Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-632/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabarat Maştağa şosesi 201-R ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Araz" marketdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus sonuncunun meyvə tərəvəz şöbəsində piştaxtanın üzərində unutduğu içərisində 1000 manat pul olan pul qabını gizli yolla talayıb oğurluq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat Maştağa şosesi 201-R ünvanında yaşayır. 23 may 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Araz" marketə getmiş, marketdə, tərəvəz satılan şöbədə səbətə göyərti yığarkən səbətin içərisində qara rəngli pul kisəsi olduğunu görərək əynində olan gödəkcənin cibinə qoymuşdur. Daha sonra aldığı məhsulların pulunu ödəyərək yaşadığı evə getmiş, bir müddət sonra Sabunçu RPİ-nin 14cü Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsində olduğu zaman marketdə götürdüyü pul kisəsi və içərisində olan 1000 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Halhazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyan tamamilə ödənilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 11:00 radələrində ərzaq almaq üçün yaxınlıqda yerləşən Araz marketə getmiş, marketə gedən zaman əməliyyat xərcləri üçün topladığı 1000 manat olan pul kisəsini üzərində götürmüşdür. O, ilk olaraq göyərti almaq üçün tərəvəz şöbəsinə yaxınlaşaraq göyərtiləri sellofana yığmış, göyərti yığan zaman əlində olan pul kisəsini göyərti səbətinin içərisinə qoymuşdur. Daha sonra digər ərzaq məhsulları almaq üçün ərzaq şöbəsinə yaxınlaşmış, ərzaq şöbəsinin qarşısında pul kisəsi üzərində olmadığını hiss etmişdir. O, pul kisəsini tərəvəz şöbəsində səbətin içərisinə qoyduğunu xatırlayaraq həmin şöbəyə yaxınlaşmış, səbəti axtarmağa başlamış, lakin, pul kisəsini tapmadığı üçün naməlum şəxslər tərəfindən oğurlandığını anlamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın tamamilə ödənilməsi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarının 18-ci vərəqəsində olan 26 may 2023-cü il tarixli qəbzin surətindən görünür ki, 23 may 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Araz" marketdə oğurlanmış zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus içərisində 1000 manat olan pul kisəsi zərərçəkmiş şəxsə qaytarılmışdır. İş materiallarının 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 may 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışığın əldə olunmasını və onlara dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, təqsirləndirilən şəxs barəsində CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-632/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-632/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver