Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-648/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 17 aprel 1994-cü il tarixdə Şəmkir rayonu, Könüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 1(101)-977/2023 saylı hökmünə əsasən AR CM-nin 126.1-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və o, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində X1 məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 5-ci döngə ünvanındakı yolda Şəhər şossesi tərəfdən üzü 5-ci döngə istiqamətində saatda 40 km/saat sürətlə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, bu kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaları pozub mövcud şəraitdə yolun hərəkət istiqamətinin sol tərəfindən sağ tərəfə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol əlin və sağ qalça nahiyəsinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hadisədən təxminən 1 həftə əvvəl X1 məxsus Toyota Prius markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürərək idarə edib taksi kimi fəaliyyət göstərmişdir. 15 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində idarə etdiyi avtomobillə kirayəşin yaşadığı evə 40 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində şəhər şossesindən sola 5-ci döngənin yoluna dönmüş və təxminən 20 metr məsafə qət etdikdə küçənin sağ və sol hissəsində iaşə obyektləri olan hissədə sonradan adını Rauf kimi bildiyi piyadanın iti yerişlə yolun solundan sağına doğru keçdiyi zaman o, piyadanın artıq sağa keçəcəyini zənn edib avtomobili sola doğru çəkmiş, lakin piyada Raufun özünü itirib geriyə qayıtmaq istədiyi anda avtomobilin sükanını sola doğru qaçırtmış, buna baxmayaraq avtomobilin qabaq sağ hissəsi ilə piyada Raufu vurmuş və sola qaçırtdığı üçün avtomobilin sol qabaq hissəsi ilə orada üzü əks istiqamətdə yolun kənarında dayanmış dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes» markalı avtomobilin qabaq sol hissəssinə dəyərək toqquşmuşdur. «Mercedes» markalı avtomobil ilə toqquşması nəticəsində həmin avtomobil arxa hissədə dayanmış digər avtomobillərə də dəymişdir. Bundan sonra o, avtomobili hadisə yerində saxlayaraq salondan çıxmış, əvvəlcə xəsarət alan piyada Rauf adlı şəxsə yaxınlaşıb halı barədə maraqlanmış, özünü itirdiyi üçün oradan yaşadığı evə getmiş, paltarını dəyişdikdən sonra 12-ci polis şöbəsinə getmiş və orada törətdiyi hadisə barədə məlumat vermişdir. Xəsarət alan piyada Rauf adlı şəxs X4 yerləşdirildiyi üçün oraya gedərək ona baş çəkmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərər onun tərəfindən ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. AR CM-nin 264-cü maddəsinə münasibətdə isə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hadisədən sonra zərərçəkmiş şəxsə yaxınlaşmış, başqa şəxslərin X8 çağırmasını bildikdən sonra hadisə yerindən evinə getmiş, evdə paltarını dəyişdikdən sonra Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişdir. Onun hadisə yerindən qaçmaq niyyəti olmamış və hadisə yerində qalmamasının, şəxsiyyəti barədə zərərçəkmiş tərəfə məlumat vermədən hadisə yerini tərk etməsinin cinayət olduğunu bilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 oktyabr 2022-ci il tarixdə özünə iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gəlmiş və bir neçə günlük Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi döngə 5 ünvanında kirayə ev tutub orada qalmışdır. 15 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Sabunçu şossesinə çıxıb piyada kirayə yaşadığı evə doğru gedirmiş, 5-ci döngəyə çatdıqda sol tərəfdən sağ tərəfə doğru adi yerişlə yolu keçdiyi zaman, yolun orta hissəsinə çatmağına bir qədər məsafə qaldıqda Şəhər şossesi tərəfdən bir nəfər əvvəllər tanımadığı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı Toyota Prius markalı avtomobil ilə üstünə doğru gəldiyi görmüşdür. Sürücünün onu gördükdə sürəti azaldacağını düşünmüş və rahat şəkildə yolunu davam etmək istəmişdir. Belə ki, o, səkidən yola atdım atdığı anda artıq həmin avtomobil ilə aralarında təxminən 25 metr məsafə olmuşdur. Bu məsafədə sürücü onu görməli idi. Lakin sürücü ona məlum olmayan sürətlə avtomobili onun üstünə doğru sürmüş və son anda sükanı sola doğru qaçırtmaq istəsə də hadisənin qarşısını ala bilməmiş, nəticədə avtomobilin qabaq sağ hissəsi ilə onu vurmuş və sol tərəfdə dayanmış başqa bir avtomobilə çırpılmışdır. Nəticədə o, sağ ayağından ciddi xəsarət almış və zərbədən huşunu itirmişdir. Daha sonra oraya X8 ekipajı gəlmiş və onu X4 aparıb yerləşdirmişlər. Orada və daha sonra X3 stasionar müalicə almışdır. Adını sonradan Ravil kimi bildiyi Toyota Prius markalı avtomobilin sürücüsü yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobili elə orada saxlayaraq hadisə yerindən getmişdir, yalnız müəyyən bir vaxt keçdikdən sonra Ravil xəstəxanaya onun yanma gəlmişdir. Hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, dalan 5, şossedən 20 metr aralıda olan yoldur (i.v.5-10). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış zamanı avtomobolin ön sol hissəsinin deformasiyaya uğraması, sol qanadın tamamilə cırılmaqla yararsız hala qalması, ön sol faranın tamamilə yerindən qopmaqla sınması, ön sol bamperin sol hissəsinin küncünün yerindən qopması, bamperin hadisədən öncə sağ künc hissəsi üzərində sürtülmədən sonra təmir işlərinin aparılması, avtomobilin arxa yük yerinin qapağı üzərində öncədən yaranan batıq izlərinin olması müəyyən edilmişdir (i.v.16-20). “Məhkəmə-tibbi ekspertizası və X2” X7 Sabunçu rayon şöbəsinin 24 oktyabr 2022-ci il tarixli, 2515 saylı ekspert rəyindən görünür ki,. Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol əlin və sağ qalça nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraidə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (i.v.43- 45). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 10 dekabr 2022-ci il tarixli, 016-158317-1222 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AE 332102 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (i.v.64). Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 8/3436 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Toyota Prius markalı 99- MA-368 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.68-71). “Sübutların qiymətləndirilməsi barədə” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1 və 264-cü maddələri ilə elan edilmiş dəyişdirilmədən saxlanılmış, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həbsdə olması nəzərə alınmışdir (i.v.133-137). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Həmin qərarda göstərilmişdir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hadisə yerindən qaçmaq niyyətinin olmadığını, hadisə yerini özü haqqında zərərçəkmiş tərəfə məlumat vermədən tərk etməsinin cinayət olmasını bilmədiyini, hadisədən sonra zərərçəkmiş şəxsə yaxınlaşdığını bildirərək özünü AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilmədiyini göstərsə də, məhkəmə qanunvericiliyin tələblərini, o cümlədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilən mövqeyi nəzərə alaraq qeyd edir ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxsin öz şəxsiyyəti barədə məlumat vermədən istənilən səbəbdən hadisə yerini tərk etməsi onun hadisə yerindən qaçması kimi qiymətləndirilir və qanunun müddəalarını təqsirləndirilən şəxsin bilməməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yaxınlaşdığını, onun vəziyyətini gördükdən və X8 çağırılmasını bildikdən sonra hadisə yerindən getdiyini bildirsə də, məhkəmə iclasında zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisədən sonra ümumiyyətlə görmədiyini, ona yaxınlaşan şəxslər içərisində Təqsirləndirilən şəxs olmadığını, təqsirləndiirilən şəxsi ilk dəfə hadisədən 2-3-gün sonra müstəntiqlə birlikdə xəstəxanaya onun yanına gələn zaman gördüyünü bildirmiş, məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid iş materiallarında olan ifadəsi ilə də təqsirləndirilən şəxsin hadisədən sonra hadisə yerini öz şəxsiyyəti haqqında məlumat vermədən tərk etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 20 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin cinayət işi üzrə məhkəmənin icraatındadır (i.v.87-88). Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 1(101)-977/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.92-105). Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi AR CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmklə ona təyin edilmiş əsas cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 1(101)-977/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmalı, əlavə cəza ilə həmin cəzaya birləşdirilməli və qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və həbsdə olması nəzərə alınmalı, həbsetmənin əvvəli əvvəlki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 1(101)-977/2023 saylı hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, hazırki hökmlə təyin edilmiş əlavə cəza isə AR CM-nin 66.4-cü maddəsinə əsasən əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-648/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-648/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver