Məhkəmə qərarları › İş №1(008)-63/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-63/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-63/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 Cəfər oğlunun iştirakı ilə xx xxxxxxxx 1999-cu il tarixdə Masallı rayonu, Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, məhkum olunmuş, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, döngə 05-də yerləşən nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 03 saylı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədilə 25 dekabr 2021-ci il tarixdə, saat 01:00 radələrində ünvan 1 ünvanda yerləşən avtotəmir s exinin qarşısında dayanmış və Zərərçəkmiş şəxs1 məxsus olan «BMW 528» markalı, «MS271TR2» tranzit dövlət qeydiyyat nişanlı avtomobilin qabaq faralarını gizli yolla talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 3.200 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə 25 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində ünvan 2 ünvanın qarşısında dayanmış və Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Veracruz» markalı, «az ** HJ ***» dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan şüşəsini sındırmaqla avtomobildə olan 450 manat dəyərində bir ədəd «Xiaomi Note 10» markalı mobil telefon aparatını, 150 manat dəyərində 01 ədəd «Samsung A20» markalı mobil telefon aparatını, 150 manat dəyərində 01 ədəd «Faberlic» markalı ətiri, 100 manat dəyərində 01 ədəd «Faberlic» markalı ətiri və 5 manat dəyərində 01 ədəd pul kissəsini gizli yolla talayıb zərəçəkmiş şəxs İ smayılzadə Bəhruz Namiq oğluna 855 manat miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi- 1.060 qram olan narkotik vasitə heroini əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, döngə 5-də yerləşən nömrəsiz fərdi evdə saxlamış, 08 yanvar 2022-ci il tarixdə, saat 13:10 radələrində Nizami rayon Məhkəməsinin qərarı əsasında Nizami RPİ-in 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, döngə 5-də yerləşən nömrəsiz fərdi evdə özünün iştirakı ilə axtarış keçirilərkən həmin mənzilin yataq otağında yerləşən dolabında gizlədilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, ümumi təmiz çəkisi 1.060 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 dekabr 2021-ci il tarixdə, saat 23:50 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 5-də yerləşən nömrəsiz fərdi evdən çıxmış və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsinə gəlmişdir. Həmin küçə ilə piyada gedərək «Şərq Saray» şadlıq sarayının yaxınlığında keçidiyi zaman buferi olmayan «BMW» markalı üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobilin olmasını görmüşdür. Ətrafda heç kimin olmadığını gördükdən sonra 25 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində avtomobilin qabaq faralarını dartaraq yerindən çıxarmış və özü gətirdiyi şəffaf sellofana qoyaraq oradan uzaqlaşmışdır. Piyada hərəkət edərək Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsinə gəlmişdir. Oradan göy rəngli, «Toyota Prius» markalı taksi atomobilinin sürücüsünə yaxınlaşmış və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu səbəsi, Şəhər Şossesi, döngə 5-də yerləşən nömrəsiz fərdi evə neçəyə apara biləcəyini soruşmuşdur. Sürücü yaşadığı evə 5 manata aparacağını bildirmiş və o, sürücü ilə razılaşaraq avtomobilə əyləşmişdir. Yolda söhbət əsnasında həmin sürücünün adının Qurban olduğunu rənmişdir. Qurban adlı şəxsə özünü avtomobil ustası kimi təqdim etmiş və şəffaf sellofan torbada olan faraları göstərərək onları 500 manata satdığını bildirərək müştəri tapmaqda köməklik etməsini xahiş etmişdir. Qurban adlı şəxs isə müştərisinin olmadığını bildirmiş və onu yaşadığı fərdi evin qarşısına gətirmişdir. Taksidən düşdükdən sonra sürücüyə 5 manat vermiş və yaşadığı evə keçmişdir. Fərdi evin həyətyanı sahəsində şəffaf sellofanda olan avtomobil faralarını gizlətmiş və evə keçmişdir. Şahid2 istifadəsində olan « *** *** ** **» saylı nömrəyə zəng etmişdir. Məhərrəmə gedəcəyi yer olduğunu bildirmiş və yaşadığı evin arşısına gələrək onu götürməsini xahiş etmişdir. Təxminən 40 dəqiqədən sonra Məhərrəm idarə etdiyi «Azsamad» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin arşısına gəlmiş və onu oradan götürmüşdür. Avtomobilə oturduqdan sonra Məhərrəmə pulunun olmadığını, təcili pul lazım olduğunu bildirmiş və Neftçilər metrostansiyasının axınlığında yaşayan bibisinin evinə aparmasını xahiş etmişdir. Bundan sonra Məhərrəm idarə tdiyi «Azsamad» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobillə onu Nizami rayonu arazisinə yerləşən yaşayış binalarının yanına gətirmişdir. Məhərrəm avtomobili saxlamış və o, avtomobildən aşağı düşmüşdür. Avtomobildən düşdükdən sonra Məhərrəmə kənara çəkərək özləməsini xahiş edərək tez bir zamanda qayıdacağını demişdir. Bundan sonra o, oradan çıxaraq yaşayış binalarının həyətlərinə daxil olmuşdur. Həyətdə iki ədəd hündür avtomobil olduğunu görmüşdür. Hər iki avtomobilin sürücü tərəfdən arxa şüşələrini əlindəki qırmızı qulplu əmir alətlə sındırıb avtomobillərin salonuna daxil oimuşdur. Onların salonuna nəzər yetirdikdə eçnə tapa bilmədiyi üçün oradan uzaqlaşmışdır. Daha sonra tanımadığı binanın yan tərəfi ilə ələrək pilləkənlə yuxarı məhləyə qalxmışdır. Bu zaman orada mühafizəçinin qalması üçün əzərdə tutulan dəmir butqanın olduğunu görmüşdür. Butqaya yaxınlaşaraq içərisinə baxmış və zaman mühafizəçinin yatdığını görmüşdür. Butqadan bir az irəli getmiş və irəlidə gümüşü rəngdə, markasını xatırlamadığı avtomobilin dayandığını görmüşdür. Avtomobilin içərisinə nəzər etirdikdə iki oturacağın arasında olan yerdə mobil telefon olduğunu görmüşdür. Əlindəki qulp hissəsi qırmızı olan dəmir alətlə həmin avtomobilin sənişin tərəfdən arxa şüşəsin sındırıb içəri axil olmuşdur. Avtomobilin içərisində qara rəngli «Redmi Note 10» markalı mobil telefonu ötürdükdən sonra orada olan qara rəngli qəpik qabını, daha sonra avtomobilin saxlanc yerində olan 2 ədəd ətiri, 1 ədəd «Samsung A20» markalı mobil telefonu, qara rəngli pul kisəsini, 1 ədəd ara rəngli telefonu şarj etmək üçün aparatı və arxa ayaq altında qutunu içərisində olan 2 ədəd pirtli içkini götürüb oradan uzaqlaşmışdır. Məhərrəm onu gözlədiyi binanın yanında pul isəsinin içərisinə baxış keçirtmiş və bu zaman onların içərisində sənədlər olduğunu görüb onu tullamışdır. Məhərrəmdə şübhə yaratmaması üçün qəpikləri cibinə qoymuş və qabını əlində saxlamışdır. 28 dekabr 2021-ci il tarixdə ehtiyacı olan narkotik vasitə heroin əldə etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Oradan üzdən tanıdığı, adını, soyadını və ata adını, eyni zamanda yaşadığı ünvanı bilmədiyi şəxsə 10 manat ödəyərək narkotik vasitə heroin almışdır. Aldığı heroini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi, döngə 5-də yerləşən fərdi evin yataq otağındakı dolabda gizlətmişdir. Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra ifadə verdiyi zaman oğurluq hadisələrini narkotik vasitəyə olan ehtiyacını ödəmək üçün etdiyini, yaşadığı fərdi evdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Cəfər oğlu ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, özünə məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun özünə məxsus olan etibarnamə ilə idarə etdiyi «Az Samand» markalı boz rəngli «az ** UU ***» dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, özünə məxsus olan «Azsamand» markalı avtomobili 14 avqust 2021-ci il tarixdə, saat təxminən 14:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanda yerləşən «Lotos» ticarət mərkəzinin qarşısında saxlamışdır. O həmin avtomobildən təxminən 10 metr kənarda dayanaraq orada olan tanışları ilə söhbət etmişdir. O, avtomobilin açarlarını avtomobilin üzərində saxlamış və avtomobilin qapıları və pəncərələri açıq vəziyyətdə olmuşdur. O, avtomobili saxladığı yerdə taksi fəaliyyəti ilə məşğul olan şəxslər sıra ilə düzülmüş və həmin vaxt onun avtomobilimin qarşısında 2 avtomobil olmuşdur. O həmin ünvanda avtomobili saxladıqdan təxminən 10-15 dəqiqə sonra ondan qabaqda olan 2 avtomobil müştəri götürüb getdikdən sonra o, avtomobilinin saxladığı yerdə olmamasını aşkar etmişdir. Həmin gün polis əməkdaşları ona məlumat verərək avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 96 ünvanında yerləşən «Ayxan» marketin qarşısından tapılması barədə ona məlumat vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 25 dekabr 2021-ci il tarixdə, saat 08:40 radələrində işə getmək üçün özünə məxsus «Hyundai Veracruz» markalı, «az ** HJ ***» dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşdığı zaman sərnişin tərəf arxa şüşənin naməlum şəxslər tərəfindən sındırıldığını görmüşdür. Avtomobilinin salonuna nəzər yetirdiyi zaman avtomaşında olan D.İ.N-in ona təhkim olunmuş 1.501 manat dəyərində «Xiaomi Note 10» markalı mobil telefon, 300 manat dəyərində «Samsung A20» markalı mobil telefon, 150 manat dəyərində 01 ədəd «Faberlic» markalı ətir, 100 manat dəyərində 01 ədəd «Faberlic» markalı ətir və 100 manat dəyərində pul kissəsinin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 2.151 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Bu məqsədlə «Azsamand» markalı, «az ** BY ***» dövlət qeydiyyat nişanlı avtomobili aylıq 440 manata icarəyə götürmüşdür. E.K.Xəlilovu isə tutulmamışdan 15-20 gün əvvəl müştəri kimi tanımış və onunla münasibəti yaranmışdır. Bir neçə dəfə Elçin ona zəng edərək müəyyən yerlərə aparmasını xahiş etmiş və onu dediyi yerlərə aparmışdır. 25 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Elçin istifadəsində olan mobil telefona zəng etmiş və onu yaşadığı evdən götürməsini xahiş etmişdir. O, Elçinin xahişi ilə onu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi, döngə 5-də yerləşən fərdi evin qarşısına getmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən sonra maddi cəhətdən vəziyyətinin yaxşı olmadığını bildirərək Neftçilər prospektində yaşayan bibisinin evinə gedərək ondan pul alacağını bildirmişdir. O, Elçinin göstərdiyi yollarla Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığına gəlmişdir. Metronun yaxınlığında Elçin avtomobili saxlamasını və avtomobili kənara çəkərək gözləməsini bildirmişdir. Elçin avtomobildən düşdükdən sonra o, idarə etdiyi avtomobili kənara çəkərək saxlamışdır. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən təqribən 10 dəqiqə sonra geri gəlmişdir. Elçin gəldikdən sonra avtomobilə əyləşmiş və əyləşdiyi zaman əlində bir ədəd «Samsung», bir ədəd «Mi note 10» markalı telefonlar, içərisində sənədlər olan pul kisəsi və bir neçə əşya olduğunu görmüşdür. Təqsirləndirilən şəxs əşyaların nə olduğunu soruşduğu zaman o, bibisindən pul istədiyini, ancaq pulu olmadığı üçün vermədiyini, əvəzində əlində olan əşyaları verərək onları satmasını xahiş etdiyini bildirmişdir. Bu zaman o, Elçinə avtomobildə benzinin, üzərində isə pulunun olmadığını bildirərək onu yaşadığı ünvana apara bilməyəcəyini demişdir. Elçin etiraz etməmiş və o, avtomobilini ünvan 4 ünvanına gəlmişdir. Orada Elçin avtomobildən düşərək başqa bir taksiyə əyləşərək getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2021ci ilin sentyabr ayının sonlarında ünvan 1 ünvanda yerləşən avtotəmir sexinə Məhərrəm adlı müştəri yaxınlaşaraq özünə Amerikadan gətirilmiş «BMW 528» markalı, «MS271TR21» tranzit qeydiyyat nişanlı avtomobilin arxa, qabaq bamper yəni bufer, ön faralar, su radiatoru və səsboğucunu yığmağı ona tapşırmışdır. Həmin avtomobilin ehtiyyat hissələri gec tapıldığı üçün həmin avtomobilin təmir prosesi bir az uzanmışdır. O hər gün sexi saat 10:00 radələrində açıb axşam saat 22:00 radələrinə qədər işləyir. 24 dekabr 2021-ci il tarixdə saat 22:00 radələrində işlədiyi sexi bağlayaraq yaşadığı evə getmişdir və 25 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində işə gələn zaman müştərisi Məhərrəmə məxsus və işlədiyi sexin qabağında saxlayaraq getdiyi «BMW 528» markalı, «MS271TR21» tranzit qeydiyyat nişanlı avtomobilin qabaq xarici işıq cihazlrının yəni faralarının yerində olmadığını görmüşdür və bu barədə Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 26 dekabr 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində mağazada olduğu zaman tanımadığı bir nəfər şəxs mağazaya daxil olub əlindəki «Samsung A 20» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, qeyd olunan telefona baxarkən telefonun yararsız vəziyyətdə olduğunu görmüşdür. Telefona baxdıqdan sonra həmin şəxsə qeyd olunan telefonu 20 manata alacağını bildirdikdə, həmin şəxs onunla razılaşıb 20 manata ona satdığını bildirmişdir. O həmin şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surətini götürdükdən sonra Təqsirləndirilən şəxs 20 manat ödəyib «Samsung A20» markalı, «**********86651» saylı «İMEİ» kodlu mobil telefonu həmin şəxsdən almışdır. Daha sonra həmin şəxs mağazadan çıxıb oradan uzaqlaşmışdır. 27 dekabr 2021-ci il tarixdə telefonun yarasız olduğu üçün qeyd olunan telefonun müəyyən yerlərini dəyişib təmir etmişdir. Həmin telefonun ekranıda yararsız olduğu üçün 85 manat ödəyib yeni ekran almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, gündəlik 25 manat müqabilində «Toyota Prius» markalı, göy rəngli, «az ** HZ ***» dövlət qeydiyyat nişanlı avtomobili idarə edir və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. O hər gün gecə saat 00:00 radələrindən səhər saat 10:00 radələrinə qədər taksi fəaliyyəti ilə məşğul olur və gündüzlər istirahət edir. Onun gecələr taksi fəaliyyəti ilə məşğul olmağının səbəbi gündüzlər yolların tıxac olması və işləməyinin çətin olmasıdır. O 25 dekabr 2021-ci il tarixdə gecə saat 01:00 radələrində yaşadığı evdən çıxaraq işləmək üçün R. Rüstəmov küçəsi ilə hərəkət etmiş və təxminən 1- 2 km hərəkət edib M.Əliyev küçəsi ilə üzü metropolitenin «Koroğlu» stansiyasına doğru gedən zaman yolun kənarında bir nəfər cavan oğlan təxminən 20-22 yaşlarında, balaca boy və arıq bədən quruluşlu bir nəfər şəxs işarə etmiş və o avtomobili saxlamışdır. Həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu xəstəxanasının yaxınlığına neçəyə aparacağımı soruşmuşdur və o da yolun yaxın olmasını, eləcə də gecə vaxtı olmasını nəzərə alaraq 5 manat demişdir. Həmin şəxs onunla razılaşmışdır və avtomobilə əyləşmişdir. Həmin şəxs avtomobilə əyləşən zaman əlində şəffaf rəngli sellofan olmuşdur və həmin sellofanda iki ədəd avtomobil farasının olduğunu görmüşdür. Həmin şəxslə yolda söhbətləşən adının Elçin olduğunu öyrənmiş və Elçin ona demişdir ki, avtomobil ustasıdır və əlində olan şəffaf sellofandakı iki ədəd fara «BMW» avtomobilə məxsusdur və hər ikisini 500 manata satır və ondan həmin faraları alıb-almadığını soruşmuşdur. O isə Elçinə həmin faraların idarə etdiyi avtomobilə məxsus olmadığı üçün ona lazım olmadığını demişdir və məsləhət vermişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən Maşın Bazarında həmin avtomobil faralarını sata bilər. Bundan sonra o həmin şəxsi dediyi ünvana yəni ünvan 5arıb düşürmüş və həmin şəxs ona 5 manat vermiş və o oradan çıxıb gedərək taksi fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə 25 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Veracruz» markalı, «az ** HJ ***» dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan şüşəsini sındırmaqla avtomobildə olan 01 ədəd «Xiaomi Note 10» markalı mobil telefon, 01 ədəd «Samsung A20» markalı mobil telefon, 02 ədəd «Faberlic» markalı ətir və 01 ədəd pul kissəsini zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində narkotik vasitə istifadə etdiyini və yaşadığı ünvan 6 ünvanında yerləşən həyət evində narkotik vasitə saxladığını bildirdiyi üçün Nizami rayon məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsasında Nizami RPİ-in İŞnin baş müstəntiqi X3, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Şahid6 və həmin şöbənin əməliyyat müvəkkili Şahid7 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana videokamera vasitəsi ilə axtarış və götürmə keçirilmişdir. Axtarış zamanı həmin ünvanın çöl qapısı açıldıqda qarşıya, sağ və sol tərəflərdə tikinti materialları, taxta və daşlar olan həyətyani sahə görünmüşdür. Təxminən 10-15 metr irəlidə 01 mərtəbədən ibarət ağ rəngli dəmir qapısı olan tikiliyə yaxınlaşmışlar və qapı açıldıqda özünü Təqsirləndirilən şəxs anası və qardaşı kimi təqdim edən iki nəfər şəxs qapıya yaxınlaşmışdır. Hər iki vətəndaşa mənzilə axtarış keçirilməsi ilə bağlı Nizami rayon məhkəməsinin qərarı, eləcə də bütün prossesin videokemera ilə qeydə alındığı elan edildikdən sonra evə daxil olmuşlar. Mənzilə daxil olduqda ümumillikdə 02 otaqdan ibarət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində evində narkotik vasitə saxladığını bildirməsi ilə əlaqədar müvafiq suallar verilmiş, həmin narkotik vasitənin evin harasında olduğu soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olub otağın sol tərəfində yerləşən taxta dolabın birinci qapısını açıb üst tərəfdə düzülmüş paltarların arasından 01 ədəd şəffav sellofana bükülü vəziyyətdə içərisində qəhvəyi rəngli toz şəklində maddə olan bükümü təqdim edib həmin bükümün içərisində «Kokos» kimi tanıdığı narkotik vasitə olduğunu bildirərək verilmiş suallara cavab olaraq həmin narkotik vasitəni tanımadığı şəxsdən anışından tutulmamışdan təxminən 5-6 gün əvvəl əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Əzizov X2 Əli Cəlal oğlu Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/105 saylı, 08 yanvar 2022-ci il tarixli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilən…..» yazısı və imzalar olan kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.060 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi-1.060 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-1.010 qram. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/293 saylı, 14 fevral 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 04 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiymətilə ümüumi dəyəri təxminən 605.00 manat müəyyən edilir. Digər 2 ədəd ətirin təxminən 50%-dən çox hissəsi istifadə olduğu üçün qiymətləndirilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X10 X4 Tibbi Yoxlamanın 1266 saylı, 12 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 01 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Xəlilov X7 rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.3cü maddələri ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2016-cı il tarixli qərarı ilə cərimə cəzası 150 manat endirilmiş və 08 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Xəlilov X5 rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1.000 manat cərimə cəzasına məhkum edilmişdir. Xəlilov X6 rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 , 177.2.4, 29.177.2.2, 29.177.2.3, 69.3,67.1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il, 11 ay, 26 gün müddətinə azadlıqdan məhrum etmə, həmçinin 1.000 manat cərimə cəzasına məhkum edilmiş, 08 oktyabr 2021-ci il tarixində Qaradağ rayon Məhkəməsinin qərarı ilə 23 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cərimə məbləği tam ödənildiyi üçün 29 oktyabr 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməli cinayətin sadə residivini yaradır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxslər, şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədilməyə görə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarına əsasən törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlanması müəyyən edildikdə mümkündür. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinin materiallarında olan 04 yanvar 2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, səh.,112). Cinayət işinin materiallarında olan 06 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, səh.,171). Cinayət işinin materiallarında olan 06 yanvar 2022-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)05/22 saylı, 06 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, səh.,212). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, onun əməlində cinayətin residiv əlamətlərinin olmasını, analoji cinayətə görə onun barəsində cəza təyin olunmasını, əvvəlki hökm üzrə təyin olunmuş cərimə cəzasının ödənməməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcələlsinin 56.1.3-cü maddəsinə əsasən-xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı-«ciddi rejimli» cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.010 qram heroin məhv edilməli, üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd çəkic məhv edilməli, iş üzrə 01 ədəd «Xiaomi Note 10» markalı mobil telefon, 01 ədəd «Samsung A20» narkalı mobil telefon, 01 ədəd «Faberlic» markalı ətir, 01 ədəd «Faberlic» markalı ətir və 01 ədəd pul kissəsi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, bir ədəd DVD disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 164 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, maddəsinə əsasən «03» (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «01» (bir) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «03» (üç) il, «08» (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «04» yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. 164 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə 1.010 qram heroin məhv edilsin, üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd çəkic məhv edilsin, iş üzrə 01 ədəd «Xiaomi Note 10» markalı mobil telefon, 01 ədəd «Samsung A20» narkalı mobil telefon, 01 ədəd «Faberlic» markalı ətir, 01 ədəd «Faberlic» markalı ətir və 01 ədəd pul kissəsi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın, bir ədəd DVD disk isə cinayət işinin materialları arasında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar