Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-644/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs+Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayış, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdə saat 21 radələrində satış məqsədi olmadan qanunsuz olaraq özü istifadəsi üçün xeyli miqdarda təmiz çəkisi 0,198 qram psixotrop maddə metamfetamini ünvan 2 ünvanında yaşayan Şahid4 istifadəsində olan 4098 5844 6009 8476 nömrəli bank kart hesabına 10 manat göndərdikdən sonra sonuncunun bildirdiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi qəbirstanlığın yaxınlığındakı ağacların birinin altından götürüb, üzərində saxlayıb, daşımış, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 may 2025-ci il tarixdə saat 21:40-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi qəbirstanlığın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb, həmin ünvanda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş boz rəngli qısaqol gödəkcənin sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş, təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 may 2025-ci il tarixdə saat 20 radələrində Pərvizlə telefon vasitəsi ilə əlaqə saxlayıb ondan özü üçün psixotrop maddə metamfetamin istəmişdir. Pərviz bank kart hesabına 10 manat pul göndərməsini təklif edib, bildirmişdir ki, pul onun kart hesabına köçdükdən sonra onun üçün metamfetamin təşkil edəcəkdir. Pərvizin istifadəsində olan 4098 5844 6009 8476 nömrəli bank kart hesabına 10 manat ödəmə terminalı vasitəsi ilə göndərmiş və pulun göndərilməsini təsdiq edən qəbzi üzərində saxlamışdır. Bu barədə Pərvizə məlumat verdikdən sonra Pərviz bildirmişdir ki, metamfetamini Sabunçu rayonu, Maştağa qəsəbəsində qəbirstanlığın yaxınlığında ağacın altına qoyacaqdır, gedib oradan götürə bilər. Pərviz ona metamfetamini qoyacağı yeri dəqiq dedikdən sonra, o saat 21 radələrində həmin ünvana, yəni qəbirstanlığın yanından ağacın altından ağ kağızda olmuş bir bükümü götürüb, oradan uzaqlaşmaq istəyərkən ona mülki geyimdə 3 nəfər şəxs yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlayıb daşıması barədə məlumat əldə etdiklərini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişdirlər. Bundan sonra videoçəkilişlə polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah olunaraq, üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmetin olubolmaması soruşulmuşdur. Əynində olmuş boz rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim etmişdir. Həmçinin həmin metamfetamini alması ilə bağlı Pərvizə ödədiyi pulun qəbzini verib, bükümdə metamfetamin olduğunu, Pərvizdən aldığını, Pərvizin yaşadığı ünvanı demişdir. Polis əməkdaşları bundan sonra onun üzərinə şəxsi axtarış keçirmişlər, üzərində qanunla dövriyyəsi qadağan edilən başqa əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Axtarış zamanı üzərindən özünə məxsus 01 ədəd «Redmi» markalı mobil telefon, ödəniş qəbzi və «Vinçester» siqaret qutusu aşkar edilmişdir. Mobil telefon, ödəniş qəbzi və metamfetamin götürülüb müvafiq qaydada qablaşdırılmış, siqaret qutusu isə ona qaytarılmışdır. Bundan sonra polis əməkdaşlarının təklifi ilə o, Sabunçu RPİ-nin 14-cü PŞ-yə getmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsində xidməti otaqların birində hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, bundan sonra üzərindən aşkar edilmiş və qablaşdırılaraq təhqiqatçıya təqdim olunmuş bir büküm psixotrop maddəyə vəkilin, polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Metamfetamini özü istifadəsi üçün Pərviz adlı şəxsdən 10 manata almışdır. Şəxsi axtarış zamanı psixotrop maddə metamfetamin olan bir ədəd büküm əynində olmuş boz rəngli qısaqol gödəkçənin sağ yan cibindən aşkar edilib göütürülmüşdür. Törətdiyi əməldən peşmandır, ilk dəfə cinayət törətməsini nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə qərəzsiz mənbədən tərəflərindən məlumat əldə olunmuşdur. Məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs əməlinin ifşa olunması, cinayət törədərkən və ya törədikdən bilavasitə sonra yaxalanması, psixotrop maddənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədi ilə Sabunçu RPİ-nin 14-cü PŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. 14-cü PŞ-nin rəhbərliyinin qərar və əmrinə əsasən ondan, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə üzərində saxlayıb daşıması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb bu barədə 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Qoşqar Abuzərliyə məlumat verilmiş, o da bunu bilərək Bakı şəhəri 7 saylı Vəkil Bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Beləliklə də, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 28 may 2025-ci il tarixdə saat 21:40-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Qəbirstanlığının yaxınlığında saxlanılmışdır, özlərini Təqsirləndirilən şəxs təqdim edib, xidməti vəsiqələrini ona göstərdikdən sonra, qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlayıb daşıması barədə məlumat əldə etdiklərini, bununla bağlı onun saxlanıldığını, üzərinə şəxsi axtarış keçirilməsi zərurəti olduğunu bildirib, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs artıq onlardan yayına bilməyəcəyini başa düşüb üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Həmin ərazidə süni işıqlandırma altında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs bundan sonra əynində olmuş boz rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb təqdim edib, içərisində psixotrop maddə metamfetamin olduğunu, Pərviz adlı şəxsin bank kart hesabına pul ödədikdən sonra Pərvizin onun üçün qeyd olunan ünvanda içərisində psixotrop maddə metamfetamin olan həmin bükümü qoyduğunu, metamfetamini özü istifadə etmək üçün aldığını, Pərvizin yaşadığı ünvanı göstərə biləcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı gödəkçənin sol yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefon, ödəniş qəbzi və içərisində siqaretlər olan «Vinçester» siqaret qutusu aşkar edilmişdir. Əhəmiyyət kəsb etdiyindən 01 ədəd büküm, 01 ədəd «Redmi» markalı mobil telefon və ödəniş qəbzi tərəflərindən götürülmüş, «Vinçester» siqaret qutusu siqaretlərlə birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs birlikdə 14-cü PŞ-yə getmək təklif edildikdə, o etiraz etməmiş onlarla birlikdə polis şöbəsinə getmişdir. Bununla bağlı raport və qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğruluğu Təqsirləndirilən şəxs, onun və əməliyyat qrupunda iştirak etmiş əməkdaşlar tərəfindən imzalarla təsdiq edilmişdir. Toplanmış materiallar üzrə araşdırmanın aparılması 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Qoşqar Abuzərliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd büküm, 01 ədəd «Redmi» markalı mobil telefon və ödəniş qəbzi materiallarla birlikdə təhqiqatçıya təqdim olunmuşdur. Polis şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələri izah edildikdən sonra, təqdim olunmuş bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs bir daha bükümdə psixotrop maddə metamfetamin olduğunu, Pərviz adlı şəxsdən öz istifadəsi üçün alıb üzərində saxlayıb, daşıdığını etiraf etmişdir. Vəkilin və təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddətdə hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsitrlərə məruz qalmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, psixotrop maddə metamfetamin olan 01 ədəd büküm Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüş, protokolda isə səhvən sol yan cibi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilərək ona metamfetamini satmış Şahid4 də saxlanılıb polis şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və 14-cü PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində bildirmişdir ki, xeyli vaxtdır ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Narkotik vasitələri və psixotrop maddələri anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. Təxminən 7-8 ay əvvəl internet sosial şəbəkələrin birində özünü iran İslam Respublikası vətəndaşı, adının Əhməd Qaya kimi təqdim etmiş şəxslə tanış olmuşdur. Həmin şəxslə +**********27 saylı mobil telefonla əlaqə saxlamışdır. Bir neçə dəfə Əhməd Qayanın bildirdiyi kart nömrəsinə pul göndərməklə narkotik vasitə və psixotrop maddə almışdır. Narkotik vasitələri və psixotrop maddələri özü istifadə etmək və bir qədər baha qiymətə satmaq məqsədi ilə almışdır. Belə ki, istifadə etdiyi narkotik vasitənin və psixotrop maddənin pulunu çıxartmaq üçün həmin maddələrdən bir qismini anket məlumatlarını bilmədiyi şəxslərə satmışdır. Təqsirləndirilən şəxs Maştağa qəsəbə sakini kimi tanımışdır. Şakir bir dəfə ondan özü istifadə etmək üçün narkotik vasitə almışdır. Sonuncu dəfə 28 may 2025-ci il tarixdə iran islam Respublikası vətəndaşı Əhməd Qaya ilə telefon vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, narkotik vasitə heroin istəmişdir. O razılıq vermiş və həmin şəxsin bildirdiyi, nömrəsini unutduğu bank kart hesabına pul göndərdikdən sonra Əhməd Qaya həmin maddələri göndərmiş, ünvanı demiş və o gedib oradan götürmüşdür. Dəqiq hansı məbləğə aldığını xatırlamır, ödənişi isə bank kartı ilə etmişdir. 28 may 2025-ci il tarixdə saat 20 radələrində Şakir ona zəng edib psixotrop maddə metamfetamin istədiyini demişdir. Şakirə istifadəsində olan 4098 5844 6009 8476 nömrəli bank kart nömrəsini deyib, hesaba 10 manat pul göndərməsini demişdir. Şakir razılaşmış və onun dediyi bank kart hesabına 10 manat göndərdikdən sonra o, Əhməd Qayadan aldığı psixotrop maddə metamfetamindən bir qismini evində olan elektron tərəzidə çəkib bir bükümdə hazırlayıb Sabunçu rayonu Maştağa qəsəbəsində Qəbirstanlığın yanında ağacların birinin altında qoyub bu barədə zəng edib Şakirə demişdir. 28 may 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 2 ünvanında olarkən evinə bir neçə mülki geyimdə şəxslər gəlib, xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqularını bildirib, Təqsirləndirilən şəxs saxlanıldığını, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir büküm psixotrop maddə metamfetamin aşkar edildiyini, Şakirin həmin maddəni ondan alması barədə məlumat verdiyini, evində aşxtarış aparılması zərurəti olduğunu deyib icazə istəmişdirlər. Evində axtarış keçirilməsinə razılıq verdikdən sonra polis əməkdaşları evdə axtarış aparmışdırlar və ondan evdə qanunla dbövriyyəsi qadağan edilən əşya və ya predmetin olub-olmamasını soruşmuşdurlar. Səmimi olaraq etiraf edib bildirmişdir ki, otaqda çarpayının üzərində olan yastığın altında heroin, metamfetamin və qurudulmuş marixuana var. Polis əməkdaşları baxış keçirib həmin maddələri və 01 ədəd elektron tərəzini aşkar edib götürmüşdürlər. Axtarış videoçəkilişlə aparılmışdır. Orada həyəcanlı olduğu üçün metamfetaminin ona aid olmadığını və satışı ilə məşğul olmadığını demişdir. Həmin maddələri Əhməd Qayadan özü istifadə etmək və bir qismini satıb istifadə etdiyi narkotikin və psixotrop maddənin pulunu çıxartmaq niyyəti ilə almışdır. Aşkar edilmiş həmin maddələr, elektron tərəzi, ona məxsus 01 ədəd «Samsung» markalı mobil telefonu polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra polis əməkdaşları təklif etmişdirlər ki, onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-yə getsin. Artıq qaçıb gizlənə bilməyəcəyini başa düşüb onlarla birikdə polis şöbəsinə getmişdir. Araşdırmanın aparılması təhqiqatçı Qoşqar Abuzərliyə həvalə edilmişdir. Orada xidməti otaqda təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakları ilə evindən aşkar edilib götürülmüş maddələrə baxış keçirilmişdir. Şakirdən aşkar edilmiş metamfetamin onun tərəfindən Şakirə 10 manat müqabilində satılmışdır. İran islam Respublikası vətəndaşı Əhməd Qaya kimi özünü təqdim etmiş şəxsin anket məlumatlarını, harada yaşadığını bilmir. Onunla ifadəsində qeyd etdiyi mobil nömrəsinin «VhatsApp» proqramı ilə əlaqə saxlamışdır, iran islam Respublikası vətəndaşı Əhməd Qaya ilə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansı razılaşma əldə etməmişdir. İran islam Respublikası vətəndaşı Əhməd Qaya adlı şəxsin kimin və ya kimlərin vasitəsi ilə narkotik vasitələr və psixotrop maddələri göndərdiyi barədə məlumatı yoxdur. Şəxsən (051,070,077)- ***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs başqa ondan narkotik vasitələr və psixotrop maddələr almış şəxslərin adlarını və anket məlumatlarını bilmir. Saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-Axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır(i.v 5-6). “Əməliyyat-axtarış tədbirinin, şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİnin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Pərviz adlı şəxsdən öz istifadəsi üçün 10 manata alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş əynində olmuş gödəkçənin sol yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefon, ödəniş qəbzi və içərisində siqaretlər olan «Vinçester» siqaret qutusu aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan əşyalardan başqa digər qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə olan maddə, 01 ədəd «Redmi» markalı mobil telefon və ödəniş qəbzi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, içərisində siqaretlər olan «Vinçester» siqaret qutusu Təqsirləndirilən şəxs təhvil verilmişdir(i.v. 9-12). "Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında" 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 7 salyı Vəkil Bürosunun vəkili Müdafiəçi, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, saxlanılıb polis şöbəsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və 14-cü PŞ-nin təhqiqatçısına təqdim olunmuş 01 ədəd kağız bükümün içərisində olan maddəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün onun üzərindən aşkar edilib götürüldüyünü, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini öz istifadəsi üçün 10 manata Pərviz adlı şəxsdən alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra baxışda iştirak edən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs «hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlrə məruz qalmısınızmı?» verilmiş suala Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən təqdim olunmuş 01 ədəd büküm ekspert tədqiqatına təqdim olunması məqsədilə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (i.v.35-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 29 may 2025-ci il tarixli, 6/2020 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi -0,198 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq -0,148 qram. (i.v. 44-48). “Baxış keçirilməsi haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılıb, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş boz rəngli qısaqol gödəkçənin sol yan cibindən aşkar edilib götürülmüş və istintaqa təqdim olunmuş 01 ədəd ödəniş qəbzinə Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 28 may 2025-ci il tarixdə saat 20:29:01-də Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesində fəaliyyət göstərən «Oba» marketdə quraşdırılmış «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə Şahid4 adına olan kartın son 8 rəqəmi 60098476 olan hesaba 10 manat pul göndərilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, 28 may 2025-ci il tarixdə saat 20:29:01-də Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesində fəaliyyət göstərən «Oba» marketdə quraşdırılmış «MilliÖn» elektron ödəmə sistemi vasitəsi ilə tanışı Şahid4 kartın son 8 rəqəmi 60098476 olan hesaba 10 manat pul göndərdikdən sonra Şahid4 onun üçün 01 ədəd kağız bükümdə psixotrop maddə metafmetaminin satışını həyata keçirmişdir. Metamfetamini özü istifadə etmək üçün almışdır. Həmin qəbz və metamfetamin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilib götürülmüşdür(i.v. 56). DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 30 may 2025-ci il tarixli protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş 01 ədəd DVD yaddaş daşıyıcısına Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə baxış keçirildikdə yuxarıda qeyd olunanlar yaddaş daşıyıcılarında öz əksini tapdığı müəyyən edilmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxs onun özü olduğunu, üzərində olmuş psixotrop maddə metamfetamini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlindən peşiman olduğunu bildirmişdir(i.v 57-58). DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 7 salyı Vəkil Bürosunun vəkili Müdafiəçi, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, saxlanılıb polis şöbəsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və 14-cü PŞ-nin təhqiqatçısına təqdim olunmuş 01 ədəd kağız bükümün içərisində olan maddəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bükümün onun üzərindən aşkar edilib götürüldüyünü, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini öz istifadəsi üçün 10 manata Pərviz adlı şəxsdən alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra baxışda iştirak edən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs «hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlrə məruz qalmısınızmı?» verilmiş suala Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki, psixi təzyiq və ya təsirlərə məruz qalmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən təqdim olunmuş 01 ədəd büküm ekspert tədqiqatına təqdim olunması məqsədilə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür(i.v. 59). 250050378 nömrəli cinayət işi üzrə təyin edilib keçirilmiş materialların məhkəmə ekspertizasının 29 may 2025-ci il tarixli 6/2021 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs H.Pərviz...» sözləri olan 1 Neli zərfdəki bir ədəd bükümdə təmiz çəkimi 0,790 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,790 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq -0,690 qram. 250050378 nömrəli cinayət işi üzrə təyin edilib keçirilmiş materialların məhkəmə ekspertizasının 02 iyul 2025-ci il tarixli 6/2077 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi X7 67-li möhür əksi olan paketlərdəki, vət.Təqsirləndirilən şəxs Zkir oğlundan aşkar edilərək götürülmüş metamfetamin(29 may 2025-ci il tarixli 6/2020 saylı ekspert rəyi) və Şahid4 aşkar edilərək götürülmüş metamfetamin (29 may 2025-ci il tarixli 6/2021 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: 1.Təqsirləndirilən şəxs: metamfetaminin təmiz çəkisi: 0,148 qram, tədqiqata sərf edildi:0,02 qram, qalıq 0,128 qram. 2.Şahid4: metamfetaminin təmiz çəkisi:0,690 qram, tədqiqata sərf edildi:0,02 qram, qalıq:0,670 qram.(i.v. 114-117). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 iyun 2025-ci tarixli, 3362 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, VSlS-ndən alınan məlumata əsasən 06 iyul 2024-cü il tarixdən Bakı şəhər NM-də(F12x2) diaqnozu ilə dispanser qeydiyyatdadır( i.v.118-119). “Maddi sübut kimi tanınma haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetaminin tədqiqatdan sonra qalıq 0,128 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir(i.v.127-128). “Sübutların qiymətləndirilməsi haqqında” 27 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.1-ci maddəsi ilə elan edilmiş ittiham elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) bükümdə olan təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalıq 0,128 qram hissəsi maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd ödəniş qəbzi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd DVD maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, ekspert rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.143-152). İş materiallarında olan: "Cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında" 29 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmaışdır(i.v.1). “Şübhəli şəxsin tutulması haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 28 may 2025-ci il tarixdə, saat 21:40-da tutulmuşdur(i.v.25). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.60-62). "Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında" 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azadlığa buraxılmışdır(i.v.77-79). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.80-81). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 06 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat yoxdur(i.v.108). Respublika Narkoloji Mərkəzi PHŞ-in xx.xx.2025-ci il tarixli xx/xx-6816 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs kannabinoid qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə narkoloji qeydiyyatdadır(i.v. 109). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 29 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.134). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək, icraata qəbul edilib istintaq davam etdirilmişdir(i.v. 137). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı törətdiyi əməli səmimi etiraf edərək, öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15-2-dək qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahisına (Siyahı İİ) əsasən 0,15-2dək qram olan metamfetamin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(59.2) cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə qeyd edir ki, psixotrop maddənin miqdarı(0,198 qram metamfetamin), törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən halın (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi) və ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “psixotrop maddələr”in siyahısına(Siyahı İİ) əsasən 0,15-2-dək qram olan metamfetamin xeyli miqdar, 2 qram olduqda isə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxsdən 0,198 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, psixotrop maddənin miqdarını, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata olması alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk və ödəniş qəbzi iş materiallarında saxlanılmalı(CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut–ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,128 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut–02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd **********8 əməliyyat nömrəli ödəniş qəbzi iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 14 saata görə 154 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-644/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-644/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver