Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-622/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı il ildə Quba rayonunun Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-556/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli, 1 (105)-179/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən barəsində 04 il 03 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Quba rayonunun Atuc kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 08 avqust 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 (iyirmi dörd min iki yüz) manat, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində hesablanmış 12874 (on iki min səkkiz yüz yetmiş dörd) manat faiz məbləği və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 201,22 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsinə dair Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(027)-244/2023-cü il nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-4268/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1 -ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 27 avqust 2024-cü il tarixədək Zərərçəkmiş şəxs 37275,22 manat borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İsgəndərov Ağası ona 65 baş iri buynuzlu heyvanı nisyə alğı-satqı edərək 26000 (iyirmi altı min) manata satmışdır. Alınmış 65 baş iri buynuzlu heyvanın dəyəri olan 26000,00 manat pulun ödənilməsinə dair razılığa gəlmişlər. Ağasıya ilk olaraq həmin məbləğdən 1800 (bir min səkkiz yüz) manat ödəmişdir. Sonuncu ilə aralarında olan razılığığa əsasən qalan məbləğin bir hissəsinin əvəzinə xırda buynuzlu heyvanla əvəzləyəcəyini öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə Ağasıya qoyun verməli, borclu qaldığı halda isə borcun digər hissəsinin iki ay nüddətinə ödəməli imiş. Alınmış 65 baş iri buynuzlu heyvanın 3-nü Maştağa bazarında satmış, 61 ədədini isə Rasim adlı şəxsə satmışdır. 1 ədəd heyvan isə maşınla gətirəndə ölmüşdür. Satdığı heyvanların pulunu Ağasıya ödəmədiyindən sonuncu onun barəsində xx.xx.2016-cı ildə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Zərərçəkmiş şəxs məxsus heyvanları dələduzluq yolu ilə ələ keçirməyi faktına görə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi başlanılmış, xx.xx.2017-ci ildə axtarışda olduğuna görə həbs olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmə əsasən Zərərçəkmiş şəxs məxsus 65 baş heyvandan 10-u və həmin inəklərdən birinin doğduğu 1 ədəd buzovu sonuncuya qaytarmış, 55 baş iribuynuzlu heyvanın dəyəri 24200 (iyirmi dörd min) manat pulu isə Ağasıya qaytarmamışdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə qaydasında ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(027)-244/2023-cü il nömrəli qətnaməsinə əsasən cavabdeh kimi 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 (iyirmi dörd min iki yüz) manat, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində hesablanmış 12874 (on iki min səkkiz yüz yetmiş dörd) manat faiz məbləği alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Bakı şəhəri Sabunçu Rayon icra şöbəsinə icraya yönəldilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qətnamə üzrə borcu vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 500 (beş yüz) manat inzibati qaydada cərimə olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən borcu ödəməyi barədə bildiriş verilmişdir. İcra müddətində Zərərçəkmiş şəxs qətnamə üzrə borcundan 4500 (dörd min beş yüz) manat ödəniş etmişdir. İstintaq dövründə isə 800 manat ödəniş etmişdir. Bundan başqa zərərçəkmiş şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 baş heyvan qaytarılmışdır. Lakin zərərçəkmiş şəxs bunu nəzərə almır. Adına daşınar və daşınmaz əmlak yoxdur. Bakı şəhəri Zabrat qəsəbəsi, R.Nağıyev küçəsində aylıq 200,00 manat ödəməklə ailə üzvləri ilə kirayədə qalır. Qətnamə üzrə borcundan Zərərçəkmiş şəxs ödəniş etməməsi imkanın olmaması ilə bağlı olmuşdur. Onun qətnamənin icrasından qərəzli olaraq yayınmaq niyyəti olmuş olsa idi, 5000 manat pul ödəməzdi. Həmin borcu birdəfəlik ödəməyə maddi imkanı çatmır. Yalnız aybaay hissə-hissə olmaqla ödənişlər edə bilər. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildən iri buynuzlu heyvanların satışı ilə məşğul olduğu vaxtdan tanıyır. Təqsirləndirilən şəxslə özünə məxsus 65 baş iri buynuzlu heyvanın nisyə alğı-satqısına razılığa gəlmişlər. Razılığa əsasən özünə məxsus 65 baş iri buynuzlu heyvanı 26000 (iyirmi altı min) manata Mahir Əliyvə vermiş, sonuncu ilk olaraq həmin məbləğdən 1800 (bir min səkkiz yüz) manat ona nağd olaraq ödəmişdir. Təqsirləndirilən şəxs xx.xx.2015-ci tarixdə aralarında olan razılığa əsasən ona 100 ədəd qoyun verməli və borclu qaldığı halda isə borcun digər hissəsinin iki ay nüddətinə ödyəyəcəyini öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs satdığı heyvanların pulunu ona ödəmədiyindən xx.xx.2016-cı ildə hüquq-mühafizə orqanlarına şikayət etmiş, ona məxsus heyvanları dələduzluq yolu ilə ələ keçirməyi faktına görə X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmış, xx.xx.2017-ci ildə axtarışda olduğundan həbs olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin hökmə əsasən ona məxsus 65 baş heyvandan 10-u və həmin inəklərdən birinin doğduğu 1 ədəd buzovu qaytarmadığından mülki mühakimə qaydasında Təqsirləndirilən şəxs qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-244/2023-cü il nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 (iyirmi dörd min iki yüz) manat, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci ilədək ona ödəməlidir. Bu barədə icra sənədi Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə icraya yönəldilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs ona olan borcundan 4100 (dörd min yüz) manat ödəniş etmişdir. İstintaq dövründə isə 800 manat ödəniş etmişdir. İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada cərimə olunmuşdur. 11 baş heyvan ona qaytarılsa da, onlar hazırki işə daxil edilə bilməz. Quba Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə üzrə müəyyən olunmuş borc ona qaytarılmalıdır. Maddi vəziyyəti cox pisdir. 2015-ci ildə heyvanları satmasının səbəbi qızına ali təhsil vermək olmuşdur. Qızı Bakı Dövlət Universitetini bitimiş, daha sonra isə magistr təhsili almışdır. O, yalnız qızının təhsil haqqını ödəmişdir. Təqsirləndirilən şəxs ona dələduzluq etdiyi üçün o, məcbur olub borc xərcə düşmüşdür. Təqsirləndirilən şəxs qərəzli olaraq ona olan borcunu ödəmir. Onun maddi imkanı var, lakin o, məqsədli şəkildə borcunu ödəmir. Təqsirləndirilən şəxsdən şikayətçidir, pulunun tam şəkildə ödənilməsini, ödəmirsə təqsirləndirilən şəxs barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-244 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 (İyirmi dörm min iki yüz) manat məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində hesablanmış 12874 (on iki min səkkiz yüz yetmiş dörd) manat faiz məbləği alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 201,22 (İki yüz bir manat iyirmi iki qəpik) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilən icra vərəqəsi xx.xx.2023-cü il tarixində Quba Rayon İcra və Probasiya şöbəsindən Sabunçu rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sabunçu rayon icra şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. xx.xx.2023-cü il tarixdə borclu Əliyev X4 rayon icra şöbəsinə gəlmiş və onun izahatı alınmışdır. İzahatında bildirmişdir ki, məhkəmə qərarından məlumatı olmamışdır. Borcun ödənilməsi istiqamətində tələbkarla tez bir zamanda razılığa gələcək. xx.xx.2024-cü il tarixdə tərəflər şöbəyə gəlib. xx.xx.2024-cü ilədək borcun bir hissəsinin ödənilməsi ilə bağlı razılığa gəldiklərini bildirmişlər. Borclu tərəfindən ödənişlər həyata keçirilmədiyi üçün xx.xx.2024-cü il tarixdə borclu Əliyev X4 Rayon icra şöbəsinə təkrarən gəlmişdir və onun izahatı alınıb barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub Sabunçu Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılan dövrdə borclu tərəfindən borcun 2500 (iki min beş yüz) manat təşkil edən bir hissəsi tələbkara ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4268 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(008)-496 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu tərəfindən X3 ümumilikdə 4100 (dörd min yüz) manat ödənilmişdir və borc 33175,22 (otuz üç min bir yüz yetmiş beş manat iyirmi iki qəpik) manatdır. Borclu Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 2(027)-244 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini barəsində inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyini İsintaq idarəsinə təqdimat göndərilmişdir. İstintaq dövründə zərərçəkmiş şəxsə əlavə olaraq 800 manat ödəniş etdiyini zərərçəkmiş şəxsdən öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş böyük icra məmuru Şahid2 Vagit qızı məhkəmə iclasında dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon icra şöbəsində toplanmış material və təqdimat əsasında fakta görə AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Başlanmış cinayət işinə ********* nömrəsi verilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-244/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş və Təqsirləndirilən şəxs 65 baş iri buynuzlu heyvanın dəyərinin ödənilməyən hissəsi 24200 (iyirmi dörd min iki yüz) manat, həmin məbləğin ödənilməsini gecikdirməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsini tətbiq etməklə xx.xx.2015-ci il tarixdən ötən 7 il ərzində hesablanmış 12874 (on iki min səkkiz yüz yetmiş dörd) manat faiz məbləği və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 201,22 manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; İcraata başlamaq haqqında 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, həmin icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir; Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu, xx.xx.1980-ci il təvəllüdlü Quba rayonu, Atuc kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 2(007)-740/18 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsini müəyyən olunmuş müddətdə icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir; 02 iyul 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 borc ödənişi üzrə 2500 manat pul ödənilmişdir. xx.xx.2024-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 borc ödənişi üzrə 1600 manat pul ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Elfaq Nağıyev küçəsində X6 məxsus fərdi yaşayış evində kirayənişin kimi qeydiyyatsız yaşayır. Qeydiyyatsız yaşadığı müddət ərzində şəxs haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli, 1(101 )-556/2017-saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(105)-179/2018 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, CMnin 69.3-cü maddəsinə əsasən barəsində qəti olaraq 04 il 03 ay 22 gün müddətinə azadlıqdan məhrummetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1986-cı il təvəllüdlü X1 adlarında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; Qətimkan tədbiri seçilməsi haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 401 manat pul ödənilmişdir. Polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 400 manat pul ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qismən ödəniş etməsini CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzadan azad edildiyi vaxtdan 02 ildən artıq müddət keçmişdir, yəni az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 il müddət artıq keçmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.), habelə məhkəmə qərarı üzrə müəyyən olunmuş borc məbləğinə dair əvvəllər baxılmış cinayət işi üzrə barəsində ən sərt cəza olan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, hazırki iş üzrə qismən ödəniş etməsi, məhkəmə hökmünə əsasən heyvanların bir hissəsinin zərərçəkmiş şəxsə qaytarılması, maddənin sanksiyasında alternativ cəzaların olması, Konvensiyanın müvafiq maddəsinə əsasən borca görə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsinin yol verilməzliyi nəzərə alınmaqla hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməklə cəzanın məqsədinə çatılması mümkündür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1, yerləşən fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin nəzərinə çatdırır ki, şəxsə cəza təyin edilməsi cinayət məsuliyyətinə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətanməsi ilə müəyyən olunmuş pul məbləğinin ödənilməsindən onu azad etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ünvan 1ndə yerləşən fərdi evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-622/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-622/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver