Məhkəmə qərarları › İş №1(008)-648/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-648/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-648/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1969-cu ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs3 aldadıb ona istifadəsində olan, Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirəcəyini vəd etməklə 2020-ci ilin yanvar ayının ortalarında ünvan 3 ünvanda yerləşən “Şah Qəbələ” restoranında 5000 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs Qorxmaz Əliyevin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs1 aldadıb ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Hövsan zeytunçuluq massivində yerləşən 0,03 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün müvafiq İcra Hakimiyyəti orqanından icazəsini alacağını vəd etməklə 2021-ci ilin iyul ayının ortalarında tanışı Şahid3 vasitəsi ilə ünvan 5 ünvanda yerləşən “Ocaq” restoranında 4400 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs2 aldadıb onun qohumu X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvamndakı mənzili özəlləşdirəcəyini vəd etməklə 2021-ci ilin sentyabr ayının sonlarında ünvan 6 ünvanının qarşısında 1000 manat, 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 8 ünvamndakı yaşadığı mənzildə 3650 manat pulunu alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tanışı Zabilin vasitəsi ilə 2020-ci ilin iyun ayında onun dostu Şahid3 anasının yas mərasimində sonuncu ilə tanış olmuşdur. Bir müddətdən sonra Zakirin özü ilə aralarında dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin iyul ayında Zakir ona, dostu Fəridin Suraxanı rayonu ərazisində yerləşən evinin tikintisi ilə bağlı sənədləşdirmə işlərinə kömək edib-edə bilməyəcəyi barədə şual verdikdə, o, həmin işi görə biləcəyini, evin tikintisi üçün müvafiq İcra Hakimiyyəti orqanından icazəni alacağını demişdir. O, Zakirə yaxın əlaqələrinin olduğunu demiş və Zakir də ona inanmışdır. Əslində isə həmin işi görmək imkanı olmamışdır. 2021-ci ilin iyul ayında 8-ci mikrorayon ərazisində yerləşən “MC Donalds” restoranının yaxınlığındakı kafedə Zakir və Fəridlə görüşmüşdür. Orada Zakirin vasitəsi ilə evinin tikintisi ilə bağlı sənədləşdirmə işini görmək adı ilə 4400 manat pulu Fəriddən almışdır. Bir müddətdən sonra işi həll etmədiyi üçün Zakir və Fərid işlə bağlı maraqlanmağa başlamışlar, o da müxtəlif bəhanələr gətirərək həmin şəxslərdən yayınmağa çalışmışdır. Bundan başqa 2019-cu ildə Şahid2 vasitəsi ilə sonuncunun atası Zərərçəkmiş şəxs3la tanış olmuşdur. Orxan taksi fəaliyyəti ilə məşğul olarkən onu Gəncə şəhərinə aparmış və tanışlıq zamanı o, Orxana geniş əlaqələrinin olduğunu, müəyyən məsələlərin həllində xidmətlərindən yararlana biləcəyini Orxana demişdir. Həmin vaxt onun yanında yol yoldaşı kimi gedən Bahadur kimi adını bildiyi şəxs olmuşdur, lakin Bahaduru yaxından tanımamış, cəmi bir dəfə görmüş, sonradan da heç bir əlaqələri olmamışdır. Bahadur adlı şəxsin anket məlumatları və əlaqə telefonlarını da bilmir. Orxanın atası Qorxmaz ilə yaxın münasibətləri yarandıqdan sonra sonuncu ona Yevlax rayonu Xanabad kəndi ərazisində fermasının olduğunu, bu fermaya işıq çəkilməsi ilə bağlı problemləri olduğunu bildirmişdir. O, Qorxmaza geniş əlaqələrinin, eləcə də “Azərenerji”də tanışlarının olduğunu deyib bu məsələni həll edəcəyini bildirmişdir. Qorxmaz da onun bu sözlərinə inanmışdır. Əslində isə bu işi görməyə imkanı olmamışdır. 2020-ci ilin yanvar ayında Qorxmaza artıq məsələnin öz həllini tapmasını və təcili pul lazım olduğunu demişdir. Bununla bağlı Qorxmazdan 25000 manat pul vəsaitinin lazım olduğunu bildirdikdə sonuncu onda pul olmadığını bildirmişdir. Bu zaman o, Qorxmaza 13000 manat pul düzəltməyi, 8000 manat guya özündən əlavə edəcəyini, 5000 manat isə ona verməyini bildirmişdir. Qorxmaz bu qədər pulunun olmadığını, 5000 manat verə biləcəyini demişdir. 2020-ci ilin yanvar ayında o, Qorxmazla Bakı şəhərində, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin yaxınlığındakı kafedə görüşmüş və Qorxmaz 5000 manat pulu kafedə ona vermişdir. Bundan sonra, Qorxmaz işin nə yerdə olduğunu soruşduqda, o, müxtəlif bəhanələrlə həmin məsələnin həll olunacağını deyib yayınmağa çalışmışdır. Əvvəlki ifadəsində Qorxmazın ona 3000 manat pul verdiyini qeyd etmiş, lakin hazırlda Qorxmazdan həmin işin həlli üçün 5000 manat pul aldığını xatırladığını göstərmişdir. Bundan başqa 2021-ci ilin iyul ayında Esmira adlı qadının vasitəsi ilə sonuncunun bacısı Nazilə adlı qadınla tanış olmuşdur. Nazilə, Bakıxanov qəsəbəsi ərazisində bir qohumunun adma olan evin öz adma keçirilməsi üçün köməklik məqsədi ilə müraciət etmişdir. O, həmin işi görmək üçün tanışlarının və imkanlarının olduğunu bildirmişdim. Dövlət reyestrində olan tanışlarının vasitəsi ilə həmin məsələni həll etmək üçün 6000 manat pul lazım olduğunu Naziləyə bildirmiş və sonuncu da onunla razılaşmışdır. Əslində isə onun bu məsələni həll etmək imkanı olmamışdır. Pulun 4650 manatını hissə hissə Nazilədən aldıqdan sonra o, işi həll etməmiş və Nazilə ona zəng etməyə başlamışdır. Nazilənin əri Şakiri Naziləni tanıdıqdan sonra tanımış, 4650 manat pulun 1000 manatını 2021- ci ilin sentyabr ayında Nazilə ona bacısının evinin qarşısında özünün “Nissan Maxima” markalı avtomobilində vermiş, 3650 manatı isə 2021-ci ilin oktyabr ayında Nazilə gilin yaşadığı evində sonuncudan almışdır. Sonradan bir müddət onlardan yayınmış, lakin buna baxmayaraq bir qədər sonra 4650 manat pulun 2500 manatını Naziləyə evlərində qaytarmışdır. Əvvəlki ifadəsində Nazilənin ona ümumilikdə 3650 manat pul verdiyini qeyd etmiş, lakin hazırlda onlardan həmin işin həlli üçün 4650 manat pul aldığını xatırlamışdır. Hər üç hadisələrdə nə Qorxmaz və Orxana, nə Fərid və Zakirə, nə də ki, Şakir və Naziləyə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli, polkovnik rütbəli əməkdaşı kimi təqdim etməmiş, sadəcə həmin şəxsləri aldadaraq pullarını ələ keçirmişdir. Qeyd olunan cinayət hadisələrini tək halda törətmiş, bunu etməkdə ona hər hansı bir şəxs köməklik göstərməmiş və ələ keçirdiyi pullardan heç kimə verməmiş, sadəcə öz tələbatlarına xərcləmişdir. X3 onun dostu Bəxtiyarın oğludur. 3-4 il olar ki, Bəxtiyarla dostluq münasibəti vardır, həmin ərəfədə Hüseyn harasa işə düzəlmək istəmiş və onlar da qonaq olan vaxt Hüseynin işə düzəlmək üçün sənədləri təsadüfən onun yaşadığı evdə qalmışdır. Zərərçəkmiş şəxs2 qohumu X2 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanında yaşadığı mənzili özəlləşdirərək çıxarışını guya Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində işləyən Samir adlı tanışının vasitəsi ilə alacağını demiş, lakin Samir adlı şəxsin mövcud olmadığını, bunu özü yalandan dediyini təsdiq etmişdir. Özünü adı çəkilən şəxslərə Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəli, polkovnik rütbəli əməkdaşı kimi təqdim etməsi ilə bağlı elə bir ifadənin verdiyini xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 fermasına işıq çəkdirməyə görə onun adından özünü Azərenerjinin işçisi kimi təqdim etmiş Eldar adlı şəxsin sonuncuya zəng etməsindən məlumatı olmamış, ümumiyyətlə Eldar adlı tanışının olmadığını və Qorxmazın işini həll edilməsi məsələsində onunla birlikdə hər hansı bir şəxsin iştirakı olmadığını təsdiq etmişdir.Lakin Naxçıvan MR-da olduğu vaxt Qorxmazın işini həll etmək üçün başqa şəxslərə müraciət etmişdir. O zaman xatırlamadığı tanışının vasitəsi ilə Asif adlı şəxsə çıxmış və sonuncudan Qormazm işində köməklik göstərməyini xahiş etmişdir. Özü orada olmasa da, Asifi Qorxmaz ilə görüşdürmüş, Qorxmaz Asiflə görüşdükdə sonuncunun ondan 10000 manat pul istədiyini bildirmiş, lakin o, etiraz edərək Asifə heç bir məbləğdə pul verməməsini tapşırmışdır. Ondan sonra Asifi görməmiş, sonuncunun anket məlumatlarını bilmir və mobil nömrəsinin 070 ***-**-** saylı olduğunu da xatırlamır. Qorxmazın işini həll edilməsi məsələsində Asifin onunla birlikdə hər hansı bir iştirakı və ya qabaqcadan razılığı olmadığını təsdiq etmişdir. Zərərçəkmiş şəxs3 heç bir vaxt qırmızı rəngli qerbli, içərisinə DTX hərfləri yazılmış vəsiqəni göstərməmiş, özünə məxsus xidməti vəsiqə olduğunu deməmiş, onda ümumiyyətlə elə bir vəsiqənin olmadığını bildirmişdir. Şahid2la yol getdikləri zaman həqiqətən də sonuncu yüksət sürətlə avtomobili idarə etdiyi üçün Dövlət yol polis əməkdaşı onları saxlamış, o da avtomobildən çıxaraq polis əməkdaşına yaxınlaşmış və özünün də keçmiş polis əməkdaşı olduğunu bildirdikdə polis əməkdaşı yüksək sürətlə avtomobili sürməməyi tövsiyyə edib hörmət əlaməti olaraq protokol yazmamışdır. Lakin yol patrul xidmətinin əməkdaşına heç bir vəsiqə göstərməmişdir. Şahid2la avtomobildə gedərkən həqiqətən də yanında yol yoldaşı kimi gedən Bahadur kimi adını bildiyi şəxs olmuş, lakin Bahadur adlı şəxsi yaxından tanımamış, cəmi bir dəfə görmüş, sonradan da heç bir əlaqələri olmamışdır. O, Orxanla avtomobildə çoxlu zarafatlar edib gülmüşlər, ola bilsin ki, zarafat mənasında həmin Bahadurun general, özünün də polkovnik olduğunu demiş, Orxan özü də onun zarafat etdiyini başa düşmüşdür. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş vəsiqə «Vətən» mühafizə xidmətində şöbə rəisi işləməyi ilə bağlı aldığı rəsmi vəsiqə olmuş, həmin vəsiqədən istifadə edib hər hansı bir şəxsi aldatmaq məqsədi olmamış, heç bir vaxt bunu etməmiş, neçə vaxtdır ki, həmin Xidmətdə işləmir, sadəcə vəsiqə onda qalmış və onu heçs bir vaxt üstündə gəzdirməmiş, yaşadığı evdə saxlamış, DTX- nin əməkdaşları tərəfindən yaşadığı evə baxış baxış keçirilən zaman “Vətən” mühafizə xidmətinə aid vəsiqənin aşkar edilərək götürüldüyü üçün o, məsuliyyətdən qorxaraq orada işlədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən hazırki müddətədək sahibkarlıq fəaliyyəti ilə məşğuldur, Yevlax rayonu ərazisində fermer təsərrüfatı vardır, orada böyük sahədə fəaliyyət göstərir. 2019-cu ilin payız aylarında oğlu Şahid2 Bakıdan Gəncə şəhərinə öz şəxsi avtomobili ilə qayıdarkən yolda təsadüfən götürdüyü, özünü Əlisəfa kimi təqdim edən şəxslə tanış olmuşdur. Əlisəfa ona qısa şəkildə Əli kimi çağırdıqlarını demiş, həmin vaxt Əli adlı şəxsin yanında başqa bir şəxsdə olmuş, lakin onun adını bilməmişdir. Əli adlı şəxs Orxana DTX-nin əməkdaşı olduğunu, yanında qara rəngli eynəyi olan şəxsin isə DTX-nin ehtiyyatda olan generalı olduğunu demiş, onların Şəmkir rayonu ərazisində hərbi hissəni yoxlamağa getdiyini bildirməklə tələsdikləri üçün avtomobili yüksək sürətlə sürməyini xahiş etmişdir. Orxan həmin Əli adlı şəxsə etiraz etməmiş və yüksək sürətlə avtomobili sürmüşdür. Lakin yolda qayda pozuntusuna görə Orxanı Dövlət yol polisi əməkdaşı saxlamışdır. Buna baxmayaraq Əli adlı şəxs yol polis inspektoru ilə özü qarşılaşaraq nəsə vəsiqə göstərmiş və onlar yollarına davam etmişlər. Daha sonra Orxan həmin Əli adlı şəxsi Gəncə şəhəri yaxınlığında düşürtmüş, Əli adlı şəxs tanışlıq üçün Orxanın əlaqə telefonunu götürmüşdür. Bu şəkildə oğlu Orxan Əli adlı şəxslə tanış olmuş və Orxanın etibarını qazandığı üçün sonuncu Əli adlı şəxsi onunla də tanış etmişdir. Tanışlıq yarandıqdan sonra Əli 25-30 min manat pulun müqabilində oğlu Orxanın təhsil aldığı Gəncə Dövlət Universitetindən Bakı Dövlət Universitetinə köçürməyini təklif etmiş və digər işlərlə bağlı müxtəlif yollarla onların pullarını almaq istəmişdir. Bununla bağlı ona Orxan da demiş, lakin Əli adlı şəxsi yaxından tanımadığı üçün və ona etibar etmədiyinə görə Orxana Əli adlı şəxslə hər hansı bir iş görməsinə etiraz etmiş, hətta Orxana ümumiyyətlə belə bir şəxslə əlaqa saxlamağa icazə verməmişdir. Buna baxmayaraq Əli adlı şəxs özü Orxanın vasitəsi ilə onunla münasibət yaratmağa çalışırmış, tanışlıq yarandıqdan sonra, 2019-cu ilin sonlarında o, Əli adlı şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Çanaqqala» restoranında nahar etdiyi zaman Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirmək istəməyi ilə bağlı bir nəfər tanışı ilə telefonla danışırmış. Bunu eşidən Əli adlı şəxs ona bu işi həll edə biləcəyini demişdir. Əli adlı şəxs Azərenerjinin sədri Baba Rzayev və digər vəzifəli şəxslərlə əlaqəsənin olduğunu bildirməklə tez bir zamanda sərfəli qiymətə onun istifadəsində olan fermaya işıq çəkdirəcəyinə söz vermişdir. Üstündən bir müddət keçdikdən sonra Əli adlı şəxs onunla görüşərək fermaya işığı çəkdirmək üçün 25000 manat pul lazım olduğunu bildirmişdir. O, Əli adlı şəxsə demişdir ki, təsərrüfat işinə başladıqdan sonra sonuncu ilə bu barədə danışacaqdır. Buna baxmayaraq Əli adlı şəxs təkidlə ondan həmin pulu almağa çalışırmış. Bir dəfə də Əli adlı şəxs ona demişdir ki, bu işin həlli üçün ilk olaraq Azərenerjinin sədri Baba Rzayevə 13000 manat pul verilməli, qalan pulu isə sonra da verə bilər. Həmin vaxt o, Əli adlı şəxsə bildirmişdir ki, həmin məbləğdə pulu yoxdur, bunun üçün heyvan satmalı və ya kredit götürməlidir. Əli adlı şəxs yenə də ona demişdir ki, Baba Rzayevə artıq deyilib, pul təcili çatmalıdı, özü də ona kömək etmək üçün 8000 manat borc almış, heç olmasa 5000 manat pul verməyini xahiş etmişdir. O, Əli adlı şəxslə razılaşdıqdan sonra 2020-ci ilin yanvar ayının ortalarında sonuncu ilə yenə Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən “Şah Qəbələ” restoranında görüşmüşlər. Orada nahar etdikləri zaman o, Əli adlı şəxsə Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirmək üçün 5000 manat pulu vermişdir. Həmin vaxt orada ikisi olmuşlar, aralarında olan razılığa əsasən o, işə başladıqdan sonra işığın çəkdirilməsi ilə bağlı qalan pulu ödəyəcəkdir. Pulu Əli adlı şəxsə verdikdən bir gün sonra sonuncuya guya Azərenerjidən müxtəlif şəxslər tərəfindən zənglər gəlməyə başlamışdır. Həmçinin tanımadığı şəxslər fermanın işığının çəkdirilməsi ilə bağlı müvafiq sənədlər istəməyə başlamışlar. Bir dəfə özünü Azərenerjinin işçisi kimi təqdim edən Eldar adlı şəxs xatırlamadığı nömrədən zəng edərək lazım olan sənədləri ondan istəmişdir. Bir müddət sonra bu işlərlə bağlı nəticələr olmamasına görə Əli adlı şəxsə etdiyi çox saylı şikayətlərdən sonra sonuncu onu özünü əvvəllər Milli Məclisin hüquq şöbəsinin rəisi kimi təqdim edən Asif adlı şəxslə tanış etmişdir. Asif ondan bu işə görə 10 min manat pul istəmiş və bu işi Azərenerjidə rəhbər şəxs olan Zirəddin müəllimin vasitəsi ilə həll edəcəyəini bildirmişdir. Asif onunla 070 ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Lakin o, Asifə pulu verməkdən imtina etmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq işıq fermaya çəkilməmiş, Əli adlı şəxs isə müxtəlif bəhanələr gətirərək DTX-nin əməliyyat tədbirlərində, 44 günlük müharibə zamanı DTX tərəfindən döyüşlərdə olduğunu ona bildirirmişdir. Bu şəkildə Əli adlı şəxs onu aldatmışdır. Hətta bir dəfə “Şah Qəbələ” restoranında yeyib içdikləri zaman o, Əli adlı şəxsin sərxoş olduğundan istifadə edərək ikisinin birgə şəkilini çəkmiş, Əli adlı şəxsdən DTX-də işlədiyi təqdirdə ona vəsiqəsini göstərməyini xahiş etmişdir. Əli adlı şəxs də qırmızı rəngli gerbli içərisinə DTX yazılmış vəsiqəni tələm tələsik sürətdə ona göstərib cibinə qoymuşdur. Bu səbəbdən o, Əli adlı şəxsin etdiyi işlərə inanmağa başlamış, o zaman elə bilmişdir ki, həqiqətəndə iş prosesi başlanmış və yaxın bir zamanda fermaya işıq çəkdiriləcəkdir. Lakin bir müddət keçdikdən sonra başa düşmüşdür ki, özünü DTX-nin əməkdaşı kimi təqdim edən Əlisəfa adlı şəxs onu aldadaraq pulunu ələ keçirmişdir. Əli adlı şəxsin özünü DTX-nin əməkdaşı kimi təqdim etdiyinə görə sonuncunun həmin qurumda işləyib işləməməsini öyrənmək üçün barəsində məhz DTX-nə şikayət etmək qərarına gəlmiş və elə də etmişdir. Orada aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, özünü DTX-nin əməkdaşı Əlisəfa adlı şəxs kimi təqdim edən şəxsin əsl adı Təqsirləndirilən şəxsdur və sonuncu DTX və ya başqa bir dövlət orqanında işləməmiş, Təqsirləndirilən şəxs onu və müxtəlif vətəndaşların pullarını ələ keçirərək dələduzluq etməklə məşğuldur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və onlar barışmışlar. X6 Adışirin oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Hövsan zeytunçuluq massivində faktiki yaşadığı evin 3 sot torpaq sahəsini 2021-ci ilin may ayında almış və torpaq sahəsinə dair adma çıxarış almışdır. Lakin torpaq sahəsində ev tikdirmək istədiyi üçün ona əlavə sənəd toplamaq lazım olmuşdur. Bununla bağlı həmin ərəfədə tanışlarına, o cümlədən uzaq qohumu İsmayıla müraciət etmişdir. İsmayıl isə öz dostu Şahid3 bu barədə demişdir. O, Zakiri əvvəl tanımasa da, sonradan İsmayılın vasitəsi ilə tanış olmuşdur. Belə ki, Zakir İsmayıla bir nəfər Əli adında tanışının olduğunu, X1 Xidmətində yüksək vəzifədə çalışdığını, polkovnik rütbəsinin olduğunu bildirməklə, Əlinin ona məxsus torpaq sahəsində ev tikmək üçün sənədləşmə işində kömək edə biləcəyi imkanı olduğunu demişdir. İsmayılın vasitəsi ilə tanıdığı Zakir ona bu barədə dedikdə razılaşmış və Əliyə müraciət etməyini xahiş etmişdir. 2021-ci ilin iyul ayının ortalarında Zakir həmin tanımadığı Əli adlı şəxslə danışdıqdan sonra onunla mobil telefonla əlaqə saxlamış və evin tikintisi üçün sənədin alınmasına 4400 manat pul lazım olduğunu bildirmişdir. O, razılıq verdikdən sonra, elə danışdıqları gün idarə etdiyi avtomobil ilə Zakiri metronun «Neftçilər» stansiyasının qarşısından götürüb sonuncunun sözünə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon yaxınlığında, «Lido» restoranının arxa tərəfindəki küçədə yerləşən bir kafeyə yollanmışlar. Orada ilk dəfə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək vəzifəsində işləyən polkovniki Əli kimi təqdim edən, lakin sonradan həmin Xidmətdə işləməyən, dələduzluq edən Təqsirləndirilən şəxs kimi bildiyi şəxs onları qarşılamışdır. Kafedə oturub söhbət etdikləri zaman Əliyəddin orada da işarələr edərək özünü DTX polkovniki kimi ona tanıtdırmağa çalışmış və evin tikintisi üçün sənədin alınmasına 4400 manat pul lazım olduğunu təsdiq etmişdir. Həmin məbləğdən xəbəri olduğu üçün pulu özü ilə götürmüş və orada işinin həlli üçün 4400 manat pulu təqdim etmişdir. Əliyəddin onu tanımadığını bildirərək pulu əlbəəl götürməmiş, həmin səbəbdən pulu Zakirə verməyini xahiş etmişdir. Zakir də etiraz etməmiş və pulu ondan götürərək Əliyəddinə uzatmışdır. Əliyəddin də Zakirdən pulu götürdükdən sonra 3-4 gün ərzində evin tikintisi üçün sənədləri hazır etdirib təqdim edəcəyini vəd etmişdir. Özü və ya Zakir torpaq sahəsinin şəkillərini, habelə ona aid texniki pasport və çıxarışın şəkillərini whatsapp sosial şəbəkəsi vasitəsi ilə Əliyəddinin mobil nömrəsinə göndərmiş və bundan sonra onlar ayrılmışlar. Əliyəddinin vəd etdiyi vaxtdan 15-20 gün keçməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək sənədin həlli məsələsindən boyun qaçırmışdır. Buna baxmayaraq Zakir əsəbləşərək artıq Əliyəddin ilə mobil telefon vasitəsi ilə kobud danışaraq ya işi həll etməsini ya da ki, verdikləri 4400 manat pulu geri qaytarmasını tələb etmişdir. Bir qədər tələblərdən sonra pulu verdikdən təxminən ay yarım keçdikdə, 2021-ci ilin avqust ayının sonlarında o, Gəncə şəhərində olduğu zaman Əliyəddin müxtəlif vaxtlarda ondan aldığı puldan 2000 manat bir və 1000 manat da bir olmaqla istifadəsində olan «Uni Banka» məxsus 4098 0944 2029 1864 nömrə kartına göndərmişdir. Buna baxmayaraq Əliyəddinin ona 1400 manat pul verəcəyi qalmışdır. Lakin uzun müddətdir qalan pulu Əliyəddin qaytarmaqdan boyun qaçırmağa başlamışdır. Bu səbəbdən Zakir və özü məcbur olub Əliyəddinin barəsində şikayət etmək qərarına gəlmişlər. Həmin vaxt hələ də Əliyəddinin DTX-də işlədiyini hesab edib sonuncunun barəsində iş yeri üzrə həmin quruma şikayət etmişlər. Özündə məsuliyyəti hiss etdiyi üçün şikayət ərizəsini məhz Zakir özü etmişdir. Lakin araşdırma zamanı onu də həmin Xidmətə dəvət edərək izahatını almışlar. Şikayət ərizəsi Zakir tərəfindən verilməsinə baxmayaraq faktiki olaraq Təqsirləndirilən şəxs ona aid olan işə görə pulu alıb aldatmış və həmin məbləğdə pul özünə məxsus olduğundan maddi ziyan ona dəymişdir. Təqsirləndirilən şəxs onunla və Zakirlə Binəqədi rayonu ərazisində yerləşən kafedə görüşüb pulu almamışdan əvvəl müxtəlif işarələrlə özünü DTX əməkdaşı olduğunu bildirməyə çalışırmış, onları eşitdirmək məqsədi ilə kafedə oturduqları zaman qulluq edən ofisianta avtomobilindən siqaret götürməyini bildirməklə salonda xidməti tapançası olduğu üçün ehtiyyatlı olmasını, əl vurmamasını tapşırmış, oraya gəldiyi «Nissan Maxima» markalı avtomobilin dövlət tərəfindən ona verildiyini onlara bildirmiş və sair hərəkətlərlə özünü DTX polkovniki kimi aparmağa çalışırmış. Lakin hər hansı bir xidmət vəsiqəsi ona təqdim etməmiş və göstərməmiş, adı çəkilən Xidmətdə konkret olaraq hansı vəzifədə işləməsi barədə heçnə deməmişdir. Buna baxmayaraq Zakirin dediyinə görə sonuncuya hər zaman DTX polkovniki olduğunu demiş, Zakir də onu həmin vəzifədə işləyən bir şəxs kimi tanımışdır. Bir dəfə də Əliyəddin hələ pulun 3000 manatını qaytarmamışdan əvvəl sonuncu ilə mobil telefonla danışıb pulu geri qaytarmağım tələb etdiyi zaman Əliyəddin ona DTX-də vəzifədə işlədiyini, barəsində bütün məlumatları olduğunu bildirib hədə qorxu gəlməklə özünü yığışdırmağını, bu tonda danışmamağmı tələb etmişdir. O, isə həmin vaxt Əliyəddin ilə heç kobud danışmadığını, sadəcə pulu nə vaxt qaytaracağını soruşduğunu göstərmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və onlar barışmışlar. X6 Adışirin oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. 2021-ci ilin sentyabr ayında bacısı Esmira özünə məxsus avtomobili internetdə saytda satışa qoymuş və bir nəfər müştəri qismində olan, özünü Əli kimi təqdim edən Təqsirləndirilən şəxs ona zəng edərək avtomobili barədə maraqlanmış və bu şəkildə onların arasında tanışlıq yaranmışdır. Özü və əri Şahid1 də Əliyəddin adlı şəxslə tanış olmuşlar. Əliyəddin adlı şəxs özünü onlara Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim etmişdir. Əliyəddin ilə aralarında səmimi münasibət yaranmış, bir neçə dəfə onların yaşadığı evə gəlib getmişdir. Həmin ərəfədə Rusiya Federasiyasının Ekaterinburq şəhərində yaşayan əmisi oğlu X5 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanında yaşadığı mənzili özəlləşdirərək çıxarışını almaq istəmiş və özü burada olmadığı üçün sənədi düzəltməyə ondan xahiş etmiş, bununla bağlı onun adına baş etibarnamə verərək göndərmişdir. Kamil Rusiya Federasiyasının vətəndaşı olduğu üçün hansı şəkildə almırsa, sənədi ya özünün ya da ki, onun adma sənədləşdirməyini bildirmişdir. Bir dəfə, 2021-ci ilin sentyabr ayının sonlarında əri Şakir ilə birlikdə bacısı Esmiranın NZS qəsəbəsindəki yaşadığı evdə olduqları zaman Əliyəddin də oraya gəlmişdir. Həmin vaxt Əliyəddin onun əlində Kamilin mənzilinə aid order və digər paket sənədləri görmüş və sənədlər barədə maraqlanmışdır. Onlar da Əliyəddinə qohumlarının mənzilinin sənədlərini almaq istədiklərini demişlər. Bu zaman Əliyəddin bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Samir adında tanışı vardır və tez bir zamanda həmin şəxsin vasitəsi ilə mənzilin sənədini ala bilər. Onlar Əliyəddinin sözlərinə inanmışlar və sənəd işini həll etməyini sonuncudan xahiş etmişlər. Əliyəddin isə ondan sənədləri götürdükdən sonra harasa çıxıb getmiş və təxminən 3-4 saatdan sonra ona zəng edərək işin həlli üçün 6000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. O, Əliyəddinə demişdir ki, hazırda üstündə 1000 manat pul vardır, qalan pulu isə hissə hissə ödəyə biləcəkdir. Belə ki, Kamil sənədin həlli üçün ona ilk olaraq 1000 manat pul göndərmişdir. Əliyəddin bunu eşitdikdə ona 1000 manat pulu beh olaraq götürməli olduğunu bildirmişdir. Bundan sonra Əliyəddin onun bacısı Esmiranm ünvan 6 ünvanında yaşadığı evin qarşısına markası və dövlət nömrə nişanını xatırlamadığı bir avtomobil ilə gəlmişdir. Həmin vaxt o, çıxaraq evin qarşısında Kamilin mənzilinin sənədləşdirilməsi üçün Əliyəddinə 1000 manat pulu vermişdir. Sonra Əliyəddin çıxıb getmişdir. Bir müddət onlar Əliyəddin ilə tez tez əlaqə saxlayırmışlar. Evin sənədi barədə maraqlandıqda Əliyəddin 44 günlük müharibə zamanı Kəlbəcər rayonunda döyüşdə iştirak etdiyini bildirmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Əliyəddin onunla əlaqə saxlayaraq mənzilin çıxarış sənədini almaq üçün əlavə 5000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra o, Kamil ilə əlaqə saxlamış və sonuncu "xxxx" ASC vasitəsi ilə adına 3950 manat pul köçürə bilmişdir. Bundan sonra Əliyəddinə zəng etmiş və sonuncu 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 8 ünvanındakı yaşadıqları evə gəlmişdir. Orada Əliyəddin əri Şakirlə nahar etmiş və sonra o, Əliyəddinə cəmi 3950 manat pulları olduğunu bildirməklə həmin məbləğdə pulu Əliyəddinə təqdim etmişdir. Şakir Əliyəddinə bildirmişdir ki, pulu götürsün, sənəd düzəldiyi vaxt əlavə pulu ona verəcəklər. Əliyəddin isə əksinə olaraq 3950 manat puldan 300 manatını onlara qaytarmış və bildirmişdir ki, 3650 manat pulu götürüb sənədi həll edəcəkdir, qalan 1350 manat pulu sənəd hazır olduqdan sonra onlardan götürəcəkdir. Əliyəddin 300 manatı evlərində çörək pulu qalsın deyə onlara qaytardığını bildirmişdir. Bundan sonra Əliyəddin onlarla əlaqə saxlayaraq yaxın zamanda sənədin hazır olacağını deyirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq heç bir sənədi düzəltməmişdir. Bir müddət sonra özünü onlara Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı Əli adlı şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs təxminən 2 ay müddətində sənədin hazır olacağını bildirsə də sonuncunun yalan danışdığından şübhələnməyə başlamışlar. Belə ki, mənzilin sənədləşmə prosesi bu qədər uzana bilməzmiş. Bu səbəbdən Əliyəddindən ya sənədi tez həll etməyi ya da ki, barəsində şikayət edəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yalanlarına tam əmin olduqdan sonra xeyli müddət pulun geri qaytarılmasını tələb etmişlər. Həmin ərəfədə o, Təqsirləndirilən şəxs inandığı üçün günahı özündə görüb xəcalət çəkdiyindən özü pul toplayaraq qohumu Kamil İsmayılovun pulunu qaytarmış, lakin sonuncuya aldadıldığını söyləmişdir. Daha sonra Əliyəddindən pulu tələb edib qaytarılmasını istəmişlər, əks halda barəsində şikayət edəcəyini bildirmişlər. Əliyəddin onların tələblərindən çəkindiyi üçün 2022-ci ilin fevral ayının ortalarında götürdüyü pulun 2500 manatını gətirərək evlərində ona qaytarmışdır. Qalan pulu da guya Əmlak Xidmətindən alıb qaytaracağına söz vermiş, lakin qalan 2150 manatı hələ də qaytarmamışdır.Əmisi oğlu X2 mənzilini özəlləşdirmək üçün hər iki dəfə Təqsirləndirilən şəxs pulu özü təqdim etmiş, sadəcə əvvəllər araşdırma zamanı Şakir onun qadın olduğunu və hüquq-mühafizə orqanlarına tez tez gedib- gəlməməyi üçün özü ərizə ilə müraciət etmiş və pulu da Əliyəddinə özünün verdiyini göstərmişdir. Lakin əslində pulu Əliyəddinə özü vermişdir. Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim etsə də, sonuncunu həmin xidmətin geyim formasında görmədiyini və həmin xidmətin hər hansı bir vəsiqəsini ona göstərmədiyini təsdiq etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və onlar barışmışlar. X6 Adışirin oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Süd Zavodunda sürücü işləyir. 2021-ci ilin sentyabr ayında baldızı Esmira özünə məxsus avtomobili internetdə saytda satışa qoymuş və bir nəfər müştəri qismində olan, özünü Əli kimi təqdim edən Təqsirləndirilən şəxs Esmiraya zəng edərək avtomobili barədə maraqlanmış və bu şəkildə onların arasında tanışlıq yaranmışdır. Özü və arvadı Zərərçəkmiş şəxs2 da Əliyəddin adlı şəxslə tanış olmuş, Əliyəddin adlı şəxs özünü onlara Dövlət Təhlükəsizlik Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim etmişdir. Əliyəddin ilə aralarında səmimi münasibət yaranmış, sonuncu bir neçə dəfə onların yaşadığı evə gəlib getmişdir. Həmin ərəfədə Nazilənin Rusiya Federasiyasının Ekaterinburq şəhərində yaşayan əmisi oğlu X5 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanında yaşadığı mənzili özəlləşdirərək çıxarışını almaq istəmiş və özü burada olmadığı üçün sənədi düzəltməyə Nazilədən xahiş etmiş, bununla bağlı Naziləyə baş etibarnamə göndərmişdir. Kamil Rusiya Federasiyasının vətəndaşı olduğu üçün hansı şəkildə almırsa, sənədi ya özünün ya da ki, Nazilənin adma sənədləşdirməyini bildirmişdir. Bir dəfə, 2021ci ilin sentyabr ayının sonlarında Nazilə ilə birlikdə baldızı Esmiranın NZS qəsəbəsindəki yaşadığı evdə olduqları zaman Əliyəddin də oraya gəlmişdir. Həmin vaxt Əliyəddin Nazilənin əlində Kamilin mənzilinə aid order və digər paket sənədləri görmüş və sənədlər barədə maraqlanmışdır. Onlar da Əliyəddinə qohumlarının mənzilinin sənədlərini almaq istədiyini demişlər. Bu zaman Əliyəddin bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində Samir adında tanışı vardır və tez bir zamanda həmin şəxsin vasitəsi ilə mənzilin sənədini ala bilər. Onlar Əliyəddinin sözlərinə inanmışlar və sənəd işini həll etməyini xahiş etmişlər. Əliyəddin isə Nazilədən sənədləri götürdükdən sonra harasa çıxıb getmiş və təxminən 3-4 saatdan sonra Naziləyə zəng edərək işin həlli üçün 6000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Nazilə Əliyəddinə demişdir ki, hazırda üstündə 1000 manat pul vardır, qalan pulu isə hissə hissə ödəyə biləcəkdir. Belə ki, Kamil sənədin həlli üçün onlara ilk olaraq 1000 manat pul göndərmişdir. Əliyəddin bunu eşitdikdə onlara 1000 manat pulu beh olaraq götürməli olduğunu bildirmişdir. Bundan sonra Əliyəddin onun baldızı Esmiranın ünvan 6 ünvanında yaşadığı evin qarşısına markası və dövlət nömrə nişanını xatırlamadığı bir avtomobil ilə gəlmiş, həmin vaxt Nazilə çıxaraq evin qarşısında Kamilin mənzilinin sənədləşdirilməsi üçün Əliyəddinə 1000 manat pul vermiş, sonra Əliyəddin çıxıb getmişdir. Bir müddət onlar Əliyəddin ilə tez tez əlaqə saxlayırmışlar. Evin sənədi barədə maraqlandıqda Əliyəddin 44 günlük müharibə zamanı Kəlbəcər rayonunda döyüşdə iştirak etdiyini onlara bildirmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında Əliyəddin onlarla əlaqə saxlayaraq mənzilin çıxarış sənədini almaq üçün əlavə 5000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra onlar Kamil ilə əlaqə saxlamışlar və sonuncu "xxxx" ASC vasitəsi ilə Nazilənin adına 3950 manat pul köçürə bilmişdir. Bundan sonra onlar Əliyəddinə zəng etmişlər və sonuncu 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 8 ünvamndakı yaşadıqları evə gəlmişdir. Orada Əliyəddin onunla nahar etmiş və sonra Nazilə cəmi 3950 manat pulun olduğunu bildirməklə həmin məbləğdə pulu Əliyəddinə təqdim etmişdir. O, Əliyəddinə bildirmişdir ki, pulu götürsün, sənəd düzəldiyi vaxt əlavə pulu ona verəcəklər. Əliyəddin isə əksinə olaraq 3950 manat puldan 300 manatını onlara qaytarmış və bildirmişdir ki, 3650 manat pulu götürüb sənədi həll edəcəkdir, qalan 1350 manat pulu sənəd hazır olduqdan sonra onlardan götürəcəkdir. Əliyəddin 300 manatı evlərində çörək pulu qalsın deyə qaytardığını bildirmişdir. Bundan sonra Əliyəddin onlarla əlaqə saxlayaraq yaxın zamanda sənədin hazır olacağını deyirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq heç bir sənədi düzəltməmişdir. Bir müddət sonra özünü onlara Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı Əli adlı şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs təxminən 2 ay müddətində sənədin hazır olacağını bildirsə də sonuncunun yalan danışdığından şübhələnməyə başlamışlar. Belə ki, mənzilin sənədləşmə prosesi bu qədər uzana bilməzmiş. Bu səbəbdən Əliyəddindən ya sənədi tez həll etməyi ya da ki, ondan şikayət edəcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yalanlarına tam əmin olduqdan sonra xeyli müddət pulun geri qaytarılmasını ondan tələb etmişlər. Həmin ərəfədə Nazilə Təqsirləndirilən şəxs inandığı üçün günahı özündə görüb xəcalət çəkdiyindən özü pul toplayaraq qohumu Kamil İsmayılovun pulunu qaytarmış, lakin sonuncuya aldadılmasını söyləmişdir. Daha sonra Əliyəddindən pulu tələb edib qaytarılmasını istəmişlər, əks halda barəsində şikayət edəcəyini bildirmişlər. Əliyəddin onların tələblərindən çəkindiyi üçün 2022-ci ilin fevral ayının ortalarında götürdüyü pulun 2500 manatını gətirərək evlərində Naziləyə qaytarmışdır. Nazilə qadın olduğu üçün sonuncunu araşdırma zamanı bu məsələyə qatılmağını istəməmiş, bu səbəbdən belə bir ifadə vermiş, lakin hazırda hadisənin hansı şəkildə baş verdiyini tam düzgünlüyü ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs özünü onlara Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim etsə də, sonuncunu həmin xidmətin geyim formasında görməmiş və həmin xidmətin hər hansı bir vəsiqəsini ona göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs3 əvvəllər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışsa da, hazırda ehtiyyatda olan hərbiçidir və 2003-cü ildən hazırki müddətədək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, atası Qorxmazın Yevlax rayonu ərazisində fermer təsərrüfatı vardır, orada böyük sahədə fəaliyyət göstərir. 2019-cu ilin payız aylarında o, Bakıdan Gəncə şəhərinə öz şəxsi avtomobili ilə qayıdarkən yolda təsadüfən götürdüyü, özünü Əlisəfa kimi təqdim edən şəxslə tanış olmuşdur. Əlisəfa qısa şəkildə Əli kimi çağırdıqlarını ona demişdir. Həmin vaxt Əli adlı şəxsin yanında başqa bir şəxsdə olmuş, lakin onun adını bilməmişdir. Əli adlı şəxs ona DTX-nin əməkdaşı olduğunu, yanında qara rəngli eynəyi olan şəxsin isə DTX-nin ehtiyyatda olan generalı olduğunu demiş, onların Şəmkir rayonu ərazisində hərbi hissəni yoxlamağa getdiyini bildirməklə tələsdikləri üçün avtomobili yüksək sürətlə sürməyini ondan xahiş etmişdir. O, Əli adlı şəxsə bu cür yüksək vəzifədə işləyirsə hansı səbəbdən xidməti avtomobilləri ilə getmədiklərini soruşduqda, onların xidməti avtomobilləri tanındığı üçün məxfıçiliyə görə başqa avtomobillərlə getdiklərini ona bildirmişdir. Buna baxmayaraq o, həmin Əli adlı şəxsə etiraz etməmiş və Əli adlı şəxsə inam yarandığı üçün yüksək sürətlə avtomobili sürməyə başlamışdır. Yüksək sürətlə avtomobili sürdüyü üçün qayda pozuntusuna görə Dövlət yol polisi əməkdaşı avtomobilini saxlamışdır. Lakin Əli adlı şəxs özü avtomobildən çıaxaraq yol polis inspektoruna yaxınlaşmış və nəsə vəsiqə göstərdikdən sonra yol polisi əməkdaşı Əli adlı şəxsi lazımi səviyyədə yola salmışdır. Əli adlı şəxsin nə vəsiqəsi təqdim etdiyini görməmiş, lakin elə başa düşmüşdür ki, Əli adlı şəxs işlədiyi DTX-nin vəsiqəsini göstərmişdir. Daha sonra o, həmin Əli adlı şəxsi və yanındakı şəxsi birlikdə Gəncə şəhəri yaxınlığında düşürtmüş, onlar ayrılmamışdan Əli adlı şəxslə tanışlığa görə sonuncunun təşəbbüsü ilə bir birlərinin mobil nömrələrini götürmüşlər. Bu şəkildə o, Əli adlı şəxslə tanış olmuş və sonuncu onun etibarını qazanmışdır. Aradan 2-3 gün keçdikdən sonra Əli adlı şəxs özü ona yığmış və sonradan tez-tez onunla əlaqə saxlayaraq əhval-ruhiyyə tuturmuş. Əli ilə danışıqları zamanı o, Gəncə Dövlət Universitetində təhsil aldığını bildirməklə ikinci təhsil kimi Bakı Dövlət Universitetində oxumaq istədiyini demişdir. Əli adlı şəxs onun dediklərini yadında saxlamış və bir müddət sonra bildirmişdir ki, onu öz əlaqələri ilə Bakı Dövlət Universitetinə qəbul olunmağında köməklik göstərə bilər. Onlar bu barədə ətraflı danışdıqldan sonra Əli adlı şəxs qəbul işini ona 25-30 min manat civarmda həll edə biləcəyini demişdir. Bundan sonra qəbul məsələsini o, atası ilə məsləhətləşmiş və Əli adlı şəxslə tanışlığı barədə atasına danışmışdır. Atası onu dinlədikdən sonra bu işə inanmadığını bildirmiş və Əli adlı şəxslə əlaqəni kəsməyini tapşırmışdır. Buna baxmayaraq o, təkidlə atasına deyirmiş ki, Əli DTX-də yüksək vəzifədə işləyir və ona qəbul məsələsində köməklik göstərə bilər. Bundan sonra o, Əli adlı şəxsi atası ilə tanış etmişdir. Əli adlı şəxs atası ilə tanış olduqdan sonra tez tez görüşməyə başlamışlar, hətta onun atasını öz oğluna kirvə tutacağını demişdir. Atası Əli adlı şəxslə bir qədər münasibət yaratdıqdan sonra ona bildirmişdir ki, həmin şəxsə inanmır və qətiyyən təhsil işini Əli ilə həll etməyə icazə verməmişdir. O, atasını eşitsə də Əli adlı şəxsin səmimiliyinə inanmış, atası isə bundan narahat olmuşdur. Sonradan atası ondan fikri yayındırmaq üçün Əli adlı şəxsə Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirmək istədiyini bildirmişdir. Bunu eşidən Əli adlı şəxs dərhal bildirmişdir ki, yüksək vəzifələrdə işləyən məmurlarla, həmçinin Azərenerji ASC-nin rəhbərliyi ilə də münasibəti vardır, işığı çəkdirməkdə atasına köməklik göstərə bilər. Atası da razılaşaraq Əli adlı şəxsin ferma sahəsinə işığın çəkdirməsi üçün istədiyi 25000 manat puldan 5000 manatını beh kimi vermişdir. Lakin Əli adlı şəxs heç bir iş görməmiş və atasının həmin məbləğdə pulunu ələ keçirərək aldatmışdır. Atası bir qədər araşdırdıqdan sonra məlum olmuşdur ki, Əli adlı şəxs Təqsirləndirilən şəxsdur, sonuncu DTX və ya başqa bir dövlət orqanında işləmir, Təqsirləndirilən şəxs atası Qorxmazı və müxtəlif vətəndaşların pullarını ələ keçirərək dələduzluq etməklə məşğuldur. Təqsirləndirilən şəxs dəfələrlə başqa işlər görmək üçün də atasını və özünü aldatmaq istəmiş, lakin atası yalnız fermaya işıq çəkdirmək işində Əliyəddin tərəfindən aldadılmışdır. Əliyəddinin bu yalanlarına görə atası DTX-nə müraciət etmiş və məlum olmuşdur ki, Əliyəddin fərqli vədlər verərək başqa vətəndaşları da aldadaraq onlara qarşı dələduzluqlar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəktləri keçirilən zaman Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək onun istifadəsində olan, Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirəcəyi adı ilə 5000 manat pulunu ələ keçirdiyini təsdiq etmişdir (i.v.75-77). 16 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilən zaman Şahid3 Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək onun tanışı Zərərçəkmiş şəxs1 məxsus Suraxanı rayonu ərazisində torpaq sahəsində ev tikdirmək üçün icazə sənədini almaq adı ilə sonuncunun 4400 manat pulunu ələ keçirdiyini təsdiq etmişdir (i.v. 78-79). 16 mart 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəktləri keçirilən zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək onun qohumu X4 məxsus mənzili özəlləşdirmək adı ilə ondan 4650 manat pul götürüb ələ keçirdiyini təsdiq etmişdir (i.v. 86- 88). “İfadənin yerində yoxlaması haqqında” 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadələri hadisə yerində yoxlanılan zaman o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Hövsan zeytunçuluq sovxozunda yerləşən 0,03 ha torpaq sahəsində nömrəsiz 1 mərtəbəli fərdi yaşayış evini göstərərək bildirdi ki, məhz həmin torpaq sahəsində ev tikdirmək məqsədi ilə müvafiq İcra Hakimiyyəti orqanından icazə sənədini almaq istəmiş və bu işi həll etmək üçün tanışlarına, o cümlədən tanışı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs müraciət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ünvan 9 ünvanda yerləşən yarım tikilini göstərərək bildirdi ki, yarım tikilinin yerində əvvəllər “Ocaq” adlanan restoran fəaliyyət göstərmiş və 2021-ci ilin iyul ayının ortalarında məhz həmin yerdə fəaliyyət göstərmiş restoranda Hövsan zeytunçuluq sovxozunda yerləşən torpaq sahəsində müvafiq İcra Hakimiyyəti orqanından icazəsini almaq məqsədi ilə Təqsirləndirilən şəxs tanışı Şahid3 vasitəsi ilə 4400 manat pul vermişdir (i.v 153-157). “İfadənin yerində yoxlaması haqqında” 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadələri hadisə yerində yoxlanılan zaman o, qohumu X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanındakı mənzili özəlləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının sonlarında ünvan 6 ünvanın qarşısında 1000 manat, 2021-ci ilin oktyabr ayının sonlarında isə ünvan 8 ünvanındakı yaşadığı mənzildə 3650 manat pulu verdiyi yerləri göstərmişdir (i.v. 158-161). “İfadənin yerində yoxlaması haqqında” 24 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadələri hadisə yerində yoxlanılan zaman o, ünvan 3 ünvanda yerləşən “Marxal” adlanan restoranı göstərək bildirdi ki, 2020-ci ilin yanvar ayının ortalarında həmin restoranın adı “Şah Qəbələ” olmuş və məhz həmin yerdə fəaliyyət göstərmiş “Şah Qəbələ” restoranında istifadəsində olan, Yevlax rayonu Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirmək məqsədi ilə Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir (i.v 178-182). “Baxış keçirilməsi haqqında” 30 may 2022-ci il tarixli protokoldan görünür ki, disklərə baxış zamanı Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizlik Xidmətinin polkovnik rütbəli yüksək vəzifəli əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs3 aldadıb ona istifadəsində olan Yevlax rayonu, Xanabad kəndi ərazisində yerləşən ferma sahəsinə elektrik enerjisi çəkdirəcəyini vəd etməklə 5000 manat pulunu ələ keçirməsi faktı tam təsdiqini tapmışdır. Həmin 02 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.200). 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyandan 1500 manatını istintaqa təqdim etmiş və eyni tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 1500 manat pul vəsaitini təhvil almışdır (i.v.203-204). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 03 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, Göyçay Rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1, 178.2.4, 66.5, 66.3-cü maddələrinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü və 67.1-ci maddələrinə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 yanvar 2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzası 05 (beş) il 06 (altı) ay müddətinə kimi endirilmiş, 30 mart 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzası 03 (üç) il 06 (altı) ay müddətinə endirilmiş və 03 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur (i.v. 208-210). “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.265-266). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünü etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkəti protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək onun 5000 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən (2022-ci ilin yanvar ayı) həmin epizoda münasibətdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə azad edilməlidir. Belə ki, AR CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə epizodların sayının ikidən çox olması nəzərə alınmaqla digər iki epizoda (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2) münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməməsi cinayətin təkrar törədilməsini aradan qaldırmasa da, hər bir epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrılıqda hesablanmalı olmasına dair qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilərək onun 5000 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınmaqla həmin epizod üzrə Təqsirləndirilən şəxs AR CPM-nin 39.1.3-cü bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, cinayət işi üzrə ona dəymiş zərər tam olaraq ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında verilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam olaraq ödəmiş, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 29 avqust 2022-ci il tarixdə cinayət nəticəsində vurulmuş zərərin 25%-i (3517 manat) dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək onun 5000 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, digər zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən barəsində olan cinayət təqibinə xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği (5000+4400+3650) 13.050 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 3.262,5 manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 3517 (komissiya məbləği 3,51 manat, köçürüləcək məbləğ 3512,50 manat olmaqla) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfin təqsirləndirilən şəxs barəsində cinayət təqibinə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək onun 5000 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə, digər zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edərək onun 5000 manat məbləğində pul vəsaitini ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizoda münasibətdə Təqsirləndirilən şəxs “cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi” əsası ilə AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından və onlara dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar