Məhkəmə qərarları › İş №1(008)-627/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-627/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-627/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz ünvanda yerləşən arvadı Zərərçəkmiş şəxs atasına məxsus evin qonaq otağında sosial şəbəkəyə daxil olması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs bir neçə dəfə üz və təpiklə isə bir neçə dəfə bel, masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə onun sol qol və hər iki ayaq nahiyələrindən bir neçə dəfə vuraraq, ona sağ göz almasının konyuktivasına və ağlı qişasına qansızına ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıqyanaq-çənə nahiyəsinin dərialtı hematoması, sol gözyuvasıətrafı almacıq-yanaq nahiyəsinin, sağ qulaq seyvanının sol mil-bilək oynağı nahiyəsinin və sağ bazunun, döş qəfəsinin qançırları, sol bazu və hər iki diz oynağı nahiyələrinin cızıqları ilə müşayiət olunan xəsarət yetirərək, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2013-cü il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan bir övladı var. Zərərçəkmiş şəxs ilk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan müxtəlif səbəblərə görə aralarında mübahisə yaranmış, Zərərçəkmiş şəxs ondan küsərək atası evinə getmişdir. 12 iyul 2024-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ilə telefon danışığı zaman evdə olduğunu, həmin gün ora gəlməyəcəyini bildirmiş, lakin, telefon danışığını bitirdikdən sonra anidən Zərərçəkmiş şəxs yaşadığı evə daxil olmuş, evin qonaq otağında Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsindən istifadə etdiyini görərək ona öz iradını bildirimişdir. Bu səbəbdən, evin qonaq otağında aralarında mübahisə yaranmış, o, qəsdən yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs üz nahiyəsinə, təpiklə bel nahiyələrinə zərbə endirmişdir. Daha sonra isə masanın üzərində olan meyvə bıçağını götürərək Zərərçəkmiş şəxs sol qoluna və ayaqlarına xəsarətlər yetirərək oradan uzaqlaşmışdır. O, həyəcanlandığı üçün əlində olan bıçağı küçədə atmışdır. Məhkəmə hazırlıq iclasında məhkəməyədək sadələşdirilmiş icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirərək izahatında göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onun həyat yoldaşı olub. Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan bir övladı var. Təqsirləndirilən şəxs ilə ilk vaxtlar münasibətləri normal olmuş, lakin, sonradan müxtəlif səbəblərə görə aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs onun sosial şəbəkədən istifadə etməsinə etiraz etmişdir. 12 iyul 2024-cü il tarixdə, saat 23 radələrində atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində olduğu zaman Təqsirləndirilən şəxs ilə telefon danışığı aparmış, telefon danışığı bitdikdən sonra Təqsirləndirilən şəxs anidən onun olduğu otağa daxil olmuş, həmin vaxt “İnstagram” sosial şəbəkəsindən istifadə etdiyi üçün sonuncu onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı qəsdən yumruqla bir neçə dəfə onun üz nahiyəsinə, təpiklə bel nahiyələrinə zərbə endirmişdir. Daha sonra isə masanın üzərində olan meyvə bıçağını götürərək onun sol qoluna və ayaqlarına xəsarətlər yetirərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ittihamla razı olduğunu bildirərək, məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarının 18-20-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 1676 nömrəli, 29 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ göz almasının konyuktivasına və ağlı qişasına qansızına ilə müşayiət olunan sağ gözyuvasıətrafı-almacıq-yanaq-çənə nahiyəsinin dərialtı hematoması, sol gözyuvasıətrafı-almacıq-yanaq nahiyəsinin, sağ qulaq seyvanının, sol mil-bilək oynağı nahiyəsinin və sağ bazunun, döş qəfəsinin qançırları, sol bazu və hər iki diz oynağı nahiyələrinin cızıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, sol bazu və hər iki diz oynağı nahiyələrinin cızıqları təsir edən səthi məhdud olan bərk küt əşya təsirindən törənmişdir, bıçağın uc hissəsinin dəriyə iti bucaq altında çəkilməsi nəticəsində törənə bilər. Müddəti qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarının 50-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 29 iyul 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsi məlumatlara dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Cinayət Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokol tərtib olunmuş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə ölmüşdür və şəxsi məlumatlara dair elektron məhkəmə sistemindən çıxarışda təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirməmiş, müdafiəçisi isə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına etiraz etməmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 300.1.7, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar