Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-629/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Neftçala rayonu, Şorkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Şorkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Pəri küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,392 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 10 fevral 2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “İmam Rza” məscidinin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis idarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 bükümdə təmiz çəkisi 0,392 qram təşkil edən açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Salyan şəhərində yerləşən avtovağzalın yaxınlığında olarkən yerdə 01 ədəd bükümdə şəffaf sellofan görmüş və həmin bükümü yerdən götürmüşdür. Həmin bükümün içərisinə baxarkən açıq qəhvəyi rəngli maddə olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bilmiş və narkotik vasitələrdən istifadə etdiyi üçün üzərində saxlamışdır ki, Bakı şəhərinə gələrkən istifadə etsin. Belə ki, o, 10 fevral 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə gəlmiş və saat təxminən 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “İmam Rza” məscidinin qarşısında Şahid4 və Şahid5 ilə görüşmüşdür. Şahid5 və Təqsirləndirilən şəxs onun tanışlarıdır, onlar adətən hardasa görüşərək çay içirlər. O, orada olarkən tanışları Azad və Hüseynbalaya üzərində narkotik vasitə olmasını deməmişdir. Onlar orada bir qədər söhbət etmişlər və çay içmək üçün kafe axtarmışlar. Həmin vaxt saat 13:30 radələri olmuşdur. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində "İmam Rza" məscidinin qarşısında piyada hərəkətdə olarkən üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara üzərilərində şəxsiyyəti təsdiq edən sənədin olub-olmadığını soruşmuş, üzərində narkotik vasitə olduğundan o, polis əməkdaşlarının verdikləri suallara qeyriadekvat cavab verməyə başlamış, həmçinin tanışları Azad və Hüseynbala da, polis əməkdaşlarını görüb özlərini itirmişlər. Bundan sonra polis əməkdaşları onlardan şübhələndikləri üçün onları Sabunçu RPİ-nin 13-cü polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşlarının müşahidəsi altında Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirilmiş, bölmədə olarkən dövlət hesabına vəkillə təmin edimiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. O, üzərində şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Ona görə də, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərində şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, həmin gödəkçnin sağ yan cibindən 01 ədəd cırılmış vəziyyətdə olan üzərində "Kent" sözü yazılmış siqareti və 01 ədəd özünə məxsus, bənövşəyi rəngdə olan "Samsung Galaxy A 41" markalı, üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində "kakos" kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Salyan şəhərində yerləşən avtovağzalın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə götürərək üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd cırılmış vəziyyətdə olan üzərində "Kent" sözü yazılmış siqaret maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmış, təqdim etdiyi mobil telefon isə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm içərisində açıq qəhvəyi rəngli maddə polis əməkdaşları tərəfindən qablaşdırılmış, həmin zərfin üzərini o, digər iştirakçılarla birlikdə imzalamışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o, da həmin protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur, özü istifadə edir. Həmçinin qeyd etmişdir ki, tanışları Şahid4 və Şahid5 onun narkotik vasitələrdən istifadə etdiyindən məlumatları olmamış, həmçinin onlar birlikdə saxlanılarkən üzərində narkotik vasitə olmasından məlumatsız olmuşlar, onlara bu barədə bildirməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantıdır. Bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “İmam Rza” məscidinin qarşısında inzibati ərazidə Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə birlikdə xidmətdə olan zaman 3 nəfər şəxsin özlərini şübhəli apardığını gördükdə həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərdən üzərilərində şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxslər verilən suallara qeyri-adekvat cavab verdikləri üçün narkorik vasitə istifadəsində şübhəli bilib həmin şəxsləri Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Belə ki, həmin şəxslər etiraz etməyərək polis bölməsinə gətirilmişlər. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5dur. Onlar tərəfindən polis bölməsinə 3 nəfər şəxsin şübhəli şəxs kimi gətirilmələri barədə bildirmişlər. Polis bölməsinə gətirilənə kimi həmin şəxslər onlar tərəfindən müşahidləri altınada saxlanmışlar. Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsində təhqiqatçı tərəfindən Şahid4 vəkil təqdim edilmiş və Şahid4 şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 13-cü PBnin inzibati binasında xidməti otaqların birində onun və Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə Şahid4 üzərində şəxsi axtarış keçirilmişdir. Bildirmişdir ki, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 xidməti zərurət ilə əlaqədar şəxsi axtarış iştirak etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid4 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şahid4 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Şahid4 üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid4 üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Şahid4 əynində olan qara rəngli gödəkçənin sol cibindən müharibə iştirakçısı olması barədə vəsiqəni, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd alışqanı çıxararaq təqdim etmişdir. Bundan sonra Şahid4 üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid4 təqdim etdiyi müharibə iştirakçısı olması barədə vəsiqəsi və 01 ədəd alışqan sübut əhəmiyyətinə malik olmadığından özünə geri qaytarılmışdır. Bundan sonra Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsində təhqiqatçı tərəfindən Şahid5 vəkil təqdim edilmiş və Şahid5 şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti otaqların birində onun və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış keçirilmişdir.. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid5 Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şahid5 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Şahid5 üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şahid5 üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Şahid5 baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti otaqların birində onun, Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf selloafana bükülmüş bükülünü, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd cırılmış vəziyyətdə üzərində “Kent” sözləri yazılmış siqareti və 01 ədəd bənövşəyi “Samsung A41” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos" kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Salyan şəhərində yerləşən avtovağzalın yaxınlığında yerdən tapdığını və narkotik vasitələrdən istifadə etdiyindən götürərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində “Kent” yazılmış siqaret sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmış və mobil telefon isə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Həmçinin təqdim etdiyi şəffaf selofanın içərisində olan maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 və Şahid2 oğlu ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.139-142); Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Şahid5 və X1 onun tanışlarıdır, onlar adətən hardasa görüşərək çay içirlər. O, 10 fevral 2023-cü il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “İmam Rza” məscidinin qarşısında Şahid5 və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlar orada bir qədər söhbət etmişlər və çay içmək üçün kafe axtarmışlar. Həmin vaxt saat 13:30 radələri olmuşdur. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində "İmam Rza" məscidinin qarşısında piyada hərəkətdə olarkən üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onlara üzərilərində şəxsiyyəti təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarının verdikləri suallara qeyri-adekvat cavab verməyə başlamış, həmçinin o, və Hüseynbala da, polis əməkdaşlarını görüb özlərini itirmişlər, nə baş verdiyini bilməmişlər. Bundan sonra polis əməkdaşları onlardan şübhələndikləri üçün onları Sabunçu RPİ-nin 13-cü polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşlarının müşahidəsi altında Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirilmişlər. Polis bölməsində təhqiqatçı Rafiq Babayev tərəfindən barəsində şübhəli şəxs qismində tutulmağı ilə əlaqədar qərar qəbul edilmişdir. O, dövlət hesabına vəkillə təmin edilmiş, şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. O, üzərində şəxsi axtarış keçirilməsində müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Düşünmüşdür ki, üzərində hər hansı qanunsuz əşya və ya maddə yoxdur bu səbəbdən vəkilin iştirakının zəruri olmadığını fikirləşərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, üzərində şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və o, bununla bağlı heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. O, üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması bildirmiş və əynində olan qara rəngli gödəkçənin sol cibindən müharibə iştirakçısı olmağı ilə bağlı vəsiqəsini və gödəkçənin digər sağ cibindən isə 01 ədəd alışqanı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi vəsiqə və alışqan sübut əhəmiyyətinə malik olmadığından ona geri qaytarılmışdır. Şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o, da həmin protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, Sabunçu RPİ-nin 13-cü polis bölməsində Təqsirləndirilən şəxs və Şahid5 şübhəli şəxs qismində tutulmuşlar, onlara vəkil təqdim edilmiş, üzərilərinə şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, lakin Şahid5 üzərindən hər hansı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Qeyd etmişdir ki, onun Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən məlumatı olmamışdır, Valeh bu barədə ona bildirməmişdir. Həmçinin onlar polis əməkdaşları tərəfindən saxlanılarkən Valehin üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Bildirmişdir ki, onun və Şahid5 barəsində şübhəli şəxs qismində statuslarına xitam verilməsi və azadlığa buraxılmaları barədə qərar qəbul edilmişdir. O, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda, tutulduqda və üzərinizə şəxsi axtarış və götürmə keçirildikdə ona qarşı zor tətbiq edilməmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid4 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir(i.v.154-156); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.17); şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd cırılmış vəziyyətdə üzərində “Kent” sözləri yazılmış siqareti və 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü, həmin gödəkçənin sağ yan cibindən və 01 ədəd bənövşəyi rəngdə olan “Samsung A41” markalı, üzərində ***-***-**-** və ***-***-**-** GSM nömrələri olan mobil telefon aparatını təqdim etmiş, bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun üzərindən hər hansı bir əşya aşkar edilmədi. Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd cırılmış vəziyyətdə üzərində “Kent” sözləri yazılmış siqaret maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarıldı. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofan bükülü açılan zaman içərisində boz rəngli, spesifik iyə malik olan, tozşəkilli maddə aşkar olundu. Həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Salyan şəhərində yerləşən avtovağzalın yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə götürüb cibinə qoyaraq daşıdığını bildirdi. Aşkar olunmuş 01 ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/838 nömrəli 10 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi vasitə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,392 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 34-37); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v. 107-108); təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-dən saat 16:00-dək dindirilmişdir(i.v.119-121); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 127-129); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 130-131); diskə baxış keçirilməsi haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, 10 fevral 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 Nizami oğlu və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə etiraznın olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf selloafana bükülmüş bükülünü, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd cırılmış vəziyyətdə üzərində “Kent” sözləri yazılmış siqareti və 01 ədəd bənövşəyi üzərində “***- ***-**-** və ***-***-**-**“ saylı GSM mobil nömrələr olan Samsung A41” markalı mobil telefonu təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” kimi narkotik maddə olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Salyan şəhərində yerləşən avtovağzalın yaxınlığında yerdən tapdığını və narkotik vasitələrdən istifadə etdiyindən götürərək üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd üzərində “Kent” yazılmış siqaret sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılır və mobil telefon isə sübut əhəmiyyətinə malik olduğundan götürülür. Təqdim etdiyi şəffaf selofanın içərisində olan maddə qablaşdırılaraq götürülür. (i.v.157-158); qətimkan tədbirinin seçilməsi haqqında 09 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 174-175); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2023-cü il tarixli 2757 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamısını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 179-180); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, SSR X5 Heyətinin xx.xx.1997-ci il tarixli qərarı ilə 9 m E bəndinə əsasən cəzası ½ qədər azaldılıb, xx.xx.1988-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Bakı Şəhər Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla və narkomaniyadan məcburi müalicə təyin edilməklə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmiş,xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v.182-184); sübutların qiymətləndirilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə təmiz çəkisi 0,392 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra narkotik vasitə heroinin qalıq qalmış 0,342 qram hissəsi Sabunçu RPİnin maddi sübutların saxlanma otağına təhvil verilmiş və Təqsirləndirilən şəxs məxsus “Samsung A41” markalı mobil telefonunun iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntülər sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. (i.v.185-194); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,392 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Salyan Rayonu Xalq Məhkəməsinin xx.xx.1983-cü il tarixli hökmü üzrə olan məhkumluğu, Bakı şəhər Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs barəsində olan hökmlər üzrə məhkumluğu ödənildiyindən, eyni zamanda Neftçala Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 0,392 qram, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,342 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-629/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-629/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver