Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-631/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 7 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Ermənistan Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, gömrük işləri üzrə mütəxəssis işləyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 2.6-cı bəndinin təsiri altına düşərək xx.xx.2026-cı il tarixdə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə “PAD təqdim etməklə həmin MMC vasitəsi ilə ölkə xaricindən tikinti materialı olan alçipanı ölkə daxilinə idxal edib satışından əldə edilmiş mənfəətin 40%-ni Şahid2 verəcəyi barədə yalan vəd verib birgə iş qurmaq adı ilə aldadaraq, 2022-ci ilin dekabr ayı ərzində hissə-hissə olmaqla Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Şahid2 vasitəsi ilə atası Zərərçəkmiş şəxs məxsus 17800 manat pul vəsaitini istintaq zamanı müəyyən edilməyən bank kartı hesabından onun istintaq zamanı müəyyən edilməyən bank kartı hesabına köçürülməsinə nail olub həmin vəsaiti vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 17.800 (on yeddi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləmişdir. Möhübbəti işləri ilə əlaqədar olaraq tanımşdır. Belə ki, o, həmçinin gözəllik salonu açmışdır. Həmin salonun tanınması üçün vizit kart və köynəklər üzərində loqonun qeyd edilməsinə ehtiyac vardır. Bununla bağlı ortaq tanışı vasitəsilə Şahid2lə tanış olmuşdur. Möhübbətlə tanış olarkən sonuncu çap və dizayn işində işləmişdir. Bu zəmində aralarında münasibət yaranmışdır. O, ilk dəfə vizit kart sifariş vermiş, onu almışdır. Daha sonra isə loqo ilə bağlı Möhübbətlə görüşən zaman ona zəng gəlmiş, malların anbardan çıxarılması üçün 600 manat nağd pula ehtiyacı yaranmışdır. Bunu Möhübbətə bildirdikdə, o razılaşaraq 600 manat pulu ona vermişdir. Həmçinin Möhübbətə bunun üzərində əlavə olaraq 100 manat da verəcəyini bildirmişdir. Möhübbətdən aldığı pulu və üzərində qazancı ona qaytarmışdır. Bundan sonra Möhübbətlə bir neçə dəfə görüşləri olmuşdur. Möhübbətlə söhbət edərkən sonuncu bildirmişdir ki, çap və dizayn işlərindən əlavə işıq idarəsində də işləyir, buna baxmayaraq maddi vəzyyəti yaxşı deyildir və özünə gəlirli iş axtarır. Möhübbətə ona keçən dəfə etdiyi yaxşılığın müqabilində onu gömrük xidməti işləri üzrə mütəxəssis işləməsi üçün istiqamətləndirə biləcəyini, əldə etdiyi asan imza, sertifikatla istənilən şirkətdə 5 il işləyə biləcəyini qeyd etmişdir. Həmçinin Möhübbət ona xaricdən “Ford Fusion” markalı maşın gətirmək istədiyini, əlində bir qədər vəsait olduğunu, onu artırmaq istədiyini bildirmişdir. Möhübbət ona həmin pulun onun işində sərf olunmasını təklif etmiş və üzərində nə versə qane olacağını bildirmişdir. Əlimdə olan puldan 30000 manatını gözəllik salonuna xərclədiyimdən agah idi. Onun anbarlardan malların çıxarılması üçün nağd pula ehtiyacı var idi. Möhübbətin təklifinə razılaşmışdır. Möhübbət namaz əhli olduğu üçün ona faiz deməmişdir. Məsələn 3000 manat verəndə əlavə olaraq üzərində 500 manat pul qaytarmalı idi. Bu minvalla ondan bir neçə dəfə pul almışdır. Lakin sonradan o, müflis oldu, evi, maşını satıldı, borcları yarandı. Şirkətə işə götürməyinin səbəbi isə DGK-nin təşkil edəcəyi imtahanda iştirak edə bilməsi ilə bağlı olmuşdur. Onu kursa yazdırmış, Möhübbət 1 ay kursa getmişdir. Lakin sonra ödənişi edə bilmədiyi üçün kursu tamamlaya bilməmişdir. Ümumilikdə Möhübbətdən 17800 manat pul almışdır. Möhübbətə bildirmişdir ki, 2023-cü ilin yanvar ayının axırlarında onun pulunu və əlavə olaraq üzərində xeyir verəcəkdir. Lakin müflis olduğu üçün vədinə əməl edə bilməmişdir. İstintaq zamanı aldığı puldan 3800 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 onun oğludur, sonuncu xx.xx.2023-cü il tarixdə AR CM-nin 234.1-1-ci maddəsi ilə həbs edilmişdir, hazırda Binə qəsəbəsində yerləşən 17 saylı CÇM-də cəza çəkir. Möhübbət həbs edilməmişdən əvvəl Sabunçu rayon su kanal idarəsində mühəndis işləmiş, özəl olaraq reklam işləri ilə də məşğul olumuşdur. Möhübbət həbs edildikdən sonra ona bildirilmişdir ki, X1 ilə reklam işləri ilə bağlı tanış olmuşdur, Samir ona özünü "xxxx" MMC-nin sahibi kimi təqdim etmişdir. Həmçinin bildirmişdir ki, guya Samir ölkə xaricindən gələn malların gömrük vasitəsi ilə ölkə daxilinə keçməsi ilə məşğul olur. Möhübbətə də təklif etmişdir ki, pul versin və Samir ölkə daxilinə xaricdən malları idxal edib ölkə xaricində sataraq mənfəət əldə etsinlər. Möhübbət 2022-ci ilin dekabr ayında hissə-hissə olmaqla Samirə ümumilikdə 17800 manat pul vermiş, Samir də bir aydan sonra Möhübbətə 17800 manat və əlavə qazanc olaraq da 5500 manat pul verməli olmuşdur. Möhübbət həbs edilən müddətə qədər Samir Möhübbətə nə 17800 manat pulu, nə söz verdiyi qazancı verməmişdir. O, bundan sonra Samirlə görüşmüş, Möhübbətdən aldığı 17800 manat pulu nə etməsini soruşmuşdur. Samir də ona çoxlu borclarının yarandığını, Möübbətdən aldığı 17800 manat pulu da öz borclarına xərclədiyini bildirmişdir. Samir 17800 manat pulu verəcəyini bildirsə də, heç bir məbləğdə pul ödəməmişdir. Möhübbət ona bildirmişdir ki, sonuncu Samirə pulu ikilikdə vermişdir. Oğlu Möhübbət ailəsi ilə birlikdə onun yanında yaşamışdır. Samirlə iş qurması üçün Möhübbətin verdiyi pullar ailənin ümumi gəliri olmuşdur. Onun oğluna öz vəsaiti ilə aldığı maşını satdıqları üçün pulları olmuşdur. Həmçinin onun özü də işləmişdir. Samirə verilən pul onların ümumi gəliri olmuşdur. Möhübbət pulu onun razılığı ilə vermişdir. Samir tərəfindən pulların ələ keçirilməsi nəticəsində ziyan da ona dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2014-cü ildən 2023-cü ilədək Sabunçu rayonu Sukanal İdarəsində mühəndis vəzifəsində işləmişdir. Həmçinin 2019-cu ildən 2023cü ilədək fərdi olaraq köynəklər üzərində müəyyən yazıların və şəkillərin çapı ilə məşğul olmuşdur. 2022- ci ilin dekabr ayının əvvəllərində o, Təqsirləndirilən şəxsla tanış olmuş, sonuncu ona köynək üzərində loqo çap edilməsi ilə bağlı sifariş vermişdir. Bu zəmində də aralarında yaxşı münasibətləri olmuşdur. 2022-ci ilin dekabr ayında Samir ona zəng edərək görüşməyi təklif etmiş və onlar Nərimanov rayonu ərazisində yerləşən kafedə görüşmüşlər. Həmin görüş zamanı Samir bildirmişdir ki, "xxxx" MMC-nin gömrük işləri üzrə mütəxəssisdir. "xxxx" MMC broker şirkətidir və uzun müddətdir ki, fəaliyyət göstərir. Samir ona bildirmişdir ki, şirkətlərin gömrük işləri ilə bağlı xərclərini o, qarşılayır. Sonra bununla bağlı sənədləri şirkətə təqdim edərək onlardan həmin ödənişləri və bununla bağlı ona düşəcək gəliri əldə edir. Həmin vaxt Samir ona təklif etmişdir ki, əgər razıdırsa həmin gömrük işlərinin görülməsi üçün ona dediyi məbləğlərdə vəsait versin, həmin işləri görsün, sonra verdiyi pulu və bununla bağlı əldə edəcəyi gəlirdən ona qazanc versin. Qazancdan ona nə qədər verilməsini Samir özü müəyyənləşdirməli idi. O bu barədə atası Salaha dedikdə atası ona Samiri tanıyırsa və inanırsa pul verməsinə etiraz etməmişdir. Yuxarıda göstərilən məqsədlə Samirə dekabr ayında hissə-hissə 17800 manat pul vermişdir. Samir ona bildirmişdir ki, 2023-cü ilin yanvar ayının sonuna kimi aldığı 17800 manat pulu və əlavə olaraq gəlir verəcəkdir. Samirə verdiyi pul, onların ailəsinin ümumi gəliri olmuşdur. Həm atasının, həm özünün qazancı orada olmuşdur. Onlar birgə təsərrüfat aparırlar, qazancları və gəlirləri də birdir. 2023-cü ilin yanvar ayının sonlarında Samirlə əlaqə saxlayıb pulunun aqibəti barədə soruşduqda Samir hər dəfə müxtəlif bəhanələr gətirib nə 17800 manat pulunu, nə də əldə edilmiş gəlirdən ona heç bir məbləğ verməmişdir. Həmçinin birinci dəfə pulu verdikdən sonra Samir onu şirkətə işə götürmüş, onun əmək haqqının 500 manat olacağını, ona bəyannamələrin doldurulmasını öyrədəcəyini, həmçinin malları gömrükdən çıxardacağını bildirmişdir. Lakin bunların heç biri baş verməmişdir. Onu kursa göndərsə də, bir müddət sonra kursun məbləğini tam ödəmədiyi üçün müəllim kursa gəlməməsini bildirmişdir. Samir polisdə işinin olmasını pulu ona verdikdən sonra demişdir. Samir pulu ondan borc adı ilə almamışdır. Gömrük mütəxəssisi olaraq gömrük işlərinin həll edilməsi və buradan əldə edəcəyi qazancdan ona gəlir verəcəyi adı ilə pulu almışdır. O, sadəcə Samirdən verdiyi pulun qaytarılmasını tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, ünvan 3 ünvanına baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir; Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində 11 iyun 2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs işə qəbul edilmiş, əmək funksiyası gömrük bəyannamələrinin tərtib edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; İttihama əlavələr edilərək təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X3 adlı iki uşağı vardır. Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarxili məktubdan və amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 11 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. AB seriyalı, № 031978 məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerini tərk etdiyi ünvan Vardenis rayonu, tarix isə 1988ci il olmaqla Dövlətqaçqınkomun xx.xx.2006-cı il tarixli qərarına əsasən qaçqın vəsiqəsi verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və178.2.4 -cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bildiyini, maddi ziyanın tamamilə ödənildiyini, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.5-ci bəndində 1948–1953-cü və 1987–1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər; 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 7.4-cü bəndində nəzərdə tutulmuş məhdudiyyət, yəni maddi ziyanın tam olaraq ödənilməsi hazırki iş üzrə təmin olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı olduğundan və Ermənistandan deportasiya olunmuş şəxs olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.5 və 1.16-ci bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsinə əsas verir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.5 və 1.16-cı bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-631/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-631/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver