Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-636/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X28 İmanovanın sədrliyi və məruzəsi ilə, Məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mikayıl oğlunun, Müdafiəçilər –Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikası, Əzizbəyov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1990-cı il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli orta məktəbin qarşısında avtomobil yolunun hərəkət hissəsində Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə həmin yolda dayanıb digər şəxslə münasibətini aydınlaşdıran, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Mikayıl oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib yumruğu ilə sol göz nahiyyəsinə, Təqsirləndirilən şəxs2 isə yumruğu ilə baş nahiyəsinə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızama ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli orta məktəbin qarşısında avtomobil yolunun hərəkət hissəsində Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə həmin yolda dayanıb digər şəxslə münasibətini aydınlaşdıran, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Mikayıl oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib yumruğu ilə baş nahiyəsinə, Təqsirləndirilən şəxs1 isə yumruğu ilə sol göz nahiyyəsinə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızama ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bununla da təqsirləndirilən şəxslər AR CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Məhkəmənin gəldiyi qənaətə görə isə 28 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Mikayıl oğlu ilə X9 arasında Zərərçəkmiş şəxs Ruslan Həsənova maşını yoldan çəkməsini bildirməsi və Ruslan Həsənov maşını çəkməməsi nəticəsində Zərərçəkmiş şəxsla onun arasında mübahisə yaranmış, onlardan hər ikisi maşından enərək küçədə digər şəxslərin gözü qarşısında mübahisə etməyə başlamışlar, mübahisə əsnasında nalayiq sözlərdən istifadə edərək söyüş söymüşlər, yolda nəqliyyatın hərəkəti dayanmış, ətrafdan başqa şəxslər hadisə yerinə toplaşmış, bir qədər sonra Təqsirləndirilən şəxs2 yaxınlaşaraq Rəşadla Ruslanı aralayaraq Rəşadı kənara aparmış, lakin Zərərçəkmiş şəxs sakitləşmədiyindən və söyüş söyməyə davam etdiyindən yaxın ərazidən anası ilə birlikdə keçən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs söyüş söyməsi ilə bağlı irad bildirərək söyüş söyməməsini dedikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vurmuş, bundan sonra Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Göstərilənlər əsasında məhkəmənin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində AR CM-nin 221.2.1-ci maddəsinin tərkibinin olmamış, Təqsirləndirilən şəxs1 əməlində isə AR CM-nin 221.2.1-ci maddəsinin deyil, AR CM-nin 128-ci maddəsinin tərkibinin olması iş materialları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs2 əməlində AR CM-nin 221.2.1-ci maddəsinin tərkibinin olmadığı, Təqsirləndirilən şəxs1 əməlində isə AR CM-nin 221-ci maddəsinin deyil, həmin Məcəllənin 128-ci maddəsinin tərkibinin olması aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı yalnız Zərərçəkmiş şəxs Mikayıl oğlunun digər sübutlarla uzlaşmayan ziddiyyətli ifadələrinə istinad etməklə kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onların AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə o, anası ilə marketdən çıxarkən görmüşdür ki, Rəşadla Ruslan mübahisə edirlər. Cəmil isə həmin vaxt onları ayırırdı. O, söyüş eşitdiyindən dava olan yerə yaxınlaşmışdır. Həmin vaxt Cəmil Rəşada deyirdi ki, otur maşına, ailən maşındadı. O, görmüşdür ki, Rəşad söyüş söyməyə davam edir.Rəşada yaxınlaşaraq demişdir ki, söyüş söyməsin, burada qız-gəlin var. Həmin vaxt Rəşad çönərək onu vurmuşdur. Bundan sonra o da özünü müdafiə etmək üçün Rəşadı vurmuşdur. Sonra Cəmil ona demişdir ki, “etmə, ailəsi maşındadı”. Cəmil ona bu barədə deyənə qədər o, Rəşadın ailəsinin maşında olduğunu görməmişdir. Cəmil ona Rəşadın ailəsinin maşında olduğunu dedikdən sonra o, hadisə yerindən çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onu hadisədən 5-6 ay sonra ekspertizaya göndərmişlər, o, Rəşadı Rəşad onu vurduqdan sonra cavab olaraq özünü müdafiə etmək üçün vurmuşdur, Rəşadı söyüş söydüyünə görə deyil, onu vurduğuna görə vurmuşdur, Rəşadı və Ruslanı əvvəlcədən tanımamış, Cəmili isə Ramana kənd sakini tanımış, lakin münasibəti olmamışdır, Cəmil Rəşadı ümumiyyətlə vurmamış, əksinə ona demişdir ki, get otur maşına, o, Rəşadı vuranda isə Cəmil ona demişdir ki, etməsin, maşında Rəşadın ailəsi var, o, Rəşadın ailəsinin maşında olmasını bilsə idi, düşünərdi ki, o, ailəsinə belə hörmət etməyən adamdı və onlara yaxınlaşmazdı, anası da hadisənin şahidi olmuşdur, hadisə yerinə çox adam toplaşmışdı, o, hadisə yerində cəmi 3-4 dəqiqə olmuşdur, istintaqdan yayınmamışdır, özü könüllü şəkildə 12-ci polis bölməsinə gəlmişdir, ailəsi Türkiyədə olduğundan sənəd işlərini həll etmək üçün rayonda olmuş, bu səbəbdən istintaq orqanın çağırışına vaxtında gəlməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə onun uşağı 05 nömrəli xəstəxanada yatırdı. O, həmin gün xəstəxanaya uşağa paltar aparırdı. Xəstəxanaya gedərkən görmüşdür ki, adlarını sonradan bildiyi Rəşad Ruslanı söyür. O, Rəşada yaxınlaşaraq söyüş söyməməsini və maşında ailəsinin olduğunu bildirmişdir. Bu zaman Ruslan kəsici-deşici alətlə Rəşadın üzərinə gəlmişdir. O, özünü Rəşadın qabağına verərək Ruslanın Rəşadı vurmasının qarşısını almış və Rəşadı maşına tərəf aparmışdır. Sonra hadisə yerinə Bəybala gələrək demişdir ki, söyüş söyməyin. Bu zaman Rəşad Bəybalanı vurmuş, Bəybala da cavab olaraq Rəşadı vurmuşdur. Həmin zaman o, Bəybalaya demişdir ki, “etmə, ailəsi, uşağı maşındadır, yaxşı deyil”. O, sadəcə dava zamanı Rəşadı ayıraraq kənara aparmışdır. Ondan başqa heç nə etməmiş və Rəşadı vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Rəşada heç bir xəsarət yetirməmişdir, birinci Rəşad Bəybalanı vurmuş, ondan sonra da Bəybala Rəşadı vurmuşdur, o, xəstəxanaya gedərkən mübahisə ilə əlaqədar yol bağlı olduğundan maşından düşmüş və Rəşadla Ruslanın mübahisə etdiyini görmüş, əvvəlcədən nə Rəşadı, nə də Ruslanı tanımamış, yolu Rəşadla Ruslan bağladığından maşından düşmüş, Rəşad həmin vaxt Ruslana yol verməsini demiş, Ruslan isə “keç də” deyə cavab vermiş, hadisə yerinə 20-30 nəfər şəxs yığışmış, Rəşad bölmədə ona “Ruslanın verəcəyi 10.000 manatı ver, əl çəkim, sən mənim işimə mane oldun” sözlərini demiş, orada ondan başqa adamlar da Rəşadla Ruslanı ayırmağa çalışmış, o, Rəşadla dalaşmamış, Bəybala ilə Rəşadı da o ayırmış, hadisə yerində olan şəxslərdən heç biri dindirilməmiş, hadisə vaxtı Rəşad keçmiş polis əməkdaşı olduğunu və heç kimin ona heç nə edə bilməyəcəyini demiş, o, Ruslanı Rəşadın anasına verdikdən sonra Rəşadı maşına otuzdurmağa çalışmış, Rəşadla Bəybalanın bir-birilərini neçə dəfə vurduqlarını dəqiq görməmiş, o, Bəybalaya Rəşadın ailəsinin maşında olduğunu dedikdə, Bəybala “bilmirdim qardaş” deyə cavab vermişdir. Məhkəmə istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs Mikayıl oğlu ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə Südçülük sovxozu Ramanadan öz evinə qayıdan zaman 296 nömrəli məktəbin qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı maşın yolun ortasında dayanmışdı. O, həmin şəxsə maşını çəkməsini demiş, sürücü isə maşını çəkmədikdə onlar mübahisə etməyə başlamışlar. Onlar mübahisə edən zaman tanımadığı şəxs, adını sonradan bildiyi Cəmil gəlmiş, onu sinəsindən tutub qaldırmış və öz maşınına çırpmışdır. Sonra tanımadığı şəxs, adını sonradan bildiyi Bəybala yaxınlaşmış və onu orada döymüşlər. O, xəsarət almışdır. Bundan sonra 12-ci polis bölməsinə şikayət etmişdir. Hazırda həmin şəxslərdən şikayətçidir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs digər mübahisə etdiyi şəxsin, yəni Ruslanın onu vurmadığını, hadisə zamanı özünün söyüş söyübsöyməməsini xatırlamadığını, o, başqa adamla mübahisə edərkən söyüş söyüb-söymədiyini bilmədiyini, yaddaşının zəif olduğunu (son məhkəmə iclasında isə Ruslanın onu, onun isə Ruslanı söydüyünü etiraf etmişdir), onlar Ruslanla mübahisə edərkən kənardan birinci Cəmilin gəldiyini, onu maşına çırparaq “Bura Ramanadır” dediyini, sonra isə Bəybalanın gəldiyini və onu döydüyünü, Ruslan, Bəybala və Cəmilin əvvəlcədən tanış olubolmadıqlarını bilmədiyini, X15 sakinləri olduqlarını, onu həm Cəmilin, həm də Bəybalanın vurduğunu, birinci Bəybalanın onun gözündən vurduğunu, sonra isə Cəmilin isə onun sağında dayandığından sağ tərəfdən onun başından vurduğunu, hadisədən sonra bir qədər maşını sürdükdən sonra maşını idarə edə bilmədiyini, maşını saxlayaraq maşını idarə etmək üçün başqa taksi sürücüsünə verdiyini və xəstəxanaya onunla getdiyini, hadisə yerinə adamların toplaşıb-toplaşmadığını bilmədiyini, maşında anası ilə oğlunun olduğunu, uşağının 11 yaşı olduğunu, Cəmilin Ruslanla onu araladığını, lakin sonra onu döydüyünü, yolda maşınların hərəkətinə Ruslanın mane olduğunu, hadisənin kamera görünütülərinin mağazadan çıxarıldığını, Cəmilin və Ramananın ünvanına söyüş söymədiyini, çatan kimi Cəmilin onu vuraraq maşına çırpdığını, sağ tərəfdən Cəmilin, soldan isə Bəybalanın onu vurduğunu, ona yetirilmiş xəsarətlə bağlı ekspert rəyinin olduğunu, lakin rəydə hansı xəsarətlərin yazılmasını bilmədiyini, onu birinci Bəybalanın, sonra isə Cəmilin vurduğunu, əvvəlcədən nə Cəmili, nə də Bəybalanı tanımadığını, Cəmilin onu Ruslandan ayırdıqdan sonra kənara çəkdiyini və onu Bəybala ilə orada vurduqlarını, anasının istintaq zamanı dindirilmədiyini, ilkin ifadəsində üç nəfərin onu döyməsini göstərməsinin səbəbinin Cəmillə Bəybalanın mağazaya düşmələrini düşünməsinin olduğunu, Bəybalanın onu niyə vurduğunu bilmədiyini, birinci Cəmilin, sonra isə Bəybalanın gəldiyini, bəlkə də onların bir yerdə olmadıqlarını, Ruslana mübahisə zamanı söyüş işlətdiyini xatırlamadığını, kəllə-beyin travması aldığından əsəbləşəndə bəzi şeyləri xatırlamadığını, döyüldükdən sonra 100 metr maşını sürdükdən sonra maşını pul müqabilində başqa şəxsə sürmək üçün verdiyini, onu xəstəxanaya həmin şəxsin apardığını, həmin şəxsin onun anasını aparıb evə qoyduğunu, Bəybalanı vurub-vurmadığını xatırlamadığını, Ruslanla bir-birilərinə əl-qol atamadıqlarını, hadisə yerində təxminən 30 nəfər şəxsin olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar hadisə günü əmisigildən öz evlərinə gedirdilər. Bir maşın yolun ortasında dayanmışdı. Atası həmin maşının sürücüsünə demişdir ki, “zəhmət olmasa maşını çəkin”. Lakin sürücü maşını çəkməmişdir. Atası maşından düşərək həmin sürücü ilə mübahisə etməyə başlamışdır. Sonra kənardan iki nəfər şəxs gələrək atasını döyməyə başlamışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 özünün maşından düşmədiyini, nənəsinin isə maşından düşdüyünü, hadisə yerində insanların olmasına baxmayaraq heç kəsin yaxın gəlmədiyini, atasının hadisədən sonra xəstəxanaya özünün maşını sürərək getdiyini, onunla nənəsinin isə evə getdiklərini, atasının döyülərkən yerə yıxılmadığını, atasının özünün maşını idarə edərək ilk olaraq aparıb nənəsi ilə onu evə qoyduğunu, sonra isə xəstəxanaya getdiyini, mübahisənin maşının qabaq tərəfində baş verdiyini, atasını birinci kimin vurmasını və hansı nahiyyəsindən vurduğunu görmədiyini, atasının gözündən qan gəldiyini, kiminsə əlində bıçaq olmasını xatırlamadığını, səhv etmirsə o biri maşını sürən şəxsin (Ruslanın) əlində bıçaq olduğunu, nənəsinin həmin adamın atasını bıçaqla vurmağa imkan vermədiyini və həmin şəxsi kənarlaşdırdığını, maşının içərisində olduğundan çöldə baş verənləri yaxşı eşitmədiyini, atasının maşın sürən şəxslə (Ruslanla) mübahisə edərkən birinci Cəmilin gəldiyini, sonra iki nəfər şəxsin atasının həmin şəxslə dalaşmaması üçün kənara çəkdiklərini, o iki nəfər şəxsin ikisinin birlikdə, yoxsa ayrı-ayrı gəlmələrini dəqiq xatırlamadığını, atasını maşına kimin çırpmasının yadında olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə günü axşamüstü öz şəxsi 015 markalı maşını ilə müştəri götürürmüş. “Al Market”in yanında maşını saxlamışdır. Sağdan avtobus gəlirdi, avtobusun arxasında isə “Toyota Prius” markalı maşınla Rəşad gəlirdi. Rəşad deyinə-deyinə gəldiyindən o, pəncərəni açaraq Rəşada demişdir ki, “nə olub, qardaş. Allah şeytana lənət eləsin”.O isə cavab vermişdir ki, “səninləyəm”. Bu zaman Rəşadın ona dediyi sözləri o da Rəşada qaytarmışdır. O zaman Rəşad düşmüş, o da maşından düşmüşdür. Onlar mübahisə etməyə başlamışlar. Sonra onları ayırmışlar. Bundan sonra Rəşadın kiminlə dalaşdığını bilməmişdir. Sonradan Rəşadın anası yaxınlaşaraq onun maşınının kapotuna vurmuş və ona nalayiq sözlər demişdir. Sonra isə o, sürüb getmişdir. 3 gün sonra onu təhqiqatçı Sabunçu Rayon Polis İdarəsinə çağırmışdır. O, hadisə yerində Rəşadı Cəmilin ya Bəybalanın vurmasını görməmişdir. Onlarla da burada tanış olmuşdur, daha əvvəl nə Cəmili, nə də Bəybalanı tanımamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X9 bildirmişdir ki, hadisə saat 8-9 arası baş vermişdir, o, marketin yanında solda dayanmışdır, orada keçməyə yol var idi, lakin Rəşad özü-özünə deyinirdi, Rəşad onu maşını solda saxladığına görə nalayiq formada söymüş, o da Rəşadı söymüş və onlar qarşılıqlı surətdə bir-birilərini söyürdülər, Cəmil, Bəybala və Rəşad arasında nə baş verdiyini görməmişdir.Cəmil onunla Rəşad dava edərkən onları ayıraraq Rəşadı başqa tərəfə aparmışdır. O, solda tərəfdə, Cəmil, Rəşad, Bəybala isə sağ tərəfdə olduqlarından kimin kimi vurmasını görməmişdir.Cəmil onlara yaxınlaşanda demişdir ki, “qardaş şeytana lənət, cammatın anası, bacısı var, söyüş söyməyin”.Cəmil demişdir ki, “dalaşmaq istəyirsiz gedin stadiona, burda camaatın anabacısı var”. Hadisə günü birinci Rəşad onu söymüş, bundan sonra o da Rəşadı söymüşdür. Sonra Rəşad maşından enərək onun üstünə gəlmiş və onu itələmişdir. Rəşadla arasında olan mübahisə başladıqdan 5-7 dəqiqə sonra Cəmil gəlmişdir. O, baqajdan telefonunu götürüb 102-yə zəng etmək istəmiş və bu səbəbdən maşınına yaxınlaşmışdır. Cəmil onları ayırdıqdan sonra Rəşadı kənara aparmışdır.Ondan sonra o, dayandığı məsafədən kimin kimi vurmasını görməmişdir.Bəybalanı isə ümumiyyətlə hadisə yerində görməmiş, ilk dəfə burda məhkəmə zalında görmüşdür. Rəşad hadisə vaxtı sərxoş olmuşdur. Rəşadla o mübahisə edərkən artıq oraya insanlar yığışmış, yolda hərəkət dayanmışdır. Lakin Cəmil gələnə qədər onları ayıran olmamışdır. Sonra o, öz avtomobilinə əyləşərək 102-yə zəng etmiş və telefonla danışa-danışa hadisə yerindən uzaqlaşmış, hadisə vaxtı onun əlində kəsici-deşici alət olmamış və bu barədə deyilənlər yalandır. Məhkəmə istintaq zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, hadisə günü oğlu Bəybala ilə mağazaya getmişdir. Mağazadan çıxanda səs-küy eşitmişlər. Söyüş səsləri gəlirdi. Oğlu həmin şəxslərə yaxınlaşıb söyüş söyməmələrini demişdir. Həmin vaxt Rəşad onun oğlunu vurmuş, sonra isə Bəybala cavab olaraq Rəşadı vurmuşdur. Onun gördükləri ancaq bundan ibarətdir. Başqa əlavəsi yoxdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X7 orada olan şəxslərin söyüş söyməsi səbəbindən oğlunun həmin şəxslərə yaxınlaşdığını, mübahisə edən şəxsləri nə onun, nə də oğlunun öncədən tanımadıqlarını, Rəşad onun oğlunu vurduqdan sonra Bəybalanın dişlərinın qanadığını və laxladığını, onun bir az aralıda dayanmasına baxmayaraq hadisəni gördüyünü, Bəybaladan başqa Rəşadı kiminsə vurmasını görmədiyini, lakin Rəşadın Bəybalanı, ondan sonra Bəybalanın Rəşadı vurmasını gördüyünü, hadisə yerində başqa adamların da olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, hadisə günü hadisə yerində olmuşdur. Belə ki, o, kafedə oturmuş və çöldən səs gəldiyini eşitdikdə çölə çıxmışdır. Çölə çıxdıqda söyüş səsləri eşitmişdir. Sonra Cəmil gəlib həmin şəxslərə söyüş söyməmələrini söyləmiş, Rəşadı ayıraraq kənara aparmışdır. Sonra o biri qardaş, yəni Bəybala gəlib demişdir ki, “burda söyüş olmaz, məhlədir”. O zaman Rəşad Bəybalaya yumruq atmış, bundan sonra Bəybala da onu vurmuşdur. Sonra Cəmil onları ayırmışdır. Onun gördükləri bunlardan ibarət olmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X8 hadisə yerində çoxlu insanların olduğunu, onların kafedən səs-küyə çıxdıqlarını, Rəşadı və Ruslanı tanımadığını, Cəmil və Bəybalanı isə kənd sakinləri kimi tanıdığını, Rəşadın Ruslanla mübahisə zamanı söyüşlə danışdığını, Bəybalanın Rəşada söyüş söyməməsini bildirdiyi vaxt Rəşadın Bəybalanı vurduğunu, Rəşadla Bəybalanı da Cəmilin ayırdığını, özünün davaya ancaq kənardan baxdığını və qarışmadığını, Rəşadın ilk mübahisə etdiyi adamın (Ruslanın) əlində bıçaq olduğunu, o zaman Cəmilin onları aralaşdırdığını, Cəmillə Bəybalanın söyüş söymədiklərini, həmin yerin onların öz məhlələri olduğunu, hadisə yerində azyaşlı oğlan uşağının olduğunu, lakin kimin uşağı olmasını bilmədiyini, uşağı maşının içərisində deyil, çöldə gördüyünü, Cəmilin orada Rəşada hər hansı təhdidedici söz demədiyini, hadisə yerində qadınların da olduğunu, əlində bıçaq olan şəxsi tanımadığını, birinci Rəşadın Bəybalanı, sonra isə Bəybalanın Rəşadı vurduğunu, orada araya girərək kimisə sakitləşdirməyə çalışan qadın görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, hadisə günü o, oğlu Rəşad və nəvəsi ilə digər oğlugildən evə gedirdilər. Yolda bir tərəfdə avtobus dayanmışdı, bir tərəfdə isə maşın var idi. Oğlu Rəşad həmin sürücüyə demişdir ki, “qardaş yol ver gedək”. Həmin şəxs maşını kənara çəkməmişdir. Həmin maşının sürücüsü maşından enəndə onun oğlu Rəşad da öz maşınından enmişdir. O, isə maşında nəvəsi ilə qalmışdır. O, Rəşada demişdir ki, maşından düşməsin. Rəşadla həmin sürücü mübahisə etmişlər. Həmin sürücünün öz maşınından nəsə götürdüyünü gördükdə o, qorxmuş və maşından enmişdir.O, sürücünün nə götürdüyünü görməmişdir. Maşından enərək həmin şəxsə “yol ver gedək” demişdir. Sonra üzünü görmədiyi hündür boylu bir şəxs Rəşadı itələyə-itələyə oradan aparmışdır. Həmin vaxt o, sevinmişdir ki,nə yaxşı kimsə bunları ayırdı. Bir qədər sonra geri dönəndə oğlunun gözündən qan gəldiyini görmüşdür. Oğlunu elə görəndə donub qalmışdır. Oğlunu kimin və niyə vurduğunu görməmişdir. Bundan sonra görmüşdür ki, nəvəsi qalıb ortada qışqırır. Birdən nəvəsinin səsinə ayılmışdır. Sonra oğlunun vəziyyəti qarışmış və onlar yoldan taksi saxlayaraq hadisə yerindən getmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Sona Həsənova bildirmişdir ki, oğlu maşınının pəncərəsini aşağı endirərək həmin sürücüyə “qardaş yolu aç gedək” demiş, lakin sürücünün Rəşada nə dediyini eşitməmişdir. Bundan sonra o, özü də pəncərəni açaraq həmin sürücüdən yol verməsini xahiş etmişdir. Rəşadla Ruslanı ayıran şəxsin üzünü görməmiş, sadəcə həmin şəxsin ucaboy olması yadındadır. Rəşadı kimin vurduğunu görməmişdir. Oğlu ona demişdir ki, onu iki nəfər vurmuşdur. Rəşadı həmin ucaboy şəxs kənara aparanda o, sevinmişdir ki, kimsə Ruslanla Rəşadı ayırmışdır. Nəvəsi Mübariz atasının gözündən qan gəldiyini görəndə maşından enmişdir. Rəşad hadisə günü onu vuranların adlarını desə də, hazırda həmin şəxslərin adları yadında deyil. Həmin şəxslərin adını Rəşada xalası oğlu ona demişdir, çünki onların həmin kənddə qohumları yaşayır. O, Rəşaddan Rəşadın özünün kimisə vurub vurmadığını soruşmamışdır. Xəstəxanaya taksiyə getmişlər. Nəvəsini evə qoyaraq o da Rəşadla xəstəxanaya getmişdir. Ruslanla Rəşad mübahisə edərkən artıq orda başqa insanlar var idi. Həmin vaxt söyüş işlədilibişlədilmədiyini xatırlamır. Kimin kimi söydüyünü bilmir. Həmin yerdə dayanacaq var idi çoxlu insalar yığışmışdı. Mübahisə vaxtı Ruslanla Rəşadı ayıran şəxs gələndə artıq hadisə yerində çox sayda insanlar var idi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Mikayıl oğlu 28 oktyabr 2021-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə, saat 18:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli orta məktəbin qarşısında tanımadığı 3 nəfər şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirmiş və fakta görə AR CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1). HK-1, 6018, DİN-102 ********* nömrəli raportdan görünür ki, 28 oktyabr 2021-ci il tarixdə, saat 18:31 radələrində Zərərçəkmiş şəxs Mikayıl oğlu DİN-ni 102 xidmətinə zəng edərək VAZ 21015 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən döyülməsi və xəstəxanaya getməsi barədə məlumat vermişdir (i.v.5). Zərərçəkmiş şəxs Mikayıl oğlunun 28 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, o, həmin ərizəsində 28 oktyabr 2021-ci il tarixdə, saat 18:15 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, 296 nömrəli məkətbin qarşısında 3 nəfər tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir (i.v.6). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 1766 №-li rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Mikayıl oğlunda baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.17-18). 14 fevral 2022-ci il tarixli Zərərçəkmiş şəxs Mikayıl oğlu ilə Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Mikayıl oğlu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı dedikdə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin dediklərini təsdiq etməmiş və onun baş nahiyyəsinə zərbə vurmadığını, onu Bəybalanın vurduğunu, əksinə mübahisə zamanı dava-dalaş olmasın deyə onlara yaxınlaşdığını, Rəşadın ona şər-böhtan atdığını, ondan şikayəti geri götürməsi üçün 10.000 manat pul tələb etdiyini bildirmişdir. (i.v.74-77). 14 fevral 2022-ci il tarixli Zərərçəkmiş şəxs Mikayıl oğlu ilə Təqsirləndirilən şəxs1 üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Mikayıl oğlu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı dedikdə Təqsirləndirilən şəxs1 onun dediklərini təsdiq etməmiş və Zərərçəkmiş şəxs birinci onu vurduğundan o da Zərərçəkmiş şəxs vurduğunu zərərçəkmiş şəxsin üzünə qarşı demişdir (i.v.170-173). “DVD-R diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında” 26 may 2022-ci il tarixli protokoldan görünür ki, diskdə 02 ədəd fayl vardır. WhatsApp Video 2021-11-16 at 11:39:38 adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobil yolunun qırağında dövlət qeydiyyat nişanı və markası görünməyən gümüşü rəngli avtomobil dayanıqlı vəziyyətdədir, həm yol ilə avtomobillər və yol qırağı ilə bir neçə şəxs hərəkət edir. Görüntünün 40-cı saniyəsində dövlət qeydiyyat nişanı və markası görünməyən qara rəngli avtomobil arxaya doğru hərəkət edir, sonra isə irəliyə doğru hərəkət edərək dayanır. Görüntünün 1 dəqiqə, 10-cu saniyəsində gümüşü rəngli avtomobilə üzü görünməyən əynində qolsuz gödəkçə olan şəxs yaxınlaşaraq avtomobilin sükanına əyləşərək avtomobili hərəkətə gətirib oradan uzaqlaşır. Görüntünün 1 dəqiqə, 50-ci saniyəsində yolun ortasında dayanmış vəziyyətdə olan qara rəngli avtomobilin sükanından bir nəfər şəxs yerə düşür və avtomobilin arxa tərəfinə doğru gedir, bundan sonra avtomobilin arxasından uca boy üzü görünməyən şəxs həmin avtomobilin sürücüsünə yaxınlaşır və onlar biri-birilərinin sinəsindən əlləri ilə itələyərək mübahisə edirlər. Bir qədər sonra ətrafda olan şəxslər onlara yaxınlaşırlar və onları sakitləşdirməyə çalışırlar. Sonra qara rəngli avtomobilin arxa tərəfindən üzü görünməyən uca boy şəxs mübahisə edən şəxslərdən birini, yəni qara rəngli avtomobilin sürücüsü ilə mübahisə edən şəxsə yaxınlaşaraq əl işarəsi edib onu kənara aparır, bir qadın isə qara rəngli avtomobilin sürücüsünə nəsə deyir. Həmin vaxt sürücü əynində olan gödəkçəsini çıxararaq kənara çəkilən şəxslərə tərəf gedir, həmin vaxt ətrafda olan bir şəxs sürücünün qolundan tutaraq onu avtomobilin tərəf gətirir, sürücü avtomobilin qapısını açır və bununla çəkiliş başa çatır. WhatsApp Video 2021-11-16 at 11:39:44 adlı fayla baxış zamanı müəyyən edilmişdir ki, avtomobil yolunun üzərində görüntüdə üzləri görünməyən bir neçə şəxs mübahisə edirlər və ətrafda bir neçə şəxslər də vardır. Belə ki, hər iki faylda olan video görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, video görüntü gecə vaxtı qeydə alınmış, ona görə də görüntüdə mübahisə edən şəxsləri, eləcə də ətrafda olan şəxslərin üzləri aydın görünmədiyindən həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır (i.v.220-221). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyun 2022ci il tarixli, 1101 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində, eləcə də sifət nahiyyəsində xəsarət və xəsarət izləri aşkar olunmamışdır (i.v.226-228). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibi olmamaqla Təqsirləndirilən şəxs2 əməlində ümumiyyətlə cinayət tərkibinin olmaması, Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 28 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, ibtidai istintaq dövründə verilmiş hər bir ifadənin, o cümlədən məhkəmə istintaqı zamanı verilmiş ifadələrin müqayisəli şəkildə təhlilinin aparılmasını əhəmiyyətli hesab edir. Hazırda məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə ittiham verilməsinin əsasında yalnız zərərçəkmiş şəxsin müxtəlif vaxtlarda verdiyi bir-birinə uyğun gəlməyən, ziddiyyətli ifadələri dayanmışdır ki, belə olan halda məhkəmə ilk növbədə zərərçəkmiş şəxsin istintaqın ilk günündən məhkəmə istintaqı da daxil olmaqla verdiyi ifadələrin əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsinin zəruri olması qənaətinə gəlir. Belə ki, iş materiallarında olan HK-1, 6018, DİN-102 ********* nömrəli raportdan görünür ki, 28 oktyabr 2021-ci il tarixdə, saat 18:31 radələrində Zərərçəkmiş şəxs Mikayıl oğlu DİN-ni 102 xidmətinə zəng edərək VAZ 21015 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən döyülməsi və xəstəxanaya getməsi barədə məlumat vermişdir (i.v.5). Hadisə günü, yəni 28 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Mikayıl oğlu tərəfindən verilmiş izahatdan görünür ki, o, həmin izahatında göstərmişdir ki, o, öz idarə etdiyi “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 oktyabr 2021ci il tarixdə, saat təxminən 18:10 radələrində Sabunçu rayonu, Südçülük sovxozu, Pətək marketin yaxınlığında yaşayan qardaşı X3 evindən öz evinə qayıdan zaman Ramana qəsəbəsində 296 nömrəli məktəbin qarşısında olarkən yolun ortasında **-CF-*** dövlət qeydiyyat nişanlı, VAZ 21-015 markalı, qara rəngli avtomobilin dayandığını görmüş, o, maşının getmədiyini və sükan arxasında adam olduğunu görüb maşının siqnalından istifadə etmiş, həmin şəxsin maşını çəkmədiyini görüb pəncərədən həmin şəxsə “maşını çək yolun qırağına” demiş, həmin şəxs isə “çəkmirəm, mən lotuyam, başqa yol ilə get” demişdir. O, maşından aşağı enərək həmin şəxsə yaxınlaşmış və maşını qırağa çəkməsini bildirmiş, həmin şəxs isə ona “lotuyam çəkmirəm” demişdir. Bu zaman həmin sürücünün dostları və sürücünü özü maşından enərək onu döymüşlər, maşından enən şəxs onun azyaşlı oğlunun sifətinə şillə də vurmuş, anası onları aralamağa çalışmış, həmin şəxslər onun sol gözünə vurmuşlar, o, yerə yıxılan zaman isə bədəninin müxtəlif nahiyyələrini təpikləməyə başlamışlar. Sonra isə maşına minərək oradan uzaqlaşmışlar (i.v. 8-9). Hadisədən 02 aya yaxın vaxt keçdikdən sonra yenidən dindirilmiş Zərərçəkmiş şəxs Mikayıl oğlu ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində özünə məxsus, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisi ilə, Ramana qəsəbəsi, Şuşa şəhərciyi istiqamətinə doğru hərəkət edirmiş. Həmin vaxt anası X20 və azyaşlı oğlu Şahid2 da avtomobildə olmuşlar. Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin qarşısına çatdıqda, onun hərəkət istiqamətində Vaz 21015 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb avtomobili saxlamışdır, o, əvvəlcə yolun əks hərəkət zolağına daxil olub hərəkətini davam etdirmək istəmişdir, lakin əks istiqamətdən avtomobil axını çox olduğundan, həmçinin əks istiqamətdə avtobus dayanacağında avtobusun dayandığını görüb, əks hərəkət zolağına daxil ola bilməmişdir. Vaz 21015 markalı avtomobilin sükan arxasında bir nəfəri görmüş, avtomobilinin siqnalını işə salaraq Vaz 21015 markalı avtomobilin sürücüsünə ona yol verməsini işarə etmişdir. Lakin həmin avtomobilin sürücüsü avtomobilini hərəkətə gətirməmiş, o, avtomobilin pəncərəsindən həmin şəxsə avtomobili yolun kənarında saxlamasını və ona yol verməsini xahiş etmişdir. Həmin şəxs ona “yol sənə azlıq edir, başqa yol tap get” demişdir. Bundan sonra o, avtomobildən düşmüş, həmin şəxsə yaxınlaşaraq yenə ona avtomobilini kənara çəkməsini və ona yol verməsini xahiş etmişdir, sürücü isə sükan arxasından düşərək yolunun hərəkət hissəsində onunla mübahisə etməyə başlamış, mübahisə zamanı “sənə bu boyda yol azlıq edir, çıx əks hərəkət zolağına sür get” demişdir. Həmin şəxslə mübahisə edən zaman kənardan tanımadığı, sonradan adları ona məlum olan, Ramana qəsəbəsində yaşayan Bəybala və Cəmil adlı şəxslər ona tərəf yaxınlaşaraq küçə söyüşləri ilə onun ünvanına nəlayiq ifadələr demişlər, o, onların onu təhqir etmələrinə əsəbləşib onlarla mübahisə etmiş, həmin vaxt Cəmil adlı şəxs yaxasından tutub onu avtomobilinə tərəf apararaq avtomobilinə sıxmış, həmin vaxt azyaşlı oğlu Mübariz və anası Sona avtomobildən yerə düşmüşlər, azyaşlı oğlu Mübariz qışqıraraq Cəmil adlı şəxsə atamı döyməyin demişdir. O, Cəmilin əlindən tutmuşdur ki, yaxasından əl çəksin, lakin Cəmil əlini çəkməmiş “bura Ramanadır, burada adamı öldürüb pulunu verib canını qurtarırlar” demişdir. O, Cəmilin əlindən tutub onu özündən kənarlaşdırmaq istəyən zaman, gözləmədiyi halda Bəybala adlı şəxs ona yaxınlaşaraq yumruğu ilə sol göz nahiyəsinə bir dəfə zərbə endirmiş, o, Bəybala adlı şəxsi vurmaq istədikdə Cəmil adlı şəxs yumruğu ilə baş nahiyəsinə zərbə vuraraq onu yerə yıxmışdır. O, ayağa durub onlarla əlbə-yaxa olan zaman Bəybala və Cəmil adlı şəxslər onu yenə vurmaq istəmişlər, lakin anası və azyaşlı oğlu qışqıraraq kənardan kömək çağırmışlar. Bəybala və Cəmil adlı şəxslər azyaşlı uşağının və anasının qışqırdıqlarını görüb ondan əl çəkmişlər. Bundan sonra o, DİN-nin 102-xidmətinə zəng edərək hadisə barədə məlumat verib, Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gedərək orada ərizə və izahat yazmışdır. Sonra isə 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişdir (i.v.27-30). Məhkəmə istintaq zamanı isə Zərərçəkmiş şəxs Mikayıl oğlu ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə Südçülük sovxozu Ramanadan öz evinə qayıdan zaman 296 nömrəli məktəbin qarşısında dövlət qeydiyyat nişanını xatırlamadığı maşın yolun ortasında dayanmışdı. O, həmin şəxsə maşını çəkməsini demiş, sürücü isə maşını çəkmədikdə onlar mübahisə etməyə başlamışlar. Onlar mübahisə edən zaman tanımadığı şəxs, adını sonradan bildiyi Cəmil gəlmiş, onu sinəsindən tutub qaldırmış və öz maşınına çırpmışdır. Sonra tanımadığı şəxs, adını sonradan bildiyi Bəybala yaxınlaşmış və onu orada döymüşlər. O, xəsarət almışdır. Bundan sonra 12-ci polis bölməsinə şikayət etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs ilkin olaraq hadisə zamanı özünün söyüş söyüb-söyməməsini xatırlamadığını, son məhkəmə iclasında Ruslanla biri-birilərini söydüklərini, onlar Ruslanla mübahisə edərkən kənardan birinci Cəmilin gəldiyini, onu maşına çırparaq “Bura Ramanadır” dediyini, sonra isə Bəybalanın gəldiyini və onu döydüyünü, Ruslan, Bəybala və Cəmilin əvvəlcədən tanış olubolmadıqlarını bilmədiyini, X15 sakinləri olduqlarını, Ruslanı isə bilmədiyini, onu həm Cəmilin, həm də Bəybalanın vurduğunu, birinci Bəybalanın onun gözündən vurduğunu, sonra isə Cəmilin onun başından vurduğunu, Cəmilin Ruslanla onu araladığını, lakin sonra onu döydüyünü, onu birinci Bəybalanın, sonra isə Cəmilin vurduğunu, əvvəlcədən nə Cəmili, nə də Bəybalanı tanımadığını, Cəmilin onu Ruslandan ayırdıqdan sonra kənara çəkdiyini və onu Bəybala ilə orada vurduqlarını, Bəybalanın onu niyə vurduğunu bilmədiyini, birinci Cəmilin, sonra isə Bəybalanın gəldiyini, bəlkə də onların bir yerdə olmadıqlarını, Ruslana mübahisə zamanı söyüş işlətdiyini xatırlamadığını, kəllə-beyin travması aldığından əsəbləşəndə bəzi şeyləri xatırlamadığını, Bəybalanı vurubvurmadığını xatırlamadığını, Ruslanla bir-birilərinə əl-qol atamadıqlarını bildirmişdir. Cəmillə Bəybalanın onu vurması ilə bağlı verilmiş konkret suala cavab olaraq Zərərçəkmiş şəxs məhkəmə istintaqının əvvəlində Bəybalının onu sol gözündən, Cəmilin onun sağında dayandığından sağ tərəfdən başından vurduğunu, son məhkəmə iclasında isə Cəminin onu arxadan tutduğunu, Bəybalanın isə onu vurduğunu bildirmiş, məhkəmə iclasında həmin şəraitdə Cəmilin onu sağ tərəfindən baş nahiyyəsinə vurmasının mümkünlüyü ilə bağlı sual verildikdə isə zərərçəkmiş şəxs bunun mümkün olduğunu, Cəmilin onu arxadan tutduğu halda sağ tərəfdən baş nahiyyəsindən vurduğunu göstərmişdir. Göründüyü kimi zərərçəkmiş hər dəfə verdiyi ifadələrində iş üçün mühüm əhəmiyyət kəsb edən və iş üzrə düzgün nəticəyə gəlməyə imkan verən xüsusatlarla bağlı müxtəlif, biri digəri uzlaşmayan ifadələr vermişdir. Zərərçəkmiş şəxsin DİN-ni 102 xidmətinə zəng edərək VAZ 21015 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən döyülməsi barədə məlumat verdikdən sonra elə həmin gün verdiyi izahatında həmin sürücünün dostları və sürücünün özünün maşından enərək onu döyməsini, həmin izahatdan 02 ay sonra verdiyi ifadəsində yolu kəsən sürücü ilə mübahisə edən zaman kənardan tanımadığı, sonradan adları ona məlum olan, Ramana qəsəbəsində yaşayan Bəybala və Cəmil adlı şəxslər ona tərəf yaxınlaşaraq küçə söyüşləri ilə onun ünvanına nəlayiq ifadələr dediklərini, bu zaman aralarında mübahisə yarandığını, həmin vaxt Cəmil adlı şəxsin yaxasından tutub onu avtomobilinə tərəf apararaq avtomobilinə sıxdığını, Cəmilin əlindən tutub onu özündən kənarlaşdırmaq istəyən zaman, gözləmədiyi halda Bəybala adlı şəxs ona yaxınlaşaraq yumruğu ilə sol göz nahiyəsinə bir dəfə zərbə endirməsini, o da Bəybala adlı şəxsi vurmaq istədikdə Cəmil adlı şəxsin yumruğu ilə onun baş nahiyəsinə zərbə vuraraq onu yerə yıxdığını göstərməsi, məhkəmə istintaq zamanı isə sürücü ilə mübahisə edən zaman tanımadığı şəxs, adını sonradan bildiyi Cəmilin gələrək onu sinəsindən tutub qaldırdığını və öz maşınına çırpdığını, sonra tanımadığı şəxs, adını sonradan bildiyi Bəybalanın yaxınlaşdığını və onu orada döydüklərini, Cəmilin onu Ruslandan ayırdıqdan sonra kənara çəkdiyini və onu Bəybala ilə orada vurduqlarını göstərməsi onun müxtəlif dövrlərdə dəyişdirilmiş, özünün mülahizələrinə görə işin faktiki hallarını hər dəfəsində təhrif etməklə izahat və ifadələr verməsinə dəlalət edir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisədən öncə Ruslan, Cəmil və Bəybala adlı şəxslər bir birilərini tanımamış və onların hər birinin hadisə günü orada olmaları tam təsadüf nəticəsində baş vermişdir ki, bu da Zərərçəkmiş şəxs ilkin izahatında sürücü və onun dostlarının maşından enərək onu döymələrinə dair göstərdiyi xüsusatın Zərərçəkmiş şəxs öz təxəyyülünün məhsulu olmasının göstəricisidir. Həmin izahatdan iki ay sonra, yəni artıq Təqsirləndirilən şəxs2 cinayət işi üzrə şahid qismində dindirilərək hadisənin tamamilə başqa formada baş vermə mexanizmi barədə məlumat verdikdən sonra Zərərçəkmiş şəxs ilkin izahatını tamamilə dəyişərək, əvvəlki izahatı ilə ümumiyyətlə uzlaşmayan ifadə vermiş və yolu kəsən sürücü ilə mübahisə edən zaman kənardan tanımadığı, sonradan adları ona məlum olan, Ramana qəsəbəsində yaşayan Bəybala və Cəmil adlı şəxslərin ona tərəf yaxınlaşaraq küçə söyüşləri ilə onun ünvanına nalayiq ifadələr dediklərini, bu zaman aralarında mübahisə yarandığını, həmin vaxt Cəmil adlı şəxsin yaxasından tutub onu avtomobilinə tərəf apararaq avtomobilinə sıxdığını, Cəmilin əlindən tutub onu özündən kənarlaşdırmaq istəyən zaman, gözləmədiyi halda Bəybala adlı şəxs ona yaxınlaşaraq yumruğu ilə sol göz nahiyəsinə bir dəfə zərbə endirməsini, o da Bəybala adlı şəxsi vurmaq istədikdə Cəmil adlı şəxsin yumruğu ilə onun baş nahiyəsinə zərbə vuraraq onu yerə yıxdığını göstərmişdir ki, bu da məhkəmədə zərərçəkmiş şəxsin ifadələrində səmimi olmadığına və işin hallarını hər dəfəsində başqa formada təhrif etməsinə dair şübhələrin yaranmasına səbəb olur. Məhkəmə istintaqı zamanı isə zərərçəkmiş şəxs həmin ifadəsinə bir qədər də dəyişiklik edərək ilkin olaraq sürücü ilə mübahisə etdiyin, sonra hadisə yerinə Cəmil adlı şəxsin gələrək onları ayırdığını və onu kənara çəkərək maşına çırpdığını, daha sonra isə Bəybala adlı şəxsin gəldiyini və orada Cəmillə onu döydüyünü bildirmişdir. Bundan savayı, zərərçəkmiş şəxsin son məhkəmə iclasında göstərdiyi xüsusat isə onun göstərdiyi halların ümumiyyətlə real olmamasını bir daha təsdiq etmiş oldu. Belə ki, o, son məhkəmə iclasında hadisənin yeni mexanizmini göstərmişdir.Həmin mexanizmə görə Cəmil onu arxadan tutmuş, Bəybala isə onu döymüşdür. Bu xüsusatı göstərərkən zərərçəkmiş şəxs özünün əvvəlki ifadələrində Cəmilin də onu sağ tərəfdən baş nahiyyəsindən yumruqla vurmasını göstərməsini unutmuşdur. Bu zaman həmin xüsusatı dəqiqləşdirmək üçün məhkəmə tərəfindən zərərçəkmiş şəxsə sual verildikdə o, Cəmilin onu iki əli tutduğu halda sağ tərəfdən baş nahiyyəsinə vurduğunu və bunun fiziki baxımdan mümkün olduğunu göstərsə də, məhkəmə iki əli olan şəxsin hər iki əli ilə şəxsi tutduğu halda onun baş nahiyyəsinə yumruq vurmasının hansı qaydada mümkün olmasını anlamaqda çətinlik çəkir. Bundan savayı. Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində hadisə yerində həmin iki nəfər şəxsdən (Cəmil və Bəybala) birinin oğlunun da üzünə şillə vurduğunu göstərsə də, sonrakı ifadələrində bu hala ümumiyyətlə toxunmamışdır. Məhkəmə istintaqı zamanı həmin xüsusatın dəqiqləşdirilməsi üçün Zərərçəkmiş şəxs sual verildikdə o, belə bir halın baş vermədiyini və heç kəsin hadisə yerində onun oğlunu vurmadığını göstərrmiş, məhkəmə onun ifadəsində həmin xüsusatı göstərməsinin səbəbini soruşduqda isə, o həyəcanlı olduğundan bu xüsusatı ifadəsində göstərdiyini bildirmişdir ki, məhkəmə həmin hala münasibətdə qeyd edir ki, insanın həyəcanlı olduğu halda nəyisə unutması, hansısa məqamları gözdən qaçırması mümkün olsa da, həyacanlı olmasına istinad edərək özündən əlavə bir hal uydurması, olmayan bir halı göstərməsi özü-özlüyündə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı ilk gündən qərəzli ifadələr verməsinin göstəricisidir. Göstərilənləri ümumiləşdirsək zərərçəkmiş şəxs istintaq ilk günündən məhkəmə istintaqının sonunadək üç müxtəlif hadisə mexanizmi göstərmişdir: 1. Sürücü ilə mübahisə etmiş və sürücü ilə onun dostları üç nəfər olmaqla maşından enərək onu döymüşlər; 2. Sürücü ilə maşından enərək mübahisə edərkən Cəmil və Bəybala ikisi birlikdə kənardan gələrək zərərçəkmiş şəxsi döymüşlər; 3. Sürücü ilə maşından enərək mübahisə edərkən birinci Cəmil adlı şəxs gəlmiş, onları ayıraraq zərərçəkmiş şəxsi kənara çəkmiş, sonra Bəybala adlı şəxs gəlmiş və onlar ikisi Cəmillə birlikdə onu döymüşlər-həmin mexanizm özü də iki fərqli şəkildə təsvir edilir: 1. Cəmil zərəçəkmiş şəxsin sağ tərəfində, Bəybala isə sol tərəfində dayanır, Bəybala onun sol gözünə, Cəmil isə sağ tərəfdən başına vurur; 2. Cəmil iki əli ilə arxadan Rəşadı tutur, Bəybala isə onu döyür, sonra isə Cəmil iki əli onu tutduğu vəziyyətdə sağ tərəfdən onun baş nahiyyəsinə vurur. Məlum məsələdir ki, hər bir şəxsin hadisədən sonra həmin gün verdiyi ifadələri daha dəqiq, hər hansı detalını xatırlamamaq ehtimalı olmadan verilmiş ifadə hesab olunur. Lakin hazırki halda Zərərçəkmiş şəxs ilkin izahatında göstərdiyi sürücü və onun dostlarının maşından enərək onu döymələrinə dair göstərdiyi xüsusat nəinki iş üzrə dindirilmiş heç bir şahidin ifadələri, heç Zərərçəkmiş şəxs özünün də sonradan verdiyi heç bir ifadəsi ilə uzlaşmır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə “hadisə günü hadisə yerində söyüş söyüb-söyməməsi, Təqsirləndirilən şəxs1 vurub-vurmaması” barədə verilmiş suallara o, “yadımda deyil, kəllə-beyin travması almışam, mən əsəbləşəndə yadımda olmur” kimi cavab vermişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hadisənin təqsirləndirilən şəxslərin ziyanına olan hər bir nüansı yaddaşında olan şəxsin özünün ziyanına ola biləcək heç bir xüsusatı xatırlamaması real olmamaqla bir daha məhkəmədə Zərərçəkmiş şəxs hadisəni təhrif etməsinə dair yaranmış şübhələri təsdiq edir. Bundan savayı, Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclaslarında söyüş söyüb söymədiyini xatırlamadığını bildirsə də, iş materiallarında olan Rəşadla Ruslanın mübahisə etdikləri görüntüləri özündə əks etdirən diskə baxış keçirildikdən sonra məhkəmə dəqiqləşdirmək üçün Zərərçəkmiş şəxs eyni sualı verdikdə Zərərçəkmiş şəxs hadisə zamanı Ruslanın onu, onun isə Ruslanı söydüyünü etiraf etmişdir. Digər maraqlı və məhkəmədə zərərçəkmiş şəxsin səmimi olmasına şübhə yaradan məqam ondan ibarətdir ki, 28 oktyabr 2021-ci il tarixdə, saat 18:31 radələrində Zərərçəkmiş şəxs Mikayıl oğlu DİN-ni 102 xidmətinə zəng edərək VAZ 21015 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü tərəfindən döyülməsi barədə məlumat verərək həmin məlumatda digər iki nəfər şəxs barəsində heç bir məlumat verməmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs hadisənin baş verdiyi gündən başlayaraq ötən bir il ərzində müxtəlif məzmunlu və mexanizmli, tamamilə biri digərinə uyğun gəlməyən ifadələr vermiş, lakin nədənsə istintaq orqanı bu hallara əhəmiyyət verməməyi və üstündən keçməyi məqbul hesab etmişdir. Bundan savayı, zərərçəkmiş şəxsin ifadələri nəinki özünün verdiyi ifadələr, o cümlədən, iş üzrə dindirilmiş digər şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri də ziddiyyət təşkil edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs hadisə zamanı Cəmillə Bəybala tərəfindən döyülən zaman yerə yıxıldığını, vəziyyəti ilə əlaqədar öz maşınını idarə edə bilmədiyini, başqa şəxsə pul verərək həmin şəxsin onun maşınını idarə edərək birinci oğlu və anasını evə qoyaraq onu xəstəxanaya apardığını göstərsə də, həmin xüsusatlar elə zərərçəkmiş şəxsin oğlu Şahid2 və anası Sona Həsənovanın ifadələrində həmin hallara dair göstərdikləri xüsusatlarla təkzib olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin oğlu Şahid2 atasının döyülərkən yerə yıxılmadığını, hadisədən sonra xəstəxanaya özünün maşını sürərək getdiyini, onunla nənəsinin isə evə getdiklərini, atasının özünün maşını idarə edərək ilk olaraq aparıb nənəsi ilə onu evə qoyduğunu, sonra isə xəstəxanaya getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin anası Sona Həsənova isə Rəşadın necə və kim tərəfindən vurulduğunu görmədiyini, hadisədən sonra oğlunun vəziyyəti qarışdığından taksi saxlayaraq nəvəsini evə qoyub Rəşadla xəstəxanaya getdiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə göstərilən bu hallara dair ziddiyyətlər xüsusi əhəmiyyət kəsb etməsə də, zərərçəkmiş şəxsin ifadələrinin səmimi olmayan, hətta öz yaxın qohumlarının ifadələrindəki xüsusatlarla uzlaşmayan ifadələr kimi qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə həmin halları vurğulamağı vacib hesab etmişdir. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin hadisənin baş vermə mexanizmi barəsində verdiyi ifadələri səmimi olmayan ifadələr kimi qiymətləndirir və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün onun ifadələrinə istinad edilməsini (nəzərə alınsa ki, onun ifadələrinin heç bir digəri ilə uzlaşmır və məhkəmənin zərərçəkmiş şəxsin hansı ifadəsinə istinad edə bilməsi özü də müəammalıdır) düzgün hesab etmir. Məhkəmə eyni zamanda istintaq orqanının təqsirləndirilən şəxslərə AR CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan edərkən istinad etdiyi ifadələrdən biri olan zərərçəkmiş şəxsin oğlu Şahid2 ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrin tədqiq olunmasını mühüm hesab edir. Belə ki,ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə axşam saatlarında atası Zərərçəkmiş şəxs Mikayıl oğlu idarə etdiyi Tayota Prius markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisi ilə, Ramana qəsəbəsi, Şuşa şəhərciyi istiqamətinə doğru hərəkət edirmiş. Həmin vaxt nənəsi X20 və o, avtomobildə olmuşlar. Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin qarşısına çatdıqda, atası hərəkət istiqamətində Vaz 21015 markalı avtomobilin dayandığını görüb avtomobili saxlamışdır. Bundan sonra atası avtomobilin siqnalını işə salaraq Vaz 21015 markalı avtomobilin sürücüsündən ona yol verməsini xahiş etmişdir. Lakin Vaz 21015 markalı avtomobilin sürücüsü avtomobilini hərəkətə gətirməmiş, atası avtomobilin pəncərəsindən həmin şəxsə avtomobili yolun kənarında saxlamasını və onlara yol verməsini xahiş etmişdir. Lakin həmin sürücü yenə yol verməmiş, atasına dəqiq yadında deyil nəsə ağır söz demişdir, bundan sonra atası avtomobildən düşərək həmin şəxsə yaxınlaşmış, bir qədər sonra sözlə mübahisə etmişlər. Həmin vaxt kənardan tanımadığı, sonradan adları ona məlum olan, Ramana qəsəbəsində yaşayan Bəybala və Cəmil adlı şəxslər atasına yaxınlaşaraq küçə söyüşləri ilə təhqir etmişlər, buna görə də atası onlarla mübahisə etmiş, həmin vaxt Cəmil adlı şəxs atasının yaxasından tutub kənara aparmış, nənəsi və o, avtomobildən yerə düşmüşlər, Cəmil adlı şəxslə atası əlbə-yaxa olmuşlar, əvvəlcə Cəmil adlı şəxs, sonra isə Bəybala adlı şəxs atasını yumruq zərbələri ilə vuraraq yerə yıxmışlar, nənəsi və o, qışqıraraq ətrafda olan şəxslərdən kömək istəmişlər və onlara yaxınlaşaraq atasını onların əlindən almışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 hadisə zamanı maşından düşmədiyini, atasını birinci kimin vurmasını və hansı nahiyyəsindən vurduğunu görmədiyini, atasının gözündən qan gəldiyini, atasının hadisə zamanı yerə yıxılmadığını, maşının içərisində olduğundan çöldə baş verənləri yaxşı eşitmədiyini, atasının maşın sürən şəxslə (Ruslanla) mübahisə edərkən birinci Cəmilin gəldiyini, sonra iki nəfər şəxsin atasının həmin şəxslə dalaşmaması üçün kənara çəkdiklərini, Cəmilə Bəybalanın ikisinin birlikdə, yoxsa ayrı-ayrı gəlmələrini dəqiq xatırlamadığını, atasını maşına kimin çırpmasının yadında olmadığını bildirmişdir. Məhkəmə azyaşlı Şahid2 ifadələrindəki ziddiyyətləri işin həqiqi halları ilə əlaqəli şəkildə tədqiq edərək onun istintaq zamanı ifadəsinin komputer vasitəsi ilə yazılaraq qanuni nümayəndəsi olan atası, yəni biri digəri uzlaşmayan ifadələr verən Zərərçəkmiş şəxs Mikayıl oğlu tərəfindən imzalandığını, məhkəmə iclasında azyaşlı şahidin proses iştirakçılarının qarşısında audio yazı aparılmaqla dindirildiyini nəzərə alaraq onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini inandırıcı hesab edir. Göründüyü kimi, istintaq orqanının yekun nəticəyə gələrkən istinad etdiyi zərərçəkmiş şəxsin və onun oğlu Şahid2 ifadələri ilə təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə iş üzrə düzgün nəticəyə gəlinməsi və tam, hərtərəfli və obyektiv nəticəyə gəlinməsi üçün iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin əlaqəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs2 05 noyabr 2021-ci il tarixli ilkin izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı evdən Bakıxanov qəsəbəsində yerləşən 05 saylı birləşmiş uşaq infeksion xəstəxanasında müalicə alan qızı X6 yanına gedirmiş. Çünki qızı zəhərlənmişdi. O, öz “Mercedes” markalı avtomobili ilə 296 nömrəli məktəbin yanında olanda yolda hərəkətin dayandığını, kimlərinsə mübahisə etdiyini görmüşdür. O, dərhal maşından düşmüş, həmin şəxslərin yanına getmiş və onları ayırmağa başlamışdır. Onunla birlikdə oradakı digər şəxslər də onları ayırırdı.Mübahisə edən şəxslər bir-birilərini söyürdülər. “Toyota” markalı maşın sürən qıraqdan ayıranlara məhəl qoymayaraq yenə də nalayiq ifadələr işlədirdi. O, həmin şəxsin ailəsinin maşında olduğunu görüb ona etdiyinin ayıb olduğunu bildirmiş, “Toyota” markalı avtomobilin sürücüsü keçmiş polis işçisi olduğunu bildirmişdir. O, həmin şəxsin maşınının qapısını açaraq onu otuzdurmağa çalışmış, həmin şəxs isə oturmaq istəməmişdir. Bu zaman qıraqdan tanımadığı bir nəfər arıq oğlan onlara yaxınlaşmış, yaxınlaşan şəxs “niyə söyüş söyürsən küçədə?” demişdir. “Toyota” markalı avtomobilin sürücüsü həmin şəxsə yumruq vurmuş, lakin o, zərbənin həmin şəxsin hansı nahiyyəsinə dəydiyini xatırlamır. Həmin şəxs yumruq zərbəsindən sonra “Toyota” markalı avtomobilin sürücüsünə 5-6 yumruq zərbəsi vurmuş, nəticədə o, gözündən xəsarət almışdır. O və ətrafdakı şəxslər onları (yəni, Rəşadla Bəybalanı) ayırmışla. O, xəstəxanaya tələsdiyindən öz avtomobilinə əyləşib getmişdir (i.v.15-16) Həmin gün Təqsirləndirilən şəxs2 müstəntiqin sualına cavab olaraq döyülən şəxsin onu üç nəfərin döyməsi ilə göstərdiyi halın yalan olduğunu, onu orada tanımadığı bir nəfər şəxsin döydüyünü, o şəxsin isə “Toyota” markalı avtomobilin sürücüsü onu vurdu deyə cavab olaraq vurduğunu göstərmişdir (i.v. 16). İstintaqın sonrakı mərhələlərində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi, Mercedes Benz markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən 5 saylı birləşmiş uşaq infeksion xəstəxanasında müalicə olunan qızı X10 yanına gedirmiş. Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin qarşısına çatdıqda yolda hərəkətin dayandığını və bir neçə şəxsin mübahisə etdiklərini görüb avtomobildən yerə düşmüşdür. Bundan sonra o, həmin şəxslərə tərəf yaxınlaşmışdır ki, onları ayırsın, onunla birlikdə bir neçə şəxslər də onları ayırmaq məşədi ilə onlara yaxınlaşmışlar. Həmin şəxslər bir-birilərini söyürmüşlər, orada olan “Toyota” markalı avtomobilin sürücüsü, sonradan adı ona məlum olan Rəşadın küçə söyüşləri ilə mübahisə etdiyi şəxsləri söydüyünü görüb ona yaxınlaşaraq “ayıb olsun sənə, avtomobildə ailən var, sən isə təhqiredici sözlər danışırsan” demişdir. Rəşad uca səslə ona get işinlə məşğul ol deyib, əli ilə onu itələmişdir, o, da Rəşadın avtomobilində azyaşlı uşağının olduğunu görüb, qolundan tutub avtomobilinə əyləşdirmək istəmiş, Rəşad isə oturmamışdır. Həmin vaxt sonradan adı ona məlum olan Ramana qəsəbəsində yaşayan Bəybala onlara yaxınlaşaraq Tayota markalı avtomobilin sürücüsü Rəşaddan nə məsələ olduğunu soruşmuş, Rəşad isə Bəybalaya aqressiv cavab verərək əl atmış, bundan sonra onlar mübahisə etmişlər. Mübahisə zamanı Bəybala Rəşada bir neçə yumruq zərbəsi endirmiş, həmin vaxt o, ətrafda olan şəxslərlə birlikdə Rəşadı və Bəybalanı ayırmışlar. Bundan sonra öz avtomobilinə əyləşərək xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs2 əvvəlki ifadələrinə uyğun ifadə verərək göstərmişdir ki, o, həmin gün xəstəxanaya uşağa paltar aparırdı. Xəstəxanaya gedərkən görmüşdür ki, adlarını sonradan bildiyi Rəşad Ruslanı söyür. O, Rəşada yaxınlaşaraq söyüş söyməməsini və maşında ailəsinin olduğunu bildirmişdir. Bu zaman Ruslan kəsici-deşici alətlə Ruslanın üzərinə gəlmişdir. O, özünü Rəşadın qabağına verərək Rəşadı maşına tərəf aparmışdır. Sonra hadisə yerinə Bəybala gələrək demişdir ki, söyüş söyməyin. Bu zaman Rəşad Bəybalanı vurmuş, Bəybala da cavab olaraq Rəşadı vurmuşdur. Həmin zaman o, Bəybalaya demişdir ki, etmə, ailəsi, uşağı maşındadır, yaxış deyil. O, sadəcə dava zamanı Rəşadı ayırmışdır. Ondan başqa heç nə etməmiş və Rəşadı vurmamışdır. Əksinə, Rəşad həm Ruslanla, həm də Bəybala ilə mübahisə edərkən onları ayırmışdır. Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixli ilkin izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə, təxminən saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin qarşısında yerləşən “Pətək” marketdən anası X7 ilə birlikdə çıxan zaman Ramana qəsəbəsində yaşayan Cəmil adlı şəxslə sonradan adı ona məlum olan Rəşad adlı şəxsin mübahisə etdiklərini və Rəşad adlı şəxsin küçə söyüşləri ilə söydüyünü görmüş, həmin vaxt anası və ətrafda olan qadınların Rəşadın küçə söyüşlərini eşitdikləri üçün o, yaxınlaşaraq küçə söyüşləri işlətməməsini bildirmiş, həmin vaxt Rəşad adlı şəxs gözləmədiyi halda yumruğu ilə onun sol göz nahiyyəsindən bir neçə dəfə zərbələr vuraraq ona xəsarət yetirmiş, o da özünü müdafiə edərək yumruğu ilə Rəşadın sifət nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Sonra Rəşadın ailə üzvlərinin maşında olduqlarını bilmiş və yaşadığı evə getmişdir (i.v.68-70). İstintaqın sonrakı mərhələlərində Təqsirləndirilən şəxs1 Rahman oğlu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin qarşısında yerləşən “Pətək” marketdən anası X7 ilə birlikdə çıxan zaman Ramana qəsəbəsində yaşayan Cəmil adlı şəxslə sonradan adı ona məlum olan Rəşad adlı şəxsin mübahisə etdiklərini və Rəşad adlı şəxsin küçə söyüşləri söydüyünü görmüşdür. Həmin vaxt anası və ətrafda olan bir neçə qadınınların, Rəşadın işlətdiyi küçə söyüşlərini eşitdikləri üçün o, onlara tərəf yaxınlaşmışdır ki, küçə söyüşləri işlətməsin. O, əvvəlcə Rəşada ətrafda qadınların olduğunu deyib küçə söyüşləri ilə ifadələr işlətməməsini tələb etmiş, həmin vaxt Rəşad adlı şəxs gözləmədiyi halda yumruğu ilə onun sol göz və ağız nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq ona xəsarət yetirmişdir. O, da özünü müdafiə edərək yumruğu ilə Rəşadın sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Rəşadın ailə üzvlərinin idarə etdiyi avtomobildə olduğunu bilmiş və buna görə də dava-dalaşın davam etməməsi üçün yaşadığı evə getmişdir. Həmin gün müstəntiqin suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvvəllər tanımamış, onu birinci dəfə hadisə günü görmüş, tanımadığı üçün onunla heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs ona xəsarət yetirməsi ilə bağlı nə polisə, nədə ki, heç bir xəstəxanaya müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadələrə uyğun ifadə verərək göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə o, anası ilə marketdən çıxarkən görmüşdür ki, Rəşadla Ruslan mübahisə edirlər. Cəmil isə həmin vaxt onları ayırırdı. O, söyüş eşitdiyindən dava olan yerə yaxınlaşmışdır. Həmin vaxt Cəmil Rəşada deyirdi ki, otur maşına, ailən maşındadı. Həmin vaxt gördüm ki, Rəşad söyüş söyməyə davam edir. Rəşada yaxınlaşaraq demişdir ki, söyüş söyməsin, burada qız-gəlin var. Həmin vaxt Rəşad çönərək onu vurmuşdur. Bundan sonra o da özünü müdafiə etmək üçün Rəşadı vurmuşdur. Sonra Cəmil ona demişdir ki, etmə, ailəsi maşındadı. Cəmil deyənə qədər o, Rəşadın ailəsinin maşında olduğunu görməmişdir. Cəmil ona Rəşadın ailəsinin maşında olduğunu dedikdən sonra o, hadisə yerindən çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onu hadisədən 5-6 ay sonra ekspertizaya göndərmişlər, o, Rəşadı Rəşad onu vurduqdan sonra cavab olaraq özünü müdafiə etmək üçün vurmuşdur, Rəşadı söyüş söydüyünə görə deyil, onu vurduğuna görə vurmuşdur, Cəmil Rəşadı ümumiyyətlə vurmamış, əksinə ona demişdir ki, get otur maşına, o, Rəşadı vuranda isə Cəmil ona demişdir ki, etməsin, maşında Rəşadın ailəsi var. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq məqsədilə taksi vəaliyyəti ilə məşğul olur, qara rəngli Vaz 21015 markalı, ** CF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil idarə edir. 28 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Koroğlu metrostansiyasın Sabunçu rayonu, Ramana qəsəbəsinə müştəri aparırmış. Həmin müştərini Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük savxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin yaxınlığındakı "Kabel" zavodu adlanan yerdə düşürməliymiş, Ramana qəsəbəsi ərazisində hərəkətdə olduğu vaxt həmin müştəri ona 296 nömrəli məktəbin yaxınlığında yerləşən "Al" marketə girmək istədiyini deyib, avtomobili marketin qarşısında saxlamasını xahiş etmişdir. O, idarə etdiyi avtomobili maşın yolunun sol hissəsində saxlamışdır. Həmin vaxt əks hərəkət zolağı ilə kül rəngli "Toyota" markalı avtomobili idarə edən tanımadığı şəxs avtomobilini saxlayaraq ona kobud şəkildə maşınını qırağa çəkməsini bildirmiş, o, isə həmin şəxsə "normal şəkildə desən çəkərdim" demişdir. Bundan sonra həmin şəxs avtomobildən yerə düşərək ona tərəf gəlmiş, həmin vaxt o, maşından düşmüş və sözlə mübahisə etməyə başlamışlar. Lakin biribirilərinə zərbə vurmamışlar, həmin mübahisə etdiyi şəxs mübahisə vaxtı uca səslə danışırmış, bu zaman ətraflarına çoxlu şəxslər yığışmış, həmin vaxt ətrafdan tanımadığı və adını bilmədiyi uca boy bir şəxs onunla mübahisə edən "Toyota" markalı avtomobilin sürücüsünü kənara çəkib aparmışdır. O, isə öz avtomobilinin yanında dayanmış, sonra isə idarə etdiyi avtomobilə əyləşərək oranı tərk etmişdir. Sonradan nə baş verməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, hadisə saat 8-9 arası baş vermişdir, o, marketin yanında solda dayanmışdır, orada keçməyə yol var idi, lakin Rəşad özü-özünə deyinirdi, Rəşad onu maşını solda saxladığına görə nalayiq formada söymüş, o da Rəşadı söymüş və onlar qarşılıqlı surətdə bir-birilərini söyürdülər, Cəmil, Bəybala və Rəşad arasında nə baş verdiyini görməmişdir.Cəmil onunla Rəşad dava edərkən onları ayıraraq Rəşadı başqa tərəfə aparmışdır. O, solda, Cəmil, Rəşad, Bəybala isə sağ tərəfdə olduqlarından kimin kimi vurmasını görməmişdir. Cəmil onlara yaxınlaşanda demişdir ki, “qardaş şeytana lənət, cammatın anası, bacısı var, söyüş söyməyin”.Cəmil demişdir ki, “dalaşmaq istəyisiz gedin stadiona, burda camaatın ana-bacısı var”. Bəybalanı isə ümumiyyətlə hadisə yerində görməmiş, ilk dəfə burda məhkəmə zalında görmüşdür. Rəşad hadisə vaxtı sərxoş olmuşdur. Rəşadla o mübahisə edərkən artıq oraya insanlar yığışmış, yolda hərəkət dayanmışdır. Lakin Cəmil gələnə qədər onları ayıran olmamışdır. Sonra o, öz avtomobilinə əyləşərək 102-yə zəng etmiş və telefonla danışa-danışa hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, hadisə günü hadisə yerində olmuşdur. Belə ki, o, kafedə oturmuş və çöldən səs gəldiyini eşitdikdə çölə çıxmışdır. Çölə çıxdıqda söyüş səsləri eşitmişdir. Sonra Cəmil gəlib həmin şəxslərə söyüş söyməmələrini söyləmiş, Rəşadı ayıraraq kənara aparmışdır. Sonra o biri qardaş, yəni Bəybala gəlib demişdir ki, “burda söyüş olmaz, məhlədir”. O zaman Rəşad Bəybalaya yumruq atmış, bundan sonra Bəybala da onu vurmuşdur. Sonra Cəmil onları ayırmışdır. Hadisə yerində çoxlu insanların olmuş, onlar kafedən səs-küyə çıxmışlar. Rəşad Ruslanla mübahisə zamanı söyüşlə danışmış, Bəybala Rəşada söyüş söyməməsini bildirdiyi vaxt Rəşad Bəybalanı vurmuş, bundan sonra isə Bəybala da Rəşadı vurmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Sona Həsənova ifadəsində göstərmişdir ki, hadisə vaxtı Rəşadla Ruslan mübahisə edərkən üzünü görmədiyi hündür boylu bir şəxs Rəşadı itələyə-itələyə oradan aparmış və Rəşadla Ruslanı ayırmışdır. Həmin vaxt o, sevinmişdir ki,nə yaxşı kimsə bunları ayırdı. Bir qədər sonra dönəndə oğlunun gözündən qan gəldiyini görmüşdür. Rəşadı kimin vurduğunu görməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, hadisə günü oğlu Bəybala ilə mağazaya getmiş, mağazadan çıxanda səsküy eşitmişlər. Söyüş səsləri gəlirdi. Oğlu həmin şəxslərə yaxınlaşıb söyüş söyməmələrini demişdir. Həmin vaxt Rəşad onun oğlunu vurmuş, sonra isə Bəybala cavab olaraq Rəşadı vurmuşdur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X7 orada olan şəxslərin söyüş söyməsi səbəbindən oğlunun həmin şəxslərə yaxınlaşdığını, mübahisə edən şəxsləri nə onun, nə də oğlunun öncədən tanımadıqlarını, Rəşad onun oğlunu vurduqdan sonra Bəybalanın dişlərinın qanadığını və laxladığını, onun bir az aralıda dayanmasına baxmayaraq hadisəni gördüyünü, Bəybaladan başqa Rəşadı kiminsə vurmasını görmədiyini, lakin Rəşadın Bəybalanı, ondan sonra Bəybalanın Rəşadı vurmasını gördüyünü, hadisə yerində başqa adamların da olduğunu bildirmişdir. 28 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 28 oktyabr 2021-ci il tarixdə zərərçəkmiş şəxslə X9 arasında Zərərçəkmiş şəxs Ruslan Həsənova maşını yoldan çəkməsini bildirməsi, Ruslan Həsənovun isə maşını çəkməməsi nəticəsində Zərərçəkmiş şəxsla onun arasında mübahisə yaranmış, onlardan hər iki maşından enərək küçədə digər şəxslərin gözü qarşısında mübahisə etməyə başlamışlar, mübahisə əsnasında nalayiq sözlərdən istifadə edərək söyüş söymüşlər, hadisə yerinə insanlar toplanaraq yolda hərəkət dayanmış, bir qədər sonra Təqsirləndirilən şəxs2 yaxınlaşaraq Rəşadla Ruslanı ayıraraq Rəşadı kənara aparmış, lakin Zərərçəkmiş şəxs sakitləşmədiyindən və söyüş söyməyə davam etdiyindən yaxın ərazidən anası ilə birlikdə keçən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs söyüş söyməsi ilə bağlı irad bildirərək söyüş söyməməsini dedikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vurmuş, bundan sonra Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Lakin ibtidai istintaq orqanı qeyd olunan xüsusatların üstündən keçərək, həmin hallara heç bir münasibət bildirmədən, iş materiallarında AR CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi üçün Zərərçəkmiş şəxs Mikayıl oğlunun ifadəsindən savayı başqa heç bir mötəbər sübut olmadığı halda Zərərçəkmiş şəxs ifadələrini inandırıcı hesab etmiş və nəyə əsasən həmin ifadəni mötəbər sübut hesab etməsini əsaslandıra bilməmiş, digər sübutlara isə ümumiyyətlə münasibət bildirmədən hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar olmamaqla əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki işin halları ilə mübahisəsiz və birmənalı şəkildə müəyyən edilən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2, ondan bir qədər sonra isə Təqsirləndirilən şəxs1 hadisə yerinə gələnədək artıq Zərərçəkmiş şəxsla Ruslan Həsənov arasında mübahisə başlamış, hadisə yerinə insanlar toplaşmış, yolda hərəkət dayanmış və ictimai qaydanın pozulması baş vermişdir. Belə ki, məhkəmə iclasında “Təqsirləndirilən şəxs2 hadisə yerinə gələnədək artıq hadisə yerinə digər insanlar toplaşmışdır mı?” sualına məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş bütün şahidlər bu halı təsdiq edərək artıq Rəşadla Ruslan arasında başlamış mübahisə zamanı hadisə yerinə digər şəxslərin toplaşdığını və yolda nəqliyyatın hərəkətinin dayandığını təsdiq etmişlər. Bu xüsusat iş materiallarına əlavə edilmiş videogörüntülərlə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, 28 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 296 nömrəli məktəbin qarşısında baş vermiş hadisə zamanı təqsirləndirilən şəxslər ayrı-ayrılıqda bir neçə dəqiqə fərqlə hadisə yerinə gələrkən artıq həmin yerdə ictimai qayda pozulmuş, yolda nəqliyyatın hərəkəti dayanmış, Zərərçəkmiş şəxsla Ruslan Həsənov bir-birilərinə nalayiq sözlər işlətmiş (iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlər Ruslan Həsənov, Sərvin Hüseynov, Züleyxa Şirinovanın ifadələri) və bir-birilərini itələyərək mübahisə etməyə başlamışlar (həm iş üzrə dindirilmiş şəxslərin ifadələri, həm də iş materiallarında olan diskdə olan görüntülərlə bu hal da öz təsdiqini tapmışdır). Bu isə onu deməyə əsas verir ki, hadisə yerinə həmin mübahisədən sonra Təqsirləndirilən şəxs2, bir qədər isə Təqsirləndirilən şəxs1 gələrkən artıq digər mübahisə iştirakçılarının təşəbbüsü ilə (zərərçəkmiş şəxs və Ruslan Həsənovun) mübahisə başlamış və davam etmiş, ictimai qayda pozulmuş, Təqsirləndirilən şəxs2 isə oraya mübahisənin dayandırılması və həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması üçün, Təqsirləndirilən şəxs1 isə zərərçəkmiş şəxsin nalayiq sözlər işlətməsinə reaksiya verərək ona belə sözləri küçədə, başqa qadınların, qızların olduğu yerdə işlətməməsini irad kimi bildirmək üçün hadisə yerinə yaxınlaşmışlar ki, bu da onların xuliqanlıq motivi və xuliqanlıq niyyəti ilə hərəkət etmələrini birmənalı şəkildə istisna edir. Lakin təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan görünür ki, baş vermiş hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb etdiyi halda mübahisənin kimin təşəbbüsü ilə başlanması, sonradan hadisə yerinə gələn Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi vurmadan öncə zərərçəkmiş şəxsin özünün ictimai qaydanı pozması, küçədə söyüşlər işlətməsi, ona irad bildirən Təqsirləndirilən şəxs1 birinci olaraq vurması kimi xüsusatlar irəli sürülmüş ittihamda ümumiyyətlə göstərilməmiş, yalnız təqsirləndirilən şəxslərin hərəkətləri zərərçəkmiş şəxsin sözlərindən verilmiş ifadələrdəki qaydada ayrıca təsvir edilməklə, həmin hərəkətlərin zərərçəkmiş şəxsin hərəkətləri ilə əlaqəli şəkildə təhlili aparılmamış, təqsirləndirilən şəxslərin hadisə yerinə gələnə qədərki vəziyyət ümumiyyətlə görməzdən gəlinməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyətinin və meylinin nədə ifadəsi olunması kimi mühüm xüsusata toxunulmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sonuncu- “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında birmənalı şəkildə göstərilmişdir ki, əməli xuliqanlıq kimi qiymətləndirərkən “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Bununla yanaşı, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, əməli törətmiş şəxslərin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinın, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onların konkret hansı hərəkətləri ilə ifadə olunmasını onlara qarşı irəli sürülmüş ittihamda göstərmədən, hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilən şəxslərin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özüözlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Məlumdur ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Lakin ibtidai istintaq orqanı təqsirləndirilən şəxsləri xuliqanlıq cinayəti üzrə təqsirli bilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onların hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onların müvafiq əməlini AR CM-in 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə isə işin həqiqi hallarını nəzərə alaraq qeyd edir ki, hazırki halda təqsirləndirilən şəxslərin hərəkətləri nəinki cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmağa yönəlməmiş, əksinə artıq pozulmuş ictimai qaydanın bərpa edilməsinə, mübahisənin və hadisə yerində yaranmış vəziyyətin, nalayiq sözlər işlədilməsinin aradan qaldırılmasına yönəlmişdir ki, belə olan halda təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkibinin olmasından söhbət gedə bilməz. Məhkəmə işin həqiqi hallarını, iş üzrə toplanmış sübutlarının məcmusunu qiymətləndirərək, qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin əməllərində başqa cinayət əlamətlərinin olub-olmamasının müəyyən edilməsi baxımından onların hər birinin əməlinə ayrı-ayrılıqda qiymət verilməsini də məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 28 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisə zamanı hərəkətlərinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 xuliqanlıq cinayətində təqsirli olması nəinki istintaq materialları ilə sübuta yetirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə onun əməlində cinayət tərkibinin olmaması sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsindən məhkəmə istintaqı da daxil olmaqla verdiyi bütün ifadələri biri digəri ilə, o cümlədən, digər təqsirləndirilən şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə uzlaşan ifadələrindən görünür ki, o, ilk gündən Rəşadla Ruslan arasında mübahisə baş verdiyini və onların söyüş söydüyünü gördüyündən onları ayırdığını, Rəşadı kənara apardığını, onu maşınına otuzdurmağa çalışdığını, Ruslanla Rəşada “ayıbdır, söyüş söyməyin, camaatın anası-bacısı var” dediyini, sonradan hadisə yerinə Bəybalanın gəldiyini və Rəşada söyüş söyməməsini bildirdiyini, bu zaman Rəşadın Bəybalanı vurduğunu, Bəybalanın da cavab olaraq Rəşadı vurduğunu, sonra Rəşadla Bəybalanı özünün ayırdığını, Bəybalaya “ailəsi maşındadır, etmə” dediyini və bundan sonra hadisə yerindən çıxıb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən bu xüsusatlar digər Təqsirləndirilən şəxs1 ifadəsi, o cümlədən, yuxarıda ifadələri ayrı-ayrılıqda tədiq edilmiş şahidlər X4, X2 ifadələri ilə də öz təsdiqini tapmışdır. İş üzrə şahid qismində dindirilmiş Sona Həsənova isə ifadəsində oğlu Rəşadla Ruslan mübahisə edən zaman onları üzünü görmədiyi ucaboylu bir şəxsin ayırdığını və Rəşadı kənara apardığını göstərmişdir ki, iş üzrə dindirilmiş şəxslərin ifadələri və iş materiallarında olan diskdə olan görüntülərlə həmin şəxsin Təqsirləndirilən şəxs2 olması işin mübahisəsiz halıdır (zərərçəkmiş şəxs özü də məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Cəmilin onları ayırdığını və onu kənara apardığını təsdiq etmişdir). Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi kənara çəkdikdən sonra ona xəsarət yetirməsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən bu hal yalnız zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrinə əsasən təsdiq edilmiş hesab olunmuşdur ki, məhkəmə yuxarıda zərərçəkmiş şəxsin həmin ifadələrinə təfsilatlı şəkildə münasibət bildirmiş və həmin ifadələri həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirmişdir. İş üzrə dindirilmiş digər təqsirləndirilən şəxs və şahid X1 Kamalovun Zərərçəkmiş şəxs vurmadığını göstərmişlər, digər şahidlər Həsənov Ruslan və Sona Həsənova isə ümumiyyətlə Rəşadın vurulma anını görmədiklərini və onu kimin vurmasından xəbərsiz olduqlarını göstərmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 1766 №-li rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin rəydə göstərilmiş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin olması işin mübahisəsiz halı olsa da, həmin rəy aşkar edilmiş xəsarətlərin kim tərəfindən yetirilməsini təsdiq edən sübut olmamaqla digər sübutlarla yanaşı qiymətləndirildikdən və işin digər halları ilə öz təsdiqini tapdıqdan sonra həmin xəsarətlərin konkret şəxs tərəfindən törədilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Belə ki, AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi vurması və ona xəsarət yetirməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, əksinə işin halları ilə onu sadəcə mübahisənin qarşısını almağa çalışması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2021ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 296 nömrəli məktəbin qarşısında baş vermiş hadisə zamanı hadisə yerinə yaxınlaşmasında məqsəd mübahisə edən şəxslərdən biri olan Zərərçəkmiş şəxs söyüş və nalayiq sözlər işlətməsinə son qoymaq olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqın ilk günündən məhkəmə istintaqı zamanı da daxil olmaqla verdiyi ifadəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli tam orta məktəbin qarşısında yerləşən “Pətək” marketdən anası X7 ilə birlikdə çıxan zaman Ramana qəsəbəsində yaşayan Cəmil adlı şəxslə sonradan adı ona məlum olan Rəşad adlı şəxsin mübahisə etdiklərini və Rəşad adlı şəxsin küçə söyüşləri söydüyünü gördüyünü, həmin vaxt anası və ətrafda olan bir neçə qadınların, Rəşadın işlətdiyi küçə söyüşlərini eşitdikləri üçün o, onlara tərəfə yaxınlaşdığını, Rəşada ətrafda qadınların olduğunu deyib küçə söyüşləri ilə ifadələr işlətməməsini tələb etdiyini, həmin vaxt Rəşad adlı şəxsin gözləmədiyi halda yumruğu ilə onun sol göz və ağız nahiyəsindən bir neçə dəfə zərbələr vurduğunu, onun da özünü müdafiə edərək yumruğu ilə Rəşadın sifət nahiyəsinə vurduğunu, Rəşadın ailə üzvlərinin idarə etdiyi avtomobildə olduğunu bildikdən sonra hadisə yerindən çıxıb getdiyini bildirmişdir. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs2, şahidlər Züleyxa Şirinovanın və Sərvin Hüseynovun da ifadələri ilə bu xüsusat öz təsdiqini tapmış, digər şahidlər Sona Həsənova və Ruslan Həsənov isə Rəşadın kimisə vurduğunu və ya kiminsə Rəşadı vurduğunu görmədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 vurub-vurmadığını xatırlamadığını bildirmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs1 birinci zərərçəkmiş şəxsin onu vurmasına dair göstərdiyi xüsusatı inandırıcı hesab etməyərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X24 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyun 2022-ci il tarixli, 1101 №-li rəyinə (həmin rəyə əsasən Təqsirləndirilən şəxs1 bədəni üzərində, eləcə də sifət nahiyyəsində xəsarət və xəsarət izləri aşkar olunmamışdır) istinad etsə də, məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 28 oktyabr 2021-ci il tarixdə baş vermiş hadisədən 06 aydan artıq müddət keçdikdən sonra ekspertizaya göndərilmişdir ki, belə olan halda aradan keçən uzun müddət sonra onda xəsarətlərin aşkar edilməməsi inandırıcı və realdır və bu hal birmənalı şəkildə 06 ay öncə şəxsə xəsarət yetirilmədiyinə və onun yalan söyləməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Hətta bu hal istintaq orqanında və ya məhkəmədə şübhə yaranmasına səbəb olsa belə, həmin şübhə məhz təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Baxmayaraq ki, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin hər ikisi bu xüsusatı, yəni ilkin olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vurmasını istintaq dövründən bildirmişlər, istintaq orqanı 06 aydan artıq müddət keçdikdən sonra keçirilmiş ekspert rəyinə istinad etməklə, işin həqiqi hallarını araşdırmadan, hadisə yerində Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs analarının olmasına baxmayaraq onların ifadələrini almadan, hadisə yerinə çoxsaylı insanların yığışdığını göstərsə də, həmin şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı addım atmadan sadəcə zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrinə və hadisədən uzun müddət sonra keçirilmiş və məcburi qüvvəsi olmayan ekspert rəyinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən vurulmasına dair xüsusatı inandırıcı hesab etməmişdir. Məhkəmə iş materiallarında olan sübutları, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurmasına səbəb ilk olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 vurması olmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs2 hərəkətlərində cinayət tərkibinin olmaması, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə AR CM-nin 128-ci maddəsinin tərkib əlamətlərinin olması qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 əməli isə AR CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.2-ci maddəsinə əsasən məldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 57-ci bəndində göstərilmişdir ki, bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və işin hallarını tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1 əməli isə AR CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması barədə” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdə, saat 12 radələrində tutularaq 12-ci PŞ-nə gətirilmişdir (i.v.43). “Şübhəli şəxsin tutulması barədə” 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdə şübhəli şəxsi qismində tutulmuşdur (i.v.56). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs1 dərhal saxlandığı yerdən azad edilmişdir (i.v.106-108). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.109-110). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v.125-126). AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (i.v.144-145). “Axtarışda olan şəxsin tutulması barədə” 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 may 2022-ci il tarixdə, saat 12:30 radələrində tutularaq 12-ci PŞ-nə gətirilmişdir (i.v.147). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs2 dərhal saxlandığı yerdən azad edilmişdir (i.v.203-205). “Qətimkan tədbirinin seçilməsi haqqında” 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.206-207). 18 yanvar 2012-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 16 may 2010-cu il təvəllüdlü (X14) və 01 sentyabr 2008-ci il təvəllüdlü (X11) övladları var (i.v.234-235). 29 dekabr 2021-ci il və 20 oktyabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2021-ci il təvəllüdlü (X16) və 06 oktyabr 2015-ci il təvəllüdlü (X23) övladları var (i.v.236-237). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını (AR CM-nin 59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, AR CM-nin 128-ci maddəsi ilə törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu (AR CM-nin 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir və həmin cəzanın çəkilməsi ilə cəzanın məqsədlərinə nail olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, istintaq zamanı saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, üzərinə qanunla müəyyən edilmiş vəzifələr qoyulmalı, onun istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət təyin edilmiş cəzaya hesablanmaqla üzərində qəti cəza saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübut-bir ədəd “DVD- R” disk iş materiallarında saxlanmalıdır. AR CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibi olmadığından ona AR CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-636/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-636/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver