Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-633/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olmayan, Yevlax şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə mənzil almaq istəyən və həmin ərəfədə guya quda olmağa hazırlaşdığı tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzili göstərərək 48000 manata satışa çıxardığını, lakin guya artıq qohum olduqları üçün ona bir qədər dəyərindən ucuz satacağını yalandan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin fevral ayının ortalarında qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 7000(yeddi min), daha sonra isə əlavə 33000(otuz üç min) manat məbləğində pulunu həmin ərəfədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən "Bakıxanov Residence" yaşayış kompleksindəki mənzilində alaraq sonradan verdiyi vədə əməl etməyib mənzili başqa şəxslərə satmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 40000(qırx min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 mənzil alqı-satqısı biznesi ilə məşğul olaraq yaxşı qazanc əldə etməsini bildirərək ona da həmin biznesindən qısa müddətdə yaxşı pul qazandıracağını yalan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin noyabr ayının əvvəllərində qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 2000(iki min), daha sonra isə əlavə 3200(üç min iki yüz) manat məbləğində pulunu Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanında alaraq sonradan verdiyi vədə əməl etməyib ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavadeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019cu ilin ortalarında qızı Fidan Şahid1 adlı oğlan ilə nişanlamışdır, restoranda böyük nişan mərasimi olmuşdur. Samirin anası Aidə ilə aralarında münasibət yaranmışdır. Həmin ərəfədə Aidəgil özlərinə almaq üçün ev axtarmışlar. Onlar da Aidəgillə birlikdə gedib şəhərin müxtəlif yerlərində evlərə baxmışlar. Aidəgilin pulu az olduğundan həmin məbləğə ev tapmayacaqlarını başa düşmüşlər, buna görə də Aidə ona qızı Fidanın adına olan, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzilini 40000(qırx min) manata satmasını xahiş etmişdir. Aidəgil həmin vaxtı bilmişlər ki, o mənzili 48000 manata satmaq istəyir. O da qızınında həmin evdə yaşayacağı üçün Aidəyə bildirmişdir ki, etiraz etmir, qızına görə 8000 manatdan keçər, hətta evin remontunuda özü edəcəyinə söz vermişdir. Aidə ata evlərinin satışından ona pay düşən puldan 33000 manat məbləğində pulu 2020-ci ilin fevral ayında yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən «Bakıxanov Terras» yaşayış kompleksindəki mənzildə onlara vermişdir. Həmin mənzil yeni tikili olduğu üçün çıxarışı olmamış, qızı Fidanın adına olmuşdur, onlar Aidəgillə razılaşmışlar ki, onsuzda Samirlə qızı Fidan evlənəcək, müqaviləni əlavə xərc çəkərək Samirin adına dəyişməsinlər, mənzilə çıxarış alınanda Samirin adına alınar və ev də həmin vaxt onlara təhvil verilər. Ona verilmiş puldan qızı Fidanın adına olan mənzilə 18000 manat borcu olduğu üçün aparıb MTK-ya ödəmişdir. Həmin ərəfədə Aidə onlara verdiyi puldan 5000 manat məbləğində hissəsini oğlu Samirin diplomunun təsdiqi üçün Şahid5 adlı tanışına verdirmiş, sonuncu da həqiqətən də oğlunun diplomunu təsdiqlətmişdir. 1500 manat məbləğində hissəsini oğlu Samirin özü gəlib polisdə olan problemlərini həll etmək adı ilə onlardan götürmüşdür. 1500 manat məbləğində hissəsini Aidə onun İlham adlı tanışının lombardına arvadı Gülşən vasitəsi ilə girov qoyduğu qızılların faizinə ödətdirmişdir. 5200 manat məbləğində hissəsini isə məcbur olub Aidənin qeyri-rəsmi ərarvad münasibətlərində yaşadığı Sədrəddin adlı şəxsə vermişlər, belə ki, həmin Sədrəddin adlı şəxs onlara zəng vuraraq bildirmişdir ki, Aidə qızı Fidanın nişanda barmağına taxdığı qızıl üzüyü ondan oğurlayıb, bu barədə ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət də yazıb. Polisdən də zəng vuraraq onların evində oğurluq qızıl olduğunu bildirmişlər. Sədrəddin tələb etmişdir ki, üzüyü ona qaytarsınlar, həmçinin Sədrəddin bildirmişdir ki, onun qızı üçün gələn nişan xonçalarının hamısı onun pulu ilə alınıb, xonçalarında pulunu qaytarmasını onlardan tələb etmişdir. Həmin vaxt qızının nişan üzüyünü barmağından çıxarıb aparmamaq üçün, eləcə də el-aləmdə biabır olmamaq üçün Sədrəddinin tələbləri ilə razılaşmışlar. Sədrəddinə ümumilikdə 5200 manat pul vermişdir. Beləliklə, Aidənin onlara verdiyi 33000 manat məbləğində puldan cəmi 20000 manat məbləğində pul qalmışdır, həmin pulu da Aidəyə satdığı mənzilə görə artıq əvvəlcədən mənzili aldıqları Şahid5 adlı şəxsə ödəmişlər. Sonradan onların evinə zənglər gəlməyə başlamış, qızı Fidanın nişanlısı Samirin başqa qadınla münasibəti olduğunu, hətta uşağınında olduğunu bildirmişlər. Bu barədə Sədrəddində onlara bildirmiş, artıq bu deyilənlərdən sonra o, bütün baş verənlərə dözməyərək qızı Fidanın nişanının qaytarılmasına qərar vermişdir. Mənzildə qızı yaşayacağını düşündüyü üçün təmir işləri aparmış, hətta təmir işlərində, oboyların seçilməsində Samirdə onunla birlikdə iştirak etmişdir. Buna görə də, nişan qaytarıldıqdan sonra Aidəyə mənzili sataraq pulunu qaytaracağını bildirmişdir. Şahid9 ifadəsi ilə razıdır, ona görə ki, İlham şəxsən Aidəni tanımır, onu heç vaxt görməyib, ona görə də bu cür ifadə verib. Hələ mehriban olduqları dövrdə Aidənin pula ehtiyacı olduqda onlardan xahiş etmişdir ki, arvadı Gülşən öz qızıllarını girov qoyub 1500 manat məbləğində pul götürərək ona versin, vəd vermişdir ki, özü həmin faizini lombarda ödəyərək qızılları girovdan çıxaracaq, lakin bunu etmədiyi üçün məcbur olub onlar özləri həmin pulu lombarda ödəyərək qızıllarını girovdan çıxarmışlar. İstintaq dövründə Aidəyə mənzilə görə ona verdiyi məbləğdən 20000 manat ödəniş etmişdir. Hazırda Aidəyə verəcəyi qalmamışdır. Zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs2 ilə onu qonşuları Şahid6 tanış etmişdir. Aygün onlara bildirmişdir ki, Ziba sələmə pul verməklə məşğul olur, onlara pul lazım olduqda iki dəfə Zibadan faizlə pul almışdır. Təxmini xatırlayır ki, 2020-ci ilin sonlarında ona icarəyə götürdüyü avtomobilin icarə haqqını ödəmək üçün pul lazım olmuş, arvadı Gülşənlə birlikdə Zibaya müraciət etmişlər, ondan pul alıb təxminən bir aydan sonra qaytarmışlar. Daha sonra həmin ərəfədə arvadı Gülşənin Ramin adlı uzaq qohumuna 2500(iki min beş yüz) manat məbləğində pul lazım olduqda yenidən Zibaya müraciət edərək ondan həmin pulu faizlə almışlar, Ramin həmin pulu vaxtında qaytarmadığı üçün arada onlar pis vəziyyətdə qalmışlar, sonradan məcbur olub həmin məbləği Zibaya qaytarmışlar. Ziba ilə aralarında hər hansı mənzil alqı-satqısından qazanc əldə etmək barədə danışıqları olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu ilin ortalarında oğlu Şahid1 Fidan adlı qız ilə nişanlamışdır, həmin ərəfədə qardaşı Nazim Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonda yerləşən ata mənzillərini sataraq əldə olunmuş puldan ona düşən payı, 40000(qırx min) manat məbləğində pulu ona vermişdir ki, oğlu ilə özünə ayrıca mənzil alıb yaşasınlar. Onlar da təzə qudaları ilə şəhərin müxtəlif yerlərinə gedib baxaraq mənzil axtarmışlar, uzun müddət gəzib mənzillərə baxdıqdan sonra əllərində olan pula istədikləri mənzil ala bilməyəcəklərini başa düşmüşlər. Həmin vaxt bilmişlər ki, oğlunun nişanlısı Fidanın adına olan mənzili atası Təqsirləndirilən şəxs 48000 manata satmağa qoyub. Həmin mənzili o və oğlu görmüş, baxıb bəyənmişlər. Birlikdə oturub Fidangildə danışaraq belə qərara gəlmişlər ki, həmin mənzili 40000 manata oğlu Samir üçün alsınlar. Elşəndə bildirmişdir ki, qızı üçün 8000 manatı keçər. Beləliklə, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində, hazırda adını xatırlamadığı MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzil üçün 2020-ci ilin fevral ayında Elşəngilin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən «Bakıxanov Residence» yaşayış kompleksindəki mənzildə arvadı Gülşənin, qızı Fidanın, oğlu Elxanın, qayınanası Sədaqətin gözü qarşısında 7000(yeddi min) manat və 33000 (otuz üç min) manat olmaqla 2 dəfəyə cəmi 40000(qırx min) manat məbləğində pulu oğlu Samir ilə birlikdə sayıb Elşənə vermişlər. Elşən pulu sayıb təhvil aldıqdan sonra mənzilin sənədlərini onlara göstərmiş, sənədlərin qızı Fidanın, yəni onun gələcək gəlininin adına olmasını, toydan sonra bir ailə olacaqlarını, mənzilə çıxarışı toydan sonra oğlunun adına alacaqlarına razılaşdıqlarından mənzilin sənədlərini oğlunun adına keçirməmişdir. Lakin həmin mənzilin Fidanın adına olması ilə bağlı müqavilənin şəkli indidə onun telefonunda vardır. Pulu aldıqdan bir müddət sonra Fidan oğlu Samiri bəyənmədiyini yalandan bəhanə gətirərək, oğlunu guya əvvəllər ailəli olması, həmin ailəsindən uşağı olması ilə şərləyərək nişanı pozmuş, lakin nə vəd verdikləri mənzili, nə də ki, pulu geri qaytarmamışlar. Hələ bu azmış kimi, nişanda Fidana pay apardıqları 5000(beş min) manat dəyərində qızıl-zinət əşyalarını da qaytarmamışlar. Hər dəfə pulu onlardan tələb etdikdə bildirmişlər ki, həmin mənzili satdığa qoyub, satılan kimi pulu qaytaracaqlar. Elşəngil ailəlikcə vətəndaşlara qarşı dələduzluq etməklə məşğul olurlar, onun kimi digər Aygün, Kamil, Ziba adlı şəxsləri də aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdirlər. X5 institut bitirmiş, diplomu Azərbaycanda təsdiqlənmişdir, amma hansı qaydada təsdiqlənib məlumatı yoxdur. Fidana nişan üçün apardığı üzüyü oğurluq olmamış, Sədrəddinlə qeyri rəsmi münasibətləri olduğu üçün o üzüyü Sədrəddin ona bağışlamışdır. Hazırda istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 20000(iyirmi min) manat ödənilmişdir. Son olaraq Təqsirləndirilən şəxs həbs edilməsini istəmədiyini, yalnız ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar, Aygün vasitəsilə yoldaşı Gülşəni tanımış, qızına nişan edəcəyi üçün ilk olaraq ondan 2000 manat məbləğində borc pul almışlar. Təqsirləndirilən şəxs və arvadı Şahid4 daha sonra mənzil alqı-satqısı ilə məşğul olduqları üçün ondan 3200 manat məbləğində borc pul almışdırlar. Aldıqları pulun üzərində qazanclarından 150-200 manat məbləğində pul verəcəklərini bildirmişdirlər. Hazırda ona olan borcu tam olaraq ödəmişlər. Heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 330-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və arvadı Gülşəni qonşuları Şahid6 vasitəsi ilə tanımışdır, əvvəllər mehriban münasibətləri olub. 2020-ci ilin sonlarında Elşən və arvadı Gülşən ona müraciət edərək guya ailəlikcə gəlirli bizneslə, mənzil alqı-satqısı ilə məşğul olduqlarını bildirərək ona da həmin ticarətlərindən qısa müddətdə yaxşı pul qazandıracaqlarını vəd verərək hissə-hissə olmaqla 2-3 həftə müddət intervalı ilə iki dəfəyə birinci dəfə 2000 manat, ikinci dəfə isə 3200 manat olmaqla yaşadığm ünvan 4 ünvanında ümumilikdə 5200 manat məbləğində pulunu alaraq sonradan müxtəlif yalançı bəhanələr və səbəblər gətirməklə nə vəd verdikləri qazancı, nə də ki, aldıqları pullarını hələ bugünədək də qaytarmamışlar. Hər dəfə də onlardan pulunu soruşduqda bildirirmişlər ki, hələ aldıqları evə yaxşı müştəri tapıb sata bilməmişdirlər, mənzili guya 150000 manata satacaqdırlar, özləri də yaxşı xeyir götürəcəkdilər, ona da yaxşı qazanc verəcəkdirlər. Bu minvalla onlar onu xeyli müddət gözlətmişlər,, axır vaxtlarda onların yalan danışdıqlarından, onun kimi digər şəxsləri də aldatdıqları barədə məlumatlar daxil olduğundan o, təkidlə onlardan pullarını geri qaytarmasını tələb etdikdə onlar ona bir ədəd, hazırda da özündə saxlanılan və lazım gələrsə istintaq orqanına təqdim edə biləcəyi, "xxxx" ASC-yə aid Şənisə Əliyeva adlı şəxsin adına qeydə alınmış **********650764 hesab nömrəli plastik bank kartını və «1951» saylı kodunu təqdim edərək aldatmışlar ki, guya hər ay həmin kartın hesabına stabil pul köçürmələri etməklə ondan aldıqları pulları qısa müddətdə qaytaracaqlar, ancaq yenə də onu aldatmışlar, o, həmin kartın hesabından cəmi bircə dəfə 157 manat məbləğində pul çıxara bilmişdir, ondan sonra kartın hesabı bağlanmışdır, özləri isə onunla ünsiyyətdən yayınmağa, telefon zənglərinə cavab verməməyə başlamışlar. Sonradan eşitmişdir ki, Elşəngil qızlarını nişanladıqları Samir adlı oğlanı və anası Aidə adlı şəxsi də aldadaraq onlara güya mənzil satmaq adı ilə 40000 manat məbləğində pullarını ələ keçirmişlər, övladlarının nişanını pozaraq nə vəd verdikləri mənzili onlara satmışlar, nə də ki, həmin adla aldıqları pullarını qaytarmışdırlar, Aidəgil də polisə şikayət etmişlər. Bu yaxınlarda isə eşitmişdir ki, Elşəngil pulunu alaraq ona qazanc vəd verdikləri mənzillərini 150000 manata satıb pul əldə etsələr də həmin pulu özlərinin digər ehtiyaclarına xərcləmişlər, özlərinə yeni mənzil almışlar, nə onun, nə də Aidəgilin pullarını isə qaytarmamışlar. Bu məlumatları dəqiqləşdirdikdən sonra artıq əmin olmuşdur ki, Elşəngilin ona pul qaytarmaq niyyətləri yoxdur, ona görə də qərara gəlmişdir ki, o da Elşəngildən polisə şikayət etsin və belə də etmişdir. Hazırda həmin hadisədən artıq xeyli vaxt keçdiyindən pullarını verdiyi dəqiq tarixlər yadında qalmayıb, lakin təxmini deyə bilər ki, 2020-ci ilin noyabr ayının əvvəllərinə təsadüf edirdi. Həmin vaxt onlar ər-arvad ikisi birlikdə gəlmişdirlər, mənzilin satışından əldə olunacaq yaxşı qazanc barədə əsasən Təqsirləndirilən şəxs özü danışırmış, arvadı da ərinin sözlərini təsdiq edirmiş, həmin vaxt yanlarında onları əvvəlcədən tanış etmiş qonşuları Şahid6 da olmuşdur, təsdiq edə bilər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o istintaq orqanına şikayətlə müraciət etməmiş, Aidənin ifadəsinə əsasən onu çağırıb dindirmişlər, zərərçəkmiş şəxs qismində tanımışlar, ümumiyyətlə Aidəni tanımır, Elşənlə aralarında hansı məbləğdə pul verib ev almağı barədə məlumatsızdır. İstintaq zamanı da məhkəmədə göstərdiklərini bildirmişdir. Şahid4 ondan ikinci dəfə borc aldıqdan sonra "xxxx" ASC-yə aid Şənisə Əliyeva adlı şəxsin adına qeydə alınmış **********650764 hesab nömrəli plastik bank kartını və «1951» saylı kodunu təqdim edərək aylıq olaraq aldığı borcun əvəzinə oradan pul çəkməsini bildirmiş, həmin kartın hesabından cəmi bircə dəfə 157 manat məbləğində pul çıxara bilmişdir, ondan sonra kartın hesabı bağlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qızı Fidan ilk olaraq başqa oğlanla nişanlanmış, onlar Goranboy qəsəbəsində yaşayacağı üçün alınmadığını görüb nişanı pozmuşlar. Akkord şəhərciyində yaşayanda qonşuları X3 ilə yaxşı münasibət qurmuşlar, onlara gedib gəldikləri zaman Məmmədova Şəhla ona qızı üçün tanıdığı Zərərçəkmiş şəxs1 oğlunu məsləhtə görmüşdür. O da bildirmişdir ki, bir dəfə qızının nişanı qayıtdığından bunu Elşənə deməkdən çəkinir. Daha sonra onlar yoldaşı Təqsirləndirilən şəxs xəbəri olmadan Qəbələdə restoranda görüşmüşlər. Bir müddət sonra əri Elşənin bu məsələdən xəbəri olduqda evdə münaqişə baş vermiş, hətta bu münaqişədə o, xəsarət də almışdır. Yaxınlarının təkidinə baxmayaraq Elşən nişana razılıq vermək istəməmiş, lakin sonradan razılaşmış və 2019-cu il tarixdə nişan olmuşdur. Zərərçəkmiş şəxs1 ev alaraq toyu tez etmək istidyini söyləmiş və evlərini sataraq ev axtarmağa başlamışdırlar. Lakin evlər çox baha olduğundan ev tapmaq çox çətin olmuşdur. 3 il əvvəl yoldaşı Elşən Qurban adlı şəxsdən qızı Fidanın adına ev almış, həmin mənzilə borcu qalmışdır. Aidəgil onlara təklif etmişlər ki, əllərində olan pula ev tapa bilmirlər, Fidanın adına olan mənzili onlara satsınlar, Elşəndə həmin vaxt mənzili 48000 manata satmaq istəmiş, lakin onların bu təklifindən sonra həmin mənzildə qızınında yaşayacağını düşündüyündən etiraz etməmişdir, Zərərçəkmiş şəxs1 həmin mənzilə görə onların evində onlara cəmi 33000(otuz üç min) manat pul vermişdir. Razılaşmışlar ki, mənzili təmir edib övladları üçün hazırlasınlar, toydan sonra mənzilə çıxarışı kürəkəni Samirin adına alsınlar və evi onlara təhvil versinlər. Onlar təmirə başlamışlar. Bir müddət sonra polis şöbəsindən zəng edərək bildirmişlər ki, Şahid7 barmağındaki üzük oğurluqdur, polis əmkdaşları üzüklə birlikdə qızı şöbəyə dəvət etmişlər. Şəhla onlara həmin üzüyün Zərərçəkmiş şəxs1 tərəfindən Sədrəddinin maşınından oğurlandığını bildirmişdir. Sədrəddin gəlib üzüyü istədikdə qızının nişanı qayıtdığı üçün üzüyü yox onun əvəzinə 4000 manat məbləğində Sədrəddinə pul vermişlər. Daha sonra Sədrəddin qızına gələn xonçaları o hazırlatdığını bildirərək onlardan əlavə olaraq xonçaların pulunu istəmiş, onlarda eldən utandıqları üçün söz-söhbət olmamasından ötrü 1200 manat Sədrəddinə pul vermişlər. Bundan başqa Aidənin oğlunun diplomunu tanıtmaq üçün Qurban vasitəsilə tanımadıqları kiməsə 5000 manat pul vermişlər, sonradan diplom həqiqətən tanınmışdır. Sonradan həm Sədrəddin vasitəsilə həm də Aidənin digər qohumları vasitəsilə kürəkəni Samirin ailəli olduğu, hətta uşağının olduğu onlara bildirilmiş, hətta uşağın şəklinidə onlara telefon vasitəsilə atmışlar, bütün bu baş verənlərdən sonra onlar nişanı qaytarmaq qərarına gəlmişlər. Nişan qayıtdıqdan 1 il sonra onun qızı Fidan başqa şəxslə nişanlanmış, 1 il yarım sonra toyu olmuşdur. Aidənin onlara verdiyi 33000 manat məbləğində puldan cəmi 20000 manat məbləğində pul qalmışdır, həmin pulu da Aidəyə ödəmişlər. Aidəgilə təklif etdikləri mənzili sonradan başqa müştəriyə satmışlar, kimə satmaqlarını xatırlamır. ona görə ki, həmin müştərini onlar əvvəlcədən tanımamışlar, mənzilin satışından əldə olunmuş pulu isə mənzilin sahibi Qurban adlı şəxsə ödəməklə ona olan borclarını bağlamışlar. Ziba ilə qonşusu Aygün vasitəsilə tanış olmuş, Ziba faizə pul verməklə məşğul olmuşdur. Ehtiyacı olduqları üçün Zibadan borca pul almış, hazırda borcu tam qaytarmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2019-cu ilin ortalarında o, Şahid1 adlı oğlan ilə nişanlamışdır, Samirgilin ailəsi ilə onların ailəsinin arasında münasibət yaranmışdır. Həmin ərəfədə Samirgil özlərinə ev axtarırmışlar, onlar birlikdə gedib müxtəlif evlərə baxmışlar, amma evlər baha olduğundan istədikləri evi əllərində olan pula tapa bilməmişlər. Həmin ərəfədə onun adına ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzil olmuşdur. Atası mənzili həmin vaxtı 48000 manata satmaq istəmişdir. Birlikdə Samirgillə onun ailəsi oturub danışaraq razılığa gəlmişlər ki, həmin mənzili 40000(qırx min) manata Samirgil alsın. Çünki Aidədə bildirmişdir ki, əlində olan pula o 2 otaqlı mənzil ala bilmir. Atasıda etiraz etməmişdir. Aidə ata evlərinin satışından ona pay düşən 33000(otuz üç min) manat məbləğində pulu 2020ci ilin fevral ayında qardaşı Nazim və oğlu Samir ilə birlikdə həmin vaxt yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən «Bakıxanov Terras» yaşayış kompleksindəki mənzildə onlara vermişdir. Razılığa gəlmişlər ki, bir ailə olacaqlarından mənzilin müqaviləsini Samirin adına dəyişməsinlər, toydan sonra çıxarış alınarkən Samirin adına alınar. Həmin ərəfədə Aidə onlara verdiyi puldan 5000 manat məbləğində hissəsini oğlu Samirin diplomunun təsdiqi üçün atasının tanışı Şahid5 verdirmiş, o da həqiqətən də Samirin diplomunu təsdiqlətmişdir. 600 manat məbləğində pulu Samirin özü nişanın sabahısı gün gəlib içkili vəziyyətdə idarə etdiyi üçün cərimə duracağına yerləşdirilmiş avtomobilini duracaqdan çıxarmaq adı ilə ondan götürmüş. 5000 manat pulu isə məcbur olub Aidənin qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Sədrəddin adlı şəxsə vermişlər, belə ki, həmin Sədrəddin adlı şəxs onlara zəng vuraraq bildirmişdir ki, Aidə nişanda onun barmağına taxtığı qızıl üzüyü ondan oğurlayıb, bu barədə ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət də yazıb, həqiqətən də onlara polisdən də zəng vurmuşdurlar, Sədrəddin tələb etmişdir ki, üzüyü ona qaytarsınlar, yoxsa onları polisə çağırtdıracaq, onlar da həmin vaxt biabırçılıq yaşanmasın deyə Sədrəddinin tələbləri ilə razılaşmışlar. Sonradan onlara zənglər gəlməyə başlamış, Samirin evli olduğunu, uşağı olduğunu ona demişlər, hətta uşağın şəklinidə onun telefonuna atmışlar, Sədrəddində bunu təsdiqləmiş, daha olanlara dözməyərək Samirlə nişanı pozmuşdur. Samirin anası Aidə də atasından şikayət etməyə başlamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, O Samirlə nişanları pozulduqdan 1 il sonra başqası ilə nişanlanmış, 1 il yarım sonra ailə həyatı qurmuşlar. Samirdən əvvəl Ceyhun adlı şəxslə nişanlı olmuşdur, lakin Ceyhun işi ilə əlaqədar Goranboy rayonda yaşamağı şərt qoyduğundan nişanları alınmamışdır, hazırda da Ceyhunla heç bir əlaqələri yoxdur, aralarında da heç bir pul mübahisələri olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir, qızı Gülşənin əridir, əvvəllər özü də Elşəngil ilə bir ünvanda yaşamışdır. 2019-cu ilin ortalarında onların qızı Fidan Şahid1 adlı oğlan ilə nişanlanmışdır, Samirin anası Aidə ilə aralarında münasibət yaranmışdır. Həmin ərəfədə Aidəgil özlərinə ev axtarmışlar, nəvəsi Fidanın adına olan, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzili olmuşdur. Aidə onlara təklif etmişdir ki, əllərində olan pula ev ala bilmədiklərindən həmin mənzili 40000(qırx min) manata onlara satsın. Aidə ata evlərinin satışından ona pay düşən 33000(otuz üç min) manat məbləğində pulu qardaşı Nazim və oğlu Samir ilə birlikdə 2020-ci ilin fevral ayında yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən «Bakıxanov Terras» yaşayış kompleksindəki mənzildə Elşənə vermişdir. Sonradan isə cavanların nişanı pozulmuş və artıq Aidəgilin ailəsi ilə əlaqə saxlamamışlar. Hansı məbləğdə pul qaytarılmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ilin ortalarında Təqsirləndirilən şəxs Fidan adlı qızı ilə nişanlamışdır, həmin ərəfədə dayısı Şahid2 Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonda yerləşən ata mənzilini sataraq əldə olunmuş puldan anası Aidəyə düşən payı, 40000(qırx min) manat məbləğində pulu onlara vermişdir ki, özlərinə ayrıca mənzil alıb yaşasınlar. Onlar da Bakı şəhərində müxtəlif yerlərdə yerləşən mənzillərə baxmışlar, hətta mənzil axtaran zaman nişanlısı və ailəsidə onlarla birlikdə mənzillərə baxmışlar, lakin əllərində olan pula yaxşı mənzil tapa bilməmişlər. Bunu bilən Elşən təklif etmişdir ki, özünün 48000(qırx səkiz min) manata satdığa qoyduğu, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində, hazırda adını xatırlamadığı MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzilini onlara 40000(qırx min) manata satsın, yerdə qalan səkkiz min manatı da övladına görə güzəşt edir. Onlarda mənzili əvvəlcədən görüb bəyəndiklərindən həmin mənzili almaq üçün 2020-ci ilin fevral ayında Elşəngilin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən «Bakıxanov Residence» yaşayış kompleksindəki mənzildə arvadı Gülşənin, qızı Fidanın, oğlu Elxanın, qayınanası Sədaqətin gözü qarşısında 40000(qırx min) manat məbləğində pulu birlikdə sayıb Elşənə vermişlər. Əvvəlcədən mənzilin sənədlərinə baxmışlar, sənədlərin Fidanın, yəni gələcək arvadının adına olduğu üçün, toydan sonra bir ailə olacaqlarını düşündüklərindən, çıxarışı onun adına alınmasına qərar verdiklərindən mənzili öz adına rəsmiləşdirməmişlər. Bir müddət sonra Fidan onu bəyənmədiyini yalandan bəhanə gətirərək, onu guya əvvəllər ailəli olması, həmin ailəsindən uşağı olması ilə şərləyərək nişanı pozmuş, lakin nə vəd verdikləri mənzili, nə də ki, pulu geri qaytarmamışlar. Hələ bu azmış kimi, nişanda Fidana pay apardıqları 5000(beş min) manat dəyərində qızıl-zinət əşyalarını da qaytarmamışlar. Hər dəfə pulu onlardan tələb etdikdə aldadırmışlar ki, guya həmin mənzili satdığa qoyub, satılan kimi pulu qaytaracaqlar, hətta özləri həmin mənzilə müştəri taparaq mənzilə baxmağa apardıqda məlum olmuşdur ki, Elşənin mənzilə görə MTK-ya 15000 manat məbləğində borcu var, ona görə də mənzilin satışına MTK tərəfindən qadağa qoyulmuşdur. Bundan sonra bir daha əmin olmuşlar ki, Elşənin əvvəlcədən niyyəti onları aldatmaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır, Təqsirləndirilən şəxs ilə keçmiş quda olmuşdurlar. 8-ci mikrorayonda atasından qalmış evi olmuş, həmin evi satıb Samirə ev almaq istəmişlər. Təqsirləndirilən şəxs təklif etmişdir ki, Günəşlidə evi var gəlin o evi siz alın. Sonra bildirmişdir ki, Oazis restoranının yanında aldığı evinə borcları var kömək edin biz o borcu ödəyək. Hələ öz evini satamamışdan qabaq 7000 manat pulu aparıb Təqsirləndirilən şəxs evində vermişlər. Evə gedib baxsalar da ev onun heç də ürəyincə olmamışdır. Sonradan da 33000 manat pulu aparıb Təqsirləndirilən şəxs həmin mənzili almaq üçün evində vermişdirlər. Ev Təqsirləndirilən şəxs qızı Fidanın adına olmuşdur. Sonradan mənzili satmaq üçün Qurbanın yanına getdikdə Qurban onlara bildirmişdir ki, evin ödənilməmiş 15000 manat borcu qalmışdır, kim 15000 manat pul versə evi onun adına keçirəcək. Üzüyün oğurluq olması ilə bağlı isə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 5-6 ildir ki, tanıyır, qonşu olmuşlar, aralarında qonşuluq münasibətləri olub. Hərdən məhəllədə rastına düşəndə öz avtomobili ilə Aidəni işlədiyi «Elit» ticarət mərkəzinə aparmışdır. 2019-cu ilin əvvəllərində Aidə onun avtomobilindən bir ədəd dəyəri 3000 ABŞ dollarına olan briliyant qaşlı qızıl üzüyü götürmüşdür. Bu barədə ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət etmişdir, orada araşdırma aparılmışdır, lakin Aidə üzüyü oğurlamasını üzərindən ataraq bildirmişdir ki, guya qeyrirəsmi ər-arvad münasibətlərində olduqlarından üzüyü onun özü Aidənin doğum gününə hədiyyə etmişdir. Lakin bir müddət sonra Aidənin öz rəfiqələrindən eşitmişdir ki, Aidə həmin üzüyü oğlu Samir üçün nişan üzüyü kimi qız evinə hədiyyə aparıb. Həmin məlumat barədə şikayəti üzrə araşdırma aparılan 5-ci PB-nə bildirmiş, 5-ci PB-nin Nihad adlı təhqiqatçısı zəng vurub Aidəgilin yeni qohumlarını həmin üzüklə bağlı izahat verməyə dəvət etdikdə Aidənin yeni qohumları Təqsirləndirilən şəxs və arvadı Gülşən ona zəng vuraraq təsdiq etmişlər ki, onlarda üzük var, nişan üzüyü kimi qızlarının barmağına taxıblar, xahiş etmişlər ki, polis vasitəsi ilə onları narahat etməsin, üzüyü geri alaraq qızlarını pərt eləməsin, söz vermişlər ki, üzüyün dəyərini ona ödəyəcəklər. X2 onun vasitəsilə tanışından mal alıb satmışdır. Həmin tanışına 1200 manat dəyərində borcu qalmışdır. Buna görə də Təqsirləndirilən şəxsla danışarkən üzüyü və həmin pulu istəmiş, Təqsirləndirilən şəxs üzüyün dəyəri olaraq 4000 manat və Samirin onun tanışına olan borcuna görə 1200 manat ümumilikdə 5200 manat pulu ona ödəmişdir. Zərərçəkmiş şəxs1 yalançı qadındır, ona böyük miqdarda ziyan vurmuş, hətta oğlunun bütün nişan xonçaları onun pulu ilə hazırlanmışdır. Verilmiş suallara cavab olaraq istintaqda ilk olaraq Təqsirləndirilən şəxs ona 5200 manat məbləğində pul verməsini göstərmiş, sonradan Aidə ona yalvarıb xahiş etdiyindən yazığı gələrək ifadəsini dəyişmiş, Təqsirləndirilən şəxs ona pul vermədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusu olub, qonşu kimi onların ailəsi ilə münasibətləri olub, 2019-cu ilin ortalarında Elşənin qızı Fidan Şahid1 adlı oğlan ilə nişanlamışdır, Samirin anası Aidə ilə aralarında münasibət yaranmışdır. Həmin ərəfədə Aidəgil özlərinə ev axtarmışlar, Elşəngil də onun vasitəsilə tanış olduqları Şahid5 adlı şəxsdən alaraq qızları Fidanın adına sənədləşdirdikləri, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzilini 40000(qırx min) manata Aidəgilə satması barədə razılaşmışlar, lakin sonradan övladlarının nişanı pozulduğundan aralarında münasibətləri korlanmış, Elşəngil də nə mənzili, nə də ki, həmin mənzilə görə onlardan aldıqları pulu geri qaytarmamışlar, buna görə də işləri polisə düşmüşdür. Hazırda Elşəngilin keçmiş kürəkənləri Samirin, yəni Aidənin oğlunun diplomunun təsdiqi üçün guya onun tanışı Şahid5 5000(beş min) manat məbləğində pul vermələri barədə istintaq orqanına verdikləri ifadələri yalandır. Onları Şahid5la o, tanış etmişdir, mənzillə bağlı bütün alış-verişləri də, digər söhbətləri də onun vasitəsi ilə aparılıb, ona görə də tam əminliklə deyə bilər ki, nə Elşən, nə keçmiş kürəkəni Samir, nə də ki, başqa bir şəxs Samirin diplomunun təsdiqi ilə bağlı Şahid5 nə müraciət edib, nə də ki, bununla bağlı hər hansı bir məbləğdə pul veriblər. Hətta onun vasitəsi ilə nisyə aldıqları sözü gedən həmin mənzilin pulunu da Şahid5 təxminən iki il ərzində xırda-xırda hissəhissə kəsirlə vermişdirlər. Şəxsən onun özünə qarşı Təqsirləndirilən şəxs heç bir dələduzluq etməmiş, düzdür Elşənin arvadı Gülşən ondan təxminən iki il bundan əvvəl qısa müddətdə qaytarmaq vədi ilə 1000(bir min) manat məbləğində borca pul almışdır, lakin yalan vədlə deyil borc olaraq almışdır. Bundan başqa Zibadanda Elşənin arvadı Gülşən onun vasitəsilə tanış olub borca pul almışdır, amma nə məqsədlə və hansı məbləğdə pul aldığını xatırlamır. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2019-cu ilin ortalarında özünə məxsus, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzilini 48000(qırx səkkiz min) manata satışa çıxarmışdır. Həmin ərəfədə tanışı Təqsirləndirilən şəxs ondan xahiş edərək həmin mənzilini 40000(qırx min) manata nisyə ona satmağını istəmişdir. O da həmin ərəfədə pula ehtiyacı olduğundan razılaşmışdır. Həmin razılaşmalarına görə, Təqsirləndirilən şəxs ona hissə-hissə cəmi 25000(iyirmi beş min) manat məbləğində pul ödəmişdir və ondan həmin mənzilə görə qızının adına etibarnamə almışdır, lakin pulunu tam ödəmədiyinə görə o, həmin mənzilin Elşənin adına keçirilməməsi barədə MTK-nın rəhbərliyinə xahiş etmişdir. Təxminən iki ildən sonra Elşən onun pulunu hissə-hissə tam ödəyib qurtardıqdan sonra o, mənzilin Elşənin adına keçirilməsinə razılıq vermişdir. Elşən də həmin mənzili adına keçirdikdən sonra baha qiymətə öz müştərisinə satmışdır. Həmin ərəfədə ona məlum olmuşdur ki, Elşən həmin mənzili öz qızı ilə nişanlı olmuş Samir adlı şəxsə 40000(qırx min) manata satmaq barədə razılığa gələrək onlardan həmin pulu alsa da sonradan nişanları pozulduğundan mənzili onlara verməmiş, pullarını da qaytarmamışdır. Bu barədə ona həmin ərəfədə yanına mənzil ilə bağlı maraqlanmağa gəlmiş Samir adlı şəxsin özü bildirmişdir. Lakin həmin Samir adlı kürəkəninin diplomunun təsdiqi üçün Təqsirləndirilən şəxs guya ona 5000(beş min) manat məbləğində pul verməsi barədə istintaq orqanına verdiyi ifadəsi yalandır. Nə Təqsirləndirilən şəxs özü, nə Samir adlı kürəkəni, nə də ki, başqa kimsə ona bu işlə bağlı heç bir pul verməyiblər. Ondan aldığı mənzili Təqsirləndirilən şəxs sonradan kimə və neçəyə satması barədə dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs həmin mənzilə görə Samir və anası Aidədən pul alıb sonradan aldatması barədə ona Samir özü bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin mənzili onlara satacağını vəd verərək 40000(qırx min) manat məbləğində pullarını ələ keçirib sonradan aldatmışdır, amma şəxsən özü həmin hadisələrin şahidi olmadığından bu barədə dəqiq bir söz deyə bilmir. Təqsirləndirilən şəxs ümumiyyətlə nə vaxtsa diplom təsdiqi ilə bağlı ona müraciət etməmişdir, nə üçün də axı müraciət etməli idi ki, o, həmin sahəyə aidiyyəti olmayan bir şəxsdir(i.v.179-181); Şahid9 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, təxminən 13 ildir ki, ünvan 7 ünvanında yerləşən ticart obyektini icarəyə götürüb lombard kimi işlədir. Gülşən və Təqsirləndirilən şəxslar ailəsini artıq xeyli vaxtdır ki, tanıyır, daimi müştəriləridir, lakin hazırda barəsində soruşulan Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımır. Gülşən ayrı-ayrı vaxtlarda onun lombardına müxtəlif çeşiddə və dəyərdə qızılzinət əşyalarını girov qoyaraq müxtəlif məbləğlərdə pullar alıb, vaxtı-vaxtında ödənişlər etsə də, Zərərçəkmiş şəxs1 adlı qadın onun müştərisi olmayıb. Polisə dəvət olunarkən həmin şəxsin adını öz iş dəftərində də axtarmış, lakin həmin şəxsin adına heç bir qeydiyyata rast gəlməmişdir. Gülşən və ya əri Elşən heç vaxt onun yanına hər hansı bir qadınla və konkret olaraq fotoşəkli istintaq orqanı tərəfindən ona təqdim olunmuş Zərərçəkmiş şəxs1 ilə gəlməyiblər. Ona görə də onlar tərəfindən istintaq orqanına verilmiş, guya tanışları Zərərçəkmiş şəxs1 tərəfndən onun işlətdiyi lombarda nə vaxtsa qızıl-zinət əşyalarının girov qoyularaq əvəzində pul götürmələri barədə verdikləri ifadələri ilə razı deyil, yalandır, belə bir hal onun lombardında heç vaxt baş verməyib. Onların bu cür ifadə vermələrinin səbəbini bilmir, bu barədə onunla heç bir danışıqları olmayıb. Adlarını qeyd etdiyi şəxslərin aralarında pul mübahisəsi olmasını bilməyib, bu barədə yalnız istintaq orqanına dəvət olunduqdan sonra məlumatlı olmuşdur(i.v.166-167); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır(i.v.1); maddi ziyanın ödənilməsi haqqında 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 12:20-də Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına 04 (dörd) ədəd 200 (iki yüzlük) və 32 (otuz iki) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 4000 (dörd min) manat məbləğində pul təqdim edilmişdir(i.v.16-17); maddi ziyanın ödənilməsi haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 12:45-də Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən qohumları X1 iştirakı ilə istintaq orqanına 01 (bir) ədəd 200 (iki yüzlük) və 08 (səkkiz) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 1000 (bir min) manat məbləğində pul təqdim edilmişdir. (i.v.18-19); xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid1 Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət edərək Təqsirləndirilən şəxs mənzil almaq üçün 40000 manat pul verdiyini, lakin həmin mənzili satmayaraq 40000 manat pulu ələ keçirməsini bildirmişdir(i.v.25); hadisə yerinə baxış keçirilməsi haqqında 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsinə Şahid1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.29-30); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şahid1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir(i.v .37-39); cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və araşdırmanın davam etdirilməsi barədə 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 müraciəti əsasında qəbul edilmiş 12 mart 2022-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilmişdir(i.v.46); zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.52); şübhəli şəxsin barəsində axtarış elan olunması, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, tutularaq Sabunçu RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır. (i.v.70); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir(i.v.73); maddi ziyanın ödənilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 03 (üç) ədəd 100 (yüzlük) və 24 (iyirmi dörd) ədəd 50 (əllilik) əskinaslarla ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul təqdim edilmişdir. (i.v.74-75); şübhəli şəxsin tutulması haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.85); maddi ziyanın ödənilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 03 (üç) ədəd 100 (yüzlük), 02 (iki) ədəd 50 (əllilik), 04 (dörd) ədəd 20 (iyirmilik), 01 (bir) ədəd 10 (onluq) və 02 (iki) ədəd 5 (beşlik) əskinaslarla ümumilikdə 500 (beş yüz) manat məbləğində pul təqdim edilmişdir.(i.v.94-95); maddi ziyanın ödənilməsi haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 07 (yeddi) ədəd 100 (yüzlük), 05 (beş) ədəd 50 (əllilik), və 05 (beş) ədəd 10 (onluq) əskinaslarla ümumilikdə 1000 (bir min) manat məbləğində pul təqdim edilmişdir.(i.v.96-97); maddi ziyanın ödənilməsi haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 12 (on iki) ədəd 100 (yüzlük), 01 (bir) ədə 50 (əllilik), 12 (on iki) ədəd 20 (iyirmilik) və 01 (bir) ədəd 10 (onluq) əskinaslarla ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul təqdim edilmişdir.(i.v.98-99); maddi ziyanın ödənilməsi haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 01 (bir ) ədəd 200 (iki yüzlük) və 03 (üç) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 500 (beş yüz) manat məbləğində pul təqdim edilmişdir.(i.v.100-101); 21 dekabr 2022-ci il tarixli üzlşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 qzı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişir(i.v.102-105); 21 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.106-109); 21 dekabr 2022-ci il tarixli üzlşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir(i.v.110-113); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ittiham elan olunmaqla cinayət işi ürə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.114-115); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-1031/2022 saylı. xx.xx.2022ci il tarixli qərarından görünür ki, maddi və prosesual əsasların kifayət etməməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat və vəsatətin təmin edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir (i.v.136-140); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.141-142); maddi ziyanın ödənilməsi haqqında 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 6000 (altı min) manat məbləğində pul həmin tarixdə saat 17:20-də Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Zərərçəkmiş şəxs1 təhvil verilmişdir(i.v.145-146); maddi ziyanın ödənilməsi haqqında 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 16:45-də Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs özü tərəfindən istintaq orqanına 30 (otuz) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 3000 (üç min) manat məbləğində pul təqdim edilmişdir(i.v.147- 148); maddi ziyanın ödənilməsi haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 11:15-də Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs özü tərəfindən istintaq orqanına 18 (on səkkiz) ədəd 50 (əllilik) və 01 (bir) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 1000 (bir min) manat məbləğində pul təqdim edilmişdir.(i.v.149-150); maddi ziyanın ödənilməsi haqqında 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 15:00-da Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 30 (otuz) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 3000 (üç min) manat məbləğində pul təqdim edilmişdir.(i.v.151-152); maddi ziyanın ödənilməsi haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 10:00-da Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs özü tərəfindən istintaq orqanına 16 (on altı) ədəd 100 (yüzlük) və 08 (səkkiz) ədəd 50 (əllilik) əskinaslarla ümumilikdə 2000 (iki min) manat məbləğində pul təqdim edilmişdir.(i.v.153-154); maddi ziyanın ödənilməsi haqqında 30 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə həmin tarixdə saat 10:00-da Sabunçu RPİ-nin İŞ-də xidməti otağında Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən istintaq orqanına 01 (bir) ədəd 200 (iki yüzlük) və 08 (səkkiz) ədəd 100 (yüzlük) əskinaslarla ümumilikdə 1000 (bir min) manat məbləğində pul təqdim edilmişdir(i.v.155-156); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir(i.v.157-158); Sənədlərin götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş bir ədəd "xxxx" ASC-yə aid üzərində “SHANİSA ALİYEVA” yazısı olan **********650764 seriyalı “maestro” tipli plastik bank kartı götürülmüşdür(i.v.173); Maddi sübut kimi tanıma haqqında 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə şahid Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş bir ədəd "xxxx" ASC-yə aid üzərində “SHANİSA ALİYEVA” yazısı olan **********650764 seriyalı “maestro” tipli plastik bank kartı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (i.v.174); Zərər çəkmiş şəxs qismində tanınma haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.189); Şahid3 Binəqədi RPİ-nin 5-ci PB-nə müraciəti əsasında toplanmış materialdan görünür ki, əvvəllər tanıdığı Aidə adlı qadın tərəfindən avtomobilindən üzüyün oğurlanması ilə bağlı müraciəti əsasında araşdırma aparılaraq cinayət işi üzrə icraata xitam verilmişdir(i.v.200-220); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiinin seçilməsi haqqında 06 aprel 2023cü il tarixli qəraradan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.231); 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.235- 238); 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (i.v.239-242); 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər.(i.v.243- 245); 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.246-248); 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.249- 251); 08 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid6 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərilən xüsusatları bir birlərinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (i.v.252-254); Cinayət işi üzə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, onun cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin məbləği 40000 (qırx min) manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi zərərin məbləği isə 5200 (beş min iki yüz) manat məbləğində qəbul edilmişdir. (i.v.257- 269); Zərərçəkmiş şəxs2 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddia, tələbi və şikayəti yoxdur. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsindən görünür ki, o, cavabdeh Təqsirləndirilən şəxs 20000 manat məbləğində mənzilə görə qalıq borcun, 5000 manat qaytarılmalı olan qızıl zinət əşyalarının dəyəri, 12000 manat məbləğində ödədiyi kirayə haqqının, ümumilikdə 37000 manat puun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə mənzil almaq istəyən və həmin ərəfədə guya quda olmağa hazırlaşdığı tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzili göstərərək 48000 manata satışa çıxardığını, lakin guya artıq qohum olduqları üçün ona bir qədər dəyərindən ucuz satacağını yalandan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin fevral ayının ortalarında qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 7000(yeddi min), daha sonra isə əlavə 33000(otuz üç min) manat məbləğində pulunu həmin ərəfədə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən "Bakıxanov Residence" yaşayış kompleksindəki mənzilində alaraq sonradan verdiyi vədə əməl etməyib mənzili başqa şəxslərə satmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 40000(qırx min) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 mənzil alqı-satqısı biznesi ilə məşğul olaraq yaxşı qazanc əldə etməsini bildirərək ona da həmin biznesindən qısa müddətdə yaxşı pul qazandıracağını yalan vəd verib sonuncunun etibarından sui-istifadə edərək aldatmaqla 2020-ci ilin noyabr ayının əvvəllərində qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 2000(iki min), daha sonra isə əlavə 3200(üç min iki yüz) manat məbləğində pulunu Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanında alaraq sonradan verdiyi vədə əməl etməyib ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs1 oğlu Şahid1 Təqsirləndirilən şəxs Fİdan adlı qızı ilə nişanlamış, həmin ərəfədə qardaşı Nazim Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonda yerləşən ata mənzillərini sataraq əldə olunmuş puldan ona düşən payı, 40000(qırx min) manat məbləğində pulu ona vermişdir ki, oğlu ilə özünə ayrıca mənzil alıb yaşasınlar. Onlar da təzə qudaları ilə şəhərin müxtəlif yerlərinə gedib baxaraq mənzil axtarmışlar, uzun müddət gəzib mənzillərə baxdıqdan sonra əllərində olan pula istədikləri mənzil ala bilməyəcəklərini başa düşmüşlər. Həmin vaxt bilmişlər ki, oğlunun nişanlısı Fidanın adına olan mənzili atası Təqsirləndirilən şəxs 48000 manata satmağa qoyub. Həmin mənzili o və oğlu görmüş, baxıb bəyənmişlər. Birlikdə oturub Fidangildə danışaraq belə qərara gəlmişlər ki, həmin mənzili 40000 manata oğlu Samir üçün alsınlar. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlmək olur ki, Zərərçəkmiş şəxs1 öz könüllü razılığı əsasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 m2 sahəsi olan iki otaqlı mənzil almaq üçün 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs pul vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu halları təkzib etməyərək, sözügedən mənzili həmin vaxt qızının nişanlı olduğu gələcək qudaları Zərərçəkmiş şəxs1 satmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2, Şahid4, Şahid7, Şahid8 həmin xüsusatları öz ifadələri ilə bir daha təsdiqləmişlər. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsi ilə müəyyən olunmuşdur ki, onun tərəfindən mənzil üçün Təqsirləndirilən şəxs pul ödənildikdən sonra mənzilin sənədlərinin Fidanın, yəni onun gələcək gəlininin adına olmasını, toydan sonra bir ailə olacaqlarını, çıxarış alınarkən Şahid1 adına alınmasını razılaşdırdıqlarından mənzilin sənədlərini oğlunun adına keçirməmişdir. Göstərilən hal Təqsirləndirilən şəxs, eləcə də şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid7 ifadələri ilə də öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, sözügedən mənzil Təqsirləndirilən şəxs Exan oğlunun qızı Fidanın adına olmuşdur. Zərərçəkmiş şəxs1 da ifadəsində həmin mənzilə məxsus sənədləri gördüyünü, mənzilin gələcək gəlini Fidana məxsus olduğunu, hətta onda müqavilənin şəklinində mövcud olduğunu bildirmişdir. İşin hallarına görə Təqsirləndirilən şəxs ittihamda qeyd olunan etibardan sui istifadə etmə və aldatma üsulundan istifadə etməklə pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirməmiş, zərərçəkmiş şəxslə aralarında olan razılığa əsasən ondan aldığı məbləğ həcmində üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin təqsirləndirilən şəxs tərəfindən öhdəliklərini yerinə yetirilməməsi barədə zərərçəkmiş şəxsin qeyd etdikləri cinayət işinin başlanılması üçün əsas olmamaqla mülki hüquq münasibətlərindən irəli gələn mübahisədir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şahid1 tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün aidiyyatı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslə aralarındakı razılaşmaya əsasən öhdəliyin yerinə yetirilmədiyi qənaətinə gəlindiyi halda belə zərərçəkmiş şəxs ona dəymiş zərərlə bağlı mülki qaydada iddia qaldırmaq hüququna malik olmuş, lakin əsassız şikayətlərlə təqsirləndirlən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanılmasına nail olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında razılaşma olarkən sonuncunun pul vəsaitlərini əvəzsiz olaraq ələ keçirərək pulu götürüb qaytarmamaq yaxud mənzili verməmək kimi niyyəti olmamış, onun əməli zərərçəkmiş şəxsə zərər vurmağa yönəlməmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs niyyəti öhdəliyi icra etməməklə zərərçəkmiş şəxsə məxsus pul vəsaitini əvəzsiz və qanunsuz əldə etmək deyil, əksinə mülki hüquq münasibətlərinə girib həmin öhdəliyi yerinə yetirmək olmuşdur. Öhdəliklərinin yerinə yetirilməməsinə səbəb isə nişanın pozulması, toyun baş tutmaması olmuşdur. Təqsirləndirilən şəxs pulu əvəzsiz olaraq ələ keçirmək niyyətinin mövcud olmaması, ona ödənilən məbləğ əsasında mənzili verməməsi onun əməlinin Cinayət Məcəlləsinin 178-ci maddəsinin dispozisiyası baxımından tərkibyaradıcı hal kimi qiymətləndirilməsini istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1-ci bəndində qeyd olunur ki, "qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət olan hərəkətlər başa düşülür". Qeyd olunan anlayışdan görünür ki, talama cinayətlərinin obyektiv cəhətinin zəruri əlamətləri sırasına özgə əmlakının hüquqazidd və əvəzsiz götürülməsi əlamətləri daxildir. Həmin qərarın 5-ci bəndində qeyd olunur ki, "Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun." Həmin qərarın 27-ci bəndində göstərilir ki, "Mülki münasibətlərdən irəli gələn (məsələn qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər.” İşin faktiki halları nəzərə alındıqda Təqsirləndirilən şəxs niyyətinin birbaşa pul vəsaitlərinin əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsi, bunun reallıqda baş verməsi, yəni talama cinayətini xarakterizə edən zəruri subyektiv və obyektiv əlamətlərin mövcudluğu müəyyən edilmir. Buna görə də onun barəsində irəli sürülmüş ittihamın hüquqi və faktiki əsası mövcud deyildir. Odur ki, Təqsirləndirilən şəxs Exan oğlu tərəfindən Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək və ya onu aldadaraq 40000 manat məbləğində pulunun ələ keçirilməsinə yönəldilmiş hər hansı bir cinayət əməlinin törədilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 mənzil alqı-satqısı biznesi ilə məşğul olaraq yaxşı qazanc əldə etməsini bildirərək ona da həmin biznesindən qısa müddətdə yaxşı pul qazandıracağını yalan vəd verib sonuncunun etibarından suiistifadə edərək aldatmaqla 2020-ci ilin noyabr ayının əvvəllərində qısa vaxt intervalı ilə iki dəfəyə hissə-hissə olmaqla əvvəl 2000(iki min), daha sonra isə əlavə 3200(üç min iki yüz) manat məbləğində pulunu Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanında alaraq sonradan verdiyi vədə əməl etməyib ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5200 (beş min iki yüz) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı təkrar dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu olmuşlar, Aygün vasitəsilə yoldaşı Gülşəni tanımış, qızına nişan edəcəyi üçün ilk olaraq ondan 2000 manat məbləğində borc pul almışlar. Təqsirləndirilən şəxs və arvadı Şahid4 daha sonra mənzil alqı-satqısı ilə məşğul olduqları üçün ondan 3200 manat məbləğində borc pul almışdırlar. Aldıqları pulun üzərində qazanclarından 150-200 manat məbləğində pul verəcəklərini bildirmişdirlər. Hazırda ona olan borcu tam olaraq ödəmişlər. Heç bir şikayəti və tələbi yoxdur. O, həmçinin göstərmişdir ki, istintaq orqanına şikayətlə müraciət etməmiş, Aidənin ifadəsinə əsasən onu çağırıb dindirmişlər, zərərçəkmiş şəxs qismində tanımışlar, Şahid4 ondan ikinci dəfə borc aldıqdan sonra "xxxx" ASC-yə aid Şənisə Əliyeva adlı şəxsin adına qeydə alınmış **********650764 hesab nömrəli plastik bank kartını və «1951» saylı kodunu təqdim edərək aylıq olaraq aldığı borcun əvəzinə oradan pul çəkməsini bildirmiş, həmin kartın hesabından cəmi bircə dəfə 157 manat məbləğində pul çıxara bilmişdir, ondan sonra kartın hesabı bağlanmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə onu qonşuları Şahid6 tanış etmişdir. Aygün onlara bildirmişdir ki, Ziba sələmə pul verməklə məşğul olur, onlara pul lazım olduqda iki dəfə Zibadan faizlə pul almışdır. Təxmini xatırlayır ki, 2020-ci ilin sonlarında ona icarəyə götürdüyü avtomobilin icarə haqqını ödəmək üçün pul lazım olmuş, arvadı Gülşənlə birlikdə Zibaya müraciət etmişlər, ondan pul alıb təxminən bir aydan sonra qaytarmışlar. Daha sonra həmin ərəfədə arvadı Gülşənin Ramin adlı uzaq qohumuna 2500(iki min beş yüz) manat məbləğində pul lazım olduqda yenidən Zibaya müraciət edərək ondan həmin pulu faizlə almışlar, Ramin həmin pulu vaxtında qaytarmadığı üçün arada onlar pis vəziyyətdə qalmışlar, sonradan məcbur olub həmin məbləği Zibaya qaytarmışlar. Ziba ilə aralarında hər hansı mənzil alqı-satqısından qazanc əldə etmək barədə danışıqları olmamışdır. Şahid6 ifadəsində göstərmişdir ki, Elşənin arvadı Gülşən ondan təxminən iki il bundan əvvəl qısa müddətdə qaytarmaq vədi ilə 1000(bir min) manat məbləğində borca pul almışdır, lakin yalan vədlə deyil borc olaraq almışdır. Bundan başqa Zibadan da Elşənin arvadı Gülşən onun vasitəsilə tanış olub borca pul almışdır, amma nə məqsədlə və hansı məbləğdə pul aldığını xatırlamır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədinin olmasını təsdiq edən hər hansı hal məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir Təqsirləndirilən şəxs Exan oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi mövcud deyildir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülkihüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində sahibkarla sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki belə vəziyyətdə şəxs sahibkarı əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdəcox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə ona həmin maddələr ilə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi verərək cavabdeh Təqsirləndirilən şəxs 20000 manat məbləğində mənzilə görə qalıq borcun, 5000 manat qaytarılmalı olan qızıl zinət əşyalarının dəyəri, 12000 manat məbləğində ödədiyi kirayə haqqının, ümumilikdə 37000 manat puun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə, CPM-nin 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun Zərərçəkmiş şəxs1 izah edilməsini məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş bir ədəd "xxxx" ASC-yə aid üzərində “SHANİSA ALİYEVA” yazısı olan **********650764 seriyalı “maestro” tipli plastik bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş bir ədəd "xxxx" ASC-yə aid üzərində “SHANİSA ALİYEVA” yazısı olan **********650764 seriyalı “maestro” tipli plastik bank kartı cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermə hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-633/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-633/2023
04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver