Məhkəmə qərarları › İş №1(008)-636/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-636/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-636/2025 12.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə, 2023-cü ilin yanvar ayında sosial şəbəkə üzərindən satışa çıxarılmış Şahid məxsus, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda yerləşən yarımtikili evi, 28 ay müddətində hər ay 500 manat ödəməklə 14000 manata alacağını bildirməklə, gələcəkdə həmin evi öz evi kimi qələmə verib digər şəxsə nağd pula satıb əldə ediləcəyi vəsaiti ələ keçirməyi planlaşdırıb bu niyyətlə özgənin əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə yönəlmiş cinayətin törədilməsində yararlanmaq məqsədi ilə evin qaz sayğacının öz adına keçirilməsinə və ilkin olaraq 500 manat ödəməklə həmin evdən istifadə etmək səlahiyyətini əldə etməsinə nail olmuş, dərhal sosial şəbəkə üzərindən evi satışa çıxararaq evlə maraqlanan Zərərçəkmiş şəxs evi özününkü kimi təqdim edib qaz sayğacının da öz adına olmasını bildirməklə evi 8000 manata satacağına sonuncunu inandıraraq, aldatma yolu ilə 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivindəki nömrəsiz ünvanda 500 manatını, xx.xx.2023-cü il tarixdə isə ünvan 4 ünvanda yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında 7500 manatını, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 8000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid, 2023-cü ilin yanvar ayının əvvəllərində sonuncunun Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivindəki yarımtikili evi ilə maraqlanarkən, Zərərçəkmiş şəxs isə 2023-cü yanvar ayının əvvəllərindən həmin evi sonuncuya satarkən tanımış, həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Müğənnilik etmək kimi xobbisi olduğundan sosial şəbəkə üzərindən bir neçə mahnı ifa etmiş və xeyli sayda baxış toplamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində sosial şəbəkədə xeyli baxış toplayan “Başı Bəlalı” mahnısına klip çəkdirmək istəmiş, lakin həmin klipin çəkilməsinə 10000 manatadək vəsait lazım olmuşdur. O, klip çəkdirməyə çox həvəsli olduğundan pul əldə etmək yollarını araşdırmışdır. Həmin dövürdə sosial şəbəkədəki “instagram” proqramında qarşısına çıxan elanda qeyd edilmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda yerləşən 3.75 sot torpaq sahəsindəki yarımtikili ev satılır. Düşünmüşdür ki, həmin evi uzun müddətli kreditlə ala bilərsə ucuz qiymətlə nağd pula satıb pul əldə edə bilər, kliplə məhşurlaşdıqdan sonra qazanacağı pulla vəziyyətdən çıxar. 2023-cü ilin yanvar ayının əvvəllərində həmin elanı yerləşdirən sonradan adını bildiyi Şahid yazmışdır ki, kirayədə yaşayır, 28 ay müddətində hər ay 500 manat ödəməklə evinə görə cəmi 14000 manat verə bilər. Şahid onunla razılaşmış, 2023-cü ilin yanvar ayının əvvəllərində Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivindəki yarımtikili evinin qarşısında Şahidla görüşmüşlər. O, evə baxmış, evin heç bir sənədi olmadığından Şəfa ilə razılaşmışlar ki, evin qazını onun adına keçirsin, hər ayın əvvəlində Şəfaya 500 manat ödəniş edəcək. O, Şahidla birgə “Asan” xidmətinə gedərək evin qazının sayğacını onun adına keçirmişlər. Şəfa bildirmişdir ki, yalnız ilkin ödənişdən sonra evindən istifadə etməyə razılıq verəcək. 2 gün sonra, yəni Şəfaya ilkin ödəniş etmədən, 2023-cü ilin yanvar ayının əvvəllərində Şahid evini “tik-tok” proqramında 14000 manata satışa çıxarmışdır. Lakin bunu görən Şahid dərhal ona zəng vuraraq evini almadan necə satacağını soruşmuş, o, bildirmişdir ki, narahat olmasın, güya “tik-tok”da təqibçi yığması üçün bu kimi reklamlar edir. O, Şahid inandıra bildiyindən və evin satışı barədə reklamı sildiyindən Şəfa ziddinə getməmişdir. Lakin növbəti gün yenidən evin satılması barədə “tik-tok” proqramı üzərindən elan vermişdir. Həmin tarixdə elanın şərh bölməsində sonradan adını bildiyi Zərərçəkmiş şəxs ondan evin qiymətini soruşmuş, o, şərh bölməsində yazmışdır ki, təcili pul lazım olduğundan evini ucuz qiymətə satır. Cavid onun nömrəsini alaraq ona zəng vurmuş və ev barəsində maraqlanmış, o, evinin Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda yerləşdiyini, 4 sot torpaq sahəsinin içərisində yarımtikili olduğunu demişdir. Növbəti gün, yəni 2023-cü ilin yanvar ayının ilk günlərində Cavidlə görüşərək həmin yarım tikili evə getmişlər, o, torpaq sahəsini 14000 manata satdığını söyləmiş, lakin Cavid maksimum 8000 manat düzəldə biləcəyini demiş, həmin məbləğdə pulu olmadığından razılaşmamışlar. 1 həftə gözləmiş, lakin Caviddən başqa evlə maraqlanan 2-ci şəxs olmamışdır. Çıxış yolunun qalmadığını görüb, 2023-cü ilin yanvar ayının ilk 10 günlüyündə Cavidə zəng vurub bildirmişdir ki, evi ona 8000 manata satar. Cavid onunla razılaşmış, lakin təkcə evin qaz sayğacının Cavidin adına keçirilməsi ilə Cavid kifayətlənməmiş, ondan yarımtikilinin tamamlanması üçün əlavə sənədlər istəmişdir. O, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində yaşayan qonşularla evin tikintisi ilə maraqlanarkən ona xatırlamadığı qonşular Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda tikilə biləcək evin "xxxx" MMC tərəfindən 2018-ci ildə tərtib edilmiş 2 vərəqdən ibarət layihəsini və hesabat cədvəlini təqdim etmişlər. O, həmin vərəqləri Cavidə göstərərkən sonuncu, həmin sənədlər olarsa evə görə pul verə biləcəyinə razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda yerləşən Şəfaya məxsus yarımtikili evin qarşısında güya ilkin sənədləri düzəltməsi üçün Cavid ona 500 manat beh vermişdir. O, həmin pulu şəxsi işlərinə xərcləmişdir. Qonşuların ona verdikləri Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda tikilə biləcək evin "xxxx" MMC tərəfindən 2018-ci ildə tərtib edilmiş 2 vərəqdən ibarət layihəsinin və hesabat cədvəlinin üzərindəki xatırlamadığı adı, soyadı və ata adını silərək Zərərçəkmiş şəxs adını, soyadını və ata adını yazmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək sənədlərin hazır olduğunu və qalan pulu götürüb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Asan” xidmətinin qarşısına gəlməsini bildirmişdir. Həmin tarixdə saat 17 radələrində həmin ünvanda Cavidlə görüşmüşlər, Cavidə üzlüyündə Zərərçəkmiş şəxs yazılmış, adi vərəqdən ibarət, heç bir hüquqi qüvvəsi olmayan, blankda tərtib edilməyən və üzərində hər hansı ştamp və ya möhür, eləcə də vəzifəli şəxsin imzası olmayan, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda tikilə biləcək evin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəsini və hesabat cədvəlini vermişdir. Bundan sonra 4 saylı “Asan” xidmətə girmişlər, o, qaz sayğacının Zərərçəkmiş şəxs adına keçirilməsi barədə olan razılıq ərizəsini Notariat ofisində təsdiq etdirib Zərərçəkmiş şəxs təqdim etmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Asan” xidmətinin qarşısında Zərərçəkmiş şəxs ona qalan 7500 manatı vermişdir. Bununla da Şahid evini Zərərçəkmiş şəxs sataraq sonuncudan cəmi 8000 manat pul almışdır. Şahid fikrini dəyişməsin deyə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Şahidla Qala qəsəbəsində görüşərək sonuncuya 500 manat pul ödəmişdir. İlkin ödənişdən sonra Şəfa ona evdən istifadə etməyə razılıq vermişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxslə görüşməmiş, ələ keçirdiyi sonuncu 7500 manatdan qalan 7000 manat pulu klip çəkilişinə xərcləmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində Şahid zəng vuraraq 500 manat ödənişi tələb etmiş, onun pulu olmadığından Şəfadan yayınmışdır. Şəfa bildirmişdir ki, əgər evin pulunu ödəyə bilmirsə 500 manatını geri qaytarsın evinin qazını öz adından çıxararaq onun adına keçirtsin. Artıq o, Şəfanın evini satdığından Şəfanın minnətini götürə bilməmiş, demişdir ki, ev ona lazım deyil. xx.xx.2023-cü il tarixdə Şəfa ilə Bakıxanov qəsəbəsində görüşmüş, oradakı notariat ofisində rüsüm pulunu ödəmək məqamına gələrkən Şəfa 8 manat rüsumu ödəmək istəməmiş, rüsumu ondan istəmiş, onun pulu olmadığından rüsumu verməmişdir. Odur ki, aralarında narazılıq yaranmış və işlərini yarımçıq dayandıraraq notariat ofisindən çıxmışlar. xx.xx.2023-cü il tarixdə Şəfa ilə Sumqayıt şəhərində görüşmüşlər, Şəfaya verdiyi ilkin 500 manat ödənişini sonuncu ona qaytarmışdır. O, da evin qazının Şəfanın adına keçirilməsi barədə etibarnamə vermiş və Şəfadan ayrılmışdır. 2023-cü ilin aprel ayının əvvəllərində Cavid ona zəng vuraraq bildirmişdir ki, ona satdığı evə baş çəkməyə gedərkən evin hasarında evin satılması barədə elan görüb hasardakı ***-***-**-** nömrəsinə zəng vurmuş, zənginə cavab verən Şahid evin sahibi olduğunu, 15000 manata satdığını bildirmişdir. Cavid məsələni dəqiqləşdirməsi üçün Şəfaya demişdir ki, guya evi 15000 manata alır, lakin Şəfa bir daha təsdiqləmişdir ki, ev özünə məxsusdur, evi 15000 manata sata bilər. O, Cavidə demişdir ki, guya bu kimi hal ola bilməz, anlaşılmazlıq var, məsələni araşdırıb məlumat verəcək. Həmin tarixdə hadisədən xəbərsiz olan xalası qızı Baharla birgə Sumqayıt şəhərinə gedərək Şəfa ilə görüşmüşlər. Şəfaya bildirmişdir ki, guya hələ 2023-cü ilin yanvar ayında yarımtikili evinə atası ilə birgə baxıb bəyənmiş, evi alması üçün atası ona 15000 manat pul vermişdir. Şəfaya demişdir ki, guya bu gün atası evinin hasarında “satılır” sözü gördüyündən onu evdə incidir. Şəfaya bildirmişdir ki, Şəfaya zəng vuran Zərərçəkmiş şəxs evini almaq istəmir, Zərərçəkmiş şəxs atasının göstərişi ilə torpaq sahəsinin onun tərəfindən alınıb-alınmamasına və hazırda satışa çıxarılıbçıxarılmamasına aydınlıq gətirməsi üçün Şəfaya zəng vurur. O, Şəfadan xahiş etmişdir ki, Zərərçəkmiş şəxs desin ki, guya ev dəllalıdır, satmaq istədiyi yarımtikili ev Günelə məxsusdur, guya müəyyən dövürdə Günel evini satmaq istədiyindən Günelə köməklik göstərmək istəmiş, lakin hazırda Günel evini satmadığından Şəfa da həmin evi satmır. Şəfa onun xahişini nəzərə alıb Zərərçəkmiş şəxs zəng vuracağına söz vermişdir. Bundan sonra o, Şəfanın iştirakı ilə Cavidə zəng vuraraq bildirmişdir ki, guya evini Cavidə satmazdan əvvəl evin satılmasını ev alqı-satqısı ilə məşqul olan Şahid həvalə etmiş, evi Cavidə satandan sonra bu barədə Şəfanı məlumatlandırmasını unutmuşdur. Bundan sonra onun iştirakı ilə Şəfa Cavidlə telefonda danışmışlar, Şəfa Cavidə onun dediyi qaydada məlumat vermişdir. Həmin tarixdə Cavidin istəyi ilə sonuncu ilə görüşmüşlər, Cavid demişdir ki, evi sataraq 8000 manat alması barədə qəbz yazsın. O, etiraz etməmiş, qəbzdə yazmışdır ki, “Mən Təqsirləndirilən şəxs xx.xx.1994-cü il Bakı şəhərində anadan olmuşam. xx.xx.2023-cü il tarixdə Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 sot mənə məxsus torpaq və yarımtikilini Zərərçəkmiş şəxs Firzamir oğluna 8000 (səkkiz min) manat məbləğində satmışam. Heç bir basqı altında qalmadan imzamla təsdiq edirəm, hər bir məsuliyyət mənə aiddir. İmzamla təsdiq edirəm. İmza--". O, həmin qəbzi Cavidə vermiş, lakin sonradan eşitmişdir ki, Şəfa onunla görüşdükdən sonra Cavidə zəng vuraraq hadisəni olduğu kimi Cavidə danışmışdır. Həmin vaxtdan, yəni 2023-cü ilin aprel ayından Cavid pulunu geri tələb etməyə başlamış, lakin pulu olmadığından qaytara bilməmişdir. Cavid ondan şikayət edəcəyindən işləyib Caviddən ələ keçirdiyi pulu geri qaytarması üçün Türkiyə Respublikasına getmişdir. Daha sonra bildirmişdir ki, 8000 manatı ələ keçirməsi barədə Şahid və ya xalası qızı Bahar məlumatlı olmamışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini qeyd edərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından tanıyır. 2023cü ilin yanvar ayının əvvəllərində cibinə uyğun olaraq Bakı şəhərində həyət evi alması üçün sosial şəbəkə üzərindən “tik-tok” proqramındakı ev elanlarına baxmışdır. Həmin vaxt evlərdən biri xoşuna gəlmiş və elanın şərh bölməsində evin qiymətini soruşmuşdur. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs şərh bölməsində yazmışdır ki, təcili pul lazım olduğundan evini ucuz qiymətə satır. “Tik-tok” proqramı üzərindən Günelin ***-***-**-** nömrəsini əldə edərək sonuncuya zəng vurub ətraflı olaraq evlə maraqlanmışdır. Günel ona bağ evinin Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda yerləşdiyini, 4 sot torpaq sahəsinin içərisində yarımtikili olduğunu demişdir. 2023cü ilin yanvar ayının ilk günlərində Günellə görüşərək həmin torpaq sahəsinə baxmış, Günel ona torpaq sahəsini 14000 manata satdığını söyləmiş, o, maksimum 8000 manat düzəldə biləcəyini demiş, 14000 manat pulu olmadığından razılaşmamışlar. 1 həftə sonra, yəni 2023-cü ilin yanvar ayının ilk 10 günlüyündə Günel zəng edib torpağı ona 8000 manata verəcəyini demişdir. O, Günel ilə razılaşıb ilkin sənədləri düzəltməsi üçün Günelə 500 manat beh vermişdir. xx.xx.2023-cü il tarixdə Günel ona zəng edərək sənədlərin hazır olduğunu və qalan pulu götürüb Bakıxanov qəsəbəsində yerləşən “Asan” xidmətinə gəlməsini bildirmişdir. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Asan” xidmətinin qarşısında Günellə görüşmüşdür. Günel ona 2018-ci ildə tərtib edilmiş, üzlüyündə onun adı yazılmış, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində nömrəsiz ünvanda tikilə biləcək evin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihəsini və hesabat cədvəlini vermişdir. Bundan sonra 4 saylı “Asan” xidmətinə girmişlər, Günel qaz sayğacının onun adına keçirilməsi barədə razılıq ərizəsini Notariat ofisində təsdiq etdirib ona təqdim etmişdir. O, Təqsirləndirilən şəxs inanıb sənədləri aldıqdan sonra, qalan 7500 manat pulu Günelə xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Asan” xidmətinin qarşısında vermişdir. Bununla da ev alması adı ilə Günelə cəmi 8 000 manat pul vermiş, əmin olmuşdur ki, ev onundur və Güneldən ayrılıb bir daha Günelə zəng vurmamışdır. 2023-cü ilin aprel ayının əvvəllərində torpaq sahəsinə baş çəkməyə gedərkən həmin torpaq sahəsinin hasarında torpaq sahəsinin satılması barədə elan görüb hasardakı ***-***-**-** nömrəsinə zəng etmişdir. Zənginə cavab verən, sonradan adını bildiyi Şahid evin özünə məxsus olduğunu, 15000 manata satdığını bildirmişdir. Məsələni dəqiqləşdirməsi üçün Şəfaya demişdir ki, guya evi 15000 manata alır. Lakin Şəfa bir daha təsdiqləmişdir ki, ev özünə məxsusdur, evi ona 15000 manata sata bilər. O, Günelə zəng vuraraq bildirmişdir ki, ona satdığı evinə baxmağa gedərkən evinin hasarında evin satılması barədə elan görmüş, həmin nömrəni yığarkən Şəfa adlı şəxs evin ona məxsus olduğunu demişdir. Günel bildirmişdir ki, bu kimi hal ola bilməz, anlaşılmazlıq var, məsələni araşdırıb ona zəng vuracaq. Növbəti gün Günel ona zəng vuraraq bildirmişdir ki, guya evini ona satmazdan əvvəl evin satılmasını ev alqı-satqısı ilə məşqul olan Şahid həvalə etmişdir, evi ona satandan sonra bu barədə Şəfanı məlumatlandırmasını unutmuşdur. O, dərhal Şəfanın nömrəsinə zəng vurmuş, Şəfa da eyni sözləri təkrarlayaraq evin Günelə məxsus olmasını, ev alqı-satqısı ilə məşqul olan şəxs kimi Günelə evini satmasında köməklik göstərməsini bildirmişdir. O, Günelin onu aldatmamasına inanmışdır. Lakin, 1 saat sonra Şəfa ona zəng vuraraq bildirmişdir ki, torpaq sahəsi Günelə deyil özünə məxsusdur, onunla telefonda danışarkən Günel yanında olmuşdur, Günel Şəfaya bildirmişdir ki, həmin evi alması üçün atasından 15000 manat pul alaraq xərcləmiş, atası evin satılması barədə evin hasarında elan görərək Günelə verdiyi 15000 manatı Günelin haraya xərcləməsinə aydınlıq gətirməsini istəmişdir. Günel Şəfaya demişdir ki, guya sonuncuya zəng vuran, yəni o, atasının adamlarıdır, evlə bağlı zəng vurmaqda niyyətləri həqiqətən də evin Günel tərəfindən alınıb-alınmamasını öyrənməkdir. Günel Şəfadan xahiş etmişdir ki, Şəfa ona desin ki, guya torpaq sahəsi Günelə məxsusdur. O, Şəfaya demişdir ki, Günelin atasını tanımır, həmin evi ona Günel 8000 manata satmışdır. Həmin vaxt Şəfa bildirmişdir ki, 2023-cü ilin yanvar ayının əvvələrində evi 28 ay müddətində hər ay 500 manat ödəməklə cəmi 14000 manata Günelə satmış, Günel xx.xx.2023-cü il tarixdə ona 500 manat ödəsə də, növbəti ayın 500 manatını ödəmədiyindən Günelin adına keçirdiyi qaz sayğacını yenidən öz adına keçirmişdir. O, həmin anda başa düşmüşdür ki, Günel özünə aid olmayan evi ona özünün evi kimi sataraq 8000 manatını ələ keçirmişdir. Həmin vaxtdan, yəni 2023-cü ilin aprel ayından Güneldən pulunu tələb etməyə başlamış, lakin Günel pulunu qaytarmadığından, Güneldən şikayət etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 4-6-cı vərəqələrində olan “Hadisə yerinə baxışın keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən 4 saylı Bakı “ASAN xidmət”in qarşısıdır. Cinayət işinin 58-ci vərəqində olan “1 vərəqdən ibarət izahat məzmununda yazılmış vərəqə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs yazdığı izahat formalı A4 formatında olan vərəqədə “Mən Təqsirləndirilən şəxs xx.xx.1994-cü il Bakı şəhərində anadan olmuşam. xx.xx.2023-cü il tarixdə Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 sot mənə məxsus torpaq və yarımtikilini Zərərçəkmiş şəxs Firzamir oğluna 8000 (səkkiz min) manat məbləğində satmışam. Heç bir basqı altında qalmadan imzamla təsdiq edirəm, hər bir məsuliyyət mənə aiddir. İmzamla təsdiq edirəm. İmza—“ məzmunlu yazı yazılmışdır. Cinayət işinin 60-ci vərəqində olan “1 vərəqdən ibarət ərizəyə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi ərizəyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində, Təqsirləndirilən şəxs adına olan **********02384 kodlu qaz sayğacın, Zərərçəkmiş şəxs adına keçməsinə etiraz etməməsi barədə ərizəsi Notariat ofisindəki reyestrdə 8İ-760 nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmişdir. Cinayət işinin 62-ci vərəqində olan “Torpağın üzərində tikinti aparılmasına dair hesabat cədvəlinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, 2 vərəqdən ibarət “Hesabat Cədvəli”nə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2 vərəqdən ibarət "xxxx" MMC tərəfindən tərtib edilmiş, fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlində Zərərçəkmiş şəxs ünvanı göstərilməyən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağ massivində aparılacaq tikintinin sahibi kimi göstərilmişdir. Cinayət işinin 73-cü vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yazdığı izahat formalı A4 formatlı 1 ədəd vərəqin, Təqsirləndirilən şəxs adına olan qaz sayğacının Zərərçəkmiş şəxs adına keçməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsinin və "xxxx" MMC tərəfindən tərtib edilmiş 2 vərəqdən ibarət hesabat cədvəlinin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işinin icraatının dayandırılması, qərarın surətinin icra edilməsindən ötrü Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-yə göndərilməsi və Təqsirləndirilən şəxs saxlanılqdıqda Sabunçu RPİ-nin MSY-yə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 79-cu vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli 51002/25 nömrəli axtarış işi olan xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs Türkiyə Respublikasından qayıdarkən Heydər Əliyev adına X2 saxlanılmışdır və aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 101-103-cü vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi Seymur Həsənovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması və qərarın surətinin Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 104-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 109-cu vərəqində olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 8000 manat ziyanı tam olaraq ödənildi, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və vəsatəti yoxdur, gələcəkdə də heç bir tələbi olmayacaq. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddələrinə əsasən xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs yazdığı izahat formalı A4 formatlı 1 ədəd vərəq, Təqsirləndirilən şəxs adına olan qaz sayğacının Zərərçəkmiş şəxs adına keçməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsi və "xxxx" MMC tərəfindən tərtib edilmiş 2 vərəqdən ibarət hesabat cədvəl cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (02 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs yazdığı izahat formalı A4 formatlı 1 ədəd vərəq, Təqsirləndirilən şəxs adına olan qaz sayğacının Zərərçəkmiş şəxs adına keçməsinə dair xx.xx.2023-cü il tarixli ərizəsi və "xxxx" MMC tərəfindən tərtib edilmiş 2 vərəqdən ibarət hesabat cədvəl cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar