Məhkəmə qərarları › İş №1(008)-628/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-628/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-628/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də operator vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakım mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) müxtəlif növ masa örtükləri məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-dən əvvəlcə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yəni, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu vaxtda xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 14411 manat (on dörd min dörd yüz on bir manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 2126 manat (iki min yüz iyirmi altı manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 4640 manat (dörd min aiti yüz qırx manat) məbləğində, xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 4994 manat (dörd min doqquz yüz doxsan dörd manat) məbləğində, xx.xx.2020ci il tarixli ********* nömrəli qaimə ilə 8535 manat (səkkiz min beş yüz otuz beş manat) məbləğində müxtəlif növ masa örtükləri məhsullarını müştərilərinə satmaq adı ilə əldə edib vahid niyyətlə talamaq məqsədilə cinayətkar niyyətini davam etdirərək sonradan həmin MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli rəsmi əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək satış ekspeditoru vəzifəsində işlədiyi dövrdə müştərilərdən sifarişlərin qəbul olunması, şirkətə aid məhsulların müştərilərə çatdırılmasına maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci tarixədək yenə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən anbarından xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 13610 manat (on üç min altı yüz on manat), xx.xx.2021-ci il tarixli ********* nömrəlim qaimə ilə 18158 (on səkkiz min yüz əlli səkkiz) manat, xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 4232 manat (dörd min iki yüz otuz iki manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 8218 manat (səkkiz min iki yüz on səkkiz manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 7140 manat (yeddi min yüz qırx manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 9610 (doqquz min altı yüz on manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 6301 manat (altı min üç yüz bir manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli 5960 manat (beş min doqquz yüz altmış manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 13922,13 manat (on üç min doqquz yüz iyirmi iki manat on üç qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 15204 80 (on bes min iki vüz dörd manat səksən aəDİkV 05 12 2020-ci il tarixli ********* nömrəli qaimə ilə 16200,80 manat (on altı min iki yüz manat səksən qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 14525 manat (on dörd min beş yüz iyirmi beş manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 2750 manat (iki min yeddi yüz əlli manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 13922,13 manat (on üç min doqquz yüz iyirmi ıkı manat on üç qəpik), 06.1Ü.2Ü21-Ci ıl tarixli ********* nömrəli qaimə ilə isə satışdan əldə edilmiş 1370 manat (min üç yüz yetmiş manat) məbləğində pulu, yəni 15 ədəd maddi məsuliyyətinə götürdüyü 149790,33 manat (yüz qırx doqquz min yeddi yüz doxsan manat, otuz üç qəpik) dəyərində müxtəlif növ masa örtükləri məhsullarını Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası ərazisi və Qarabağ iqtisadi rayonu ərazisi istisna olmaqla) yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, ümumilikdə 20 ədəd qaimə-fakturaların əsasında cəmi 184496,33 manat (yüz səksən dörd min dörd yüz doxsan altı manat 33 qəpik) dəyərində masa örtükləri məhsullarının satışından əldə etdiyi 147724,17 manat (yüz qırx yeddi min yeddi yüz iyirmi dörd manat, on yeddi qəpik) dəyərində olan hissəsini nağd şəkildə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən kassasına ödəməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 38142,16 manat (otuz səkkiz min yüz qırx iki manat, on altı qəpik) pul vəsaitini təhvil aldıqdan sonra Cəmiyyətin ünvanı qeyd olunan kassasına təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-ə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 1989-cu il tarixdən tanımışdır. Eldəniz onun Şəki şəhərində qonşusu olmuşdur. Daha sonra Eldəniz Bakı şəhərinə köçərək "xxxx" MMC adlı şirkət qurmuşdur. Həmin şirkət plastik masa örtükləri satmaqla məşğul olmuşdur. O fərdi sahibkar kimi Sədərək ticarət mərkəzində fəaliyyət göstərmiş, "xxxx" MMC-dən və digər şirkətlərdən müxtəlif masa örtüklərini nisyə alaraq Sədərək ticarət mərkəzində və müxtəlif rayonlarda satışını həyata keçirmiş, hissəhissə olmaqla pulunu MMC-yə ödəmişdir. 2020-ci ildə pandemiya səbəbindən karantin saatlarında çıxış icazəsi olmamış, buna görə də işləyə bilməmişdir. Zərərçəkmiş şəxs ona təklif etmişdir ki, onu əmək müqaviləsi əsasında ekspeditor vəzifəsinə götürsün, adı portala əlavə edildikdən sonra karantin saatlarında sərbəst hərəkət edə bilsin, o da razılaşmışdır. 2020-ci ilin iyun ayında onunla "xxxx" MMC arasında satıcı ekspeditor vəzifəsinə götürülməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. O rəsmi əməki müqaviləsi bağladığı dövrədək, yəni 2017-ci ildən 2020-ci ilin iyun ayınadək dəfələrlə fərdi sahibkar kimi "xxxx" MMC-dən nisyə mal götürmüş, daha sonra isə həmin malları daha baha sataraq gəlir əldə etmiş, həmçinin "xxxx" MMC-nin borcunu qaytarmışdır. Rəsmi əmək müqaviləsi bağladıqdan sonra "xxxx" MMC-nin mallarını Naxçıvan MR və Qarabağ ərazisi istisna olmaqla bütün ölkə üzrə satışını həyata keçirmişdir. O, 260 manat maaş almış, həmin pulu kart vasitəsi ilə almışdır və MMC-dən malları Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26 ünvanında yerləşən anbardan təhvil alıb rayonlarda müştərilərə çatdırmışdır. Bəzən isə onlar malları sifariş əsasında özləri göndərmişlər. O, 2021-ci ilin oktyabr ayında həmin işdən çıxmışdır. "xxxx" MMC-də işlədiyi dövrdə həmin MMC-nin 38142,16 manat məbləğində əmlakını mənimsəməmişdir. İş prosesində MMC ilə onun arasında və həmçinin digər işçilər arasında borc məsələləri yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs malların satışını həyata keçirməsi ilə bağlı benzin pulu, bonus və s kimi sözlər versə də bunlara əməl etməmişdir. O, bəzən əldə etdiyi pulu nağd şəkildə Zərərçəkmiş şəxs vermişdir və həmçinin bəzi vaxtlarda pullar müştərilər tərəfindən birbaşa Yavər adlı işçinin kartına ödənilmişdir. Onun satışdan yığılmış pul vəsaitini təhvil vermək öhdəliyi olmamışdır. O sadəcə malları müştərilərə təhvil vermişdir. Həmin sənədlər mövcuddur. O, bəzən anbardan mal götürən zaman qaimələrə qol çəkib götürmüşdür, bir çox hallarda isə həmin sənədlərə mal götürəndən uzun müddət keçdikdən sonra imza etmişdir. Həmin malları o, daxili qaimələr əsasında müştərilərə təhvil verdikcə imzalatdırmaqla təhvil vermişdir. O, qəbzlərlə tanış olmuşdur. Həmin imzalar ona məxsusdur. Satışdan müştərilər tərəfindən əldə edilmiş pulları da gətirib orada işləyən Eldənizə vermişdir və ya həmin pullar kart vasitəsilə özləri Yavərin kartına göndərmişlər. Kassa mədaxil və məxaric orderləri olmamışdır. O, 1370 manatı mənimsəməmişdir. Belə ki, Zərərçəkmiş şəxsla aralarında olan danışığa əsasən həmin məbləği müştəri onun arvadının adına olan karta atmış, 1370 manatın 160 manatını o, MMC-nin ona bonuslarla əlaqədar verəcəyi olduğu üçün şəxsi xərcinə ödəmiş, qalan pulu yəni 1224 manat pulu isə ödəniş terminalından Yavərin kartına göndərmişdir. Digər məsələ ilə bağlı isə bildirmişdir ki, o, Sədərək Ticarət Mərkəzində öz hesabına mağaza işlətmişdir. Həmin mağazanın "xxxx" MMC-nə aidiyyəti olmamışdır. O, həmin mağazanı sonradan Mətin adlı sahibkara mallar ilə birlikdə təhvil vermişdir. Mətinin mallara görə hal-hazıradək ona borcu vardır. Mağazanı Mətinə təhvil verdikdən sonra "xxxx" MMC-də işə düzəlmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə əks olunmuş səs yazısının ona məxsus olmasını bildirmişdir. O, həmin səs yazısında bildirmək istəmişdir ki, onun şirkətə hər hansı borcu yaranacağı təqdirdə həmin borcu ödəyəcəkdir. Həmin vaxtı nə qədər borcunun olması dəqiqləşməmişdir. Həmin vaxtı ona konkret olaraq nə qədər ödəməli olmağı da heç kim tərəfindən deyilməmişdir. Onun MMC-də işlədiyi müddət ərzində işi yalnız malları ekspeditor kimi qəbul edib müştərilərə təhvil verməkdən ibarət olmuşdur. Onun MMC-nə pul vəsaiti vermək vəzifəsi olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əlyazma ilə yazdığı izahatı audit X4 ona diktə edərək yazdırmış, həmçinin eyni məzmunlu izahatı yazaraq poçtla göndərməli olması barədə ona bildirdiyindən o da həmin məzmunda izahatı yazaraq poçtla göndərmişdir. Verilmiş mülki iddianı qəbul etmir. Zərərçəkmiş şəxs arayışda göstərdiyi 147000 manat ödənişi əmək müqaviləsi bağladığı dövrdən sonra ödəmişdir. Hesab edir ki, şirkətə cüzi məbləğdə borcu var, onuda ödəməyə hazırdır. Əmək müqaviləsi bağlamamışdan əvvəl götürdüyü malların Sədərək ticarət mərkəzində satışını həyata keçirmiş, pandemiya səbəbindən işləyə bilmədiyindən mallarla birlikdə mağazanı işlətməsi üçün Mətinə vermiş, Mətinlə razılaşmışlarki malların pulunu sonradan hissə hissə ona ödəsin. MMC ilə əmək müqaviləsi bağlandıqdan sonra götürdüyü malların ödənişlərini vaxtlı-vaxtında qaytarmışdır, az məbləğdə ödəniş etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş və mülki cavabdeh hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci il tarixdə vergi orqanında qeydiyyata alınmaqla tərəfindən təsis edilmiş və həmin Cəmiyyətin yeganə qanuni təmsilçisi o, olmuşdur. Qeyd etmişdir ki, Cəmiyyətin hüquqi ünvan kimi ünvan 3 ünvan Cəmiyyətdə hazırda anbardar işləyən və onun dostu olan Şahid3 yaşadığı mənzilin ünvanıdır. Belə ki, 2017-ci ildə Cəmiyyət tərəfindən təsis edilən zaman, onun xahişi ilə Cəmiyyəti Yavərin yaşadığı mənzildə qeydiyyata aldırmışlar, yəni hüquqi ünvanı həmin ünvan kimi göstərilmişdir. Cəmiyyətin faktiki ünvanı və anbarı Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşir. "xxxx" MMC şirkətinin əsasən fəaliyyəti dünyanın müəyyən ölkələrindən qeyri-qida məhsullarını yəni, müxtəlif növ masa örtüklərini ölkə ərazisinə ixrac etməklə topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Cəmiyyətdə ekspeditor, mühasib və anbardar ştatları mövcuddur. Qeyd etmişdir ki, Cəmiyyət kiçik bir müəssisə olduğundan orada cəmi 8 işçi fəaliyyət göstərmişdir. Direktoru olduğu ‘AZİMPLASTEX” MMC-də ekspeditorlar yalnız isti yəni topdan satışla işləyir və anbardan götürdükləri malların satışını nağd və ya nisyə qaydada satışını həyata keçirirlər. Belə ki, ekspeditorlar Cəmiyyətin anbarından malları qaimə əsasında üzərinə götürürlər və qeyd olunan malları öz dislokasiyalarına aid olan ticarət subyektlərinə qaima-faktura əsasında satışını nağd və nisyə qaydada həyata keçirirlər. Cəmiyyətdə xəzinədar olmadığından ekspeditorlar satış nöqtələrindən yığılan pulları Cəmiyyətin anbarında anbardara və yaxud həmin ünvanda ona əlbəəl verirlər və həmin pul vəsaitləri tərəfindən xəzinəyə mədaxil edilərək ekspeditorların hesabından çıxılır. Bildirmişdir ki, işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri bağlanılır. Ekspeditorlar maddi məsul şəxslər olduğuna görə əmək müqavilələri bağlanarkən müqavilələrində maddi məsuliyyət haqqında müddəa da göstərilir və satış üçün götürdükləri məhsullar üzrə tam məsul cavabdeh şəxs olurlar. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs təxminən 2013-cü il tarixdən tanımışdır. Ola bilər Çingiz onu əvvəllər tanımışdır, belə ki, onlar hər ikisi Şəki şəhərində doğulmuşlar. Onlar əvvəllər fiziki şəxs kimi fəaliyyət göstərdiyindən qardaşı Cavanşir Yusifov ondan mal almış və Çingiz isə həmin vaxt Cavanşirin sürücüsü olmuşdur. Çingiz 2017-ci ilədək qardaşı Cavanşirin sürücüsü kimi işləmiş, o dövrədək Çingiz gəlib MMC-dən mallar götürsə də mallara görə cavabdeh şəxs qardaşı olmuşdur və həmin ildə Çingiz işdən aralanaraq Sədərək Ticarət Mərkəzində kirayə mağaza götürmüşdür və ara sıra onun şirkətindən mal almışdır. Çingiz 2022-ci ilin yanvar ayının əvvəllərindən yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-dən mal götürmüş və öz müştərilərinə satmışdır. Belə ki, Çingiz götürdüyü malların bir miqdarını satıb pulunu ona təhvil vermiş, o da görmüşdür ki, Çingiz şirkətin mallarını sata bilir. Çingizlə əmək müqaviləsi bağlananadək Çingiz malları götürüb satsa da, ödənişi tam ödəməmişdir və Çingiz bildirmişdir ki, həmin pulu ödəyəcək. Həmin vaxtlar Çingiz "xxxx" MMC-dən götürdüyü malları kimə satdığını o, bilməmişdir. Çingiz xx.xx.2020-ci il tarixdə artıq işlətdiyi mağazanı da bağladığını, əlavə heç yanda işləmədiyini bildirərək, Cəmiyyətə ekspeditor vəzifəsinə düzəlmək istədiyini xahiş etmişdir və həmin tarixdən əmək müqaviləsi bağlanaraq qeyd olunan vəzifəni icra etməyə başlamışdır. Bildirmişdir ki, "xxxx" MMC topdan satış həyata keçirdiyi üçün Azərbaycan Respublikası ərazisində müqavilə bağlayıb mal satdığı konkret satış nöqtələri yoxdur. Ekspeditorlar özləri satış nöqtələrini, yəni müştəriləri müəyyən edir və tələbə uyğun olaraq gəlib "xxxx" MMC-nin anbarından mal götürərək aparıb həmin malı müəyyən etdikləri müştərilərə satırlar və əldə etdikləri pulu gətirib təhvil verirlər. Çingizin də ərazisi Naxçıvan MR və Qarabağ ərazisi istisna olmaqla bütün Respublika ərazisi olmuşdur. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqlarla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü mallarla onların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlə yarandığından o, bu barədə Çingizdən soruşmuşdur. Çingiz isə ölkənin rayonlarında olan ticarət subyeklərinə mallar verdiyini və həmin malların müqabilində pul vəsaitlərinin ticarət subyektləri tərəfindən hələ də verilmədiyini bildirmişdir. Lakin o, bundan şübhələnib həmin mart ayında regionda olan Çingizin mal satdığı ticarət subyeklərinə getdikdə, mağaza sahibləri Çingizdən aldıqları malların müqabilində pul vəsaitlərini özünə ödədiklərini və heç bir məbləğdə borclarının olmadığını bildirmişilər. Bundan sonra isə Çingizin anbardan götürdüyi malların pullarının bir hissəsini Cəmiyyətə ödəmədiyini başa düşmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixdə Çingiz Quba rayonunda olan Zaur adlı müştəriyə 1370 manat dəyərində mal göndərdiyini bildirmiş və həmin pulun müştəri tərəfindən ödənmədiyi bildirilsə də, Çingiz həmin pul vəsaitinin hələ də özünə ödənilməməsini bildirmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə onun göstərişi əsasında Cəmiyyətin iki işçisi, Şahin və Füzuli adlı şəxslər Quba şəhərinə ezam edilmişdir və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bundan əlavə Çingizin pul vəsaitlərini Cəmiyyətə təhvil vermədiyini, həmçinin müxtəlif bəhanələr gətirdiyini, o cümlədən götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində Mətin adlı bir sahibkara verdiyini və həmin pulu Mətindən aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlanılaraq Çingizin həqiqətən də malların bir hissəsini verdiyini və Mətinin həmin pulun Çingizə ödənilmədiyi soruşulduqda, Mətin Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləğin 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Qeyd olunan məsələləri aydınlaşdırmaq üçün Çingizlə əlaqə saxlasalar da Çingiz Cəmiyyətə gəlməmiş və ödəmədiyi pul vəsaitləri tələb edilsə də, müxtəlif bəhanələr gətirərək, həmin pulları qaytarmaqdan yayınmışdır. Bundan əlavə qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayında Cəmiyyətə dəvət olunan sərbəst auditor olan Nəcəf müəllim tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması aparılmış və həmin vaxt Çingizin fəaliyyətinə aid bütün mühasibatlıq sənədləri auditora təqdim edilmişdir. Auditin nəticəsi olaraq isə, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cəmiyyətin anbarından götürdüyü malların müqabilində öhdəliyində 38142,16 manat çatışmazlıq müəyyən edilmişdir. Audit zamanı Çingiz izahatında törətdiyi əməli etiraf etmiş, əlində guya auditə təqdim edilməli sənədlər olmasını bildirsə də, heç vaxt həmin sənədləri təqdim etməmişdir. İzahatı da bildiyi qədərilə audit materiallarına əlavə edilmişdir. Ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. "xxxx" MMC-də xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini Cəmiyyətin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarında bir çox vaxt ona, müəyyən vaxtlarda isə Cəmiyyətin anbardarı olan Şahid3 ödəmişdir. xx.xx.2021-ci il tarixli, ********* nömrəli qaimədə göstərilən 1370 manatlıq malı təhvil alan şəxs Şahid1 olmuşdur. Şahid1 rəhbəri olduğu şirkətin işçisi, ekspeditorudur. Çingiz ona zəng edərək Quba şəhərindəki müştərisinə 1370 manatlıq mal lazım olduğunu və həmin müştəriyə mal göndərilməsini xahiş etmişdir. O da Şahinə bildirmişdir ki, Çingizin Quba şəhərində olan müştərisinə həmin 1370 manat dəyərində malı aparıb versin. Şahin mal təhvil aldıqdan sonra Quba rayonunda olan satıcıya vermişdir. Lakin malın satışından əldə edilmiş 1370 manat məbləğində pulu satıcı Çingizin xahişi ilə Çingizin arvadının bank kartı hesabına göndərmişdir. Pulun göndərilməsi ilə bağlı qaimə fakturanın şəkli cinayət işi materiallarına əlavə edilmişdir.Ona təqdim olunan 340 vərəqdə, 9 ədəd qaimə kitabçaları və 1 ədəd dəftərlə tanış olmuşdur. Bildirmişdir ki, həmin qaimə fakturaların "xxxx" MMC-nə heç bir aidiyyəti yoxdur. Həmin qaimə fakturaların "xxxx" MMC ilə əlaqəsini göstərən əsaslı, təsdiqedici heç bir funksiyası yoxdur. Belə ki, həmin qaimə fakturalarda "xxxx" MMC-nin adı, MMC-nə aidiyyətini göstərən hər hansı möhür, imza belə yoxdur. Hətta həmin qaimə fakturalarda göstərilən malların satışı ilə "xxxx" MMC məşğul olmur. Məsələn, qaimə fakturada fartuk, zərci, ağ fartuk kimi mallar nələrdir o, bilməmişdir. "xxxx" MMC sadəcə sellofan masa örtüklərin satışı ilə məşğuldur, rəsmi qaimə-fakturalarda satıcı və alıcının imzaları, "xxxx" MMC-nin satdığı malların dəqiq adları qeyd olunur, məsələn “3D Printed TD”, “Şəffaf 0.20 50m” və s. Həmin adlar sellofan örtüklərin xüsusiyyətlərini, yəni örtüyün ölçüsünü, üzərində 3D rəsm olmasını və s. xüsusiyyətləri göstərir. Bir daha bildirmişdir ki, həmin qaimə fakturaların heç bir hüquqi əsası yoxdur, "xxxx" MMC-nə heç bir aidiyyəti yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, "xxxx" MMC-nin Çingizə heç bir borcu yoxdur və Çingizə qarşı heç bir qanunsuz əməl törədilməmişdir. İstintaq materaillarına əlavə edilmiş masa örtükləri nümunələri MMC-yə məxsus deyil.Çingiz Qubada müştəriyə satılan malın pulunu yəni 1370 manat pulu tam və ya qismən heç vaxt geri ödəməmişdir. Belə ki, Çingizin 440 manat borcu olmuşdur, Çingiz qızının universitetə daxil olması ilə əlaqədar ondan borc pul istəmiş və o, Çingizə bildirmişdir ki, malın pulundan 440 manat çıxsın. 784 manat pulu isə Çingiz süpürgə almışdır və ona bu barədə bildirməmişdir. Çingiz həmin bu borclarını ödəmək üçün Yavərin bank kartına 1224 manat göndərmişdir. Yavər də həmin pulu ona vermişdir. Çingizin MMC-yə etdiyi ödənişlərin hansı vaxt götürdüyü malların puluna görə etməsini ayırmaq mümkün deyil, belə ki, biz onun etdiyi ödənişləri Təqsirləndirilən şəxs MMC-yə olan ümumi borc məbləğindən silirik. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2020-ci il tarixdən rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyir. O, 450 manat əməkhaqqını kart vasitəsilə alır. İşlədiyi MMC-nin direktoru qardaşı Zərərçəkmiş şəxsdur. Ekspeditor kimi onun vəzifələri Cəmiyyətin məhsullarını Bakı şəhərində və rayonlarda satmaqdan ibarətdir. Cəmiyyətin fəaliyyəti dünyanın müxtəlif ölkələrindən masa örtüklərini ölkə ərazisinə idxal etməklə topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Cəmiyyətin rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri bağlanılır. "xxxx" MMC-də Cəmiyyətin anbarından məhsullar qaimə əsasında verilir. Belə ki, anbardan məhsul götürmək istəyən ekspeditor Cəmiyyətin anbarına yaxınlaşır və nə qədər mal sifariş vermək istədiyini anbardara söyləyir. Bundan sonra ambardar tərəfindən ekspeditorun sifariş etdiyi mallara dair iki qaimə tərtib edilir. Anbardan ekspeditora verilən mallara dair qaimədə “təhvil aldı” qrafası ekspeditor, “təhvil verdi” qrafasını anbardar imzalayır və həmin qaimənin bir nüsxəsini ekspeditor götürür, digər nüsxəsini isə anbardar özündə saxlayır. Hər ayın sonu isə qaimələr mühasibatlığa təhvil verilir. Cəmiyyətdə xəzinədar olmadığından, həmçinin ofisi anbarda yerləşdiyindən ekspeditorlar sifariş verdiyi malları satıb pulunu aldıqdan sonra həmin pul vəsaitlərini bir çox vaxt direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə anbardara əlbəəl ödəyirlər. Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində tanımışdır. "xxxx" MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü mallarla onların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlər yaranmışdır və bu hal Cəmiyyət rəhbəri Zərərçəkmiş şəxs şübhələr yaratmışdır. Qardaşı Eldəniz ona bildirmişdir ki, Çingiz müxtəlif müştərilərə müxtəlif məbləğlərdə mallar satmış və həmin pulları geri qaytarmamışdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Quba rayonunda olan müştəriyə 1370 manat dəyərində mal verdiyini, həmin malın pulunun qaytarılmadığını bildirmiş, onu və qardaşı oğlu Füzulini qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Quba şəhərinə ezam etmiş və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin deməsinə əsasən həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bildirmişdir ki, həmin malı xx.xx.2021-ci il tarixli, ********* nömrəli qaimə ilə o, anbardan götürmüşdür. Belə ki, Eldəniz də ona bildirmişdir ki, Çingizin Quba şəhərində olan müştərisinə həmin 1370 manat dəyərində malı aparıb versin. O, malı təhvil aldıqdan sonra Quba rayonunda olan satıcıya vermişdir. Lakin malın satışından əldə edilmiş 1370 manat məbləğində pulu satıcı Çingizin arvadının bank kartı hesabına göndərmişdir. Pulun göndərilməsi ilə bağlı qaimə fakturanın şəkli cinayət işi materiallarına əlavə edilmişdir. Bundan əlavə Çingiz götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində bir sahibkara verdiyini və həmin pulu ondan aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün qardaşı Eldəniz xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlamış və Çingizin həqiqətən də malların bir hissəsini verdiyini və pulu ödəmədiyini soruşulduqda, Mətin Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləği 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Sabiq ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. "xxxx" MMC-də xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini bir çox vaxt Cəmiyyətin faktiki ünvanında yerləşən anbarında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə anbardar Şahid3 ödəmişdir. Sonradan isə həmin pul vəsaitləri, Cəmiyyətdə xəzinədar olmadığı üçün Zərərçəkmiş şəxs tərəfindən ofisdə xəzinəyə mədaxil edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2020-ci il tarixdən rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-də anbardar vəzifəsində işləmişdir, "xxxx" MMC-də ondan başqa anbardar vəzifəsində heç kəs işləməmişdir. Cəmiyyətin anbarından məhsullar qaimə əsasında verilmişdir. Belə ki, anbardan məhsul götürmək istəyən ekspeditor Cəmiyyətin anbarına yaxınlaşmışdır və nə qədər mal sifariş vermək istədiyini ona söyləmişdir. Bundan sonra tərəfindən ekspeditorun sifariş etdiyi mallara dair iki qaimə tərtib edilmişdir. O da qaimədəki malları ekspeditorun avtomaşınına yüklətdirmişdir. Anbardan ekspeditora verilən mallara dair qaimədə “təhvil aldı” qrafası ekspeditor, “təhvil verdi” qrafasını o, imzalamışdır və həmin qaimənin bir nüsxəsini ekspeditora vermişdir, digər nüsxəsini isə özündə saxlamışdır. Hər ayın sonu isə qaimələri mühasibatlığa təhvil vermişdir. Anbardan verilən malların uçotu kompyuter proqramı vasitəsilə aparıldığından, anbardan malların məxarici zamanı əlavə olaraq hər hansı bir qeydiyyat aparmamışdır, bu barədə hər hansı bir sənəd tərtib etməmişdir, sadəcə olaraq anbar qaimələrinin bir nüsxəsini özündə saxlamışdır. Cəmiyyətdə xəzinədar olmadığından, həmçinin ofisi anbarda yerləşdiyindən ekspeditorlar sifariş verdiyi malları satıb pulunu aldıqdan sonra həmin pul vəsaitlərini bir çox vaxt direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə ona əlbəəl ödəmişlər. Sonradan isə həmin pul vəsaitləri, xəzinədar olmadığı üçün Zərərçəkmiş şəxs tərəfindən ofisdə xəzinəyə mədaxil edilmişdir və ekspeditorun hesabından çıxılmışdır. Qeyd etmişdir ki, işlədiyi dövr ərzində müəssisənin anbarına sənədsiz mal qəbul etməmişdir və müəssisənin anbarından hər hansı ekspeditora sənədsiz mal verməmişdir. Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində tanımışdır və onunla qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. "xxxx" MMCnin sabiq ekspeditoru Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqla bağlı göstərmişdir ki, 2021-ci ilin təxminən mart ayında Çingizin anbardan satış üçün götürdüyü malların müqabilində ödədiyi pul vəsaitləri arasında xeyli fərqlər yaranmışdır və bu hal Cəmiyyət rəhbəri Zərərçəkmiş şəxs şübhələr yaratmışdır. Bununla bağlı Çingizdən soruşulduqda, o, ölkənin rayonlarında olan ticarət subyeklərinə mallar verdiyini və həmin malların müqabilində pul vəsaitlərinin ticarət subyekləri tərəfindən hələ də verilmədiyini bildirmişdir. Lakin Eldəniz bundan şübhələnib həmin mart ayında regionda olan Çingizin mal satdığı ticarət subyektlərinə getmiş və mağaza sahibləri Çingizdən aldıqları malların müqabilində pul vəsaitlərinin Çingizin özünə ödədiklərini və heç bir məbləğdə borclarının olmadığını bildirmişlər. Bununla da Eldəniz Çingizin anbardan götürdüyü malların pullarının bir hissəsini Cəmiyyətə ödəmədiyini başa düşmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixdə Çingiz Quba rayonunda olan müştəriyə 1370 manat dəyərində mal göndərdiyini bildirmiş və həmin pulun müştəri tərəfindən ödənmədiyi Çingizə bildirilsə də, o, həmin pul vəsaitinin hələdə ödənilməməsini söyləmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması məqsədi ilə xx.xx.2021- ci il tarixdə Eldənizin göstərişinə əsasən Cəmiyyətin iki işçisi Quba şəhərinə ezam edilmişdir və müştəri ilə aparılan danışıqlar zamanı müəyyən olunmuşdur ki, 1370 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə onun həyat yoldaşı Samirə Lətifovaya məxsus kart hesabına göndərilmişdir. Bundan əlavə götürdüyü malların bir qismini Sədərək Ticarət Mərkəzində bir sahibkara verdiyini və həmin pulu aldıqdan sonra Cəmiyyətə ödəyəcəyini bildirdiyindən, qeyd olunan məsələni aydınlaşdırmaq üçün xx.xx.2021-ci il tarixdə həmin sahibkarla əlaqə saxlanılaraq Çingizin həqiqətən də malların bir hissəsini ona verdiyini və ödəmədiyini soruşulduqda, o Çingizdən ümumillikdə 21500 manat dəyərində mal aldığını və qeyd olunan məbləği 19887 manatını müxtəlif vaxtlarda Çingizin özünə ödədiyini bildirmişdir. Bundan sonra, Cəmiyyət rəhbərliyi tərəfindən Çingizlə əlaqə saxlanılmış, qeyd olunan məsələlərə aydınlıq gətirməsi bildirilsə də, həmçinin çatışmayan pul vəsaitləri ondan tələb edilsə də, Çingiz danışıqlara gəlməmiş, həmçinin heç bir səbəb gətirmədən, öhdəsində olan çatışmayan pul vəsaitlərini Cəmiyyətə ödəməkdən yayınmışdır. Sabiq ekspeditor Təqsirləndirilən şəxs Cəmiyyətdə işlədiyi müddət ərzində anbardan öhdəsinə qəbul etdiyi malları "xxxx" MMC-nin faktiki ünvanında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında yerləşən anbarından qəbul etmişdir. "xxxx" MMC-də xəzinədar olmadığından, ekspeditor Təqsirləndirilən şəxs anbarından qəbul etdiyi malların satışından əldə etdiyi pul vəsaitlərini bir çox vaxt Cəmiyyətin faktiki ünvanında yerləşən anbarında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev 26 ünvanında direktor Zərərçəkmiş şəxs, bəzi hallarda isə ona əlbəəl ödəmişdir. Sonradan isə həmin pul vəsaitləri, Cəmiyyətdə xəzinədar olmadığı üçün Zərərçəkmiş şəxs tərəfindən ofisdə xəzinəyə mədaxil edilmişdir. Cəmiyyətin mühasibi Elxandır. Anbardan mal götürüləndən sonra təhvil-təslim aktı tərəfindən tərtib olunmuşdur və həmin aktları imzalandıqdan sonra o, həmin aktları Cəmiyyətin vahid kompüter sisteminə daxil etmişdir və mühasib Elxanın, həmçinin təsisçi də həmin məlumatları görə bilmişdir. Çingiz onun bank kartına 1224 manat göndərmiş, o da həmin pulu Eldənizə vermişdir. Eldənizin deməsinə görə Çingiz ona olan şəxsi borcunu ödəmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən işlədiyi Sədərək Ticarət Mərkəzində ticarətçi kimi tanımışdır. O, Sədərək TM-də plastik masa örtükləri satır və Çingizi tanıyanda da orada masa örtükləri satışı ilə məşğul olmuş və orada obyekt icarəyə götürmüşdür. Çingiz də qonşuluqda obyekt işlətmiş və masa örtükləri satmışdır. Bildirmişdir ki, təxminən 2020-ci ilin əvvəllərində Çingiz işlədiyi biznesi satdığını ona demiş və işlətdiyi obyekti içindəki mallarla birlikdə satdığını bildirmişdir. O da Çingizin obyektini almaq üçün razılaşmışdır. Lakin, Çingiz ona bildirmişdir ki, həmin obyekti içindəki mallarla birlikdə almalıdır və içində təxminən 21 min manat dəyərində mal vardır. O da bildirmişdir ki, malı satdıqca pulunu verəcəkdir və malı satdıqca pulunu yəni təxminən 20 min manata yaxın pulu Çingizə ödəmişdir. Çingizin orada qoyduğu mal elə 20 min manat dəyərində olması aydınlaşdığı üçün heç bir borcu qalmadığı barədə razılaşmışlar. Bildirmişdir ki, Çingiz ona həmin obyekti təhvil verdikdən sonra ona hər hansı bir mal satmamışdır. Təxminən 2021-ci ilin sonlarında Eldəniz Yusifli adlı sahibkar Sədərək Ticarət Mərkəzinə onun işlədiyi yerə gəlmiş və ona bildirmişdir ki, Çingiz şirkətində işləmiş və verilmiş Eldənizin şirkətinə məxsus malı mənimsəmişdir. O, bilmişdir ki, Çingiz Eldənizə demişdir ki, guya onun Çingizə 20 min manat verəcəyi vardır və o, həmin pulu Çingizə verdikdən sonra Eldənizə verəcəkdir. Bu barədə Eldəniz ona bildirdikdə o, Eldənizə demişdir ki, onun Çingizə heç bir borcu yoxdur, Çingizə verdiyi pulu dəqiq olaraq hesablayıb bildirmişdir ki, 19887 manat pulu Çingizə vermişdir və onun artıq heç bir borcu yoxdur. Eldəniz də bildirmişdir ki, Çingiz neçə müddətdir ki, aldadır ki, Mətinin verəcəyi vardır, pulu alan kimi aparıb Eldənizin şirkətindən mənimsədiyi pulun əvəzi kimi verəcəkdir. O, həm də bildirmişdir ki, Çingiz ona obyekti satdıqdan sonra onun Çingizdən heç bir xəbəri olmamışdır, yəni harada nə işləməsindən xəbəri olmamışdır. Eldəniz ona dedikdən sonra bilmişdir ki, Çingiz Eldənizin şirkətində ekspeditor işləmişdir. Çingiz Eldənizin şirkətində işlədiyi müddətdə ona hər hansı miqdarda mal satmamışdır. Onun "xxxx" MMC-nin sabiq ekspeditor Təqsirləndirilən şəxs öhdəliyində xeyli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Eldəniz Yusifli ona bu barədə dedikdə xəbəri olmuşdur. Bildirmişdir ki, Çingizə olan borcunu Çingizin özünə ödəmişdir. Həmin borc da Çingizin işlətdiyi biznesi alan zaman yaranmışdır. Həmin biznesi alan zaman da oradakı malları o, Çingizin malı bilib almışdır. Onun oradakı malların "xxxx" MMC-nə və ya digər kiməsə məxsus olması barədə məlumatı olmamışdır. Çingizə pulu ödəyib Çingizin malı kimi almışdır. Çingiz bir neçə dəfə ona zəng edib borcunu tələb etsə də, o, Çingizə borcunun qalmadığını bildirmişdir. Çingiz yalandan Eldənizə bildirmişdir ki, guya onun Çingizə borcu vardır və ondan pulu alıb Eldənizə verəcəkdir. Bildirmişdir ki, Çingizi doğru insan kimi tanımır və düşünür ki, Çingiz həqiqətən də Eldənizi aldatmış və şirkətinin əmlakını mənimsəmişdir(cild 2, i.v.106-109); Şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə evlənmişdir. Çingiz uzun müddət masa örtüklərinin satışı ilə məşğul olmuşdur. Çingiz əvvəllər Sədərək Ticarət Mərkəzində obyekt götürərək işlətmiş, orada da masa örtükləri satmış, daha sonra isə "Azimplastex” MMC-də satış ekspeditoru vəzifəsində işləmişdir. Çingizin həmin MMC-nin rəhbərliyi ilə anlaşmazlığı olduğu üçün işdən ayrılmışdır. O, Çingizin işdən çıxmasının səbəblərini dəqiqliyi ilə bilmir, Çingizin işi ilə yaxından maraqlanmamış və həmçinin Çingizin bir yerdə işlədiyi şəxsləri də tanımamışdır. "xxxx" MMC-nin sabiq ekspeditor Təqsirləndirilən şəxs öhdəliyində xeyli miqdarda çatışmazlıq aşkar edilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs “Azimplastex" MMC-də işlədiyi dövrdə həmin MMCdən mal əldə edib Quba şəhərində satdığı şəxsin malların satılmasından əldə edilmiş 1370 manat məbləğində pulu xx.xx.2021-ci il tarixdə Çingizin xahişi ilə ona məxsus kart hesabına göndərilməsi ilə bağlı bildirmişdir ki, həmin kart hesabı onun olsa da, kartın özü əri Təqsirləndirilən şəxs olmuş və kartı Çingiz işlətmişdir. Onun həmin kart hesabına 1370 manat məbləğində pul köçürülməsindən xəbəri olmamışdır. Həmin pulu köçürən şəxsi də tanımır. Həmin pulun taleyi barədə də məlumatı yoxdur(cild 2, i.v.117-119); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ekspert X5 verilmiş suallara cavab olaraq göstərdi ki, hazırki iş üzrə 01 il əvvəl rəy vermişdir, ümumiyyətlə eksert qarşısında qoyulmuş suallar əsasında rəy verilir, ekspertiza rəyində istinad etdiyi auditor rəyi və sənədlər olmuşdur, həmin sənədlər mövcud deyilsə işdə texniki səhv ola bilər, qoyulmuş suallar əsasında olan dövrə rəy verilibdir. Tam maddi məsuliyyət haqqında müqaviləyə istinad etmişdirsə deməli elə bir müqavilə olmuşdur. Tədqiqat aparılarkən əmək müqaviləsi, kassa-mədaxil orderləri, aktlar və arayışlar əsasında rəy verilmişdir. Onlar mühasibatlıq ekspertizası apararkən sənədlərin həqiqiliyinə baxmırlar. Quba epizodu var idi, dənədi olmadığından həmin epizoda qiymət verilməmişdir. Əmək müqaviləsi rəy verilməsi üçün vacibdir. Onlar yenidən yoxlama aparmamış, auditin sübutlarına qiymət vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş audit X4 verilmiş suallara cavab olaraq göstərdi ki, 1999-cu ildən audit kimi fəaliyyət göstərir, auditorlar palatası sədrinin elmi metodik şurasının sədridir. Bu işdə rəy verilməsi zamanı ciddi çətinlik sənədlərin olmaması olmuşdur. O, Çingizi dəvət etmiş, özü ilə danışmış, izahatı alınmış, onun izahatı əsasında rəy vermişdr, həmin izahatı Çingiz ona yazılı da göndərmişdir. O malların alınmasını etiraf etmişdir, o, sənədlərin olmamasını rəydə də göstərmişdir. 147000 manat pulu qaytarmağını MMC arayış əsasında qeyd etmişdir. İnsafla dedilər ki qaytarmışıq, Çingiz də demişdir ki, onun borcu var. Sənədlər olmasa belə rəy vermək olar, amma onun verdiyi rəy məhkəmə üçün əsas ola bilməz. Onun rəyi cinayət olub-olmamasını təsdiq etmir. Bunu hüquq mühafizə orqanı müəyyən etməlidir. Çingiz sənəd təqdim etməsə idi, o rəy verə bilməzdi. Çingiz malı götürdüyünü, zərərçəkmiş Eldəniz də pulu təhvil aldığını etiraf etmişdir, o da izahat və etiraflara əsasən rəy vermişdir, o rəyində çatışmamazlıq sözü göstərməmişdir, 38142 manat rəqəmini ona təqdim edilən sənədlərə əsasən çıxarmış, arayış, quba epizodu əsasında həmin rəqəmi hesablamışdır. Həmin kassamədaxil orderlərində pulu verən şəxsin imzasının olması şərt deyil, kassa-mədaxil orderləri iki hissə olur, kəsilərək birtərəfi verilir. Kassa mədaxil orderlərini görməmiş, zərərçəkmiş demişdir ki, 147000 almışdır, təqsirləndirilən şəxs isə ancaq izahat vermiş, sənəd verməmişdir. 38142 manatın əskiklik olmasını o deyə bilməz, borc, əskiklik, oğurluq, tələf olma və s. bunlar fərqli şeylərdir. 147000 manat ilə bağlı zərərçəkmiş arayış verməsə idi o, həmin rəqəmi verə bilməz, yəni rəy verə bilməzdi, belə olan halda o rəy vermək mümkün olmadığını bildirəcəkdi, bu işdə isə etiraf olduğundan rəy vermişdir. 184496 manat mal götürülməsini təsdiq edən 2 dövr var, müqavilə olana qədər və müqavilədən əvvəlki dövr. X2 mal götürüb, ona bu kifayət edir. Quba epizodu olan 1370 manat ilə bağlı o, kapital bankın qəbzini görmüşdür, lakin qaimə Təqsirləndirilən şəxs adına olmamışdır. Onun rəyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməli olmasını təsdiqləmir, malın götürülməsini qaimələr təsdiq edir. Sənədlər tam təqdim edilsə idi onda dəqiq qiymət vermək olardı. Bu rəy bir növ rəydən imtinadır, o rəyində demir ki, 38000 borc var və ya çatışmamazlıq var, elə ifadəni rəydə yazmamışdır, bildirmişdir ki, təqdim edilən sənədlər əsasında 38142 manatla bağlı məsələyə hüquqi qiymət verilməlidir. Əmək müqaviləsi və tam maddi məsuliyyət müqaviləsi olmasa da rəy vermək olar, amma qiymət vermək məhkəmənin səlahiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i.v. 01); TNM AUDİT MMC-nin 19 yanvar 2022-ci il tarixli audit rəyindən görünür ki, araşdırma nəticəsində aşağıdakılar aşkar olundu: "xxxx" MMC (VÖEN **********) ilə vətəndaş Təqsirləndirilən şəxs (şəxsiyyət vəsiqəsi AZE 0*******, FİN 4E7FEVJ Şəki ŞRPŞ QVŞV BÖLMƏSİ, xx.xx.2021) arasında maliyyə təsərrüfat əməliyyatları satış məqsədləri ilə "AZİMPLASTEX” MMC-dən vətəndaş Təqsirləndirilən şəxs mal verilməsindən və malların dəyərinin ödənilməsi ilə bağlı əməliyyatlardan ibarət olmuşdur. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim olunmuş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək vətəndaş Təqsirləndirilən şəxs 189956.33 manat dəyərində mal verilmişdir (Maddi-məsul şəxs və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində) . Bu məbləğdən 147724.17 manat "xxxx" MMC-nin kassasına vurulmaqla və malların geri qaytarılması yolu ilə ödənilmiş, qalan 42232.16 manat məbləğ isə "xxxx" MMC-yə ödənilməmişdir. Həmin arayışda və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim olunmuş xx.xx.2021-ci il tarixli digər arayışda "xxxx" MMC tərəfindən vətəndaş Təqsirləndirilən şəxs müraciətlər edilməsinə baxmayaraq bu məsələnin həlli ilə bağlı heç bir konstruktiv addım atılmadığı göstərilmişdir. "xxxx" MMC tərəfindən eyni zamanda "Təhvil aldı" və "Təhvil verdi" sətirləri və imzalar olan, sərbəst formada tərtib edilmiş ( Ciddi uçot blankı olmayan) reyestrlər aşağıdakı təqdim edilmişdir: SN Tarix Sənəd N-si Məbləğ 1 xx.xx.2020 N-siz 14411,00 2 xx.xx.2020 N000000569 8 535,00 3 xx.xx.2020 N000000580 4 994,00 4 xx.xx.2020 N-siz 2 126,00 5 xx.xx.2020 N-siz-siz 4 640,00 6 xx.xx.2021 N000001088 4 232,00 7 xx.xx.2021 N000001055 18 159,00 8 xx.xx.2020 N000000952 13 610,00 9 xx.xx.2021 N000001001 13 957,60 10 xx.xx.2021 N000001112 2 750,00 11 xx.xx.2021 N000001099 14 525,00 12 xx.xx.2020 N000000944 16 200,80 13 xx.xx.2021 N000001028 15 204,80 14 xx.xx.2021 N000001025 13 922,13 15 xx.xx.2021 N000001163 5 960,00 16 xx.xx.2021 N000001164 6 301,00 17 xx.xx.2021 N000001157 9 610,00 18 xx.xx.2021 N000001167 7 140,00 19 xx.xx.2021 N000001169 8 218,00 184 496,33 Bundan başqa, digər bir N 00001469 reyestrdə 1370 manat (Şahid1) göstərilmişdir ki, həmin malın dəyərinin vətəndaş Təqsirləndirilən şəxs həyat yoldaşı olması qeyd olunan X1 məxsus olan bank kartına ("KAPİTALBANK" - № 5 ***7706) Million ödəmə sistemilə köçürülməsi göstərilir. Beləliklə, müvafiq səlahiyyətllərə malik hüquq mühafizə orqanı tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilməklə bütövlükdə təsnifləşdirilməsini və "xxxx" MMC-nin vətəndaş Təqsirləndirilən şəxs borclu olması qeyd edilən 38142,16 manat(184 496,33 manat çıxılsin 147724.17 manat üstəgəl 1370 manat) məbləğin hüquqi əsaslılığına hüquqi qiymət verilməsi zəruri hesab olunmuşdur. (cild 1, i.v.11- 14); xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə xitam verilmişdir (cild 1, i.v. 26); əmək müqaviləsinin bağlanması ilə bağlı 4EFEBJ000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında satış ekspeditoru vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır(cild 1, i.v.27); əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 4EFEBJ000100 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında ekspeditor vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilmişdir(cild 1, i.v.28); Malların yerdəyişməsi adlı 00001469 nömrəli, xx.xx.2021-ci il tarixli qaimədən görünür ki, 1370 manat dəyərində malların götürülməsi ilə bağlı qaimənin aşağı hissəsində “Təhvil aldı” qrafasında Şahid1 yazılaraq imza edilmişdir(cild 1, i.v.41); Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il və 24 dekabr 2022-ci il tarixli izahatlarından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 189956,33 manat dəyərində malın götürülməsini və şirkətə 147724.17 manat pul və ya mal qaytarılmasını etiraf etmişdir(cild 1, i.v.46-66); Baxış keçirilməsi haqqında 25 iyun 2022-ci l tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin ünvan 8 ünvanında yerləşən MMC-nin anbar və ofisinə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir(cild 1, i.v.88-93); Azimplastex MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixinə "xxxx" MMC-yə heç bir borcu olmamışdır(cild 1, i.v.189); məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 9/5810 nömrəli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor rəyini tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə 38.142, 16 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin qeyd olunmuşdur ki, "xxxx" MMC-nin hesabında yaranmış çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir (cild 1, i.v. 191-198); zərərçəkmiş şəxs və nümayəndəsi qismində tanıma barədə 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin, yəni zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır(cild 1, i.v.208); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(cild 1, i.v. 241); Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(cild 1, i.v.244); 27 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2001-ci il təvəllüdlü, 2005-ci il təvəllüdlü və 2008-ci il təvəllüdlü 3 övladı vardır (cild 1, i.v.245); Kompakt diskə baxış keçirilməsi haqqında 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış zamanı “19 noyabr 2021” adlı faylı açdıqda Təqsirləndirilən şəxs Əhməd oğlunun aşağıdakı məzmunda danışığının əks olunduğu müəyyən edilmişdir: Təqsirləndirilən şəxs - Mən firmanın pulunu otkaz eləmirəm qardaş, firmaya borcum var, bugün də başımla cavabdehəm ki, firmanın pulunu mən ödəyəcəm, mən firmanın pulunu ödəyəcəm, qanun nəyi deyirsə onu ödəyəcəm, amma Eldəniz səninlə mənim başqa bir söhbətim olacaq, sağlıq olsun. Ödəyəcəm, niyə də ödəmirəm ki, qardaş. Qanun onu mənə əgər deyirsə mən firma yoxdu? mən firmanın işçisiyəmsə, ödəmək hansı yolu varsa, mülki məcəllə, prosessual məcəllə, əmək məcəlləsi, hamısını qoyduq ortaya, baş üstə, canla başla, niyə ödəmirəm ki? Qardaşım canla-başla hə. Amma amma? Sən nağarasan mənə o maraqlıdı? heç maraqlı da deyil əşi özün bilərsən? Nə isə gecən xeyrə qalsın. Daha danışmayaq. Oldu görüşərik qardaşım, Allah canını sağ eləsin (cild 2, i.v.03); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, i.v.4); xx.xx.2023-cü il tarixli Yevlax rayonunda tərtib edilmiş aktdan görünür ki, ekspeditor Təqsirləndirilən şəxs oğu, satış nümayəndələri si İsmayılov Vüqar, Ömərov Şahin, Rzayev İlkin, Quliyev Tural, Tahirov Anar tərəfindən Təqsirləndirilən şəxs onlara təhvil verdiyi masa örtüyünün çeşidləri, kodları və adları göstərilməklə iştirakçılar tərəfindən təsdiq edilmiş, masa örtüklərinin nümunələri iş materiallarına əlavə edilmişdir(cild 2, i.v.49-70); Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzdən görünür ki, 7.11.2021ci il tarixdə 1224 manat Şahid3 kart hesabına ödənilmişdir(cild 2, i.v.93); Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 05 may 2023-cü il tarixi qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.94-95); məhkəmə-xətşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli 4/801 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 8 nömrəli “Əmək müqaviləsi”nin (kontraktı) 3-cü vərəqində “İşçi” qrafasında olan imza və 6-cı vərəqinin aşağı hissəsində “İmzası:" qrafasında olan imza; xx.xx.2020-ci il tarixli 000000952 nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli 000000569 nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimələrin aşağı hissələrində “Təhvil aldı Çingiz” qrafalarında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, i.v.120-123); 25 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, i.v. 124-126); sübutların qiymətləndirilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işində olan istintaq sənədləri, istintaq hərəkətlərinin protokolları və onlara əlavələr, audit aktı, məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə-xətşünaslıq ekspertizasının rəyi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, i.v.128-145); "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 38142 manat məbləğində pul vəsaiti və iddianın verilməsinə görə ödənilmiş 205 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəməklə talamışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı, bu cinayətin tərkibi ilə əhatə olunmadığı üçün düzgün tövsif edilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “...o fərdi sahibkar kimi Sədərək ticarət mərkəzində fəaliyyət göstərmiş, "xxxx" MMC-dən və digər şirkətlərdən müxtəlif masa örtüklərini nisyə alaraq Sədərək ticarət mərkəzində və müxtəlif rayonlarda satışını həyata keçirmiş, hissə-hissə olmaqla pulunu MMC-yə ödəmişdir. 2020-ci ildə pandemiya səbəbindən karantin saatlarında çıxış icazəsi olmamış, buna görə də işləyə bilməmişdir. Zərərçəkmiş şəxs ona təklif etmişdir ki, onu əmək müqaviləsi əsasında ekspeditor vəzifəsinə götürsün, adı portala əlavə edildikdən sonra karantin saatlarında sərbəst hərəkət edə bilsin, o da razılaşmış, 2020-ci ilin iyun ayında onunla "xxxx" MMC arasında satıcı ekspeditor vəzifəsinə götürülməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır...”, “...o rəsmi işçi müqaviləsi bağladığı dövrədək, yəni 2017-ci ildən 2020-ci ilin iyun ayınadək dəfələrlə fərdi sahibkar kimi "xxxx" MMC-dən nisyə mal götürmüş, daha sonra isə həmin malları daha baha sataraq gəlir əldə etmiş, həmçinin "xxxx" MMC-nin borcunu qaytarmışdır...”. İfadənin bu hissələri ilə bağlı məhkəmə qeyd edir ki, göründüyü kimi Təqsirləndirilən şəxs rəsmi əmək müqaviləsi bağladığı dövrədək dəfələrlə "xxxx" MMC-dən nisyə mal götürmüş və sonradan malı sataraq borcunu qaytarmışdr. Bu hal həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi ilə də təsdiqlənir. Bundan əlavə iş materiallarında olan xx.xx.2022-ci il tarixli Azimplastex MMC-nin vermiş olduğu və onun rəhbəri tərəfindən təsdiq edilmiş arayışdan da görünür ki, xx.xx.2020-ci ilə kimi götürülmüş malların dəyəri Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-yə ödənilmişdir və həmin tarixə təqsirləndirilən şəxsin "xxxx" MMC-yə borcu yoxdur. Bu hal özlüyündə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında sağlam ticarət əlaqələrinin olmasına dəlalət edir. Göründüyü kimi, rəsmi əmək müqaviləsi bağlanan dövrədək təqsirəndirilən şəxslə zərərçəkmiş hüquqi şəxs arasında nisyə alqı-satqı müqaviləsinə uyğun öhdəliklər olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, rəsmi əmək müqaviləsi bağlanan dövrədək yaranmış borcun ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qulluq mövqeyindən istifadə edilməklə etibar edilmiş xeyli miqdarda özgə əmlakının mənimsənilməsi cinayətinin predmeti kimi qiymətləndirilməsi qəbul edilməzdir. Məhkəmə rəsmi əmək müqaviləsi bağlanan dövrədək yaranmış borcun əşyanın nisyə satlıması nəticəsində yaranmış borc olmasını həmçinin təqsirləndirilən şəxsin Sədərək Ticarət Mərkəzində dükanının olması və biznes fəaliyyəti ilə məşğul olması ilə də əsaslandırır. Bu hal həmçinin Şahid4 ifadəsi ilə də sübut edilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş masa örtükləri nümünələrindən və bu nümunələri təqdim etmiş şəxslərin imzalarıından da görünür ki, təqsirləndirilən şəxs eyni növ əşyaları başqa satıcılardan da alaraq satmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsindən də görünür ki, təqsirləndirilən şəxs tərəfindən alıcılara satılmış həmin əşyalar "xxxx" MMC-yə məxsus deyil, göründüyü kimi təqsirləndirilən şəxs başqa şirkətlərdən də eyni növ mallar alaraq satışını həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, verilmiş ittihamda təsbit edilmiş çatışmazlığın 34706(otuz dörd min yeddi yüz altı) manatı (xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 14411 manat (on dörd min dörd yüz on bir manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 2126 manat (iki min yüz iyirmi altı manat) + xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 4640 manat (dörd min aiti yüz qırx manat) + xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 4994 manat (dörd min doqquz yüz doxsan dörd manat) + xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 8535 manat (səkkiz min beş yüz otuz beş manat) təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlanan dövrədək götürülmüş mallar üzrə yaranmış borcdur. Bundan əlavə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmiş xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 1370(min üç yüz yetmiş) manat məbləğində masa örtükləri məhsullarının satışından əldə etdiyi pul vəsaitinin onun tərəfindən mənimsənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin malların götürülməsini təsdiq edən 00001469 nömrəli, xx.xx.2021-ci il tarixli qaimənin aşağı hissəsində “Təhvil aldı” qrafasında Şahid1 yazılaraq imza edilmişdir. Yəni həmin malları "xxxx" MMC-dən Şahid1 götürmüşdür. Sözügedən qaimədən göründüyü kimi 1370 manat dəyərində malın satışından əldə edilmiş məbləğin MMC-yə ödənilməsində maddi məsul şəxs Təqsirləndirilən şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində 1370 manatı mənimsəmədiyini, həqiqətən Zərərçəkmiş şəxs tapşırığına əsasən həmin məbləğin müştəri tərəfindən arvadının adına olan karta atıldığını təsdiq etmiş, 1370 manatın 160 manatını Eldənizin deməsinə əsasən o, MMC-nin ona bonuslarla əlaqədar müəyyən qədər borcunun olduğu üçün şəxsi xərcinə ödədiyini, qalan 1224 manatı isə ödəniş terminalından MMC-nin anbardarı Yavərin kartına göndərdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 bu faktı təsdiq edərək ifadəsində göstərmişdir ki, həmin malı xx.xx.2021-ci il tarixli, ********* nömrəli qaimə ilə o, anbardan götürmüşdür. Belə ki, Eldəniz ona bildirmişdir ki, Çingizin Quba şəhərində olan müştərisinə həmin 1370 manat dəyərində malı aparıb versin. O, malı təhvil aldıqdan sonra Quba rayonunda olan satıcıya vermişdir. Lakin sonradan bilmişdir ki, malın satışından əldə edilmiş 1370 manat məbləğində pulu satıcı Çingizin arvadının bank kartı hesabına göndərmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzdən görünür ki, 7.11.2021ci il tarixdə 1224 manat Şahid3 kart hesabına ödənilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 1370 manat məbləğində malın götürülməsində cavabdeh şəxs olmamış, lakin Zərərçəkmiş şəxs tapşırığına əsasən malın təhvil verildiyi həmin müştərini tanıdığından ona pulu arvadının kartına köçürməsini bildirmiş, həmin puldan 1224 manat məbləğində vəsaiti isə Yavərin kartına göndərmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs isə bu faktla bağlı göstərmişdir ki, Çingiz Qubada müştəriyə satılan malın pulunu yəni 1370 manat pulu tam və ya qismən heç vaxt geri ödəməmişdir. Belə ki, Çingizin 440 manat ona borcu olmuşdur, Çingiz qızının universitetə daxil olması ilə əlaqədar ondan borc pul istəmiş və o, Çingizə bildirmişdir ki, malın pulundan 440 manat çıxsın,784 manat pula isə Çingiz süpürgə almışdır və ona bu barədə bildirməmişdir. Çingiz həmin bu borclarını ödəmək üçün Yavərin bank kartına 1224 manat göndərmişdir. Yavər də həmin pulu ona vermişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi 1224 manatın ödənilməsini qəbul etsə də, həmin məbləğin kassaya ödənilməli məbləğ olmadığını, həmin ödənişlə Çingizin şəxsi istifadəsi üçün ona verdiyi borcu qaytardığını bildirmişdir. Lakin məhkəmə qeyd edir ki, sözügedən məbləğin Təqsirləndirilən şəxs tərəfindən şəxsi məqsədlər üçün alınmış borcun ödənilməsi məqsədilə Zərərçəkmiş şəxs şəxsən və ya ona məxsus karta göndərilmədən MMC-nin anbardarı Şahid3 kartına ödəməsini bildirməsi inandırıcı görünmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də Şahid3 kartına ödənişlər etmiş və həmin ödənişlər sırf "xxxx" MMC-yə ödəməli borcu ilə əlaqədar olmuş və Zərərçəkmiş şəxs şəxsi münasibətlərdən yaranmış boclarla əlaqədar olmamışdır. Təqsirləndirilən şəxsin həmin məbləği "xxxx" MMC-yə olan borcu ilə əlaqədar göndərməsi barədə verdiyi ifadəsi məhkəmə tərəfində daha inandırıcı və həqiqətə uyğun qəbul edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş ümumilikdə (184496.33 manat(ümumi götürülmüş malın dəyəri) çıxılsın 147724,17 manat(zərərçəkmiş şəxsə ödənilmiş malın dəyəri) çıxılsın 34706 manat(əmək müqaviləsi bağlanmamışdan əvvəl götürülmüş malın dəyəri) 2066,33(iki min altmış altı manat otuz üç qəpik) manat dəyərində mal mənimsənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə ödədiyi 147724,17 manat məbləği onun sırf əmək müqaviləsi bağlayaraq fəaliyyət göstərdiyi dövrdə "xxxx" MMC-dən satış üçün götürdüyü malların dəyəri əvəzinə hesablamasını onunla əsaslandırır ki, həmin pulun əmək müqaviləsi bağlanmış dövrdən əvvəl və ya sonra yaranmış borc üçün verilmiş olmasını müəyyənləşdirmək qeyri-mümkündür. Zərərçəkmiş şəxsin nümayəndəsi də Təqsirləndirilən şəxs tərəfindən ona 147724,17 manat pulun hansı malların əvəzi olaraq ödəməsini bilmədiyini məhkəmə iclasında qeyd etmiş, bunun əksinə Təqsirləndirilən şəxs isə məhkəmə iclasında həmin pulu sırf əmək müqaviləsi bağlandığı dövrdən sonra yaranmış borcun əvəzi olaraq ödədiyini qeyd etmişdir. Məhkəmə qeyd dir ki, bu ödənişlərin hansı malların əvəzinə olaraq ödənilməsi şübhələri ibtidai istintaq dövündə istintaq orqanı tərəfindən də araşdırılmamış və aradan qaldırılmamışdr. Göründüyü kimi ifadələr arasında ziddiyyətlər, uyğunsuzluqlar olduğundan, şübhəli məqamlar yaranmışdır ki, bu şübhələr də təbii ki, qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittihamı şübhə altında qoyan ifadələr ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələrinin, şahid ifadələrini, ekspert rəyləri və iş üzrə digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən 2066,33(iki min altmış altı manat otuz üç qəpik) manat miqdarında məbləğin mənimsənildiyi öz təsdiqini tapdığından onun əməli yuxarıda sadalanan normalar nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan ona verilmiş ittihamdan CM-nin 179.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 38-ci bəndində qeyd edilir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 179.2.3-cü maddəsinin dispozisiyasında təsbit edilmiş əməli mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona əsas cəza kimi təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona müəyyən müddətə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 224 (iki yüz iyirmi dörd) manat məhkəmə-ekspertizası tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, "xxxx" MMC Təqsirləndirilən şəxs 38142 manat məbləğində pul vəsaiti və iddianın verilməsinə görə ödənilmiş 205 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə vurduğu ziyanın məbləği 2066,33(iki min altmış altı manat otuz üç qəpik) manat müəyyən edildiyindən, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 2066,33(iki min altmış altı manat otuz üç qəpik) manat məbləğində maddi ziyan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Expressnank ASC-yə məxsus ********** nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən 205 manat dövlət rüsumu ödənilmişdir. Elektron məhkəmə informasiya sisteminin dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 2066,33(iki min altmış altı manat otuz üç qəpik) manat iddia məbləğinə münasibətdə ödənilməli dövlət rüsumu 40.66(qırx manat altmış altı qəpik) manat təşkil edir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddia tələbinin qismən təmin olunması nəzərə alınaraq 40.66(qırx manat altmış altı qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Beləliklə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 2066,33(iki min altmış altı manat otuz üç qəpik) manat maddi ziyan və 40.66(qırx manat altmış altı qəpik) manat dövlət rüsumu, cəmi 2106.99 (iki min yüz altı manat doxsan doqquz qəpik) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06(altı) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 179.2.4-cü maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin, 2106.99 (iki min yüz altı manat doxsan doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 224 (iki yüz iyirmi dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar