Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-628/2025 03.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınç qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş nömrəsi silinmiş keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, hesab edilən 16 kalibrli, İJK modelli çaxmaqlı hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə saxlayıb ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 12 iyun 2025-ci il tarixdə saat 18:37-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında olan zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin tarixdə saat 20:19-dan etibarən videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfindən sonuncunun qanunsuz olaraq əldə edib gəzdirməklə saxlayaraq daşıdığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindən 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş nömrəsi silinmiş keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 16 kalibrli, İJK modelli çaxmaqlı hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadəsində bildirmişdir ki, 12 iyun 2025-ci il tarixdə yaşadığı Balaxanı qəsəbəsi ərazisində piyada gəzən zaman yol kənarında qara sellofanda silaha bənzər əşya olduğunu görmüşdür. Yaxınlaşıb həmin sellofanı açdıqda içərisində bir ədəd qundağı və lüləsi kəsilmiş ov silahının olduğunu görmüşdür. Azyaşlı uşaqların əlinə keçməməsi üçün həmin silahı tapdığı formada üzərində gəzdirməyə başlamışdır. 12 iyun 2025-ci il tarixdə uzun müddətdir ki, tanıdığı Şahid3 ona zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Onlar Rəşadla 12 iyun 2025-ci il tarixdə saat 18 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 20 Yanvar küçəsi 251 ünvanının yaxınlığında görüşmüşlər. Görüşə gedən zaman silah üzərində olmuşdur. Rəşad yanında Yaşar adlı bir nəfərlə gəlmişdir. Rəşad ona bildirmişdir ki, Yaşarın ailəvi problemləri var. Yaşar adlı şəxs qardaşının ona hüquqi yardım etməsini xahiş edirdi. Onlar söhbət edən zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan, Yaşardan və Rəşaddan özlərini təqdim etməklərini xahiş etmişlər. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər və onu, Rəşadı və Yaşarı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra o, hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil ilə təmin edilmişdir. Sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə, Rəşadın və Yaşarın üstünə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qisim əşyalar varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, üzərində odlu silah olduğunu bildirmiş və bel nahiyəsində olan qara rəngli sellofan torbaya bükülmüş formada olan silahı çıxarıb təqdim etmişdir. Daha sonra həmin silaha baxış keçirilmişdir. Əynində olan şalvarın sol cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 6 manat pulu çıxarıb təqdim etmişdir. Üzərində başqa əşya aşkar edilməmişdir. O, həmin silahı Balaxanı qəsəbəsindən tapdığını və heç yerdə istifadə etmədiyini, Yaşarın və Rəşadın onun üzərində silah olmasından məlumatsız olduqlarını bildirmişdir. Daha sonra üzərindən aşkar edilmiş silah qablaşdırılmış və möhürlənmişdir. Həmin qablaşdırma onlar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o polis əməkdaşları tərəfindən saxlanılarkən və ya üzərinə baxış keçirilərkən hər hansı fiziki və psixi təsirə məruz qalmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 ifadəsində bildirmişdir ki, 12 iyun 2025-ci il tarixdə DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, eyni zamanda üstündə daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 12 iyun 2025-ci il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları X5, X1, X3 və ondan ibarət tərkibdə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə bağlı əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Sabunçu rayonu ərazisinə getmişlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 18:37-də Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 20 Yanvar küçəsi 251 ünvanının yaxınlığında anket məlumatlarının sonradan Şahid3 və Şahid2 olmasını öyrəndikləri şəxslərə birlikdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onlar özlərini həmin şəxslərə təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onlar Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş və qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda üstündə daşıyaraq gəzdirməkdə şübhəli olmasını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və yanında olan şəxsləri keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 polis əməkdaşlarının təklifini qəbul edib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və ona müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxlamaqda, eyni zamanda üstündə daşıyaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi, həmçinin Şahid3 və Şahid2 üzərlərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və digər şəxslər buna etiraz etmədiklərini bildirmişlər. Şəxsi axtarış, baxış və götürmə 12 iyun 2025-ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bel nahiyəsində odlu silah olduğunu bildirib əli ilə həmin istiqaməti göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfindən qara rəngli sellofan torbaya bükülmüş formada olan predmet tərəflərindən götürülüb masanın üzərinə qoyulmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş predmetin “obrez”, “silah” və “ov tüfəngi” olduğunu bildirmişdir. Aşkar olunmuş qara rəngli sellofan torbanın içərisindən 01 ədəd ov silahı onlar tərəfindən çıxarılmış və silah yoxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa əşya aşkar edilməmişdir. Aşkar olunmuş 01 ədəd odlu silaha baxış keçirilən zaman həmin silahın lülə və qundaq hissəsi kəsilmiş ov tüfəngi olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunaraq götürülmüş 01 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini 10 gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yol kənarından hazırda olduğu formada tapdığını, həmin silahın üstündə sonradan heç bir dəyişiklik etmədiyini, marağı olduğu üçün üstündə gəzdirdiyini, həmin silahın üstündə olmasından heç kimin, eləcə də Şahid3 və Şahid2 məlumatının olmadığını, həmin silahın özünəməxsus olduğunu və ondan istifadə etmədiyini bildirmişdir. Bundan sonra 01 ədəd ov tüfəngi qablaşdırılıb möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmiş və həmin mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra aşkar edilmiş pul vəsaiti Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılarkən yanında olan Şahid3 dostunun oğlu olduğunu, Şahid2 isə Rəşada görə tanıdığını, onlarla çay içmək məqsədi ilə görüşdüyünü bildirmişdir. Bundan sonra Şahid3 üstünə baxış prosesi keçirilmişdir. Baxış zamanı Şahid3 üstündən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Şahid3 Təqsirləndirilən şəxs məhlədən tanıdığını, çay içmək məqsədi ilə görüşdüklərini, onun üstündən aşkar edilən odlu silahdan məlumatsız olduğunu bildirmişdir. Daha sonra Şahid2 üstünə baxış prosesi keçirilmişdir. Baxış zamanı Şahid2 üstündən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs iş yoldaşı olan Şahid3 görə tanıdığını, çay içmək məqsədi ilə görüşdüklərini, Təqsirləndirilən şəxs üzərində odlu silah olmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Yaşarla da yaxın münasibətləri var. Yaşar ona bildirdi ki, ailəvi problemləri olduğu üçün vəkilə ehtiyacı var. O da Samirin qardaşının vəkil olduğunu bilirdi. Buna görə də Samirlə görüşüb məsələni ona danışmaq istəmişdir. 12 iyun 2025-ci il tarixdə Yaşarla birlikdə Balaxanı qəsəbəsinə Samirlə görüşməyə getmişlər. Həmin tarixdə saat 18:37-də Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 20 Yanvar küçəsində Samir və Yaşarla birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirdilər. Daha sonra Samiri bir qərarla tanış etdilər. Samir bel nahiyəsində odlu silah olduğunu bildirdi. O və Rəşad buna təəcüblənmişlər. Çünki ilkin baxışda Samirin üzərində silah olması görünmürdü və fikirləşmirdi ki, Samirin silahı olar. Bundan sonra polis əməkdaşları onu, Samiri və Yaşarı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. O, Samir və Yaşar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəldilər. Polis idarəsində Samirin üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, onunla Yaşarın üstlərinə isə baxış keçirildi. Samirə üzərində odlu silah və ya qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Samir belində odlu silah olduğunu bildirib əli ilə həmin istiqaməti göstərdi. Daha sonra Samirin belində qara rəngli torbaya bükülmüş formada olan silah polis əməkdaşı tərəfindən götürülüb masanın üzərinə qoyuldu. Samirin bel nahiyəsindən götürülmüş qara rəngli torbanın içərisindən 01 ədəd silah polis əməkdaşı tərəfindən çıxarıldı və silah yoxlanıldı. Bundan sonra Samir 01 ədəd mobil telefonunu və 6 manat pulunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Samirin üstündən başqa əşya və predmet aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs odlu silahı Balaxanı qəsəbəsi ərazisində yol kənarından tapdığını, həmin predmetin üstündə olmasından heç kimin, eləcə də onun və Şahid3 məlumatının olmadığını, həmin silahın özünəməxsus olduğunu və ondan istifadə etmədiyini bildirdi. Bundan sonra 01 ədəd odlu silah polis əməkdaşı tərəfindən qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra onun üstünə baxış keçirildi. Baxış zamanı onun üzərindən qanunsuz əşya aşkar edilmədi. Şifahi sorğu zamanı o, Təqsirləndirilən şəxs məhlədən tanıdığını, çay içmək məqsədi ilə görüşdüklərini, Təqsirləndirilən şəxs üstündən aşkar edilən odlu silahdan məlumatının olmadığını bildirdi. Daha sonra Yaşarın üzərinə baxış keçirildi. Baxış zamanı Yaşar əynində olan şalvarının arxa sağ cibindən aliment ödənişi ilə bağlı sağ ayağına bağlanmış qolbağa aid nəzarət cihazını çıxarıb təqdim etdi. Daha sonra nəzarət cihazı Yaşara geri qaytarıldı. Baxış zamanı onun üzərindən də qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmadı. Şifahi sorğu zamanı Yaşar Samiri ona görə tanıdığını, çay içmək məqsədi ilə görüşdüklərini, Samirin üzərində silah olmasından məlumatsız olduğunu bildirdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 21-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-32-ci vərəqələrində olan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X9 Azərbaycan Respublikası CPM-nin 51, 86, 236, 242-247-ci maddələrinin tələblərini rəhbər tutaraq həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bel nahiyəsinin sol tərəfində şalvara yerləşdirilmiş şəkildə, qara rəngli sellofan torbaya bükülmüş formada 01 ədəd qundağı və lüləsi kəsilərək ilkin təyinatını itirmiş nömrəsi silinmiş İJK modelli hamar lüləsi ov tüfəngi kəsiyi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 51-54-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 13 iyun 2025-ci il tarixli, 25/954 nömrəli məhkəmə-balistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah ilkin variantda keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş 16 kalibrli İJK medelli, çaxmaqlı, hamar tək lüləsi odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 229 mm, ümumi uzunluğu 415 mm olan silah öz ilkin təyinatını itirmiş İJK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin 82-84-cü vərəqələrində olan 13 iyun 2025-ci il tarixli üzləşdirmə protokoluna əsasən Təqsirləndirilən şəxsla Şahid2 arasında üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şahid2 onun üzərində odlu silah olmasından məlumatsız olduğunu bildirmiş, Şahid2 də onun dediklərinin təsdiq edərək Təqsirləndirilən şəxs üzərində odlu silah olmasından məlumatsız olduğunu bildirməklə, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən odlu silah aşkar edildiyini, saxlanılan zaman onlara, həmçinin Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Cinayət işinin 107-111-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-741/2025 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 12 iyun 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 112-113-cü vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək götürülmüş 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş nömrəsi silinmiş keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 16 kalibrli, İJK modelli çaxmaqlı hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyinin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 141-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməli təqsirli bilindiyi maddədən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və cəzası 1 (bir) il 3 (üç) aya endirilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) ay hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 148-158-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış, baxış və götürmə haqqında istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən protokola əlavə edilmiş 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, o, əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş nömrəsi silinmiş keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 16 kalibrli, İJK modelli çaxmaqlı hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış, baxış və götürmə haqqında istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd lüləsi və qundağı sonradan kustar üsulla kəsildiyi üçün öz ilkin təyinatını itirmiş nömrəsi silinmiş keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı hesab edilən 16 kalibrli, İJK modelli çaxmaqlı hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış, baxış və götürmə haqqında istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-628/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-628/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver