Məhkəmə qərarları › İş №1(008)-63/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-63/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-63/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Məmmmədağa oğlunun, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 25 yanvar 1961-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olmaqla, Bakı şəh., Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Məmmədəliyev küç., 2 «Elektrosexin» həyəti fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları yaşayış massivində yerləşən «Karvan» restoranının yaxınlığında, «Reno» markalı, «az ** DZ ***» dövlət qeydiyyat nişanlı avtomobilin salonunda keçmiş həyat yoldaşı Şahid3 işləməsini bəhanə edərək, keçmiş qaynı Zərərçəkmiş şəxs ilə münaqişə yaradaraq üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə yaxın qohumu oğlu Şahid2 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla sağ mil-bilək oynağına, sağ əl barmaqlarına və sol əlinə bir neçə dəfə vuraraq, onun sol əlinin V barmağında kəskin nəzərə çarpan kontrakturası ilə nəticələnən, sağ əlin İV barmağının açıcı vətərinin kəsilməsinə səbəb olan sağ əlin arxa səthinin İ (bir) ədəd, sağ əlin mil açıcı əzələsinin, mil sinirinin səthi şaxəsinin kəsilməsinə səbəb olan sağ saidin yuxarı 1/3-in 1 (bir) ədəd, sol əlin İV barmağının açıcı vətərinin kəsilməsinə səbəb olan sol əlin dəlib-keçən 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları kimi xəsarətləri ilə nəticələnən ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (25%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan xəsarətlər yetirərək sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdə Failə ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 8 uşağı vardır. Ailə həyatlarının ilk vaxtlarında Masallı rayonu, Bədəlan kəndində yaşamışlar. Sonradan isə ailəsi ilə birlikdə Bakı şəh., Xəzər rayonu, Türkan qəsəbəsində yaşamağa başlamışdır. Ailə həyatlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibəti pozulmuşdur. Münasibətləri pozulduqdan sonra qayınanası S.A.Cəfərova yaşadığı evə gələrək həyat yoldaşını və uşaqlarını götürərək getmişdir. Qayınanası həyat yoldaşını və uşaqlarını apardıqdan sonra dəfələrlə qaynı Zərərçəkmiş şəxs ilə telefonla əlaqə saxlayaraq uşaqlarını geri qaytarmağa çalışmışdır. Lakin qaynı hər dəfə zəng etdikdə ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. Fərruxdan dəfələrlə nəlayiq ifadələr işlətməməsini xahiş edərək görüşərək müzakirə etməyi təklif etmişdir. Lakin Fərrux onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Fərrux və ailəsi həyat yoldaşı ilə barışmağa imkan verməmişlər və bu səbəbdən 2020-ci ilin təqribən ortalarında Failə ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra böyük qızı Şahid1 onun yanında, digər uşaqları isə anaları Failənin yanında qalmışdır. Nikahları pozulduqdan sonra mütəmadi olaraq keçmiş həyat yoldaşı Failənin yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evə gedərək uşaqlarını görmüşdür. Nikahı pozulsada həyat yoldaşı ilə barışmağa və uşaqlarını geri qaytarmağa çalışmışdır. Ancaq keçmiş qaynı Fərrux hər dəfə ünvanına nəlayiq ifadələr işlədərək onu və uşaqlarını təhqir etmişdir. Fərrux dəfələrlə onu təhqir etdiyi zaman ondan nəlayiq ifadələr işlətməməsini tələb etsə də, Fərrux onun sözlərinə məhəl qoymamışdır. 06 may 2021-ci il tarixdə keçmiş həyat yoldşı Failənin yanında qalan Nəzrinin doğum günü ilə əlaqədar yanında qalan Fidanıda götürərək onların yaşadığı evə getmişdir. Doğum günündə iştirak etdikdən sonra o, oradan çıxaraq yaşadığı evə gəlmişdir. Qızı Fidan isə keçmiş həyat yoldaşı Failənin yanında qalmışdır. 12 may 2021-ci il tarixdə, saat 17:00 radələrində qaynı Fərrux zəng etmiş və ona taksi göndərdiyini deyərək qızı Fidanı taksi ilə göndərməsini xahiş etmişdir. Fərrux etiraz etməmiş və bir müddət sonra qızı Fidan yaşadıqları evə gəlmişdir. Fidan evə gəldikdən sonra onunla oturaraq söhbət etmiş və o, anasının işə getməsindən ona danışmışdır. Keçmiş həyat yoldaşının işə getməsini eşitdikdən sonra yenidən keçmiş qaynı Fərruxa zəng etmişdir. Ona keçmiş həyat yoldaşını nə üçün işə göndərdiyini soruşaraq bunun qarşısını almağı xahiş etmişdir. Bu zaman Fərruxun sözünə məhəl qoymadığını görüb ondan keçmiş həyat yoldaşının həyətində işlədiyi Zahid adlı şəxsin kim olmasını soruşaraq həmin şəxsin mobil telefon nömrəsini verməsini xahiş etmişdir. Bu zaman Fərrux saçını kəsdirdiyini, işini yekunlaşdıqdan sonra ona zəng edəcəyini bildirmişdir. O, etiraz etməmiş və telefonu söndürmüşdür. Təqribən 30 dəqiqə keçdikdən sonra Fərruxun zəng etmədiyini görüb ona özü zəng etmişdir. Fərrux telefona cavab verdiyi zaman içkili olduğunu hiss etmişdir. Fərruxdan niyə zəng etmədiyini soruşduğu zaman o, keçmiş həyat yoldaşı, azyaşlı qızları və özü barədə nəlayiq ifadələr işlətməyə başlamışdır. Ondan nəlayiq ifadələr işlətməməsini tələb etsə də, Fərrux onun sözlərinə məhəl qoymayaraq öz sözlərinə davam etmişdir. O, Fərruxa yalvararaq nəlayiq ifadələr işlətməməsini xahiş etsə də, Fərrux onun sözlərinə məhəl qoymamış və telefonu azyaşlı oğlu Məmmədağaya vermişdir. Məmmədağa telefonu götürdükdən sonra azyaşlı qızlarını müştəriyə göndərdiklərini, onlara yaxşı pul verildiyini bildirmişdir. Daha sonra Fərruxun oğlu Məmmədağa onu görüşə çağırmışdır. O, Fərrux və oğlu Məmmədağa ilə görüşə getmək istəməsə də nəlayiq ifadələr işlədərək ora getməsini təkid etmişlər. Sonda o, Fərrux və Məmmədağanın nəlayiq ifadələr işlətməsinə görə əsəblərini cilovlaya bilməmiş və telefonu söndürmüşdür. Bir müddət sonra yenidən Fərruxa zəng etmiş və onun barəsində polisə şikayət edəcəyini demişdir. Bu zaman Fərrux yenidən keçmiş həyat yoldaşı, uşaqları, ailəsi barədə nəlayiq ifadələr işlətmişdir. Fərruxun yenidən nəlayiq ifadələr işlətməsini görüb telefonu söndürmüşdür. Təqribən bir saata yaxın oturmuş və fikirləşmişdir. Lakin Fərruxun işlətdiyi nəlayiq ifadələrə görə əsəbilərini cilovlaya bilməmiş və qızı Fidanı götürərək evdən çıxmışdır. Yoldan taksi saxlatmış və əyləşərək Fərruxun yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmişdir. Bakı şəh., Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, adı olmayan dükana girərək oradan bıçaq götürmüş və həmin bıçağı cibinə qoymuşdur. Daha sonra yenidən taksiyə əyləşərək Maştağa qəsəbəsinə gəlmişdir. Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsinə çatdığı zaman Fərruxa zəng etmiş və ona Maştağa qəsəbəsində olduğunu demişdir. Fərrux isə «Məmmədyarov» dairəsi kimi tanınan dairənin yaxınlığında olduğunu deyərək ora gəlməyi xahiş etmişdir. O, Fərruxa qızı Fidanı anasının yaşadığı evə qoyacağını deyərək ona Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yerləşən qayaüstü adlanan ünvana gəlməsini bildirmişdir. Fərruxda etiraz etməmiş və həmin ünvana gələcəyini bildirmişdir. Onlar Ləhic bağları yaşayış massivində yerləşən qayaüstü adlanan yerdən keçdikləri zaman Fərrux onları görmüşdür. Dərhal Fərruxa zəng edərək qızı Fidanı qoyub qayıdacağını demişdir. Lakin Fərruxun onların arxası ilə gəldiyini görüb taksidən avtomobili saxlamasını xahiş etmişdir. Taksi avtomobili saxladıqdan sonra Fərruxda idarə etdiyi avtomobili taksinin arxasında saxlamışdır. O, avtomobildən düşərək Fərruxun idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Bu zaman Fərruxun sükan arxasında, oğlu Məmmədağanın isə ön sərnişin oturacağında oturduğunu görmüşdür. Avtomobilə yaxınlaşaraq Fərruxa qızı Fidanı qoyaraq geri qayıdacağını demişdir. Bu zaman Fərrux birlikdə pivə içməyə getməyi təklif etmişdir. O, Fərruxa qızı Fidanı qoyduqdan sonra pivə içməyə gedə biləcəyini demişdir. Lakin Fərrux təkidlə avtomobilə əyləşməyi dediyi üçün avtomobilin sağ arxa qapısını açmış və sərnişinin arxasındakı oturacaqda əyləşmişdir. Əyləşdikdən sonra Fərrux avtomobili idarə etmək istəmiş və o, Fərruxdan avtomobili saxlamasını tələb edərək qızı Fidanın taksidə olduğunu demişdir. Bu zaman Fərrux avtomobili saxlamamış və o, bu zaman üzərində olan bıçağı çıxardaraq onun qol nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Bıçaqla Fərruxu vurduqdan sonra o, avtomobili hərəkət etdirməmiş və qapını açaraq aşağı düşmüş, kənarda dayanan, sonradan Fərruxun dostları olduğunu bildiyi Zahid və Əliyə qışqıraraq gəlmələrini bildirmişdir. O, Fərruxun çağırdığı şəxslərin orada olduğunu görüb dərhal avtomobildən düşərək taksiyə əyləşmiş və sürücüdən avtomobili idarə etməsini xahiş etmişdir. Sürücü avtomobili idarə edərək oradan getmişdir. Oradan getdiyi zaman bir neçə şəxs və Fərruxun oğlu Məmmədağa onların arxası ilə daş atmışlar. Lakin sürücü avtomobili saxlamayaraq onları oradan aparmışdır. Oradan getdikdən bir neçə sonra mobil telefonuna zəng gəlmiş və o telefona cavab vermişdir. Hal-hazırda törətdiyi əməldn peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Fərasət 2005-ci il tarixdə bacısı Failə ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 8 uşaqları olmuşdur. Ailə həyatlarının ilk vaxtlarında Masallı rayonu, Bədəlan kəndində yaşamışlar. Fərasət sonradan ailəsi ilə birlikdə Bakı şəh., Xəzər rayonu, Türkan qəsəbəsində yaşamağa başlamışdır. Ailə həyatlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan Fərasətin spirtli içki qəbul edərək bacısına fiziki zor tətbiq etməsi nəticəsində münasibətləri pozulmuşdur. Fərasətin bacısına fiziki zor tətbiq etməsinə görə 2020-ci ilin fevral ayında anası Səmayə qızı onlar yaşadığı evə gedərək bacısını və uşaqlarını götürərək kirayə yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları yaşayış massivində yerləşən evə aparmışdır. Anası bacısı Failəni və uşaqları öz yanına gətirdikdən bir neçə gün sonra Fərasətin özünü yandırdığı və xəsarətlər aldığını eşitmişdir. Fərasət xəstəxanada müalicə aldıqdan sonra yaşadığı evə buraxılmış və bundan sonra böyük bacısı qızı Fidanın atasının yanında qalaraq atasına qulluq etməsini qərarlaşdırmışlar. Bu səbəbdən Fidan atasının yanına gedərək onunla yaşamağa başlamışdır. Buna baxmayaraq həmin müddət ərzində Fərasət dəfələrlə onunla telefonla əlaqə saxlayaraq bacısı ilə barışmaq istədiyini bildirmişdir. Lakin Fərasət hər dəfə zəng etdikdə ona bacısının özü ilə danışmasını məsləhət bilmiş və bu səbəbdən Fərasət ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. Fərasətdən dəfələrlə nəlayiq ifadələr işlətməməsini xahiş və tələb etsə də, Fərasət onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, eyni zamanda onu və bacısını öldürəcəyini bildirmişdir. 06 may 2021-ci il tarixdə bacısı Failənin qızı Nəzrinin doğum günü olmuşdur. Bu münasibətlə Fərasət və qızı Fidan bacısı Failənin yaşadığı evə gəlmişlər. Fərasət doğum günündə iştirak etdikdən sonra yaşadığı evə getmiş, bacısı qızı Fidanın isə bir neçə gün əlavə olaraq anasının yanında qalmasını planlaşdırmışdır. Bu səbəbdən Fidan bacısı Failənin yanında qalmışdır. 12 may 2021-ci il tarixdə, saat 17:00 radələrində Fərasət ona zəng etmiş və böyük qızı Fidanın arxası ilə taksi göndərdiyini bildirmiş və onu taksiyə əyləşdirərək yaşadığı evə göndərməsini tələb etmişdir. O, etiraz etməmiş və bir müddət sonra gələn taksi ilə Fidanı Fərasətin yaşadığı evə göndərmişdir. Fidan getdikdən bir müddət sonra oğlu Məmmədağa ilə birlikdə Maştağa qəsəbəsində olduğu zaman Fərasət ona zəng etmiş və nə üçün Failənin işləməsinə icazə verdiyini soruşmuşdur. O, Fərasətə Failənin normal qaydada işləyərək uşaqlara baxdığını bildirmişdir. Bu zaman Fərasət onun və ailəsinin ünvanına nəlayiq ifadələr işlətmiş və evlərini yandıracağını, eyni zamanda onları öldürəcəyini bildirmişdir. O, Fərasətin içkili vəziyyətdə olduğunu görmüş və sonra danışmağı təklif edərək telefonu söndürmüşdür. Buna baxmayaraq Fərasət yenidən onun mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. O, Fərasətə olduğu yeri bildirməsə də, Fərasət yaşadığı evə gələcəyini və onları öldürəcəyini deyərək telefonu söndürmüşdür. Bu danışıqdan təqribən bir saat sonra Fərasət yenidən ona zəng etmiş və harada olduğunu soruşmuşdur. O, Fərasətə Maştağa qəsəbəsində yerləşən «Məmmədyarov» dairəsi yaxınlığında olduğunu bildirmişdir. Bu sözdən sonra Fərasət həmin yerə gələcəyini bildirmişdir. O, Fərasətə yaşadığı evə getdiyini deyərək Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında yerləşən «Kanalüstü» deyilən yerə gəlməsini demişdir. Fərasət etiraz etməmiş və həmin ünvana gələcəyini demişdir. O, dediyi yerə çatmış və avtomobili saxlamışdır. Bir müddət sonra Fərasətdə taksi ilə ora gəlmiş və taksidən düşərək idarə etdiyi avtomobilə yaxınlaşmışdır. Fərasət avtomobilə yaxınlaşdığı zamanı bacısı qızı Fidan da taksidən düşərək avtomobilə doğru gəlmiş, ancaq tam olaraq avtomobilə yaxınlaşmamışdır. Fərasət oğlu oturan tərəfdən avtomobilə yaxınlaşaraq əli ilə işarə edərək şüşəni aşağı salmasını bildirmişdir. O, oğlu Məmmədağaya şüşəni aşağı salmasını tapşırmış və Məmmədağa şüşəni aşağı salmışdır. Bu zaman Fərasət yüksək səslə nəlayiq ifadələr işlədərək təklikdə onunla söhbət etməsini tələb etmişdir. O, Fərasətə nəlayiq ifadələr işlətməməsini, Fidanı evə düşürdərək gəlməsini, bundan sonra birlikdə istədiyi yerdə söhbət edə biləcəyini demişdir. Lakin Fərasət onun sözlərinə məhəl qoymayaraq yüksək səslə nəlayiq ifadələr işlətməyə davam etmişdir. Fərasətin səsinə kənardan şəxslərin toplaşdığını görüb ona avtomobilə əyləşməsini bildirmişdir. Bu zaman Fərasət avtomobilin arxa qapısını açaraq əyləşmiş və yenidən nəlayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman o, yenidən Fərasətdən nəlayiq ifadələr işlətməməsini tələb etmişdir. Bu sözü dedikdən sonra Fərasət qəfil şalvarının bel hissəsindən bıçaq çıxartmış və üzərinə hücum edərək ona zərbələr vurmuşdur. O, nə baş verdiyini anlamadığı zaman Fərasət zərbələr vurmağa davam etmişdir. O, dərhal avtomobilin qapısını açaraq aşağı düşmüş və bu zaman Fərasət avtomobildən düşərək yaxınlıqda onu gözləyən taksiyə əyləşmiş, yenidən ünvanına nəlayiq ifadələr işlədərək getmişdir. Bundan sonra orada olan oğlu Məmmədağa onun mobil telefonu ilə X6 çağırmış və onu 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Orada ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat olunmağı üçün Respublikası Travmatologiya Xəstəxanasına göndərilmişdir. Hal-hazırda onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Fərrux qardaşı, Fərasət isə keçmiş həyat yoldaşıdır. 2005-ci il tarixində Fərasətlə ailə həyatı qurmuşdur. Birgə nikahdan 8 uşaqları olmuşdur. Ailə həyatlarının ilk vaxtlarında Masallı rayonu, Bədəlan kəndində yaşamışlar. Sonradan isə Bakı şəhərinə köçmüşlər və Bakı şəh., Xəzər rayonu, Türkan qəsəbəsində yaşamağa başlamışlar. Ailə həyatlarının ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan Fərasətin içkiyə qurşanması, bunun nəticəsində ona qarşı fiziki zor tətbiq etməsi nəticəsində münasibətləri pozulmuşdur. Münasibətləri pozulduqdan sonra anası 2020-ci ilin fevral ayının ortalarında yaşadığı evə gələrək onu, eyni zamanda uşaqları götürərək özü yaşadığı Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, «Kanalüstü» yaşayış massivində yerləşən fərdi evə aparmış və onlar birlikdə orada yaşamağa başlamışlar. Fərasətdən faktiki ayrılaraq ayrı yaşamağa başladıqdan bir neçə gün sonra onun özünü yandırdığını, bu səbəbdən xəstəxayana yerləşdirildiyini eşitmişlər. Fərasət xəstəxanada müalicə aldıqdan və evə çıxdıqdan sonra böyük qızı Fidanla onunla birlikdə yaşamağa başlamışdır. Fərasətlə faktiki olaraq ayrılsa da, Fərasət mütəmadi olaraq onun yaşadığı evə gəlmiş və barışmağa çalışmışdır. Lakin o Fərasətlə barışmağa razılıq vermədiyi üçün hər dəfə hədə-qorxu gəlmiş, özünə və onlara xəsarət yetirəcəyini bildirmişdir. Eyni zamanda Fərasətə uşaqları ilə görüşməyə tam şərait yaratmış və bu səbəbdən Fərasət mütəmadi olaraq yaşadıqları evə gələrək uşaqlarla görüşmüşdür. 06 may 2021-ci il tarixdə qızı Nəzrinin doğum günü olmuşdur. Bu səbəbdən Fərasət və böyük qızı Fidan yaşadıqları evə gəlmişlər. Fərasət Nəzrinin doğum gününü təbrik etdikdən sonra çıxaraq getmiş, getdiyi zaman isə Fidanın bir neçə gün əlavə onlarda qalmasına qərar vermişlər. 12 may 2021-ci il tarixdə Fərasət mobil telefonuna zəng etmiş və Fidanı göndərməsini tapşırmışdır. O, Fərasətə Fidanı tək göndərə bilməcəyini bildirmişdir. Bu zaman Fərasət qardaşı Fərruxla danışacağını və ondan Fidanı evə gətirməsini xahiş edəcəyini deyərək telefonu söndürmüşdür. Saat 17:00 radələrində qardaşı Fərrux evlərinə gəlmiş və Fidanı aparmaq üçün Fərasətin taksi göndərdiyini demişdir. O, Fidanı hazırlamış və Fidan Fərasətin yaşadığı Bakı şəh., Xəzər rayonu, Türkan qəsəbəsinə getmişdir. Saat 21:30 radələrində evdə olduğu zaman qardaşı oğlu Məmmədağa ona zəng etmiş və Fərasətin atası Fərruxla münaqişə etdiyini, münaqişə nəticəsində bıçaqla ona xəsarət yetirdiyini, Fərruxu Xəstəxanaya apardıqlarını bildirmişdir. O, Məmmədağadan Fərruxu hara aparacaqlarını soruşmuşdur. Məmmədağa isə atası Fərruxu 03 saylı Şəhər Kliniki Xəstəxanasına apardıqlarını bildirmişdir. Dərhal hazırlaşaraq 03 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Orada qardaşı Fərruxla danışmış və Fərrux baş verənləri ona danışmışdır. Fərrux danışıq zamanı onun işləməsi ilə bağlı Fərasətin ona zəng etdiyini, nə üçün işləməyə icazə verdiyini soruşduğunu, daha sonra ünvanına nəlayiq ifadələr işlədərək görüşməyi tələb etdiyini, görüş zamanı isə bıçaqla onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Qardaşı ilə danışdıqdan sonra onun qolunda cərrahi əməliyyat aparılması üçün Travmatologiya Xəstəxanasına aparılmışdır. Orada qardaşının qolunda cərrahi əməliyyat aparılmışdır. Qardaşı Xəstəxanadan çıxdıqdan sonra da Fərasət onu rahat buraxmamış, dəfələrlə qardaşmın və onun mobil telefon nömrələrinə zəng edərək nəlayiq ifadələrlə təhqir etmiş, eyni zamanda onları öldürəcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Fərasət atası, Fərrux isə dayısıdır. Onların hər ikisi ilə münasibəti normal olmuş, aralarında heç bir zaman narazılıq və ya düşmənçilik olmamışdır. Əvvəllər atası ilə birlikdə Bakı şəh., Xəzər rayonu, Türkan sovxozu qəsəbəsi, beş evlər yaşayış massivində yerləşən fərdi evdə yaşamışdır. Atası Fərasət ilə anası Failə qızı 2020-ci ilin fevral avında faktiki ayrılmışlar. Atası ilə anası ayrıldıqdan sonra o, anası, bacıları və qardaşları Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları yaşayış massivi, «Kanalüstü» yaşayış massivi, fərdi evdə kirayə yaşamağa başlamışlar. Atasından ayrı yaşamağa başladıqdan bir neçə gün sonra atası özünü yandırmış və müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada müalicə aldıqdan sonra atası evə buraxılmış və atasına qulluq etmək məqsədi ilə o, atası ilə birlikdə Bakı şəh., Xəzər rayonu, Türkan sovxozu qəsəbəsi, beş evlər yaşayış massivində yerləşən fərdi evdə yaşamağa başlamışdır. Atasının yanında qalmağına baxmayaraq tez-tez anası yaşadığı evə gələrək bacıları və qardaşları ilə də görüşmüşdür. 06 may 2021-ci il tarixdə anası Failənin yanında qalan bacısı Nəzrinin doğum günü ilə əlaqədar atası ilə birlikdə onların yaşadığı evə getmişdir. Doğum günündə iştirak etdikdən sonra atası oradan çıxaraq yaşadığı evə getmiş, o, isə bir neçə gün daha anasının yanında qalmışdır. 12 may 2021-ci il tarixdə, saat 17:00 radələrində dayısı Fərrux onlara gəlmiş və atasının zəng edərək taksi göndərdiyini bildirmişdir. O, hazırlaşmış və atasının göndərdiyi taksi ilə Bakı şəh., Xəzər rayonu, Türkan sovxozu qəsəbəsi, «Beş evlər» yaşayış massivində yerləşən fərdi evə getmişdir. Fərdi evə çatdıqdan sonra atası ilə oturaraq söhbət etmiş və söhbət zamanı atası anasının işləyib-işləmədiyini soruşmuşdur. O, atasına anasının işlədiyini bildirmişdir. Bu zaman atası əsəbiləşmiş və mobil telefonunu götürərək dayısı Fərruxa zəng etmişdir. Dayısından nə üçün Failəni işə göndərdiyini soruşaraq bunun qarşısını almağı tələb etmişdir. Bu zaman dayısı ilə atası arasında sözlə mübahisə düşmüş və mübahisə zamanı atası nəlayiq ifadələr işlətmiş, daha sonra isə telefonu söndürmüşdür. Təqribən 30 dəqiqə sonra atası yenidən mobil telefonla dayısına zəng etmiş və yenidən nəlayiq ifadələr işlədərək telefonu söndürmüşdür. Atasından nə üçün əsəbiləşdiyini soruşsa da, atası ona cavab verməmişdir. Təqribən bir saat sonra atası ona hazırlaşmasını tapşırmışdır. Atasından hara gedəcəyini soruşduğu zaman atası dayısı Fərruxla görüşməyə gedəcəyini bildirmişdir. O, dərhal hazırlaşmış və atası ilə birlikdə yaşadığı evdən çıxmışdır. Evdən çıxdıqdan sonra atası yoldan taksi saxlatmış və onlar taksiyə əyləşmişlər. Taksi sürücüsünə avtomobili Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsinə doğru hərəkət etdirməyi xahiş etmişdir. Bakı şəh., Xəzər rayonu, Türkan qəsəbəsindən çıxmamış, yolun kənarında yerləşən, adı olmayan marketin qarşısına çatdıqları zaman atası taksi sürücüsünə avtomobili marketin qarşısında saxlamağı xahiş etmişdir. Taksi sürücüsü avtomobili marketin qarşısında saxlamış və atası avtomobildən düşərək marketə keçmişdir. Bir neçə dəqiqə sonra atası marketdən çıxmış və çıxdığı zaman əlində bıçaq olduğunu, bıçağı şalvarının arxa kəmər hissəsinə keçirtdiyini görmüşdür. Daha sonra atası taksiyə əyləşmiş və onlar yollarına davam etmişlər. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə çatdıqları zaman atası mobil telefonla dayısına zəng etmiş və ondan harada olduğunu soruşmuşdur. Daha sonra atası dayısına onu anasının yanına düşürtdükdən sonra görüşməyi təklif etmişdir. Təklifdən sonra atası telefonu söndürmüş və taksi sürücüsünə «Kanalüstü» yaşayış massivinə doğru getməyi tapşırmışdır. Qeyd edilən yerə çatdığı zaman dayısının yolun kənarında dayandığını görmüş və atası taksi sürücüsünə avtomobili saxlamağı tapşırmışdır. Taksi sürücüsü avtomobili saxladıqdan sonra atası avtomobildən düşmüşdür. Atasının üzərində bıçaq olmasına görə narahat olaraq o da avtomobildən düşmüşdür. Atası dayısının avtomobilinə yaxınlaşmış və ön sərnişin oturacağında əyləşmiş dayısı oğlu Məmmədağaya şüşəni aşağı salmasını işarə etmişdir. Məmmədağa şüşəni aşağı saldıqdan sonra atası dayısına nəlayiq ifadələr işlədərək birlikdə gedərək söhbət etməyi tapşırmışdır. Dayısı isə atasına onu göstərərək evə düşürtməyi, evə düşürtdükdən sonra birlikdə gedərək söhbət edəcəklərini demişdir. Lakin atası yenidən uca səslə nəlayiq ifadələr işlətməyə başlamış və bu zaman dayısı atasına avtomobilə əyləşməyi işarə etmişdir. Bu zaman atası avtomobilin arxa qapısını açaraq içəri oturmuş və oturduqdan sonra dərhal üzərində olan bıçağı çıxardaraq dayısına bir neçə zərbə vurmuşdur. O, baş verənlərdən qorxmuş və qışqırmağa başlamışdır. Bu zaman dayısı oğlu Məmmədağa da qışqıraraq avtomobildən düşmüşdür. Atası onların qışqırdığını görüb dərhal avtomobildən düşmüş və onun üzərinə qışqıraraq taksiyə əyləşməyi tapşırmışdır. O, dərhal takisyə əyləşmiş və atasıda gələrək taksiyə oturmuş, daha sonra atası taksi sürücüsünə avtomobili idarə edərək getməyi tapşırmışdır. Oradan çıxaraq getdikdən bir neçə saat sonra atasının mobil telefonuna zəng gəlmişdir. Atası mobil telefonla danışdıqdan sonra Sabunçu RPİ-in 14-cü PB-dən zəng edildiyini demiş və birlikdə bölməyə getmişlər. Atası orada danışaraq dayısını bıçaqladığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu götürərək anasına təhvil vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Fərrux onun atasıdır. Fərasət isə bibisi Failənin keçmiş həyat yoldaşıdır. Belə ki, əvvəllər bibisi Failə ilə Fərasət Fərasət ayrılmış və bu səbəbdən Fərasət mütəmadi olaraq heç bir səbəb olmadan atası Fərruxa zəng edərək nəlayiq ifadələr işlətmişdir. 12 may 2021-ci il tarixində, günorta saatlarında atası ilə birlikdə Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları yaşayış massivində işlədikləri vaxt Fərasət atası Fərruxun mobil telefonuna zəng etmiş və böyük qızı Fidanı bibisi yaşadığı evdən götürərək onun yaşadığı Bakı şəh., Xəzəri rayonu, Türkan qəsəbəsinə gətirməyi xahiş etmişdir. Atası Fərrux isə avtomobildə benzin olmadığını, benzin almaq üçün pulunun olmadığını bildirərək gətirə bilməyəcəyini demişdir. Bu zaman Fərasət taksi göndərəcəyini, göndərdiyi taksi ilə qızı Fidanı onun yaşadığı ünvana göndərməsini xahiş etmişdir. Atası heç bir problemin olmadığını bildirmiş və telefonu söndürmüşdür. Bir neçə saat sonra, təxminən saat 17:00 radələrində Fərasət göndərdiyi taksi gəlmiş və atası ilə birlikdə Fidanı evlərindən götürərək taksiyə əyləşdirib Fərasət yaşadığı evə yola salmışlar. Fidanı yola saldıqdan sonra öz işlərini yekunlaşdırmışlar və atası ilə Bakı şəh., Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən «Məmmədyarov» dairəsinə getmişlər. Orada atası avtomobildən düşərək kiminləsə görüşmüş və bir neçə dəqiqə sonra geri qayıtmışdır. Atası avtomobilə oturduqdan sonra onun mobil telefonuna zəng gəlmişdir. Atası zəng edən şəxsin Fərasət olduğunu görmüş və mobil telefona cavab verməmişdir. Fərasətin təkidlə zəng etdiyini görüb telefona cavab vermişdir. Bu zaman Fərasətin qışqıra-qışqıra atasının ünvanına nəlayiq ifadələr işlətdiyini eşitmişdir. Atası Fərasətə dəfələrlə nəlayiq ifadələr işlətməməsini tələb etsə də, Fərasətin öz danışıqlarına davam etdiyini görüb telefonu söndürmüşdür. Bundan sonra Fərasət yenidən dəfələrlə zəng etmiş, lakin atası onun zənglərinə cavab verməmişdir. Fərasətin dayanmadan zəng etdiyini görüb atası zəngə cavab vermişdir. Bu zaman Fərasət atasından harada olduğunu soruşmuşdur. Atası Fərasətə «Məmmədyarov» dairəsinin yaxınlığında olduğunu bildirmişdir. Fərasət isə atasına görüşməyə gəldiyini bildirmiş və onunla tək görüşə gəlməyi tapşırmışdır. Atası heç bir problemin olmadığını bildirmiş və avtomobili hərəkət etdirərək onu evə aparacağını bildirmişdir. O, atasına onu evə aparmamasını xahiş etsə də, atası onun sözlərinə məhəl qoymamışdır. Yaşadıqları evə gedən yolda yerləşən və «Kanalüstü» kimi tanınan yerin yaxınlığında olduqları zaman atasının mobil telefonuna zəng gəlmişdir. Atası telefona cavab vermiş və telefonla danışdığı zaman yanında taksi dayanmışdır. Taksinin ön oturacağından Fərasət düşərək onların avtomobilinə doğru gəlmişdir. Bu zaman bibisiqızı Fidan da avtomobildən düşmüşdür. Fərasət avtomobilin o, oturan ön sərnişin tərəfdən avtomobilə yaxınlaşmışdır. Atası Fərasətin gəldiyini görüb telefonu söndürmüş və Fərasət əli ilə işarə edərək şüşəni aşağı salmasını demişdir. Atası şüşəni aşağı salmağı ona tapşırmış və o, avtomobilin şüşəsini aşağı salmışdır. Şüşəni aşağı saldıqdan sonra atası Fərasətə Fidanı evə düşürtməsini, düşürtdükdən sonra birlikdə gedərək söhbət etməyi təklif etmişdir. Lakin Fərasət atası və ailəsi barədə nəlayiq ifadələr işlədərək qışqıraqışqıra danışmağa başlamışdır. Atası dəfələrlə Fərasətə nəlayiq ifadələr işlətməməsini tapşırsa da, Fərasət atasının sözünə məhəl qoymamışdır. Atası Fərasətin sakitləşmədiyini görmüş və avtomobilə əyləşməsini, birlikdə gedərək söhbət etməyi demişdir. Bu zaman Fərasət avtomobilin arxa qapısını açaraq əyləşmişdir. Atası avtomobili işə salmaq istədiyi zaman Fərasət nəlayiq ifadələr işlədə-işlədə atasına bıçaqla bir neçə zərbə vurmuşdur. O, nə baş verdiyini anlamamış və dərhal avtomobildən aşağı düşmüşdür. Bu zaman Fidan atasının onun atasını vurduğunu görüb qışqırmağa başlamışdır. O, Fərasətin atasını vurmasından şok vəziyyətinə düşdüyü üçün nə edəcəyini bilməmişdir. Bu ərəfədə Fərasət Fidanın üzərinə qışqıraraq taksiyə əyləşdirmiş, özü də taksiyə əyləşərək oradan getmişdir. O, atasının qolundan qan axmasını görüb dərhal mobil telefonu götürərək X6 çağırmışdır. Daha sonra baş verənlərlə bağlı anasına və bibisi Failəyə zəng edərək məlumat vermişdir. X6 gəldikdən sonra atasını 03 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Xəstəxanaya getdikdən sonra qohumları gəlmiş və bundan sonra atası cərrahi əməliyyat olunması üçün digər xəstəxanaya aparılmış, o, isə oradan evlərinə gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/985 saylı, 21 iyun 2021-ci il tarixli odlu silah və döyüş sursatlarının soyuq və qaz pnevmatik silahlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya X5 şəxsin Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 06/746 saylı, 12 avqust 2021-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ mil-bilək oynağında, sağ əl barmaqlarında və sol əlin V barmağında kəskin nəzərəçarpan kontrakturası ilə nəticələnən, sağ əlin İV barmağının açıcı vətərinin kəsilməsinə səbəb olan sağ əlin arxa səthinin İ (bir) ədəd, sağ əlin mil açıcı əzələsinin, mil sinirinin səthi şaxəsinin kəsilməsinə səbəb olan sağ saidin yuxarı 1/3-in 1 (bir) ədəd, sol əlin İV barmağının açıcı vətərinin kəsilməsinə səbəb olan sol əlin dəlib-keçən 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol bazunun qançırı ilə müşayiət olunan sol bazu sümüyünün burmasının qapalı sınığı müəyyən edildi. Xəsarətlərdən sağ mil-bilək oynağında, sağ əl barmaqlarında və sol əlin V barmağında kəskin nəzərəçarpan kontrakturası ilə nəticələnən, sağ əlin İV barmağının açıcı vətərinin kəsilməsinə səbəb olan sağ əlin arxa səthinin l(bir) ədəd, sağ əlin mil açıcı əzələsinin, mil sinirinin səthi şaxəsinin kəsilməsinə səbəb olan sağ saidin yuxarı 1/3-in 1 (bir) ədəd, sol əlin İV barmağının açıcı vətərinin kəsilməsinə səbəb olan sol əlin dəlib-keçən 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, ekspertizaya t əqdim edilmiş bıçaqla yetirilə bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 12 may 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (25%) əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sol bazunun qançırı ilə müşayiət olunan sol bazu sümüyünün burmasının qapalı sınığı bərk küt əşyanın bir güclü zərbəsinin təsirindən törənmişdir, müddəti şəxsin əlavə məhkəmə-tibbi ekspertizasından 07 avqust 2021-ci il) 4-6 gün əvvəl olmaqla özünün dediyi və 3 saylı ŞKX-yə müraciətindən (02 avqust 2021-ci il) az əvvəl olmaqla xx.xx.2021ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasivasma görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 may 2021-cı il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikmə cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2 və 127.3.3cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikmə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 13 may 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,24). Cinayət işinin materiallarında olan 14 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olumuşdur (səh.,45). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina olunması haqqında 14 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafəi olunmasından imtina olunmuşdur (səh., 59). Cinayət işinin materiallarında olan 14 may 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 63). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona yenidən ittiham elan edilmişdir (səh., 134). Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 4(008)582/21 saylı, 13 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 avqust 2021-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh., 155). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinə tövsif edilmişdir (səh., 176). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «12» avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 13 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixə kimi olan müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinə əsasən «01» (bir) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzadan 13 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi Təqsirləndirilən şəxs həbsdə saxlandığı «01» (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «01» (bir) il, «05» (beş) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «12» avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd bıçaq məhv edilsin. İş üzrə 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ**********00000 03944 SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar