barədə məlumat verməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2- 6/3434-9/5169 saylı rəyində göstərilən qiymətlərə etirazı yoxdur, ona məxsus gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 925 əyarlı 2.64 qram olan 1 tay gümüş sırğa, 925 əyarlı 6.32 qram olan gümüşü rəngli 1 ədəd gümüş boyunbağı, 9.25 əyarlı 5.14 qram olan gümüşü rəngli 1 ədəd gümüş qolbağın qiymətlərini ifadəsində qeyd etmişdir, ona görə də qeyd edilən əmlaklarının dəyərinin ifadəsində göstərilən qiymətlə, yəni 180 manat dəyərləndirilməsini, ifadəsində qeyd etmədiyi 1 cüt sırğanın dəyərinin ekspert rəyində göstərilən qiymətlə dəyərləndirilməsini və həmin əmlaklarının ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2022-ci ildən ünvan 9 ünvanda kirayədə yaşamışdır. Həmin ev ümumi həyətdir, həyətdə 5 mənzil var, hər kəsin mənzilinin qapısı eyni həyətə açılır. Kirayə yaşadığı ev 1 otaqdan, mətbəxdən və sanitar qovşağından ibarətdir. Otaqda 1 ədəd pəncərə əvəzi nəfəslik var, həmin nəfəslik ev sahibinin evin arxasında yerləşən həyətinə açılır, otağın qapısı isə olmasa belə mətbəxə açılır. Mətbəxdə də 1 ədəd pəncərə var, mətbəxin pəncərəsi evin ümumi həyətinə açılır, hər iki pəncərə plastikdən olsa da, pəncərələrin dəmir barmaqlıqları yoxdur. Evin giriş qapısı dəmir seyf qapıdır, otağın qapısı isə yoxdur. Onunla həmin vaxtı evdə onunla birlikdə işləyən xanım da yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində iki azyaşlı uşaqları ilə birlikdə yaşadığı evdən çıxaraq Tovuz rayonu, Bozalqanlı kəndində yaşayan babasının evinə qonaq getmişdir. Xanım isə həmin evdə yaşamağa davam etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı evə geri qayıtmış, evə qayıdan zaman mətbəxin plastik pəncərəsinin açıq olduğunu görərək küləyin açdığını zənn etmidir, çünki mətbəxin pəncərəsi öncədən nasaz olmuşdur. Həmin vaxt evdə heç bir dağıntı olmadığına görə onda şübhə yaranmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində evə baxan zaman yataq otağında tünd qəhvəyi rəngli dolabda qoyduğu 350 manat pulunun və 680 manat dəyərində qızıl zinət əşyalarının yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, evindən oğurluq olmuşdur. Qızıl-zinət əşyaları 200 manat dəyərində, üzərində qızıldan şir başının forması olan 1 ədəd qadın qızıl üzüyü, 300 manat dəyərində, üzərində çerkondan qaşlar olan 1 ədəd qızıldan kişi üzüyü, 180 manat dəyərində qızıldan olan uşaq qolbağı olmuşdur. 2 ədəd üzüklər pulun yerləşdiyi dolabdan, qızıl qabının içərisindən oğurlanmış, uşaq qolbağı isə otaqda yerləşən uşaq beşiyinin siyirməsindən götürülmüşdür. Oğurluq nəticəsidə ona 1030 manat ziyan dəymişdir. O, evində yaşayan xanımın onun pulunu və qızıllarını oğurladığını düşünür. Belə ki, həmin xanım pulunu və qızılları hara qoyduğunu bilirdi. Evindən oğurluq edilən zaman heç bir yer dağıdılmamışdır. Elə bil öz əli qoymuş kimi oğru əşyaları götürmüşdür. Nə qədər peşəkar oğru olsa da, evdə nəyinsə yeri dəyişməli idi. Lakin bu belə baş verməmişdir. Həmçinin hadisədən sonra işlədiyi yerdən boyunbağısı oğurlanmışdır. Həmin yerdə ondan və evində yaşayan xanımdan başqa heç kim olmamışdır. Boyunbağını boynundan çıxardıb çantasına qoymuş və sonra oğurlandığını aşkar etmişdir. Ondan sonra bir daha əmin olmuşdur ki, evindən oğurluq edən də məhz həmin xanım olmuşdur. Həmin xanımla ondan sonra münasibətlərini kəsmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin evə ifadənin yerində yoxlanılması üçün gətirilməmişdir. Ona məxsu evdən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmadığından ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, göstərilən ünvanda X22 ilə və iki azyaşlı övladları ilə birlikdə yaşayır. X1 14 yaşlıdır, orta məktəbdə oxuyur, 9-cu sinif şagirdidir. Oğlu Orucov Vəkil Qorxmaz oğlu 9 yaşlıdır, orta məktəbin 4-cü sinif şagirdidir. X22 da evdar qadındır, özü əvvəllər gözəllik salonunda lazer ustası işləmiş, lakin son iki aydır ki, işsizdir. 19 fevral 2024-cü il tarixdə saat 18.30 radələrində evdən çıxıb Zabrat qəsəbəsində yaşayan qardaşıgilə qonaq getmişlər, həmin günü saat 22.40 radələrində evlərinə qayıdanda gormuşdür ki, evinin yataq otağında plastik pəncərə açıq vəziyyətdədir, evinin içərisi darmadağın vəziyyətdədir. Başa düşmüşdür ki, oğurluq hadisəsi baş vermiş və həmin hadisə barədə 102 xidmətinə məlumat vermişlər. Bir neçə dəqiqədən sonra polis əməkdaşları evinə gəlib sənədləşməni aparmağa başlamışlar. Həmin oğurluq nəticəsində evindən məzənnə ilə 8500 manat olan 5000 ABŞ dolları məbləğində nağd pulu, məzənnə ilə 920 manat təşkil edən 500 avro, bir ədəd 4000 manat dəyərində 585 əyyarlı 100 qram çəkidə qızıl qolbaq, bir ədəd 2500 manat dəyərində 583 əyyarlı 30 qram çəkidə üzərində bir ədəd kulon olan (açılan Quran kitabı) qızıl boyunbağı, bir cüt 583 əyyarlı 250 manat dəyərində 4 qram çəkidə «Gül Romaşka» formalı üzərində xırda ağ daşlar olan sırğaları, bir ədəd 583 əyyarlı 200 manat dəyərində 3 qram çəkidə (daşı düşmüş) qızıl üzüyü, bir ədəd 585 əyyarlı 10 qram çəkidə 700 manat dəyərində «alyans» qızıl üzüyü, bir ədəd 585 əyyarlı 700 manat dəyərində 7 qram çəkidə qızıl qolbağı oğurlanmışdır. Oğurlanmış qızıl zinət əşyaların qiyməti 8350 manat təşkil edir. Nəticədə ona 17770 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı evə necə, haradan daxil olduğunu bildirmişdir. Bundan başqa istintaqda onun pul qabında 2 ABŞ dolları pul olmasını bildirmədiyi halda təqsirləndirilən şəxsin 2 ABŞ dolları oğurlamasını bildirməsi evinə məhz həmin şəxsin daxil olmasını göstərir. Ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayır. 05 sentyabr 2023-cü il tarixdə saat 07:00-da yaşadığı evdən çıxıb işə getmişdir. Həmin gün təxminən 1 saat ondan sonra arvadı X2 evdən çıxıb işə getmişdir. Evdə övladı X5 tək qalmışdır. Nərmin də saat 12-də evdən çıxaraq Sabunçu qəsəbəsində yaşayan nənəsinin, yəni qayınanasının evinə qonaq getmişdir. O, işdən çıxıb qayınanasının evinə getmişdir ki, arvadı və uşağını oradan götürüb evə gətirsin. 05 sentyabr 2023-cü il tarixdə saat 21:05-də ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlmiş, idarə etdiyi avtomobili həyətə salıb evə daxil olanda məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin qonaq otağının plastik pəncərəsindən evə daxil olub yataq otağının dolabından 01 ədəd qızıl qadın boyunbağını, 02 ədəd qızıl qadın üzüyünü, müxtəlif cür gümüşü qadın bijuteriyalarını, ona məxsus 01 ədəd qızıl üzüyü, 01 ədəd gümüş üzüyü, 03 ədəd kişi qol saatları, 01 ədəd uşaq üçün qızıl qolbağı oğurlamışdır. Oğurlanmış əşyaların bir qismi ona, bir qismi qızına, bir qismi arvadına məxsus olmuşdur. Həmin əşyalar onun vəsaitinə alınmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1700 manat maddi ziyan dəymişdir. Ona bir ədəd gümüş üzük qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ev 576-də təxminən 2 il olar ki, yaşayır. xx.xx.2023-cü il tarixdə saat 20:16 radələrində qonşuluqda yaşayan qaynı oğlunun evinə getmişdir. Saat 21:10 radələrində yaşadığı evə qayıtmışdır. Evə qayıdan zaman evin dağınıq vəziyyətdə olduğunu görmüş, bundan sonra evə baxmağa başlamışdır. Evin giriş hissəsində olan paltar dolabının içərisində olan 1500 manat nağd pulunun, 01 ədəd 200 manat dəyərində səs gücləndirici aparatın, 01 ədəd 100 manat dəyərində “Tefal” markalı ütünün, 01 ədəd 25 manat dəyərində divar saatının, ümumilikdə 75 manat dəyərində 03 ədəd yataq dəstinin, ümumilikdə 25 manat dəyərində 04 ədəd hamam dəstinin, ümumilikdə 25 manat dəyərində 12 ədəd mətbəx dəsmalının, 02 ədəd ümumilikdə 50 manat dəyərində qalın toxunma jaketin, 01 ədəd 100 manat dəyərində kostyum dəstinin, evin ikinci mərtəbəsində olan yataq otağından pul kisəsinin içərisindən 20 manat nağd pulun yerində olmadığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2120 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı evə necə, haradan daxil olduğunu, nə oğurladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, təxminən 8 il olar ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. 08 yanvar 2024-cü il tarixdə saat 07 radələrində Məmmədli qəsəbəsində “Araz” marketdə işlədiyi üçün yaşadığı evdən çıxaraq işə getmişdir. Həmin vaxt evin giriş qapısını açarla bağlamış və evdə heç kim olmamışdır. Saat təxminən 21 radələrində evə qayıdan zaman evin əşyalarının dağınıq vəziyyətdə olduğunu və evin arxa tərəfdən yataq otağının pəncərisinin vintaçanla açıldığını görmüşdür. Bu vaxt evdən oğurluq hadisənin baş verdiyini bilmişdir. Belə ki, ona məxsus yataq otağına baxış keçirən zaman dolabın içərisində olan 2600 manat pulu yerində olmadığını və 5500 manat dəyərində qızıl-zinət və gümüş əşyalarının yerində olmadığını görmüşdür. Bundan sonra dərhal dayısı X11 zəng edib yaşadığı evə çağırmışdır. Çox keçmədən dayısı Əli evə gəlmiş və dayısı Əli DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. 585 əyarlı, 19,56 qram olmaqla brilyant qaşlı ümumilikdə 3000 manat dəyərində 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl kolye, 1 ədəd qızıl qolbaq komplekt şəklində, 1 ədəd 3,50 qram olan 700 manat dəyərində 750 əyarlı brilyant qaşlı qızıl üzük, 1 ədəd 4 qram 650 manat dəyərində 750 əyarlı brilyant qaşlı kişi qızıl üzüyü, 01 ədəd 33 manat dəyərində 5,43 qram 925 əyarlı gümüş qolbaq, 01 ədəd 22 manat dəyərində 2,63 qram 925 əyarlı gümüş qolbaq, 01 ədəd 64 manat dəyərində 8 qram 925 əyarlı gümüş qolbaq, 01 ədəd 42 manat dəyərində 6 qram 925 əyarlı gümüş üzük, 01 ədəd 45 manat dəyərində 925 əyarlı klonu ilə birlikdə boyunbağı, 01 ədəd 35 manat dəyərində 925 əyarlı gümüş boyunbağı, 01 ədəd 33 manat dəyərində 925 əyarlı gümüş boyunbağı və 2600 manat nağd pulu oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7224 manat dəyərində maddi ziyan dəymişdir. Evindən kimin oğurluq etməsini bilmir. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması üçün gətirilsə də, evdə olmamışlar. Zərərçəkmiş şəxs18 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarında iştirak edə bilmir. Onun iştirakı olmadan keçirilməsini və dəyən ziyanın ödənilməməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Yaşadıqları ev 1 mərtəbəlidir. xx.xx.2023-cü il tarixdə saat 13:30-da həyat yoldaşı ilə evdən çıxmışlar. Həmin gün axşam saat 21:30-da həyat yoldaşı ilə geri qayıdarkən, evə girmişlər, bu zaman yataq otağının barmaqlıq olmayan plastik pəncərəsinin açıq olduğunu görmüşlər. Evin hər iki qonaq otağının mebellərinin qapılarının açıq olduğunu aşkar etmişlər. Evin yataq otağında olan şkafdan ümumi dəyəri 800 manat olan sırğa, klon, sep, üzükdən ibarət “pandora” dəsti, Azərbaycan manatı ilə 180 manat təşkil edən 10.000 Rus rublu pulun oğurlandığını aşkar etmişlər. Dərhal DİN-in 102 xidmətinə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində nömrəsiz ünvanda yerləşən fərdi evdə atası və anası ilə birgə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən evi 6 sot torpaq sahəsində tikilmişdir, 2 mərtəbəli olmaqla evin ikinci mərtəbəsi massard tiplidir. Evin birinci mərtəbəsi 3 yataq otağından, dəhlizlə arası açıq olan qonaq otağından, mətbəxdən və sanitar qovşağından ibarətdir. Evin 1-ci mərtəbəsi tam təmirlidir və 1-ci mərtəbədə yaşayırlar, 2-ci mərtəbə isə təmir edilməmişdir. Həyətin 4 tərəfi daş hasardandır, həyətinə giriş qapısı dəmir darvazadır, evinə giriş isə seyf qapıdandır. Evinin birinci mərtəbəsi kürsülüdür, yəni yerdən hündürdür. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu ərazisində yaşayan dayısının evinə qonaq getmişlər. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində atası, anası, bacısı və bacısınıın əri X6 evə qayıtmışlar, bacısı və əri Pərvin də onun evində gecəməli imişlər. Saat 02:20 radələrində anası ona zəng vuraraq bildirmişdir ki, evinin yataq otaqlarının pəncərələri açıqdır və evdən qızıl-zınət əşyaları oğurlanmışdır. Bildirmişdir ki, bacısının əri Pərvin Sadıqov DİN-in “102” Xidmətinə zəng vuraraq hadisə barəsində məlumat versin, özü də evə gəlir. Saat 03 radələrində evinə qayıtmış, polis əməkdaşları ilə birgə evinə baxış keçirmişlər. Məlum olmuşdur ki, evinə girən şəxs 1-ci mərtəbədəki 3 yataq otağının hamısını axtarmış, yataq otağındakı dolabın gözündən, 50 və 100 manatlıq pul əskinaslarından ibarət 5000 manat nağd pulunu götürmüşdür. Bundan başqa digər yataq otağında türmonun siyirməsindən qadın üçün qızıldan olan, 210 manat dəyərində 1 ədəd üzük, 700 manat dəyərində ürək formalı iri qırmızı qaşlı ətrafında xırda briliyant qaşları olan üzük, 280 manat dəyərində ürək formalı qırmızı iri qaşlı ətrafında xırda briliyant qaşları olan kulonlu boyunbağı, hər biri 200 manat dəyərlərində 2 ədəd, 1 ədədi nisbətən nazik və uzun olan boyunbaqları, 480 manat dəyərində ürək formalı kulonlu boyunbağı, 650 manat dəyərində 1 ədəd qolbaq və 1150 manat dəyərində 1 ədəd qolbaq oğurlanmışdır. Hadisə nəticəsində 5000 manat nağd pulu və 3870 manat dəyərində qızıl zinət əşyaları oğurlanmaqla ona 8870 manat ziyan dəymişdir. Oğurluq edən şəxs valideynlərinin otağından daxil olmuşdur. Çünki oradakı otağın pəncərəsində vintaçan izləri olmuşdur. Evlərindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmamışdır. Belə ki, valideynlərinin otağının pəncərəsinin arxasında dibçəkdə güllər olmuşdur. Bu şəxsin oradan keçə bilməsi üçün pəncərə geniş şəkildə açılmalı idi ki, bu şəxs oradan keçə bilsin. Belə olan halda isə o dibçəklər yerə düşməli idi. Lakin bu baş verməmişdir. Bu isə pəncərinin çox az məsafədə açıldığını göstərir. Həmin məsafədən isə bu şəxsin içəri daxil olması mümkün deyil. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2 bağ massivində yaşayır. Yaşadığı ev yeni tikili olsa da tam olaraq təmir etdirməmişdir. 19 aprel 2023-cü il tarixdə saat 19 radələrində ailəliklə evdən çıxaraq qardaşının yaşadığı Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan evinə getmişlər. Bir neçə saatdan sonra, yəni 23:15-də yaşadıqları evə qayıtmışlar. Evə daxil olan zaman əşyaların dağınıq olduğunu gördükdən sonra evdə oğurluq olduğunu bilmişlər. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin uşaq otağının plastik pəncərəsini açaraq içəri daxil olmuş və evdən 150 manat pulu və 200 manat dəyərində 585 əyyarlı bir cüt uşaq qızıl sırğasını oğurlayaraq evi talamışlar. Dərhal bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək evə polisin gəlməsini istəmiş, bir müddət sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Oğurluq hadisəsi 19 aprel 2023-cü il tarixdə saat 19 radələrindən 23:15-ə dək olan müddətdə evdə olmadıqları zaman baş vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 350 manat dəyərində maddi ziyan dəymişdir. Evindən bu şəxsin oğurluq edib etməməsini bilmir. Hadisədən sonra ifadənin yerində yoxlanması həyata keçirilməmişdir. Bu şəxsi ilk dəfə məhkəmədə görür. Evindən kim oğurluq edibsə ondan şikayətçidir Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 21 avqust 2023-cü il tarixdə təxminən saat 18 radələrində ailə üvləri ilə birlikdə yaşadıqları evdən çıxaraq Maştağa qəsəbəsində yaşayan əmisi Firavan Əmirəliyevin yaşadığı evə qonaq getmişlər. Evdən çıxan zaman evin qapılarını və pəncərələrini bağlamış, işıqları da söndürmüşdür. Həmin gün təxminən saat 23:50 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları evə gəlmişlər, küçə qapısını açıb evin həyətinə daxil olan zaman evin giriş qapısının və arxa tərəfində yerləşən dəmir barmaqlıqları olmayan plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşlər. Bundan sonra evə daxil olmuşlar, evin işıqlarının yanılı vəziyyətdə olduğunu görəndə məlum olmuşdur ki, evdə olmadıqları müddət ərzində evə naməlum şəxs və ya şəxslər daxil olmuşlar. Bundan sonra evə baxış keçirmişlər, baxış zamanı evin yataq otağındakı dolabın içərisində saxladığı 1000 manat pulunun və içərisində 50 manat təşkil edən 50 qəpiklər olan 3 litrlik şüşə balonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. 3 litrlik şüşə balonun dəyəri 50 qəpikdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumlikdə ona 1050 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, təxminən 5 il müddətdir ki, “Moskva Univermağı” ticarət mərkəzinin giriş-çıxış hissəsinin yaxınlığıda yerləşən “UĞUR GOLD” dükanında qızıl məmulatlarının alışı və satışı ilə məşğul olur. Şamo adlı şəxs onun çalışdığı dükana 5-6 dəfə gələrək müxtəlif növ, müxtəlif əyyar və çəkilərdə qızıl məmulatları satmışdır. Bundan başqa metronun Əcəmi stansiyasının yaxınlığında yerləşən Lombarddan Şamoya məxsus təxminən 4500 manat dəyərində qızılları girovdan çıxararaq hər bir qramını 60 manatdan almışdır. Şamonun ona satmış olduğu qızıl əşyalar özünə məxsus olmuşdur. Onun həmin qızıl əşyaları haradan və necə əldə etməsindən məlumatsızdır. Təqsirləndirilən şəxs almış olduğu qızıl məmulatların qeydiyyatını alğı-satqı kitabçasında aparmışdır. Həmin kitabı da istintaqa təqdim etmişdir. 2500-3000 manat dəyərində qızılları polislərə geri qaytarmışdır. Həmin qızıllar iki-üç ədəd sep, iki ədəd qolbaq, üzük olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, təxminən “Moskva Univermağı” ticarət mərkəzinin giriş-çıxış hissəsinin yaxınlığıda “Qızıl GOLD” dükanında qızıl məmulatlarının alışı və satışı ilə məşğul olur. Şamo adlı şəxs bir dəfə 2023-cü ilin aprel ayında onun dükanına gələrək müxtəlif növlü qızıl-zinət əşyalarını ona satmışdır. Həmin qızılları ondan 1620 manata almışdır. Onlar istifadəyə yararsız olmuşdur. Təqsirləndirilən şəxs almış olduğu qızıl məmulatların qeydiyyatını alğı-satqı kitabçasında aparmışdır. Təqsirləndirilən şəxs almış olduğu qızılları satmışdır. Qızılları alanda Şamonun şəxsiyyət vəsiqəsinin surətini çıxartmışdır. Şamo cəmi 1 dəfə ona qızıl satmışdır. O, da 2023-cü ilin aprel ayında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərdi ki, təxminən bir ay müddətdir ki, “Moskva Univermaqı” deyilən ticarət mərkəzində kuryer işləyir. Şahid1 ilə təxminən 3 il müddətdir ki, dostluq münasibətləri vardır. Şahid1 onun kuryer işlədiyi ticarət mərkəzinin giriş-çıxış hissəsində yerləşən “UĞUR GOLD” dükanında qızıl məmulatlarının alışı və satışı ilə məşğuldur. Tarixini xatırlamadığı gün Şamo olduğunu bildiyi şəxs Elvinin çalışdğı dükana gəlmiş, həmin vaxt o, Elvin ilə birlikdə dükanda dayanıb söhbət etmişlər. Həmin vaxt Şamo qızılı olduğunu və satdığını bildirmişdir. Həmin vaxt ona sifariş gəldiyindən ondan sonra baş vermiş proseslərdən məlumatsız qalaraq sifarişə getmişdir. Onlar arasında olan söhbətdən məlumatsızdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs19 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2 bağ massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs16 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs12 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs19 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanasında yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs16 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən 576 nömrəli fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Muşalan-Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs13 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs14 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs18 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs15 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. Cild İİ, səh. 245-251); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 14, nömrəsiv fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. Cild İ, səh. 05-07); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi icraata qəbul edilərək AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* statistik nömrə altında davam etdirilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; 230051677 nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, ibtidai istintaq ********* statistik nömrə ilə davam etdirilmişdir. cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 230051352, ********* və ********* nömrəli cinayət işləri icraata qəbul edilmiş və istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət təqibi ********* statistik nömrə ilə davam etdirilmişdir. Cinayət işlərinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 240050089, ********* və ********* saylı cinayət işlərinin icraata qəbul edilməsi və icraatda istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* statistik nömrə altında davam etdirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə, ibtidai istintaq ********* statistik nömrə ilə davam etdirilmişdir. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; təqdim olunmuş maddi sübutun götürülməsi haqqında 31 mart 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Əhmədov X13 YYM-də yerləşən yaşayış evlərindən bir neçə dəfə oğurluq etmiş və oğurladığı malları Moskva Univermağında satmışdır. Təqsirləndirilən şəxs malları satdığı Şahid1 Təqsirləndirilən şəxs aldığı 3 ədəd boyunbağı, 03 ədəd qolbağı təqdim edildi və qablaşdırılaraq götürüldü. 01 aprel 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20::00-da tutulmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə Zərərçəkmiş şəxs17 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* cinayət işi üzrə Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilərək ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* statistik nömrə altında davam etdirilmişdir. 03 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Elektron məhkəmə informasiya sistemindən təqsirləndirilən şəxsin qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2021-ci il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X16 adlı iki uşağı vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə, ibtidai istintaq ********* statistik nömrə ilə davam etdirilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır. hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 müraciəti əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə ekspertizasının 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3434- 9/5169 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s. ) Cədvəl 1-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3152,05 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları qiymətləri cədvəl 1-də göstərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-343/2024 saylı, 13 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surəti icra olunması Bakı şəhər Probasiya İdarəsinə göndərilmiş və hökmün xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə mindiyi qeyd edilmişdir. Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış sorğuya verilən cavab məktubundan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-343/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı Təqsirləndirilən şəxs bu günə kimi çəkməmişdir. 02 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 götürülmüş 04 ədəd “Qızıl və brilyantların alğı-satqı kitabı” na baxış keçirilmiş və müəyyən edilmişdir ki, 100 vərəqdən ibarət kitabda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qızıl alğı-satqısına dair məlumatların qeyd olunduğu qəbzlər, digər üzərində “Qızıl və brilyantların alğı-satqı kitabı” məzmunlu yazı olan, 100 vərəqdən ibarət kitabda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qızıl alğı satqısına dair məlumatların qeyd olunduğu qəbzlər, digər üzərində “Qızıl və brilyantların alğı-satqı kitabı” məzmunlu yazı olan, 100 vərəqdən ibarət kitabda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qızıl alğı-satqısına dair məlumatların qeyd olunduğu qəbzlər, digər üzərində “Qızıl və brilyantların alğı-satqı kitabı” məzmunlu yazı olan, 100 vərəqdən ibarət kitabda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qızıl alğı-satqısına dair məlumatların qeyd olunduğu qəbzlər vardır. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, “alğı-satqı qəbzi” başlıqlı vərəqlərdə tarix, malı təhvil verənin adı, soyadı, ata adı, pasport məlumatları müvafiq qrafalarda əlyazma üsulu ilə hər müştəri üçün fərdi qaydada doldurulmuşdur. Kitabların içərisində olan məlumatlara baxış zamanı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qızıl əşyaların alğı-satqısını əks etdirən qəbzlərin olması müəyyən edilmişdir. 02 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 götürülmüş 01 ədəd “Qızıl və brilyantların alğı-satqı kitabı” na baxış keçirilmiş və müəyyən edilmişdir ki, 100 vərəqdən ibarət kitabda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qızıl alğı satqısına dair məlumatların qeyd olunduğu qəbzlər vardır. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, “alğı-satqı qəbzi” başlıqlı vərəqlərdə tarix, malı təhvil verənin adı, soyadı, ata adı, pasport məlumatları müvafiq qrafalarda əlyazma üsulu ilə hər müştəri üçün fərdi qaydada doldurulmuşdur. Kitabın içərisində olan məlumatlara baxış zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qızıl əşyaların alğı-satqısını əks etdirən qəbzin olması müəyyən edilmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs17 ona təqdim olunmuş əşyalardan soldan sağa sıra nömrəsi ilə 3 rəqəmi altında qoyulmuş gümüş boyunbağının ona məxsus olmasını bildirmişdir. Bundan başqa ona təqdim olunmuş əşyalardan soldan sağa sıra nömrəsi 1 rəqəmi altında olan gümüş qolbağın, bundan sonra ona təqdim olunmuş əşyalardan 3 rəqəmi altında olan bir cüt sırğanın, bundan sonra ona təqdim olunmuş əşyalardan 2 rəqəmi altında olan sırğa təkinin ona məxsus olduğunu bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim olunmuş əşyalardan soldan sağa 2 nömrəsi altında olan kulon və daha sonra təqdim olunmuş əşyalardan soldan sağa 3 nömrəsi altında olan sırğanın ona məxsus olduğunu bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 ona təqdim olunmuş əşyalardan heç birinin ona məxsus olmadığını bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ona təqdim olunmuş əşyalardan heç birinin ona məxsus olmadığını bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ona təqdim olunmuş əşyalardan soldan sağa 1 nömrəsi altında olan sarı rəngli saat və daha sonra təqdim olunmuş əşyalardan soldan sağa 2 nömrəsi altında olan sırğanın ona məxsus olduğunu bildirmişdir; 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim olunmuş əşyalardan soldan sağa sıra nömrəsi ilə 2 rəqəmi altında qoyulmuş qızıl boyunbağının ona məxsus olduğunu bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ona təqdim olunmuş əşyalardan sıra nömrəsi ilə soldan sağa düzülmüş 4 rəqəmi altında olan qolbağın və daha sonra sıra nömrəsi ilə sağdan sola düzülmüş 3 rəqəmi altında olan gümüş boyunbağının ona məxsus olduğunu bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 ona təqdim olunmuş əşyalardan soldan sağa sıra nömrəsi ilə 2 rəqəmi altında qoyulmuş gümüş boyunbağının, soldan sağa sıra nömrəsi 1 olan üzüyün də ona məxsus olmasını bildirmişdir. 09 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokollardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 onlara təqdim olunmuş əşyalardan heç birinin onlara məxsus olmadığını bildirmişlər. 24 sentyabr 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokollardan görünür ki, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs10 onlara təqdim olunmuş əşyalardan heç birinin onlara məxsus olmadığını bildirmişlər. sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklardan araşdırma zamanı əldə edilmiş və hazırki iş üzrə zərərçəkmiş şəxslərə məxsus olması müəyyən edilmiş sarı rəngli siferblatın iç tərəfində “DKNY” yazısı həkk edilmiş 01 ədəd qol saatı, 750 əyyarlı 0,38 qram olan samir rəngli 1 tay sırğa (qırıntı kimi), sarı rəngli üzərində “585” damğası olan 01 ədəd boyunbağı, 583/585 əyarlı 3.14 qram olan sarı rəngli 1 ədəd qızıl kulon, 925 əyarlı 4.42 qram olan gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 1 tay sırğa, üzərində rəngsiz şəffaf qaşları olan gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, 01 ədəd qırmızı rəngli qolbaq, rəngsiz şəffaf qaşları olan, sarı rəngli 10.88 qram olan 1 cüt sırğa, gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 925 əyarlı 2.64 qram olan 1 tay gümüş sırğa, 925 əyarlı 6.32 qram olan gümüşü rəngli 1 ədəd gümüş boyunbağı, 9.25 əyarlı 5.14 qram olan gümüşü rəngli 1 ədəd gümüş qolbaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahiblərinə qaytarılmış, Şahid2 təqdim etdiyi 01 ədəd “Qızıl və brilyantların alqı-satqı kitabı” maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibinə qaytarılmış, Şahid1 təqdim etdiyi 04 ədəd “Qızıl və brilyantların alqı-satqı kitabı” maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün sahibinə qaytarılmış, Təqsirləndirilən şəxs cinayətləri törədərkən istifadə etdiyi, araşdırma zamanı əldə edilmiş vintaçan maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr edilməklə yenidən ittihamın ona elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilməklə ona AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilməklə ona həmin maddələr ilə nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində CM-nin 177-ci maddəsi ilə şübhəli şəxs qismində tutulan Təqsirləndirilən şəxs MSY-nə təhvil verildikdə üzərinə və bədəninə baxış keçirilmiş, baxış zamanı kürəyin sol hissəsində qançır, sol üzündə və qulağında qızartılarqançır, sağ qulağında qızartılar aşkar olunmuş, tutulmazdan əvvəl qaçarkən yıxılaraq bu xəsarətləri aldığı, yazı yaza bilmədiyi üçün aktın ucadan oxunduğu və özü tərəfindən imzalandığı qeyd edilmişdir. AR ƏN PX Bakı İstintaq Təcridxanası tərəfindən təqdim edilən məktubda Təqsirləndirilən şəxs Vaid oğlunun xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olduğu və təlimata uyğun olaraq təcridxananın tibbi-sanita hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açıldığı qeyd edilmiş və tibbi kitabçanın kserosurəti təqdim edilmişdir. Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunan zaman həbs olunan zaman xəsarət aldığını bildirmiş və baxış zamanı hər iki kürək nahiyəsində, sağ dirsək büküşünün içəri səthində, sol bazunun arxa səthində çoxsaylı iri və kiçik həcmli sarımtıl qançır, döş qəfəsinin ön səthində 9 sm ölçüdə sarımtıl qançır aşkar olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində toplanmış 893-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməllərindən Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətlərinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirli olmasını təsdiq edən sübutlar kifayət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsinin sübutu kimi hadisə yerinə baxış protokollarına, təqsirləndirilən şəxsin etirafedici ifadəsinə və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, maddi sübutun götürülməsi barədə protokollara, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokollarına, götürmə və baxış keçirilməsi haqqında protokollara, ekspert rəyinə istinad olunmuşdur. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 oğluna münasibətdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilər. Həmçinin həmin sübutla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş, istintaq zamanı ona təzyiq göstərildiyi üçün məcbur olub etmədiyi oğurluq cinayətlərini də boynuna götürdüyünü, polislər tərəfindən döyüldüyünü, iki gün polis bölməsində saxlanıldığını, daha sonra MSY-nə göndərildiyini, oradan isə BİT-na aparıldığını, orada üzərində aşkar olunmuş xəsarətlərin həbs olunan zaman aldığını bildirməsini qeyd etmişdir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən o cümlədən: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən sübutlardan biri kimi onun etirafedici ifadəsinə istinad olunmuşdur. Halbuki şəxsin saxlanılan zaman fiziki təzyiqə məruz qalması onun ibtidai istintaq zamanı cinayət törətməsi barədə verdiyi etirafedici ifadələrin, onun iştirakı ilə keçirilən bütün istintaq hərəkətlərinin həqiqiliyini şübhə altına qoyur. Qanunvericiliyin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Təqsirləndirilən şəxsin təzyiq altında verdiyi etirafedici ifadələr isə qanunvericiliyin tələbinə uyğun olaraq sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipi hər hansı bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144-146-cı maddələrinin müddəalarının pozulmasının, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsinin, mövcud prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsinin yolverilməz olduğunu təsbit etməklə, CPM-in 144-cü maddəsi toplanmış sübutları tam, hərətərfli və obyektiv yoxlamaq, 145-ci maddəsi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsini müəyyən etməklə, məhkəmədən tələb edir ki, ittiham və müdafiə tərəflərinin məhkəmə baxışına təqdim etdikləri hər bir sübutu lazımınca yoxlasın, CPM-in 125-ci maddəsinin tələblərinin pozulması ilə əldə edilmiş yolverilməz sübutları sübutların siyahısından çıxarsın və yalnız məlumatların, sənədlərin, digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onları sübut kimi qəbul edib, CPM-in 139-cu maddəsində göstərilən sübutetmə predmetinə aid edilmiş məsələlər üzrə qənaətini belə (yəni yoxlanılmış, CPM-in 145-146-cı maddələrinin tələblərinə müvafiq surətdə qiymətləndirilmiş) sübutlardan istifadə etməklə əsaslandırsın. Məhkəməyədək icraatda təqsirləndirilən şəxsin polis tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəməni yuxarıda təsvir edilən CPM-nin 33, 125, 144-146cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla nə kimi faktiki halların müəyyən edildiyinə, qərarda faktiki hallar və hüquqi məsələlər üzrə çıxarılan nəticələrin inandırıcılığına, aparılmış araşdırmanın onun səmərələliliyini və nəticələrin inandırıcılığını təmin edə biləcək dərəcədə keyfiyyətli olub-olmamasına əhəmiyyət verməlidir. Şərh olunan məsələ üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq isə “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı, “Tomasi Fransaya qarşı iş” üzrə 27 avqust 1992-ci il tarixli qərarı, “Layıcov Azərbaycana qarşı iş” üzrə 10 aprel 2014-cü il tarixli qərarı göstərmək olar. Həmin qərarlara görə Avropa Məhkəməsinin irəli sürdüyü başılıca tələb odur ki, tutulmuş şəxsdə onun polisin nəzarəti altında olduğu müddətdə yaranması ehtimal olunan xəsarətlərin müəyyən edilməsi işgəncə, pis rəftar barədə iddiaların səlahiyyətli dövlət orqanları tərəfindən araşdırılmasını labüd edir və eyni zamanda onu tələb edir ki, bu araşdırma adekvatlıq və səmərəlilik meyarlarına cavab versin. Araşdırmanın qeyd olunan meyarlara uyğun olması isə araşdırmanı aparan orqanın müstəqil olmasını və lazımi prosessual imkanlara - səmərəli araşdırma mexanizmlərinə malik olmasını ehtiva edir. “Aksoy Türkiyəyə qarşı iş” üzrə qərarında Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”). Məhkəmə həmin iş üzrə qərarında qeyd etmişdir ki, “3-cü maddə ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə dövlətlərin üzərinə daxili qanunvericilikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur”. Eynilə, “Tomasi Fransaya qarşı iş”də Avropa Məhkəməsi qərara almışdır ki, “əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, Dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər Dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır” Araşdırmanın adekvatlığı və səmərəliliyini təmin etməli olan şərtlər barədə fikirlərini isə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı iş”də belə ifadə etmişdir: “Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir” (qərarın 52-ci bəndi). Qərarın 53-cü bəndində isə Avropa Məhkəməsi qeyd etmişdir ki, “pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanması, o cümlədən, inter alia hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar”. Məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərarına Avropa Məhkəməsinin hüquqi mövqeləri əsasında baxdıqda, qərarın araşdırmanın səmərəliliyi və adekvatlığı meyarlarına cavab vermədiyi müəyyən olunur. Belə ki, qərarda Təqsirləndirilən şəxs məhkəmə tibb ekspertizasına və tibbi sənədlərə əsaslanaraq onun bədən səthində xəsarətlərin aşkar olunmadığı qeyd edilmişdir. Halbuki istər Sabunçu RPİ-dən, istərsə də, Bakı İstintaq Təcridxanasından əldə olunmuş məlumatlarda Təqsirləndirilən şəxs müayinəsi zamanı üzərində çoxsaylı xəsarətlərin olmasının müəyyən edildiyi qeyd edilmişdir. Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən isə bu barədə Bakı şəhər Prokurorluğuna məlumat verilmişdir. Buna baxmayaraq ekspert şəxsin tibbi sənədlərinə əsaslanaraq şəxsin bədən səthində xəsarətlərin aşkar edilmədiyi kimi yanlış nəticəyə gəlmişdir. Bundan başqa qərarda Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının izahatı alınmışdır. Həmin əməkdaşlar izahatlarında Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirildiyini və daha sonra MSY-nə təhvil verildiyini təsdiq etmişlər. “14-cü PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarış”ı da Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə polis şöbəsinə gətirildiyini təsdiq edir. Sabunçu RPİ-dən daxil olmuş məktubda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:20-də Sabunçu RPİ-nin MSY-nə təhvil verildiyi qeyd edilmişdir. Şəxs MSY-nə təhvil verilərkən üzərinə və bədəninə baxış zamanı onun üzərində çoxsaylı xəsarətlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs 30-31 mart 2024-cü il tarixdə 14-cü PŞ-də saxlanılmış, xx.xx.2024-cü il tarixdə MSY-nə daxil olduqda isə onun üzərində çoxsaylı xəsarətlər aşkar olunmuşdur. Bütün bunlar onun dövlət orqanın nəzarətində olduğu vaxtda xəsarətlər aldığını göstərir. Lakin bu xəsarətlərin necə yaranması barədə heç bir əsaslı dəlilə rast gəlinməmiş və əsaslandırma aparılmamışdır. Bütün bunlara baxmayaraq müstəntiq cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlmiş və CPM-in 39.1.1-ci maddəsində göstərilən əsasla formal şəkildə cinayət işinin başlanmasını rədd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında 30 mart 2024-cü il tarixdə tutulduğunu və 30-31 mart tarixlərdə polis şöbəsində saxlanıldığını, xx.xx.2024-cü il tarixdə isə Sabunçu RPİ-nin MSY-nə təhvil verildiyini qeyd etmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkətinin gedişi zamanı çəkilən fotoşəkillərdən də görünür ki, təqsirləndirilən şəxsin üz nahiyəsində xəsarətlər vardır. Bundan başqa Zərərçəkmiş şəxs6 da məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması üçün evə gətirilən zaman olduğunu bildirmişdir. üst-başının qan olduğu və xəsarətlərinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra pis rəftara məruz qalması, məhz bunun təsiri ilə etirafedici izahat verməsi (Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilmiş oğurluq cinayətləri üzrə) həmin epizodlar üzrə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirmə protokollarını, onun iştirakı ilə keçirilən digər istintaq hərəkətlərinin nəticələrinin sübut kimi qəbul edilməsini istisna edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri olmuşdur. Təqsirləndirilən şəxsə elan olunmuş ittiham oğurluq cinayəti olduğundan, zərərçəkmiş şəxslərin onların evindən kimin oğurluq etməsini konkret bilmələri mümkün deyil. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 hadisədən sonra aşkar etdikləri bir sıra hallara görə onların evinə daxil olan şəxsin Təqsirləndirilən şəxs olmadığını bildirmişlər. Belə ki, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, “......Onun oğlunun qol saatları olmuşdur. Lakin oğurluq edən şəxs onlardan heç birini götürməmişdir. Halbuki Təqsirləndirilən şəxs oğurladığı əşyaları ona təqdim edən zaman orada çoxlu qol saatları görmüşdür. Əgər bu şəxs həqiqətən onun evinə daxil olmuşdursa nəyə görə oğlunun otağından həmin qol saatlarını da oğurlamamışdır. Bundan başqa evdə, hamam otağında yoldaşının qızıl sepi olmuşdur. Digər otaqlarda qızıl əşyalar da olmuşdur. Həmin otaqlardan heçnə oğurlamamışdır. Oğurluq edən şəxs yalnız pul və bir dənə qızıl üzük oğurlamışdır. Ev dağıdılmış vəziyyətdə olmamışdır. Oğurluq edən şəxs sanki özü qoymuş şəkildə pulu və qızılları götürmüşdür. Bir yataq otağından evə daxil olmuşdur. Orada termonu çəkib oradan pulu və qızıl üzüyü oğurlamışdır. Daha sonra digər yataq otağından evin arxa tərəfindən çıxıb getmişdir. .....Hadisədən bir gün əvvəl isə həmin qonşusu onun evinin üzərindən aşaraq digər qonşunun evinin üzərində olan göyərçini götürmək istəyini bildirdikdə ona icazə verməmişdir. Həmin vaxt qonşu siqaret çəkərək yerə atmışdır. Oğurluq hadisəsi baş verən vaxt da eyni siqaret evin həyətindən tapılmışdır. O, bu barədə əl-barmaq izi götürən ekspertə də bildirmişdir. Ekspert həmin siqaret kötüklərini tədqiqat aparmaq üçün götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması üçün ona məxsus evə gətirilmişdir. Həmin vaxt o, evdə olmamış, həyat yoldaşı evdə olmuşdur. Həyat yoldaşı ona Şamonun evə haradan, necə daxil olması, haradan nə götürməsi ilə bağlı suallara sahə müvəkkilinin göstərdiklərini təkrarlayaraq cavab verdiyini bildirmişdir. Həyat yoldaşının Təqsirləndirilən şəxs evdən nə qədər pul oğurlaması ilə bağlı sualına o, cavab verə bilməmiş, hansı qızıl əşyasının oğurlanmasına isə sep və ya qolbaq oğurladığını qeyd etmişdir. Halbuki evindən üzük oğurlanmışdır” Qeyd edilən zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, onun evinə daxil olan şəxs evin yalnız bir otağından oğurluq etmiş, digər otaqlarda qiymətli əşyalar olmasına baxmayaraq digər otaqlardan heç bir əşya oğurlanmamış, ev dağınıq vəziyyətdə olmamış, ifadənin yerində yoxlanması zamanı təqsirləndirilən şəxs evə haradan, necə daxil olması, haradan nə götürməsi ilə bağlı suallara sahə müvəkkilinin göstərdiklərini təkrarlayaraq cavab vermiş, hansı qızıl əşyanın oğurlanması ilə bağlı suala isə yanlış cavab vermişdir. Digər Zərərçəkmiş şəxs10 da ifadəsində göstərmişdir ki, onun evindən oğurluq cinayətinin törədilməsində həmin ərəfədə onun evində yaşamış xanımdan şübhələnir. Həmin xanım pulunu və qızılları hara qoyduğunu bilmişdir. Evindən oğurluq edilən zaman heç bir yer dağıdılmamışdır. Elə bil oğru öz əli ilə qoymuş kimi əşyaları götürmüşdür. Nə qədər peşəkar oğru olsa da, evdə nəyinsə yeri dəyişməli idi. Lakin bu belə baş verməmişdir. Həmçinin hadisədən sonra işlədiyi yerdən boyunbağısı oğurlanmışdır. Həmin yerdə ondan və evində yaşayan xanımdan başqa heç kim olmamışdır. Boyunbağını boynundan çıxardıb çantasına qoymuş və sonra oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması üçün yaşadığı evə gətirilməmişdir. Digər Zərərçəkmiş şəxs15 məhkəmə iclasında bildirmişdir ki, “Evlərindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmamışdır. Belə ki, valideynlərinin otağının pəncərisinin arxasında dibçəkdə güllər olmuşdur. Bu şəxsin oradan keçə bilməsi üçün pəncərə geniş şəkildə açılmalı idi ki, bu şəxs oradan keçə bilsin. Belə olan halda isə o dibçəklər yerə düşməli idi. Lakin bu baş verməmişdir. Bu isə pəncərinin çox az məsafədə açıldığını göstərir. Həmin məsafədən isə bu şəxsin içəri daxil olması mümkün deyil.” Digər Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, “o, hesab edir ki, ona məxsus olan evə bu şəxs daxil olmamışdır. Belə ki, qızının xınayaxdı mərasimini evdə keçirmişlər. Həmin vaxt şax hazırlamışlar. Şaxla pəncərənin arasında çox az məsafə olmuşdur. Həmin məsafə həddində pəncərənin açılmağını nəzərə alsaq o məsafədən bu böyüklüyndə şəxs keçə bilməzdi. Pəncərənin tam açıldığı halda isə şax yerə aşmalı və sınmalı idi. Belə hal isə baş verməmişdir. Bundan başqa bu şəxsi ifadənin yerində yoxlanması üçün evə gətirən zaman əyni-baş qanın içərisində, üzgözündə xəsarətlər olmuşdur. Hadisə yerindən çoxsaylı əl barmaq izləri götürülmüşdür və ekspert bildirmişdir ki, kifayət qədər aydın əl izləri vardır. Lakin onlara əl-izlərinin nəticəsi bildirilməmişdir...” Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs14 məhkəmə iclaslarında ifadələrində əmlaklarının oğurlanması faktını göstərərək, həmin cinayət hadisəsinin kim tərəfindən törədilməsini görmədiklərini, hadisədən sonra ifadənin yerində yoxlanması üçün heç kimin gətirilmədiyini bildirmişlər. Qeyd edilən zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verilən ifadələri oğurluq cinayətinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə imkan vermir. Əksinə bəziləri (Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs15) ifadələrində oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilmədiyi qənaətinə gəldiklərini qeyd etmişlər. Belə olan halda zərərçəkmiş şəxslərin ifadələrinin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini sübut edən fakt kimi qəbul edilməsi yolverilməzdir. İstintaq orqanının istinad etdiyi ifadənin yerində yoxlanılması haqqında protokolla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən epizodları etiraf etməsi üçün istintaq dövründə fiziki təzyiqə məruz qalması, onun həmin epizodlar üzrə həyata keçirilən ifadənin yerində yoxlanması istintaq hərəkətinə dair tərtib olunmuş protokolun sübut kimi qəbul edilməsini istisna edir. Bundan başqa məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs evə haradan, necə daxil olması, haradan nə götürməsi ilə bağlı suallara sahə müvəkkilinin göstərdiklərini təkrarlayaraq cavab vermiş, Təqsirləndirilən şəxs evdən nə qədər pul oğurlaması ilə bağlı suala cavab verə bilmədiyini, hansı qızıl əşyasının oğurlanmasına isə yanlış cavab verdiyini qeyd etmişdir. Digər Zərərçəkmiş şəxs6 isə təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması üçün gətirilərkən əyni-başının qanın içərisində, üz-gözündə isə xəsarətlər olduğunu qeyd etmişdir. İstintaq orqanın istinad etdiyi digər sübut növü iş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış” protokoludur ki, məhkəmə qeyd edir ki, həmin protokol özü-özlüyündə hadisə barədə zərərçəkmiş şəxs tərəfindən məlumat verildikdən sonra hadisə yerinə baxış keçirilməsini və hadisə yerinin hadisədən sonrakı vəziyyətinin təsviri barədə tərtib edilmiş sənəddir. Hadisə yerinə baxış protokoluna hadisə yerindən hər hansı şəxsin təqsirliliyinə dəlalət edən maddi sübutun, əl-barmaq izlərinin, hər hansı kamera görüntülərinin və ya hadisənin konkret şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək şahid ifadələrinin olmadığı halda hər hansı şəxsə qarşı ittiham irəli sürülərkən onun təqsirli olmasını təsdiq edən sübut kimi istinad olunması yolverilməzdir. Bundan başqa xx.xx.2024-cü il tarixli (Zərərçəkmiş şəxs6 məxsus evə) və xx.xx.2024-cü il tarixli (Zərərçəkmiş şəxs5 məxsus evə) hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə yerindən əl-barmaq izləri aşkar olunaraq götürülmüşdür. Hadisə yerinə baxış keçirilərkən əlbarmaq izləri götürülməsinə baxmayaraq onun nəticələrini özündə əks etdirən heç bir sübuta iş materiallarında rast gəlinməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” digər protokollardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs19 müraciəti əsasında oğurluq hadisəsinin törədildiyi yerə baxış keçirilmiş və hadisə yerinin hansı ünvan olduğu müəyyən edilmiş, hadisə yerindən heç bir maddi sübut aşkar edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi heç bir əl-barmaq izi və ya hadisənin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini təsdiq edən başqa bir maddi sübut tapılmadan bu protokolların təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərə münasbətdə törədilən cinayətlərdə təqsirini sübut edən sənəd kimi qəbul edilməsi qeyri-mümkündür. İstintaq orqanın istinad etdiyi digər sübut növü şahid ifadələridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxsin ona 5-6 dəfə müxtəlif çəkidə, növdə qızıl-zinət əşyalarını satmasını bildirmişdir. Həmin qızılların məhz yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərə məxsus olmasını təsdiq edən heç bir mötəbər sübuta iş materillarında rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş alqı-satqı qəbzi başlıqlı vərəqələrdə tarix, malı təhvil verənin adı, soyadı, ata adı, pasport məlumatları, malın adı, ölçü vahidi, alış qiyməti müvafiq qrafalarda əlyazma üsulu ilə doldurulmuşdur. Həmin qəzblərə baxış zamanı xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qızıl əşyaların alqı-satqısının aparıldığı müəyyən edilmişdir. Yəni, bu qəbzlər Şahid1 satılmış qızılların məhz yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərə məxsus qızıl olduğunu göstərmir. Onlar yalnız müəyyən çəkidə, növdə, qiymətə qızılların satılmasını təsdiq edir. Ümumilikdə təqsirləndirilən şəxsə 19 epizod üzrə oğurluq cinayətinin törədilməsinə dair ittiham elan edilməsini nəzərə alsaq yalnız həmin alğı-satqı qəbzləri əsasında şahidə satılmış qızılların məhz yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərə məxsus olduğunu müəyyənləşdirmək mümkün deyil. Bundan başqa həmin qəbzlərdən xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə satışın həyata keçirilməsinə dair olan qəbzlər hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materillarına əlavə olunmuş qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid1 həmin iş üzrə ittiham tərəfin şahidi qismində ifadəsində ona xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qızıl-zinət əşyasının satıldığını bildirmişdir. Hansı ki, hazırki iş üzrə də qeyd olunan tarixlərdə qızıl-zinət əşyaların satılmasına dair qəbzlər sübut kimi qeyd edilmişdir. Ona görə də həmin tarixlərə olan qəbzlər hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. Digər Şahid2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, təxminən “Moskva Univermağı” ticarət mərkəzinin giriş çıxış hissəsinin yaxınlığında “Qızıl GOLD” dükanında qızıl məmulatlarının alışı və satışı ilə məşğul olur. Şamo adlı şəxs cəmi bir dəfə 2023-cü ilin aprel ayında onun dükanına gələrək müxtəlif növlü qızıl-zinət əşyalarını ona satmışdır. Həmin qızılları ondan 1620 manata almışdır. Onlar istifadəyə yararsız olmuşdur. Təqsirləndirilən şəxs almış olduğu qızıl məmulatların qeydiyyatını alğı-satqı kitabçasında aparmışdır. Təqsirləndirilən şəxs almış olduğu qızılları satmışdır. Təqsirləndirilən şəxs cəmi 1 dəfə ona qızıl satmışdır. O, da 2023-cü ilin aprel ayında olmuşdur. Qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Şahid2 ittiham tərəfin şahidi qismində ifadəsində eyni məzmunlu ifadə verərək ona Təqsirləndirilən şəxs tərəfindən bir dəfə 2023-cü ilin aprel ayında qızıl satıldığını, həmin qızılları 1620 manata aldığını bildirmişdir. Ona görə həmin şahidin ifadəsi və onun tərəfindən təqdim edilmiş alğı-satqı qəbzi hazırki iş üzrə sübut kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə bildirir ki, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 məxsus və oğurlanmış qızıl əşyaları istintaq orqanı tərəfindən müəyyən olunaraq zərərçəkmiş şəxslərə təqdim edilməmişdir. Əşyanın tanınmaya təqdim edilməsi barədə protokollardan görünür ki, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 onlara təqdim olunmuş əşyalardan heç birinin onlara məxsus olmadığını bildirmişlər. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs14 məxsus qızılların və pulun oğurlanmasına dair epizod üzrə qeyd edir ki, 14-cü PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs14 məxsus evdə xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq cinayətini Təqsirləndirilən şəxs törətdiyinin müəyyən olunduğu qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə telefon danışıqlarına qulaq asmaya dair təqdimat daxil olmuşdur. Həmin təqdimatda qeyd edilmişdir ki, xx.xx.2024-cü ildə Sabunçu RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, istintaq müddəti ərzində Zərərçəkmiş şəxs14 evindən baş vermiş oğurluq hadisəsində, oğurluq hadisəsini törətmiş naməlum şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığına görə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə oğurluq hadisəsini törətmiş şəxs və ya şəxsləri müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixdə 37798 nömrəli əməliyyataxtarış İşi açılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs14 evindən baş vermiş oğurluq hadisəsini xx.xx.1992-cü ildə ünvan 14 ünvanında qeydiyyatda olan X8 törətməsi güman edildiyinə görə onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri müəyyən edilmiş və telefon danışıqlarına qulaq asılması məhkəmədən xahiş edilmişdir. Yəni ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror bir tərəfdən Zərərçəkmiş şəxs14 evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasına qənaətinə gələrək bununla bağlı tərtib edilmiş ittiham aktını təsdiq edərək məhkəməyə göndərmişdir. Digər tərəfdən isə Zərərçəkmiş şəxs14 evindən baş vermiş oğurluq hadisəsini xx.xx.1992-cü ildə ünvan 14 ünvanında qeydiyyatda olan X8 törətməsi güman edildiyinə görə onun istifadəsində olan telefon nömrələrini müəyyən edərək telefon danışıqlarına qulaq asılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bu cür ziddiyyətli hal isə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qanuniliyini şübhə altına alır. Həmçinin, məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs19 müraciəti əsasında toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi qərarı Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranski tərəfindən ləğv edilərək bu barədə qəbul etdiyi qərarında araşdırma zamanı hadisə yerinə çox səthi baxış keçirilməsi, Zərərçəkmiş şəxs19 səthi izahatı alınaraq oğurlanmış əşyaların hər birisinin ayrı ayrılıqda hansı məbləğdə olması aydınlaşdırılmaması, oğurluq baş vermiş hadisə yerinin yaxınlığında müşahidə kameralarının olub-olmamasının müəyyənləşdirilməməsi, hadisə baş verən ərazinin yaxınlığında yaşayış yerlərinin olması, eləcə də hadisəni görən şəxslərin dairəsinin müəyyənləşdirilməməsi kimi nöqsanların olması göstərilməklə qərar əsassız olduğundan ləğv edilərək və əlavə araşdırma aparılması məqsədi ilə material aidiyyəti polis bölməsinə qaytarılmışdır. Lakin “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və əlavə araşdırmanın aparılması üçün geri qaytarılması haqqında” prokurorun qərarlarında qeyd olunan göstərişləri icra olunmadan yenidən “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilmişdir. Bu zaman yalnız polis bölməsinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu qeyd edilmiş məktub iş materiallarına əlavə olunmuş, lakin bunu təsdiq edən heç bir mötəbər sübuta iş materiallarında rast gəlinməmişdir. Bundan sonra yalnız Təqsirləndirilən şəxs etirafedici ifadəsi alınmış və yalnız bunun əsasında, başqa heç bir mötəbər sübuta istinad olunmadan təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda Təqsirləndirilən şəxs tərəfindən törədilməsi qeyd olunan əməllərdən Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq cinayətlərinin törədilməsi öz təsdiqini tapmayaraq sübuta yetirilmədiyindən ona elan olunmuş ittihamdan xaric olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X15 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs17 məxsus yaşayış sahələrinə qanunsuz daxil olmaqla oğurluq cinayətini törətməsi öz təsdiqini tapdığından və təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs11 Tofiq qızına məxsus yaşayış sahəsinə daxil olmaya dair epizodu üzrə özünü təqsirli bilməməsinə dair ifadəsi ilə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, ona məxsus pul qabının içərisində 2 dollar olmuş və o, bunu hüquq mühafizə orqanlarında müraciətində qeyd etdirməmişdir, lakin təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı pul qabından həmin 2 dolları götürdüyünü bildirdiyindən evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu düşünür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu epizod üzrə özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, çox epizodlu olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə cinayət işinin ibtidai istintaqı dövründə xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə həmin iş üzrə cəza təyin edərkən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddəti bir günə iki gün hesabı ilə hesablayaraq ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə cəza təyin edilərkən AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərarda “14-cü PŞ-nə gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarış”a əsasən Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə polis şöbəsinə gətirildiyi və istintaq şöbəsinə təhvil verildiyi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə ilə qismən toplamaqla ona qəti cəza təyin edilməli (CM-66.5, 68.1.1-1), Xəzər Rayon Məhkəməsinin hökmü üzrə cəza təyin edilərkən nəzərə alınmış ibtidai istintaqı dövründə həbsdə olduğu iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-nin 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 30 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Azərbaycan Respublikası CPM-nin 132.1.5-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan sarı rəngli siferblatın iç tərəfində “DKNY” yazısı həkk edilmiş 01 ədəd qol saatının, 750 əyyarlı 0,38 qram olan samir rəngli 1 tay sırğanın (qırıntı kimi), sarı rəngli üzərində “585” damğası olan 01 ədəd boyunbağının, 583/585 əyarlı 3.14 qram olan sarı rəngli 1 ədəd qızıl kulonun, 925 əyarlı 4.42 qram olan gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 1 tay sırğanın, üzərində rəngsiz şəffaf qaşları olan gümüşü rəngli 1 ədəd kulonlu boyunbağının, 01 ədəd qırmızı rəngli qolbağın, rəngsiz şəffaf qaşları olan, sarı rəngli 10.88 qram olan 1 cüt sırğanın, gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 925 əyarlı 2.64 qram olan 1 tay gümüş sırğanın, 925 əyarlı 6.32 qram olan gümüşü rəngli 1 ədəd gümüş boyunbağının, 9.25 əyarlı 5.14 qram olan gümüşü rəngli 1 ədəd gümüş qolbağın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Göstərilənlərə əsasən iş üzrə maddi sübut kimi tanınmış, saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş vintaçan xüsusi müsadirə olunmalı və məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bu səbəbdən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 yaşayış sahələrinə qanunsuz daxil olmaqla oğurluq cinayəti törətmiş şəxslərin müəyyən olunması üçün cinayət işi üzrə materiallar hökm qanuni qüvvəyə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-343/2024 saylı, 13 mart 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını həmin cəzanın 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə olduğu müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan sarı rəngli siferblatın iç tərəfində “DKNY” yazısı həkk edilmiş 01 ədəd qol saatının, 750 əyyarlı 0,38 qram olan samir rəngli 1 tay sırğanın (qırıntı kimi), sarı rəngli üzərində “585” damğası olan 01 ədəd boyunbağının, 583/585 əyarlı 3.14 qram olan sarı rəngli 1 ədəd qızıl kulonun, 925 əyarlı 4.42 qram olan gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 1 tay sırğanın, üzərində rəngsiz şəffaf qaşları olan gümüşü rəngli 1 ədəd kulonlu boyunbağının, 01 ədəd qırmızı rəngli qolbağın, rəngsiz şəffaf qaşları olan, sarı rəngli 10.88 qram olan 1 cüt sırğanın, gümüşü rəngli üzərində rəngsiz şəffaf qaşları olan 925 əyarlı 2.64 qram olan 1 tay gümüş sırğanın, 925 əyarlı 6.32 qram olan gümüşü rəngli 1 ədəd gümüş boyunbağının, 9.25 əyarlı 5.14 qram olan gümüşü rəngli 1 ədəd gümüş qolbağın zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş vintaçan xüsusi müsadirə olunsun və məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 240 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-62/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-62/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver