Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-624/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-“Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində 29 may 2025-ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1973-cü ildə Ermənistan SSR-də anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində 30 may 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 25 may 2025-ci tarixdə saat 17 radələrində atası Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 4 ünvanında Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman siqnal verərək yol istəməsini bəhanə edərək, həmin ünvanda ictimai yerdə Təqsirləndirilən şəxs2 sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edib onu uca səslə nalayiq ifadələrlə təhqir etməsi və sonuncuya məxsus “Mercedes-Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısına təpik zərbəsi vuraraq maddi ziyan vurması səbəbindən baş vermiş mübahisə zamanı, o, heç bir əsaslı səbəb olmadan hüquqazidd davranışı ilə qonşuluqda yaşayan və həmin yerdə hərəkət edən digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davaranış, əxlaq mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənfeyinə toxunmada ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək Zərərçəkmiş şəxs üstünə hücum çəkib uca səslə nalayiq ifadələrlə sonuncunu təhqir edib qəsdən əlindəki silah qismində istifadə olunan dəmir parçası ilə Zərərçəkmiş şəxs sifətinin sol nahiyyəsinə və bədənin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib ona alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması, sağ yanaq, sol bazu və hər iki said nahiyyələrinin qançırından ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş dərəcəsinə görə az ağır dərəcəli bədən xəsarətləri yetirərək, eləcə də “Mercedes-Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin kapot hissəsinə yumruq zərbələri vuraraq qəsdən zədələməklə bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq edib, qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş, eyni vaxtda həmin yerdə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs üstünə hücum çəkib uca səslə nalayiq ifadələrlə sonuncunu təhqir edib qəsdən əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ nahiyyəsinə vurub ona sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızma, alt dodaq-selikli qişanın və alın nahiyyəsinin qançırından ibarət ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək, eləcə də “Mercedes-Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsinə təpik zərbələri vuraraq qəsdən zədələməklə ümumilikdə 2930 manat məbləğində maddi ziyan vuraraq bir qrup şəxs halında zərər çəkmiş şəxsə zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq törətmişdir. Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 may 2025-ci tarixdə saat 17 radələrində oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 4 ünvanında Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman siqnal verərək yol istəməsini bəhanə edərək, həmin ünvanda ictimai yerdə o, sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edib onu uca səslə nalayiq ifadələrlə təhqir etməsi və sonuncuya məxsus “Mercedes-Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısına təpik zərbəsi vuraraq maddi ziyan vurması səbəbindən baş vermiş mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan hüquqazidd davranışı ilə qonşuluqda yaşayan və həmin yerdə hərəkət edən digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davaranış, əxlaq mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənfeyinə toxunmada ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üstünə hücum çəkib uca səslə nalayiq ifadələrlə sonuncunu təhqir edib qəsdən əlindəki silah qismində istifadə olunan dəmir parçası ilə Zərərçəkmiş şəxs sifətinin sol nahiyyəsinə və bədənin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib ona alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması, sağ yanaq, sol bazu və hər iki said nahiyyələrinin qançırından ibarət ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş dərəcəsinə görə az ağır dərəcəli bədən xəsarətləri yetirərək, eləcə də “Mercedes-Benz GLS 450” markalı **- OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin kapot hissəsinə yumruq zərbələri vuraraq qəsdən zədələməklə bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq edib, qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş, o, isə Zərərçəkmiş şəxs üstünə hücum çəkib uca səslə nalayiq ifadələrlə sonuncunu təhqir edib qəsdən əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ nahiyyəsinə vurub ona sağ 11 kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızma, alt dodaq-selikli qişanın qançırından və alın nahiyyəsinin qançırından ibarət ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, eləcə də “Mercedes-Benz GLS 450” markalı **- OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsinə təpik zərbələri vuraraq qəsdən zədələməklə ümumilikdə 2930 manat məbləğində maddi ziyan vuraraq bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması və əmlakın məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə vaxtı o evdə yatmış, səs-küyə bayıra çıxmışdır, qonşuları Namiqin atası ilə Turanı ayırdığını görmüşdür, o da aralarına girib, ayırmaq istəyəndə ona da alın nahiyəsinə yumruq dəymişdir, onları ayırıb atasını aparmışdır, o sadəcə ayırmışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, o səs-küyə çıxmışdır, Namiqin onları ayırdığını görmüş, tək ayıra bilmədiyinə görə o da ayırmaq üçün getmişdir, ətrafda başqa heçkim olmamışdır, üçü olmuşlar, hava açıq olmuş, saat 6, 7-ə işləmiş olardı, davanın səbəbini soruşmamışdır, dava olduğunu görüb atası şəkər xəstəsi olduğu üçün çəkib qapının ağzına aparmışdır, sakitləşdirmişdir, zərərçəkən də onları tutduracağını deyib, nə olduğunu soruşmağa imkan olmayıb, 2-3 dəqiqə çəkmişdir, o elə fikirləşir ki, zərərçəkən ona görə şikayətçi olub ki, atası ona görə əziyyət çəksin, onun əlində heç bir əşya olmayıb, o yuxudan durub səs-küyə çıxmışdır, istintaq dövründə üzləşdirmə zamanı zərərçəkmiş şəxs onu vurduğunu, onu tutduracağını demiş, dəmir olduğunu deməmişdir, əməliyyat olunacağını bildirmişdir, lakin normal danışmışdır, çənəsi qırılmağı bilinməmişdir, onların bir birini vurmasını görməmişdir, o çıxanda qonşuları Namiqin ayırdığını görmüş, o da aralarına girib ayırmışdır, o özü zərərçəkmiş şəxsə nə özünə, nə də avtomobilinə vurmamışdır, hadisəni başqa heç kim görməmişdir, o, atası, anası və Namiq olmuşlar, o ayıranda gözünün üstündən yumruq dəymişdir, hal-hazırda zərərçəkmiş şəxslə aralarında barışıq var, o, çölə çıxandan təxminən 2-3 dəqiqə sonra mübahisə başa çatmışdır, maşını dayandığı yerdə görmüşdür, üzərində zədənin olub-olmamasını bilməmişdir, o onları ayırmağa çalışan zaman Turanın atdığı zərbə onun üzünə dəymişdir, hadisədən təxminən 20 dəqiqə sonra atasını polis bölməsinə aparıblar, o həmin vaxt məhlədə olmuşdur, ona atasının aparıldığını demişlər, 10 dəqiqə sonra o da özü polis bölməsinə getmişdir, izahat vermişdir, daha sonra bölmədə saxlamışlar, 2 gün bölmədə qalmışdır, həmin müddətdə onu müdafiəçi ilə təmin etməmişlər, 2 gündən sonra onu müstəntiqə təqdim etmişlər, müstəntiq onu şübhəli şəxs kimi tutmuşdur, vəkil ona həmin vaxt da təyin olunmayıb, sonradan təyin olunmuşdur, zərərçəkmiş şəxslə MSY-də olan zaman görüşmüşdür, atasının gözünün üstü şişmişdir, hadisənin səbəbini atasından soruşmuş, atası olduğu kimi ona danışmışdır, siqnal verməsi və atasının ona gözlə həyat yoldaşı maşından düşür deməsi səbəbindən mübahisə baş verib, çöldə səs olanda evlərində eşidilir, qışqırıq, səsküy eşidib çıxmışdır, o çıxanda Namiq ortalarında olmuş, ayırmağa çalışmışdır, tək ayıra bilməyib, o da aralarına girib atasın tutmuşdur ki, kənara çəksin, həmin vaxt Turan yumruq atmışdır, Namiq həmin vaxt Turanı saxlamışdır, o atasını kənara çəkib saxlamışdır, dava yekunlaşmışdır, Turan kənardan onları tutduracağını deməyə davam etmişdir, daha sonra qonşuları Habil gəlib, Turanı aparmışdır, o atasını sakitləşdirib evə aparmış, biraz özü də evdə qaldıqdan sonra məhləyə çıxmışdır, Turan maşınını sürüb aşağı aparmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə 25 may axşam tərəfi saat 6-7 radələrində baş vermişdir, o, həyat yoldaşı və qonşuları Namiq “Mercedes vita” markalı maşında evlərinin həyətinə yaxınlaşarkən qarşıda maşın dayanmışdı, ona görə sürücüsü Namiq maşını yolda saxlamış, o, qabaqdan düşmüşdür, həyat yoldaşı arxa oturacaqda oturmuşdur, düşmüşdür ki qapını açsın həyat yoldaşı da düşsün, yüksək səslə siqnal səsi gəlmişdir, o qapını açmış, sonra keçmişdir arxaya desin ki, “səbrli ol adam düşür, bir dəqiqə gözlə”, yoldaşı maşından düşmüş, Namiq maşını çəkmişdir, arxadakı maşın yanlarından keçəndə maşını saxlamış, onlar həyat yoldaşı ilə həyətə keçirmişlər, hadisə evlərinin qarşısında olub, arxadakı maşını saxlayıb şüşəni endirib soruşmuşdur ki, “mənimləsən?” o da “hə səninləyəm, görürsən ki adam düşür” deyə cavab vermişdir, demişdir ki, “sən bilirsən mən kiməm?” o da bildirmişdir ki, “hər kimsən, sən canı qanımızı qaraltma, get işinlə məşğul ol”, bu söhbətdən sonra maşından düşmüş, mübahisələri başlamışdır, o əli ilə yaxasından tutmuşdur, o da əlini çəkməsini bildirmişdir, Zərərçəkmiş şəxs onu birinci vurmuş, o da Turanı vurandan sonra dava düşmüşdür, sonra qonşuları Namiq aralamışdır, daha sonra Nicat gəlmiş, o da aralaşdırmağa davam etmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, hadisə 25 may tarixində saat 6 7-yə işləmiş ünvan 4 ünvanında evlərinin qarşısında baş vermişdir, onların həyətə girəcək yolda maşın dayanmışdır, sonradan məlum olmuşdur ki, zərərçəkən şəxsin qardaşının maşını olub, darvazanın qarşısında saxlayıb çıxıb getmişdir, onlar 200 metr aralı yaşayır, yolları dikdir, orada maşını saxlayıb getmişdir, onların evi həyət evidir, onlar da içəri girə bilməmişlər deyə saxlamışlar ki düşsünlər, Zərərçəkmiş şəxs əlini siqnala qoymuşdur, dayanmadan siqnal vermişdir, o da demişdir ki, gözləsin düşürlər, həyat yoldaşı arxa oturacaqda əyləşmişdir, o düşmüşdür ki, qapını açsın yoldaşı düşsün, həmin vaxt demişdir ki gözləsin bir dəqiqə düşən var, onlar maşını saxlayıb, o düşüb qapını açana qədər olan müddət ərzində o siqnal vermişdir, maşın yolunda hərəkət hissəsində saxlamışlar, Turanın maşını aralıda idi, vitaya çarpaz saxlamışdı, onlar düşəndən sonra Namiq maşını kənara vermişdir, həmin anda o yoldaşı ilə həyətə keçirmiş, Turan yanlarında saxlamışdır ki, “mənimlə idin?” o da cavab vermişdir ki, “görürsən adam düşür”, ola bilsin ki, əli ilə deməyi ona xoş gəlmiyib, demişdir ki bir dəqiqə gözləsin də, ona qarşı heç bir nalayiq ifadə işlətməmişdir, Turan ona bildirmişdir ki, “sən bilirsən mən kiməm?”, o da ona “hər kimsənsə, get işinlə məşğul ol, qanımızı qaraltma sən canı” demişdir, onu əvvəlcədən tanımamışdır, valideynini tanımışdır, lakin özlərini tanımamışdır, birinci Turan onu vurmuşdur, aralarında mübahisə olmuşdur, maşından düşüb onunla mübahisə eləmişdir, yoldaşı da 1-2 metr aralanmışdı, ona demişdir ki, “sənin kimi min işçim var, sən kimsən ki, mənə belə deyirsən?”, danışa danışa əl ilə sinəsindən vurmuşdur, o da əlini yığışdırmasını bildirmişdir, Nicat həmin an orada olmamışdır, sonradan gəlmişdir, qonşu da maşını çəkib saxlayırmış, o da gəlməmişdir, ikisi üzbəüz olmuşdur, o, Turana “əlini yığışdır” bildirəndə Turan onu yumruqla vurmuşdur, Turan onu vurandan sonra o da Turanı vurmuşdur, sonra Namiq çatmış bir dəqiqə keçməmiş Nicat gəlmiş, onları aralamışlar, Nicat ayırmaq üçün gəlmişdir, Turanı vurmamışdır, Nicat gələndə əlində əşya, predmet yox idi, Nicat onu qucaqlıyıb kənara çəkmişdir bununla da mübahisə yekunlaşmışdır, ətrafda heç kim olmayıb, yoldaşı olub, həmin ərazi məhlə arası küçədir, üzbəüz zavod var, zavodunda hasarı var, qonşu yoxdur, oğlu onu çəkəndən sonra Turan da nəsə danışmış sonra sakitləşmişdir, Turanın avtomobili “Mersedes” markalı avtomobil olmuşdur, oğlu onu çəkəndən sonra Turanın avtomobilinə bir dəfə təpiklə təkərinə vurmuşdur, sonra demişlər ki, təpik həm təkərə dəyib, həm də onun “krilosuna” dəyib, sürücü tərəfdən qabaq təkərinə vurmuşdur, əvvəldən maşında zədə olub-olmadığını görməmişdir, sonradan qonşularla söhbət zamanı bilmişdir ki, Turanın maşını əvvəl vurulub, qapısında sürtülmə olub, oğlu davada iştirak etməyib, zərərçəkmiş şəxsin xəsarətlərinin nədən yarandığını bilmir, hadisədən biraz sonra o 12-ci bölmədə təhqiqatçıya ifadə vermişdir, ora girəndə ona demişlər ki, şəxsin çənəsini sındırmışdır, lakin ifadə verən zaman qapı açıq olmuşdur, Turan içəri girmişdir, o demişdir ki, “bəs deyirlər sənin çənən sınıb?” o aydın şəkildə danışmışdır, hadisənin şahidi Namiq və yoldaşıdır, yoldaşını şahid kimi tanımamışlar, hadisə 2-3 dəqiqə olmuşdur, sonradan Habil gəlib, Turanı aparıb, o idmanla məşğul olmuşdur, boksla 8 il məşğul olmuşdur, 90-91-ci ildə iki dəfə qalib olmuşdur, respublika çempionu olmuşdur, müxtəlif yarışlarda qalib olmuşdur, Turanı həm sağ, həm sol tərəfindən vurmuşdur, hansı xəsarətlər yetirildiyini bilmir, Turanı 2-3 dəfə vurmuşdur, hər ikisi bir birini vurmuşdur, o Turanın üz nahiyəsindən vurub, qarşılıqlı dava olub, ən çox üz nahiyəsindən vurub, Turanın vurduğu xəsarət nəticəsində onun əməliyyatdan təzə çıxmış sol gözü şişmişdir, ekspertə bir həftə sonra getmişdir, demişlər ki heçnə yoxdur, onların evinin qarşısındakı yoldan iki maşın yan yana keçə bilərdi, onların darvazasının qarşısında Turanın qardaşının maşını saxlamışdır, ona görə onlar həyətə girə bilməyib, hərəkət hissədə saxlamışlar ki düşsünlər, “Vita” markalı maşın uzun olduğu üçün yolu kəsmişdir, hadisədən sonra özü zəng edib hadisə törətdiyini polisə məlumat vermişdir, daha sonra ifadə verməyə gedəndə zərərçəkmiş şəxsdə ora gəlmişdir, zərərçəkmiş istintaq dövründə dəmirlə vurulduğunu demişdir, hadisə günü qonaqlıqdan gəlmişdilər, içki qəbul etmişdir, lakin sərxoş olmamışdır, yüngül dərəcəli alkoqol sərxoşluq olduğu rəydə də yazılır, darvazalarının qarşısından 3 metr sonra yoldur, məhlə küçədir, başqa şəxslər olmamışdır, o, həyat yoldaşı və Namiq olmuşdur, birinci Turan sinəsinə əli ilə vuraraq danışanda sonra gözləmədiyi halda yumruqla sifətinin sol hissəsindən vurmuşdur, ondan sonra o Turanı vurmuşdur, qarşılıqlı bir-birinə vurmuşlar, zərərçəkmiş şəxsin zərbələri çox vaxt onu tutmurdu, onun vurduğu zərbələrin təxminən üç-dördü zərərçəkmiş şəxsə dəymiş olar, Namiq araya girmişdir, ondan biraz sonra Nicat gəlib, Nicat yəqinki səsə gəlib, dava anında maşın və ya insanlar gəlməyib, dava yekunlaşandan sonra Habil gəlib, onu kənara çəkmişlər, Turan da kənarda olmuşdur, kənarda danışan zaman Habil gəlib, Nicat onlar bir-birin vurandan sonra gəlmişdir, o, nalayiq ifadələr işlətməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, aralarında münaqişə olmuş Zərərçəkmiş şəxs tanımamış, həmin şəxsin atası Sədrəddini və anasını çoxdan tanıyır, atası Sədrəddini, təxminən 30 ildən çoxdur tanıyır, ancaq həmin şəxsin övladlarını tanımamışdır. Sədrəddinin övladları aradabir atası evinə gəlib-getdikləri üçün demək olar ki, həmin şəxsləri görməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə, təxminən saat 15 radələrində o, çoxdan tanıdığı qonşusu Şahid2 və həyat yoldaşı X4 idarə etdiyi “Mercedes-Benz” markalı, “Vito” modelli avtomobil ilə Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən adını xatırlamadığı restorana Namiqin qardaşı Əliyev Akifin dəvəti ilə qonaq getmişdirlər. Orada bir müddət oturub yeyib-içmişdirlər və o, spirtli içki araq qəbul etmişdir. Daha sonra getdikləri şəxslər, yəni o, Namiq və həyat yoldaşı birlikdə həmin getdikləri Namiqin idarə etdiyi “Mercedes-Benz” markalı, “Vito” modelli avtomobil ilə geri qayıtmışdırlar. Yaşadıqlrı ünvana, yəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi, döngə 4 ünvanına çatanda xx.xx.2025-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin daravazasınm ağzında, ümumi istifadə olunan yolda markasını xatırlamadığı, qara rəng hündür avtomobil dayandığını görmüşdür. Bu zaman qardaşı oğlu Rzayev Samir, qohumu Əlicanov İbrahim onun evinin qapısının ağzında olmuşdurlar. Həmin avtomobil onların əyləşdikləri nəqliyyat vasitəsinin keçməsinə maneçilik törətmişdir. Onlar dayanmışdırlar ki, düşsünlər. O. düşmüş, arxa qapını açmışdır ki, həyat yoldaşı da düşsün. Bu zaman arxadan başqa nəqliyyat vasitəsinin onların arxasında dayanaraq uzun siqnal verdiyini eşitmişdir. Qeyd etmişdir ki, burada vəziyyət belə olmuşdur ki, onların əyləşdikləri avtomobilin qarşısında, yəni onun yaşadığı evin giriş darvazasının qarşısında avtomobil dayanmış, eyni zamanda arxalarında da avtomobil dayanmışdır. Sonradan bildiyinə görə qarşılarında və arxalarında dayanmış avtomobillərin sahibləri qonşusu Sədrəddinin oğul övladları olmuş, ancaq o, həmin şəxslərin qonşusu olan 30 ildən çox tanıdığı Sədrəddinin övladları olduğunu bilməmiş, münaqişənin sonunda bilmiş, çünki münaqişənin sonunda Turangilin anası çıxıb həmin şəxslərin anası olduğunu, onlara niyə, nə səbəbə dalaşdıqlarını və bununla bağlı hamıya heç utanmadıqlarını bildirmişdir. Bir daha qeyd etmişdir ki, o, həmin şəxslərin uzun illərdir tanıdığı qonşusu Sədrəddinin övladları olduğunu bilməmiş, həmin baş vermiş dava-dalaşa qədər də, həmin şəxslər heç vaxt gəlib orada avtomobil saxlamamış, həmin gün təsadüfən həmin şəxslərin hər ikisi oraya gəlmiş və orada avtomobillərini saxlamışdırlar. Məsələyə geri qayıdaraq bildirmişdir ki, onlar dayandıqdan və o, avtomobildən düşdükdən sonra həyat yoldaşının avtomobildən düşməsi üçün avtomobilin arxa qapısını açan zaman həmin arxada dayanıb siqnal verən avtomobilə doğru çönərək nə üçün siqnal verdiyini və nə baş verdiyini soruşmuş və demişdir ki, “əəə 2 dəqiqə gözlə, həyat yoldaşım düşsün”. Bundan sonra Namiq idarə etdiyi avtomobili arxadakı avtomobilə yol vermək üçün qabaqda sol tərəfə doğru sürmüşdür. Bu zaman həmin avtomobili idarə edən, tanımadığı, sonradan qonşusu Sədrəddinin oğlu olduğunu bildiyi Turan adlı şəxs avtomobilini onların, onun və yoldaşının yanma sürüb saxlamış, avtomobilin sol yan şüşəsini yendirib onlardan soruşmuşdur ki, “mənimləsən ?”, o isə, cavabında “hə sənləyəm, sənə deyirəm, 2 dəqiqə gözlə həyat yoldaşım avtomobildən düşür”, həmin şəxs isə, ona əsəbi halda “sən bilirsən mən kiməm ?” deyərək hədə-qorxu gəlmişdir. O isə, həmin şəxsə “sən canı çıx get burdan” demişdir. Daha sonra Turan adlı şəxs qapını açaraq yerə düşmüş, əlini sinəsinə qoyaraq onu hədələməyə başlamış, aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman qonşusu Namiq aralarına keçərək onları ayırmaq istəmiş və ayıb olduğunu bildirmişdir. Namiq aralaşdıran zaman qonşusu Turan əli ilə onun sol üz nahiyyəsinə 1 dəfə yumruq zərbəsi endirmiş, sonra o da, əli ilə həmin şəxsin üz nahiyyəsinə zərbə endirmiş, ancaq onun yumruq zərbəsinin həmin şəxsin sifət nahiyyəsinin hansı hissəsinə dəydiyini dəqiq xatırlamır. Onlar dalaşmış və bir-birilərini vurmuşdurlar. Münaqişə yaşadıqları məhəllədə, onların evinin qarşısında, hər kəsin ümumi hərəkət etdiyi yolda baş verdiyi üçün səs-küyə oğlu Təqsirləndirilən şəxs1 gəlmiş, dava-dalaş zamanı oğlu Nicata da yumruq zərbəsi dəymişdir. Bundan sonra oğlu Nicat və qonşu Namiq onları aralaşdırmış, Turanın anası onlara yaxınlaşaraq ayıb olduğunu bildirmiş, daha sonra hər kəs öz evinə getmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə, təxminən saat 18 radələrində yaşadığı evin qarşısında Bakı şəhəri. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesində ümumi hərəkət üçün nəzərdə tutulmuş yolda baş vermişdir. Hadisənin bir neçə səbəbi var, həmin şəxsin onlara yersiz siqnal verməyi, onun yanında qadın xeylağı ola-ola həmin şəxsin onunla mübahisə etməyi, onu təhqir etməyi və hədə-qorxu gəlməyi olmuşdur. Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə zəng edərək o və oğlu Təqsirləndirilən şəxs1, ümumilikdə 5 nəfər tərəfindən döyüldüyünü bildirmişdir, bu barədə bildirmişdir ki, xeyr, elə bir hal olmayıb, hadisə zamanı Turanı yalnız o vurmuşdur. Zərərçəkmiş şəxs öz izahatında onunla söhbət edən zaman qəfildən oğlu Təqsirləndirilən şəxs1 həmin şəxsin çənə nahiyəsindən vurduğunu bildirmişdir, o, bu barədə qeyd etmişdir ki, Turan yalan danışır, oğlu Nicat həmin şəxsi vurmamış, həmin şəxsi yalnız o vurmuş, oğlu Nicat yalnız onları aralaşdırmışdır. Aralarında münaqişə, təxminən 5-6 dəqiqə ərzində baş vermişdir. Baş vermiş dava-dalaş zaman onun və ya oğlu Təqsirləndirilən şəxs1 əlində əlində heç bir əşya, soyuq silah və hər hansısa bir soyuq silah qismində istifadə edə biləcəkləri bir şey olmamışdır. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onu vurarkən əlində dəmir parçası olmuşdur, bu barədə bildirmişdir ki, xeyr, yalandır, şər və böhtandır, bir daha qeyd etmişdir ki, hadisə zamanı onun və oğlu Nicatın əlində heç bir dəmir parçası və ya hər hansısa bir əşya olmamışdır. Həmin vaxt o, içkili olmuş, spirtli içki qəbul etmişdir. Baş vermiş hadisə zamanı orada o, qonşusu Namiq, oğlu Təqsirləndirilən şəxs1, münaqişə etdiyi şəxs olan Turan, qardaşı oğlu Rzayev Samir, qohumu Əlicanov İbrahim olmuş, hadisədən sonra qonşusu Habil də onun evinə gəlmişdir. Aralarında mübahisə və münaqişə baş vermiş Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir dava-dalaş və ya münaqişə olmamış, həmin şəxsi əvvəllər heç tanımamış, ilk dəfə idi görmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə Sabunçu rayonunda onun valideynlərinin yaşadığı ünvanda baş vermişdir, o, ora maşınla gəlmiş, məhləyə çatanda qarşıdakı maşın yolu kəsmişdir, o, bir neçə saniyə gözləmiş, siqnal vermişdir ki, görsünlər ki o gözləyir, ondan sonra maşın qabağa vermiş, Teymurun maşının arxasından çıxıb ona nəsə dediyini görmüş, lakin nə dediyini başa düşməmişdir, yaxınlaşıb pəncərəni endirəndə ona qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür, ondan sonra onun tərəfinə gəlmiş, nalayiq ifadələrlə onu alçatmağa davam etmişdir, həmin vaxt o, nə dediyini araşdırmaq üçün maşından düşmüşdür, bu zaman mübahisə başlamış, Təqsirləndirilən şəxs2 maşına təpik vurmuşdur, adam çoxalmış, Təqsirləndirilən şəxs1 evdən gəlmiş, gəlib yanlarında durmuş, görmədiyi vəziyyətdə ona yumruq atmışdır, sonra Təqsirləndirilən şəxs2 ona yumruq atmışdır. Təqsirləndirilən şəxs1 birinci onu vurmuş zərbənin təsirindən şoka düşmüş, başı dumanlanmışdır, daha sonra Təqsirləndirilən şəxs2 onu vurmuş və beləliklə hər ikisi də onu vurmağa başlamışdır. Hər ikisi onu yumruqla vurmuş, Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası olmamışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan ödənilmiş, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsləri əvvəlcədən tanımamışdır, hadisə günü görmüşdür, hadisənin tarixi yadında deyil, günorta saatları olmuşdur, Sabunçu rayonu İlyas Aslanov küçəsində olmuşdur, onun idarə etdiyi avtomobil “Mercedes GLS” markalı olmuşdur, önündəki avtomobil yolu kəsmişdi, ona görə yüngül siqnal vermişdir ki, gözlədiyini görsünlər, qarşıdakı furqon avtobus tipli avtomobil düz yolu kəsmişdi, ondan arxada maşınlar olmasını xatırlamır, o siqnal verdikdən sonra onu görmüş maşını kənara vermişlər, nəyə görə dayandıqlarını bilmir, qabağa verəndən sonra arxadan Teymur düşmüş və nəsə demişdir, o yaxınlaşmışdır ki, görsün nə deyir onu təhqir etdiyini eşitmişdir, Teymur onu təhqir edə-edə pəncərəyə kimi yaxınlaşmışdır, o da düşmüşdür ki, niyə onu təhqir edir, mübahisə böyümüşdür, o Teymuru təhqir etməmişdir, gözləmədiyi halda Teymur onu təhqir etmişdir, əlbəyaxa olmamışdır, 5-6 nəfər ətrafda adamlar yığışmışdı, kimsə Nicatı çağırmış, ondan sonra gəlmişdir, mübahisə 3-4 dəqiqə davam etdikdən sonra Nicat gəlmişdir, Nicat gələnə kimi əl ilə fiziki zor olmuşdur, amma yumruq vurulmamışdır, qonşular ayırmağa çalışmışdır, Nicat gəldikdən sonra yan tərəfdə durmuş, bir anda yan tərəfdən yumruq dəydiyini hiss etmişdir, Nicatdan təhqir eşitməmişdir, yumruq sol tərəfdən çənəsindən dəymişdir, Nicatın vurduğunu görmüşdür, yumruqdan sonra Teymur da onunla üzbəüz dayanmışdı, o da ona bir dəfə yumruq vurmuşdur, gözləmədiyi halda yumruq dəydiyindən şoka düşmüş, başı dumanlanmışdır, onları vurub-vurmadığını xatırlamır, Teymur maşına təpiklə vurmuşdur, hadisə ümumlikdə 10-15 dəqiqə davam etmişdir, çənəsi və dişləri qırılmışdır, Nicat sol tərəfdən bir yumruq, Teymur sağ tərəfdən bir yumruq vurmuş, iki zərbədən sonra şoka düşmüşdür, qonşu Habil gəlmiş, ayırmışlar, əllərində nəyinsə olduğunu görməmişdir, avtomobilə ümumlikdə 2000- 3000 manat ziyan dəymişdir, hadisənin görüntüsü yoxdur, sonradan bilmişdir ki, Teymur sərxoşdur, aralarında barışıq əldə olunub, şikayət və tələbi yoxdur, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini oxuyub imzalamışdır, yan tərəfdə maşın olmuş, yol dar olmuşdur, avtomobilinin sol qapısında zədə əvvəllər olmuşdur, balaca olmuşdur, vurandan sonra əziklər olmuşdur, təhqirlərə görə maşından düşmüşdür, səbəbini soruşmuşdur, Teymur yenə təhqirlərə davam etmişdir, yalnız onu təhqir etmişdir, o da onunla mübahisə etməyə başlamış, sonra yumruq vurmağa başlamışdır, ona kimi yumruq vurmamışdı, ona əşyalarla vurmayıblar, ətrafda qonşular olmuş, onları ayırmışlar. Onun bədənində olan alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması, sağ yanaq, sol bazu və hər iki said nahiyyələrinin qançırı xəsarətlərini adını sonradan bildiyi və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1, sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızma, alt dodaq-selikli qişanın qançırı, alın nahiyyəsinin qançırı xəsarətlərini Təqsirləndirilən şəxs2 yetirmişdir. Zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyyət olduğundan məhkəməyədək icraat zamanı ifadəsi elan olunmuş və həmin ifadəsində göstərmişdir ki, 25 may 2025-ci il tarixdə saat 17 radələrində atasının yaşadığı ünvana getmək üçün ünvan 7ə məxsus olan “Mercedes-Benz” markalı, “GLS” modelli, **-OP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman ondan qarşıda “Mercedes-Benz” markalı, “Vito” modelli avtomobil yolun hərəkət hissəsini kəsərək dayanmışdır. O, təxminən 2-3 dəqiqə gözlədikdən sonra həmin avtomobilin hərəkət etməsi üçün siqnal vermişdir. Bu zaman həmin “Mercedes-Benz” markalı, “Vito” modelli avtomobilin qabaq sağ sərnişin hissəsində əyləşmiş şəxs avtomobildən düşərək onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, həmin şəxsin onu söyməyinə inanmadığı üçün idarə etdiyi avtomobilin şüşəsini endirərək söyüşlərin kimin ünvanına olmasını soruşmuş, bu zaman həmin şəxs onun idarə etdiyi avtomobilin onun tərəfdən şüşəsinə yaxınlaşaraq yenidən onu təhqir etmiş və bayaqki söyüşlərin də onun ünvanıma söyüldüyünü təsdiq etmişdir. Həmin şəxsin onu vuracağını hiss etdiyi üçün avtomobilin qapısını açaraq avtomobildən yerə düşmüşdür. O, avtomobilin qapısını açan zaman adının sonradan Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs ona məxsus avtomobilin qabaq sol qapısına təpik zərbəsi vurmuşdur. Zərbənin təsirindən ona məxsus avtomobilin qapısında əzik yarandığı üçün o, bunun səbəbini həmin şəxsdən soruşmuşdur. O, Təqsirləndirilən şəxs2lə söhbət edən zaman həmin şəxsin ona qarşı nalayiq ifadələr işlətməsindən və ona məxsus avtomobilə təpiklə zərbə vurmasından sonra həmin şəxsə yaxınlaşaraq söhbət edən zaman həmin şəxsin içkili olduğunu başa düşmüş və oradan uzaqlaşaraq getmək istəmişdir. O, Teymurla söhbət edən zaman həmin şəxs uca səslə nalayiq ifadələr işlədiyi və qışqırdığı üçün səs küyə qonşular və yaxınlıqda yerləşən “Socar”ın işçiləri gəlmişdir. Bundan başqa mübahisə avtomobil yolunda olduğu üçün həmin yolda hərəkət dayanmış və onun idarə etdiyi avtomobilin arxasında tanımadığı avtomobil dayanmışdır. O, Təqsirləndirilən şəxs2 içkili olduğunu başa düşdükdən sonra oradan uzaqlaşaraq çıxıb getmək istəmişdir. Bu zaman o, həmin şəxslə üzbəüz dayanıb ona içkili olduğunu demiş və daha sonra söhbət etməyi təklif etmişdir. Bu zaman həmin şəxsin oğlu Təqsirləndirilən şəxs1 yaşadığı evdən çıxaraq əlində olan dəmir parçası ilə onun sifətinin sol hissəsindən çənə nahiyyəsindən vurmuş və onu yenidən təkrar vurmaq istəyən zaman sol qolunu qabağa vermiş və sol qolundan xəsarət almışdır. Zərbənin təsirindən onun başı gicəllənmiş və yıxılmaq istiyən zaman Təqsirləndirilən şəxs2 onun sifətinin sağ nahiyyəsindən sol əli ilə yumuruqla vurmuşdur. Bu zaman səs-küyə yığlışmış qonşular onları aralaşdırmışdırlar və o, həmin şəxslərin əlindən kənara çəkilən zaman həmin şəxsin oğlu Təqsirləndirilən şəxs1 yumuruqla ona məxsus avtomobilin kapotuna yumuruq vuraraq əzmiş və oğlu da onu nalayiq ifadələrlə təhqir etmiş və onu öldürəcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs2 onun avtomobilinin üzərinə gedərək qabaq sol qanadına təpiklə zərbə vuraraq avtomobilini yenidən əzmişdir. Təqsirləndirilən şəxs2 və oğlu Nicat onun üzərinə yenidən cumaraq vurmaq istəsələr də, hadisə yerinə yığlışan qonşular və tanımadığı şəxslər həmin şəxsləri aralaşdıraraq aparmışdırlar və o, avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O, atasının yaşadığı mənzilə getmiş və həmin şəxslər də, onun arxasınca gələrək ona yenidən hücum etmək istəmişdirlər, lakin o evə girdiy üçün və qardaşı Orxan qapıya çıxdığı üçün həmin şəxsləri qonşular uzaqlaşdıraraq aparmışdırlar. Baş vermiş hadisə zamanı həmin şəxslər onun avtomobilini əzmələri nəticəsində avtomobilinə 2930 manat maddi ziyan dəymişdir. Hadisə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesiııdə baş vermişdir. Aralarında dava-dalaş, təxminən 10-15 dəqiqə baş vermişdir. Hadisə zamanı orada onu döyərək xəsarət yetirən adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2, oğlu Təqsirləndirilən şəxs1, səs-küyə yığlışan qonşular, eləcə də yaxınlıqda olan “Socar”-ın işçiləri, və yol dayandığı üçün yoldan keçən tanımadığı 5-6 nəfər şəxs olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun bədənində alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması, sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızma və alt dodaq-selikli qişanın qançırı, alın, sağ yanaq, sol bazu və hər iki said nahiyyələrinin qançırı xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlərdən hansını ona kimin yetirməsi barədə bildirmişdir ki, onun bədənində olan alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması, sağ yanaq, sol bazu və hər iki said nahiyyələrinin qançırı xəsarətlərini adını sonradan bildiyi və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1, sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızma, alt dodaq-selikli qişanın qançırı, alın nahiyyəsinin qançırı xəsarətlərini Təqsirləndirilən şəxs2 yetirmiş, həmin şəxslərin yanında olan 19-20 yaşlarında cavan oğlan onu təhqir etmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, zərbənin təsirindən şoka düşdüyündən, başı dumanlandığından, dəmirlə vurulması kimi hiss etmiş, sonradan araşdırmış və başa düşmüşdür ki, yumruqla vurulanda dəmir effekti verirmiş, həmin vaxt elə bilmişdir ki, dəmirlə vurulub, qarışıqlıq olmuş, o elə güman etmişdir, lakin Nicatın əlində dəmir görməmişdir. Əvvəlki ifadələrində dəmir olmasını qeyd etsə də, bunu zərbənin təsirinin sarsıdıcı olması ilə bağlı demişdir. Bir daha qeyd etmişdir ki, hadisə vaxtı Nicatın əlində hər hansı dəmir parçası görməmişdir. Hadisə məhkəmə iclasında dediyi kimi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid1 ifadəsində göstərdi ki, hadisə günü o yaxınlaşanda artıq mübahisə yekunlaşmışdır, sakit, səmimi söhbətlər olmuşdur, mübahisəyə səbəb anlaşılmazlıq olub, danışılıb aydınlaşdırılıb, barışıq əldə olunub, hər kəs öz evinə getmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, tarix dəqiq yadında deyil, dörd ay bundan qabaq olub, günortadan sonra olub, o gələndə Teymur, Nicat, Namiq, Turan və xanım orada olub, o gələn zaman onların öz aralarında sözlə mübahisəsi olub, kiminsə kiməsə əl qaldırması olmayıb, o gələndə münaqişə olmayıb, Namiqin yolda maşın saxlamağına Turanın keçə bilməməsinə görə mübahisələri düşüb, başqa kimsə olmayıb, sadaladığı şəxslər olub, sonra mübahisə sakitləşib hərə öz evinə getmişdir, nalayiq ifadələr işlədilməmişdir, Sabunçu rayonu Şəhər şossesi döngə 4 ünvanında, Teymurun evinin qarşısında baş verib, Turanın maşının əvvəl görmüşdür, maşınında zədəni görməmişdir, Turanın üzündə, bədənində xəsarət görməmişdir, mübahisənin səbəbini sonradan maraqlanmamışdır, gəlib ayıbdır qonşusunuz deyib ayırmışdır, o gələn zaman söhbət olmuşdur, bir birlərinə “Sənin sözün mənə pis gəldi, mənim sözüm sənə pis gəldi” demişlər, heç birinin əlində əşya, dəmir və ya taxta görməmişdir, Turanın danışığında hər hansı çətinlik hiss etməmişdir, səhhətində hər hansı narahatlıq hiss etməmişdir, Turan Nicatın onu vurduğunu deməmişdir, səs-küy çox olsa idi Socarın işçiləri onu eşidə bilərdilər, yüksək səslə danışıq olmamışdır, kiminsə vurmasını və ya maşına xəsarət yetirməsini nə görməmiş, nə də eşitməmişdir, o ora çatdıqdan sonra sözlə mübahisə təxminən 10 dəqiqə davam etmişdir, Magistral yoldan döngə var, bir az irəlidə Socarın idarəsi var, bir az da aşağı keçəndə Teymurun evidir, böyük ərazidir, maşınlar saxlayır, ətrafda başqa kiminsə olmasını ya o yoldan istifadə etməsini və ya tamaşa etdiyini görməmişdir, mübahisə maşın saxlamağa görə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid2 ifadəsində göstərdi ki, hadisə günü axşam saat 6-7 radələrində Teymur, həyat yoldaşı və o məclisdən qayıtmışlar, o, Vita Mercedes markalı maşını sürmüşdür, onlar evin qarşısına çatanda qapının ağzında maşın saxladığını görmüşlər, onlar məcbur olub həmin maşının arxasında saxlamışlar, bu səbəbdən yolu bağlamışlar, maşını saxlamışlar, Teymur düşüb arxa qapını açmışdır ki yoldaşı maşından düşsün, həmin vaxt arxada cip markalı maşın siqnal vermişdir, Teymur demişdir ki gözləsin düşən var, Teymurun yoldaşı düşdükdən sonra o maşını irəli vermişdir ki, arxadan gələn maşın keçsin, o irəli verdikdən sonra arxadan gələn maşın irəli keçib saxlamışdır, o isə maşını elə saxlamışdır ki maşından düşə bilməmişdir, o biri maşına lap yaxın saxlamışdır ki arxadakı maşın keçə bilsin, bu zaman isə maşının qapısını açmaq mümkün olmamışdır, o maşını irəli verib düşənə kimi mübahisə başlamışdır, o araya girmişdir, o araya girən zaman Turan yumruq atmış onun ardınca Teymur yumruq atmışdır, ondan sonra o, onları ayırmışdır, həmin müddətdə də Nicat səsi eşidib çölə çıxmışdır, o da onları ayırmışdır. Verilmiş suallara cavabında bildirmişdir ki, iki dəfə ard-arda siqnal vermişdir, avtomobil yolun hərəkət hissəsində olmuşdur, arxadakı maşın siqnal verən zaman Teymur maşından düşmüşdür, əgər o görürdüsə maşından düşən var siqnal verməkdə haqlı deyildi, o maşını irəli verib saxladıqdan sonra Turanın keçib maşını saxladığını görmüş, mübahisə olacağını düşünmüşdür, lakin maşından düşə bilmədiyinə görə maşını birazda irəli verib maşından düşmüşdür, həmin vaxt təxmini üç-dörd dəqiqə çəkmişdir, mübahisə başlayan zaman o aralarına girmişdir ki, icazə verməsin, həmin vaxt Turan yumruq atmışdır, birinci yumruğu Turan atmışdır, onun başa düşdüyünə əsasən Teymur Turana “ə, imkan ver də maşından düşən var” demiş, Turanda ona “sən kimə ə deyirsən” demişdir, mübahisə bu səbəbdən başlamışdır, o çatana kimi sözlü mübahisə olmuşdur, o araya girən zaman mübahisə böyümüşdür, həmin vaxt Turan onun başının üstündən yumruq atmışdır, daha sonra Teymur ona yumruq vurmuşdur, mübahisə qısa müddət çəkmişdir, ondan sonra mübahisə uzun çəkməmişdir, o Turanın qarşısında durmuşdur ki, onları ayırsın, Teymurun yoldaşı orada olmuşdur, daha sonra Nicat gəlmişdir, anası Nicata demişdir ki, atası dalaşır qoymasın, o Nicatın atasını tutub, onları ayırdığını görmüşdür, Nicat Turanı vurmamışdır, Turanın maşınının qabaq qapısında əzik olmuşdur, amma Teymur da qabaq kırloya ayağı ilə zərbə yetirib, lakin batıq, əzik olmamışdır sadəcə ayaqqabısının izi qalmışdır, maşının qarşısındakı əzik əvvəldən olan əzik olmuşdur, Nicatın əlində heç bir əşya olmamışdır, onun zərərçəkmiş şəxslə heç bir ədavət və düşmənçiliyi olmayıb, Nicatın hadisəyə müdaxiləsi sadəcə anası ona atasını tutmasını dedikdən sonra atasını aparmasından ibarət olmuşdur, Nicat Turanı vurmayıb, mübahisə qısa müddət çəkmişdir, sadəcə mübahisədən sonra zərərçəkmiş şəxsin qardaşları gəlib nə olduğunu necə olduğunu soruşmuşdur, Turanın “səni belə vuraram, elə edərəm” sözlərindən başqa hədəsini eşitməmişdir, Turan maşını irəli verib saxlayandan sonra Teymur ona tərəf gəlmişdir, həmin vaxt Teymur yoldaşı ilə evə tərəf getmişdir, Turan maşını saxlayandan sonra o da pəncərəni açmışdır, o zaman eşitmişdir ki, Turan Teymura deyir ki “sən kimə ə deyirsən”, sonra Teymura yaxınlaşmışdır, sözlü mübahisə başlamışdır, Turan “sən bilirsən mən kiməm” Teymurda “hər kim olursan ol” kimi mübahisə olmuşdur, ayıran zaman bilməyərəkdən ona da zərbə dəyib, o üzü Turana tərəf olub, onu tutmağa çalışıb, Turanın yumruğunun Teymura dəydiyini də görməmişdir, Turanın ikinci yumruğu ona dəymişdir sonra dərhal üzr istəmişdir, mübahisə 2-3 dəqiqə çəkmişdir, ətrafda heçkim olmamışdır, İradə xanımla Nicat Teymuru aparmışlar, o da Turanın yanında olmuşdur, mübahisə bitəndən sonra Habil gəlmişdir, yüksək səslər olmamışdır, nalayiq ifadələr işlədilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxs Rzayeva İradə Xantəmir qızı ifadəsində göstərdi ki, 25 may tarixində həyat yoldaşı ilə evə qayıdan zaman qapılarının ağzında maşın dayanmışdır, ona görə onlar maşınlarını tam qapıya sürə bilməmişlər, maşını orada saxlamışlar, maşınları vitadır, onlar düşən zaman yoldaşı ön hissədən düşmüş qapını açmışdır ki, o düşsün, arxadan maşın dayanmadan siqnal vermişdir, yoldaşı qapını açmış arxa tərəfə keçib demişdir ki “bir dəqiqə gözlə adam düşür”, qayıdıb onu düşürmüş və evə doğru addımlamışlar, sonra maşına yol verildi ki keçsin, maşın keçməmiş saxlamış, yoldaşına nəsə demişdir, yoldaşı da onunla danışan zaman aralarında mübahisə yaranmışdır, sonra bir-birilərinə yumruq zərbəsi vurmuşlar, Namiq gəlmiş araya girmişdir, daha sonra oğlu Nicat qapıdan çıxmışdır, o oğluna gedib atasını gətirməsini demişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, maşını Namiq sürmüşdür, Namiq ona yol vermişdir, o maşın isə keçib saxlamış yoldaşına demişdir ki “mənimlə idiniz, mənə ə deyə müraciət elədiniz?” yoldaşı da deyib ki, “hə deyirdim ki, gözlə ailəmi düşürürəm”, sonra maşından düşüb yoldaşı ilə mübahisə etmişdir, birinci qarşı tərəf yoldaşını yumruqla vurmuşdur, yoldaşı da ona vurmuşdur, həmin vaxt orada, o, yoldaşı, Namiq və Turan olmuşdur, başqa heç kim olmamışdır, həmin vaxt o 1-2 metr aralıda olmuşdur, orada 1-2 dəqiqəlik mübahisə olmuşdur, oğlu gəldikdən sonra kimisə vurmamışdır, oğlu qapıdan çıxanda o ona bildirmişdir ki, gedib atasını götürüb gəlsin, oğlunu kimsə vurmayıb, Turan yoldaşına “siz bilirsiniz mən kiməm?” kimi sözlər demişdir, yoldaşı da “hər kimsiniz, ailəmi maşından düşürürəm” demişdir, mübahisə ondan sonra yaranmışdır, oğlu sadəcə yoldaşını qolundan tutub çəkmişdir ki, evə getsinlər, zərərçəkmiş şəxsin avtomobilini xatırlamır, onda hər hansı zədə görməmişdir, yoldaşı avtomobilə bir dəfə təpik vurmuşdur, oğlu çıxan zaman onlar artıq bir-birinə yumruq vurmuşdu, Namiq onları ayırmışdı, oğlu zərərçəkmiş şəxsi vurmamışdır, zərərçəkmiş şəxs orada bildirmişdir ki, “görərsiniz, mən də oğlunuzdan şikayət edəcəm ki, biraz əziyyət çəkəsiniz”, əvvəlcədən ədavətləri olmamışdır, sadəcə həmin mübahisəyə görə elə deyib, həmin gün qonaq gedib qayıtmışlar, yoldaşı içmişdir amma sərxoş olmamışdır, yoldaşının sifətindən yumruq dəymişdir, zərərçəkmiş şəxsin görünən xəsarəti olmamışdır, çöldə səs olan zaman onların evində eşidilir, adi danışıq eşidilir, yay vaxtı pəncərə açıq olduğuna görə oğlu səsləri eşidib gəlmişdir, zərərçəkmiş şəxs orada xəsarətləri ilə bağlı heçnə deməmişdir, ayrılandan sonra hərə öz yoluna getmiş, sonradan anası qardaşı gəlmişdir, lakin onda artıq mübahisə yox idi sakitlik idi, biraz keçdikdən sonra polis gəlmişdir ki, şikayətçidilər, kiminsə əlində dəmir və ya başqa alət olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata götürmək haqqında 27 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir(i.v 1- 2). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi döngə 4-də fərdi evin qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.6-10). 1/5063 saylı 25 may 2025-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sərxoşluq müayinəsindən 25 may 2025-ci il tarixdə saat 23.05-də keçmiş, Təqsirləndirilən şəxs2 yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir(i.v.18); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1113 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması; sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızına və alt dodaq-selikli qişanın qançırı; alın, sağ yanaq, sol bazu və hər iki said nahiyələrinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya; sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızına və alt dodaq-selikli qişanın qançırı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; alın, sağ yanaq, sol bazu və hər iki said nahiyələrinin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir(i.v.24-26). Zərərçəkmiş şəxs kimi tanınma haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.34). "xxxx" MMC-nin 28 may 2025-ci il tarixli 34 nömrəli qiymətləndirmə aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “Mercedes-Benz” markalı “GLS” modelli avtomobilə 2930 manat məbləğində maddi ziyan dəymişdir(i.v.45). “nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “Mercedes- Benz” markalı “GLS” modelli avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq kapotu, qabaq sol qanad və qabaq sol qapısında əziklər və ayaq izləri aşkar edilmişdir(i.v.46-51). “hadisə yerinə baxış keçirilməsi haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesi döngə 4 ünvanına baxış keçirilmiş, hadisə yerinin ictimai yer olmaqla ümumi istifadədə olan yol, insanların və maşınların sıx hərəkət etdiyi ərazi olduğu, yaxınlıqda X6 Stansiyası və hadisə yeri ilə üzbəüz zavod yerləşdiyi üçün insanların sıx hərəkət etdiyi yer olduğu müəyyən edilmişdir, Təqsirləndirilən şəxs2 dava-dalaş baş verdiyi yeri göstərmiş və həmin yer avtomobillərin hərəkət etməsi üçün nəzərdə tutulmuş yol olduğu müəyyən edilmişdir, hadisə yerinə baxış zamanı ətrafda çoxlu sayda fərdi həyət evlərinin olduğu müəyyən edilmişdir(i.v.52-55). 27 may 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 27 may 2025-ci il tarix saat 21:00-da tutulmuşdur(i.v.65). 28 may 2025-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 28 may 2025-ci il tarix saat 16:30-da tutulmuşdur(i.v.84). 28 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilən üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı onlar ifadələrini təsdiq etməklə birbirilərinə qarşı bir daha bildirmişlər(i.v.93-97). 28 may 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilən üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı onlar ifadələrini təsdiq etmişlər (i.v.98- 102). “Cinayət işinin tövsif edilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.2.1-ci maddələrindən həmin Məcəllənin CM-nin 127.2.3 və 221.3-cü maddələrinə tövsif olunmuşdur(i.v.103-104). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.116-118). “vəsatətin rədd edilməsi barədə” 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27 may 2025-ci il tarixli 1113 saylı rəyi ilə tanış olan yazdığı qeydləri vəsatət kimi qəbul olunmuş və iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir(i.v.135-136). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-257/2025 saylı, 29 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 27 may 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.144-150). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.154-155). “vəsatətin rədd edilməsi barədə” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmiş, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi və iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27 may 2025-ci il tarixli 1113 saylı rəyi ilə tanış olan yazdığı qeydləri vəsatət kimi qəbul olunmuş və iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir(i.v.176-177). “vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir(i.v.181-182). “qətimkan tədbiri seçilməsi barədə” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.183-185). xx.xx.2025-ci il tarixli 49/2-20983-2025 saylı əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi dəmir parçasının və hadisə şahidlərinin olduğu yer müəyyən edilməsi və istintaqa təqdim edilməsi məqsədi ilə göstəriş verilmişdir(i.v 187-188). Sabunçu RPİ-nin 12-ci Poliş Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi dəmir parçasının və hadisə şahidlərinin müəyyən etmək mümkün olmamışdır(i.v 218). Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 4(008)-257/2025 saylı, 29 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır(i.v 212-217). Azərbaycan Respublikasının DİN Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin 17 iyun 2025-ci il tarixli əməliyyat məktubuna cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 iş üzrə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi dəmir parçasını və hadisə şahidlərini müəyyən etmək mümkün olmamışdır(i.v.218). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1160 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə qərarda göstərilənləri nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, onun bədənində xəsarət aşkar olunmadı(i.v.230-232). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1168 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, onun bədənində xəsarət aşkar edilmədi(i.v.233-235). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.236); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.237); Təqdim edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır(i.v 174-175). Sübutların qiymətləndirilməsi barədə 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin, şahid ifadələri, üzləşdirmə protokolları, üzləşdirmə və hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri sübut növü kimi qəbul edilmiş, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığı üçün onlar barəsində həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanması rədd edilmiş, baş vermiş hadisə zamanı hadisə yerində olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.238-248). “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir(i.v.268-270). “vəsatətin rədd edilməsi barədə” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etməsi, özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsi, rəydə yazdıqları vəsatət kimi qəbul olunmuş və iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir(i.v.284-285). “vəsatətin rədd edilməsi barədə” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 03 iyun 2025-ci il tarixli 1168 saylı rəyi ilə tanış olan zaman yazdığı qeydləri vəsatət kimi qəbul olunmuş və iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir(i.v.287-288). “vəsatətin rədd edilməsi barədə” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində təqsiri sübuta yetmədiyi üçün cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi vəsatəti iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir(i.v.305-306). “vəsatətin rədd edilməsi barədə” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində təqsiri sübuta yetmədiyi üçün cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi vəsatəti iş materialları ilə təkzib edildiyindən, əsassız olduğu üçün rədd edilmişdir(i.v.309-310). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-391/2025 saylı, 23 avqust 2025ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilərək, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddəti 20 gün, yəni 16 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-624/2025 saylı, 10 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-624/2025 saylı, 03 oktyabr 2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmişdir. Təqdim edilmiş sənədlərdən, diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs2 o uzun müddət boks idman növü ilə məğul olmuş və bir neçə dəfə yarışlarda qalib gəldiyi üçün diplomlarla təltif edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, aparılan araşdırmaya xitam verilməsini xahiş etmiş və gələcəkdə də hər hansı şikayət, tələbi və iddiası olmayacaqdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi hissəsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməklə ona CM-nin 127.2.3-cü və 221.2.1-ci maddələrinin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə əməl o halda tövsif edilir ki, xuliqanlıq hərəkətləri silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinəəsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Qanunun yuxarıda qeyd edilən normalarına əsasən şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün onun xuliqanlıq hərəkətlərini silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmalıdır. Məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə məhkəmə hesab edir ki, bununla bağlı təqdim edilmiş sübutlara qiymət verilməsi zəruridir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdən çıxaraq əlində olan dəmir parçası ilə onun sifətinin sol hissəsindən çənə nahiyyəsindən vurmuş və onu yenidən təkrar vurmaq istəyən zaman sol qolunu qabağa vermiş və sol qolundan xəsarət almışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında olan ifadəsində Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir olmadığını, Nicatın onu atası ilə birlikdə yumruqları ilə vurduğunu qeyd etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxsin ifadələri yalnız qeyd edilən hissədə ziddiyyət təşkil etmiş və ifadələrinin qalan hissələri arasında ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxsin ifadələri arasında ziddiyyət olduğundan ifadəsi alındıqdan, suallar verildikdən sonra ifadəsi elan edilmiş və o bildirmişdir ki, zərbənin təsirindən şoka düşdüyündən, başı dumanlandığından, dəmirlə vurulması kimi hiss etmiş, sonradan araşdırmış və başa düşmüşdür ki, yumruqla vurulanda dəmir effekti verirmiş, həmin vaxt elə bilmişdir ki, dəmirlə vurulub, qarışıqlıq olmuş, o elə güman etmişdir, lakin Nicatın əlində dəmir görməmişdir. Əvvəlki ifadələrində dəmir olmasını qeyd etsə də, bunu zərbənin təsirinin sarsıdıcı olması ilə bağlı demişdir. Bir daha qeyd etmişdir ki, hadisə vaxtı Nicatın əlində hər hansı dəmir parçası görməmişdir. Hadisə məhkəmə iclasında dediyi kimi olmuşdur. Zərərçəkmiş şəxs dəfələrlə verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası olmamış və hadisələrin məhkəmə iclasında olduğu kimi baş verməsini qeyd edərək, məhkəmə iclasında olan ifadəsinin doğru olmasını bir daha bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadələrinin “Təqsirləndirilən şəxs1 əlində olan dəmir parçası ilə onu vurması” hissəsində ziddiyyət olduğundan onun ifadələri həmin hissədə iş materiallarında olan digər sübutlarla birlikdə əlaqəli şəkildə tədqiq edilməlidir. Belə ki, baş vermiş hadisənin iştirakçıları təqsirləndirilən şəxslər və hadisənin şahidi olmuş Şahid2 və Şahid1 heç biri məhkəməyədək icraat dövründə və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası olmadığını və həmin dəmir parçası ilə zərərçəkmiş şəxsi vurmadığını bildirmiş, hətta onlar ümumiyyətlə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmadığını qeyd etmişlər. Bundan əlavə məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş hadisənin şahidi olmuş Rzayeva İradə Xantəmir qızı ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtı Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası olmamış, Təqsirləndirilən şəxs1 sadəcə mübahisəni ayırmışdır. Göründüyü kimi zərərçəkmiş şəxsin məhkəmə iclası zamanı vermiş olduğu ifadəsinin Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçasının olmaması hissəsi iş üzrə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə uyğunluq təşkil edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs1 əlində olan dəmir parçası ilə zərərçəkmiş şəxsin sifətinin sol hissəsindən çənə nahiyyəsindən vurması ilə bağlı istinad etdiyi sübutlardan biri zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında aparılmış üzləşdirmə dindirmə istintaq hərəkətidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkətləri tədqiq edilərkən zərərçəkmiş şəxs bununla bağlı bir daha qeyd etmişdir ki, üzləşdirmə onun ifadəsi əsasında aparılmış və ifadəsində dedikləri protokola qeyd edilmişdir. Lakin məhkəmə iclasında bir daha qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 onu vurarkən əlində dəmir parçası olmamışdır. Bu səbəbdən də onun üzləşdirmə zamanı verdiyi ifadəsinin həmin hissəsinin doğru olmadığını təsdiq etmiş və nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, üzləşdirmə istintaq hərəkətləri üzləşdirilən şəxslərin bir-birinə qarşı dedikləri ifadələri əsasında aparılır. Zərərçəkmiş şəxs məhkəmə iclasında dəfələrlə Təqsirləndirilən şəxs1 onu vurarkən əlində dəmir parçası olmadığını qeyd etmiş və hadisələrin məhkəmə iclasında dedikləri kimi baş verdiyini təsdiq etmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə protokolunda ifadəsinin həmin hissəsində hadisənin dedikləri kimi baş vermədiyini, yəni Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası ilə onu vurmadığını bir daha təsdiq edərək, üzləşdirmə zamanı ifadəsinin həmin hissəsinin nəzərə alınmamasını xahiş etmişdir. Üzləşdirmə istintaq hərəkətinin digər iştirakçıları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində Təqsirləndirilən şəxs1 münaqişədə iştirak etmədiyini və əlində hər hansı dəmir parçası olmadığını bir daha təsdiq etmişlər. Zərərçəkmiş bu ziddiyyəti onunla əsaslandırmışdır ki, zərbənin təsirindən şoka düşmüş, başı dumanlanmış, zərbənin dəmirlə vurulması kimi hiss etmiş, sonradan araşdırmış və başa düşmüşdür ki, yumruqla vurulanda dəmir effekti verirmiş, həmin vaxt elə bilmişdir ki, dəmirlə vurulub, qarışıqlıq olmuş, o elə güman etmiş, lakin Nicatın əlində dəmir görməmişdir. Əvvəlki ifadələrində dəmir olmasını qeyd etsə də, bunu zərbənin təsirinin sarsıdıcı olması ilə bağlı demişdir. Bir daha qeyd etmişdir ki, hadisə vaxtı Nicatın əlində hər hansı dəmir parçası görməmişdir. Bundan əlavə cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 heç biri məhkəməyədək icraat dövründə və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası olması və həmin dəmir parçası ilə zərərçəkmiş şəxsi vurması barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinin Təqsirləndirilən şəxs1 onu vurarkən əlində dəmir parçası olmadığı hissəsi məhkəməyə daha inandırıcı gəldiyindən əsas götürülməli, onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi(həmçinin üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsi) həmin hissədə digər sübutlarla təsdiqini tapmadığından həmin hissəyə tənqidi yanaşılmalı və sübut kimi nəzərə alına bilməz. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1113 saylı xx.xx.2025-ci il tarixli rəyinin Zərərçəkmiş şəxs alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması; sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızına və alt dodaq-selikli qişanın qançırı; alın, sağ yanaq, sol bazu və hər iki said nahiyələrinin qançırının bərk küt əşya(əşyalar) təsirindən törənməsi ilə bağlı qeyd edir ki, bərk-küt əşya qismində yumruq, bədənin zərbə yetirmək gücənə malik digər orqanları nəticəsində yaranma ehtimalı olduğundan mülahizə olmaqla qəbul edilməklə, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə tətbiq edildikdə şübhə olduğundan təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, qeyd edilən rəyin tədqiqi ilə bağlı Zərərçəkmiş şəxs bildirmişdir ki, zərbənin təsirindən şoka düşmüş, başı dumanlanmış, zərbənin dəmirlə vurulması kimi hiss etmiş, sonradan araşdırmış və başa düşmüşdür ki, yumruqla vurulanda dəmir effekti verə bilər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o uzun müddət boks idman növü ilə məğul olmuş və bir neçə dəfə yarışlarda qalib gəldiyi üçün diplomlarla təltif edilmişdir. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavabında göstərmişdir ki, boksla 8 il məşğul olmuşdur, iki dəfə qalib olmuşdur, respublika çempionu olmuşdur, müxtəlif yarışlarda qalib olmuşdur, Turanı həm sağ, həm sol tərəfindən vurmuşdur, hansı xəsarətlər yetirildiyini bilmir. Bu səbəbdən də onun yumruğunun təsiri güclüdür. Eyni zamanda istintaq orqanı tərəfindən dəmir parçısının müəyyən olunması üçün əməliyyat tapşırığı verilmiş, lakin həmin dəmir parçasının aşkar edilməsi mümkün olmamışdır. Məhkəmə hadisə yerinə baxış keçirilməsi haqqında 25 may 2025-ci il tarixli protokoluna münasibətdə hesab edir ki, qeyd edilən sübut hadisənin baş vermə yerini təsdiq edir və həmin sübut şəxsin əlində dəmir parçası olmasını təsdiq edə bilməz. Həmin protokoldan görünür ki, hadisə yerində istintaq üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut aşkar edilməmişdir. Məhkəmə həmçinin “nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” 28 may 2025-ci il tarixli protokolu və “hadisə yerinə baxış keçirilməsi haqqında” 28 may 2025-ci il tarixli protokoluna münasibətdə qeyd edir ki, həmin sübutlar avtomobil üzərində olan zərəri və hadisənin baş verdiyi yeri əks etdirməklə Təqsirləndirilən şəxs1 əlində hər hansı dəmir parçası olmasını təsdiq etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixliQərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görədə,cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov vəqeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır(CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır(CPM 28.5-ci maddəsi). İttiham tərəfi Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı törətdiyi əməli silah və ya silah qisminə istifadə edilən əşya vasitəsi ilə törətməsi öz təqsdini tapmamışdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməsinə qiymət verilməlidir. Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, zərərçəkmiş şəxsin “sən bilirsən mən kiməm?” deməsinə cavab olaraq, “hər kimsən, sən canı qanımızı qaraltma, get işinlə məşğul ol” demiş, bu söhbətdən sonra maşından düşmüş, mübahisələri başlamışdır, o əli ilə yaxasından tutmuş, o da əlini çəkməsini bildirmişdir, Zərərçəkmiş şəxs onu birinci vurmuş, o da Turanı vurandan sonra dava düşmüşdür. Məhkəmə iclası zamanı ona verilmiş suallara cavabında qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onu vurmasından sonra o da cavab olaraq Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə iclası zamanı vermiş olduğu ifadəsində Zərərçəkmiş şəxs vurmasını inkar etməmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə və məhkəmə istintaqı zamanı onun bədənində olan sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızma, alt dodaq-selikli qişanın qançırı, alın nahiyyəsinin qançırı xəsarətlərini Təqsirləndirilən şəxs2 yetirdiyini dəfələrlə bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxs xəsarətlərin yetirilməsini Təqsirləndirilən şəxs2 ilə keçirilən üzləşdirmə dindirmə istintaq hərəkəti aparılarkən sonuncunun üzünə qarşı bir daha bildirmişdir. Zərərçəkmiş şəxsin bədənində olan xəsarətlərin olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1113 saylı xx.xx.2025-ci il tarixli rəyi ilə bir daha təsdiqini tapmış və xəsarətlərin xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəldiyi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onu vurmasını qeyd etsə də, onun üzərində hər hansı xəsarət olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1168 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm ki, onun bədənində xəsarət aşkar edilmədi. Rəyin obyektiv müayinə hissəsindən görünür ki, müayinə olunanın bədən səthində, eləcə də sifət nahiyyəsində xəsarətin obyektiv əlamətləri(qançır, sıyrıq, yara və s) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində özünü təqsirli bilməməsi iş üzrə toplanmış sübutların məcmusu ilə inkar edildiyindən, göstərdiyi dəlillər öz təsdiqini tapmadığından özünü müdafiə xarakterli olaraq qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə münasibətdə qeyd edir ki, nə məhkəməyədək icraat dövründə, nə də məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı hər hansı xəsarət yetirmədiyini, yalnız mübahisəni ayırdığını qeyd etmişdir. İş materiallarından Təqsirləndirilən şəxs1 hadisə yerində olması işin mübahisəsiz halıdır və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 münaqişədə iştirakının olması və Zərərçəkmiş şəxs xəsarət yetirib-yetirməməsi aydınlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə saat 19:33 radələrində DİN 102 xidmətinə müraciəti zamanı(i.v 4), Sabunçu RPİ-nin 12-ci PŞnə ərizə ilə müraciəti(i.v.5) zamanı tanımadığı şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ilkin izahatı(i.v 11-13), xx.xx.2025-ci il tarixli ifadəsi(i.v 40), xx.xx.2025-ci il tarixli ifadəsi(i.v. 219-221) və məhkəməyədək icraat dövründə vermiş olduğu ifadəsində, ona verilmiş suallara cavabında Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs1 onu vurmasını dəfələrlə bildirmiş, bədəni üzərində olan alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlərin məhz Təqsirləndirilən şəxs1 tərəfindən yetirilməsini dəfələrlə qeyd etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs2 arasında aparılmış xx.xx.2025-ci il tarixli üzləşdirmə istintaq hərəkəti və xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs1 ilə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 evdən çıxaraq onu vurmasını onların üzlərinə qarşı bir daha bildirmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması; sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızına və alt dodaq-selikli qişanın qançırı; alın, sağ yanaq, sol bazu və hər iki said nahiyələrinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə alt çənə sümüyünün sol oynaq başının xətti, qapalı sınığı və sol çənə şaxəsi-yanaq nahiyəsinin hematoması ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya; sağ İİ kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızına və alt dodaq-selikli qişanın qançırı ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; alın, sağ yanaq, sol bazu və hər iki said nahiyələrinin qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs1 və onun atası Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən az ağır bədən xəsarəti yetirməsi və sonuncuya məxsus “Mercedes Benz GLS 450” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməsi faktı ilə bağlı həmin avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı avtomobilin qabaq kapotu, qabaq sol qanadı, qabaq sol qapısında əzikləri və ayaq izləri aşkar edilmişdir. Təqsirləndirilən münaqişə zamanı ayırarkən Zərərçəkmiş şəxs onu alın və yanaq nahiyyəsindən vurmasını qeyd etsə də bu öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X5 Sabunçu rayon şöbəsinin 1160 saylı xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədənində xəsarət aşkar olunmadı. Rəyin obyektiv müayinə hissəsindən görünür ki, müayinə olunanın bədənində xəsarət(lər)in hər hansı bir obyektiv əlaməti(qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ifadəsində zərərçəkmiş şəxsin almış olduğu xəsarətlərlə bağlı heç bir ifadə verməmiş, qeyd olunan xüsusatların yaranma səbəbləri və şəraiti barədə məlumat verməmiş, əksinə zərərçəkmiş şəxs həmin xəsarətlərin Təqsirləndirilən şəxs1 atası Təqsirləndirilən şəxs2lə birlikdə yetirməsini dəfələrlə qeyd etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əməli zərərçəkmiş şəxsin ifadəsi, müvafiq ekspert rəyi, üzləşdirmə aparılması haqqında istintaq hərəkətinin protokolları və iş materiallarında olan digər sübutlarla tamamilə təkzib edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin həm bir-biri ilə, həm də iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. İş materiallarında olan sübutların tədqiqi ilə bağlı məhkəmə hesab edir ki, hadisənin baş vermə şəraiti, atanın münaqişədə iştirak etdiyi halda, oğulun həmin münaqişəyə qarışmaması barədə Təqsirləndirilən şəxs1 dəlili məhkəməyə inandırıcı gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə və məhkəmə iclası zamanı verdiyi ifadələrində onun Zərərçəkmiş şəxs tərəfindən vurulması göstərilmiş, bu fakt öz təsdiqini tapmasa belə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 hadisənin birbaşa iştirakçısı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs vurmamasını qeyd etməsi iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən və öz təsdiqini tapmadığından özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclası zamanı şahidlər və əlavə şahid qismində dindirilmiş Rzayeva İradə Xantəmir qızı ifadələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmamasını, onun münaqişəni ayırmasını bildirmişlər. Məhkəmə şahidlərin ifadələrinin həmin hissəsinə münasibətdə qeyd edir ki, şahidlərin təqsirləndirilən şəxs ilə qohumluq(Rzayeva İradə anası) və tanışlıq(qonşuluq) münasibətlərində olması onu deməyə əsas verir ki, şahidlərin verdikləri ifadələrin həmin hissəsi və ziddiyyətli məqamlar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına xidmət edir. Məhkəmə hadisələrin baş vermə ardıcılığını cinayət işin materialları ilə əlaqəli surətdə təhlil edərək qeyd edir ki, həm zərərçəkmiş şəxsin həm də təqsirləndirilən şəxslərin vermiş olduqları ifadələrinə əsasən işin mübahisəsiz halıdır ki, hadisənin baş vermə səbəbi zərərçəkmiş şəxsin yol istəyərək siqnal verməsindən sonra Təqsirləndirilən şəxs2 buna münasibət bildirməsi ilə baş vermişdir. Cinayət işi materiallarından, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin ifadələrindən də görünür ki, hadisə baş verənədək onlar arasında münasibətlər olmamış, bir-birilərini tanımamış, aralarında şəxsi münaqişə olmamışdır. Hadisə Təqsirləndirilən şəxs2 25 may 2025-ci tarixdə saat 17 radələrində oğlu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 4 ünvanında Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman siqnal verərək yol istəməsini bəhanə edərək, həmin ünvanda ictimai yerdə o, sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxslə mübahisə edib onu uca səslə nalayiq ifadələrlə təhqir etməsi və sonuncuya məxsus “Mercedes-Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısına təpik zərbəsi vuraraq maddi ziyan vurması səbəbindən baş vermiş mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan hüquqazidd davranışı ilə qonşuluqda yaşayan və həmin yerdə hərəkət edən digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üstünə hücum çəkib uca səslə nalayiq ifadələrlə sonuncunu təhqir edib qəsdən Zərərçəkmiş şəxs sifətinin sol nahiyyəsinə və bədənin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib bədən xəsarətləri yetirərək, eləcə də “Mercedes- Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin kapot hissəsinə yumruq zərbələri vuraraq qəsdən zədələməklə bir qrup şəxs tərəfindən zərər çəkmiş şəxsə zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət olunan xuliqanlıq edib, qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmuş, o, isə Zərərçəkmiş şəxs üstünə hücum çəkib uca səslə nalayiq ifadələrlə sonuncunu təhqir edib qəsdən əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ nahiyyəsinə vurub ona sağ 11 kəsici dişin travmatik hissəvi sınması, diş əti və ətraf yumşaq toxumalara qansızına, alt dodaq-selikli qişanın qançırından və alın nahiyyəsinin qançırından ibarət ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, eləcə də “Mercedes-Benz GLS 450” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanad hissəsinə təpik zərbələri vuraraq qəsdən zədələməklə ümumilikdə 2930 manat məbləğində maddi ziyan vuraraq bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması və əmlakın məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq törətmişdir. Məhkəmə qeyd edir ki, məlum olan haldır ki, ümumi istifadədə olan yollar ondan istifadə edən şəxslər üçün nəzərdə tutulmuşdur və ondan istifadə hamı üçün eyni qaydada olmalıdır. Hazırki cinayət işi üzrə isə müəyyən edildiyi kimi, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində həmin yoldan istifadə edən zərərçəkmiş şəxsin özü həmin yolun istifadəçisi olmuş və məhz təqsirləndirilən şəxslərin hərəkətlərinin nəticəsi olaraq zərərçəkmiş şəxs yoldan normal istifadə etmək kimi istəyindən məhrum olmuş, nəticədə də cəmiyyətinin bir üzvü kimi onun qanuni mənafelərinə toxunan hərəkətlər baş vermiş və bu hərəkətlər yolun ortasında hadisə yerində olan şahidlərin gözü qarşında törədilmişdir. Hadisənin baş vermə ardıcıllığına baxdıqda müəyyən olunur ki, mübahisənin zərərçəkən şəxsin təşəbbüsü ilə başlanması müəyyən edilməmişdir. Əksinə hadisənin məhz təqsiləndirilən şəxsin təşəbbüsü ilə başlanması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs yolun bağlı olmasını görüb siqnal verərək yol istəmiş bundan sonra Təqsirləndirilən şəxs2 onun bu haqlı iradına qarşılıq verməsi ilə münaqişə baş vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətləri şəxsi münasibətlər zəminində törədilməməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlmiş, ictimai qayda kobud şəkildə pozulmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmuş, onlar bilərəkdən özünü ictimai qaydaya qarşı qoymuş, güclərini nümayiş etdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığıa az ağır zərər vurmasına münasibətdə qeyd edir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Təqsirləndirilən şəxs1 əməlində digər motivlər(qisas, qısqanclıq və s.) müəyyən edilməmiş, Təqsirləndirilən şəxs1 hadisəyə qədər zərərçəkmiş şəxsi tanımamış, onunla arasında hər hansı münasibətləri olmamış, mübahisə davam edən dövrdə heç bir əsaslı səbəb olmadan xuliqanlıq motivi ilə zərərçəkmiş şəxsə xəsarətlər yetirmişdir. Məhkəmə bir daha qeyd edir ki, münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxs olmamış və onun əxlaqa və hüquqa zidd davranışı münaqişənin yaranmasına səbəb olmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmuş və bu niyyətini aqressiv şəkildə nümayiş etdirmiş və onların əməli şəxsi münasibətlər zəminində, yəni zərəçəkmiş şəxsə qarşı deyil, ümumi ictimai münasibətlərə, ictimai qaydaya doğru yönəlmişdir. Təqsirləndirilən şəxslərin özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə baş vermiş, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirilmiş, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edilmiş və ətrafdakılara hörmətsizlik göstərən eqoizm nümayiş etdirilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin Qərarın 10-cu bəndinə əsasən xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilmişdir ki, maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Əlavə olaraq həmin qərarda hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi əməlin xuliqanlıq olmasının təsdiq olunması üçün həmin əməlin spesifik, xarakterik əlamətləri mövcud olmalıdır. Belə ki, xuliqanlıq cinayəti obyektiv cəhətdən bir neçə hərəkətlərdə ifadə olunsa da, əməlin xuliqanlıq kimi tövsif olunması üçün həmin əməl üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl CM-nin 221.2.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcələsinin 221.2.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı hər hansı şikayət və tələbinin olmamasını(CM-59.1.12), Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı hər hansı şikayət və tələbinin olmaması(CM-59.1.12), əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, ona təyin edilmiş cəzaları qismən toplanılmalı(CM 66.2), onun şübhəli şəxs qismində və həsbdə(ev dustaqlığında) saxlandığı müddət nəzərə alınmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3) azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CMnin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 27 may 2025-ci il tarixdən 27 noyabr 2025-ci il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 06 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-624/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-624/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver