Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-64/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1999-cu il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılan-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29.177.2.2, 29.177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək niyyəti ilə 13 fevral 2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidə yerləşən hüquqi şəxs olan "xxxx" MMC-in balansındakı yem fabrikinin həyətinə daş hasardan qanunsuz daxil olduqdan sonra pəncərədən içəri daxil olub, orada olan elektriklə işləyən avadanlıqları elektrik cərəyanına qoşulması üçün istifadə edilən bir metrinin qiyməti 0.30 manat olan cəmi 100 metr uzunluğunda Türkiyə istehsalı, üzəri boz rəngli izoliasiyalı, «AR-GE Kablo 1cRG59+4x0.22» yazıları olan, mis əsaslı ərintidən hazırlanmış 30 manat dəyərində elektrik naqilini, bir metrinin qiyməti 3.0 manat olan cəmi 100 metr uzunluğunda üzəri boz rəngli izoliasiyalı «Kablo Linch» yazıları olan, 14x0.75 mm diametri, mis əsaslı ərintidən hazırlanmış 300 manat dəyərində elektrik naqilini, bir metrinin uzunluğu 2.0 manat olan cəmi 100 metr uzunluğunda üzəri ağ rəngli izoliasiyalı «Prysmian Kablo» yazıları olan, 4x1.5 mm diametri, mis əsaslı ərintidən hazırlanmış 200 manat dəyərində elektrik naqilini və bir metrinin qiyməti 5.0 manat olan cəmi 100 metr uzunluğunda üzəri boz rəngli izoliasiyalı «STP Kabel» yazıları olan, 7x2x0.75 mm diametri, mis əsaslı ərintidən hazırlanmış 500 manat dəyərində elektrik naqilini kəsərək gizli yolla talayıb ələ keçirməklə, hüquqi şəxs hesab edilən zərərçəkmiş şəxs "xxxx" MMC-yə 1.030 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək niyyəti ilə 26 fevral 2022-ci il tarixdə, saat 18:30 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Savxozu adlanan ərazidə yerləşən saxlanc yeri hesab edilən mal-qara saxlanılması üçün nəzərdə tutulan fermaya giriş darvazasını əli ilə itələyib açmaqla qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 185 manat, cəmi 1.295 manat dəyərində olan 7 ədəd dəmir borular, 1 ədəd 50.70 manat dəyərindəki 3.38 metr uzunluğunda 15 sm enində olan və 1 ədəd 36.0 manat dəyərindəki 2.40 metr uzunluğunda 15 sm enində olan dəmir şvellerləri gizli yolla talayıb ələ keçirməklə, Zərərçəkmiş şəxs cəmi 1.381.7 manat dəyərində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o təkrarən tamah məqsədi ilə gizli olaraq ələ keçirmək niyyəti ilə gizli yolla 05 mart 2022-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Savxozu adlanan ərazidə yerləşən hüquqi şəxs olan "xxxx" MMC-in balansındakı yem fabrikinin həyətinə daş hasardan qanunsuz daxil olduqdan sonra pəncərədən içəri daxil olub, orada olan elektriklə işləyən avadanlıqları elektrik cərəyanına qoşulması üçün istifadə edilən bir metrinin qiyməti 0.30 manat olan cəmi 30 metr uzunluğunda Türkiyə istehsalı, üzəri boz rəngli izoliasiyalı, «AR-GE Kablo 1cRG59 +4x0.22» yazıları olan, mis əsaslı ərintidən hazırlanmış 9 manat dəyərində elektrik naqilini, bir metrinin qiyməti 3.0 manat olan cəmi 30 metr uzunluğunda üzəri boz rəngli izoliasiyalı «Kablo Linch» yazıları olan, 14x0.75 mm diametri, mis əsaslı ərintidən hazırlanmış 90 manat dəyərində elektrik naqilini, bir metrinin uzunluğu 2.0 manat olan cəmi 40 metr uzunluğunda üzəri ağ rəngli izoliasiyalı «Prysmian Kablo» yazıları olan, 4x1.5 mm diametri, mis əsaslı ərintidən hazırlanmış 80 manat dəyərində elektrik naqilini və bir metrinin qiyməti 5.0 manat olan cəmi 84 metr uzunluğunda üzəri boz rəngli izoliasiyalı «STP Kabel» yazıları olan, 7x2x0.75 mm diametri, mis əsaslı ərintidən hazırlanmış 420 manat dəyərində elektrik naqilini kəsərək 3 ədəd torbalara yığdıqdan sonra ələ keçirmək məqsədilə oradan aparmaq üçün avadanlıqlar quraşdırılmış otaqdan çıxarıb yem fabrikinin həyətinə aparan zaman orada mühafizəçi işləyən Şahid3 gəlməsini görüb həmin naqilləri oradan qoyub getmək məcburiyyətində qalaraq öz iradəsindən asılı olmayan səbəbdən bilavasitə cinayət törətməyə yönəldilmiş əməlini başa çatdıra bilməməklə ümumi dəyəri 599 manat qiymətində kabellərini gizli olaraq talamağa-oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük Savxozu adlanan ərazidə ünvansız fərdi yaşayış evində arvadı və azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. Maddi vəziyyəti yaxşı olmadığından və maddi ehtiyacı yarandığından oğurluq edərək dolanışığını təmin etməyə çalışmışdır. Bu məqsədlə 13 fevral 2022-ci il tarixdə, təxminən saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan ünvanda taxıl anbarı kimi tanıdığı obyektdə hasardan keçərək ora daxil olmaq qərarına gəlmişdir. Piyada həmin taxıl anbarının qarşısına gəldikdən sonra hasardan içəri daxil olmuşdur. Sonra aparatla çəkilən naqilləri görmüş və həmin naqillər elektrik şəbəkəsinə qoşulmadığından həmin naqilləri hissə-hissə kəsib aparsın, pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra təxminən bir saat ərzində həmin aparatlara çəkilən müxtəlif ölçülü elektrik naqilləri 150- 200 metr uzunluğunda bıçaqla kəsmiş və hissələrə bölmüşdür. Həmin naqilləri orada olan boş yararsız yem kisələrinə doldurmuş, təxminən 4 kisə naqil doğramış, həmin naqilləri həmin zaman aparıb çox vaxt getməsin deyər əritməyi fikirləşmiş, yerdə qalan naqilləri isə sonra gəlib kəsib aparmağı planlaşdırmışdır. Həmin kisələri yem fermasının yaxınlığından keçən su kanalının yanına aparıb orada yandıraraq əritmiş, təxminən 15 kq mis əldə etmişdir. Bundan sonra həmin misi torbaya dolduraraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu adlanan ünvanda fəaliyyət göstərən, mis qəbulu ilə məşğul olan adı sonradan ona məlum olan Rəşad adlı şəxsin metal qəbulu məntəqsinə gətirmişdir. Rəşada yaxınlaşaraq həmin metalın ona məxsus olduğunu və fəhləlik edərək əldə etdiyini demişdir. Həmin şəxs də ona inanmış, həmin misi çəkərək kq-nı 11 manat ödəməklə ondan almışdır. Rəşad bunun üçün ona 152 manat pul ödəmiş, o da əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o 26 fevral 2022-ci il tarixdə yenidən maddi imkanı olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Bu dəfə yaşadığı evin yaxınlığında yerləşən Talehə məxsus fermadan oğurluq etmək qərarına gəlmişdir. Həmin ferma uzun müddətdir ki. heç bir fəaliyyət göstərməmişdir. Fermanın sahibi Talehi tanıyırdı. Ferma tikiləndə orada fəhlə kimi işləmişdir. Həmin fermaya giriş-çıxışın olmadığını görüb, dəmir metalları oğurlayıb sataraq pul əldə edib ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Fermanın qarşısına gələrək darvazasını qapısını əli ilə itələyərək açmış, içəri keçib ətrafa baxış keçirərkən yerdə dəmirlərin olduğunu görmüşdür. Həmin dəmirlər iki ədəd şveller və üç ədəd dəmir borulardan ibarət olmuşdur. Dəmir boruları və dəmir şverləri sürüyərək fermanın qarşısına çıxartmış və hasarın kənarına toplamışdır. Sonra həmin yükləri daşıyıb satmaq üçün qəsəbənin yolunun kənarına çıxmışdır ki, avtomobil tapıb həmin yükləri metal qəbulu məntəqəsinə aparıb satsın. Həmin vaxt yolun kənarında keçən «Qazel» markalı yük avtomobilini saxlatmış, sürücüyə işlədiyi fermada olan dəmir boruları və dəmir şverləri satmaq məqsədilə daşıdığını demişdir. Həmin şəxs də ona inanmış və 20 manat müqabilində həmin dirəkləri və dəmir şverləri yük maşınına toplayaraq Rəşadın işlətdiyi opbyektə apararaq 150 manata satmışdır. 05 mart 2022-ci il tarixdə günorta saat 12:00 radələrində Nurlanın dükanına gedərək ondan nisyə iki ədəd «Baltika 9» pivə və bir ədəd siqaret almış, Nurlana 10 manat borcu yaranmışdır. Sonra pivənin birini içə-içə yaşadığı evə gəlmiş, Nurlana 1-2 saata pulu evdən gəlib apara biləcəyini demişdir. Həmin günü saat 13:00 radələrində yenidən həmin yem fakrikinə daxil olaraq oradan naqilləri oğurlamaq qərarına gəlmişdir. Həmin yem fakrikin qarşısına gəlmiş və ətrafda kimisə görməmişdir. Fakrikin həyətinin giriş darvazanın üzərindən aşaraq içəri daxil olmuş, sonra da fakrikin yem hazırlamaq üçün aparatlar quraşdırılmış hissəsinə qapısından daxil olmuşdur. O, yenidən orada olan aparatlara çəkilmiş elektrik naqillərini təxminən bir saat ərzində özü ilə gətirdiyi bıçaqla kəsmiş və torbalara doldurmuşdur. Təxminən 40 metr uzunluğunda mis naqilləri kəsmiş, həmin naqilləri üç ədəd torbaya doldurmuş və oradan çıxararaq giriş qapısının qarşısında sağ tərəfə qoymuşdur. Həmin vaxt orada mühafizəçi işləyən Elburus adlı şəxsin itinin onun olduğu tərəfə gəldiyini, həmçinin Elburusun da əlində ağac ona tərəf gəldiyini görmüşdür. O, tutulacağından qorxduğu üçün dərhal ora qoyduğum nərdivandan aşaraq çölə çıxmış və yaşadığı evə gəlmişdir. Sonra gedib həmin naqilləri aparacağını düşünmüşdür. Həmin vaxt Nurlan yaşadığı ünvana gələrək ondan borcunu istəmiş, o da Nurlana olan 10 manat borcunu vermişdir. Bundan sonra Nurlan yaşadığı evə doğru getməyə başlamış, o da onunla birlikdə həmin yem fabrikinin yanına qədər gəlmiş, yolda gələrkən qonşusu Surxay da yanına gəlmiş və ona bir ədəd siqaret vermiş, sonra Surxay çıxıb getmişdir. O, Nurlanın uzaqlaşdığını gördükdən sonra yenidən həmin yem faktrikinə daxil olmuş, kəsdiyi naqilləri aparmaq qərarına gəlmiş, çünki fikirləşmişdir ki, Elburus onun gizlətdiyi naqilləri görməmişdir. O, hasardan içəri daxil olmuş və naqillər olan torbanın birini götürüb nərdivanın yanına gətirmiş, ikinci kisəni də ora aparmaq istəyəndə Elburusun itinin gəldiyini görmüş və kisəni yerə ataraq nərdivanla çölə çıxmışdır. O, çölə çıxıb küçə ilə qaçanda orada işləyən digər mühafizəçi İsmayıl onu görərək tutub saxlamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi YYM-də nömrəsiz evdə yaşayır. Fərdi qaydada fermer təsərrüfatı ilə məşğul olur. Ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Ramana Savxozu adlanan ərazidə yerləşən 20 sot torpaq sahəsində ferması vardır. Həmin fermanı yeni inşa etdiyindən hələki orada mal-qara saxlamağa başlamamışdır. Lakin mütamadi olaraq həmin fermaya baş çəkirdi. 28 fevral 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Savxozu adlanan ərazidə yerləşən fermaya baş çəkmiş və yaşadığı evə gəlmişdir. 05 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində həmin fermaya yenidən baş çəkməyə getmişdir. Fermaya baş çəkməyə gedəndə fermanın həyətində yerləşən 7 ədəd diametri 200 mm, uzunluğu isə 5 metr olan 7 ədəd dəmir borular və 2 ədəd hər birinin təxmini uzunluğu 3.5 metr olan dəmir şverlərin oğurlandığını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, müəssisədə quraşdırma işlərinə nəzarət edir. Həmin müəssisəyə Şahid3 və Şahid4 mühafizəçi kimi işə götürmüş və onlar da orada gündəlik rejimdə işləmişlər. İşlədiyi müəssisə iki hissədən, həm yem fabriki istehsal edilən hissədən və kəsim hissəsindən ibarət olmuşdur. Həmin müəssisə icarəyə verilsə də hələ fəaliyyətə başlamamışdır. Həmin müəssisədə olan avadanlıqlar işlədiyi "xxxx" MMC-in balansında olmuşdur. 05 mart 2022-ci il tarixdə günorta saatlarında Elburus zəng edərək demişdir ki, yem fabrikinin içərisinə naməlum şəxs daxil olaraq elektrik kabellərini kəsərək torbaya yığmışdır. Bundan sonra həmin fabrikə gəlmiş və elektrik kabellərinin çox hissəsi oğurlanaraq aparıldığını görmüşdür. Yerdə qalan hissəsi isə 3 ədəd torbalara yığılmışdır. Bundan sonra şübhələnmişlər ki, həmin şəxs gəlib kabelləri aparacaqdır. Bu barədə İsmayıla da zəng edib demiş və o da gəlib baxmışdır. Sonra o və Elburus içərida dayanaraq gözləmiş, İsmayıl isə çöldə dayanaraq gözləmişdir. Təxminən 1 saatdan sonra İsmayıl ona dmişdir ki, bir nəfər içəri daxil olmuş və onu görən kimi qaçıb getmişdir. Bundan sonra İsmayıl zəng edərək Füzulini saxladığını bildirmişdir. O da ora gəlmiş və Füzuli ona demişdir ki, kabelləri o oğurlamışdır. Bundan sonra 12-ci PŞnə gedərək bu barədə şikayət etmişdir. Bundan sonra həmin kabellərə baxış keçirilmişdir. Həmçinin həmin kabellərə baxış keçirən zaman ona məlum olmuşdur ki, kisələrin içərisində 184 metr kabel və naqillər olmuşdur. Həmin kabellərin 30 metr uzunluğunda Türkiyə istehsalı olan boz rəngli «AG-GE Kablo» firmasına məxsus mis naqil, 30 metr uzunluğunda «Kablo Linch» firmasına məxsus 14-lük mis naqil və 40 metri isə ağ rəngli «Prysmian kablo» markasına məxsus və 84 metr üzəri boz rəngli izoliasiyalı «STP Kabel» yazıları olmuş naqil olmuşdur. O, sonradan həmin yem zavoduna baxanda məlum olmuşdur ki, həmin naqillərdən başqa oradakı avadanlıqları elektrik cərəyanına qoşmaq üçün təxminən 100 metr uzunluğunda ağ rəngli «Prysmian kablo» markasına məxsus naqil, 100 metr uzunluğunda «Kablo Linch» firmasına məxsus 14-lük mis naqil, 100 metr üzəri boz rəngli izoliasiyalı «STP Kabel» yazıları olan və 100 metr uzunluğunda Türkiyə istehsalı olan boz rəngli «AG-GE Kablo» firmasına məxsus mis naqil oğurlanmışdır. Həmin oğurlanmış naqillərlə kəsilmiş naqillərin ümumilikdə qiyməti 5.000 manat olmuşdur. Lakin həmin naqillərin çəkilməsi üçün də müəssisəyə təxminən 5000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, qeyri-rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi «Südçülük Savxozu» adlanan ərazidə yerləşən "xxxx" MMC-in balansında yerləşən yem fabtikində mühafizəçi işləyir. Sutkalık rejim əsasında işləyir. Ondan başqa həmin fabrikdə Şahid4 da növbəlik əsasında mühafizəçi işləyir. Belə ki, o, 24 saat ərazində növbədə olduqdan sonra növbəni onunla dəyişir. İşlədiyi fabrikə nəzarəti Nümayəndə edir və hər ikisini həmin müəssisəyə işə o götürmüşdür. İşlədiyi müəssisə iki hissədən, həm yem fabiki istehsal edilən hissədən, həm də kəsim hissəsindən ibarətdir. Hadisədən 1 ay əvvəllə qədər adətən hər iki hissəyə nəzarət etsələrdə, sonrada yem istehsal olunacaq hissə başqa adama icarəyə verildiyindən ora nəzarət etməmişlər. Lakin həmin müəssisənin rəhbərliyi xahiş etmişdir ki, aradabir ora da baxsınlar. Buna görə də arada bir həmin müəssisəyə gedərək işıqlarını yandırmış və göz gəzdirmişdir. 05 mart 2022-ci il tarixdə günorta saatlarında yem fabrikinin həyətinə çöl tərəfdə olan su matorunu işə salmaq üçün gəlmişdir. Bu zaman yem fabrikində avadanlıqlar quraşdırılan hissəsinin qapısını açıq vəziyyətdə görmüş, həmin yerin qapısının əvvəlcədən bağlı olmasını gördüyündən, kiminsə ora gəldiyini düşünmüşdür. Buna görə də dəqiqləşdirmək üçün növbə yoldaşı İsmayıla zəng edərək onun növbəsində yem fabrikinə işçilərdən kiminsə gəldiyini soruşmuşdur. İsmayıl həmin yem fabrikinə kiminsə gəlmədiyini görməmişdir. Bundan sonra bu barədə Dadaşa mobil telefonla zəng edib məlumat vermişdir. Təxminən 25 dəqiqədən sonra Dadaş İsmayılla birlikdə oraya gəlmişlər. Bundan sonra onlar fabrikin avadanlıqlar quraşdırılmış hissəsinə baxanda görmüşlər ki, avadanlıqlara çəkilmiş elektrik naqilləri kəsilmiş və 3 ədəd torbalara toplanaraq qapının çöl tərəfində həyətdə qoyulmuşdur. Həmin vaxt İsmayıl demişdir ki, həmin yerə gedərkən küçədə tanışı İsmayılı iki nəfər ayrı-ayrı şəxslrlə söhbət edən zaman görmüşdür. Bundan sonra həmin şəxslərdən kiminsə içəri daxil olmasını gözləmişlər. Təxminən 1 saat ərzində orada gözləmişlər. Belə ki, o yem fabrikinin həyətində, İsmayıl isə çöl tərəfdə dayanaraq onlara nəzarət etmişdir. Təxminən bir saatdan sonra İsmayıl zəng edərək demişdir ki, həmin şəxslərdən ikisi çıxıb getmiş, Füzuli isə hasardan içəri daxil olmuşdur. O da dərhal yem fabrikinin qapısının qarşısına gələndə görmüşdür ki, bir nəfər şəxs içərisində naqillər olan torbanın birini hasardan atmaq istəyir. O da uzaqdan qışqırmış və bu zaman həmin şəxs torbanı yerə tullayaraq oradan qaçmışdır. Onun qaçdığı yerə gəlmiş, lakin onu görə bilməmişdir. Təxminən 10 dəqiqədən sonra çölə çıxanda görmüşdür ki, Dadaş və İsmayıl, Füzuli və başqa bir nəfər şəxslə birlikdə yanlarına gəlir və oradan da 12-ci PŞ-nə getmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Qurbanov X2 Elbrus İslam oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün yaşadığı evin qarşısında üzü küçəyə olan tərəfdə ərzaq dükanı açmışdır. Təxminən 2 ildir ki, oranı həm də metal qəbulu kimi işlədir. Füzuli adlı şəxslə şəxsi tanışlığı yoxdur. Füzuli söküntüdə işlədiyini bildirmiş və bir neçə dəfə ona metal gətirib satmışdır. Füzuli 2 ədəd 3.5 metr uzunluğunda olan şebelləri, bundan əlavə 3 ədəd 3 metrlik 200-lük turbaları ona satmışdır. Həmin vaxt Füzulinin ona satdığı dəmir məmulatları tərəzidə çəkmiş həmin dəmir məmulatların ümumi çəkisi 550 kq olmuşdur. Həmin dəmir məmulatları 36 qəpikdən hesablamış və ümumilikdə Füzuliyə həmin vaxt 200 manat pul vermişdir. Bundan başqa 13 fevral 2022-ci il tarixdə, saat 17:00 radələrində Füzuli təxminən 15 kq çəkisində mis gətirib ona satmış, o da mislərə görə Füzuliyə cəmi 150 manat pul vermişdir. Həmin vaxtdan sonra isə Füzulini ümumiyyətlə görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə Ağsu rayonu, Qiyaslı kəndində qeydiyyatda olsada, Təqsirləndirilən şəxs onunla qonşuluqda kirayədə yaşayır. Həmçinin tanışı Səbuhi adlı şəxsə məxsus Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən «Canpolad» adlı marketdə arada bir işi olduqda gedib ona köməklik edirdi. Təqsirləndirilən şəxs ilə təxminən 4 ay olar ki, tanış olmuşdur. Təqsirləndirilən şəxs çalışdığı marketə gələrək tütün məhsulları, çörək, spirtli içkilər almış, maddi vəziyyəti yaxşı olduqda nağd şəkildə ödəniş etmiş, imkanı olmadıqda isə borclu qalmışdır. 05 mart 2022ci il tarixdə səhər saatlarında marketdə olarkən Füzuli çalışdığı marketə gələrək spirtli içki, tütün məhsulu və evinə müxtəlif əşyalar alaraq borclanmış və ona aldığı məhsulları marketin borc siyahısına yazmasın, 2 saat ərzində 10 manatı əl-bə-əl verəcəyini bildirmişdir. O da razılaşmış, lakin daha sonra Füzuli mobil zənglərinə cavab vermədikdə marketdən çıxaraq onun yaşadığı ünvana getmiş, Füzuli ilə görüşmüş və 10 manat borcunu verməsini demişdir. Füzuli bu zaman onun 10 manatını verdikdən sonra birlikdə piyada işlədiyi marketə doğru hərəkət etmişlər. Orada yerləşən Yem fabrikinin yanına çatanda Füzuli ona burada işi olduğunu, çıxıb getməsini demişdir. Bundan sonra işlədiyi marketə gəlmişdir. Təxminən 2 gündən sonra bilmişdir ki, Füzuli həmin yem fabrikindən oğurluq edərkən mühafizəçilər tərəfində tutulmuşdur. Təqsirləndirilən şəxs ona həmin yem fabrikindən oğurluq edəcəyi barədə hər hansı məlumat verməmiş və bu barədə onun da məlumatı olmamışdır. İş üzrə keçirilmiş və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Eksperizası Mərkəztinin 9/2201 saylı, 29 aprel 2022-ci il tarixli məhkəmə əmtəşünaslıq «ərzaq və sənaye mallarının əmtəəşünaslıq» ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir. 01 metr Türkiyə istehsalı, üzəri boz rəngli izoliasiyalı, «AR- GE Kablo 1cRG59+4x0.22» yazıları olan, mis əsaslı ərintidən hazırlanmış elektirik naqili-0.30 manat; 01 metr üzəri boz rəngli izoliasiyalı «Kablo Linch» yazıları olan, 14x0.75 mm diametri, mis əsaslı ərintidən hazırlanmış elektirik naqili-3.0 manat; 01 metr üzəri ağ rəngli izoliasiyalı «Prysmian Kablo» yazıları olan, 4x1.5 mm diametri, mis əsaslı ərintidən hazırlanmış elektirik naqili-2.0 manat; 01 metr üzəri boz rəngli izoliasiyalı «STP Kabel» yazıları olan, 7x2x0.75 mm diametri, mis əsaslı ərintidən hazırlanmış elektirik naqili–5.0 manat; 3,38 metr uzunluğunda 15 sm enində olan dəmir şvellər-50.70 manat (3,38x15 man); 2,40 metr uzunluğunda 15 sm enində olan dəmir şveller-36,0 manat (2,40mx15man). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən doldurulmuş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)32/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmdən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(008)251/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)32/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkm olunmuş Təqsirləndirilən şəxs barəsində «8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məcləsinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)199/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qət imkan tədbiri seçildiyindən və tutmanın əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmaqla cəzanın çəkilməmiş hissəsi 10 (on) ay, 10 (on) gün təşkil edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29.177.2.2, 29.177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş-oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə və cinayət etməyə cəhd cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadə və göstərdikləri və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29.177.2.2, 29.177.2.3-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə, onların barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmamasını, dəymiş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Oğurluğa, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1 №li, 03 mart 2005-ci il tarixli Plenumunun qərarından görünür ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə alınmalıdır ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəssiz götürülməsi və bu əmlakını təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət işinin materiallarında olan 09 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.,61). Cinayət işinin materiallarında olan 11 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,84). Cinayət işinin materiallarında olan 4(008)199/2022 saylı, 11 mart 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 mart 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,100). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, onun əvvələr analoji cinayət törətməsini, məhkum olunmasını, lakin islah olunmamasını, cəza çəkdiyi dövrdə yenidən cinayət törətməsini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını «ümumi rejimli» cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər-«ümumi rejimli» cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəza çəkirlər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» mart 2022-ci il tarixdən hesablanmalıdır. Cinayt Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Bakı şəhəri, Sabunçu RPİ-in saxlancında saxlanılmış naqillər və iki ədəd şveller sahiblərinə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 177.2.2, 177.2.3, 29.177.2.2 və 29.177.2.3-cü maddələrinə əsasən «02» (iki) il, 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)32/2021 saylı, 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş «10» (on) ay, «10» (on) gün hissəsi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (01 günə 02 gün) «05» (beş) ay, «05» (beş) gün hesablansın və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və qəti olaraq Təqsirləndirilən şəxs üzərində «02» (iki) il, «06» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını «ümumi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «09» mart 2022-ci il tarixdən hesablansın. 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi 180 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Bakı şəhəri, Sabunçu RPİ-in saxlancında saxlanılmış naqillər və iki ədəd şveller sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəh., Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №1(008)-64/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-64/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver