Məhkəmə qərarları › İş №1(008)-632/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-632/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-632/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X4 küçəsi döngə 3, ev 39A ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dövlət və ictimai əhəmiyyətli rabitə xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 fevral 2025-ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ünvan 8abitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində üç dirək arasında olan məsafədən TPP-100x2 tipli 150 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 960 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2025-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ünvan 8abitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində iki dirək arasında olan məsafədən TPP-100x2 tipli 70 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 597 manat 20 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 fevral 2025-ci il tarixdə saat 06 radələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ünvan 8abitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində iki dirək arasında olan məsafədən TPP- 100x2 tipli 85 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 725 manat 17 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 mart 2025-ci il tarixdə gecə saatlarında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ünvan 8abitə Xidmətləri Mərkəzinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində bir dirək arasında olan məsafədən TPP-100x2 tipli 15 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli asma rabitə kabelini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Bakı Telefon Rabitəsi MMC-nə ümumilikdə 152 manat 63 qəpik maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki epizodla, yəni 24 fevral 2025-ci il və 04 mart 2025-ci il tarixli epizodlar ilə razıdır. Lakin 24 fevral 2025-ci il tarixdə olan epizod üzrə 70 metr uzunluğunda kabel olmamışdır, elə olsa ağır olar, onun tək aparmağa gücü çatmazdı, telefon kabellərinin üzərində dəmir də var, onlar ağır olur, halhazırda özünü təqsirli bildiyi iki epizod üzrə vurulmuş ziyana görə 1500 manat ödəniş etmişdir. Digər iki epizodu isə ona istintaq dövründə müstəntiqin dediyinə görə boynuna almaqla imzalamışdır. Verilən suallara cavabında bildirmişdir ki, 24 fevral 2025-ci il tarixində Bilgəh qəsəbəsində kabelin bir ucu kəsilmişdi, digər ucundan da o kəsib aparmışdır, təxminən 25-30 metr kabel kəsib aparıb, büküb aparmışdır, ağır olmuşdur, axşam saatlarında aparıb, hava qaranlıq olub, həmin ərazidə yaşayış məntəqələri var, təxminən 20-25 manat pul əldə etmişdir, təxminən 3 kq olub, dəmir yığanlara satmışdır, satdığı şəxsin kim olduğunu bilmir, səyyar dəmir yığanlara satmışdır, 04 mart 2025-ci il tarixli epizod üzrə də eyni qaydada olub, bir tərəfi qırılıb düşmüşdür, digər tərəfini isə o kəsib aparmışdır, onu çıxıb yuxardan kəsmək mümkün deyil, qırılıb düşmüşdür, o Nardaranda yaşayır, kabelləri Bilgəh qəsəbəsindən kəsib aparmışdır, 15 metr uzunluğunda kabel olmuşdur, büküb aparmışdır, təxminən 10 manat pul əldə etmişdir, səyyar alıcılara satmışdır, ibtidai istintaq dövründə də bu cür ifadə vermişdir, istintaq dövründə bölmədə ona təzyiq olmuşdur, 04 mart tarixində oğurluq əməlindən təxminən 20 gün sonra onu tutmuşlar, 14-cü polis bölməsində saxlanılmışdır, onu döymüş, işgəncə vermişlər, o müayinədən keçməmişdir, heç bir yerə şikayət etməmişdir, əvvəl məhkumluğu olub, azadlıqdan məhrum edilib, iki epizodu o törədib digər epizodları məcburiyyətdən üzərinə götürüb, bölmədə ona əziyyət veriblər, o heç yerə şikayət etməmişdir, ona görə ki, o bu vaxta kimi nə şikayət etməmişdir, nə də şikayət yeri tanımır, döyülən zaman vəkil yanında olmayıb, müstəntiqin yanında vəkil olub, oxuyub yaza bilir, sənədlərdə onun etmədiyi əməllərin yazıldığını görmüşdür, sürücü işləyir, böyük maşın idarə edir, iş saatı səhər saat 9-10 arası başlayır, axşam saat 6-7-yə kimi işdə olur, oğurluq əməllərin törədilən zaman işləmirdi, evdə olub, işləməyə yeni başlayıb, evdə anası və qardaşı ilə yaşayır, məlumat gəlib bölməyə getmişdir, polis bölməsinin işçiləri arxasınca gəlib getmişdir, ********** mobil nömrəsini işlətmişdir. Mülki iddianı qəbul etmir. Vurduğu ziyanın tam məbləğini bilmədiyi üçün müstəntiq ona məlumat verməsi əsasında iki epizod üzrə 1500 manat ödəmişdir. Hazırda barəsində CM-nin 234.1ci maddəsi ilə başqa cinayət işləri aparılır. İfadələri arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə olan ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkum olunmuşdur. Pula ehtiyacı olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh və Maştağa qəsəbələrində yolun kənarında olan rabitə kabellərini kəsib oğurlamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında pula ehtiyacı olduğu üçün rabitə kabeli oğurlayıb mis halına çevirib metal qəbul edən şəxslərə satmaq məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində tək piyada gəzən zaman Qocalar evinin yaxınlığında yolun kənarında olan 3 dirək arasında rabitə kabeli olduğunu görmüş, bundan sonra dirəyə çıxıb əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə rabitə kabelini kəsmişdir. Həmin rabitə kabeli təxminən 150 metr uzunluqda idi. Oğurladığı kabeli boş sahəlikdə yandırmış və metal halına çevirdikdən sonra səhəri günü səyyar metal alış verişi ilə məşğul olan şəxslərə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ethiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yenə də rabitə kabeli oğurlamaq məqsədilə gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində tək gəzdiyi zaman Qocalar evinin yaxınlığında 2 dirək arasında olan təxminən 70 metr uzunluqda rabitə kabelini eyni qaydada kəsib götürmüşdür. Həmin kabeli yaxınlıqda boş sahədə yandırıb metal halına çevirmişdir ki əlində çox yer tutmasın. Daha sonra həmin günü 25 fevral 2025-ci il tarixə keçən gecə saat 06 radələrində gəzə-gəzə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsinə getmiş, qeyd olunan ünvanda da yolun kənarında 2 dirək arasında olan təxminən 85 metr uzunluqda rabitə kabelini kəsib götürmüşdür. Oğurladığı kabelləri boş sahəlikdə yandırmış və metal halına çevirdikdən sonra səhəri günü səyyar metal alış verişi ilə məşğul olan şəxslərə satmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə gecə saatlarında yenə də Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində yolun kənarında bir dirək arasında təxminən 15 metr uzunluqda rabitə kabelini əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə kəsib götürmüşdür. Həmin rabitə kabelini də yanıdırıb metal kimi metal alan şəxslərə satmışdır. Oğurladığı rabitə kabellərini yandırıb metal halına saldıqdan sonra tanımadığı səyyar metal alan şəxslərə satmışdır. Lakin, neçəyə satdığını dəqiq xatırlamır. Həmin şəxslərə oğurluq olması barədə heç nə deməmişdir, özümə məxsus olduğunu demişdir. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin qeyd olunan oğurluq hadisələrini tək etmişdir. Həmin vaxtlar hava qaranlıq olduğu üçün küçədə heç kəs olmadığından onu heç kəs görməmişdir. Oğurluq zamanı istifadə etdiyi həmin kəlbətinin hazırda harada olduğunu xatırlamır. Bu oğurluqlardan başqa heç bir oğurluğu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, ünvan 8abitə Xidmətləri Mərkəzinin hüquq məsləhətçisi işləyir. 4 saylı Rabitə Xidmətləri Mərkəzinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 Bakı Telefon Rabitəsi MMC-yə məxsus rabitə kabellərinin kəsilərək oğurlanması barədə Sabunçu RPl-nin 14-cü PŞ-nə ünvanladıqları müraciətləri üzrə zərərçəkmiş hüquqi şəxs Bakı Telefon Rabitəsi MMC-nin nümayəndəsi qismində iştirak etməyi üçün ona etibarnamə verilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində Qocalar evinin yaxınlığında xidmətdə olan Bakı Telefon Rabitəsi MMC-nin əməkdaşları həmin küçədə yolun kənarı ilə çəkilmiş 3 dirək arasında olan Bakı Telefon Rabitəsi MMC-yə məxsus 150 metr TPP-100x2 rabitə kabelinin kəsilərək oğurlandığını aşkar etmişlər. Həmin oğurluq hadisəsi ilə bağlı Bakı Telefon Rabitəsi MMC-yə 960 manat 20 qəpik maddi ziyan vurulmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində Qocalar evinin yaxınlığında xidmət aparan 4 saylı RXM-nin əməkdaşları qeyd olunan ünvanda yolun kənarı ilə çəkilmiş 2 dirək arasında olan Bakı Telefon Rabitəsi MMC-yə məxsus 70 metr TPP-100x2 rabitə kabelinin kəsilərək oğurlandığını aşkar etmişlər. Həmin oğurluq hadisəsi ilə bağlı Bakı Telefon Rabitəsi MMC-yə 597 manat 20 qəpik dəyərində maddi ziyan vurulmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində xidmət aparan 4 saylı RXM-nin əməkdaşları həmin ünvanda yolun kənarı ilə çəkilmiş 2 dirək arasında olan Bakı Telefon Rabitəsi MMC-yə məxsus 85 metr TPP-100x2 rabitə kabelinin kəsilərək oğurlandığını aşkar etmişlər. Həmin oğurluq hadisəsi ilə bağlı Bakı Telefon Rabitəsi MMCyə 725 manat 17 qəpik dəyərində maddi ziyan vurulmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixdə ünvan 8abitə Xidmətləri Mərkəzinin əməkdaşları Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində yolun kənarında bir dirək arasında 15 metr uzunluqda TPP-100x2 kabelinin kəsilərək oğurlandığını aşkar etmişlər. Həmin oğurluq hadisəsi ilə bağlı Bakı Telefon Rabitəsi MMC-yə 152 manat 63 qəpik dəyərində maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan oğurluq hadisələri nəticəsində dəymiş ziyan Bakı Telefon Rabitəsi MMC-yə vurulmuşdur, həmçinin həmin oğurluq hadisələri ilə bağlı dəymiş ziyan barədə 4 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən ayrı-ayrılıqda məktublarla Sabunçu Rayon Polis idarəsinə məlumat verilmişdir. Ümumlikdə bu oğurluq hadisələri nəticəsində dəymiş ziyan 2435 manat 20 qəpikdir, bu hadisələr ilə bağlı onlara polisdən verilən məlumat həmin 4 epizod üzrə Təqsirləndirilən şəxs təqsirli sayıldığı barəsindədir, bununla bağlı mülki iddia ərizələri təqdim etmişlər, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 1500 manat könüllü şəkildə ödəniş etmişdir, qalan hissə 935 manat 20 qəpik hələ də ödənilməmişdir, qalan məbləğlə bağlı tələbləri vardır, 935 manat 20 qəpik dəymiş ziyanın və 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Aztelekom MMC-yə ödənilməsi tələb edilir. Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 8abitə Xidmətləri Mərkəzi EATS-455 (Bilgəh- Nardaran) xətt mühəndisi işləyir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qocalar evinin yaxınlığında xidmət aparan 4 saylı RXM-nin əməkdaşları ona zəng vuraraq, qeyd olunan ünvanda yolun kənarı ilə çəkilmiş 2 dirək arasında olan ünvan 8abitə Xidmətləri Mərkəzinə məxsus təxminən 70 metr TPP-100x2 rabitə kabelinin kəsilərək oğurlandığını aşkar etdiklərini bildirmişlər. Bundan sonra qeyd olunan ünvana getmiş və oğurluq hadisəsini müəyyən etdikdən sonra bu barədə RXM-nin baş mühəndisinə məlumat vermişdir. Həmçinin DİN-nin 102 xidmətinə də zəng vurub hadisə barədə məlumat verdikdən sonra 14-cü PŞ-nə gedib bu barədə ərizə və izahat yazmışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 8abitə Xidmətləri Mərkəzi EATS-455 (Bilgəh- Nardaran) xətt mühəndisi işləyir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində xidmət aparan 4 saylı RXM-nin əməkdaşları ona zəng vuraraq, qeyd olunan ünvanda yolun kənarı ilə çəkilmiş 2 dirək arasında olan ünvan 8abitə Xidmətləri Mərkəzinə məxsus 85 metr TPP-100x2 rabitə kabelinin kəsilərək oğurlandığını aşkar etdiklərini bildirmişlər. Bundan sonra bu barədə DİN-nin 102 xidmətinə də zəng vurub hadisə barədə məlumat vermiş, həmçinin 14-cü PŞ-nə gedib bu barədə ərizə və izahat yazmışdır. Qeyd olunan oğurluq hadisəsinin baş verdiyi küçənin Maştağa qəsəbəsi, X3 küçəsi olduğunu zənn etdiyi üçün məlumatda bu cür qeyd etmişdir. Lakin, sonradan təhqiqatçı ilə birlikdə hadisə yerinə baxış keçirən zaman həmin oğurluq hadisənin Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsi olması müəyyən olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, ünvan 8abitə Xidmətləri Mərkəzində xətt texniki işləyir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində Qocalar evinin yaxınlığında xidmətdə olan zaman həmin küçədə yolun kənarı ilə çəkilmiş 3 dirək arasında olan ünvan 8abitə Xidmətləri Mərkəzinə məxsus təxminən 150 metr TPP-100x2 rabitə kabelinin kəsilərək oğurlandığını aşkar etmiş, bundan sonra 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xətt mühəndisi Şahid2 məlumat vermiş, sonuncu da DİN-nin 102 xidmətinə həmin oğurluq hadisəsilə bağlı məlumat vermişdir. Daha sonra isə 14-cü PŞ-nə gedib bu barədə ərizə yazmışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh- Nardaran ərazisində ünvan 8abitə Xidmətləri Mərkəzinə məxsus kabellərə nəzarət edən zaman Bilgəh qəsəbəsi, 20-ci Qurultay küçəsində yolun kənarında bir dirək arasında təxminən 15 metr uzunluqda TPP-100x2 kabelinin kəsilərək oğurlandığını aşkar etmişdir. Eyni qaydada yenə də bu barədə xətt mühəndisi Şahid2 məlumat vermiş, həmçinin 14-cü PŞ-nə gedib bu barədə ərizə yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(i.v 1). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsində yerləşən əraziyə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.6-9). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsinə Qocalar evinin arxa hissəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.30-32). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Rövşən Salmanov küçəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.45-47). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 20-ci Qurultay küçəsinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.68-70). 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.94). Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində saat 11:00 radələrində saxlanılmışdır(i.v.98). 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.100). “cinayət əməlinin tövsif edilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir(i.v.117-118). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur(i.v.120). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qətimkanin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən dərhal azad edilmişdir(i.v 133-135). Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 136-138). 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir(i.v.157-158). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək təyin edilmiş cəzası 01 il 06 aya endirilmişdir, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzanın müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir (i.v 160-161). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-807/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, şübhəli şəxs kimi həbsdə saxlandığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır(i.v 162-169). Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 15 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2025-ci il tarixdə saat 11:30-da Sabunçu Rayon Polis İdarəsinə gəlmişdir(i.v.170). 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir(i.v.171-172). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs oğurladığı rabitə kabellərini metal kimi satdığı şəxslərə oğurluq barədə hər hansı məlumat vermədiyindən, həmin şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, iş üzrə şahid ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, hadisə yerinə baxış protokolları sübut növü kimi tanınmışdır(i.v 175-180). Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-632/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-632/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 1(008)-632/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutularaq təhvil verildiyindən təzələnmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmişdir. Təqdim edilmiş 7165 saylı xx.xx.2025-ci il tarixli çekin surətindən görünür ki, 1500 manat Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs 935.20 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 965.20 manat tutularaq MMC-nin hesabına ödənilməsi barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin dəyişilməsinə və özünü təqsirli bilməməsi hissəsinə qiymət verilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Bu səbəbdən də məhkəmə tərəfindən ifadələr qiymətləndirilərkən ifadələrin özü özlüyündə ziddiyyətli olub-olmamasını, həm də həmin ifadələrin cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşıb-uzlaşmadığını müəyyən etmək, bundan sonra həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilib-edilməməsi dəyərləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda müdafiəçinin iştirakə ilə vermiş olduğu şübhəli şəxs (i.v 115-116) və təqsirləndirilən şəxs qismində(i.v 129-130) vermiş olduğu ifadələrində törətdiyi hər dörd epizod üzrə cinayət əməllərini etiraf edərək həmin xüsusatları göstərmiş, həmin ifadələri imzası ilə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, şəxsin bir neçə dəfə davamlı olaraq eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi, həmin ifadənin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməməsi məhkəməyədək icraat zamanı ifadələrin doğruluğuna əsas verir. Təqsirləndirilən şəxs ifadəsində ona qarşı fiziki təzyiq olduğu üçün etiraf edici ifadə verdiyini qeyd etsə də, ifadəsinin bu hissəsinə dair dəlillər məhkəmyə təqdim etməmişdir. Bununla bağlı təqsirləndirilən şəxs ona verilmiş suallara cavabında göstərmişdir ki, heç bir yerə şikayət etməmişdir, əvvəl məhkumluğu olub, azadlıqdan məhrum edilib, digər iki epizodları məcburiyyətdən üzərinə götürüb, bölmədə ona əziyyət veriblər, o heç yerə şikayət etməmişdir, ona görə ki, o bu vaxta kimi nə şikayət etməmişdir, nə də şikayət yeri tanımır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məburiyyətdən etiraf edici ifadə verərək həmin sənədləri imza etməsini bildirməsi əsaslı dəlil hesab edilə bilməz və bu məhkəməyə inandırıcı gəlməmişdir. Çünki təqsirləndirilən şəxs hazırki cinayət işindən qabaq bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və onun hüquqlarını bilməməsi ağlabatan hesab edilə bilməz. Eyni zamanda təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işinin materialları ilə tanış olmuş və həmin protokola hər hansı formada yazılı etiraz təqdim etməmişdir(i.v 185). Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd etidiyi hallarla bağlı məhkəməyə dəlil təqdim edə bilməmiş və cinayət işi materiallarında dediklərini şübhə altına alacaq hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs 18 iyun 2025-ci il tarixdən azadlığa buraxılmış və polisin nəzarəti altında olmamışdır. Həmin tarixdən sonra məhkəmə iclasında dedikləri ilə bağlı müvafiq quruma müraciət etməmiş, baş verənlərə dair etirazını bildirməmiş və onda xəsarətlərin olması ilə bağlı həkimdən keçərək tibbi arayış almamışdır. Halbuki polisin nəzarəti altında olmadığı, azadlıqda qaldığı üçün onun buna imkanı olmuşdur. Belə ki, Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi(Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bundan əlavə təqsirləndirilən şəxs iki epizod üzrə(cəmi vurulmuş ziyan 749.83 manat) özünü təqsirli bilsə də, 1500 manat dəyərində ödəniş etmiş, məhkəmə iclası zamanı ona verilmiş suala cavabında həmin ödənişi vurulmuş maddi ziyandan artıq etməsini maddi ziyanın məbləğini bilməməsi və müstəntiqin ona həmin məbləği ödəməsi ilə bağlı deməsinə görə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsində digər iki epizod üzrə özünü təqsirli bilməməsi ilə razılaşmayaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyək icraat dövründə olan ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolları və iş materiallarında olan digər sübutlarla təkzib edildiyindən, heç bir dəlilə söykənmədiyindən, yalnız sözlərdən ibarət olduğundan özünü müdafiə xarakterli hesab edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs özünü digər iki epizod üzrə təqsirli bilməməsinə, məhkəmə istintaqı zamanı heç bir dəlilə əsaslanmayan ifadəsinə tənqidi yanaşır, onun bu ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin məhkəməyədək etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, təkrar, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində vurulmuş ziyanın qismən ödənilməsi(59.1.14) cəzasını yüngülləşdirən hal hesab edilir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzanın müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(sadə residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-65.2), onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli(CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilməlidir. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə qeyd edir ki, cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği(2 435.20 manat) və həmin məbləğdən 1500 manat təqsirləndirilən şəxs tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu əməl öz təsdiqini tapdığından, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs 935,20 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 965.20 manat tutularaq Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr(qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 16 iyun 2025-ci il tarixdən 18 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət günə gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin mülki iddiası təmin edilsin. Dəymiş ziyana görə 935,20(doqquz yüz otuz beş manat iyirmi qəpik) manat, dövlət rüsumunun əvəzi olaraq 30(otuz) manat, cəmi 965.20(doqquz yüz altmış beş manat iyirmi qəpik) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasları zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 34 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 374 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar