Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-624/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim – Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli hökmü ilə 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd barabanlı revolver formasında kustar üsulla və 5,6 mm kalibrli patronlarla atəş açmaq üçün hazırlanmış, birbaşa təyinatı olmayan, revolver sistemli, həm yivsiz-odlu, həm də atıcı silahlara xarakterik əlamətləri olan, texniki cəhətdən saz, atəş üçün yararlı, üzərində zavod nişanları və silahın zavod nömrəsini göstərən hərf-rəqəmlər müşahidə olunmayan yivsiz odlu silahı və 10 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən patronları əldə edib özündə saxlayaraq daşımış və gəzdirmiş, 27 mart 2022-ci il tarixdə saat 09:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin inzibati binasına aparılmış, Bölmədə həmin tarixdə saat 11:08-də keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd barabanlı revolver formasında kustar üsulla və 5,6 mm kalibrli patronlarla atəş açmaq üçün hazırlanmış, birbaşa təyinatı olmayan, revolver sistemli, həm yivsiz-odlu, həm də atıcı silahlara xarakterik əlamətləri olan, texniki cəhətdən saz, atəş üçün yararlı, üzərində zavod nişanları və silahın zavod nömrəsini göstərən hərf-rəqəmlər müşahidə olunmayan yivsiz odlu silah onun əynindəki boz rəngli cins şalvarının sağ yan iç tərəfindən, 10 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar onun əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sağ iç kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığındakı gölün kənarında gəzişərkən sellofan paket görmüş, paketi açaraq içərisinə baxdıqda bir ədəd tapança və həmin tapançaya aid on ədəd patron aşkar etmişdir. O, tapdığı tapança və patronları götürərək cibinə qoymuş, sellofan paketi isə tullamışdır. Həmin vaxtdan etibarən silahı patronlarla birlikdə üzərində daşımışdır. 27 mart 2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi, döngə 7 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirərək adını və soyadını soruşmuş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona onlarla birlikdə bölməyə getməyi təklif etmişlər. O, polis əməkdaşlarından Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət edilməsinin səbəbini soruşduğu zaman polis əməkdaşları qanunsuz olaraq oldu silah əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişdir. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə gəlmişdir. Bölmədə barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Polis Bölməsində xidməti otaqlardan birində şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl barəsində şəxsi axtarış və götürmənin aparılması barədə qərarla tanış edilmiş, qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş əşyaların üstündə olub-olmaması, olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarının sağ yan iç tərəfindən bir ədəd tapançanı və əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sağ iç kiçik cibindən 10 ədəd patronları könüllü olaraq çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tapançanı haradan, hansı məqsədlə əldə etdiyini soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq aşkar edilmiş silahı və patronları 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığındakı gölün kənarında gəzişərkən tapdığını, heç bir məqsədi olmadan götürərək üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd tapança, 10 ədəd patronları qablaşdırılaraq götürülmüş və qablaşdırmanın üzəri tərəflərindən imzalanmışdır. Keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmiş və o, digər iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Sabunçu RPİ-nin 15-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı rütbəsi daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sabunçu RPİ-nin 15-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlaması və üstündə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat polis şöbəsinin rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 27 mart 2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi, döngə 7 ünvanının yaxınlığında zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirərək onu Sabunçu RPİ-nin 15-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Sabunçu RPİ-nin 15-ci PB-yə getmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şöbənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis bölməsində üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmetin olduğu təqdirdə təqdim etməsinin təklif edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan iç tərəfindən bir ədəd tapança, əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sağ iç kiçik cibindən 10 ədəd patronu təqdim etmişdir. Təqsirləndirilən şəxs silahı haradan, kimdən və hansı məqsədlə əldə etdiyi soruşulmuş, Təqsirləndirilən şəxs silahı təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının yaxınlığındakı gölün kənarında gəzişərkən taparaq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd silah, 10 ədəd patron qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, keçirilmiş hərəkətlərlə bağlı protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci polis şöbəsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 11-ci vərəqəsində olan 27 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutulma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 33-34-cü vərəqəsində olan 27 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid1 və Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan iç tərəfindən bir ədəd naqan tipli tapança, əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sağ iç kiçik cibindən 10 ədəd patron aşkar edilərək götürülmüşdür. Cinayət işinin 42-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 27 mart 2022-ci il tarixli, 22/261R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın üzərində zavod nişanları və silahın zavod nömrəsini göstərən hərf-rəqəmlər müşahidə olunmur, yoxdur. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-in KTl-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Tədqiqata təqdim edilmiş 10 ədəd 5.6 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinin 70-73-cü vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 4(008)- 255/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 mart 2022-ci il tarixdən hesablanılmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-96-cı vərəqəsində olan Sabunçu Rayon Məhkəməsinin 1(008)- 107/2020 saylı, 01 iyun 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 99-103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 30 aprel 2022-ci il tarixli, 22/340R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd barabanlı revolver formasında kustar üsulu ilə hazırlanmış əşya 5,6 mm kalibrli patronlarla atəş açmaq üçün hazırlanmış yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın üzərində zavod nişanları və silahın zavod nömrəsini göstərən hərfrəqəmlər aşkar edilmədi, yoxdur. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş əşya hər hansı bir dövlətdə zavod üsulu ilə istehsal edilmədiyindən birbaşa təyinatı (xidməti, mülki və döyüş silahları) yoxdur. Həmin əşya 5,6 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, hissə və mexanizmləri (vurucu milin patronun dib hissəsinin kənarına vurması, barabanında patron yerləşdirilən xəzinənin və lüləsinin daxili diametrləri) həmin kalibrli patronlarla atəş açmağa uyğunlaşdırılmış barabanlı revolver formasında kustar üsulla hazırlanmışdır. Tədqiqata təqdim edilmiş barabanlı revolver formasında kustar üsulla hazırlanmış əşyada həm yivsiz-odlu, həm də atıcı silahlara xarakterik əlamətlər var. Cinayət işinin 104-105-ci vərəqəsində olan 16 iyun 2022-ci il tarixli əşyanın maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silah və 7 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 82-83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki sonuncu dəfə, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 18 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2020 saylı, 01 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin 7(008)-180/2022 saylı, xx.xx.2022-ci il saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2020 saylı, 01 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının "8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi, bu Qərarın 5-ci hissəsinə əsasən 01 (bir) il azaldılmışdır. Məhkumun hal-hazırki tarixə çəkilməmiş - 19 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Cinayət işi materiallarında olan AZE seriyalı, 10631259 nömrəli, AZE seriyalı, 10631257 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan azyaşlı övladı var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 27 mart 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2020 saylı, 01 iyun 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 19 (on doqquz) günü hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkи halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silah və 07 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbayjan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanalara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 185, 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-107/2020 saylı, 01 iyun 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 19 (on doqquz) günü cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silah və 07 ədəd zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-624/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-624/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver