Məhkəmə qərarları › İş №1(008)-64/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-64/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-64/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təsiredici miqdarı 3,1 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 52 ədəd tramadol hidroxlorid tərkibli dərman preparatı və 1,2 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan 4 ədəd preqabalin tərkibli dərman preparatını əldə edib üzərində saxlamaqla həmin preporatlardan bir qismini tanışı Şahid3 satmaq üçün birgə razılığa əsasən təyin edilmiş yerə qədər yəni, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət föstərən «Arzu» şadlıq evinin arxasına qədər daşımış, 05 may 2024-cü il tarixdə saat 20:00-da Sabunçu RPİ- nin NMB-nin əməkdaşları tərəfindən xidməti ərazidə gəzinti zamanı bundan 3 dəqiqə öncə həmin yerdə olmuş Şahid3 hərəkətləri şübhə doğurduğundan ona verilmiş sorğu-suallara cavab olaraq məhz narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Təqsirləndirilən şəxs almaq üçün orada gözləməsi barədə vermiş olduğu məlumat əsasında aşkar sürətdə hadisə başında ifşa olunub həmin ünvanda və yerdə saxlanılaraq 13-cü PŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan şortikin sağ yan cibindən 01 ədəd dəmir və 01 ədəd kağız qutuları çıxarıb təqdim etmiş və həmin qutulara baxış zamanı içərisində üzərində «Tramadol 50mg» markalanma göstəricisi olan ağ-göy rəngli kapsul hər birində 0,05 qram tramadol hidroxlorid olmaqla cəmi 62 (altımış iki) ədəd həbdən ibarət tramadoi hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 3,1 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan tramadol hidroxlorid tərkibli dərman preparatı, üzərində «PA... PAD ...preqabalin... 300» markalanma göstəricisi olan, ağ-qəhvəyi rəngli, kapsul formalı hər birində 0,3 qram preqabalin olmaqla cəmi 4 (dörd) ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxın müddətdir ki, güclü təsir edən tramadol həbindən sümük yeyilməsi xəstəliyi ilə bağlı olaraq istifadə edir. Həmin dərmanları yalnız öz istifadəsi üçün əldə etmiş və heç vaxt dərmanların satışını həyata keçirməmişdir. 2021-ci ildə qeyd edilən dərmanları almaq üçün resepti olsa da, həmin vaxtdan sonra vaxt edə bilmədiyi üçün resept almamış və reseptsiz həmin dərmanları pul qarşılığında almağa başlamışdır. Ayaq sümüklərinin 70 faizi əridiyi üçün həmin dərmanlardan istifadə edir. İstifadə etdiyi dərmanları “Qara Bazar” adlanan yerdən alırdı. Hər zaman çox alırmış ki, uzun müddət istifadə edə bilsin. Polis əməkdaşları 06 may 2024-cü il tarixdə, saat 7-8 radələrində onu saxlayaraq 13-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsinə aparılan zaman onun yanında heç kəs, o cümlədən, Hüseyn adlı şəxs olmamışdır. İbtidai istintaq zamanı da nə Elmiri, nə də Hüseyni görməmişdir. Ona polis bölməsində zor tətbiq edilmiş və bütün sənədləri təsir-təzyiq altında oxumadan imzalamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs davamlı olaraq üzərində dərman gəzdirmədiyini, həmin gün dərmanları uzun müddət istifadə etməsi üçün çox aldığını, həm də dərman aldığı şəxsin az miqdarda sifariş olduqda onun çağırdığı yerə gəlmədiyini, həmin şəxsi yaxından tanımadığını, sadəcə üzdən tanıdığını, özünün sümük əriməsindən əziyyət çəkdiyini, xəstəxanada müalicə alarkən həmin dərmanlardan istifadə üçün ona həkimlərin verdiyini, müalicəsi bitdikdən sonra isə həkim resepti olmadan da həmin dərmanları əldə edib qəbul etdiyini, aldığı dərmanlardan heç kimə satmadığını, ona polis idarəsində zor tətbiq edildiyini və təsir-təzyiq göstərildiyini, Hüseyn adlı şəxsi tanıdığını, Hüseynin yağ dəyişmə məntəqəsində işlədiyini, Elmiri isə su filtri işi ilə məşğul olan şəxs kimi tanıdığını, Xaçmazdan alma gətirərək burada satdıqlarını, dənə ilə alma qoyub satmadığını, anasının ekler bişirib satmaqla məşğul olduğunu, polis İdarəsində ondan dərmanların satışı ilə bağlı ifadə alınmadığını, yalnız öz istifadəsi ilə bağlı ifadə verdiyini, Elnura pul borcu olduğundan Elnurun ona sms yazaraq ağrıları olduğunu, həkimə getməli olduğunu bildirərək borcunu nə vaxt qaytaracağını soruşduğunu, sadə telefon işlətdiyi üçün hər kəsin onunla sms vasitəsi ilə əlaqə saxladığını, satdıqları almaların pulunun onlara alıcılar tərəfindən kart vasitəsi ilə göndərildiyini, almaları dənə ilə ilə deyil, kilo ilə satdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsində Arzu şadlıq evinin yaxınlığında iş yoldaşı və həmkarı Şahid2 ilə xidməti ərazidə xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində gəzən zaman təsadüf nəticəsində bir nəfər vətəndaşın özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığım bildirərək onlardan yayınmağa çalışmış, həmin şəxsi saxlayaraq adının, soyadının və ata adının nə olduğunu soruşmuşlar, bu suallarından sonra həmin şəxs həyəcanlı vəziyyətdə tələsdiyini bildirib onlardan yayınmaq istəmiş, həmin şəxsin üzərində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansısa bir əşyanın və ya maddənin olmasından şübhələnib onu yəni şəxsiyyəti sonradan onlara məlum olan Şahid3 üzərində hərhansı bir maddənin olmadığını deyib əvvəlcədən sövdələşmiş olduğu Təqsirləndirilən şəxs psixotrop maddə olan Lrika (preqabalin) almaq üçün oraya gəlməsini və hazırda Fəridin yaxınlaşmasım bildirmişdir. 3-5 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs onlara tərəf yaxınlaşdıqda özlərini təqdim edib onun psixotrop maddələrin istifadəsində və satışında şübhəli bilindiyini bildirib həmin şəxslərin iksini də Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirmişlər. 13-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Azər Əhmədov tərəfindən hüquq və vəzifələri elan edildikdən sonra növbə ilə şöbənin inzibati binasında Şahid3 və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Şahid3 üzərində qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmiş, 01 ədəd iPhone SE markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı əynində olan ağ və boz rəngli damalı şortikin sağ yan cibindən 2 ədəd biri qara digəri qızılı rəngdə olan qutunu təqdim etmiş və qutulara təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qara qutunun içərisində 22 ədəd göy-ağ, 4 ədəd qırmızı-ağ olan həblər, qtzılı qutunun içərisindən isə 40 ədəd göy-ağ olan dərman həbləri olması aşkar edilməklə, şəxsi axtarış zamanı aşkar edilərək götürülən sadə nokia markalı mobil telefon və dərman həbləri təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülüb bu barədə tərtib edilmiş ptotokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə, saat 7-8 radələrində saxladıqlarını, Hüseyn adlı şəxsin üzərindən heç nə aşkar edilmədiyini, Fəridin üzərindən dərmanlar aşkar edildiyini, Fəridin həmin dərmanları öz istifadəsi üçün üzərində daşıdığını dediyini, polis bölməsində Fəridə qarşı heç bir təsir-təzyiq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Mədətov X2 şəxsi axtarış və götürmə zamanı üzərində aşkar edilmiş dərmanları öz istifadəsi üçün üzərində daşıdığını bildirdiyini, onun üzərində olan həblərin sayının çox olduğunu, Fəridi bu hadisəyədək tanımadığını, Sabunçu rayonu ərazisinin onun xidmət etdiyi ərazi olduğunu, Fərid saxlanılarkən təxminən axşam saat 7-8 radələri olduğunu, Hüseynin həbləri Fəriddən pul müqabilində aldığını bildirdiyini, Fəridə qarşı polis bölməsində təsir-təzyiq olmadığını, ilk öncə Hüseyni, daha sonra Fəridi saxlayıb bölməyə təhvil verdiklərini, ilk öncə Hüseynə yaxınlaşdıqlarını, Hüseynin dərman almaq üçün Fəridi gözlədiyini dediyi zaman onların da orada Fərid adlı şəxsin gəlməsini gözlədiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ***-***-**-** mobil nömrə onun istifadəsində olmuşdur. “Golden Group” fotosessiya şirkətində dizayner işləyir və 600-800 manat aylıq maaş alır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla qəsəbə sakini kimi tanış olmuşlar. Ona Polis İdarəsindən zəng gəlmişdir ki, həmin idarəyə gəlməlidir. Səbəbini soruşduqda ona aid olan nömrədə aşkar edilmiş bəzi SMSlərlə bağlı ifadə verməsi üçün dəvət olunduğu bildirilmişdlər. Həmin gün o, Polis İdarəsinə yaxınlaşmış və müstəntiq Cavid Əhmədova ifadəsini vermişdir. O, həmin gün həm bacısının rəhmətə getməsinə görə, həm də ilk dəfədi ki, polis idarəsinə getdiyinə görə çox həyəcanlı və gərgin olmuşdur. Bu səbəbdən müstəntiqə nə ifadə verdiyini dəqiq xatırlamır. Onun belində daima ağrılar olur və həmin ağrıları kəsmək üçün hər zaman internetdə ağrılarına çarə axtarırmış. Lakin tapa bilmirdi. Fəridin dərmanlardan istifadə etdiyini bildiyi üçün Fəridə zəng edərək ona da həmin ağrıkəsicilərdən verməisini xahiş etmişdir. Fəriddən bir neçə dəfə həmin dərmanlardan götürmüşdür. Lakin həmin dərmanların qarşılığında Fəridə heç bir ödəniş etməmiş, hər hansı bir əvəzləyici də verməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Məmmədov X3 pul qarşılığında dərman almadığını, bir-iki dəfə əvəzsiz dərman götürdüyünü, polis idarəsində necə ifadə verdiyini xatırlamadığını, orada çox həyəcanlı olduğundan yanlış məlumat vermiş ola biləcəyini, Fəridə kart vasitəsi ilə göndərdiyi pulları ona verdiyi meyvə suyunun qarşılığında ona göndərilən ödənişin qalığı olduğunu, Fəridə 3 litrlik şüşə qablarda meyvə suları satdığını, ola bilər ki, polis idarəsindən tez çıxa bilmək üçün müstəntiqə fərqli məzmunda ifadə verib getdiyini, polis bölməsində ona hər hansı təsir-təzyiq göstərilmədiyini, ibtidai istintaq zamanı ifadəsini oxuyub imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 070 *** ** ** saylı telefon nömrəsi onun istifadəsindədir. Su Filteri şirkətində usta işləyir və 500 manat aylıq maaş alır. O, Həzi Aslanov metrosunun yanında telefon ustası işləyən Fuad adlı şəxslə tanış olmuş, onunla söhbət zamanı arada bir tramadol və ya preqabalin atdığını, lakin hazırda dərman tapa bilmədiyini bildirmişdir. Fuad ona Fərid adlı şəxsin istifadəsində olan +99***-***-**-** saylı telefon nömrəsini vermişdir. Fəridlə tanışlığı hardasa 2024-cü ilin fevral ayından başlamışdır. İlkin olaraq ondan həmin vaxtı preqabalinin bir dərman həbini 10 manat ödəməklə almışdır. Fərid preqabalin həbini 10 manata Bakıxanov qəsəbəsində evinin yaxınlığında qəbirsanlığın yanında və Ərəblinka kimi tanınan ərazidə Araz marketin yanında vermişdir. Hər dəfə psixotrop tərkibli preqabalin dərman həbini Fəriddən alandan sonra elə yoldaca qəbul edirdi. Sonuncu dəfə ondan dərmanı hardasa 8 ay bundan qabaq evinin yanında almışdır Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 özünün vaxtilə həblərdən istifadə etdiyini, həbləri Fəriddən aldığını, Fəridi isə Fuad adlı şəxs vasitəsi ilə tanıdığını, fiziki işdə işlədiyi üçün dərmanlardan istifadə etdiyini, Fəriddən 3 dəfə həb aldığını, şəxsən Fəridin özünün ona biri 10 manat olmaqla tramadol satdığını bildirmişdir. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, o, Fərid İmanovu 2010-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsindən tanıyır, onunla yaxşı münasibəti vardır Fərid güclü təsir edən maddə istifadə edir buna görə də onunla danışaraq hardasa 1 il bundan qabaq ilkin olaraq lirikanın bir həbini 10 manata almış, bu münvanla onunla münasibəti davam etməyə başlamış və preqabalini almaq üçün Fərid istifadəsində olan bildiyinə görə sonuncunun bacısının adında olan Leo Banka məxusu bank kartını 5243 7544 1088 4447 nömrəli kartını vermişdir. Ona güclü təsir edən maddəyə ehtiyacı olanda Fəridin verdiyi həmin karta ya 20 ya da 10 manat göndərmiş Arzu şadlıq evinin yanında Fərid preqabalini ya da tramadolu ona vermişdir. Sonuncu dəfə Fəridlə danışmış, 20 manat kartına pul göndərəcəyini demiş, o da gəl Arzu şadlıq evinin yanına preqabalini verim deyə cavab vermiş, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin yerə gedib orda Fəridi gözləyən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və polis olduqlarını bildirmiş, o bundan sonra şübhəli cavablar vermiş, polislər onu 13-cü PŞ-nə dəvət etmiş, avtomobillərinə əyləşən zaman kimi gözlədiyini soruşduqda Fəridi gözlədiyini demiş, Fəriddən preqabalin alacağı barədə məlumat vermişdir. Hardasa 3-5 dəqiqə sonra Fərid gəlmiş, üzərində olan dərmanlan ona satmaq istəyəndə polis onu tutmüşdür. 13-cü PŞ-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi deyilib vəkilin iştirakı ilə tutulmuş, üzərində şəxsi axtarış və baxış keçirilsə də qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Fərid ona aldığı malın üzərinə 5 manat pul qoyub satır, çünki başqa yerdən həmin güclü təsir edən maddələri tapmaq və ya almaq olmur. Bu günə qədər Fəriddən aldığı lirika, preqabalin və tramadolu ancaq özü istifadə etmək üçün almış heç kimə həmin dərmanlardan nə satmış nə də pay vermişdir. Təqsirləndirilən şəxs ondan başqa kimlərəsə də dərman satsa da o, həmin şəxsləri tanımır, dərmanı kimdən alır bunu bilmir, o Fəridi nə etdiyini nə iş gördüyünü kiməsə deməyən adam kimi tanıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan damalı şortikin sağ yan cibindən çıxardığı iki ədəd qutunu təqdim edir və qutulardan qızılı rəngli və qara rəngli qutuların içərisində saxladığı dərman həblərini təqdim edir. Həmin həbləri öz istifadəsi üçün əldə etdiyini və üzərində saxladığını bildirmişdir (i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 07 may 2024-cü il tarixli, 3-16-16/2-6/2541 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş” yazılar və imzalar olan kağız paketdə üzərində Tramadol 50 mg markalanma göstəricisi olan ümumilikdə 62 ədəd ağ göy rəngli kapsul tramadol hidroxlorid tərkibli kapsullardır və 62 ədəd kapsulda tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 3,1 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla) və üzərində PA...PAD...preqabalin..300 markalanma göstəricisi olan 3 ədəd kəsilmiş konvalyutda ümumilikdə 4 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullardır və 4 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qramdır (üzərindəki göstəriciyə əsasən bir kapsulda 0,3 qram preqabalin olmaqla) (i.v.57-61). “Diskə baxış keçirilməsi haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMCdən alınmış xx.xx.2024-cü il tarixli, 11688 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 5 ədəd fayıl olması müəyyən olunur. Həmin fayıllardan biri SMS-lər barədə olmaqla tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Fərid (mranova müxtəlif səpkidə smslər gəlməklə ondan tramadol, lirika və digər güclü təsir edən dərman növləri istənilir və həmin smslər aşağıda qeyd edilən kimi yazılır. xx/xx/2024,21:14:26,**********49,**********15,Ferid. Bu ne hereketdiki lomkada olan birine qarsi, Tecili elaqe saxla Mennen xx/xx/2024,00:04:28,**********49,**********15,Brat 3 deq meledeyem xx/xx/2024,20:54:11,**********49,**********15,Brat terpendim. Cix qardasimsan Cox gozdemiyim. xx/xx/2024,14:47:20,**********15,**********49,Var.getme xx/xx/2024,20:41:41,**********49,**********15,Qaqa cixdim evden gelirem siz terefe xx/xx/2024,00:20:38,**********49,**********15,Götür seher 11 de gotrum. Sennen. İstirsen kartiva atım pulun. xx/xx/2024,00:21:53,**********15,**********49, At. mendedi, 11 at. xx/xx/2024,00:22:42,**********49,**********15,Kartı yadimnan cixib gönder burda xx/xx/2024,00:24:31,**********15,**********49,**********884447. xx/xx/2024,14:48:38,**********49,**********15, Qapidayam xx/xx/2024,21:02:37,**********49,**********15,Duz 2 saatdi gül Satanin yaninda gozduyurem. İncime Cox mesulyetsizsen xx/xx/2024,11:50:10,**********49,**********15,Limon lazımdı hara gelim xx/xx/2024,12:12:58,**********49,**********15,Atdim xx/xx/2024,12:32:20,**********49,**********15,Qaqas men ise gedmeliyem. uzanirsa gedim gecikmiyim xx/xx/2024,12:54:01,**********49,**********15,Ferid Cox telesirem. xx/xx/2024,12:59:54,**********49,**********15,Qalxiram. Cix qapiya xx/xx/2024,12:45:37,**********49,**********15,Razindeyem limon var qaqa xx/xx/2024,22:14:55,**********49,**********15,Cixdim qaqa zigdan xx/xx/2024,20:27:37,**********49,**********15,Ferid sen kimi Cox istirsen. Eve getmeliyem, Mehlevizin asagisindayam, xx/xx/2023,12:16:10,**********07,**********15,Abi 0 gÄ1/*n dediyin kimi. xx/xx/2023,21:02:34,**********99,**********15,Qaqa niye bele edirsen gelim 2 deyqe sene deyimde qardawimsan xx/xx/2023,17:56:36,**********99,**********15,Qaqa meni yigarsanda iwim var senle xx/xx/2023,14:23:32,**********07,**********15,Abi 12 yene xx/xx/2023,20:50:03,**********15,**********21,Pazvani.menya, xx/xx/2023,19:07:05,**********15,**********00,Meni.yig xx/xx/2023,23:13:47,**********49,**********15,5 deqa xx/xx/2023,23:14:55,**********49,**********15,Sms indi yazibsan? xx/xx/2023,09:47:36,**********49,**********15,10 deqaya yigacam xx/xx/2023r09:48:59,**********15l**********49,Ramin.gelir.nese.isdiyirsen.tez.de. xx/xx/2023,09:50:00,**********49,**********15,10 manatim var he 10 deqaya gelim goturum xx/xx/2023,14:57:31,**********07,**********15,Yığıram birazdan. Evdəyəm xx/xx/2023,14:58:47,**********15,**********07, Pulu.atda.gaga.karta. xx/xx/2023,17:09:03,**********49,**********15,Yanmis zad neyin var pu! verim verde mene. xx/xx/2023,20:35:31,**********49,**********15,Gelim? xx/xx/2023,12:00:14,**********49,**********15,1 saat keçdi ne olar ver gedimde amilin yanindayam xx/xx/2023,18:45:04,**********99,**********15,Salam qaqa meni yigarsanda iwtm var senen xx/xx/2023,23:33:45,**********99,**********15,Ferid niye bele eledin men seher 6 da olmalıyam saitlida 5 gÄ14n olmuyacam mene el tut qardawim olecem orda yoxsa xx/xx/2023,21:19:50,**********64,**********15,menem kamil xx/xx/2024,20:59:27,**********49,**********15, Neyneyirsen xx/xx/2024,10:21:53,**********07,**********15,10 az varımdı. Yarım saada yığa bilərəm? xx/xx/2024,10:26:58,**********07,**********15, And olsun Allaha 10 manadım var. Birdən deyərsən ki yalan deyirəm xx/xx/2024,10:37:30,**********07,**********15,İstəyirsən kartına kocurdum sonra gəlim? xx/xx/2024,10:57:04,**********07,**********15, And olsun Allaha birdə yığmaram səni. Sağol xx/xx/2024,09:31:48,**********07,**********15,Abi and olsun duz 10 az varimdi xx/xx/2024,20:41 ;29,**********49,**********15, Ferid onu at qapinizla uz uze birazdan gelib goturecem ama at kisisen xx/xx/2024,20:43:31,**********49,**********15,Narahat olma dedim hemise sud verem xx/xx/2024,23:02:55,**********49,**********15,Seher tezden mirtlasirsan menle at o poxu ora goturum. xx/xx/2024,01:38:46,**********49,**********15,Ne oldu atdin? xx/xx/2024,09:57:49,**********07,**********15,Abi indi 10 varimdi. Uşaqlar durmuşdu dukanin yaninda. Ona gore gelmedim xx/xx/2024,20:12:20,**********15,**********49,Das.var.verim xx/xx/2024,20:28:50,**********49,**********15,Mektebin yanindayam gelim xeber edirem xx/xx/2024,00:22:46,**********10,**********15,sawok yari goturmek olar? xx/xx/2024,10:46:14,**********07,**********15,Abi işdən qovacaqlar məni xx/xx/2024,10:28:17,**********07,**********15,Abi 10 du yenə, xx/xx/2024,12:23:41,**********07,**********15,Abi biz çıxırıq uşaqnan xx/xx/2024,12:30:51,**********07,**********15,Abi dükan təfəfdəyik ushaqnan. Nolar çox gozletme xx/xx/2024,12:36:11,**********07,**********15,Abi getməliyəm axı. Zəng edəndə də nervilənirsən. xx/xx/2024,12:55:37,**********07,**********15,Yoxladim. Sene gedib. Eybi yox. Yalan demirsense, gelmeyibse, halal xosun, xx/xx/2024,14:31:59,**********07,**********15,Zeng eledim yunibanka. düzeltdiler. Geldi. İndi yoxla xx/xx/2024,09:47:05,**********49,**********15,Axsam zeng eleyibsen qardasim yatmisdim. xx/xx/2024,18:57:58,**********15,**********49,Zengcatmir.sene.yene. xx/xx/2024,20:37:06,**********49,**********15, Evdeyem. xx/xx/2024,11:16:22,**********74,**********15,Ай брат я тебя не понимаю, это я Анар! Гагаш так дела не делають ся xx/xx/2024,20:14:18,**********15,**********27,Meni.yigarsan xx/xx/2024,12:40:14,**********07,**********15,Onda bir saada yigaram abi. xx/xx/2024,14:59:58,**********07,**********15,Kampotlar elimde dükan terefde qalmisam sende bele edirsen. Eve de gede bilmirem bu kampotlarnan. xx/xx/2024,15:02:10,**********79,**********15, Ferid Quran haqqi Cox pis telesirem. xx/xx/2024,13:03:51,**********07,**********15t9-uz az. varımdı abi xx/xx/2024,14:26:22,**********07,**********15,Geldim abi. Mehledeyem xx/xx/2024,16:53:48.**********26,**********15, Razindeyem xx/xx/2024,17:25:49,**********15,**********26,Gel.mehleyelOdeq 21/01 /2024,10:25:25,**********07,**********15,Abi 10 az atıram kartına. Bu gun ad gunumdu, Bir 10 deygeye de gelerem. xx/xx/2024,10:26:43,**********07,**********15,Atdım abi. Yoxla xx/xx/2024,10:39:52,**********07,**********15,Abi yarım saada getməliyem. Qonaq cagiriblar. Gelim mehleye yigiram xx/xx/2024,10:44:12,**********07,**********15,Mehleye abi. Qapinin yaninda xx/xx/2024,10:45:50,**********07,**********15,Abi mehledeyem. And olsun getmeliyem xx/xx/2024,11:01:36,**********07,**********15,Abi saat 12-de gedirem. Alınmasa o vaxta onda lazim deyil. Yollayarsan pulu geri, xx/xx/2024,11:43:14,**********07,**********15,Abi dukanin yaninda gozleyirem. Yolla pulu gedmeliyem. Gecikirem uje xx/xx/2024,11:57:15,**********07,**********15,Pulu yolla da onda. xx/xx/2024,12:02:04,**********07,**********15,Getdim men. Bir saada gelirem. Pulu qaytar. Hormet sizlik edirsen xx/xx/2024,12:16:01,**********07,**********15,Bax basina donum alınmirsa pulu gelende ver. Borc goturmusem. Bir saada razinde olacam, xx/xx/2024,12:27:00,**********07,**********15,Abi alinirsa 5 yene yollayım. Teki alinsin xx/xx/2024,12:30:18,**********07,**********15,Atdim abi xx/xx/2024,12:17:36,**********49,**********15,Salam necesen? sud var istemirsen? xx/xx/2024,15:52:02,**********79,**********15,Qapidayam. Tez cix ver. xx/xx/2024,22:25:33,**********49,**********15,Ramin qoymuşdu onu ayib olsun ona men indiye kimi ele sey vermisem ona. Surusmedi hec ALLAHA AND OLSUN. xx/xx/2024,14:34:18,**********72,**********15,salam qaqa necesen? konturum yoxdu meni yigda vaxtin varsa, 1 2 kel xx/xx/2024,14:34:23,**********72,**********15,me soz soruwacam xx/xx/2024,20:06:00,**********72,**********15;salam. qaqa necesen? nevar ne yox? vaxtin olsa meni yigarsanda xx/xx/2024,06:52:53,**********49,**********15,Men getdim ise meni bele yoladin xx/xx/2024,11:16:23,**********49,**********15,Xeber yoxdu? xx/xx/2024,14:20:06,**********49,**********15,Xayis edirem harasa getsen qoy mehleye saat 5 de pramoy gelim goturum oldum isde. xx/xx/2024,18:53:27,**********00,**********15,Qaqa men razine catdim uje xx/xx/2024,18:56:48,**********15,**********00, Dayim.gildeyem.dedimaxiaxsam.g el. xx/xx/2024,18:58:21,**********00,**********15,Axsamdida dedim axi 6 7 gelecem haçana cixasan ordan xx/xx/2024,14:46:32,**********75,**********15,Salam qaqa.hardasan.görüşe bilerik indi? xx/xx/2024,23:47:13,**********49,**********15,5 deqaya qapida ol xx/xx/2024,05:16:37,**********15,**********49,Mehri.getsin.xeber.eliyirem.ise. xx/xx/2024,18:03:45,**********49,**********15,Qutara bildin? xx/xx/2024,20:06:26,**********49,**********15,Men gedirem yatam qaqa xayis edirem seher ise gedende 2 3 dene goy alma qoy goturum. xx/xx/2024,11:16:31,**********49,**********15,Salamatsan? xx/xx/2024,22:19:31,**********49,**********15,Qurban olum seni gozleyirem meni ağlar qoyma. xx/xx/2024,22:37:55,**********49,**********15, Yalvaram zengini gozleyirem veziyyet pisdi ise gede bilmeyecem yoxsa 5 varda hec olmasa 2 dene ver. xx/xx/2024,22:40:18, **********15,**********49 Usag.yatsin.gel.valla.verecem.zeng, çatsın, sene. xx/xx/2024,17:00:24,**********75,**********15 Heç olmasa 8 manatdiq ekler gotur qalaninda pulun verim, qalib ustumde. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin telefon nömrəsi onun öz adınadır. Baxış keçirilməsi başa çatdıqdan sonra "xxxx" MMC-dən alınmış 31.05,2024-cü il tarixli, 11688 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyətinə malik oduğu üçün qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.130-134). “"xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında” 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə ötürülən məlumatlarla əlaqədar "xxxx" MMC- dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-4650/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, üzərində markalanma göstəricisi olmayan CD formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 3 ədəd fayıi olması müəyyən olunur. Həmin fayıllardan biri SMS-lər barədə olmaqla tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif səpkidə smslər gəlməklə ondan tramadal, lirika və digər güclü təsir edən dərman növləri istənilir: Məsələn ***-***-**-** saylı nömrə ona yazır ki, 10 atdım karta və s. bu məzmunda smslər vardır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı telefon nömrəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin telefon nömrəsi öz adınadır (i.v.150-153). Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli, 4235 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan Tramadol qəbulu nəticəsində yaranan aslılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v.157- 158). “”Unibank” məlumatlarına baxış keçirilməsi haqqında” 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan Unibanka məxsus 5243 **** **** 4447 Leobank plastik kartının sonuncunun bacısı X1 adına otması müəyyən edilir. Həmin kart hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü i! tarixədək olan müddət ərzində 48 256 manat 45 qəpik cari dövriyyə olmuşdur (i.v.175-216). “Sübutların qiymətləndirilməsi haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 240.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 62 ədəd tramadol tərkibli kapsul, 04 ədəd preqabalin tərkibli kapsul maddi sübut kimi tanınmış, 60 ədəd tramadol tərkibli kapsul, 03 ədəd preqabalin tərkibli kapsullar saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.220- 232). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub-olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1 -1 -ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Odur ki, qeyd olunan cinayətlərə dair işlərə baxılarkən, sübutetmə predmetini təşkil edən digər məsələlərlə yanaşı, maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid edilib-edilməməsi, şəxsdə bu maddələri satmaq məqsədinin olub-olmaması, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmaması araşdırılmalıdır. Maddələrin güclü təsir edən və ya zəhərli maddələrə aid olması barədə nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, "Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının Siyahısı” və "Zəhərli maddələrin siyahısı” 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək üzərindən aşkar edilmiş dərmanları satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə edib daşıdığını, indiyədək heç vaxt həmin dərman vasitələrinin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə onun həmin ifadələrini sadəcə özünümüdafiə yönümlü və işin həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin həmin ifadəsi həm özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, həm şahid ifadələri və iş materiallarında olan əsas sübut növlərindən olan çoxsaylı SMS yazışmalarla təkzib edilməkdədir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır. Hazırda heçbir yerdə rəsmi olaraq işləməsə də fərdi əməklə ustalıqla (kombi ustası) məşqul olub maddi ehtiyaclarını ödəyir. 10 ilə yaxın müddətdir ki, güclü təsir edən tramadol həbindən sümük yeyilməsi xəstəliyi ilə bağlı olaraq istifadə edir. 2021-ci il tarixdə qeyd edilən dərmanları almaq üçün resepti olsa da həmin vaxtdan sonra vaxt edə bilmədiyi üçün resept almamış və reseptsiz həmin dərmanları pul qarşılığında almağa başlamışdır. Belə ki, həmin dərmanları Elxan adlı şəxsdən ( telefon nömrəsi 077 *** ** ** qardaşlarının adını bilir Ramin və Cəfərdir) tramadolun bir listini 20 manata preqabalinin bir həbini 5 manata almış, X8 markalı avtomobillə gəlib həmin dərmanları ona Bakıxanov qəsəbəsində məlum olan yerə qoymaqla çatdırmış, həmçinin Şahid3 qəsəbə adamı kimi onun tanışıdır tramadol və ya preqabalin istifadə edir həmin dərmanları ondan alır. Belə ki, bacısı X1 adına olan Leo banka məxsus 5243 7544 1088 4447 bank kartını o istifadə edir, Hüseyn dərman lazım olanda ona zəng edir və həmin karta dərmanın pulunu atır o da gedib Elxana sifariş verir kartdan pulu çıxarıb nəğd şəkildə Elxana verib dərmanları alır Hüseynə atdığı pulun müqabilində aldığı dərmanlardan satır. xx.xx.2024-cü il tarixdə tanışı Hüseyn ondan dərman istəmiş o dərman dalınca getdiyini demiş Hüseyn də onunla getmək istəsə də o hazırda yolda olduğunu deyib Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsində Arzu şadlıq evinin yaxınlığında onu gözləməsini bildirmişdir. Hüseyn həmin yerə gəlmiş öz Xəzər markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən İydə parfümün yanına getmiş, Elxanla əvvəlcədən danışdığı kimi 62 tabletka tramadol və 4 ədəd preqabalini Elxanın qoyduğu yerdən götürmüş və həmin dərmanlara görə 145 manat pulu Elxana binanın yanında olan daşın altına qoymaqla çatdırmış, istifadə etdiyi telefon sadə telefon olsa da Elxanla pulu və dərmanı qoyduqları yer eyni yer olduğu üçün dəyişik salmırlat. Bundan sonra Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsində Arzu şadlıq evinin yanma qayıtmış, əldə etdiyi dərmanlardan 02 ədəd preqabalini Hüseynə verib 25 manatı almış, bu vaxt ona yaxınlaşan iki nəfər mülki geyimdə olan şəxslər polis əməkdaşları olduqlarını demiş özünü şübhəli apardığı üçün onu Sabunçu RPİ 13-cü PŞnə dəvət etmişlər, PŞ-nə çatandan sonra orada ona dövlət hesabına müdafiəçilər növbətçilik üzrə siyahısı təqdim edilmiş, müdafiəçi qismində 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təyin edilib təqdim edilmiş, şübhəli şəxs qismində tutulmuş öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır Şəxsi axtarış zamanı əynində olan qısa şortikin sağ yan cbindən içərisində preqabalin və tramadol olan üstləri çıxarıb masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış və baxış zamanı əynində olan şortikin sol yan cibindən bir dədə üzərində 050 *** ** ** və 070 *** ** ** saylı telefon nömrələri olan sadə nokia markalı telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin maddələr qablaşdırılmış, bu barədə tərtib edilmiş sənədləri o imzasi ilə təsdiq etmişdir. Elxan, Cəfər və Ramin qardaşlarını İydə parfumün yanında olan 1 ilə yaxın vaxt bundan qabaq bağlanan aptekdən tanıyır. Elxan həmin aptekdə işləmiş yanında olan Cəfər və Ramini onun qardaşları kimi bilmişdir. Elxandan nəğd şəkildə pulunu verib narkotik vasitəni almışdır, narkotik vasitə ancaq Hüseyinə satmışdır, hər gün 10 həb tramadol atır, preqabalin atmır, preqabalini Hüseyinə satmaq üçün almışdır, başqa heç bir yerdə narkotik və ya psixotrop maddələr saxlamır. Məhkəmə iclasında təqsirləndirilən şəxs iş materiallarında olan SMS yazışmalarla bağlı guya ona müraciət edən şəxslərin ondan alma almaq üçün müraciət etdiklərini, rayondan gətirilmiş almaların satışı ilə məşğul olduğunu bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində alma satışı ilə məşğul olmasını ümumiyyətlə bildirməmiş və SMS yazışmalardan da onun real olaraq meyvə satışı ilə məşğul olmaması açıq-aşkar görünür ki, bu da Təqsirləndirilən şəxs iş materialları, o cümlədən, SMS yazışmalarla tanış olduqdan sonra həmin yazışmalarda “alma” sözündən istifadə edilməklə qanunsuz əməllərinə qanuni “don” geyindirməyə çalışmasına dəlalət edir. Belə ki, **********49 mobil nömrədən göndərilmiş “Men gedirem yatam qaqa xayis edirem seher ise gedende 2 3 dene goy alma qoy goturum”, o cümlədən, “Yalvaram zengini gozleyirem veziyyet pisdi ise gede bilmeyecem yoxsa 5 varda hec olmasa 2 dene ver” məzmunlu, **********49 nömrədən göndərilmiş “ Ferid onu at qapinizla uz uze birazdan gelib goturecem ama at kisisen” məzmunlu SMS-lərdə söhbətin meyvə olaraq almadan getməməsi açıq-aşkar görünməkdədir. Məhkəmə iclasında həmin SMS-lər nəzərə alınmaqla təqsirləndirilən şəxsə ünvanlanmış suala cavab olaraq o, dənə ilə alma satmadıqlarını, almanın dənə ilə deyil, kilo ilə satıldığını bildirmişdir. Bundan savayı, təqsirləndirilən şəxs SMS yazışmalarla bağlı guya ona müraciət edən şəxslərin ondan alma almaq üçün müraciət etdiklərini iddia etsə də, məhkəmə həmin SMS-ləri tədqiq edərək alma almaq üçün hər hansı şəxsin borc almasının, vəziyyəti pis olan şəxsin başqa şəxsdən vəziyyətinin düzəlməsi üçün alma istəməsinin və ya almanı harasa atmasını istəməsinin, alma satan şəxsdən başqa şəxslərin limon istəməsinin inandırıcı və real olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentini SMS yazışmalarla tanış olduqdan sonra məsuliyyətdən kənarda qalmasına nail olmasına yönəlik arqument kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis bölməsində döyüldüyünü və ifadələrini imzalamağa məcbur edildiyini bildirsə də, onun bu dəlili də məhkəmə istintaqı zamanı əldə edilmiş məlumatla təkzib edilmişdir. Belə ki, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş 03 dekabr 2024-cü il tarixli, 49/2-44992/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirilən zaman onun bədəninə və üzərinə tam baxış keçirilmiş, bədənində heç bir xəsarət aşkar edilməmişdir. Bu barədə onun iştirakı ilə akt tərtib olunaraq özü tərəfindən imzalanmışdır. Məktuba əlavə edilmiş 06 may 2024-cü il tarixli aktdan görünür ki, 06 may 2024-cü il tarixdə Sabunçu RPİ-nin MSY-nə gətirilən Təqsirləndirilən şəxs bədəninə baxış zamanı heç bir xəsarət aşkar edilməmiş və həmin akt Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etmədiyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan başqa, Təqsirləndirilən şəxs heç vaxt heç kəsə üzərində aşkar edilmiş dərmanlardan satmadığını bildirsə də, məhkəmə istintaqı zamanı Şahid4 özünün vaxtilə həblərdən istifadə etdiyini, həbləri Fəriddən aldığını, Fəriddən 3 dəfə həb aldığını, şəxsən Fəridin özünün ona biri 10 manat olmaqla tramadol satdığını bildirmişdir. Məhkəmə iclasında şahid Məmmədov X3 pul qarşılığında dərman almadığını, bir-iki dəfə əvəzsiz dərman götürdüyünü, polis idarəsində necə ifadə verdiyimi xatırlamadığını, orada çox həyəcanlı olduğundan yanlış məlumat vermiş ola biləcəyini, ona polis bölməsində təsir-təzyiq göstərilmədiyini, ola bilər, polis bölməsindən tez çıxıb getmək üçün ibtidai istintaq zamanı fərqli məzmunda ifadə verdiyini, ifadəsini oxuyaraq imzaladığını bildirmişdir. Məhkəmə şahidin ifadəsində göstərdiyi absurd dəlilləri nəzərə alaraq onun məhkəmə istintaqı zamanı verilmiş ifadəsini uzun müddətdir tanıdığı təqsirləndirilən şəxsin xeyrinə verilmiş, o cümlədən, işin həqiqi halları, özünün ibtidai istintaq zamanı verilmiş ifadəsi və iş materiallarında olan onunla Təqsirləndirilən şəxs arasında aparılmış SMS yazışmalarla uzlaşmayan ifadə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, polis bölməsində heç bir təsir-təzyiq göstərilməyən şəxsin sadəcə polis bölməsindən tez çıxıb getməsi üçün həqiqəti əks etdirməyən, lakin SMS yazışmalarla uzlaşan ifadə verməsi inandırıcı olmamaqla gülünc doğuran haldır. Belə ki, polis bölməsindən düzgün ifadə verməklə də çıxıb getmək mümkün idi. Həmçinin, məhkəmə iclasında şahid ona ünvanlanmış suala cavab olaraq ifadəsini oxuyaraq imzaladığını bildirmişdir ki, bu da onun ifadəsinin məhz onun sözlərindən yazılmasına və şüurlu olaraq dərk edərək həmin ifadəni imzalamasına dəlalət edən haldır. Bununla yanaşı, Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus mobil nömrə arasında aparılan yazışmaların məzmunu da (“Kampotlar elimde dükan terefde qalmisam sende bele edirsen. Eve de gede bilmirem bu kampotlarnan”. “Abi 10 az atıram kartına. Bu gun ad gunumdu, Bir 10 deygeye de gelerem”. “,Abi saat 12-de gedirem. Alınmasa o vaxta onda lazim deyil. Yollayarsan pulu geri”, “Abi dukanin yaninda gozleyirem. Yolla pulu gedmeliyem. Gecikirem uje”. “Basina donum alınmirsa pulu gelende ver. Borc goturmusem. Bir saada razinde olacam. “Abi alinirsa 5 yene yollayım. Teki alinsin”) şahidin məhkəmə istintaqı zamanı deyil, ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə şahidin ibtidai istintaq zamanı verilmiş ifadəsinin işin həqiqi halları ilə uzlaşdığını nəzərə alaraq onun həmin ifadəsini sübut kimi qəbul edərək məhkəmə istintaqı verilmiş ifadəsini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına yönəlik ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuş və onun həmin maddə ilə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə, saat 20:00-dan tutulmuş hesab edilmişdir (i.v.13). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.94-96). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.98-99). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 03 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.136). AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il təvəllüdlü (X4) uşağı var (i.v.137). 11 saylı şəhər poliknikası tərəfindən verilmiş qısa epiqrezdən görünür ki, Təqsirləndirilən şəxs sol diz qapağının deformasiyaedici artiomu aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, xəstəliyinin olmasını (AR CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut tramadol və preqabalin tərkibli kapsullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmiş 60 ədəd tramadol tərkibli kapsul, 03 ədəd preqabalin tərkibli kapsullar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar