Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-627/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci X4 massivi, ev 37, mənzil 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 19 iyul 2012-ci il tarixdən başlayaraq 25 mart 2004-cü il təvəllüdlü X1 və 02 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, bir uşağa 87,00 manat, iki uşağa cəmi 174,00 manat, 17 oktyabr 2018-ci il tarixdən isə artırılaraq əvvəli 10 iyun 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 avqust 2012-ci il tarixli, 2(008)-4969/2012 saylı və 17 oktyabr 2018-ci il tarixli, 2(008)-6979/2018 saylı qətnamələrinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 29 mart 2021-ci il tarixli, 3(008)-1733/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün və 14 fevral 2023-cü il tarixli, 3(008)-1001/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktlarının icra edilməsi ilə əlaqədar ona 24 fevral 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə, habelə analoji cinayət əməlinə görə əvvəllər məhkum olunmasına baxmayaraq ilkin cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 11 may 2016-cı il tarixdən sonuncu təqdimat verilən 13 mart 2023-cü il tarixədək şəxsi maraq niyəti ilə cəmi 13139,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 1990-cı ildə evlənmiş, birgə nikahlarından X3 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, 2012-ci ildə aliment tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 24 avqust 2012-ci il tarixli, 2(008)-4969/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 19 iyul 2012-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 87,00 manat, iki uşağa cəmi 174,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 25 mart 2004-cü il təvəllüdlü Sevinc Bayramovanın və 02 fevral 2006-cı il təvəllüdlü Kənan Bayramovun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, 2018-ci ildə Zərərçəkmiş şəxs alimentin artırılması üçün həmin məhkəmədə iddia qaldırmış, məhkəmənin 17 oktyabr 2018-ci il tarixli, 2(008)-6979/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 10 iyun 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində müəyyən edilmiş, sonuncu qətnamənin icrası da Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə həvalə edilmiş, bundan sonra icra məmuru ona bildiriş təqdim etməklə alimentin ödənilməsini tələb etmişdir. Hesab edir ki, borc məbləği çox göstərilmişdir, aliment ödədiyi övladlarından biri hazırda 18 yaşına çatmış, digərinin isə 17 yaşı vardır. Onun maddi imkanı yüksək olmadığından tam olaraq alimenti ödəməsə də az məbləğlərdə vaxtaşırı ödənişlər etmiş, pandemiya dövründə işləmədiyi üçün ödənişlər edə bilməmiş, borc məbləği artmışdır.Alimenti həmişə poçt vasitəsilə ödəmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1991-ci ildə evlənmiş, birgə nikahlarından X3 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından ondan ayrılaraq uşaqları ilə birlikdə yaşamış, o, övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 24 avqust 2012-ci il tarixli, 2(008)-4969/2012 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 19 iyul 2012-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 87,00 manat, iki uşağa cəmi 174,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 25 mart 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs və 02 fevral 2006-cı il təvəllüdlü K.Bayramovun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilsə də sonuncu alimenti ödəməkdən yayınmış, 2018-ci ildə alimentin artırılmasına dair həmin məhkəmədə yenidən iddia qaldırmış, məhkəmənin 17 oktyabr 2018-ci il tarixli, 2(008)-6979/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq əvvəli 10 iyun 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində müəyyən olunmuş, qətnamənin icrası eyni qaydada Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə həvalə edildiyi üçün icra məmuru ona sonuncu məhkəmə aktı üzrə bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməkdən bir mənalı imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 29 mart 2021-ci il tarixli, 3(008)-1733/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün və 14 fevral 2023-cü il tarixli, 3(008)- 1001/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktlarının icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, əvvəli 19 iyul 2012-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 87,00 manat, iki uşağa cəmi 174,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 25 mart 2004-cü il təvəllüdlü X1 və 02 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 avqust 2012-ci il tarixli, 2(008)-4969/2012 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 29 oktyabr 2012-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra müddətində təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilməsinə baxmayaraq o, alimenti ödəməmiş, 2018-ci ildə alimentin məbləği artırılaraq əvvəli 10 iyun 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 154,00 manat, iki uşağa cəmi 308,00 manat sabit pul məbləğində müəyyən olunmasına dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 17 oktyabr 2018-ci il tarixli, 2(008)-6979/2018 saylı qətnaməsi icra edilməsi məqsədilə icra şöbəsinə həvalə edilmiş, sonuncu icra sənədi üzrə 19 iyun 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 29 mart 2021-ci il tarixli, 3(008)-1733/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün və 14 fevral 2023-cü il tarixli, 3(008)-1001/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilmiş, qətnamələri icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktlarını qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilmiş xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)- 4969/2012 saylı, 24 avqust 2012-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, 19 iyul 2012-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs 25 mart 2004-cü il təvəllüdlü X3 və 02 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 87 (səksən yeddi) manat, cəmi 174 (bir yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir (i.v. 10-13); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(008)- 6979/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin minmiş 24 avqust 2012-ci il tarixli 2(008)-4969/2012 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləği artırılmış, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Təqsirləndirilən şəxs 25 mart 2004-cü il təvəllüdlü X1 və 02 fevral 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. (i.v. 14-18); İcraata başlamaq haqqında 29 oktyabr 2012-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir (i.v.25-26); İcraata başlamaq haqqında 19 iyun 2019-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Təqsirləndirilən şəxs göndərilmişdir (i.v.27-28); Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6979/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs hər ay 308 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli olmasına baxmayaraq borclu Təqsirləndirilən şəxs uzun müddət ödəniş etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 33-34); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir(i.v.35-38); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.42-44); Azərbaycan Respublikasının RİNN "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktub və qoşmasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə Zərərçəkmiş şəxs 12515 manat ödənilmişdir(i.v.50-55); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-1001/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir(i.v.70-73); Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurunun tərtib etdiyi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixədək ödənilməli olan 26454 manat məbləğindən 13315 manat ödənilmiş, 13139 manat qalıq borc qalmışdır(i.v.76-78); 39 Saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v.80); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-178/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə axzadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, üzərinə sınaq müddəti ərzində aliment öhdəliyi üzrə yaranmış borcun ödənilməsi vəzifəsi qoyulmuşdur(i.v.81-83); Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sınaq müddəti bitdiyindən müəssisənin qeydiyyatından çıxarılmışdır(i.v.106); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.134-135); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il və xx.xx.2011-ci il təvəllüdlü bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v. 146-147); Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək yaranmış borc məbləği ilə razılaşmaması hissəsində ifadəsinə tənqidi yanaşır və özünü müdafiə xarakterli kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının RİNN "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktub və qoşmasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə Zərərçəkmiş şəxs 12515 manat ödənilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurunun tərtib etdiyi Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, xx.xx.2023-cü il tarixədək ödənilməli olan 26454 manat məbləğində aliment borcundan 13315 manat ödənilmiş, 13139 manat qalıq borc qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını(CM-59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci X4 massivi ev 37, mənzil 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Mirzəğa oğlu Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Mirzəğa oğlu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci X4 massivi ev 37, mənzil 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs Mirzəğa oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Mirzəğa oğlunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Mirzəğa oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Mirzəğa oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-627/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-627/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver