Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-637/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Əlifman oğlunun, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi ev 21-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 26/2-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs gizli olaraq özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla talayıb təkrar oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 43-cü dalanda olan bağ evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs6 Hətəm oğluna məxsus həyətdə olan anbarın pəncərəsinin qarşısında olan dəmir barmaqlığı dəmir alətlə yerindən çıxarıb pəncərəni sıxıb açaraq saxlanc yeri hesab olunan anbara qanunsuz daxil olaraq 200 manat dəyərində bir ədəd samovarı, 80 manat dəyərində bir ədəd mis qazanı, 1100 manat dəyərində 20 ədəd müxtlif növ spirtli içkiləri, 1 metri 1,5 manat olan ümumilikdə 75 manat dəyərində 50 metr elektrik naqilini, həyətdə olan 100 manat dəyərində bir ədəd velosipedi, sonra isə həmin həyətdə olan Zərərçəkmiş şəxs6 məxsus iki mərtəbəli bağ evinin birinci mərtəbəsinin qarşısında olan dəmir barmaqlığı dəmir alətlə yerindən çıxarıb pəncərəni sıxıb açaraq yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq 700 mnat dəyərində bir ədəd “Sony” markalı televizoru və 120 manat dəyərində kişi üçün idman dəstini gizli yolla talayaraq zərərçəkmiş X2 cəmi 2375 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin noyabr ayının ortalarında, istintaqla dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs5 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 1386 nömrəli bağ evinə pəncərəni sındırmaqla qanunsuz daxil olaraq olaraq 01 ədəd 40 manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 10 manat dəyərində divar saatını, bir ədəd 80 manat dəyərində su matorunu, 01 ədəd 120 manat dəyərində somavarı və bir ədəd 20 manat dəyərində hamam güzgüsünü gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 270 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayının əvvəllərində, istintaqla dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs1 Əlifman oğluna məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 42-ci dalanda olan evə pəncərəni sıxıb açaraq qanunsuz daxil olaraq bir ədəd, ümumi dəyəri 160 manat olan ağ rəngli soyuducunu, bir ədəd, ümumi dəyəri 100 manat olan somavarı, bir ədəd, ümumi dəyəri 70 manat olan qaz sobasını, iki ədəd, ümumi dəyəri 80 manat olan su matorlarını və ümumi dəyəri 40 manat olan 100 metr uzunluğunda elektrik naqilini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 Əlifman oğluna 450 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayının əvvəllərində, istintaqla dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs3 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 42-ci dalanda olan evə pəncərəni sıxıb açaraq qanunsuz daxil olaraq olaraq bir ədəd 300 manat dəyərində “Panasonic” markalı televizoru, bir ədəd, 150 manat dəyərində somavarı və bir ədəd 200 manat dəyərində qaz sobasını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 650 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayının əvvəllərində istintaqla dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs2 Məmmədəli qızına məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evinə pəncərəni sıxıb açaraq qanunsuz daxil olaraq olaraq 100 manat dəyərində iki ədəd plastik pəncərəni, 120 manat dəyərində üç ədəd plastik pəncərəni, 40 manat dəyərində bir ədəd taxtadan hazırlanmış qapını, 400 manat dəyərində bir ədəd paltaryuyan maşını, 30 manat dəyərində bir ədəd dəmir sobanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 Məmmədəli qızma 690 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayının sonlarında, istintaqa dəqiq tarixi müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs4 məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz yaşayış massivi, nömrəsiz yarımtikilidə yerləşən bağ evinə qanunsuz daxil olaraq olaraq bir ədəd markasını bilmədiyi, ümumi dəyəri 160 manat olan laqondanı, bir ədəd markasını bilmədiyi, ümumi dəyəri 80 manat olan dreli, bir ədəd markasını bilmədiyi, ümumi dəyəri 170 manat olan pereferatoru və bir ədəd, markasını bilmədiyi, ümumi dəyəri 90 manat olan plastmas boru ütüsünü gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,420 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən 14 yanvar 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb bölməyə gətirilmiş və bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilk üç məhkəmə iclasında özünü ona CM-nin 177.2.2, 177.2.3 maddələri ilə elan edilmiş ittihamda təqsirli bilsə də, sonradan keçirilən məhkəmə iclaslarında özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, oğurluq cinayəti törətməmiş, istintaq orqanı tərəfindən ona psixi təzyiq göstərildiyindən və daha ağır cinayət əməlində təqsirləndiriləcəyi ilə təhdid edildiyindən istintaq zamanı etirafedici ifadələr vermişdir. Əslində o, ona irəli sürülmüş ittihamda göstərilən oğurluqlardan heç birini törətməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə münasibətdə isə təqsirləndirilən şəxs özünü həmin maddə ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir. 14 yanvar 2022-ci il tarixində, səhər saatlarında ehtiyacı olan narkotik vasitə heroini əldə etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Orada üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 20 manata bir büküm narkotik vasitə heroin almışdır. Aldığı heroin şəffaf sellofan bükülüdə olmuş və onu ehtiyacı yarandıqda istifadə etmək üçün üzərində saxlamışdır. 14 yanvar 2022-ci il tarixində, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onlarla birlikdə 15-ci PB-nə getməyi təklif etmişlər. O, ilk əvvəl nə üçün bölməyə getməli olduğunu soruşmuşdur. Polis əməkdaşları ona narkotik vasitəni qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə razılaşaraq 15-ci PB-nə gəlmişdir. Bölmədə barəsində şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilərək tutulması ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Daha sonra o, dövlət hesabına vəkillə təmin edilərək ümumi hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla o, tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş və həm bununla, həm də vəkilinin iştirakı olmadan şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuşdur. O, şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub- olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən şəffaf sellofan bükülüyə baxış keçirilən zaman orada saxladığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşları bükümün içərisində olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, onları 14 yanvar 2022-ci il tarixində, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 1386 nömrəli bağ evi özünə məxsusdur. 09 noyabr 2021-ci il tarixində ailə üzvləri ilə birlikdə bağ evindən çıxaraq getmişdir. 15 noyabr 2021-ci il tarixində, saat 15 rtdtlorində yenidən bağ evinə qayıtmışdır. Bu zaman fərdi evin pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu, pəncərənin isə açıq olduğunu görmüşdür. Dərhal evə baxış keçirtmiş və bu zaman evdə olan 01 ədəd 40 manat dəyərində “Samsung” markalı televizorun, 01 ədəd 10 manat dəyərində divar saatının, bir ədəd 80 manat dəyərində su matorunun, 01 ədəd 120 manat dəyərində somavarın və bir ədəd 20 manat dəyərində hamam güzgüsünün yerində olmadığını görmüşdür. Bundan sonra naməlum şəxs və ya şəxslərin fərdi evinə daxil olaraq oğurluq etdiklərini anlamış və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermişdir. Cinayət nəticəsində ona 270 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Əlifman oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivin, 42-ci dalanda yerləşən bağ evi ata-baba yurdu sayılır. Sonradan orada ev tikmiş və yay aylarında ailə üzvləri ilə orada yaşayır. Payız, qış və yaz aylarında isə ara-bir bağ evinə gələrək nəzarət etmişdir. Sonuncu dəfə oğurluq hadisəsi baş verməmişdən bir ay əvvəl bağ evinə gələrək ora nəzarət etmiş və hər şeyin qaydasında olduğunu görüb oradan getmişdir. 19 dekabr 2021-ci il tarixində, saat 12 radələrində bağ evinə nəzarət etmək üçün gəlmişdir. Bu zaman bağ evində olan fərdi evin pəncərəsinin dəmir barmaqlığının sındırılmış vəziyyətdə olduğunu, pəncərənin isə açıq olduğunu görmüşdür. Oğurluq olduğunu başa düşərək dərhal evə baxış keçirmiş və bu zaman fərdi evdə olan bir ədəd ağ rəngli soyuducunun, bir ədəd samovarın, bir ədəd qaz sobasının, iki ədəd su motorunun və 100 metr uzunluğunda elektrik naqilinin yerində olmadığını görmüşdür. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları yaşadığı evə gəlmişlər. Onlar evə baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq onlara təqdim etmişdir. Cinayət nəticəsində ona 450 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməs də, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivində yerləşən bağ evi özünə məxsusdur. Həmin bağ evində əsasən yay aylarında ailə üzvləri ilə birlikdə yaşayır. Payız, qış və yaz aylarında isə orada yaşayış olmur, ara-sıra bağ evinə gedərək nəzarət edir. 19 dekabr 2021-ci il tarixində, saat 15 radələrində nəzarət etmək üçün bağ evinə getmişdir. Bağ evinin darvazasının kilidini açaraq içəri keçmiş, daha sonra fərdi evin qapısını açaraq evə daxil olmuşdur. Bu zaman fərdi evdə olan bir ədəd 300 manat dəyərində “Panasonic” markalı televizorun, bir ədəd, 150 manat dəyərində somavarın və bir ədəd 200 manat dəyərində qaz sobasının yerində olmadığını görmüşdür. Bu zaman oğurluq olduğunu başa düşmüş və fərdi evə, eyni zamanda həyətyanı sahəyə baxış keçirtmişdir. Baxış keçirtdiyi vaxt naməlum şəxs və ya şəxslərin fərdi evin küçəyə baxan nəfəsliyini qıraraq içəri keçdiklərini və evdən oğurluq etdiklərini müəyyən etmişdir. Bundan sonra hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti mərkəzi zəng sisteminə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ- nln 15-ci PB-nin əməkdaşları yaşadığı evə gəlmişlər. Onlar evə baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq onlara təqdim etmişdir. Cinayət nəticəsində ona 650 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Məmmədəli qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən bağ evi qaynatasından onlara miras qalmışdır. Həmin bağ evində əsasən yay aylarında ailə üzvləri ilə birlikdə yaşayır. Payız, qış və yaz aylarında isə orada yaşayış olmur, ancaq mütəmadi olaraq bağ evinə gedərək nəzarət edirlər. Sonuncu dəfə bağ evində 2021-ci ilin dekabr ayının əvvəllərində olmuşdur və həmin zaman orada hər şeyin qaydasında olduğunu görmüşdür. 12 yanvar 2022-ci il tarixində, gündüz saatlarında bağ evinə baş çəkməyə getmişdir. Bağ evinin darvazasını açaraq içəri keçdiyi zaman evin pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evə baxış keçirtmiş və bu zaman fərdi evdə olan 100 manat dəyərində iki ədəd plastik pəncərənin, 120 manat dəyərində üç ədəd plastik pəncərənin, 40 manat dəyərində bir ədəd taxtadan hazırlanmış qapının, 400 manat dəyərində bir ədəd paltaryuyan maşının və 30 manat dəyərində bir ədəd dəmir sobanın yerində olmadığını görmüşdür. Bundan sonra naməlum şəxs və ya şəxslərin fərdi evinə daxil olaraq oğurluq etdiklərini anlamışdır. Oğurluq olduğunu dəqiqləşdirdikdən sonra Sabunçu RPİ-nin 15-ci PBnə yaxınlaşaraq hadisə barədə ərizə və izahat vermiş, polis əməkdaşları bağ evinə baxış keçirdərək fotoşəkillər çəkmişlər. Cinayət nəticəsində ona 690 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxozda yerləşən 0,10 hektar torpaq sahəsini bir müddət əvvəl almışdır. 2021-ci ilin sentyabr ayında orada ev tikməklə bağlı işlər başlamış və özü həmin tikintidə usta kimi işləmişdir. Həmin zaman Mirzağa adlı ustada onunla birlikdə ev tikintisində işləmişdir. Evin tikintisində özünə məxsus təmir-tikinti alətlərindən istifadə etmişdir. Fərdi evin birinci mərtəbəsinin inşası başa çatsa da, planda evin üç mərtəbəli olması səbəbindən tikinti işləri yekunlaşmamışdır. 28 dekabr 2021-ci tarixində, saat 14 radələrində tikintisi gedən fərdi evə gəldiyi zaman evdə olan markasını xatırlamadığı bir ədəd laqondanın, bir ədəd drelin, bir ədəd pereferatorun və bir ədəd plastmas boru ütüsünün yerində olmadığını aşkar etmişdir. Alətləri evdə usta işləyən Mirzağa tərəfindən götürülməsini düşündüyü üçün ona zəng etmişdir. Ondan alətləri götürüb-götürmədiyini soruşmuş, lakin Mirzağa alətləri götürmədiyini bildirmişdir. O, Mirzağaya bu barədə polisə şikayət edəcəyini bildirmiş və Mirzağa heç bir problemin olmadığını demişdir. Bundan sonra bir neç» gün gözləmiş və 02 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları yaşadığı evə gəlmişlər. Onlar evə baxış keçirtdikdən sonra ərizə və izahat yazaraq onlara təqdim etmişdir. Cinayət nəticəsində ona 500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 Hətəm oğlu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək istintaq zamanı verdiyi ifadələri təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 Hətəm oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 43-cü dalanda 12 sot torpaq sahəsi almış və həmin bağ sahəsində iki mərtəbəli bağ evi tikdirmişdir. Ailəsi ilə birlikdə yay mövsümünü həmin bağ evində qalırlar, bağ evindən köçəndən sonra həftədə bir dəfə ora gedib gəlir. Həmin bağ evinə qonşuluqda yaşayan Nəcəf adlı şəxs nəzarət edir. 26 oktyabr 2021-ci ildə saat 16-17 radələrində Nəcəf ona zəng vurmuş onun bağ evində olub-olmamasını soruşmuşdur. O, Nəcəfə bağ evində olmadığını bildirmişdir. Nəcəf isə qapının arxadan bağlı olduğunu bildirmişdir. O, Nəcəfə bağ evinin darvazasının açarının onda olduğunu bildirərək açaraq içəri baxmasını tapşırmışdır. Nəcəf isə darvazanın arxadan bağlı olduğunu ona bildirmişdir. Bu zaman o, Nəcəfə hasardan aşaraq bağa daxil olmasını və bağa baxmasını tapşırmışdır. Təxminən 15 dəqiqədən sonra Nəcəf ona zəng vurmuş və evə oğru girdiyini bildirərək bağ evinə gəlməsini demişdir. Bundan sonra o, bağ evinə gəlmiş və gəldiyi zaman həyətdə olan əl damının pəncərəsinin qarşısında olan metal barmaqlığın qırıldığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası Daxli İşlər Nazirliyinin 102 xidməti mərkəzi zəng sisteminə zəng vuraraq bağ evindən oğurluq olması barədə məlumat vermişdir. Təxminən 30 dəqiqədən sonra bağ evinə 15-ci Polis bölməsinin əməkdaşları gəlmişlər və ondan nə baş verməsini soruşmuşlar. O, polis əməkdaşlarına baş verən hadisə barədə danışmışdır. Bundan sonra o, polis əməkdaşlarının iştirakı ilə həyətdə olan əl damına baxmış və bu zaman oradan 200 manat dəyərində bir ədəd samovarın, 80 manat dəyərində bir ədəd mis qazanın, 1100 manat dəyərində 20 ədəd müxtəlif növ spirtli içkilərin, 1 metri 1,5 manat olan ümumilikdə 75 manat dəyərində 50 metr uzunluğunda elektrik naqillərinin yerində olmadığını, eyni zamanda həyətdə olan 100 manat dəyərində bir ədəd velosipedin də yerində olmadığını, oğurlandığını görmüşdür. Bundam sonra o, polis əməkdaşları ilə birlikdə bağın qapısını açmış və bu zaman qonaq otağının pəncərəsinin açıq olduğunu, pəncərinin qarşısında olan metal barmaqlığın isə qırılaraq həyətə atıldığını görmüşdür. Evə baxdıqda isə qonaq otağından 700 manat dəyərində bir ədəd Sony markalı televizorun, 120 manat dəyərində idman dəstinin oğurlandığını aşkar etmişdir. Bundan sonra həyətə çıxmış və özünə məxsus nərdivanın qonşu bağla arasında olan daş hasara söykənilmiş vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil etmişlər. 14 yanvar 2022-ci il tarixində, saat 13:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində olması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvü, bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə qeyd edilən ünvana getmişlər. Saat 13:20 radələrində qeyd edilən ünvana çatmışlar və bu zaman Təqsirləndirilən şəxs orada dayandığını görüb ona yaxınlaşmışlar, özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Sabunçu RPİ-nin 15-ci PB-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs ilk əvvəl bölməyə dəvət edilməsinin səbəbini soruşmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis kapitanı Tərlan Mayılova həvalə edilmişdir. Tərlan Mayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi1 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf siqaret sellofandakı bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nə olduğu soruşulduğu zaman o, maddənin narkotik vasitə heroin olduğunu, onu 14 yanvar 2022-ci il tarixində, səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən, üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu rayon Pİ-nin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 göstərdiyi xüsusatları təstiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş baş massivi, 1386 nömrəli topraq sahəsində yerləşən evdir. Ətrafda bir neçə yaşayış evləri vardır.Ətrafda heç bir müşahidəsi kamerası aşkar edilməmişdir (cild 01, i.v.8-10). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01, i.v.43). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, bu narkotik vasitəni 14 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir (cild 01, səh 93-94). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 6/254 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X1 üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, i.v. 101-105). “Maddi sübut kimi tanıma barədə” 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,420 qram olan heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,370 qram olan heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 01, i.v.144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 03 fevral 2022-ci il tarixli, 487 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 01, i.v. 153-154). “Baxış keçirilməsi və götürmə haqqında” 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bağlar massividir. Hadisənin baş verdiyi yer iki mərtəbəli fərdi yaşayış evidir (cild 01, i.v.166-168). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 43cü dalanda yerləşən fərdi evə gələrək həmin evdə törədilmiş oğurluqla bağlı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01, i.v.214-217). “Təqdim etmə və götürmə haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyalardan satmayaraq özündə saxladığı iki ədəd su matorunu, bir ədəd dəmir sobanı və bir ədəd “Rubric” markalı viskini təqdim etmişdir (cild 01, i.v.287). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 42ci dalanda yerləşən fərdi evə gələrək həmin evdə törədilmiş oğurluqla bağlı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 01, i.v.291-295). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 03 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 42ci dalanda yerləşən fərdi evə gələrək həmin evdə törədilmiş oğurluqla bağlı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 02, i.v.42-46). “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz yeni yaşayış massivində yerləşən fərdi evə gələrək həmin evdə törədilmiş oğurluqla bağlı istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, oğurluq etdiyi yerləri və şəraiti əyani şəkildə göstərmişdir (cild 02, i.v.169-171). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 may 2022-ci il tarixli, 9/2582 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilmişdir:
1. 02 ədəd “Marquis” markalı su matorları - 80,0 manat (02 ədədx40 manat);
2. 01 ədəd dəmir materialından olan odun sobası - 30,0 manat;
3. 01 ədəd təzə vəziyyətdə olan “Red Rubric” markalı, 0,700 litr həcmində olan spirtli içki (viski) - 30,0 manat (cild 02, i.v.246-248). “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,420 qram olan heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1, 370 qram heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd “Marquis” markalı su motorları, 01 ədəd dəmir matarialından olan odun sobası və 01 ədəd təzə vəziyyətdə olan “Red Rubic” markalı, 0,700 litr həcmində olan spirtli içki iş üzfrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 02, i.v.260-276). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, məhkəmə-əmttəşünaslıq ekspertizasının rəyi, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı keçirilən ilk məhkəmə iclaslarında verdiyi ifadələr, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla, onun AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması isə özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). AR CM-nin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. AR CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonrakı mərhələlərində özünü oğurluq cinayətində təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən hər bir oğurluq epizodu üzrə verdiyi ifadələrindən görünür ki, o, özünü həmin epizodların hər biri üzrə təqsirli bilərək cinayətin törədilmə şəraiti və mexanizmi barəsində tam təfərrüatlı ifadələr vermiş, hər bir epizod üzrə hadisə yerində ifadəsi alınarkən cinayətin törədilmə üsulu və şəraiti, o cümlədən, əmlakların haradan götürülməsi barədə dəqiq və ətraflı məlumat verərək əyani şəkildə göstərmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslərdən hər biri təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılan zaman onun cinayəti törətmə üsulu və əmlakları haradan götürməsi barədə kənar heç bir təsir və təzyiq olmadan ifadə verdiyini və oğurluq etdiyi yeri əyani şəkildə göstərdiyini bildirmişlər. Hətta məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 məhkəmə iclasında təqsirləndirilən şəxs ona onun evində oğurluq etmədiyini bildirdikdə təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişdir ki, ifadənin yerində yoxlanılması zamanı o, polis əməkdaşlarına oğurlanan əmlaklardan birinin yerini göstərərkən təqsirləndirilən şəxs ona əslində həmin əmlakın orada deyil, başqa yerdə olduğunu əyani şəkildə göstərmişdir. Bundan sonra o, həqiqətən də həmin əmlakın yerinin təqsirləndirilən şəxs tərəfindən düzgün göstərildiyinə və cinayətin məhz həmin şəxs törədildiyinə əmin olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətməməsi ilə bağlı ifadələrində səmimi olmamasını göstərən digər bir məqam onun oğurluq nəticəsində əldə etdiyi bəzi əmlakları könüllü olaraq istintaq orqanına təqdim etməsi olmuşdur ki, şəxsin oğurluq etmədiyi halda başqa şəxsin şikayət ərizəsində göstərilən əmlakların həmin şəxsdə aşkar olunması və şəxsin həmin əmlakları təqdim etməsi absurd olmaqla təqsirləndirilən şəxsin ifadələrində səmimi olmamasını bir daha təsdiq edir. Belə ki, iş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyalardan satmayaraq özündə saxladığı iki ədəd su matorunu, bir ədəd dəmir sobanı və bir ədəd “Rubric” markalı viskini təqdim etmişdir (cild 01, i.v.287). Bundan savayı, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü oğurluq cinayətlərində təqsirli bilmədiyini göstərsə də, məhkəmə iclasında dəfələrlə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmək istədiyini və bunun üçün ona vaxt verilməsini istəmişdir ki, (zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilmişdir) bu hal bir daha onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi AR CM-nin 177-ci maddəsinə münasibətdə məhkəmə istintaqı zamanı ifadələrini sonradan dəyişərək özünü təqsirli bilməməsi onun məsuliyyətdən yaxa qurtarmaq və cinayət məsuliyyətindən yayınmağa cəhd etməsinin göstəricisidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə bağlı həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlazərərçəkmiş şəxslərin ifadələri, müvafiq ekspert rəyi və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqının əvvəlində verdiyi etiradedici ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqının sonrakı mərhələlərində verdiyi ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 yanvar 2022-ci il tarixdə, saat 13:20-dən tutulmuş hesab edilmişdir (cild 01, i.v. 83). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli, 4(008)-46/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.136-139). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 10 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının qalan 04 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 02, i.v. 211-212). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli, 4(008)-284/2022 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay müddətə, yəni 14 iyun 2022-ci il tarixədək uzadılmışdır (cild 02, i.v.239-240). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 4(008)-497/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1(008)-255/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(008)-722/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş zərər tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Əlifman oğlu tərəfindən verilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməlini səmimi etiraf etməsini, gənc olmasını (AR CM-nin 59.2-ci maddəsi), oğurluq cinayətləri nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (AR CM-nin 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 64cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, hökmlə ona təyin edilmiş cəzanın qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq azad edildikdən qısa müddət sonra şərti olaraq vaxtından azad edildiyi dövrdə yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzasının qalan 04 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edildiyi dövrdə törətmişdir ki, bu da AR CM-nin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və Təqsirləndirilən şəxs AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, təyin edilmiş cəzalar AR CM-nin 66.2-ci maddəsinə qismən toplanılmaqla barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və hazırki hökmlə təyin edilmiş cəzaya AR CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1(008)-255/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 04 ay 23 gün hissəsi qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun istintaq zamanı 14 yanvar 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanunu qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(008)-722/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş və məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd “Marquis” markalı su motorları, 01 ədəd dəmir materialından olan odun sobası və 01 ədəd təzə vəziyyətdə olan “Red Rubric” markalı, 0,700 litr həcmində olan spirtli içki hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalı (CPM-132), iş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1(008)-255/2020 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1(008)-255/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 04 ay 23 gün hissəsi hazırki hökmlə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı 14 yanvar 2022-ci il tarixdən 13 iyun 2022-ci il tarixədək həbsdə saxlandığı 04 ay 29 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(008)-722/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 1,370 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş və məsul saxlanış üçün Sabunçu RPİnin saxlanc anbarına təhvil verilmiş 02 ədəd “Marquis” markalı su motorları, 01 ədəd dəmir materialından olan odun sobası və 01 ədəd təzə vəziyyətdə olan “Red Rubric” markalı, 0,700 litr həcmində olan spirtli içki hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 və 50 manat olmaqla, cəmi 164 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Nigar İmanova