Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-626/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 06 avqust 2001-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi yeni tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində işlədiyi ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinə yuyulmağa qoyulmuş Zərərçəkmiş şəxs məxsus “KİA Optima” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq həmin tarixdə saat 23:07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə Əşrəf Yunisov küçəsinin kəsişməsinə kimi hərəkət edib orada idarəetməni itirərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olan Şahid3 məxsus “KİA SOUL” markalı **-ML-*** dövlət qeydiyyat nömrəli avtomobilə toqquşması, sonra isə dayanmış vəziyyətdə olan X1 məxsus “Mercedes Benz E200" markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X5 işlətdiyi avtoyuma məntəqəsinin girişindəki jaluzinə çırpılması nəticəsində “KİA Optima” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili aşırdaraq yol nəqliyyat hadisəsi törədib Zərərçəkmiş şəxs 6253 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur, lakin avtomobil idarə edə bilir. Müxtəlif yerlərdə fəhlə kimi işləyib, dolanmışdır. 2023-cü ilin fevral ayının əvvəllərindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə Deputat küçəsinin kəsişməsindən biraz yuxarıda Deputat küçəsi 2-6 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində həm işləmiş, həm də orada olan 10 kvadratmetr sahəsi olan otaqda qalmışdır. Ondan başqa orada Nizami adlı şəxs də işləyir, Nizami öz evində yaşayır, təxmini 4 aydır ki, orada işləyir. Daima oraya “KİA Optima " markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs adlı şəxs həmin avtomobili gətirib verir, sonra isə çıxıb gedir, o, avtomobili yuyub, hazır edir, sonra o, gətirib oraya qoyur. 22 mart 2023-cü il tarixdə saat 17:30 radələrində həmin şəxs avtomobili gətirib açarı ilə ona təhvil vermiş, sonra çıxıb getmiş, o, həmin avtomobili və başqa avtomobilləri yuyub, qurudub, silib, hazır vəziyyətə gətirmiş, saat 22-30 radələrində qərara gəlmişdir ki, avtomobili özbaşına idarə edərək bir neçə kilometr sürsün, sonra gətirib sahibi gələnə qədər yerinə qoyar. Avtomobili idarə edərək bir neçə kilometr Bakıxanov qəsəbəsinin küçələrində gəzmiş, yolüstü Mehdi və onunla işləyən Həmid adlı şəxsləri köşkdəki şəxsləri də özü ilə götürmüş, Mehdi qabaqda Həmid isə arxada oturacaqda əyləşmişdir. Sonrakı dəqiqələrdə təxmini saat 23:07 radələrində ehtiyatsızlıqdan, təxminən 100-110 km sürətlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi ilə hərəkətdə olarkən Nazim İsmayılov küçəsi ilə kəsişmədə həmin küçə ilə üzü Qaraçuxur qəsəbəsinə doğru hərəkətdə olan “KİA SOUL" avtomobili ilə toqquşmuş, daha sonra idarəetməni itirərək dayanmış vəziyyətdə olan “MERCEDES E 200” markalı avtomobilə sonra isə avtoyuma məntəqəsinin qapısına çırpılmışdır. Sonra avtomobilin sahibini tapıb hadisə yerinə gətirmiş, daha sonra oraya polis əməkdaşları gəlmişdir. Həyəcanlı olduğundan sonrakı hadisələri xatırlamır. Hadisə zamanı xəsarət almamış , “KİA OPTİMA” markalı avtomobili talamaq məqsədi olmamış, lakin avtomobillərə ziyan dəymişdir. Əməlindən peşmandır, hadisə zamanı sərxoş olmamış, hadisəni tək olaraq törətmişdir. O, Əşrəf Yunisov küçəsi ilə hərəkətdə olan avtomobilə yol verib sonra hərəkətini davam etdirməli olmuş, lakin əyləci basmayaraq hərəkətini davam etdirmiş, bu zaman sağ tərəfdən gələn avtomobil ilə onun avtomobili toqquşmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, **-SB-*** dövlət nömrə nişanlı “KİA OPTİMA” markalı avtomobili bir ilə yaxındır ki, idarə edir, ona məxsusdur. Daima avtomobilini Təqsirləndirilən şəxs adlı şəxsin işlədiyi evinin yanında yerləşən avtoyuma məntəqəsinə avtomobilini yuyub, təmizləmək üçün verir, Orxan orada iki aydır ki, işləyir. 22 mart 2023 tarixdə saat 18 radələrində həmin N.İsmayılov küçəsi ilə Deputat küçəsinin kəsişməsində yerləşən avtoyuma məntəqəsinə gedib Orxana avtomobilin açarını vermişdir ki, avtomobilini yusun, sonrakı saatlarda gəlib götürüb çıxıb getsin. Sonra çıxıb getmiş, 23 mart 2023 tarixdə saat 00:40 radələrində avtomobili məntəqədən götürməyə gedəndə polisdən ona zəng gəlmiş, qəza baş verməsini demişlər, o da avtomobilinin qaçırılmasını bilmiş, 102 xidmətinə zəng etmiş, avtomobilinə maddi ziyan dəymişdir. Orxan adlı şəxs avtomobilini qaçırmış, amma oradan heç nə oğurlamamış, Əşrəf Yunisov küçəsiylə N.İsmayılov küçəsinin kəsişməsində qəza etmişdir. O, qətiyyən Orxana avtomobilini idarə etməyə icazə verməmiş, ancaq yumaq üçün vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 həyat yoldaşıdır, X3 qızıdır, 7 yaşı var, **-ML-*** dövlət nömrə nişanlı tünd göy metallik rəngli KİA SOUL markalı avtomobil onun adına olsa da birlikdə yoldaşıyla idarə edirlər, nigahdan sonra alınmışdır. 22 mart 2023 tarixdə saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ilə qızı ilə birlikdə avtomobili Toğrul idarə edib Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi ilə kəsişməsinə doğru gəlmiş , saatda 40 km sürətlə hərəkətdə olarkən sol tərəfdən yəni Əşrəf Yunisov küçəsi ilə saatda təxminən 90-100 km sürətlə hərəkət edən KİA OPTİMA markalı avtomobil Toğrul hərəkət edən baş yola yol vermədən çixaraq sərnişini olduğu avtomobilini vurub qəza törətmiş, daha sonra isə dayanmış vəziyyətdə olan “MERCEDES” markalı avtomobillə toqquşmuş, eləcə də orada olan avtoyuma məntəqəsinin qapısına çırpılmış, hadisə zamanı o və qızı, həmçinin yoldaşı xəsarət almışlar. Sonra onlar xəstəxanaya gedib müraciət etmiş, tibbi yardım almışlar. Hadisə saat 23:07 radələrində 22 mart 2023 tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi ilə Nazim İsmayılov küçəsinin kəsişməsində baş vermişdir. Həyat yoldaşı Şahid2 baş yolla hərəkət etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir(i.v.147-149); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, **-NY-*** dövlət nömrə nişanlı qəhvəyi metallik rəngli Mercedes Benz E 200 markalı avtomobil qardaş Nemətin adına olsa o, etibarnamə ilə iki ilə yaxındır ki, idarə edir. 22 mart 2023 tarixdə saat 23 radələrində o, Əşrəf Yunisov küçəsi ilə Nazim İsmayılov küçəsinin kəsişməsində olan avtoyuma məntəqəsinin qarşısına gəlmiş, avtomobili saxlayıb, yaxınlıqda yerləşən mağazaya getmiş, bir neçə dəqiqə sonra küçədən səs eşitmiş, bayıra çıxmış və KİA OPTİMA və KİA SOUL markalı avtomobilin toqquşub, sonrakı saniyədə onun dayanmış vəziyyətdə olan avtomobili ilə toqquşmasını, sonra isə KİA OPTİMA markalı avtomobilin avtoyuma məntəqəsinin qapısına çırpılmasını aşkar etmiş, sonra oraya polislər gəlmiş, həmçinin KİA SOUL markalı avtomobildə 3 nəfər şəxsin xəsarət almasını görmüşdür. Sürücü Orxan adlı şəxsin avtomobili qaçırmasını öyrənmişdir. Hadisə zamanı avtomobilinə xeyli miqdarda ziyan dəymişdir, avtomobili əzilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən avtoyuma məntəqəsi ona məxsusdur, oranı özü işlədir, hər gün axşam 22 radələrinədək orada fəaliyyət göstərir, özü də avtoyuma məntəqəsinin yaxınlığında yaşayır. 22 mart 2023 tarixdə saat 23 radələrində avtoyuma məntəqəsinin yaxınlığında olan kafedə dostları ilə çay içmişdir. Təxminən 5-6 dəqiqə sonra küçədən yüksək sürətlə hərəkət edən avtomobilin səsini, sonrakı saniyələrdə isə möhkəm toqquşma səsini eşitmiş, dərhal ətrafdakı şəxslərlə küçəyə çıxmış və 3 avtomobilin toqquşmasını daha sonra isə KİA markalı avtomobilin onun avtoyuma məntəqəsinin jalüz qapısına dəyməsini görmüş, həmçinin digər KİA markalı avtomobildə bir neçə nəfərin xəsarət almasını görmüş, dərhal, polisə və 103 xidmətinə zəng etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, “KİA OPTİMA" nı idarə edən Orxan adlı şəxs avtomobili avtoyuma məntəqəsindən qaçırmışdır. Hadisə nəticəsində avtoyuma məntəqəsinin qapısı zədələnsə də sonrakı gün onu təmir etmişdir. Jalüzün zədələnməsinə dair qüsur aktı ala bilməmişdir(i.v.167-171); Şahid Cəfərov X6 istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi 2-6 saylı ünvanda yerləşən Avtoyuma məntəqəsini Ərşad adlı şəxsin vasitəsilə tanımış, onu onunla İlqar adlı tanışı tanış edib, ondan əvvəl o, oranı işlətmişdir, təxminən martın 7də oraya gedib baxıb qərara gəlmişdir ki, 1 ay qazanca baxdıqdan sonra oranı Ərşadla müqavilə bağlayıb icarəyə götürmək istəmişdir. Həmin zaman orada Təqsirləndirilən şəxs adlı işçidən başqa Nizami adlı da işçi işləmiş, o, Orxana öz mobil telefon nömrəsini vermiş, 7-10 dəfə oraya gedib gəlmişdir. Pul qazancını bu zaman kəsiyində onlar ona vermişlər. O da qazancı Ərşada vermişdir. Bu günlərdə bilmişdir ki, 22 mart 2023-cü il tarixdə Orxan avtomobili talama məqsədi olmadan qaçırıb qəza törədib cinayət etmişdir. O, onunla əlbir olmamış, həmçinin onunla Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi və ya digər sənədləşmə olmamışdır, çünki o, orada hələ ki, Ərşadla müqavilə bağlamadığından, o, Orxanla da müqavilə bağlamamışdır(i.v.132-135); Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, natamam orta təhsillidir, məhkumluğu yoxdur. Sabunçu rayonu, ünvan 3 ünvanda köşkdə işləyir, Şahid7 o, işlədiyi yerdə axşam növbəsində işləyir, həmçinin Asim Əkbərov adlı şəxs işləyir, iki aydır ki, orada işləyir, yaxınlıqda avtoyuma məntəqəsində iki aydır ki, Orxan adlı şəxs işləyir, bir neçə dəfə o, ondan su və şirniyyat almışdır. 22 mart 2023 tarixdə saat 22:50 radələrində o, X9 küçəsində gəzərkən yanında qəflətən avtomobil hərəkət edib dayanmış, həmin avtomobilin “KİA OPTİMA” markalı olmasını sürücünün isə Orxan olmasını görmüş, Orxan onlara avtomobilə əyləşməyi xahiş etmiş, o, arxada Həmid isə qabaq oturacaqda əyləşmiş, Orxan avtomobili idarə etməyə başlamış, ona yolda Orxan avtomobilin əmisinə məxsus olmasını demiş, o, Orxandan onu evə düşürməyini xahiş etmiş, sonrakı dəqiqələrdə X11 küçəsi ilə hərəkət etmiş və nəticədə Nazim İsmayılov küçəsi ilə kəsişmədə yol- nəqliyyat hadisəsi baş vermiş, hadisə zamanı xəsarət almamış, Həmid də xəsarət almamış, oraya polislər gəlmiş, sonrakı gün o, bilmişdir ki, Orxan avtomobili qaçırmışdır, əmisinin avtomobili ümumiyyətlə yoxdur. Hadisə zamanı KİA SOUL markalı avtomobildə şəxslər xəsarət almışdır, Mercedes markalı avtomobil də avtoyuma məntəqəsinin qapısı da əzilmişdir. Hadisə zamanı Orxan sərxoş olmamışdır. Orxanla əlbir olmamış, onun avtomobil qaçırmasını 23 mart 2023-cü il tarixdə öyrənmişdir(i.v.139-141); Şahid7 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.143-145); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi “Vedi” marketin qarşısına baxış keçirilmiş, hadisə yerinin sxemi, avtomobillərin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir((i.v.8-23); 23 mart 2023-cü il tarixli 1/1290 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəzyyəti müəyyən olunmamışdır(i.v.26); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.62-63); Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.81); İfadənin yerində yoxlanılması haqqında 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, baş vermiş hadisə ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi ilə Deputat küçəsinin kəsişməsinə gəldikdə Təqsirləndirilən şəxs hadisənin harada və hansı şəraitdə baş verməsini əyani şəkildə göstərməyi xahiş olunmuş, təklifə əsasən o, həmin küçənin kəsişməsindən 25 metr yuxarıda yerləşən Deputat küçəsi 2-6-da yerləşən avtoyuma məntəqəsini göstərib 22 mart 2023-cü il tarixdə saat 22:30 radələrində **-SB-*** dövlət nömrə nişanlı “KİA OPTİMA” markalı avtomobili talama məqsədi olmadan qaçırmasını bildirmişdir. Daha sonra o, Əşrəf Yunisov küçəsi ilə Nazim İsmayılov küçəsinə getməyi xahiş etmişdir. Təklifə əsasən oraya getdikdə yolların kəsişməsini göstərib saat 23:07 radələrində orada yol-nəqliyyat hadisəsi törətməsini göstərmişdir(i.v.95-101); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.105-106); MSY-dən azad edilmə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, MSYdən azad edilməsi qərara alınmışdır (i.v.118-119); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmamışdır (i.v.150); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Sabunçu Rayon Şöbəsinin 28 mart 2023-cü il tarixli, 616 saylı rəyindən görünür ki, Şahid2 sol mil-bilək oynağında ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşaiyət olunan sol saidin aşağı 1/3-ni və mil-bilək oynağını əhatə edən şişkinli qançırı və oynağın əzələ-bağ aparatının gərilməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v.151-152); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Sabunçu Rayon Şöbəsinin 28 mart 2023-cü il tarixli, 615 saylı rəyindən görünür ki, Şahid3 alın nahiyəsinin əzilmiş yaraları; sol gözyuvasıaltı və sağ bud nahiyələrinin dərialtı hematomaları; sol çiyin, sol said, sağ əl və sağ baldır nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v.153-154); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 Sabunçu Rayon Şöbəsinin 25 mart 2023-cü il tarixli, 614 saylı rəyindən görünür ki, X2 ənsə və sol said nahiyələrinin dərialtı hemotomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v.155-156); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, DİN-in Baş X15 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir(i.v.162); Məhkəmə əmtəəşünaslıq ekspertizasının 18 aprel 2023-cü il tarixli 9/2162 nömrəli rəyindən görünür ki, 2012-ci il buraxılışlı, “KİA OPTİMA” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı, normal vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 23500,00 (22000+23000+24000+25000/4) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “X14” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “KİA OPTİMA” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6253,0 manat müəyyən edilir(i.v.182-187); Cinayət əməlinin tövsif edilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə olan cinayət əməli həmin məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmiş və həmin şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.188); Maddi sübut kimi tanınması haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ağ rəngli **-SB-*** dövlət nömrə nişanlı “KİA Optima” markalı avtomobil maddi sübut hesab edilmiş və saxlanılması üçün duracağa təhvil verilmişdir (i.v.191); Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir(i.v.192-193); Sübutların qiymətləndirilməsi haqqında 18 may 2023-cü il tarixli qərradan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlaməti olduğuna görə onun barəsində protokol tərtib edilərək qərarın surəti icra edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir(i.v.210-216); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-626/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qsmində qətimkan tədbirinə dəyişdirilərək tutularaq həbs edilməsi qərara alınaraq iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün Sabunçu RPİ-nin 13-cü PŞ-nin NH-nə təhvil verilmişdir. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM-59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, 04 sentyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalında azad olunmalı, iş üzrə maddi sübut - saxlanılması üçün duracağa təhvil verilmiş “KİA OPTİMA” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarılmalı(CPM-132), 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək, 04 sentyabr 2023-cü il tarixdən 11 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay 9 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalında azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq duracağa təhvil verilmiş “KİA OPTİMA” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-626/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-626/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver