Məhkəmə qərarları › İş №1(008)-633/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-633/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-633/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, X2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-cı ildə Masallı rayonunun Sirəbil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10.000 manat məbləğində pul vəsaitinin və 30,00 manat ödənilmiş dövlət rüsumunun alınaraq X1 ödənilməsinə dair Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-1570/2020 saylı qətnaməsini, bundan əlavə 60.000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs1, 20.000 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs3, həmçinin 348 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ödənilməsinə dair həmin məhkəmənin 18 yanvar 2022-ci il tarixli, 2(050)-155/2022 saylı məhkəmə qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(008)-6482/2022 saylı və 18 mart 2024-cü il tarixli, 3(008)- 6482/2022 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda 500 manat məbləğində cərimə tənbeh növü təyin olunmasına və icra sənədlərindəki tələbləri icra etmədiyi üçün ona 05 avqust 2022-ci il, 15 avqust 2022-ci il, 30 mart 2023-cü il və 29 mart 2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnamələrini qərəzli olaraq qəsdən icra etməməkiə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Masallı rayonu, Sirəbil kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayır. 2018-ci ilin əvvəllərindən etibarən Bakı şəhərinin müxtəlif yerlərində yerləşən qızıl-zinət əşyalarının satışı mağazalarından aşağı qiymətə nisyə şəkildə qızıl-zinət əşyalarını götürərək baha qiymətə sataraq qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs2 təxminən 10 ildir tanıyır. Zərərçəkmiş şəxs2 Bakı şəhəri Sabunçu rayonu 148 nömrəli orta məktəbdə laborant vəzifəsində işləmiş, həmçinin sələmə pul vermişdir. O, Zərərçəkmiş şəxs2 faizlə borc pul almış, aldığı pulun müqabilində həmin məbləğ dəyərində qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs2 girov qoymuş, lakin, sonradan borcu tam şəkildə ödəyərək qızıl-zinət əşyalarını götürmüşdür. Sonuncu dəfə 2019-cu ilin əvvəllərində oğlu Seyfullanın gözlərini müalicə etdirməkdən ötrü ona pul lazım olduğu üçün Zərərçəkmiş şəxs2 faizlə borca pul götürmək qərarına gəlmişdir. Bununla əlaqədar olaraq, o, Zərərçəkmiş şəxs2 yaxınlaşaraq 3000,00 manat məbləğində faizlə borca pul istəmişdir. Borca istədidiyi məbləğin qarşılığında isə Zərərçəkmiş şəxs2 bu dəfə ondan 5000,00 manat dəyərində qızıl-zinət əşyalarını girov kimi veriləcəyini ona bildirmişdir. O, isə məcburiyyət qarşısında qalaraq özünə məxsus 5000,00 manat dəyərində olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs2 girov kimi verərək sonuncudan 3000,00 manat məbləğində pulu müddətsiz olaraq hər ay həmin məbləğin 20 faizini verməklə borca almışdır. Onu da qeyd etmişdir ki, həmin vaxtı Zərərçəkmiş şəxs2 onun borca aldığı məbləğdən həmin məbləğə görə ona verəcəyi bir ayın faizini, yəni 600,00 manatını əvvəlcədən götürərək ona 2400,00 manat vermişdir. Bundan sonra, o, bir neçə ay Zərərçəkmiş şəxs2 borca aldığı məbləğə görə faizini ödəməyə başlasa da, sonradan həmin məbləği sonuncuya qaytara bilmədiyinə görə fikirləşmişdir ki, borclu olduğu məbləği qaytara bilmədiyi üçün girov kimi qoyduğu qızılzinət əşyalarından Zərərçəkmiş şəxs2 borcunu götürər və yerdə qalan qızıl-zinət əşyalarını ona qaytarar. Hətta o, həmin ərəfələrdə Zərərçəkmiş şəxs2 təklif etmişdir ki, sonuncuya girov kimi verdiyi qızıl-zinət əşyalarını satsınlar və həmin puldan borcunu götürsün. Zərərçəkmiş şəxs2 isə onunla razılaşmayaraq verdiyi məbləği tam olaraq tələb etməyə başlamışdır. O, isə ona maddi vəziyyətini bildirərək həmin məbləği qaytarmaqdan ötrü girov kimi qoyduğu qızıl-zinət əşyalarını geri təiəb etməyə başlamışdır. Zərərçəkmiş şəxs2 ona borca verdiyi məbləğə görə ondan girov kimi aldığı qızıl-zinət əşyalarını qaytarmayacağını bildirərək bu barədə müvafiq qurumlara şikayət edəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs2 şikayətinə əsasən 2019-cu ilin axırlarında, o, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmiş və olanlar barədə polis əməkdaşlarına yazılı izahatında bildirmişdir. Polis bölməsində araşdırma aparılandan sonra qanuna müvafiq qərar qəbul edilərək onun əməlində cinayət tərkibi olmadığına görə Zərərçəkmiş şəxs2 bildirilmişdir ki, mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etsin. Bundan sonra Zərərçəkmiş şəxs2 2020-ci ilin payız aylarında onun barəsində iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə etmiş və qeyd edilən məhkəmə tərəfindən işə baxılan zaman olanlar barədə məhkəmə baxışında bildirsə də, 10030,00 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair 17 sentyabr 2020-ci il tarixli, 2(050)-1570/2020 saylı qətnamə çıxarılmışdır. O, qeyd edilən rayon məhkəməsinin qətnaməsindən narazı olduğu üçün aidiyyəti üzrə apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman bir daha olanlar barədə bildirsə də Masallı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamə qüvvəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Masallı Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə borclu olduğu məbləğdən ödəniş etmədiyi üçün icra məmuru tərəfindən barəsində qanuna müvafiq tədbirlər görülməyə başlanılmışdır. Bundan sonra, o, ərizə ilə Masallı Rayon İcra Şöbəsinə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonunun ərazisində yaşadığı üçün barəsində aparılan icra işi həmin rayon icra şöbəsinə göndərilsin. Ərizəsi əsasında barəsində aparılan icra işi Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmiş və həmin şöbənin icra məmuru tərəfindən müvafiq icra tədbirləri aparılaraq qanuna müvafiq qərarlar qəbul edilmişdir. Bundan əlavə olaraq onuda qeyd etmişdir ki, yuxarıda qeyd etdiyi kimi 2018-ci ilin əvvəllərində Bakı şəhərinin müxtəlif yerlərində yerləşən qızılzinət əşyalarının satışı mağazalarından aşağı qiymətə nisyə qızıl-zinət əşyalarını götürərək baha qiymətə satışı ilə məşğul olan zaman Bakı şəhəri, Sabunçu rayonunun ərazisində yerləşən bazarın yaxınlığında bijuteriya satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olmuş və sonuncu ona bildirmişdir ki, bijuteriya satışından başqa qızıl-zinət əşyalarının satışı ilə də məşğul olur. Bu münvalla, o, Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda qızıl-zinət əşyalarını nisyə götürərək üzərinə müəyyən məbləğdə pul qoyaraq Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinin ərazisində yaşayan tanışı Şahid3 adlı xanıma satmışdır. Şahid3 isə ondan götürdüyü qızıl-zinət əşyalarını Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Lotos” ticarət mərkəzində tanıdığı şəxslərə satmışdır. Beləliklə Şahid3 ilə aralarında xırda ticarət qurmuşlar. Son aylar Şahid3 ondan nisyə götürdüyü qızıl-zinət əşyalarının pulunu yubadmağa başlayan zaman, o, sonuncuya bildirmişdir ki, qızıl-zinət əyalarını nisyə götürdüyü adam ondan pulunu tələb edir. Şahid3 isə ona müxtəlif bəhanələr gətirərək nisyə verdiyi qızıl-zinət əşyalarının pulunu verməkdən yayınmağa başlamışdır. Onu da qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə birgə işləyərkən sonuncudan ümumilikdə 110000,00 manat məbləğində satmaqdan ötrü nisyə olaraq qızılzinət əşyalarını götürmüş və həmin məbləğdən 50000,00 manatını ona nəğd olaraq ödəniş etmişdir. Yerdə qalan borclu olduğu məbləği Zərərçəkmiş şəxs1 qaytarmamağına səbəb isə sonuncunun ona satmaqdan ötrü nisyə verdiyi qızıl-zinət əşyalarını tanışı Aygün Bəndəliyavaya verdiyi üçün və həmin əşyaların məbləğini sonuncunun ona qaytarmamasına görə olmuşdur. Həmin ərəfələrdə yəni 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 nisyə qızıl-zinət əşyalarını alaraq satan zaman Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Laçın” ticarət mərkəzində qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs3 ilə tanış olmuş və tanışlıq əsnasında sonuncudan da qızılzinət əşyalarını nisyə götürərək baha qiymətə satmaqdan ötrü tanışı Şahid3 vermişdir. Zərərçəkmiş şəxs3 ilə tanış olandan sonra sonuncudan müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 67000,00 manat məbləğində qızıl-zinət əşyalarını nisyə olaraq götürmüş və həmin məbləğdən 47000,00 manatını sonuncuya qaytarmışdır. Zərərçəkmiş şəxs3 borclu qaldığı məbləği qaytarmamağına səbəb tanışı Şahid3 olmuşdur. Belə ki, yuxarıdı qeyd etdiyi kimi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 nisyə götürdüyü qızıl-zinət əşyalarını baha qiymətə satmaqdan otrü tanışı Şahid3 inanaraq aralarında heç bir yazışma aparmadan sonuncuya verməyi olmuşdur. Hətta o, bununla əlaqədar olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və polis bölməsi tərəfindən araşdırma aparılandan sonra Şahid3 əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd olanaraq ona bildirilmişdir ki, şikayəti mülki qaydada olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etsin. O, məcburiyyət qarşısında qalaraq Şahid3 qeydiyyatda olduğu ərazi üzrə Ağstafa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən işə baxılan zaman Şahid3 nisyə verdiyi qızıl-zinət əşyalarına dair əlində heç bir yazılı qəbz və heç bir sübutu olmadığına görə sonuncudan tələb etdiyi məbləğin əvəzinə 25000,00 manat məbləğində pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmışdır. Bunlardan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ona nisyə verdikləri qızıl-zinət əşyalarını və yaxud onların məbləğlərini ondan tələb etməyə başlamışlar. O, isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hər ikisinə olanlar barədə məlumat versə də, onun dediklərinə inanmayaraq ondan borclu olduğu məbləği tələb etməyə başlamışlar. Bununla əlaqədar olaraq 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qeydiyyatda olduğu ərazi üzrə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər və həmin rayon məhkəməsi tərəfindən ondan 60000,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1, 20000,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsinə dair 18 yanvar 2022-ci il tarixli, 2(050)-155/2022 saylı qətnamə çıxarılmışdır. O, qeyd edilən rayon məhkəməsinin qərarından narazı qaldığı üçün aidiyyəti üzrə apellyasiya şikayəti vermiş və Apellysiya Məhkəməsi tərəfindən Masallı Rayon Məhkəməsinin qətnaməsinin qüvvəsində qalması barədə qərar qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün yaşadığı ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə göndərilmiş və icra dövründə hər iki məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləğlərə görə heç bir ödəniş etmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2023-cü və 18 mart 2024-cü il tarixli qərarları ilə, o, ayrı-ayrılıqda 500,0 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulması barədə qərar qəbul edilmişdir. Bir daha qeyd etmişdir ki, məhkəmə qətnamələrindən sonra, o, borclu olduğu məbləğlərdən iş üzrə tələbkarlara heç ödəniş etməmiş, bu vaxta qədər ödəniş etməməyinə səbəb Şahid3 ona borclu olduğu məbləği qaytarmaması olmuşdur. Мəhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, uzun müddətdir ki, “bijuteriya” adlı mağazanı işlədir. 2019-cu ilin may ayının təxminən əvvəllərində Təqsirləndirilən şəxs işlətdiyi mağazaya gələrək ondan bir neçə ədəd bijuteriya alaraq çıxıb getmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs bir neçə dəfə işlətdiyi mağazaya gələrək ondan mal almağa başlamış, aralarında münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ondan aldığı bijuteriya mallarının üzərinə müəyyən məbləğdə pul qoyaraq baha qiymətə sataraq qazanc əldə etdiyini bildirmişdir. O, həmçinin qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs ondan aşağı qiymətə qızıl-zinət əşyaları alaraq satışı ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs aralarında yaranmış münasibətə görə qazanc əldə etmək məqsədi ilə ondan bir neçə dəfə müxtəlif növ qızıl-zinət əşyalarını nisyə götürərək satmış, bir neçə gün sonra pulunu ona ödəmişdir. O, ilk öncə Təqsirləndirilən şəxs 600-700 manat dəyərində qızıl-zinət əşyaları vermiş, sonuncu isə həmin qızılları satdıqdan sonra pulunu vaxtında ona qaytarmışdır. Bu qayda ilə 2019-cu ilin may ayından 2020-ci ilin əvvəllərinə kimi təxminən səkkiz ay müddət ərzində, o, Təqsirləndirilən şəxs daha yüksək məbləğlərdə qızıl-zinət əşyalarını verməyə başlamışdır. 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs 85350,00 manat dəyərində qızıl-zinət əşyalarını satması üçün nisyə vermiş, Təqsirləndirilən şəxs borclu olduğu məbləğdən 25000 manatını ona hissə-hissə qaytarmış, lakin, geri qalan 60350 manat məbləği tələb etdiyi zaman Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği ödəməkdən yayınmış, həmçinin, aldığı qızılları Şahid3 verdiyini, lakin, pulunu ala bilmədiyi bildirmişdir. Bununla əlaqədar olaraq, o, Şahid3 ilə əlaqə saxlamış, sonuncu, Təqsirləndirilən şəxs sözlərinin yalan olduğunu bildirmişdir. Bundan sonra, o, məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs barəsində müvafiq qurumlara müraciət etmiş, ona məsələ ilə bağlı mülkü qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. O, 2021-ci ilin axırlarında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi müraciət etmiş, Masallı Rayon Məhkəməsi tərəfindən 60000 manat və 348 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 18 yanvar 2022-ci tarixli, 2(050)- 155/2022 saylı qətnamə çıxarılmışdır. Masallı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci tarixli, 2(050)-155/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə icra qurumuna göndərilmişdir. Lakin, məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs borclu olduğu məbləği ona ödəmədiyi üçün sonuncu iki dəfə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində bır sıra icra hərəkətləri aparılaraq sonuncunun ölkədən çıxışına məhkəmənin qərarı ilə müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. O, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ona borclu olduğu məbləği dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği yaxın zamanda qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ona borclu olduğu məbləği ödəməyi üçün ondan şikayətçidir və onun barəsində qanunla nəzərdə tutulmuş qaydada ən sərt cəza təyin olunmasını xahiş edir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Anaşqin qəsəbəsi, Əliyar Əliyev küçəsində qonşuluqda yaşayır və sonuncu ilə aralarında yaxın qonşuluq münasibətləri yaranmış, həmin vaxt, Təqsirləndirilən şəxs xırda ticarətlə məşğul olmuşdur. 2019-cu ilin yanvar ayında Təqsirləndirilən şəxs ondan 3000,00 manat məbləğində borca pul istəyərək tez bir zamanda qaytaracağına söz vermişdir. Təqsirləndirilən şəxs inandığı üçün həmin pulu ona vermiş, Təqsirləndirilən şəxs ondan borc aldığı məbləği gördüyü xirda ticarətə, yəni, bijuteriya satışına sərf edərək qazanc əldə edib, əldə etdiyi gəlirin bir qismini ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında ondan əlavə olaraq 2000 manat, 2019-cu ilin may ayında isə yenidən 2000 manat borca pul almışdır. 2019-cu ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yenidən onun yaşadığı ünvana gələrək toya getmək istədiyini bildirərək həmin toy şənliyində taxmağa qızıl-zinət əşyalarının olmaması səbəbindən ondan qızıl-zinət əşyaları istəmişdir. O, Təqsirləndirilən şəxs qonşu olaraq inandığı üçün sonuncuya toyda istifadə etməkdən ötrü özünə məxsus olan qızıl-zinət əşyalarını vermiş, lakin, Təqsirləndirilən şəxs ondan aldığı qızıl-zinət əşyalarını geri qaytarmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs əlavə olaraq ondan borca pul istəmiş, o, pul verməkdən imtina edərək ona verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulları gördüyü ticarətə sərf etdiyini, hazırda alver yaxşı getmədiyi üçün yaxın zamanda qaytaracağını ona bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs ondan borc alaraq aldığı məbləği geri almaq məqsədi ilə, iş görərək qazanc əldə etməsi üçün 2019-cu ilin dekabr ayında əlavə olaraq ona 3000 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs ona olan borcunu 20 dekabr 2019-cu il tarixədək tam şəkildə ödəyəcəyini bildirmişdir. 20 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək aldığı pulu qaytara bilmədiyini, əlavə olaraq ona vaxt verməsini xahiş etmiş, o, Təqsirləndirilən şəxs əlavə olaraq 5 gün vaxt vermiş, lakin, verilən müddət tamam olmasına baxmayaraq Təqsirləndirilən şəxs aldığı pulu ödəməmişdir. O, məcbur qalaraq 26 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti əsasında Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Təqsirləndirilən şəxs izahatında ondan 10000 manat məbləğində borc almasına etiraf etməsinə baxmayaraq polis şöbəsinin təhqiqatçısı tərəfindən ərizəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək mülkü qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi barədə məlumat verilmişdir. Bu səbəbdən, 2020-ci ilin payız aylarında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi müraciət etmiş, həmin rayon məhkəməsi tərəfindən işə baxılan zaman 10000 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 17 sentyabr 2020-ci il tarixli, 2(050)-1570/2020 saylı qətnamə çıxarılmışdır. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-1570/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə icra qurumuna göndərilmişdir. Lakin, məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs borclu olduğu məbləği ona ödəmədiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. O, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği dəfələrlə tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxsn müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona qanunla nəzərdə tutulmuş ağır cəza verilməsini məhkəmədən xahiş edir. Мəhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, o, 2002-ci ilin sentyabr ayından etibarən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən «Laçın» ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərərək qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. İş prosesində Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ona qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə aralarında münasibət yarandığından qazanc əldə etmək məqsədi ilə ondan bir neçə dəfə müxtəlif növ qızıl-zinət əşyaları nisyə götürərək pulunu tez bir zamanda qaytarmışdır. O, 2019-cu ilin mart ayından etibarən həmin ilin axırlarınadək Təqsirləndirilən şəxs ondan nisyə olaraq 20000 manat məbləğdə qızıl-zinət əşyaları almış, o, 2020-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyaları pulunu verməsini tələb etmiş, lakin, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aldığı pulu geri qaytarmamış, həmçinin, aldığı qızılları Şahid3 verdiyini, lakin, pulunu ala bilmədiyi bildirmişdir. Bununla əlaqədar olaraq, o, Şahid3 ilə əlaqə saxlamış, sonuncu, Təqsirləndirilən şəxs sözlərinin yalan olduğunu bildirmişdir. Bundan sonra, o, məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs barəsində müvafiq qurumlara müraciət etmiş, ona məsələ ilə bağlı mülkü qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. O, məcbur qalaraq 2021-ci ilin axırlarında Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən 20000 manat və 348,00 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 18 yanvar 2022-ci tarixli, 2(050)-155/2022 saylı qətnamə çıxarılmışdır. Masallı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci tarixli, 2(050)-155/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra qurumlarına göndərilmişdir. Məhkəmə qətnaməsi üzrə Təqsirləndirilən şəxs borclu olduğu məbləği ödəmədiyi üçün barəsində inzibati tənbeh tətbiq edilmişdir. O, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləği dəfələrlə tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxsn müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Bununla əlaqədar qanunla nəzərdə tutulmuş cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-1570/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 10000,00 manat məbləğində pul vəsaitinin və 30,0 manat ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2, bundan əlavə, Masallı Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(050)-155/2022 saylı məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 60000,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs1, 20000,00 manat məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs3, həmçinin 348,00 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ödənilməlidir. İcra sənədləri Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq qaydada icraya yönəlmiş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcraata başlamaq haqqında qərar bildiriş ilə birlikdə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana göndərilmişdir. Qeyd edilən icra sənədləri 03 iyun 2022-ci il tarixdə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, 05 avqust 2022-ci il tarixdə borclunun yaşadığı ünvana icra sənədlərinin icrası ilə bağlı xəbərdarlıqlar göndərilmişdir. İcra sənədlərinin bir icraatda birləşdirilməsi ilə əlaqədar 29 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. 29 noyabr 2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs izahatı alınmışdır. 29 noyabr 2022-ci il tarixdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 3(008)-6482/2022 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə edilmişdir. Borclu Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış və izahatında heç bir ödəniş etmədiyini qeyd etmişdir. Borclu Təqsirləndirilən şəxs yenidən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 3(008)- 2041/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı 19 mart 2024cü i! tarixdə SMS bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs 15 avqust 2022-ci ıl və 30 mart 2023-cü il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunmağı barədə xəbərdarlığı şəxsən qəbul etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 8(008)-113/2023 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkə hüdudlarından çıxışına müvəqqəti məhdudiyyət qoyulması barədə qərardad qəbul edilmişdir. 23 iyun 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs yenidən izahat alınmışdır. Təqsirləndirilən şəxs məxsus əmlaka baxış keçirilərək fotoşəkilləri çəkilmiş, bu barədə 23 iyun 2023-cü il tarixli müvafiq akt tərtib olunmuşdur. İş üzrə tələbkar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrı vaxtlarda şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasını xahiş etmişlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, icra sənədləri üzrə tələb olunan borcun ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, eyni zamanda bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamışdır. Bu səbəbdən dövlət adından çıxarılmış məhkəmə qətnamələri borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1998-ci il tarixdən 2019-cu ilin axırlarınadək Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Lotos” və “Laçın” ticarət mərkəzlərində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olmuşdur. 2019-cu ilin aprel-may aylarında Təqsirləndirilən şəxs işlətdiyi “Lotos” ticarət mərkəzinə gələrək bacısının ağır xəstə olduğunu bildirərək özünə məxsus olan qızıl qolbağını və boyunbağısını satmaq istədiyini bildirmiş, o, qızıl-zinət əşyalarını metal qiymətinə alacağını bildirmiş, Təqsirləndirilən şəxs isə qızıl-zinət əşyalarını baha qiymətə almasını xahiş etmişdir. O, həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs almış, sonuncuya məxsus şəxsiyyət vəsiqəsinin surətini alaraq özündə saxlamışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək orta məktəbdə işlədiyini, iş yoldaşları tərəfindən satılacaq qızıl-zinət əşyalarına onlardan aşığı qiymətə alaraq ona baha qiymətə satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarına baxdıqdan sonra qiymətlə bağlı fikir bildirəcəyini demişdir. Bundan sonra, ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs satmaq məqsədi ilə ona qızıl-zinət əşyaları gətirmiş, o, qızıl-zinət əşyaları müqabilində Təqsirləndirilən şəxs nağd şəkildə ödəniş etmişdir. Təxminən 3-4 ay sonra Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsilə zəng edərək lombardda olan qızılının ödəniş edilərək götürlməsi üçün ona köməklik etməsini xahiş etmiş, o, razılıq verərək Təqsirləndirilən şəxs ilə birlikdə "Xalqlar Dostluğu” metrostansiayasının yaxınlığında yerləşən lombarda gedərək 4000 min manat məbləğində pulu verərək qızılzinət əşyalarını götürmüşdür. Təqsirləndirilən şəxs bir neçə dəfə bijuteriya əşyaları gətirərək qızıl kimi təqdim edərək satmağa çalışmış, o, Təqsirləndirilən şəxs etdiyi hərəkətin yanlış olduğu barədə xəbərdar etmişdir. 2020-ci ilin iyun ayında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs barəsində ayrı-ayrı vaxtlarda 180000 manat məbləğində satmaq adı ilə alaraq geri qaytarmaması ilə bağlı şikayət etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən aparılmış araşdırmadan sonra əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. 2022-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs mülki iddia ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş, lakin, onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Təqsirləndirilən şəxs qəbul edilmiş qətnamədən razı olmadığı üçün apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq ondan Təqsirləndirilən şəxs xeyrinə 25000 manat pul tutulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi icra olunması üçün aidiyyəti üzrə qeydiyyatda olduğu Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, ödənilməli olan məbləğdən heç bir ödəniş etməmiş və ödəniş etməməyinə səbəb sonuncuya heç bir borcunun olmamasını qeyd etmişdir. Cinayət işinin 14-17-ci vərəqəsində olan Masallı Rayon Məhkəməsinin 2(050)- 1570/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 10000 ( on min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. Cinayət işinin 18-21-ci vərəqəsində olan Masallı Rayon Məhkəməsinin 2(050)- 155/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs tutularaq 60000 (otuz min) manat məbləğində pulun Zərərçəkmiş şəxs1 və 20000 (iyirmi min) manat pulun Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan 25 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-155/2022 saylı, 18 yanvar 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan 07 oktyabr 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1570/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 25 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-155/2022 saylı, 18 yanvar 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 30-cu vərəqəsində olan Masallı rayon icra və probasiya şöbəsinin 25 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-155/2022 saylı, 18 yanvar 2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan Masallı rayon icra və probasiya şöbəsinin 07 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-1570/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 36-37-ci vərəqəsində olan Masallı Rayon Məhkəməsinin 2(050)- 155/2022-ci il tarixli qərardadından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 155/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti geri qaytarılmışdır. Cinayət işinin 43-56-cı vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 05 avqust 2022-ci il tarixli, 05 avqust 2022-ci il tarixli, 29 mart 2023-cü il tarixli, 30 mart 2023-cü il tarixli bildirişlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan 19 may 2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1570/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli icra sənədi icra olunması üçün Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan 19 may 2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-155/2022-ci il tarixli icra sənədi icra olunması üçün Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. Cinayət işinin 71-74-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-6482/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Cinayət işinin 78-80-cı vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2041/2024 saylı, 18 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Cinayət işinin 83-85-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-113/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 112-114-cü vərəqəsində olan AA seriyalı, ******* nömrəli və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Cinayət işinin 247-248-ci vərəqəsində olan 17 iyul 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 182-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 29 may 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, Təqsirləndirilən şəxs hər üç icra vərəqəsi üzrə hər hansı bir məbləğdə ödəniş etməməsi onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibinin mövcud olduğunu təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində Bakı şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar