Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-647/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 fevral 2020-ci il tarixdən başlayaraq 18 may 2014-cü il tarixdə anadan olmuş X6 və 02 yanvar 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbləğində alimentin tutularaq Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızına ödənilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-304/2021 saylı, 17 may 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4205/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 18 mart 2022-ci il və 12 avqust 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 13 yanvar 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxs Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızına məhkəmə qətnaməsi üzrə ümumilikdə 11900,00 manat məbləğində borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı işin tədqiq olunmuş obyektiv halları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızı 13 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 18 may 2014-cü il təvəllüdlü X12 və 02 yanvar 2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızı ilə ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Məhkəmənin qərarına əsasən Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızı aralarında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-304/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 27 fevral 2020-ci il tarixdən başlayaraq 18 may 2014-cü il tarixdə anadan olmuş X6 və 02 yanvar 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbəğində alimentin tutularaq Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra maddi vəziyyəti yaxşı olmadığı üçün aliment borcunu tam şəkildə ödəyə bilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İcra məmuru qətnaməni icrası üçün onu işlə təmin etməmiş, alimentlə bağlı yaranmış borcu ödəmək məqsədi ilə özünə məxsus torpaq sahəsini satışa qoysa da, torpaq sahəsi satılmamış, bu səbəbdən də, yaranmış borcu ödəyə bilməmişdir. Мəhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızı 13 aprel 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından 18 may 2014-cü il təvəllüdlü X12 və 02 yanvar 2016-cı il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-304/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, Təqsirləndirilən şəxs 27 fevral 2020-ci il tarixdən başlayaraq 18 may 2014-cü il tarixdə anadan olmuş X6 və 02 yanvar 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 170,00 manat, ümumilikdə cəmi 340,00 manat məbəğində alimentin tutularaq Rəfiyeva (Məmmədova) Ülkər Vüqar qızına ödənilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs aliment borcundan ödəniş etməyərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X10 ifadəsində göstərmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-304/2021 saylı, 17 may 2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs iki uşağın saxlanılması üçün hər ay cəmi 340,00 manat məbləğində aliment pulunun tutularaq X8 ödənilməsi qərara alınmışdır. İcra sənədi 09 iyun 2021-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərar və bildirişi borclu şəxsən qəbul etmişdir. “X1” çıxarışa əsasən borclu barəsində sorğu edilmiş, borcluya aid heç bir əmlak, qiymətli kağızlar və sair aşkar edilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 8(008)-313/2022 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkə hüdudlarından müvəqqəti olaraq çıxışına məhdudiyyət qoyulmasına dair qərardad qəbul edilmişdir. İş üzrə tələbkar Ülkər Məmmədova şöbəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs barəsində tədbirlərin görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə gələrək izahatı alınmış, izahatında tələbkarın ona uşaqları göstərmədiyi səbəbindən aliment borcunu ödəmədiyini qeyd etmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiyinə görə 18 oktyabr 2021-ci il tarixdə barəsində inzibati protokol tərtib edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati xəta haqqında 18 oktyabr 2021-ci il tarixli, 3(008)-4205/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs 18 mart 2022-ci il və 12 avqust 2022-ci il tarixlərdə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıqlan şəxsən qəbul etmişdir. Borcluya məxsus telefon ilə əlaqə saxlanılsa da borclu şəxsə zəng çatmamış, borclunun atası Kamil adlı şəxslə əlaqə saxlanılaraq borclunun alimenti niyə ödəmədiyini soruşduqda “evi satılmağa qoymuşuq” deyərək dəstəyi asmış və bu barədə 22 aprel 2022-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb edilməsinə, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin, borclu hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, iş üzrə tələbkar Ülkər Məmmədovanın qanunla qorunan hüquqlannın pozulmasına səbəb olan şərait yaratmışdır. Borclu məsuliyyəti elan olunmaqla rəsmi xəbərdar edilməsinə baxmayaraq icra sənədini icra etməməkdə davam edərək faktiki imkanlarından istifadə etməmişdir. Borclu Təqsirləndirilən şəxs qeyd edilən məhkəmə qətnaməsi üzrə alimentə görə heç bir ödəniş etməmiş, 13 yanvar 2023-cü tarixədək 11900,00 manat borcu yaranmışdır. Borclu icra işinin icrası zamanı qərəzli mövqeyini nümayiş etmiş, hətta bunları öz yazdığı izahatlarında qeyd etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 13 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Şahid2 şahid X4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 10-13-cü vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-304/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə Təqsirləndirilən şəxs arasında Sabunçu Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013cü ildə bağlanmış və 633 nömrə ilə qeyd edilmiş nikah pozularaq X11 ilə Təqsirləndirilən şəxs birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X9 boşanmadan sonra anaları X5 himayəsinə verilmişdir. Məhkəməyə müraciət olunduğu xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Təqsirləndirilən şəxs hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X8 verilməsi qət edilmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 09 iyun 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-304/2021 saylı, 17 may 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif edilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu rayon şöbəsinin 09 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Cinayət işinin 25-27-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-313/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 40-42-ci vərəqəsində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4205/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cinayət işinin 43-44-cü vərəqəsində olan Sabunçu Rayon İcra Şöbəsinin 18 mart 2022-ci il və 12 avqust 2022-ci il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs icra şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi icra tədbirlərinin görüləcəyi və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 85-86-cı vərəqəsində olan 20 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 95-ci vərəqəsində olan 23 may 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə Sabunçu RPİ-nin 15-ci PB-nə könüllü surətdə gələrək aidiyyatı üzrə Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 119-120-ci vərəqəsində olan 24 may 2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan 24 may 2023-cü il tarixli müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 04 aprel 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 647/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 18 oktyabr 2023-cü il tarixli, 3-16- 17/38/2-7117/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 oktyabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsində qeyd olunan borcu işləmədiyi üçün ödəmədiyini, yəni məhkəmə qərarının icrasından qərəzli olaraq yayınmır deməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə tam təkzib olunur. İcra vərəqəsi üzrə yığılmış məbləğ üzrə heç bir ödəniş aparılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi işdə olan sübutlarla təkzib olunduğundan özünü müdafiə xarakterli ifadə kimi qəbul olunaraq əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 23 may 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günü nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 14 oktyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-647/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-647/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver