Məhkəmə qərarları › İş №1(008)-65/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-65/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-65/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Talib oğlu, Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində '‘başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində '‘başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 27 noyabr 2021-ci il tarixdə saat 19:36 radələrində ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs tərəfindən ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan Şahid1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ilə mərhum X5 və Şahid10 iştirakı ilə baş vermiş qarşılıqlı dava-dalaş zamanı həmin dava-dalaşa müdaxilə edərək Yasin X3 arxa tərəfdən yaxınlaşaraq silah qismində istifadə etdiyi bıçaqla bir neçə zərbə vuraraq Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ budun deşilmiş-kəsilmiş və sağlamlığa zərər vurmayan sol budun deşilmiş-kəsilmiş səthi yaraları kimi xəsarətlər, onun özü İsə Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri vuraraq Zərərçəkmiş şəxs2 sağ açıq baldır oynağı nahiyəsinin dərialtı hematoması ilə nəticələnən badən xəsarətləri yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, bir qrup şəxs tərəfindən silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 27 noyabr 2021-ci il tarixdə saat 19:36 radələrində ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs tərəfindən ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olanıq ətrafda insanların çox olmasına baxmayaraq İctimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan Şahid1, Zərərçəkmiş şəxs1, X14 ilə mərhum X5 və Şahid10 iştirakı ilə baş vermiş qarşılıqlı dava-dalaş zamanı həmin dava-dalaşa müdaxilə edərək Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri vurararaq Zərərçəkmiş şəxs2 sağ açıq baldır oynağı nahiyəsinin dərialtı hematoması ilə nəticələnən bədən xəsarətləri yetirərək sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, onun özü isə Zərərçəkmiş şəxs1 arxa tərəfdən yaxınlaşaraq silah qismində istifadə etdiyi bıçaqla bir neçə zərbə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ budun deşilmiş-kəsilmiş və sağlamlığa zərər vurmayan sol budun deşilmiş-kəsilmiş səthi yaraları kimi xəsarətlər yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə O, İlşad və dostları ilə çayxanada oturub çay içirmiş, həmin vaxt Vaqif təlaşlı vəziyyətdə gəlib, sonra çıxmışdır. Onlar da Vaqifin ardınca çölə çıxmışlar, insanlar yığıldığını görmüşlər. Rahib ət dükanın qarşısında əlində bıçaq dayanmışdır. Uşaqlar Vaqifi saxlamışlar ki, dava olmasın. İlşad Rahibə yaxınlaşmışdır ki, niyə bıçaq çıxarıbdır. Rahib də qışqırmışdır ki, ona yaxınlaşmasınlar. Sonra oradan çıxıb getmişlər. xx.xx.2021-ci il tarixdə günorta radələrində İlşadla məhlədə söhbət edən zaman Rahibin atası Ramiz qazellə onlara yaxınlaşmış, dünən axşam onun oğlu Rahibin üstünə hücum edib etmədiklərini soruşmuşdur. Onlar Rahibin üzərinə hücum etmədiklərini bildirmişlər. Ramiz kameradan baxacağını, gördüyü təqdirdə üstünə hücum çəkmək necə olur onlara göstərəcəyini bildirmiş, uzaqlaşmışdır. Onlar da evə getmişlər. Həmin gün axşam saat 8 radələrində dostları ilə görüşüb oturub çay içmişlər. Rahib, Ramil, Qorxmaz üç qardaş çayxanaya gəlmişlər, əvvəlcə Qorxmaz içəri daxil olmuş, İlşadı aqressiv şəkildə çölə çağırmışdır. İlşad çölə çıxandan 20-30 saniyə sonra onlar ardınca çıxmışlar. Qorxmaz İlşadı baş nahiyəsindən vurmuşdur, yerə yıxılmışdır. O, İlşadın səsini eşitmişdir ki, onlardan kömək istəyir. İlşadı bıçaq və taxta çubuqla vurmuşlar, yaxınlaşmaq mümkün olmayıb. Qorxmaz İlşadı vurmaq istəyəndə onu itələmişdir ki, vurmasın. Onu sadəcə itələmişdir, xəsarət yetirməmişdir, sonrada oradan uzaqlaşmışdır. Orada hadisə zamanı onun əmisi oğlu Fərid qətlə yetirilmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, kamerada təpik, yumruq atmış kimi görünür, amma sadəcə itələmişdir, məqsədi həm özünümüdafiə, həm də ayırmaq olmuşdur. Qorxmaz onun ayaq nahiyəsindən taxta çubuqla bir dəfə vurmuşdur, o zaman onu itələmişdir ki, vurmasın. Ramil İlşadı vurmaq istəyəndə onun əlindən tutmuşdur ki, vurmasın. Heç kimə təpik, yumruq zərbəsi vurmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə bütün günü evdə olub, təxminən saat 17 radələrində evdən çıxıb dostları ilə görüşüb çay içmək üçün ünvan 4 ünvanında yerləşən “Dönər” adlı kafeyə getmişdir. Həmin gün kafedə İlşad onun qardaşı Rizvan ilə əyləşmişdir. Bir qədər sonra Şahid2 adlı qonşuları kafeyə gəlib dönər sifariş vermiş, bir qədər onlarla söhbət etdikdən sonra çıxıb getmişdir. Onlar kafedə əyləşən zaman heç kimlə mübahisələri, dava-dalaşları olmamışdır. Vaqif onlardan aralanıb gedəndən bir qədər sonra təxminən saat 18-19 radələrində Vaqif yenidən kafeyə daxil olub, sonra isə çölə çıxmışdır. Bu zaman o, arxası kafenin giriş qapısına tərəf oturduğundan nə baş verdiyin görməmişdir. Kafedə olan şəxslərin ayağa qalxdığını görüb onda ayağa durmuş, görmüşdür ki kafenin qarşısından səs-küy gəlir. Onlar çölə tərəf gedəndə görmüşdür ki, Vaqiflə yaxınlıqda yerləşən ət dükanında işləyən Rahib adlı şəxs mübahisə edirlər. Onlar bir-birləri ilə sözlə mübahisə etsələr də, bir-birlərini vurmur, ətrafda olan şəxslər də onların yaxınlaşmalarına imkan verməmişlər. O, özü də İlşad və qardaşı Rizvanla birlikdə araya girib Vaqifi kənara çəkmişlər ki, dava etməsinlər. Bundan sonra Rahib çıxıb getmiş, Vaqif özü də kafedən aralanıb evlərinə tərəf getmişdir. Həmin gün heç bir dava olmamış, Vaqiflə, Rahib bir-birlərini vurmamış, Rahibin onunla, İlşad və Rizvanla da heç bir davası olmamışdır. O, Rahiblə Vaqifin hansı səbə görə mübahisə etdiklərini bilməmiş, mübahisə başa çatandan sonra özü də kafedən çıxıb evə getmişdir. 27.11,2021-cı il tarixdə yenə bütün günü evdə olub, təxminən saat 19 radələrində evdən çıxıb yenidən “Dönər” adlı kafeyə getmişdir. Onun həmin gün kafeyə heç kim çağırmamışdır. O, dostları ilə demək olar ki, hər gün həmin kafeyə gedir, birlikdə çay içib söhbət edirmişlər. O, kafeyə tərəf gedən zaman yolda qonşuluqda yaşayan Səxavətlə rastlaşmış və birlikdə kafeyə getmişlər, içəri daxil olanda görmüşdür ki, İlşadla əmisi oğlu Fərid kafenin baş tərəfində yerləşən masada əyləşiblər. Onlar özləri də həmin masaya əyləşmiş və bir qədər sonra Yasin adlı məhlə uşaqları da gəlmişdir. Təxminən 15-20 dəqiq birlikdə əyləşib çay içmiş, deyib gülmüşlər. Həmin gün masada əyləşmiş uşaqların kiminləsə dava-dalaşı olmamış, əyləşib söhbət edən zaman aralarında bu barədə heç bir söhbət olmamışdır. Təxminən saai 19:40 radələrində qəflətən kafenin qapısı açılmış əvvəlcə Zərərçəkmiş şəxs2, ardınca isə qardaşları Rahib və Ramil içəri daxil olmuşlar. Qorxmaz aqressiv şəkildə İlşada “bir dəqiqə səni" olar deyib, onu çölə çağırmışdır. Onlar özləri də masadan qalxıb onlara yaxınlaşmışlar ki, baş verəni aydınlaşdırsınlar. Lakin Qorxmaz onu itləmiş və onlardan çölə çıxmamalarını tələb etmişdir. X35, Qorxmaz və Ramil ilə birlikdə kafenin qarşısına çıxdığını görüb, onlar dalaşmasınlar deyə arxalarınca kafedən çıxmışlar. O, elə çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə dayanıb söhbət edir, qardaşları isə onun yanındadır. Rahibin İlşadla nə danışdığını eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz əlində olan taxta parçası ilə İlşadın sol çiyin nahiyəsindən zərbə endirmişdir. Onun həmin taxta parçasını haradan götürdüyünü bilməmiş, kafeyə daxil olan zaman əlində heç bir əşya olmamışdır. Qoxmazın bu zərbəsindən dərhal sonra Rahib özü də İlşada tərəf zərbə atmışdır. Həmin zərbənin İlşadın hansı nahiyəsinə dəydiyini, zərbəni vuran zaman əlində hər hansı bir alətin olub-olmadığını görə bilməmişdir. Rahibin bu zərbəsindən sonra İlşad arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamış, lakin həmin zərbələri vuran zaman əlində hər hansı bir alət olubolmadığını bilməmişdir. Hadisələr o qədər tez cərəyan etmişdir ki, kimin nə etdiyini görə bilməmişdir. O, özü də Qorxmaza tərəf qaçmışdır ki, onları ayırsın, lakin Qorxmaz onun və Yasinin üzərinə gəlib onları taxta ilə vurmaq istəyəndə onun bu zərbəsindən yayınıb özünü müdafiə etmək üçün ona tərəf təpik zərbəsi atmış, sonra isə itələyib kənara qaçmışdır. Dava zamanı yalnız Rahibin yerdə uzanıqlı vəziyyətdə olan İlşada bıçaq zərbələri vurmasını görmüş, sonradan qaçıb kənara çəkildiyindən kimin-kimi vurmasını görə bilməmişdir. O, dərhal qardaşına zəng vurub dava baş verməsi barədə məlumat vermiş və onun tələbi ilə hadisə yerinə qayıtmadan evə getmişdir. O, evə çatmışdır ki, atası zəng vurub Fəridin dava zamanı bıçaqlanması, aldığı xəsarətlərdən ölməsi barədə məlumat vermişdir. O, dava zamanı Fəridin necə bıçaqlanmasını şahidi olmamış, Fəridin ölməsi xəbərini eşidəndən sonra ailə üzvləri ilə birlikdə xəstəxanaya getmişdir. Başqa heç bir məlumatı yoxdur. Rahib, Ramil və Zərərçəkmiş şəxs2 qardaşlarını hələ uşaq vaxtlarından qonşu məhlədə yaşayan şəxslər kimi tanımış, onlar bir neçə il olar ki, evlərinin yaxınlığında yerləşən ət dükanında işləyirlər. Onlarla yaxın münasibəti olmasa da, aralarında ədavət, düşmənçilik də olmamışdır. İlşad və Yasini hələ uşaq vaxtlarından həyətə yaşayan şəxslər kimi tanımış, daim münasibəti yaxşı olmuş, heç vaxt pis hərəkətlərinin şahidi olmamışdır. Onlar ikisi də çox sakit, mədəni, heç kimlə işləri olmayan insanlar olmuşlar. Səxavəti isə 4-5 il olar ki, əmisi oğlu Fəridə görə tanımış, Səxavətində pis hərəkətinin şahidi olmamışdır. O, bu uşaqları tanıdığı müddətdə onların kiminləsə dava-dalaşlarının şahidi olmamışdır. O, onların ailə üzvlərini də sakit insanlar kimi tanımışdır. Şahid2 adlı şəxsi qonşulquda yaşayan şəxs kimi tanımış, bir məhlə uşağı kimi münasibəti yaxşı olmuşdur. Sonradan həbs olunduğu üçün uzun müddət görməmişdir. O, bir neçə ay bundan əvvəl azadlığa çıxmış, yalnız bundan sonra kafeyə gəlib-gedən zaman görmüşdür. Vaqifin özü ilə də dostluğu olmamışdır. xx.xx.2021-ci i tarixdə Şahid2la Şahid1 arasında mübahisənin hansı səbəbdən baş verməsini bilmir, mübahisə zamanı ətrafda olan şəxslər eləcə də onlar özləri onları ayırdıqları üçü aralarında heç bir dava olmamışdır. Rahibin hansı səbəbə görə belə bir ifadə verdiyini bilmir, xx.xx.2021-ci il tarixdə Rahibin nə onunla, nə də ki, dostları ilə heç bir davası olmamış, kimsə onun üstünə hücum etməmişdir. Onlar kafedə olan zaman Vaqiflə Rahibin mübahisə etdiklərini görüb çölə çıxmış, həmin vaxtı Rahibin əlində bıçaq olmuş, İlşad ona yaxınlaşıb Rahibi sakitləşdirmiş, “Nə olub, niyə bıçaq çıxartmısan” deyə ona bildirmişdir. Rahib isə cavabında “ona yaxın gəlməyin deyib öz ət dükanına getmişdir. Həmin gün Rahiblə İlşad arasında da heç bir dava olmamışdır. xx.xx.2021-ci İl tarixdə İlşadın Rahibi kafeyə çağırması, dalınca adam göndərməsi barədə göstərilənlərin hamısı yalandır. xx.xx.2021-ci il tarixdə hadisənin dəqiq olaraq nə səbəbdən baş verdiyini bilmir. Rahib, Ramil və Qorxmaz qardaşlarının hansı səbəbdən kafeyə daxil olub, İlşadı çölə çağırmalarını, hadisə vaxtı onu istər bıçaqla, istərsə də taxta parçası ilə vurmalarının səbəbini bilmir. Onlar kafedə olan zaman onlar yalnız İlşadı çölə çağırmışlar, onlardan isə çölə çıxmamalarını tələb etmişlər. Buna görə də, mübahisənin sırf İlşadla bağlı olduğunu düşünür. Ola bilsin ki, bir gün əvvəl onların araya girib Rahibi sakitləşdirmək istəməkləri onun xoşuna gəlməmişdir. Başqa bir əsaslı səbəb olmamışdır. Onun və yanında olan dostlarının çölə çıxanda məqsədi dava etmək deyil, aranı sakitləşdirmək olmuşdur. Onlar çölə çıxan kimi onlar İlşadı vurduqlarından dava başlamış və kimisə ayırmaq mümkün olmamışdır. Qorxmaz kortəbii şəkildə qarşısına keçənə tərəf əlindəki taxta parçası ilə zərbələr atmışdır. Onun bu zərbəsindən özünü qorumaq üçün onu təpiklə vurub, sonra isə itələmişdir ki, aralansın. Onu vurmaqda başqa bir məqsədi olmamışdır. Hadisə vaxtı o, yalnız Qorxmaza zərbə vurmuş, onun nə kimi xəsarət aldığını bilmir. Qorxmaz taxta parçası ilə onu vurmaq istəyəndə onun zərbəsindən yayınsa da, taxta yüngül ayağına toxunmuşdur. Lakin heç bır xəsarət almamışdır. Hazırda da heç bir xəsarəti yoxdur. Şəxsən özünün heç kimdən şikayəti yoxdur. Şahid10, Yasin, Səxavət və Fəridin Rahib, Ramil və Qorxmaz adlı şəxslərlə onun kimi həmin şəxslərlə elədə yaxın münasibəti olmamış, dostluq etməmişlər. Buna baxmayaraq nə vaxtsa aralarında ədavət, dava olmasınında şahidi olmamışdır. Bildiyinə görə ailələr arasında da heç bir ədavət olmamışdır. Hadisə vaxtı Ramilin, Rahibin əlində bıçaq olduğunu görmüş, Qorxmazın əlində isə taxta parçası olmuşdur. Digər şəxslərin əlində isə bıçaq və ya hər hansı bir alət olduğunu görməmişdir. Onların həmin aləti haradan əldə etdiklərini bilmir, ola bilsin ki, bıçağı qabaqcadan özləri ilə götürmüşlər. Həmin gün uşaqların əlində heç bir alət olmamışdır. Hava qaranlıq olduğu üçün Rahibin, Ramilin əlində olan bıçağı dəqiq görə bilməmiş, buna görə də həmin bıçaqları təsvir edə bilmir. Hadisədən sonra onların bıçağı hara atdıqlarını görə bilməmişdir. Hadisə vaxtı çox həyəcanlı olmuş, buna görə də bütün fikiri yalnız Ramil, Rahib və Qorxmaz qardaşlarında olmuşdur. Bu səbəbdən də Fəridin əlində bıçaq olub-olmadığını görməmiş, ona həmişə uşaq kimi baxmış, nə vaxtsa bıçaq gəzdirməsinin şahidi olmamışdır. Mübahisə zamanı görmüşdür ki, əvvəlcə Qorxmaz əlində olan taxta parçası ilə İlşadı vurmuş, sonra isə Rahib ona tərəf zərbə atmışdır. Bu zərbələrdən sonra İlşad yerə yıxılmışdır. Sonra isə Ramil İlşada tərəf qaçıb onu vurmağa başlamışdır. Səhv etmirsə Ramil əlində olan bıçaqla İlşadın qarın nahiyəsindən zərbə vurmuşdur. O, dəqiq olaraq neçə zərbə vurduğunu görməmişdir. Ramildən sonra Rahib İlşadı əlində olan bıçaqla ayaq nahiyəsindən bıçaqlamışdır. Sonradan İlşada başqa kimin xəsarət yetirdiyini görməmişdir. Hadisə vaxtı İlşad heç kimi vurmamışdır, əskinə qardaşları üçü də onu vurmuşlar. İlşadın əlində heç bir alət olmamışdır. O, hadisə yerindən aralanana qədər əmisi oğlu Fəridi heç kim vurmamış, Fərid özü də kimisə vurmamışdır. Onun sonradan necə bıçaqlandığını görməmişdir. Eşitdiyinə görə Fəridi Rahib əvvəlcə ayağından, sonra isə sinə nahiyəsindən bıçaqlamışdır. Həmin xəsarətləri ona hansı şəraitdə yetirdiyini bilmir. Sonradan hadisə şahidlərindən eşitdiyinə görə Ramil İlşada xəsarət yetirən zaman Yasin arxadan Ramilə yaxınlaşıb ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Səxavətin isə kiməsə xəsarət yetirməsinin şahidi olmamışdır. Qorxmaz əlində olan taxta parçası ilə Yasini də vurmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş mübahisənin kimin şahidi olduğunu bilmir. Həmin vaxt İlşad və onun qardaşı Rizvan bir yerdə olmuşlar. Onlar üçündən başqa bu mübahisənin kimlərin şahidi olduğunu bilmir. xx.xx.2021-ci il tarixdə isə hadisə kafenin qarşısında baş verdiyindən kafenin işçiləri, habelə həmin vaxtı ətrafdan keçən şəxslər də hadisənin şahidi olmuş, lakin həmin şəxslərin kim olduqlarını bilmir.(İİİ cild, i.v. 13-17); Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə söhbət zamanı orada olmuşdur, kənardan baxmışdır. xx.xx.2021-ci il tarixdə işdən evə gəlmiş, çayxanaya gəlib dostları ilə oturmuşdur. İlşadla dost olmuşdur, bir sinifdə oxumuş, çox vaxt birlikdə olmuşlar. 20 dəqiqə sonra qardaşlar içəri daxil olmuşlar. İlşadı çölə çağırmışlar, onlar oturmuşlar, Qorxmaz İlşada xəsarət yetirən zaman çölə çıxmışlar. Niyyətləri ayırmaq olmuşdur. Ramil İlşada yaxınlaşdığını görmüş, üstündəki bıçaqla Ramilə vurmuşdur. Ramilə xəsarət yetirmək niyyəti olmayıbdır. Çörək zavodunda ekspert işləyib, bununla əlaqədar üzərində hər zaman bıçaq olub, yağ bıçağı olmuşdur. Verilən suallara cavabında bildirmişdir ki, Ramil İlşadı vurmaq istəyəndə ona ayırmaq məqsədi ilə bıçaq vurmuşdur. xx.xx.2021-ci il tarixdə Vaqif və Rahib arasında səs-küyə görə söhbıt olub. Vaqif içəri girib bıçaq götürüb çıxanda onun ardınca çıxmış, onlar gedəndə söhbət yekunlaşmışdır, o kənarda olmuşdur. Ramil İlşadı vurmaq üçün yaxınlaşan zaman, arxa cibindən bıçaq çıxarmış ona vurmuşdur. Ramili ayırmaq üçün başqa vasitə olmamışdır. Həmin vaxt özü də xəsarət almışdır. O qapının ağzında olan zaman taxta çubuqla ona da vurmuşlar, o da özünü müdafiə məqsədi ilə arxası ona tərəf olan Ramili İlşadı arxadan vurmaq istəyəndə bıçaqla ayağından xəsarət yetirmişdir. Ətrafda taksi şoferləri olmuşdur, müdaxilə etməmişlər. Ramili vurduqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Başqa kimin kimi vurmasını görməmişdir. Dəryanın onu qorumaq üçün Qorxmazı vurmasını görməmişdir, elə bir ifadə verməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, anası X25 və atası X10 ilə birlikdə yaşayır. Onlar ailədə iki uşaq olmuş, bacısı Nübar Əliyeva ailəlidir, öz ailəsi ilə birlikdə ayn yaşayır. X36 özəl klinikada mühafizəçi İşləyir. Anası Tovuz “Dəniz Mali” Ticarət mərkəzində xadiməçi işləyir. Özü məlum hadisəyə qədər Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov Çörək Zavodunda” ticarət nümayəndəsi işləmiş, orta təhsilini Sabunçu qəsəbəsində yerləşən 215 nömrəli tam orta məktəbdə almış, səhəti ilə əlaqədar olaraq hərbi xidmət keçməmişdir. Şahid10 və Təqsirləndirilən şəxs2 onun sinif yoldaşları olduğu üçün uşaq vaxtlarında dostluq edirlər. Bu illər ərzində nə İlşadın, nədə ki, Dəryanın pis hərəkətinin şahidi olmamış, demək olar ki, hər gün görüşür, boş vaxtlarında “Komsomol” dairəsi adlanan yerdə yerləşən “Dönər” adlı kafedə birlikdə əyləşib çay içirmişlər. xx.xx.2021-ci il tarixdə işdən çıxıb həmişə olduğu kimi dostları ilə görüşməkdən ötrü “Dönər” adlı kafeyə gəlmişlər. Həmin gün kafedə İlşad, onun qardaşı Rizvan, Dərya və Əli adlı şəxslərlə əyləşib çay içmişlər. Bir qədər sonra Şahid2 adlı qonşuları da kafeyə gəlib dönər sifariş vermiş, bir qədər onlarla söhbət etdikdən sonra çıxıb getmişdir. Həmin vaxtı o, onlara kiminləsə mübahisənin olması barədə bir söz deməmişdir. Onlar özləri də kafedə əyləşən zaman heç kimlə mübahisəsi, dava-dalaşı olmamışdır. Vaqif onlardan aralanıb gedəndən bir qədər sonra təxminən saat 18-19 radələrində Vaqif yenidən aqressiv şəkildə kafeyə daxil olub, sonra isə çölə çıxmışdır. Kafedə olan şəxslərin ayağa qalxdığını görüb ayağa durmuş, görmüşdür ki, kafenin qarşısından səs-küy gəlir. Onlar birlikdə çölə tərəf gedəndə görmüşdür ki, Vaqiflə yaxınlıqda yerləşən ət dükanında işləyən Rahib adlı şəxs mübahisə edirlər. Onlar bir-birləri ilə aralıdan dayanıb sözlü mübahisə etsələr də, bir-birlərini vurmur, ətrafda olan şəxslər də onların yaxınlaşmalarına imkan vermirmişlər. Rahibin bibisi oğlu Mütəllim adlı şəxs Vaqifin qolundan tutub saxlamışdır. Rahibin və Vaqifin əllərində bıçaq olmuşdur. Bundan sonra İlşad Rahibi sakitləşdirmək üçün ona tərəf getmiş, həmin vaxtı Rahib İlşadın sinəsindən itələmiş, İlşad onun üstünə getmək istəyəndə isə Dərya qolundan tutub saxlamışdır. Mübahisə zamanı kimsə-kimisə vurmamışdır. O, özü isə kənarda dayanıb baş verənləri müşahidə eləmiş, heç kimə müdaxilə etməmişdir. Bundan sonra Rahib çıxıb getmiş, Vaqif özü da kafedən aralanıb evlərinə tərəf getmişdir. Həmin gün heç bir dava olmamış, Vaqiflə, Rahib bir-birlərini vurmamışlar. Rahibin onunla, İlşad və Rizvanla da heç bir davası olmamışdır. O, Rahiblə Vaqifin hansı səbəbə görə mübahisə etdiklərini bilməmişdir. Mübahisə başa çatandan sonra özü də evə getmiş, sonradan Vaqiflə Rahibin yenidən görüşüb-görüşməmələrini, barışıb-barışmamalarını bilmir. xx.xx.2021 -ci İl tarixdə bütün günü işdə olub, təxminən saat 19 radələrində işdən çıxıb yenidən “Dönər” adlı kafeyə getmişdir. Onu həmin gün kafeyə kimsə çağırmamışdır. O, dostları ilə demək olar ki, hər gün həmin kafeyə gedir, birlikdə çay içib, söhbət edirmişlər. O, kafeyə daxil olandan görmüşdür ki, İlşad Dərya, Dəryanın əmisi oğlu Fərid və Səxavət adlı şəxslər kafenin baş tərəfində yerləşən masada əyləşiblər. Təxminən 15-20 dəqiqə birlikdə əyləşib çay içib, deyib gülmüşlər. Həmin gün masada əyləşmiş uşaqların kiminləsə dava-dalaşı olmamış, əyləşib söhbət edən zaman da aralarında bu barədə heç bir söhbət olmamışdır. Təxminən saat 19:40 radələrində qəflətən kafenin qapısı açılmış, əvvəlcə Zərərçəkmiş şəxs2, ardınca isə qardaşları Rahib və Ramil içəri daxil olmuşlar. Qorxmaz aqressiv şəkildə İlşada “bir dəqiqə səni” olar deyib, onu çölə çağırmışdır. Onlar özləri də masadan qalxıb onlara yaxınlaşmışlar ki, baş verəni aydınlaşdırsınlar. X30, sonra isə onları itləmiş və çölə çıxmamalarını tələb etmişdir. X35, Qorxmaz və Ramil ilə birlikdə kafenin qarşısına çıxdığını görüb, onlar dalaşmasınlar deyə arxalarınca kafedən çölə çıxmışlar. Elə çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə dayanıb söhbət edir, qardaşları isə onun yanında dayanıblar. O, kafedən demək olar ki, axırıncı çıxdığından Rahiblə İlşadın nə danışdıqlarını eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz əlində olan taxta parçası ilə İlşadın sol tərəfdən baş nahiyəsindən zərbə endirmişdir. Onun həmin taxta parçasını dəqiq olaraq haradan götürdüyünü bilməmiş, kafeyə daxil olan zaman Qorxmazın əlində heç bir əşya olmamışdır. Ola bilsin ki, İlşad Rahiblə söhbət edən zaman Qorxmaz həmin taxtanı öz avtomobilindən götürmüşdür. Qoxmazın bu zərbəsindən dərhal sonra İlşada arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamışdır. Həmin vaxtı Ramilin arxası ona tərəf olduğundan onun əlində hər hansı bir alətin olub-olmadığını görə bilməmişdir. O, bunu görən kimi şalvarının sağ yan cibində saxladığı xırda mətbəx bıçağını çıxardıb arxa tərəfdən Ramilə yaxınlaşaraq onun sağ və sol ayaq nahiyəsindən yüngül zərbələr vurmuşdur ki, İlşaddan əl çəksin. O, ona dəqiq olaraq neçə zərbə vurduğunu xatırlamır. O, ona zərbə vurandan sonra Ramilin ona tərəf çevrilmək istədiyini görüb onun əlində də alət ola biləcəyini fikirləşib qorunmaqdan ötrü ondan aralanmışdır. Dava zamanı Qorxmaz əlində olan taxta parçası ilə onlara tərəf nizamsız zərbələr atmışdır. O, Qorxmazın üstünə gəldiyini görüb kənara çəkilmək istəyəndə həmin zərbələrdən biri onun baş və qol nahiyəsindən dəymişdir. Bu zaman arxa tərəfdən gələn Dərya Qorxmaza tərəf təpik zərbəsi atmış, sonra isə itələmişdir. O, Qorxmazın aralandığını görüb ordan uzaqlaşaraq qaçmışdır. Buna görə də sonradan kimin-kimi hansı şəraitdə vurduğunu görə bilməmişdir. Dava zamanı yalnız Rahibin yerdə uzanıqlı vəziyyətdə olan İlşada əlində olan bıçaqla zərbələri vurmasını görmüş, sonradan qaçıb kənara çəkildiyindən kimin-kimi vurmasını görə bilməmişdir. O, baş vermiş hadisədən çox qormuş, həyəcandan yolda gedən zaman əlində olan bıçağı da hara tulladığını xatırlamır. O, evə gedib paltarlarını topladıqdan sonra Balaxanı qəsəbəsində yerləşən özlərinə məxsus evdə qalmış, valideynlərinin də onun harada olmağından xəbərləri olmamışdır. O, hadisədən sonra heç kimlə əlaqə saxlamış, cinayət törətməyi barədə heç kimə məlumat verməmiş, evə gedib paltarlarım yığan zaman da evlərində heç kim olmamışdır. Fəridin ölməsi xəbərini də Balaxanıya gedən zaman məktəbin yanında qonşuların danışığından eşitmişdir. Rahib, Ramil və Zərərçəkmiş şəxs2 qardaşlarını hələ uşaq vaxtlarından qonşu məhlədə yaşayan şəxslər kimi tanımış, onlar bir neçə il olar ki, evin yaxınlığında yerləşən ət dükanında işləyirmişlər. Onlarla yaxın münasibəti olmasa da, aralarında ədavət, düşmənçilik də olmamışdır. Daim bir-birlərini görəndə salamlaşırlar. Yaxın münasibəti olmadığı üçün onların necə insan olduqlarını bilmir. Şahid2 adlı şəxs onun məhlə uşağıdır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Sonradan həbs olunduğu üçün uzun müddət görməmişdir. O, bir neçə ay bundan əwəl azadlığa çıxmış, yalnız bundan sonra kafeyə gəlib-gedən zaman görmüşdür. Vaqifi sakit, heç kimlə işi olmayan insan kimi tanıyır, heç vaxt pis hərəkətinin şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə Şahid2la Şahid1 arasında mübahisənin hansı səbəbdən baş verməsini bilmir. Vaqifin nə vaxtsa Rahibdən haqq tələb etməsini eşitməmiş, nə də ki, görməmişdir. xx.xx.2021-ci il İlşadın Rahibin işlədiyi dükana Fəridi göndərib söhbət etmək üçün onu "Dönər” adlı kafeyə dəvət etməsi barədə heç bir məlumatı yoxdur. Kafeyə gələndə görmüşdür ki, İlşad, Fərid, Dərya və Səxavət birlikdə əyləşib çay içirlər. Həmin vaxtı Rahiblə bağlı aralarında heç bir söhbət olmamış, Rahib və onun qardaşlarının kafeyə gələcəklərini gözləməmişdir. Rahib, Ramil və Qorxmaz qardaşlarının hansı səbəbdən kafeyə daxil olub, məhz İlşadı çölə çağırmalarını, hadisə vaxtı onu istər bıçaqla, istərsə də taxta parçası ilə vurmalarının səbəbini bilmir. Kafedə olan zaman onlar yalnız İlşad çölə çağırmışlar, onlarda isə çölə çıxmamalarını tələb etmişlər. Buna görə də, mübahisənin İlşadla bağlı olduğunu düşünür. Ola bilsin ki, bir gün əvvəl İlşadın araya girib Rahibi sakitləşdirmək üçün onun üstünə getməsi Rahibin xoşuna gəlməmişdir. Başqa bir əsaslı səbəb olmamışdır. Onun və yanında olan dostlarının çölə çıxanda məqsədi dava etmək deyil, aranı sakitləşdirmək olmuş, çölə çıxan kimi onlar İlşad vurduqlarından dava başlamış və kimisə ayırmaq mümkün olmamışdır. O, İlşadın yerə yıxıldığını. Ramilin isə onun üstünə hücum etdiyini görüb dərhal arxa tərəfdən Ramilə yaxınlaşıb ayağından bıçaqla vurmuşdur ki, Ramil aralansın. Ramili bıçaqla vurmaqda məqsədi yalnız onu qorxutmaq, İlşaddan ayırmaq olmuşdur. Onu bıçaqla vurmaqda öldürmək və ya başqa bir məqsədi olmamışdır. Hadisə vaxtı yalnız Ramili əlində olan bıçaqla ayağından vurmuş, onun nə kimi xəsarət aldığını bilmir. Onu isə Qorxmaz əlində olan taxta parçası ilə vurmuşdur. Həmin zərbə onun başından, sol tərəfindən və sol budundan dəymişdir. Bundan başqa əlindən kəsik xəsarəti almışdır. Lakin həmin xəsarəti ona dəqiq olaraq kimin və hansı şəraitdə yetirdiyini xatırlamır. Xeyli müddət keçdiyi üçün hazırda bədəni üzərində heç bir xəsarəti yoxdur. Şəxsən özünün heç kimdən şikayəti yoxdur. İlşad, Səxavət, Dərya və Fəridin Rahib, Ramil və Qorxmaz adlı şəxslərlə elədə yaxın münasibəti olmamış, dostluq etməmişlər. Buna baxmayaraq nə vaxtsa aralarında ədavət, dava olmasınında şahidi olmamışdır. Bildiyinə görə ailələr arasında da heç bir ədavət olmamışdır. Hadisə vaxtı Rahibin əlində bıçaq olduğunu görmüş, Qorxmazın əlində isə taxta parçası olmuşdur. Həmin taxta parçası “bitaya” oxşamış, uzunğu təxminən 20-30 sm olmuşdur. Səhv eləmirsə sonradan Ramilin əlində də taxtaya bənzər alətin olduğunu görmüşdür. Digər şəxslərin əlində isə bıçaq və ya hər hansı bir alət olduğunu görməmişdir. Onların həmin aləti haradan əldə etdiklərini bilmir, ola bilsin ki, bıçağı qabaqcadan özləri ilə götürmüşlər. Həmin gün dostlarında yalnız onda və Fəriddə bıçaq olmuşdur. Hava qaranlıq olduğu üçün Rahibin, Ramilin əlində olan bıçağı dəqiq görə bilməmiş, buna görə də həmin bıçaqları təsvir edə bilmir. Hadisədən sonra onların bıçağı hara atdıqlarını görə bilməmişdir. Hadisə zamanı istifadə etdiyini bıçağı evdən götürmüş, bıçaq təxminən 5-10 sm uzunluqda mətbəxdə istifadə olunan yağ bıçağı olmuşdur. Bıçağı üzərində gəzdirməkdə məqsədi sadəcə lazım olacağı təqdirdə özünü qorumaq olmuşdur. O, mübahisə zamanı görmüşdür ki, əvvəlcə Qorxmaz əlində olan taxta parçası ilə İlşadı vurmuş, bu zərbələrdən sonra İlşad yerə yıxılmışdır. Sonra isə Ramil İlşada tərəf qaçıb onu vurmağa başlamışdır. Ramildən sonra Rahib İlşadı əlində olan bıçaqla ayaq nahiyəsindən bıçaqlamışdır Sonradan İlşada başqa kimin xəsarət yetirdiyini görməmişdir. Hadisə vaxtı İlşad heç kimvurmamışdır, əskinə qardaşları üçü də onu vurmuşlar. İlşadın əlində heç bir alət olmamışdır. Fəridin, Səxavətin kimisə vurub-vurmadıqlarmı bilmir, görməmişdir. Fəridin necə bıçaqlanmasınm da şahidi olmamışdır. Dərya isə onu qorumaq üçün Qorxmazı təpiklə vurmuşdur( İİ cild, i.v. 34-39). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Hadisə 4 il əvvəl olub, xatırlamır. Şikayət və tələbi yoxdur. Verilmiş suallara cavabında bildirmişdir ki, hadisə Komsomol “kruq” adlanan yerdə axşam saatlarında olmuşdur. Qarşılıqlı dava olub, dava zamanı xəsarət almışdır, onu kimin vurduğunu kamera görüntülərində görmüşdür, onu Təqsirləndirilən şəxs1 vurmuşdur. Kim kimlə mübahisə etdiyini xatırlamır, Yasin və Dəryanı hadisə yerində görməmişdir. Ona ayağından bıçaqla xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs hadisəni təfərrüatı ilə xatırlamadığından ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməydək icraat dövründə vermiş olduğu vermiş olduğu ifadəsində bildirmişdir ki, arvadı X6, xx.xx.2020-ci il təvəllüdlü oğlu X24 ilə birlikdə yaşayır, hazırda yoldaşı 4 aylıq hamilədir. Ailə üzvləri barəsində qardaşlı Rahibin ifadəsində göstərdiklərini təsdiq edərək bildirmişdir ki, orta təhsilini 9-cu sinifə qədər Sabunçu qəsəbəsində yerləşən 68 nömrəli tam orta məktəbdə almış, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq hərbi xidmət keçməmişdir. Orta məktəbi bitirdikdən sonra atasına məxsus olan “Kraz” markalı **-KZ-*** dövlət nömrə nişanlı yük maşım ilə yükdaşıma xidməti ilə məşğul olmuşdur. Onun ailə üzvləri, qardaşları ilə münasibəti yaxşı olmuş, onların heç vaxt pis vərdişi olmamış, heç vaxt narkotik vasitə qəbul etməmişlər. Bu illər ərzində nə onun, nədə ki, qardaşlarının heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə bütün günü yəni saat 06-dan saat 20-ə qədər işdə olmuş, bildiyinə görə qardaşları da Öz işində olmuşlar. Həmin gün onlarla arasında danışıq olmadığı üçün baş verənlərdən xəbəri olmamışdır. Təxminən saat 20 radələrində o, işdən çıxıb qardaşı Rahibə baş çəkmək üçün evlərinin yaxınlığında yerləşən onun işlədiyi ət dükanına getmişdir. O, ora çatanda qardaşı Rahib tək olmuşdur. Onun həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşmuş, Rahib cavabında ona bildirmişdir ki, bir qədər əvvəl onlarla qonşuluqda yaşayan Vaqif adlı şəxslə arasında mübahisə olmuş, mübahisə zamanı Vaqif qardaşı Rahibin üstünə hücum edib onu yumruqla sifətindən vurmuş, hətta üstünə bıçaq çıxartmışdır. Vaqif qardaşı ilə mübahisə edən zaman onun yanında olmuş İlşad, Dərya, Yasin, Rizvan, Fərid, Əli və adlarını bilmədiyi digər şəxslər də Vaqifin yanında olub dükana hücum çəkib, qardaşının üstünə getmişlər. Rahibin dediyinə görə həmin gün adlarını qeyd etdiyi şəxslərlə onun arasında yalnız sözlü mübahisə olmuş, heç bir dava olmamış, kimsəkimisə vurmamışdır. Həmin şəxslərdən yalnız Vaqif qardaşını yumruqla vurmuşdur. Həmin hadisə ət dükanında quraşdırılmış video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış, eşitdiyinə görə sonradan hamın görüntülər Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən götürülmüş, görüntülər isə DVR apartından silinmişdir. Hazırda həmin görüntülər yoxdur. Bu görüntülərin hansı polis əməkdaşı tərəfindən və nə zaman götürüldüyünü bilmir. O, qardaşı Rahibin bədəni Üzərində hər hansı bir xəsarət görməmiş, lakin hiss olunmuşdur ki, sifətinin sol tərəfi bir qədər qızarıb. O, qardaşının yanında olduğu müddətdə o, ona baş vermiş hadisə ilə bağlı kimdənsə şikayətlənməmiş, kimisə vurmaq, dalaşmaq fikirində olduğunu deməmiş, ümumiyyətlə hər hansı bir tədbir planlaşdırmamışlar. O, özü də bir böyük qardaş kimi ona məsləhət vermişdir ki, diqqətli olsun, baş verənlərə əhəmiyyət verməsin. Həmin gün Vaqiflə qardaşı arasında mübahisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. Lakin qardaşının deməsindən ona məlum olmuşdur ki, Vaqif artıq 3-cü dəfə idi ki, onun işlədiyi dükana gəlib qardaşı Rahibdən dükan işlətdiyi üçün haqq tələb elmişdir. O, Vaqifi hələ uşaq vaxtlarından tanısa da, yaşca ondan böyük olduğu üçün heç bir münasibəti olmamış, sonradan o, qəsdən adam öldürməyə görə həbs olunmuşdur. Buna baxmayaraq əvvəllər nə onunla, nədə ki, qardaşları ilə onun arasında heç bir ədavət, düşmənçilik olmamışdır. O, evə çıxıb getdikdən sonra qardaşı Rahibin sonradan hara getməsindən, bu hadisə ilə bağlı kiminləsə görüşüb-görüşməməsindən xəbəri olmamışdır. xx.xx.2021-ci il tarixdə həmişə olduğu kimi saat 06 radələrində işə getmiş, gün ərzində qardaşları ilə arasında heç bir telefon danışığı olmamışdır. Təxminən saat 19 radələrində İşdən çıxıb evə tərəf gələn zaman qardaşı Rahib özünə məxsus ***-***-**-** telefon nömrəsindən ona zəng vurub İlşad və yanında olan şəxslərin onu söhbət etmək üçün yaxınlıqda yerləşən “Dönər’ adlı kafeyə çağırmaları barədə məlumat vermişlər. O qardaşına heç yerə getməməsini demişdir. O, özünə məxsus olan “Lada Priora” markalı **-XJ-*** dövlət nömrə nişanlı avtomobili “Komsomol” dairəsi adlanan əraziyə tərəf sürərkən qardaşları Qorxmaz və Rahibin “Dönər” adlı kafeyə daxil olduqlarını görüb tez maşını kafenin qarşısında parklayıb onların arxasınca kafeyə daxil olmuşdur. İçəri daxil olan kimi qardaşı Qorxmaz İlşadı çölə çığırmış, həmin vaxtı İlşadla birlikdə masada əyləşmiş Yasin, Dərya, Səxavət və Fərid adlı şəxslər də ayağa qalxıb, çölə çıxmaq istədikdə qardaşı Qorxmaz onlara bilmişdir ki, “siz gözləyin, biz İlşadla söhbət edək". Onlar özləri də kafedən çölə çıxmaq istəsələr də, Qorxmaz və o, onlara kafedən çöləçıxmamalarım demiş, məqsədi baş verə biləcək davanın qarşısını almaq olmuşdur. Onlar istəyirmişlər ki, İlşadla söhbət edib, məsələni bir dəfəlük aydınlaşdırsınlar. Şəxsən özünün kiminləsə dalaşmaq niyyəti olmamışdır. Onlar kafedən çölə çıxanda tlşad qardaşı Rahiblə üzbəüz dayanıb söhbət etməyə başlamışdır. Həmin vaxtı İlşad adlı şəxsin sağ tərəfində durmuş, qardaşı Qorxmaz isə sol tərəfində olmuşdur. O, çöldə səs-küy olmasın deyə İlşadın qoluna girmişdir ki, onu kənara çəksin. Bu zaman İlşad onların ünvanına nalayiq söyüş işlətmişdir. Onun bu söyüşündən sonra Qorxmaz əlində olan taxta parçası ilə İlşada sol tərəfindən baş nahiyəsindən bir dəfə zərbə endirmişdir. O, özü Qorxmazın həmin taxta parçasım haradan və nə zaman götürdüyünü görməmişdir. Qorxmazın bu zərbəsindən sonra İlşad sol təpə nahiyəsindən xəsarət almış və o, arxa-arxaya gedib arxası üstə yerə yıxılmışdır. O, İlşadın yerə yıxıldığını görüb İlşada tərəf qaçmış, bu zaman kimsə onu sağ və sol ayağının bud nahiyəsindən bıçaqla vurmuşdur. O, dərhal geriyə çevriləndə həmin şəxsin Yasin olduğunu görmüşdür. Yasin ona hər iki ayağından bir dəfə xəsarət yetirib onun geriyə çevrildiyini görüb qaçmışdır. O, ayağından xəsarət alsa da huşu özündə olmuş, yıxılmamışdır. Dərhal kənara çəkilib yarasına baxdıqdan sonra qanaxma nəticəsində ölə biləcəyindən qorxub tez maşınına tərəf qaçmış, buna görə də hadisə vaxtı dəqiq olaraq nələrin baş verdiyini, kimin-kimi dəqiq olaraq necə və hansı şəraitdə vurduğunu görməmişdir. O, maşına əyləşən kimi qardaşı Qorxmaz da onun idarə etdiyi maşına əyləşmiş və onlar birlikdə həyətlərinə getmişlər. Qardaşı Rahib isə Qorxmazın istifadəsində olan “Lada Granta" markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib həyətlərinə gəlmişdir. O, əvvəlcə həkimə getmək istəmiş, lakin ayağından axan qanın dayandığını görüb maşını atasıgilin həyətində qoyub piyada öz evinə qayıtmışdır. Qardaşları isə həyətdə qalmışlar. Ona ailə üzvləri ilkin tibbi yardım göstərmişlər. Gecə saatlarında polis əməkdaşları onun yaşadığı evə gəlib onu 12-ci PŞ-nə aparmışlar. Qardaşları isə səhər saatlarında polis bölməsinə gəlib təslim olmuşlar. Səxavət adlı şəxsi əvvəllər ümumiyyətlə tanımamış, bəlkə də nə vaxtsa üzdən görmüşdür. Onunla heç bir münasibəti olmamışdır. Yasin adlı şəxsi hələ uşaq vaxtlarından qəsəbə sakini kimi tanısa da, hər hansı bir münasibəti, ədavəti olmamışdır. Əsasən valideynləri onlara məxsus ət dükanına gəlib alış-veriş edirmişlər. Dərya adlı şəxsi əvvəllər görsə də, adının Dərya olduğunu bilsə də onunla ümumiyyətlə heç bir ünsiyyəti, əlaqəm, ədavəti olmamışdır. İlşad adlı şəxsi də qəsəbə sakini kimi tanımış, əvvəllər dəfələrlə görsə də, onunla da heç bir münasibəti, yaxınlığı, ədavəti olmamışdır. Əlini də qəsəbə sakini kimi tanıyır, hər hansı bir şəxsi münasibəti olmayıb. Fərid adlı şəxsi də tez-tez qəsəbəyə gəlib-gedən şəxs kimi görsə də, onun özü ilə də heç bir əlaqəsi olmamışdır. Vaqif adlı şəxsi də yuxarıda qeyd etdiyi kimi qəsəbə sakini kimi tanımışdır. Onun adları qeyd olunan şəxslərin heç biri ilə arasında əvvəllər ədavət, düşmənçiliyi olmamışdır. Onların ailə üzvlərinizin da arasında heç bir düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə Şahid2la qardaşı Şahid1 arasında nə kimi mübahisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. Qardaşı Rahibin dediyinə görə Vaqif əvvəllər də olduğu kimi həmin gündə qardaşının işlədiyi dükana gəlib ona söz atmış, ondan haqq tələb etmişdir. O, özü şəxsən həmin hadisənin şahidi olmamış, sonradan video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərə baxanda görmüşdür ki, İlşad, Rizvan, Dərya, Yasin, Əli və Vaqif adlı şəxslər qardaşının üstünə hücum edir. Həmin vaxtı bibisi oğlu Mütəllimdə orada olub Vaqifi aralamağa çalmışdır. Görüntülərdən aydın görünmüşdür ki, Vaqifin əlində bıçaq olmuşdur. Onun əmisi oğlu Əlinin əlində isə beşbarmaq adlanan alət olmuşdur. O, videoya baxanda görmüşdür ki, təxminən saat 18-17 radələrində Rahib dükanın qarşısında olan zaman Vaqif qardaşına yaxınlaşıb onunla nəsə danışır, bundan sonra qardaşım yumruqla sifətindən vurur. Bu vaxtı bibisi oğlu Mütəllimdə onların yanında olub, Vaqifi aralayır. Rahib onun üstünə gəlmək istəyəndə Vaqif cibindən bıçaq çıxardaraq Rahibə tərəf getdiyindən, Rahib dükana qaçıb bıçaq götürmüşdür ki, özünü müdafiə etsin. Rahib bıçağı götürüb dükanın giriş qapısının qarşısında dayanmış, bundan sonra İlşad və yuxanda adlannı qeyd etdiyi şəxslər dükana tərəf gəlmiş, İlşad qardaşı Rahibə yaxınlaşıb onu çiyni ilə içəriyə itələmiş, bu zaman Rahib onu əli İlə çiynindən itələmişdir. Rahib onu itələyən kimi İlşad onun üstünə hücum edib onlar dükana daxil olmuşlar, Dərya isə arxadan İlşadı tutub saxlamışdır. O, İçəridə nə baş verdiyini görməmiş, lakin videodan görünürdü ki. Vaqif əlində bıçaq, onun əmisi oğlu Əli isə beş barmaqla dükanın qarşısında dayanıb vargəl edir, sonra isə Əli özü də dükana daxil olmuşdur. Dükanda nə baş verdiyini bilmir. Qardaşından eşitdiyinə görə dükanın içərisində dava olmasa da, onlar qardaşına “burda vəziyyətə biz nəzarət edirik” deyib təhdid etmişlər. Bildiyinə görə qardaşı Rahibin əlində bıçaq olmasına baxmayaraq o, həmin gün heç kimi vurmamış, kiməsə hədə-qorxu gəlməmiş, bıçağı da özünü müdafiə etmək üçün əlində saxlamışdır. Hadisənin başqa şahidi olmuş şəxslər barəsində heç bir məlumatı yoxdur. Onun qardaşı xasiyyətcə söz götürməyən insandır, halal zəhməti ilə dolanan İnsandır. Vaqif və onun dəstəsi isə qardaşının bu xasiyyətini qəbul etmədikləri üçün son zamanlar ona söz atıb, qorxutmağa çalışırmışlar. 26.11,2021-ci il tarixdə Rahib axşam saatlarında Şahid2la görüşüb üzrxahlıq edib barışmamış, şəxsən özü Vaqiflə görüşüb danışmamışdır. Qardaşlarından da bu barədə heç nə eşitməmişdir. xx.xx.2021-ci il tarixdə qardaşı İlşad və onun yaxın ətrafının qardaşım ora hansı məqsədlə və hansı formada dəvət etdiklərini bilmir. Nə onun, nədə ki, qardaşları Qorxmaz və Rahibin kimisə vurmaq, öldürmək məqsədi olmamış, onlar bu cinayəti qabaqcadan planlaşdırmamış, həmin kafeyə də sırf onların dəvəti ilə getmişlər. Rahibi kafeyə İlşad özü dəvət etmişdir. Buna görə də kafeyə daxil olub məhz İrşadı çölə çağırmışlar ki, nə sözü var desin. Məqsədləri yalnız söhbət etmək, arada yaranmış anlaşılmazlığı aydınlaşdırmaq olmuşdur. Rahib və Qorxmaz həmin kafeyə ondan əvvəl daxil olmuş, həmin vaxt onların əlində heç bir alət olmamışdır. Sonradan Qorxmazın həmin taxta parçasım haradan götürdüyünü, Rahibin isə bıçağı necə çıxartdığını görməmişdir. Onların üzərində aləi olmasından xəbəri olmamışdır. Ola bilsin ki, o özünü müdafiə etmək üçün bıçağı qabaqcadan özü ilə gətirmişdir. Onlar elə söhbət etmək istəyirmişlər ki, İlşad ünvanlarına ağır söyüş işlətmiş, qardaşıda bundan əsəbləşib onu taxta ilə vurmuş, sonradan isə dava başlamışdır. Qardaşı Şahid1 əlində olan bıçağı görməmiş, sonradan hara atdığını da bilmir. Buna görə də həmin bıçağı təsvir edə bilmir. Bıçağın üzərində qan ləkələrinin aşkar edilməməsi ilə bağlı dəqiq bir söz deyə bilmir. Qorxmazın əlində olan taxta parçasını da hara atdığını bilmir. O, maşına minəndə əlində taxta olmamışdır. Hadisə vaxtı Qorxmazın əlində olan taxta parçasını diqqət yetirmədiyindən təsvir edə bilmir. Hadisə vaxtı özünün əlində heç bir alət olmamış, heç kimi vurmamış, kiməsə xəsarət yetirməmiş, ümumiyyətlə onun kimisə vurmaq niyyəti olmamışdır, İlşadın üzərinə hücum etməmiş, onun başının qanadığını görüb köməklik etmək məqsədi ilə İlşada yaxınlaşmış, bu zaman isə Yasin onu arxadan bıçaqlamışdır. İlşad ayağa qalxmaq istəyəndə İsə onu vurmamış, İlşada başında olan xəsarəti Qorxmaz əlində olan taxta parçası ilə onu vuran yetirmişdir. Hadisə vaxtı yalnız Qorxmazın əlində laxta parçası, Yasinin əlində isə bıçaq görmüş, başı öz ayağında olan xəsarətinə qarışdığından başqa kimin əlində bıçaq və ya digər bir alət olmasını, dəqiq olaraq kiminkimi vurmasını görməmişdir. Səxavətin, Dəryanın və Fəridin davada nə etdiklərini, onların kimisə vurub-vurmadıqlarını görməmişdir. Qardaşı Şahid1 xx.xx.2021-cı il tarixdə baş vermiş mübahisə zamanı X7 və Şahid10 hansı şəraitdə və hansı məqsədlə bıçaqlaması bilmir, şahidi olmamışdır. Sonradan eşitdiyinə görə Fərid əlində olan bıçaqla Rahibin üstünə hücum edib onu vurmaq istəyəndə Rahib həmin bıçağı tiyəsindən tutmuş, sonra isə özü ona bıçaq xəsarəti yetirmişdir. Lakin dəqiq olaraq necə və hansı nahiyələrindən xəsarətlər yetirdiyini bilmir. Rahibin İlşadı da necə bıçaqladığım, ona neçə bıçaq xəsarəti yetirdiyini görməmiş, bilmir. Onun bıçaq xəsarətləri yetirməkdə məqsədinin nə olduğunu bilmir. Qardaşı Zərərçəkmiş şəxs2 yalnız İlşada əlində olan taxta parçası ilə bir dəfə zərbə vurduğunu görmüş, sonradan kimisə vurmasının şahidi olmamışdır. Dava təxminən 2-3 dəqiq davam etmiş, səs- küyə yalnız kafenin işçiləri çölə çıxmış, lakin heç kim baş vermiş mübahisəyə müdaxilə etməmişdir. Nə onu, nədə ki, qardaşlarını kimsə dalaşmağa təhrik etməmişdir. 27.11,2021-ci il tarixdə atasnın Şahid10 adlı şəxslə görüşməsi barədə heç bir məlumatı yoxdur. Atasının İlşadı hədələməsi ilə bağlı göstərdikləri yalandır. Anası rəhmətə gedəndən sonra atası onları öz əziyyəti ilə tək böyütmüş, o heç vaxt onları cinayət törətməyə təhrik etməmişdir. xx.xx.2021 -ci il tarixdə baş vermiş hadisə ilə bağlı da atası ilə arasında heç bir söhbət olmamışdır. İlşadƏliyev yalan danışır, hadisə vaxtı onun əlində bıçaq və ya hər hansı bir əşya olmamış, İlşadı nəinki qarın nahiyəsindən, heç bir nahiyəsindən vurmamış, göstərdikləri video görüntülərlə də öz təsdiqini tapır(İİ cild, 209- 215). Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisəni xatırlayır, qeyd edilən şəxslər orada olub, hadisə axarı qeyd edilən ardıcıllıqla olub, amma kimin kimi vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Hadisə 4 il bundan əvvəl olub, xatırlamır. Verilmiş suallara cavabında bildirmişdir ki, Hadisə 2021-ci il tarixdə axşam saatlarında olub, ona kim xəsarət yetirdiyini xatırlamır, şikayət və tələbi yoxdur. Kimin kimi vurmasını xatırlamır. Zərərçəkmiş şəxs hadisəni təfərrüatı ilə xatırlamadığından ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməydək icraat dövründə vermiş olduğu vermiş olduğu ifadəsində bildirmişdir ki, orta təhsilini 9-cu sinifə qədər Sabunçu qəsəbəsində yerləşən 68 nömrəli tam orta məktəbdə almış, gözündə olan zəifliklə əlaqədar olaraq hərbi xidmət keçməmiş, orta məktəbi bitirdikdən sonra qəssablıqla məşğul olmağa başlamışdır. Bir müddət atasına məxsus olan ət dükanında qardaşı Rahiblə birlikdə işlədikdən sonra son iki ayı Nərimanov rayonu ərazisində yerləşən ət dükanında qəssab işləmişdir. Bu illər ərzində nə onun, nədə ki, qardaşlarının heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. Atası Ramizdə sakit insan olub heç kimlə düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə bütün günü işdə olmuş, bildiyinə görə qardaşları da öz işində olmuşlar. Həmin gün onlarla arasında danışıq olmadığı üçün baş verənlərdən xəbəri olmamışdır. Təxminən saat 20 radələrində işdən çıxıb qardaşı Rahibə baş çəkmək üçün evlərinin yaxınlığında yerləşən onun işlədiyi ət dükanına getmişdir. O, dükana çatanda qardaşı Rahib tək olmuş, həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşmuş. Rahib isə cavabında bir qədər əwəl onlarla qonşuluqda yaşayan Vaqif adlı şəxslə arasında mübahisə olduğunu, mübahisə zamanı Vaqifin üstünə hücum edib onu yumruqla sifətindən vurduğunu, hətta üstünə bıçaq çıxartdığını demişdir. Vaqif qardaşı ilə mübahisə edən zaman onun yanında olmuş İlşad, Dərya, Yasin, Rizvan, Əli və adlarını bilmədiyi digər şəxslər də Vaqifin yanında olub dükana hücum çəkib, qardaşının üstünə getmişlər. Rahibin dediyinə görə həmin gün adlarını qeyd etdiyi şəxslərlə onun arasında yalnız sözlü mübahisə olmuş, heç bir dava olmamış, kimsə-kimisə vurmamışdır. Həmin şəxslərdən yalnız Vaqif qardaşını yumruqla vurmuşdur. Həmin hadisə ət dükanında quraşdırılmış video müşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır. O, qardaşı Rahibin bədəni üzərində hər hansı bir xəsarət görməmiş, lakin hiss olunmuşdur ki, sifətinin sol tərəfi bir qədər qızarıb. O, qardaşının yanında olduğu müddətdə o, baş vermiş hadisə ilə bağlı kimdənsə şikayətlənməmiş, kimisə vurmaq, dalaşmaq fikirində olduğunu deməmiş, ümumiyyətlə hər hansı bir tədbir planlaşdırmamışlar. Bir qədər sonra qardaşı Ramildə dükana gəlmişdir. O özü də bir böyük qardaş kimi Rahibə məsləhət vermişdir ki, diqqətli olsun, baş verənlərə əhəmiyyət verməsin. Həmin gün Vaqiflə qardaşı arasında mübahisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. Lakin qardaşının deməsindən ona məlum olmuşdur ki, Vaqif artıq 3-cü dəfə idi ki, onun işlədiyi dükana gəlib qardaşı Rahibdən dükan işlətdiyi üçün haqq tələb etmişdir. O, Vaqifi hələ uşaq vaxtlarından üzdən tanısa da, yaşca ondan böyük olduğu üçün heç bir münasibəti olmamış, sonradan o, qəsdən adam öldürməyə görə həbs olunmuşdur. Buna baxmayaraq əvvəllər nə onunla, nədə ki, qardaşları ilə onun arasında heç bir ədavət, düşmənçilik olmamışdır. Bir qədər dükanda qaldıqdan sonra qardaşı Rahiblə birlikdə öz evinə getmişdir. Həmin günü axşam qardaşı evdə olmuş, nə Vaqif, nədə ki onun yanında otmuş şəxslərdən kiminləsə görüşməmişdir. xx.xx.2021- ci il tarixdə həmişə olduğu kimi saat 07:30 radələrində işə getmişdir. Gün ərzində qardaşları ilə arasında heç bir telefon danışığı olmamışdır. Təxminən saat 19 radələrində işdən çıxıb qardaşının İşlədiyi dükana gəlmişdir. O, içəri daxil olanda qardaşı Rahib ona bildirmişdir ki. İlşad onu söhbət etmək üçün yaxınlıqda yerləşən “Dönər” adlı kafeyə dəvət edib. Lakin həmir kafeyə qardaşını necə çağırdığını bilməmişdir. Bir qədər sonra qardaşı Ramildə onların yanını gəldi və onlar birlikdə İlşadın dəvəti ilə onunla söhbət etməkdən ötrü “Dönər” adlı ka ley; getmişlər. Həmin vaxtı saat 19:30 radələri olmuşdur. Əvvəlcə o özü kafeyə daxil olmuş, həmiı vaxtı İlşad yanında olan dostları Yasin, Dərya, Səxavət və Fərid bir masada əyləşmişlər. İçəı daxil olan kimi o, İlşadı çölə çağırmış, həmin vaxtı İlşad və orada əyləşmiş şəxslər ayağ qalxıb, çölə çıxmaq istədikdə o, onlara bildirmişdir ki, “siz gözləyin, Rahiblə İlşad söhb: etsinlər”. Onlar özləri də kafedən çölə çıxmaq istəsələr də, o və Ramil onlara kafedən çö çıxmamalarını demişlər. Onun məqsədi baş verə biləcək davanm qarşısını almaq olmuşdu Şəxsən Özünün kiminləsə dalaşmaq niyyəti olmamışdır. Onlar kafedən çölə çıxanda İlşad qardaşı Rahiblə üzbəüz dayanıb söhbət etməyə başlamışdır. Həmin vaxtı Ramil İlşadın şəxsin sağ tərəfində durmuş, o isə onun sol tərəfində dayanmışdır. Qardaşı Ramil çöldə səs-küy olmasın deyə İlşadın qoluna girmişdir ki, onu kənara çəksin. Bu zaman İlşad onların ünvanına nalayiq söyüş işlətmiş və yanında olan şəxslərə söyüşlə səslənərək “vurun bunları” deyə bildirmişdir. Onun bu söyüşündən sonra bərk əsəbləşmiş və həmin vaxtı yerdə gözünə sataşan taxta parçasını götürüb İlşada sol tərəfdən baş nahiyəsindən bir dəfə zərbə endirmişdir. Onun bu zərbəsindən sonra İlşad sol təpə nahiyəsindən xəsarət almış və o, arxa-arxaya gedib arxası üstə yerə yıxılmışdır. Bu zaman ara qarışdığı üçün dəqiq olaraq nələrin baş verdiyini, kimin-kimi vurmasım görə bilməmişdir. Həmin vaxtı özündə bərk həyəcanlı olmuş, xatırlayır ki, o, İlşadı vurandan sonra Səxavət onun üstümə hücum edib onu başından vurmuşdur. Lakin onu vuran zaman əlində hər hansı bir alətin olub-olmadığını bilməmişdir. Səxavət onu vuran kimi qaçıb kənara çəkilmiş, bundan sonra Yasin əlində olan bıçaqla qardaşı Ramili sağ ayağından bıçaqlayıb ona tərəf hücum etmişdir. O isə özünü müdafiə etmək üçün əlində olan taxta parçası ilə onu əlindən vurmuşdur ki, bıçaq yerə düşsün. Həmin vaxtı arxadan kimsə onu təpiklə vurub itələmişdir. Lakin onu vuran şəxsin kim olduğunu bilməmişdir. Bu zaman Fərid özü də əlində olan bıçaqla ona tərəf zərbə atmışdır. Lakin onun bu zərbəsi ona dəyməmişdir. O. Yasini taxta ilə vurandan sonra Yasin və Dərya qaçıb getmişlər. Geriyə çevriləndə görmüşdür ki, İlşad ayaqüstədir və qardaşı Rahiblə dalaşır. Buna görə də onlara tərəf qaçıb əlində olan taxta parçası ilə ilşadı vurmuşdur ki, qardaşından əl çəksin, kafeyə getsin. Onlar əli bıçaqlı olduqları üçün onu və qardaşlarını bıçaqlayacaqlanndan qorxub taxta ilə kortəbii zərbələr atmışdır ki, qaçıb getsinlər. Bu zərbəsindən sonra İlşad kafeyə daxil olmuş və o, ətrafda heç kimin qalmadığını görüb əlində olan taxta parçasım hadisə yerində tullayıb qardaşı Ramilə məxsus “Lada Priora” markalı **-XJ-*** dövlət nömrə nişanlı avtomobili idarə edib, birlikdə atasıgilin həyətinə getmişlər. Qardaşı Rahib isə onun istifadəsində olan “Lada Granta” markalı **-PE-*** dövlət nömrə nişanlı avtomobilə əyləşib həyətlərinə gəlmişdir. Onlar Ramilin ayağından xəsarət aldığını görüb əvvəlcə onu həkimə aparmaq istəmiş, lakin sonradan ayağından axan qan dayandığı üçün Ramil öz evinə getmişdir. O və Rahib isə yoldan keçən taksiyə əyləşib Kürdəxanı qəsəbəsinə gedib qardaşı Ramilin istifadəsində olan “Kamaz” markalı dövlət nömrə nişanını unutduğu yük maşınında gecələmişlər. Onları həmin ünvana aparan taksi sürücüsünü tanımır, ona hadisə barədə heç bir məlumat verməmişlər. Ümumiyyətlə hadisədən sonra heç kimlə görüşməmiş, telefonla danışmamışlar. Səhəri gün isə 12-ci PŞ-nə gəlib təslim olmuşlar. Səxavət adlı şəxsi yalnız üzdən tanımış, onunla heç bir əlaqəsi, münasibəti olmamışdır. Yasin adlı şəxsi hələ uşaq vaxtlarından qəsəbə sakini kimi tanısa da, hər hansı bir münasibəti, ədavəti olmamışdır. Dərya adlı şəxsi əvvəllər görsə də, adının Dərya olduğunu bilsə də onunla da heç bir ünsiyyəti, əlaqəm, ədavəti olmamışdır. İlşad adlı şəxsi də qəsəbə sakini kimi tanımış, əvvəllər dəfələrlə görsə də, onunla da heç bir münasibəti, yaxınlığım, ədavəti olmamışdır. Əlini də qəsəbə sakini kimi tanıyır, hər hansı bir şəxsi münasibəti olmayıb. Fərid adlı şəxsi də tez-tez qəsəbəyə gəlib-gedən şəxs kimi görsə də, onun özü isə də heç bir əlaqəsi olmamışdır. Adları qeyd olunan şəxslərin heç biri ilə arasında əvvəllər ədavət, düşmənçiliyi olmamışdır. Ailə üzvləri arasında heç bir düşmənçilik olmamışdır. İstər Vaqifi, istərsə də adlarının qeyd etdiyi şəxsləri davakar, kriminala meyilli insanlar kimi tanımış, buna görə də onlarla münasibət qurmaqdan çəkinmişdir. xx.xx.2021-ci il tarixdə qardaşı Şahid1la Şahid2 adlı şəxs arasında mübahisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyini bilmir. Qardaşı Rahibin dediyinə görə Vaqif əvvəllər də olduğu kimi həmin gündə qardaşının işlədiyi dükana gəlib ona söz atmış, ondan haqq tələb etmişdir. Sonradan video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərə baxanda görmüşdür ki, İlşad, Rizvan, Dərya, Yasin, Əli və Vaqif adlı şəxslər qardaşının üstünə hücum edir. Həmin vaxtı bibisi oğlu Mütəllimdə orada olub Vaqifi aralamağa çalışmışdır. Görüntülərdən aydın görünmüşdür ki, Vaqifin əlində bıçaq, onun əmisi oğlu Əlinin əlində isə beşbarmaq adlanan alət olmuşdur. Təxminən saat 17-18 radəhrində Rahib dükanın qarşısında olan zaman Vaqif qardaşına yaxınlaşıb onunla nəsə danışır, bundan sonra qardaşını yumruqla sifətindən vurur. Bu vaxtı bibisi oğlu Mütəllimdə onların yanında olub, Vaqifi aralayır. Rahib onun üstünə gəlmək istəyəndə Vaqif cibindən bıçaq çıxardaraq Rahibə tərəf getdiyindən, Rahib dükana qaçıb bıçaq götürür ki, özünü müdafiə etsin. Rahib bıçağı götürüb dükanın giriş qapısının qarşısında dayanır. Bundan sonra İlşad və yuxarıda adlarını qeyd etdiyi şəxslər onların dükanına tərəf gəlirlər. İlşad qardaşı Rahibə yaxınlaşıb onu çiyni ilə içəriyə itələyir, bu zaman Rahib onu əli ilə çiynindən itələyir. Rahib onu itələyən kimi İlşad onun üstünə hücum edib onlar dükana daxil olurlar, Dərya İsə arxadan İlşadt tutub saxlayır. Dükanda nə baş verdiyini bilmir. Qardaşından eşitdiyinə görə dükanın içərisində dava olmasa da, onlar qardaşına “burda vəziyyətə biz nəzarət edirik, bizə haq Ödəməlisən” deyib təhdid etmişlər. Bildiyinə görə qardaşı Rahibin əlində bıçaq olmasına baxmayaraq o, həmin gün heç kimi vurmamış, kiməsə hədə-qorxu gəlməmiş, bıçağı da özünü müdafiə etmək üçün əlində saxlamışdır. Hadisənin başqa şahidi olmuş şəxslər barəsində heç bir məlumatı yoxdur,Həmin gün Rahiblə Vaqif görüşməmiş, qardaşı bütün gecəni evdə olmuşdur. xx.xx.2021-ci il tarixdə qardaşı Şahid1 söhbət etmək üçün “Dönər” adlı kafeyə kimin dəvət etdiyini görməmiş, Rahibdən eşitdiyinə görə İlşad söhbət etmək məqsədi ilə Rahibi “Dönər” adlı kafeyə dəvəi etmişdir. İlşadın qardaşımı ora hansı məqsədlə və hansı formada dəvət etdiyini bilmir. Nə onun, nədə ki, qardaşlarının kimisə vurmaq, öldürmək məqsədi olmamış, bu cinayəti qabaqcadan planlaşdırmamışlar. Kafeyə daxil olub İlşadı çölə çağırmaqda məqsədi onların təklikdə söhbət etməsinə şərait yaratmaq idi. Onlar kafedə çox idilər və əgər kafenin içərisində söhbət etsəydilər dava düşə bilərdi. Buna görə də İlşadı çölə çağırdan sonra onun yanında əyləşmiş şəxslərdən tələb etmişdir kı, çölə çıxmasınlar ki, dava düşməsin. Rahibin üzərində bıçaq olduğunu görməmiş, həmin bıçağı haradan əldə etdiyini də bilmir. Özü kafeyə gedən zaman əlində taxta parçası olmamışdır. Sonradan İlşad söyüş işlətdiyindən əsəbləşib yerdən taxta götürüb onu başından vurmuş, bundan sonra dava başlamışdır. Rahibin əlində olan bıçağı görmədiyi üçün təsviri edə bilmir. Ramilin əlində heç bir alət olmamışdır. O, özü hadisə vaxtı İlşad və Yasindən başqa heç kimi vurmamış, bu zərbələrindən sonra onların nə kimi xəsarət aldıqlarını bilmir. Ümumiyyətlə əvvəlcədən kimisə vurmaq niyyəti olmamışdır. Hadisə vaxtı Yasinin və Fəridin əlində bıçaq görmüş, onlar ikisi də əllərində ola bıçaqla onu vurmağa cəhd etmişlər. O, yalnız Yasinin arxadan qardaşı Ramilə yaxınlaşıb ayağına bıçaqla xəsarət yetirməsini və Səxavətin ona arxadan zərbə endirməsini görmüş, sonradan hadisənin qeydə alındığı video görüntülərə baxan zaman aydm olmuşdur ki, Yasini əlindəki taxta parçası ilə vuran zaman Dərya arxadan hücum edib onu təpiklə ayağından vurmuş, sonra isə itələmişdir. Fərid hadisə vaxtı əlində bıçaq ortalıqda fırlansa da, dəqiq olaraq kimisə vurub-vurmadığını görməmişdir. Rahibin hadisə vaxtı Şahid10 və Fərid Əliyevi hansı şəraitdə bıçaqlamasını şahidi olmamış, sonradan eşitdiyinə görə Fərid əlində olan bıçaqla Rahibin üstünə hücum edib onu vurmaq istəyəndə Rahib həmin bıçağı tiyəsindən tutmuş, sonra isə özü ona bıçaq xəsarəti yetirmişdir. Lakin dəqiq olaraq necə və hansı nahiyələrindən xəsarətlər yetirdiyini bilmir. Rahibin İlşadı da necə bıçaqladığını, ona neçə bıçaq xəsarəti yetirdiyini görməmiş, bilmir. Onun bıçaq xəsarətləri yetirməkdə məqsədinin nə olduğunu bilmir. Hadisədən əvvəl qardaşı Rahib onlara kiminləsə dalaşmaq, kimisə bıçaqlamaq, öldürmək fikirində olması barədə heç bir söz deməmişdir. Dava təxminən 2-3 dəqiq davam etmiş, səs-küyə yalnız kafenin işçiləri çölə çıxmış, baş vermiş mübahisəyə heç kim müdaxilə etməmişdir. Həmin vaxtı həyəcanlı olmuş, məqsədi dava etmək deyil, özünü və qardaşlarım qorumaq olmuşdur. Hadisə vaxtı Rahibin əlində olmuş bıçağı görmədiyi üçiin həmin bıçağı təsvir edə bilmir. Bıçağın üzərində qan ləkələrinin aşkar edilməməsi ilə bağlı dəqiq bir söz deyə bilmir. Nə onu, nədə ki, qardaşlarını kimsə dalaşmağa təhrik etməmişdir. Ümumiyyətlə onların kiminləsə dalaşmaq niyyəti olmamış, həmin ünvana da İlşadın dəvəti ilə getmişlər. xx.xx.2021-ci il tarixdə atasının Şahid10 adlı şəxslə görüşməsi barədə heç bir məlumatı yoxdur. Atasının İlşadı hədələməsi ilə bağlı İlşadın göstərdikləri yalandır. xx.xx.2021- ci il tarixdə baş vermiş hadisə ilə bağlı atası ilə onun, nədə ki qardaşlarının arasında heç bir söhbət olmamışdır. xx.xx.2021-ci il tarixdə baş vermiş hadisədən bir müddət əvvəl atası Ramiz Lətifovla qardaşları arasında olan telefon danışıqlarının nə ilə bağlı olduğunu bilmir. Onlar gün ərzində bir neçə dəfə ataları ilə telefonla danışıb, hal-əhval tutur, ola bilsin ki, həmin zəng də bu məzmunda olmuşdur. Şahid10 yalan danışır, hadisə vaxtı qardaşı Ramilin əlində bıçaq və ya hər hansı bir əşya olmamış, İlşadı nəinki qarın nahiyəsindən, heç bir nahiyəsindən vurmamışdır. Hadisə zamanı öz əlində bita deyil, təsadüfən yerdən tapdığı uzunluğu təxminən 20-30 sm olan taxta parçası olmuş, həyəcandan tam dəqiqliklə nəzər yetirmədiyi üçün başqa əlamətlərini bilmir (İİ cild, 138-144). Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ifadəsində qeyd edildiyi kimi olmuşdur, elan edilmiş ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid10 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə onlar Komsomol dairəsində “Dönər” adlı çay evində oturmuşlar, çay içmişlər. Həmin vaxt Vaqif adlı tanışları əvvəl onu evə yola salmışlar, gəlib çay evinə girmiş, sonra çıxmışdır. Onlar da onun ardınca çıxmışlar, görmüşlər ki, onların obyektlərinin yaxınlığında ət dükanı olan Rahib adlı şəxs dayanmışdır. Vaqif ona tərəf getmişdir, əlində bıçaq olmuşdur. Onlar dava olmasını istəmədiyindən onları ayırmışlar, sonra onlar arasında barışıq olmuşdur. xx.xx.2021-ci il tarixdə günorta radələrində O Dərya ilə məhlədə dayanmışdır, Rahibin atası Ramiz ona qazellə yaxınlaşaraq demişdir ki, “dünən mənim oğlum Rahibin üstünə sən getmisən?”, o da Rahibin üstünə getmədiyini, anlaşılmazlıq olduğunu, daha sonra aralarında həll etdiklərini bildirmişdir. Ramiz kamera görüntülərinə baxacağını ondan sonra ona göstərəcəyini bildirmişdir, Ramizin yanında Mütəllim və İslam olmuşdur. Daha sonra onlar çıxıb getmişlər. 3-4 saat sonra Dərya ilə birlikdə çay içməyə düşmüşdür. Dəryanın əmisi oğlu Fərid və onun dostu Səxavət 29 noyabr Dəryanın ad günü olduğuna görə onlara yaxınlaşmış, görüşüb, birlikdə oturub çay içmişlər. 15 dəqiqə sonra Yasin gəlmişdir, onlarla oturmuşdur. Qorxmaz gəlib içəri daxil olmuş, onu çağırmış, daha sonra ardınca qardaşları gəlmişdir, “Dönər” adlıçay evinin qarşısına çıxmışlar, o, Rahib və Ramillə qarşı qarşıya dayanmışdır. Qorxmaz o gözləmədən onun arxasına keçmiş, taxta çubuğu götürüb başının arxasından zərbə vurmuşdur, o geri geri getmişdir, ona yumruq və bıçaqla zərbə vurmuşlar, həmin vaxt o dostlarına kömək edin demişdir. Yasin və Dərya ondan sonra gəlmişdir. Verilən suallara cavabında bildirmişdir ki, Onu vurana kimi heç kim dalaşmamışdır. Onu özləri gəlib çölə çıxarmışlar, dostları həmin vaxt çölə çıxmamışdır, o arxaya çevirilib baxanda onları içərdə oturan görmüşdür, yalnız vurulandan sonra onları köməyə çağıranda onlar çıxmışlar. Dərya və Yasinin kimə xəsarət yetirdiyini görməmişdir. Kamera görüntülərinə baxdıqdan sonra Yasinin kimi vurduğunu görmüşdür. xx.xx.2021-ci il tarixdə Vaqif içəri təlaşlı halda gəlib girmiş, daha sonra çıxmışdır, həmin vaxt orada Dərya və Yasində olmuşdur. Ayrı masalarda oturmuşlar. Çölə çıxarkən Dərya və Yasin orada olmuşdur. Rahiblə onun arasında mübahisə olmuşdur, Rahibin üstünə getmiş, bıçağı yığışdırmasını bildirmişdir. Ondan əvvəl Vaqiflə Rahib arasında söhbət olduğunu sonradan eşitmişdir. Vaqif gəlib çay evinə girib, bıçaq götürüb, Rahibin üstünə getmişdir. xx.xx.2021-ci il tarixdə onu çölə çağırmaları atalarının gəlib oğlunun üstünə getməsini soruşmasına görə olmuşdur, onu maşına əyləşdirmək istəmişlər, lakin əyləşməmişdir. Dərya və Yasinin dava anında kimisə vurduğunu görməmişdir. Kameradan görmüşdür ki, o yıxılandan sonra Yasin Ramilə xəsarət yetirir. Dəryanın əlində heçnə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid1 ifadəsində göstərdi ki, hadisəni xatırlamır. Verilmiş suallara cavabında bildirmişdir ki, Dərya və Yasinin kimisə vurmasını görməmişdir. Şahid hadisəni təfərrüatı ilə xatırlamadığından ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 məhkəməydək icraat dövründə vermiş olduğu vermiş olduğu ifadəsində bildirmişdir ki, ailədə dörd qardaş, bir bacıdırlar. X2 anası Lətİfova Narınc Ağamusa qızı ilə nikahından Suvarə adlı bacısı. Qorxmaz. Ramil və Tural adlı qardaşları var. Anası Narıncı 2020-ci ildə xəstəlikdən rəhmətə getmişdir. Atası Ramiz əvvəllər uzun müddət Beynəlxalq Avtovağzalda sürücü İşləmiş, 2005-ci ildən isə şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi üçün təqaüdə çıxmışdır. Həmin vaxtdan bəri rəsmi olaraq heç bir yerdə işləmir. Bacısı Suvarə evin böyük övladıdır, ailəli olub, öz ailəsi ilə birlikdə ayrı yaşayır. Evin ortancıl oğlan övladıdır. O, orta təhsilini Sabunçu qəsəbəsində yerləşən 68 nömrəli tam orta məktəbdə almış, gözündə olan zəifliklə əlaqədar olaraq hərbi xidmət keçməmişdir. O, orta məktəbi bitirdikdən sonra qəssablıqla məşğul olmağa başlamışdır. Böyük qardaşı Ramil atasına məxsus olan “Kraz” markalı **-KZ-*** dövlət nömrə nişanlı yük maşını ilə yükdaşıma xidməti ilə məşğul olmuş, ailəlidir, biz az yaşlı övladı var. 3-cü qardaşı Qorxmaz özü də yanmçıq orta təhsilli olub, qəssablıqla məşğul olmuş, Nərimanov rayonu ərazisində yerləşən ət dükanında işləmişdir. Özü ünvan 5 ünvanında yerləşən atasına məxsus 9 kv-lıq ət dükanında qəssab işləyir. 16 yaşlı qardaşı Tural isə orta təhsili olub heç bir yerdə işləmir. Onun ailə üzvləri, qardaşları ilə münasibəti yaxşı olmuş, qardaşların heç vaxt pis vərdişi olmamış, heç vaxt narkotik vasitə qəbul etməmişlər. Hər gün səhər saatlarında evdən çıxıb işə gedir, axşam isə evə qayıdırmışlar. Bu illər ərzində nə onun, nədə ki, qardaşlarının heç kimlə ədavəti, düşmənçiliyi olmamışdır. Atası Ramizdə sakit insan olub heç kimlə düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə bütün günü işdə olub, qəssablıqla məşğul olmuş, təxminən günorta radələrində qəsəbə sakini kimi tanıdığı Vaqif adlı səxs onun işlədiyi ət dükanına gəlib onu çölə çağırmışdır. O, Vaqifi hələ uşaq vaxtlarından kriminal şəxs kimi tanımış, onun ailə üzvlərinin əksəriyyəti də məhkumluq həyatı yaşamışlar. Vaqif özü də 2021-ci ilin mart ayında azadlığa çıxmışdır. Vaqif kriminal şəxs olmasına baxmayaraq bu illər ərzində onunla heç bir ədavəti, yaxınlığı olmamışdır. Vaqif onu çölə çağırıb bildirmişdir ki, öz əhatəsində olan dostlarının vəziyyəti ağırdı, onlara pul versin. O, Vaqifdən hansı səbəb görə onlara pul verməli olduğunu soruşduqda, Vaqif bildirmişdir ki, qəsəbədə olan vəziyyətə o və yanında olan dostları nəzarət edir, buna görə də onun dediyi pul verməlidir, əks halda ona dükanı işlətməyə icazə verməyəcəkdir. O, cavabında Vaqifə bildirmişdir ki, dükan atası Ramizə məxsusdur, ona verəcək pulu yoxdur. Bundan sonra Vaqif “sağol” deyib çıxıb getmiş, həmin gün onun heç kimlə davası olmamışdır. xx.xx.2021-ci il tarixdə bütün günü işdə olmuş, bildiyimə görə qardaşları da Öz işində olmuşlar. Həmin gün onlarla arasında danışıq olmadığı üçün baş verənlərdən xəbəri olmamışdır. Təxminən saat 17-18 radələrində dükananm qarşısında dayanıb yaxınlıqda yerləşən Bakı Sənaye Pedoqoji Kollecinin tələbələri ilə söhbət edən zaman Vaqif yenidən ona yaxınlaşıb hansı səbəbə görə dükanın qarşısında dayanıb deyib-güldüyünü soruşmuş, o isə cavabında “öz dükanımdı, dayanmışam qarşısında” deyə bildirmişdir. Bu zaman Vaqif sağ əli ilə onun sol çiynindən iki-üç dəfə əli ilə vurub “mən sözü bir dəfə deyırm. ikinci də adamın dilin boğazından çıxardıram” deyib, hansı səbəb görə onun dediklərini etmədiyini soruşmuşdur. Həmin vaxtı onun yanında adlarım bilmədiyi kollec uşaqları olmuş. Vaqifin yanında isə Rizvan, Yasin, Dərya və adını bilmədiyi başqa bir şəxs olmuşdur. O, cavabında sonra danışarıq deyə bildirdiyi üçün Vaqif və yanında olan şəxslər çıxıb getmişlər. Təxminən 15-20 dəqiqədən sonra Vaqif tək onun işlədiyi dükanın qarşısına gəlib onu çölə çağırmış. Vaqif ona bir qədər əvvəl dükanın qarşısında dayanıb güldüyünü irad tutmuş və ondan pulu verib- verməyəcəyini bir daha soruşmuşdur. Həmin vaxtı onlar tək olmuş, yanlarında heç kim olmamışdır. O, cavabında pul verməyəcəyini dediyim üçün Vaqif sağ əli İlə onun sifətindən yumruq vurmuş, bu zaman bibisi oğlu Mütəllim dükana tərəf gəldiyi üçün Vaqifin onu yumruqla vurmasının şahidi olmuşdur. Vaqif onu yumruqla vuran kimi gödəkçəsinin cibindən bıçaq çıxartmışdır. Bunu görən Mütəllim onun qarşısına keçmiş, o isə Vaqifin bıçaq çıxartdığını görüb qorxusundan tez dükanına qaçmışdır ki, özünü müdafiə etmək üçün özü də bıçaq götürsün. O, bıçağı götürüb ət dükanının qarşısına çıxmış, həmin vaxtı Vaqif ondan 3-4 metr aralıda əlində bıçaq dayanmış, Mütəllim isə onu saxlamışdır. Vaqif onun əlində bıçaq olduğunu görüb, yaxınlıqda yerləşən “Dönər” adlı kafeyə qaçmış, Mütəllim də onun arxasınca getmişdir. Bundan bir neçə dəqiqə sonra Vaqif və həmin vaxtı kafedə olan dostları Yasin, İlşad, Əli, Rizvan, Dərya və adlarım bilmədiyi digər şəxslər onun işlədiyi dükana tərəf gəlmişlər. Həmin vaxtı o, dükanın qarşısında əlimdə bıçaq dayanmışdır ki, ona hücum edə bilməsinlər. Əvvəlcə İlşad ona yaxınlaşıb “sənin başın qaçıb, sən bizim qardaşımıza qarşı çarışsa” deyə bildirib üstünə gəlmiş, o da sağ əli ilə onu arxaya itələmişdir ki, çıxıb getsin. Səhv etmirsə İlşadın yanında olan şəxslər onu tutub saxlamış və bildirmişlər ki, “darıxma qoy çıxsın çölə söhbət edək”. O, onların çox olduqlarını görüb, dükana daxil olmuş, qapını bağlamaq istəyəndə Vaqifin qohumu Əli adlı şəxs qapım tutub saxlamış, “Vaqif nə desə o da olacaq" deyə bildirmişdir. Həmin vaxtı aralarında heç bir dava olmamışdır. xx.xx.2021-ci il tarixdə baş vermiş mübahisə zamanı onu yalnız Vaqif sifətindən yumruqla vurmuş, onun yanında olan şəxslərdən kimsə onu vurmamış, nədə ki, özü kimisə vurmamışdır. Onlar bir qədər dükanın qarşısında dayandıqdan sonra çıxıb getmişlər. Təxminən saat 20 radələrində qardaşları Ramil, Qorxmaz işdən çıxıb dükana gəlmiş, sifətinin qızardığını görüb nə baş verdiyini soruşanda Vaqifin onu yumruqla vurduğunu demişdir. Ramil dükanda olan video müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntülərə baxdıqdan sonra özü də baş verənlərin şahidi olmuş və həmin şəxslərə baş qoşmamasım ona tapşırmışdır. Bundan sonra öz evinə getmiş, həmin gün axşam nə Vaqiflə, nədə ki, onun dostları ilə görüşməmiş, barışmamışdır. xx.xx.2021-ci İl tarixdə həmişə olduğu kimi saat 06 radələrində işə getmiş, gün ərzində qardaşları ilə arasında heç bir telefon danışığı olmamış, bütün günü işdə olmuşdur. Təxminən günorta radələrində İlşad, Yasın, Fərid, Dərya və tanımadığı bır nəfər şəxsin Komsomol dairəsi adlanan yerdə, yəni onu işlədiyi ət dükanın qarşısından o, tərəfə bu tərəf gedib-gəldiklərini görmüşsür. Bir qədər sonra təxminən günorta saatlarında Fərid adlı şəxs onun dükanına gəlib onu çölə çağırmış, İlşadm onu çağırdığını bildirmişdir. O, ondan İlşadın hansı səbəbə onu çağırdığını soruşduqda, Fərid ona bildirmişdir ki, pul məsələsi ilə bağlı söhbət etmək istəyir. O isə cavabında ona bildirmişdir ki, kiməsə verəcək pulu yoxdur. Fərid isə cavabında özü də İstəmir, söz-söhbət olsun, ancaq onların istədiyi pulu verməsən onun başım kəsəcəklər deyə bildirmişdir. O, Fəridə onlara verəcək pulunun olmadığını dedikdən sonra Fərid çıxıb getmiş və təxminən bir-iki saatdan sonra Fərid yenidən dükana gəlib bildirmişdir ki, İlşad söyüş işlədib görüşə gəlməyəcəyi halda onu öldürəcəyini demişdir. Bu sözdən sonra Fərid çıxıb kafeyə tərəf getmişdir. Bundan sonra o, öz istifadəsində olan telefondan qardaşı Ramilin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub İlşadm söhbət etmək üçün onu kafeyə dəvət etməsi barədə məlumat vermişdir. Ramil isə cavabında həmin kafeyə getməməsini deyib, onu gözləməyini bildirmişdir. Bir qədər keçmiş qardaşı Qorxmaz ət dükanına gəlmiş və o, ona İlşadın pul məsələsi ilə bağlı söhbət etmək üçün onu kafeyə dəvət etməsi barədə məlumat vermişdir. Bundan sonra yaxınlıqda yerləşən dükandan siqaret qalıb kafeyə tərəf getmişdir ki, İlşadla söhbət etsin. Həmin vaxtı saat 19:30 radələri idi. Kafenin qarşısında çatanda Qorxmazın kafenin qarşısında dayandığını görüb söhbətə qarışmamasını tapşırmışdır. Bundan sonra onlar ikisi də kafeyə daxil olmuş və bu vaxtı İlşad yanında olan dostları Yasin, Dərya, Səxavət və Fərid bir masada əyləşmişlər. İçəri daxil olan kimi o, İlşadı çölə çağırmış, həmin vaxtı İlşad və onunla bir masada əyləşmiş şəxslər ayağa qalxmışlar. İlşad ona təklif etmişdir ki, içəri gəlsin. O, isə onu çölə çağırmışdır, çöldə sakit şəkildə söhbət etsinlər. Bundan sonra o, İlşadla birlikdə çölə çıxmış, buna görə də içəridə nəyin baş verdiyini bilməmişdir. O, ilşadla kafenin qarşısında dayanıb söhbət etməyə başlamışlar. İlşad ona bildirmişdir ki, “Vaqifin pulu nə oldu, onun pulunu çatdır”. O isə cavabında pulunun olmadığım demişdir. Bundan sonra İlşad əlini belinə tərəf atıb vurun bunları deyə yanında olan şəxslərə səslənmiş və ünvanlarına söyüş işlətmişdir. Bu söyüşdən sonra qardaşı Qorxmaz taxta parçasını götürüb İlşada sol tərəfdən bir dəfə zərbə endirmişdir. Onun bu zərbəsi İlşadın çiyninə dəymiş, İlşadın yanında olan şəxslərdən Yasin və Fəridin əllərində olan bıçaqla onu vurmaq istədiklərini görüb arxa tərəfə çəkilmişdir. Fəridin əlində bıçaq ona tərəf zərbələr atıb onu vurmaq İstəmişdir. Fəridin bu zərbələrindən biri onun sol əlinə dəymiş, o, əlinin kəsildiyini görüb yerdən daş götürmək İstəyəndə gözü yerdə olan bıçağa sataşmışdır. Dərhal yerdən bıçaq götürüb həmin bıçağı sağa sol hərəkət etdirib Fəridi qorxutmaq istəmişdir ki, çıxıb getsin, ondan əl çəksin. Fərid isə əksinə qəflətən onun üstünə tullandığından bıçaq onun sol böyründən dəymişdir. O, Fəridi qəsdən bıçaqlamamış, özü onun üstünə hücum edən zaman bıçaq təsadüf nəticəsində ona batmışdır. Bıçaq Fəridə batandan sonra o, yerə yıxılmışdır. O, bundan bərk həyəcanlanmış, buna görə də İlşadı hansı şəraitdə bıçaqladığını xatırlamır. Hadisə vaxtı baş heç kimi vurmamış, kiməsə xəsarət yetirməmişdir. Hadisə vaxtı onun özünü kimsə arxadan sifətinin sol tərəfindən vurmuşdur. Lakin vuran şəxsin kim olduğunu, necə və hansı şəraitdə vurduğunu bilmir. O, sonradan ətrafda olan şəxslərin qaçıb getdiklərini görüb qardaşı Qorxmazın istifadəsində olan “Lada Granta” markalı 90-PE- 193 dövlət nömrə nişanlı avtomobilə əyləşib həyətlərinə getmişdir. Qardaşları Ramil və Qorxmazda ayrı maşında gəlmişlər. Onlar Ramilin ayağından xəsarət aldığını görüb əvvəlcə onu həkimə aparmaq istəmiş, lakin sonradan ayağından axan qan dayandığı üçün Ramil öz evinə getmiş, Qorxmaz və o yoldan keçən taksiyə əyləşib Kürdəxam qəsəbəsinə gedib qardaşı Ramilin istifadəsində olan “Kraz” markalı dövlət nömrə nişanını unutduğu yük maşınında gecələmişlər. Onları həmin ünvana aparan taksi sürücüsün tanımırlar, ona hadisə barədə heç bir məlumat verməmişlər. Ümumiyyətlə hadisədən sonra onlar heç kimlə görüşməmiş, telefonla danışmamışlar. Səhəri gün isə 12ci PŞ-nə gəlib təslim olduq, bıçağı polisə təslim etmişlər. Səxavət adlı şəxsi yalnız üzdən tanımış, onunla heç bir əlaqəsi, münasibəti olmamışdır. Yasin adlı şəxsi hələ uşaq vaxtlarından qəsəbə sakini kimi tanısa da, hər hansı bir münasibəti, ədavəti olmamışdır. Onun ailə üzvləri əti onun işlədiyi dükandan almışlar. Dərya adlı şəxsi də 10-12 ildən çox olar ki, tanıyır, onunla da heç bir ünsiyyəti, əlaqəsi, ədavəti olmamışdır. İlşad adlı şəxsi də qəsəbə sakini kimi tanımış, əvvəllər dəfələrlə görsə də, onunla da heç bir münasibəti, yaxınlığı, ədavəti olmamışdır. Əlini də qəsəbə sakini kimi tanıyır, hər hansı bir şəxsi münasibəti olmamışdır. Fərid adlı şəxsi də tez-tez qəsəbəyə gəlib-gedən şəxs kimi görsə də, onun özü ilə də heç bir ədavəti, yaxınlığı olmamışdır. Vaqif adlı şəxsi də yuxarıda qeyd etdiyi kimi qəsəbə sakini kimi tanımışdır. Adları qeyd olunan şəxslərin heç biri ilə arasında əvvəllər ədavət, düşmənçiliyi olmamışdır. Ailə üzvlərinin da arasında heç bir düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə Vaqiflə söhbət edən zaman Vaqif onu yumruqla vurmuş, onu yumruqla vurmağını həmin vaxtı yanlarında olan bibisi oğlu Mütəllim görmüşdür. Sonradan səs-küyə ətrafdan keçən şəxslər, obyektlərin işçiləri də görmüşlər. Vaqiflə arasında mübahisənin baş verməsinə səbəb Vaqifin heç bir əsas olmadan ondan pul tələb etməsi olmuşdur. Ona bu pulu verməyəcəyini dedikdən sonra isə tez-tez işlədiyi dükana gəlib ona söz atmış, hədə-qorxu gəlmişdir. Əslində deyib-güldüyünə görə Vaqifin ona irad bildirməsinin səbəbi də bir gün əvvəl ondan tələb etdiyi pulu ona verməməyi olmuşdur. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə kollecin uşaqları ilə söhbət edən zaman qəsdən yaxınlaşıb “söz atmış, bura mənim məhləmdi gülmə” deyə bildirmişdir. Hadisə vaxtı heç kimi vurmamışam, yalnız İlşadın onun üstünə gəldiyini görüb onu itələmişdir. Həmin günü onu yalnız Vaqif yumruqla vurmuş, üstünə bıçaq çıxardıb hədələmişdir. Lakin bıçaqla onu vurmağa cəhd etməmişdir. xx.xx.2021 -ci il tarixdə “Dönər” adlı getməkdə məqsədi İlşad ilə söhbət edib pul söhbətini bağlamaq olmuş, onun, nədə ki, qardaşlarının qabaqcadan həmin kafeyə getmək fikirləri olmamış, həmin kafeyə İlşadın dəvəti ilə və söyüş qoyması səbəbindən getmişlər. Nə onun, nədə ki, qardaşlarının kimisə vurmaq, öldürmək məqsədi olmamış, bu cinayəti qabaqcadan planlaşdırmamışlar. Həınin kafeyə də sırf İlşadın dəvəti ilə getmişlər. O, yalnız İlşadla söhbət etmək üçün ora getmiş, yanında olan şəxslərlə heç bir işi olmamışdır. O, qabaqcadan özü ilə bıçaq gəlirməmiş, ifadəsində də göstərdiyi kimi həmin bıçağı Fərid onun üstünə hücum edən zaman yerdə tapmışdır. Ona elə gəlir ki, həmin bıçaq İlşada məxsus olmuş, Qorxmaz özü də əlində olan taxta parçasını sonradan yerdən tapmışdır. Onlar kafeyə gedən zaman əllərində heç bir alət olmamışdır. O, İlşadı yerdə bıçaqlamamış, onu yalnız yumruqla vurmuşdur. Hadisə vaxtı əlində olan bıçağı təsvir edə bilmir. Səhv etmirsə açılıb-bağlanan bıçaq olmuş, amma yerdən tapanda bıçaq açıq vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, polisə təqdim etdiniz bıçaq məişət təyinatlı mətbəx bıçağı olmuş sualına cavab olaraq bildirmişdir ki, baş vermiş hadisədən çox sarsılmış, buna görə də ola bilsin ki, hadisədə istifadə etdiyi bıçağı düzgün təsvir etməmişdir. O, hadisədən sonra bıçağı üstündə evə gətirmiş, əli qan olduğu üçün yuyan zaman bıçağıda yumuşdur. Yəqin ki, buna görə də bıçaq üzərində qan qalmamışdır.Qardaşı Ramilə zəng vurduğunu dəqiq xatırlayır, həmin zəngin hansı səbəb görə qeydə alınmadığını bilmir. Hadisə vaxtı qardaşı Zərərçəkmiş şəxs1 əlində heç bir alət olmamışdır. O, yalnız İlşad və Fəridə xəsarət yetirsə də, onlara bu xəsarətləri məqsədli şəkildə yetirməmiş, kimisə öldürmək məqsədi olmamışdır. Dediyi kimi Fərid qəflətən üstünə cumduğundan bıçaq təsadüf nəticəsində onun sinə nahiyəsindən batmışdır. İlşadı İsə hansı şəraitdə bıçaqla vurduğunu xatırlamır. Hadisə vaxtı başı özünə qarışdığı üçün kimin nə etdiyini görə bilməmiş, qardaşlarının hadisə baş verən zaman kiməsə xəsarət yetirdiklərini görməmişdir. Yalnız Qorxmazın əlində olan taxta parçası ilə İlşadı çiynindən vurduğunu görmüşdür. Hadisə vaxtı İlşad və onun yanında olaıı şəxslərin hamısının əlində bıçaq olduğunu görmüş, həmin bıçaqları hara atdıqlarını bilmir. Yasinin arxadan qardaşı Ramilə yaxınlaşıb ayağına bıçaqla xəsarət yetirmişdir. Dərya və Səxavətin nə etdiklərini görməmişdir. Dava qısa zaman kəsiyində baş vermiş, baş vermiş mübahisəyə heç kim müdaxilə etməmişdir. Həmin vaxtı o, həyəcanlı olmuş, məqsədi dava etmək deyildir, onu və qardaşlarını Şahid10 və onun yanında olan dostları ilə dalaşmağa kimsə təhrik etməmişdir. Ümumiyyətlə onların kiminləsə dalaşmaq niyyəti olmamışdır. xx.xx.2021-ci il tarixdə onunla Şahid2 arasında olan mübahisə Hə bağlı atası Ramizlə arasında heç bir söhbət olmamışdır. Atasının İlşadı hədələməsi ilə bağlı göstərdikləri yalandır. Anası rəhmətə gedəndən sonra atası Ramiz onları öz əziyyəti ilə yetimçiliklə böyütmüş, o heç vaxt onları cinayət törətməyə təhrik etməmişdir. Şahid10 yalan danışır, qardaşı Ramil İlşadı qarın nahiyəsindən bıçaqla vurmamış, hadisə vaxtı əlində bıçaq olmamışdır( İ cild, i.v.66-70). Verilmiş suallara cavabında bildirmişdir ki, oxuma yazması olmadığını, ifadəsini oxumadığını bildirmişdir. İfadəsində qeyd edilən hallar olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid2 Firudin oğlu ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə ət dükanın qarşısında Rahiblə arasında söhbət olmuşdur, Rahibə dükanın qarşısında yığışıb uşaqlarla nalayiq ifadələrlə zarafat etdiklərinə görə irad bildirmişdir. Dükana ailə uşaq gedir, onun da ailəsi həmin dükana gedir. Verilən suallara cavabında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə hadisə yerində olmamışdır. Hadisə barəsində sonradan eşitmişdir. xx.xx.2021-ci il tarixdə Yasin və Dərya orada olmamışdır, onları görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid3 ifadəsində göstərdi ki, Çöldə ölüm olan zaman orada olmuşdur. O çıxmışdır ki, qapının ağzında adam vururlar, ölüm olub. Verilən suallara cavabında bildirmişdir ki, Hadisə Komsomol dairəsində Dönərçidə olub, dönərçi öz yeridir, özü işlədir. Həmin gün orada olmuşdur. Dönərçiyə kim gəlib-gedib xatırlamır. Çöldə dava düşdüyünü görüb, çıxıb ki, adamı vurublar. Polis əməkdaşları gəlib kamera görüntülərini götürmüşlər. Ancaq ölən adamın vurulduğu anı görüb, Yasin və Dəryanı görməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, Şahidin məhkəməyədək icraat döründə verdiyi ifadə ilə məhkəmə iclasında ifadəsi arasında ziddiyyət olduğundan ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 məhkəməydək icraat dövründə vermiş olduğu vermiş olduğu ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 2-3 ay olar ki, atası X1 məxsus ünvan 6 ünvanında yerləşən 45 kvadrat metrlik obyekti təmir etdirib kafe kimi istifadə edir və həmin kafenin adı “Dönəridir. Obyekti onun atası başqa bir şəxdən almış və obyekt Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamı əsasında inşa edilmişdir. Kafeni hər gün saat 07-də açır, saat 23:40 radələrində isə zal bağlanmış, yalnız onlayn satış həyata keçirilmişdir. Kafedən ondan başqa 3 nəfər şəxs çalışmışdır ki, onlardan biri ofsiant, digər iki nəfər isə növbəli şəkildə işləyən dönərçilər olmuşdur. Onun özü isə demək olar ki, hər gün kafedə olmuş və işə nəzarət elmişdir. Onun Özü uzun illər həmin ərazidə yaşadığından kafenin yaxınlığında yaşayan və işləyən şəxsləri tanıyır. 26 noyab 2021-ci il tarixdə həmişə olduğu kimi səhər saat 07-də kafeni aşmış və saat 18 radələrində işi olduğu üçün evə getmişdir. Həmin gün kafedə və ya onun ətrafında nə kimi hadisəinin baş verməsindən xəbəri olmamışdır. 27 noyabr 2021-ci il tarixdə də eyni qaydada kafeni açıb fəaliyyətini davam etdirmişdir. Təxminən saat 19 radələrində kafedə olan zaman əvvəlcə İlşadadlı şəxs Fərid adlı şəxslə birlikdə kafeyə daxil olub sol tərəfdə yerləşən masada əyləşib şay içməyə başlamışlar. Bİr qədər sonra Yasin, Dərya və Səxavət adlı şəxslər də kafeyə gəlib İrşadla Fəridin masasında əyləşmişlər. Onlar kafedə olan zaman sakit şəkildə bir-biriləri ilə söhbət etmiş, onların danışıqlarım eşitmədyi üçün nədən danışdıqlarını bilməmişdir. Təxminən 20-30 dəqiqədən sonra kafenin yaxınlığında ət dükanında işləyən Rahib qardaşları Qorxmaz və Rahiblə kafeyə gəlib kafenin zalında İrşadı çölə çağırmışlar. Birinci kafeyə Qorxmaz daxil olmuşdur və Qorxmaz içəri daxil olan kimi İrşada “bir dəqiqə səni olar’ deyib İrşadı çölə çağırmış, İrşadın yanında əyləşən şəxlərə isə çölə çıxmamalarını tapşırmışdır. Bundan sonra İlşadmasadan qalxıb Rahib, Qorxmaz və Ramil ilə birlikdə kafenin qarşısına çıxmışdır. Bu zaman İrşadın yanında olan uşaqlar da kafedən çölə çıxmışlar. O, onların kütlə şəklində çölə çıxdıqlarını görüb dalaşacalaqlarmı zənn etmiş və buna görə də onun özü də çıxmışdır ki, dalaşdıqları halda onları ayırsın. Çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə, digər adlarını qeyd etdiyi şəxslər isə onların ətrafında dayanıblar.Rahibin İrşadla nədən danışdığını o, eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz əlində olan taxta parçası ilə İrşadın sol tərəfmə zərbə endirmişdir. Qorxmazın taxta parçasını haradan götürdüyünü, zərbənin İrşadın hansı nahiyəsindən dəydiyini bilməmişdir. Qorxmaz kafeyə daxil olan zaman Qorxmazın əlində heç bir əşya olmamışdır. Qorxmazın bu zərbəsindən sonra ara qarışmış və həmin vaxt İrşadın arxası üstə yerə yıxıldığını görmüşdür. İlşadyerə yıxılan kimi Ramil İrşadın üstünə hücum edib İrşadın qarın nahiyəsinə sağ əli zərbələr vurmağa başlamış, həmin vaxt Ramilin əlində hər hansı bir alətin olub olmadığını bilməmişdir. Bu zaman İrşadın tanışı sonradan adını bildiyi Yasin adlı şəxs arxadan Ramilə yaxınlaşaraq Ramilıə iki zərbə vursa da Yasinin əlində hər hansı bir alətin olub-olmadığını görə bilməmişdir. Daha sonra Rahibin həmin vatx yerdə uzanmış vəziyyətdə olan İrşadın ayaq nahiyəsinə 3-4 bıçaq zərbəsi vurduğunu görmüşdür. İlşadisə əlini -ayağını qabağa verib özünü müdafiə etməyə çalışmışdır. O, sağ tərəfə çevrilən zaman Qorxmazın əlində olan taxta parçası ilə üzərinə hücum edən Yasinə tərəf zərbə atdığım görsə də zərbənin Yasinə dəyib-dəymədİyİni görməmişdir. Qorxmaz taxta parçası ilə Yasini vurmaq istədikdə orada dayanmış Fərid sağ əlində olan bıçaqla Qorxmaza tərəf zərbə atsa da bıçaq Qorxmaza dəyməmişdir. Bundan sonra Dərya axra tərəfdən hücum edərək Qorxmazı təpik və yumruqla vurmuş, sonra isə Dərya Yasinlə qaçıb getmişdir. Geriyə çevriləndə görmüşdür ki. Fərid əlində olan bıçaqla Rahibə tərəf hücum edir və Fərid Rahibə zərbə atmaq işədikdə Rahib Fəridin bu zərbəsindən yayınaraq söyüşlə Fəridə '"sən mənə bıçaq atırsan” deyib Fəridin sinə nahiyəsindən bir dəfə bıçaq vurmuşdur. Həm hava qaranlıq olduğundan, həm də kütləvi dalaşdıqlarından Rahibin Fəridə çenə bıçaq zərbəsi vurduğunu görə bilməmişdir. Bundan sonra İlşadyerdən qalxmağa çalışan zaman bu dəfə Ramil İrşada hücum edib əlində olan alətlə İrşada zərbə atmışdır. Lakin o, Ramilin əlində hansı alətin olduğunu və zərbənin İrşadın hansı nahiyəsindən dəydiyini görə bilməmişdir. İlşadayağa qalxıb kafeyə daxil olaraq bıçaq götürmək istəsə də onun özü buna mane olmuşdur. Rahib yenidən İlşadın üstünə hücum edib əlindəki bıçaqla bu dəfə İrşadın qarın nahiyəsinə zərbələr endirmişdir. Rahib zərbə vurandan sonra Qorxmaz da əlində olan taxta parçası ilə İlşadın sol əl nahiyəsinə zərhə vurmuşdur. Bundan sonra İlşadqaçaraq kafeyə daxil olmuşdur. Rahib, Ramil və Qorxmaz isə öz maşınlarına əyləşib oradan uzaqlaşmışlar. Onun özü və ətrafda olan şəxslər Fəridin yerdə uzanıqlı vəziyyətdə qaldığını, sinəsindən qan axdığını görüb TTYS-nın avtomaşınının gəlməsini gözləmədən Fəridi və İrşadı dərhal taksi fəaliyyəti ilə məşğul olan İmran adlı şəxsin avtomobilinə əyləşdirib xəstəxanaya yola salmışlar. Lakin onun özü isə kafedə qalmış və xəstəxanaya getməmişdir. Bir qədər sonra isə hadisə yerinə polisn əməkdaşları gəlmişlər. Sonra Fərida adlı şəxsin almış olduğu xəsarətlərdən xəstəxanada öldüyünü, İrşadın isə göstərilən tibbi yardımlardan sonra həyatının xilas olduğunu eşitmişdir. Verilən suallara cavabında bildirmişdir ki, ola bilsin həmin şəxslər kafedə olsunlar, ancaq o görməmişdir. Digər xüsusatları xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid4 ifadəsində göstərdi ki, Fərid onun dostu idi, bir sinifdə oxumuşlar. Hadisə baş verməzdən öncə çay evinin qarşısından keçəndə Fərid ona demişdir ki, əmisi oğlu orada oturub çay içir, getsinlər onunla görüşsünlər. Ona görə gedib çay evində oturmuşlar. 5-10 dəqiqədən sonra hadisə baş vermişdir. O qaçıb getmişdir, axıra kimi heçnəyi görməmişdir. Verilən suallara cavabında bildirmişdir ki, hadisə Komsomol dairəsində olub, Dərya, Yasin, Fərid, İlşad orada olublar. Qorxmaz gəlib əsəbi halda İlşadı çölə çağırmışdır, onlarda ardınca çıxmışlar, məqsədləri ayırmaq olmuşdur. Qorxmaz İlşada vurduğunu görmüşdür, eyni zamanda Qorxmaz ona vurmuş, o da Qorxmazı vurmuş, daha sonra hadisə yerindən uzaqlaşmışdır. O, orada olan zaman Fərid xəsarət almamışdır. O, Qorxmaza qarşı özünü müdafiə etmişdir. Mübahisənin bir gün əvvəl İlşadla olan məsələyə görə olduğunu sonradan eşitmişdir. Dərya və Yasinin kimi vurmasını və onları kimin vurmasını görməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə dönər kafedə oturub çay içmişdir. Həmin vaxt Şahid2 Abışov Mütəllim mübahisəli şəkildə içəri daxil olmuşlar, o onların mübahisə etdiklərini görmüşdür. Onlar çıxanda ardınca çıxmışdırlar ki, nə baş verdiyini öyrənsinlər. Dükanın qarşısına çatanda görmüşdür ki, Rahiblə Vaqif bir birinə bıçaq atırlar, onlar gəlib ayırmışlar, həmin gün dava olmamışdır, axşam barışmışlar. Verilən suallara cavabında bildirmişdir ki, xx.xx.2021-ci il olan hadisədə iştirak etməmişdir. Mübahisənin səbəbi Rahib və Vaqif arasında yaranan problem olub, hadisə günü qardaşı İlşadı çölə çağırıb, onu vurduqlarını sonradan eşitmişdir. Hadisənin kamera görüntülərini izləmişdir. xx.xx.2021-ci il tarixdə Yasin və Dərya orada olmuşlar, onlar dönər adlı çay evindən çıxıb ət dükanına tərəf getmişlər, Rahib orada nalayiq ifadələr işlətmişdir, qardaşı İlşad ona yaxınlaşıb nalayiq ifadələr işlətməməsini bildirmiş, Mütəllim Vaqifi saxlamışdır. İlşad Rahibə dükanın içərisinə keçməsini bildirmiş, dava yaranmamışdır. Orada heç kimlə dava məqsədli müdaxilə etməmişdir. xx.xx.2021-ci il tarixli hadisənin görüntülərini izləmişdir, Fəridin İlşadın ardınca çıxdığını, söhbət edərkən Qorxmaz İlşada taxta parçası ilə zərbə yetirdiyini, Dəryanın yanında dayandığını, Ramil İlşadın mədə hissəsindən bıçaq zərbəsi vurduğunu, Dəryanın şok içində olduğunu, heçnə etmədiyini gördüyünü, Yasinin də kimisə vurduğunu görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxs Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixd olan mübahisəni görmüşdür. Şahid2 onun əmisi oğludur, mübahisə Vaqif və Rahib arasında olub. Onlar çayxanada oturmuşlar, orada söhbət olmuş onlar çölə çıxmışlar, ət dükanının qarşısına gəlmişlər, orada Vaqif və Rahibi sakitləşdirmişlər, sonradan onlar görüşmüşlər, 3 qardaş və əmisi oğlu Vaqif arasında barışıq olmuşdur. Onun xx.xx.2021-ci il tarixdə olan hadisədən məlumatı olmayıb, sonradan dava, ölüm olduğunu eşitmişdir. Dərya və Yasin barəsində məlumatı olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsini bir daha təsdiq etmişdir(İİ cild, i.v.94-97). Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, təxminən 4-5 ay olar ki, Şahid3 adlı şəxsə məxsus ünvan 7 ünvanında yerləşən 45 kv metrlik İLDönəf‘ adlı kafedə dönərçi işləyir. Kafe hər gün saat 07-dən saat 23:40 radələrinə qədər işləyir, sonradan zalı bağlayır, Online satış həyata keçirirlər. O, dönərçi kimi gecə növbəsində çalışır, saat 20dən növbəti gün saat 08-ə qədər işdə olur. Kafenin sahibi Asif adlı şəxs də demək olar ki. hər gün kafedə olub, işə nəzarət edir. O, özü uzun illər həmin ərazidə yaşadığı üçün kafenin yaxınlığında yaşayan, İşləyən şəxsləri tamyır.xx.xx.2021 -ci il tarixdə həmişə olduğu kimi işdə olmuş, təxminən saat 18 radələrində işə gəlmişdir. O, kafeyə gələndə qəsəbə sakinləri kimi tanıdığı İlşad, qardaşı Rizvan, Yasin, Əli, Dərya adlı şəxslər kafeyə əyləşib çay içmişlər, lləmitı gün kafenin sahibi Asİf işdə olmamışdır. O, kafeni təhvil alıb işləməyə başlamışdır. Bır qədər keçmiş Şahid2 adlı qəsəbə sakini də kafeyə daxil olmuşdur. İlşadgİlnən bir masada əyləşmişlər. Onlar bir-birləri ilə söhbət edirmiş, başı öz işinə qarışdığından nə danışıqdıqlarını eşitməmişdir. Bir qədər əyləşdikdən sonra Vaqif kafedən çıxıb getmiş və təxminən 10-15 dəqiqədən sonra həyəcanlı şəkildə kafeyə daxil olub dönər aparatının qarşısında olan bıçağı qəflətən götürüb yenidən çölə çıxmışdır. O, bunu görə kimi tez onun arxasınca kafedən çölə çıxıb nə baş verdiyini soruşmuş, dərhal bıçağı yerinə qoymasını tələbə etmişdir. O, çölə çıxanda görmüşdür ki, qəsəbə sakini Mütəllİm adlı şəxsdə Vaqifin yanındadır, onun qoluna girib sakitləşdirməyə çalışır. Vaqif ona qorxma deyə bildirmiş, lakin dəqiq olaraq nə baş verdiyini deməmişdir. Bundan sonra kafedə əyləşmiş şəxslər İlşad, qardaşı Rizvan, Yasin, Əli, Dəry a adlı şəxslər də çölə çıxmış və onlar birlikdə ət dükanına tərəf getmişlər. O, obyekt sahibsiz qalmasın deyə kafeni tərk etməmiş, təxminən 1-2 dəqiqə gözlədikdən sonra narahat qaldığı üçün kafeni boş qoyub özü də ət dükanına tərəf getmişdir. Ora çatanda görmüşdür kİ, Vaqif kafedən götürdüyü bıçağı arxa cibinə qoyub, Mütəllİm adlı şəxs isə onun qoluna girib sakitləşdirməyə çalışır. Həmin vaxtı ət dükanının sahibi Şahid1 adlı şəxs isə dükanın qarşısında dayanmış, onun əlində də böyük bir bıçaq olmuşdur. Onlar bir-birlərindən təxminən 7-8 nıctr aralıda dayanmışlar. Həmin vaxtı İlşad Rahibin üzərinə tərəf gedərək “nolub” deyə soruşmuşdur. Başı Vaqifə qarışdığı üçün İlşadla Rahib arasında nə baş verdiyini görə bilməmişdir. Elə bu zaman kimsə kənardan polis gəlir deyə səsləndiyi üçün hərə bir kənara çəkilmişdir. O, da tez əlini atıb Vaqifin arxa cibində saxladığı bıçağı götürüb kafeyə qayıtmışdır. Həmin gün orada heç bir dava baş verməmiş, kimsə-kimisə vurmamışdır. Təxminən 2 saat sonra Vaqif kafeyə gəlib çaya görə kafeyə olan borclarını ödəmişdir. O. Vaqifdən bir daha nə baş verdiyini soruşmuş, Vaqif İsə cavabında narahat olmamasını. Rahiblə barışdıqlarını, sadəcə aralarında anlaşılmazlıq olduğunu bildirmişdir. O, Özü onların necə və hansı şəraitdə barışmalarının şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə də eyni qaydada saat 18 radələrində kafeyə gəlmişdir. Təxminən saat 19 radələrində kafenin sahibi Asif və dönərçi Namiq adlı şəxslərlə birlikdə kafedə olan zaman əvvəlcə İlşad adlı şəxs tanışı Fərid adlı şəxslə birlikdə kafeyə daxil olub, sol tərəfdə yerləşən masada əyləşib çay İçməyə başlamışlar. Bir qədər sonra Yasin, Dərya və Səxavət adlı şəxslər də gəlib onların masasında əyləşmişlər. Onlar kafedə olan zaman sakit şəkildə bir-birləri İlə söhbət edir, onların danışığın eşitmədiyi üçün nə danışdıqlarını bilməmişdir. Təxminən saat 19:30 radələrində kafenin yaxınlığında ət dükanında işləyən Rahib və qardaşları Qorxmaz, Ramil kafeyə gəlib həmin vaxtı kafenin zalında əyləşən İlşadı çölə çağırmışlar. Birinci Qorxmaz içəri daxil olub, İlşada “bir dəqiqə səni" olar deyib, çölə çağırmışdır, İlşad isə cavabında “görmüsən çay içirik” deyə bildirmişdir. Bn zaman Qorxmazın arxasında dayanmış Rahib İlşad səslənərək “sənə demirəm çıx çölə” deyə bildirmişdir. Həmin vaxtı kafenin sahibi Asif Rahibi sakitləşdirmək istəsə də, o “narahat olma, çölə söhbət edəcəyik” deyə cavab vermişdir. Bundan sonra İlşad masadan ayağa qalxıb kafenin giriş qapısına tərəf getmişdir. İlşadın yanında əyləşmiş şəxslər də ayağa qaldıb çölə çıxmaq istəsələr də, Qorxmaz və Ramil onlara çölə çıxmamalarını tapşırıb, İlşadla söhbət etmək istədiklərini bildirmişlər. Həmin vaxtı Yasin bildirmişdir ki, “sizin İlşadla nə söhbətiniz ola bilər”, Qorxmaz isə sizlik deyil deyə cavab vermişdir. Buna baxmayaraq İlşadın yanında olan uşaqlar da kafedən çölə çıxmışlar. O, onların kütlə şəklində çölə çıxdıqlarını görüb, dalaşacaqlarını zənn etmiş və buna görə də özü də çölə çıxmışdır ki, dalaşsalar, onları ayırsın, O, elə çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə, digər adlarını qeyd etdiyim şəxslər isə onların ətrafında dayanmışlar. Rahib İlşadla nə danışdığını eşitməmiş, elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz maşınından taxta parçası götürüb İlşada sol tərəfindən zərbə endirmişdir. O, həmin taxta parçasım özünə məxsus “Lada Priora” markalı avtomobilin salonundan götürmüşdür. Kafeyə daxil olan zaman əlində heç bir əşya olmamışdır. Qoxmazın bu zərbəsindən dərhal sonra Rahib özü də İlşada tərəf zərbə atmışdır. Rahibin bu zərbəsindən sonra İlşad arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamışdır. Lakin həmin zərbələri vuran zaman əlində hər hansı bir alət olub-olmadığını görə bilməmişdir. Bu zaman İlşadın tanışı Yasin adlı şəxs arxadan Ramilə yaxınlaşıb ona sağ ayaq nahiyəsindən əlində olan bıçaqla iki zərbə vurmuşdur. Bundan sonra Rahib həmin vaxtı yerdə uzanıqlı vəziyyətdə olan İlşada tərəf qaçıb sol əlindən olan bıçaqla İlşadın ayaq nahiyəsindən bir neçə zərbə vurmuşdur. Zərbələri vuran zaman ilşad yerdə uzanıqlı vəziyyətdə olmuş, onun bu zərbələrindən yayınmağa çalışmışdır. Rahibin İlşada dəqiq olaraq neçə zərbə vurduğunu görə bilməmişdir. Hadisə vaxtı onun fikri yalnız İlşad və Rahibdə olduğu üçün digər hadisə iştirakçılarının nə etdiklərini görə bilməmişdir. Rahib İlşada tərəf zərbələr atan zaman Fərid əlində olan bıçaqla Rahibə tərəf hücum edib onun ünvanına nalayiq var-yox söyüşü işlədərək qəflətən ona doğru bıçaq zərbəsi atmışdır. X39 bu zərbəsindən yayınıb Fəridin kənara qaçmaq istəməsindən istifadə edib sol əlində olan bıçaqla arxa tərəfdən Fəridin sol ayağına bir dəfə zərbə vurmuşdur. Bu zərbənin təsirindən Fərid üzü Rahibə tərəf çevrilib arxada olan dəmir jalyuz qapıya yarım söykənik vəziyyətdə yıxılmışdır. Rahib isə ikinci dəfə onun sinəsindən əlində olan bıçaqla zərbə vurmuşdur. Həmin vaxtı İlşad yerdə qalmağa cəhd edən də Ramil əlində olan taxta parçası İlə ona tərəf zərbə atıb kənara qaçmışdır. Səhv etmirsə həmin zərbə İlşadın sol ayağından, diz nahiyəsindən dəymişdir. Buna baxmayaraq İlşad dikəlib Fəridə tərəf gedib, sonradan geri qayıdaraq kafeyə daxil olub bıçaq götürmək istəsə də, Asif buna mane olmuş və Rahib yenidən İlşadın üstünə hücum edib əlindəki bıçaqla bu dəfə onun qarın nahiyəsinə tərəf zərbələr endirmişdir. Rahib zərbə vurandan sonra Qorxmazda əlində olan taxta parçası ilə İlşada iki dətə zərbə vurmuşdur. Həmin zərbələrdən biri İlşadın kürəyinə, digəri isə əlini qabağa verdiyindən sol əlinə dəymişdir. Bundan sonra İlşad qaçıb kafeyə daxil olmuş, Rahib, Ramil və Qorxmaz isə öz maşınlarına əyləşib oradan uzaqlaşmışlar. O və ətrafda olan şəxslər Fəridin yerdə uzanıqlı vəziyyətdə qaldığını, sinəsindən qan axdığım görüb, TTYS-nın avtomaşının gəlməsini gözləmədən onu və İlşadı dərhal taksi fəaliyyəti ilə məşğul olan İmran adlı şəxsin avtomobilinə əyləşdirib xəstəxanaya yol salmışdır. O, özü kafedə qalıb xəstəxanaya getməmiş, sonradan eşitmişdir ki, Fərid adlı şəxs aldığı xəsarətlərdən ölmüş, İlşadın isə göstərilən tibbi yardımlardan sonra həyatı xilas olunmuşdur. Rahib, Ramil və Zərərçəkmiş şəxs2 qardaşlarını hələ onlar uşaq olan vaxtlarından qəsəbə sakini kimi tanımış. Rahib və Qorxmaz onun işlədiyi obyektin yaxınlığında yerləşən ət dükanında qəssab işləmiş, Ramil isə yükü maşım sürücüsü olmuşdur. Bu illər ərzində qardaşların pis hərəkətlərinin, kiminləsə ədavətlərinin, dava-dalaşlarını, habelə üzərlərində bıçaq gəzdirmələrinin şahidi olmamışdır. Şahid10, X15 və onların tanışları Yasin, Səxavət və Dərya adlı şəxsləri də obyektin yaxınlığında yaşayan şəxslər kimi tanımış, onları tez-tez dönərxanaya gəlib-gedən zaman görmüş, tanıdığı müddətdə kiminləsə dava-dalaşlarını şahidi olmamışdır. Şahid2 adlı şəxsi də hələ uşaq vaxtlarından qəsəbə sakini kimi tanımış, əvvəllər Vaqifi sakit insan kimi tanımış, pis hərəkətinin şahidi olmamışdır. Sonradan həbs olunmuş, 8 il azadlıqdan məhrum etmə cazası çəkmiş, 2021-ci ilin mart ayında azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci İl tarixdə Şahid2la Şahid1 arasında mübahisənin hansı səbəbdən baş verdiyini yalnız sonradan bilmir. Eşitdiyinə görə xx.xx.2021-ci il tarixdə Rahib işlədiyi dükanın qarşısında tanışları İlə uca səslə danışıb, deyib-güldüyü üçün Vaqif ona yaxınlaşıb buna görə irad bildirmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Onlar sözlü mübahisə edən zaman Vaqif Rahibin sifətindən itələmiş. Rahib isə ət dükanına daxil olub bıçaq götürdüyü üçün Vaqif də mənim işlədiyi kafeyə daxil olub oradan bıçaq götürmüşdür. Bildiyinə görə mübahisələri bundan ibarət olmuş, heç bir dava olmamış, sonradan görüşüb barışmışlar. Həmin gün heç kim Rahibi vurmamış, onlar mübahisə edən zaman yalnız Vaqiflə Rahibin əlində bıçaq olmuş, başqa kiminsə əlində hər hansı bir alət olmamışdır. xx.xx.2021-ci il tarixdə dəqiq olaraq nə səbəbdən baş verdiyini bilmir. X27 arasında olmuş, lakin bu mübahisənin hansı səbəbdən düşdüyün bilmir. Ola bilsin ki, bir gün əvvəl Vaqiflə mübahisə edən zaman İlşadın Rahibinə üstünə getməsi Rahibin xoşuna gəlməmiş, bu səbəbdən də belə bir hadisə baş vermişdir. Hadisə vaxtı yalnız Rahibin, Fəridin və Yasinin əlində bıçaq olduğunu görmüş, Qorxmazın əlində isə taxta parçası olmuşdur. Sonradan Ramil özü də hardansa taxta parçası tapıb götürmüşdür. Digər şəxslərin əlində isa bıçaq və ya hər hansı bir alət olduğunu görməmişdir. Onların həmin aləti haradan əldə etdiklərini bilmir, ola bilsin ki, bıçağı qabaqcadan özləri ilə götürmüşlər. Həmin gün işlədiyi kafedən heç kim bıçaq götürməmişdir. Hava qaranlıq olduğu üçün Rahibin, Fəridin və Yasinin əlində olan bıçağı dəqiq görə bilməmiş, buna görə də həmin bıçaqları təsvir edə bilmir. Səhv etmirsə Rahib əlində olan bıçağı, Qorxmaz isə taxta parçasını özü ilə aparmışdır. Fəridin əlində olan bıçaq isə yerdə idi. Sonradan həmin bıçağı kimin götürdüyünü bilmir. Hadisə vaxtı Yasin arxadan Ramilə yaxınlaşıb ona bir neçə bıçaq zərbəsi vurmuş, başı Rahiblə İlşada qarışdığı üçün Səxavət və Dəryanın kiməsə xəsarət yetirmələrinin, vurmalarının şahidi olmamışdır. Onların özlərini də kiminsə vurmasının şahidi olmamışdır. Həmin vaxtı onların əllərində hər hansı bir alət görməmişdir. Hadisə vaxtı İlşad heç kimi vurmamış, əskinə qardaşlar üçü də onu vurmuşlar. Fərid isə əlində olan bıçaqla Rahibə tərəf zərbə atanda, Rahib onun bu zərbəsindən yayınmış, bıçağı tutmaq istəyəndə isə Rahibin əli kəsilmişdir. xx.xx.2021-ci il tarixdə baş vermiş mübahisənin adlarını çəkdiyi şəxslərdən başqa kimin şahidi olduğunu bilmir. xx.xx.2021-cİ il tarixdə isə hadisə kafenin qarşısında baş verdiyindən kafenin işçiləri Asif və Tahir adlı şəxslər şahid olmuşlar. Yaxınlıqda avtobus dayancağı yerləşdiyi üçün ola bilsin ki, həmin vaxtı ətrafdan keçən şəxslər də hadisənin şahidi olmuş, Lakin həmin şəxslərin kim olduqlarını bilmirəm. Vaqifin nəinki Rahibdən heç yaxınlıqda yerləşən hər hansı bir obyektdən haqq, pul tələb etməsini eşitməmiş, görməmişdir(İ cild, 239-245). Şahid qismində dindirilmiş Şahid7 Əlüvsət oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında tədqiq edilmiş ifadəsində bildirmişdir ki, təxminən 2020-ci ilin ortalarından, Şahid3 adlı şəxsə məxsus ünvan 8 ünvanında yerləşən “Dönər” adlı kafenin sağ tərəfində yerləşən kiçik bır köşkdə satıeı işləyir. Şahid1, onun qardaşları Ramil və Zərərçəkmiş şəxs2ları qəsəbə sakini kimi tanımış, qardaşların heç vaxt pis hərəkətlərinin şahidi olmamışdır. Şahid10, Şahid9, X15, Təqsirləndirilən şəxs2, Şahid2 Firudin oğlunu da qəsəbə sakini kimi tanımış, daim ondan siqaret almışlar. O, bu aylar ərzində onlarında pis hərəkətlərinin şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə həmişə olduğu kimi işdə olmuş, təxminən saat 19 radələrində işdə olan zaman görmüşdür ki, qəsəbə sakinləri kimi tanıdığı İlşad, qardaşı Rizvan, Yasin, Əli, Dərya və Vaqif adlı şəxslər onun işlədiyi köşkün sol tərəfində yerləşən “Dönər” adlı kafedən çıxıb iti adımlarla sağ tərəf doğru getmiş və bir müddət sonra geri qayıtmışlar. O, köşkü boş qoymamaq üçün onların arxasınca getməmiş, sonradan eşitmişdir ki. həmin gün Vaqiflə Şahid1 adlı şəxs arasında onun işlədiyi dükanın qarşısında mübahisə olmuş, sonradan onlar barışmışlar. O, mübahisənin hansı səbəbdən baş verdiyini bilməmiş, yalnız bildiyi odur ki, onlar bir-birləri ilə sözlü mübahisə etmiş, kimsə-kimisə vurmamışdır. xx.xx.2021-ci il tarixdə də bütün günü işdə olmuşdur. Onun işlədiyi köşklə kafe arakəsməsi taxta dikdən İbarət olduğundan kafedə olan danışıqları rahatlıqla eşitmək olur. Təxminən saat 19:15 radələrində Şahid1 onun işlədiyi köşkə gəlib siqaret alıb çıxıb getmiş, həmin vaxt o, kiminləsə probleminin olması barədə bir söz deməmişdir. Rahib çıxıb gedəndən 15 dəqiqə sonra qardaşı Qorxmazla birlikdə İdarə etdikləri avtomobillə kafenin qarşısında gəlib maşını parklayaraq maşından düşüb kafeyə daxil olmuşlar. Sonradan digər qardaşları Ramildə gəlib onlara qoşulmuşdur. O, həmin vaxtı öz köşkündə olmuş və eşitmişdir ki, onlar kafeyə daxil olub İlşadı çölə çağırmışlar. Danışıqlardan başa düşmüşdür ki, İlşad həmin vaxtı kafedə dostları ilə əyləşmiş, onlar isə İlşadın dostlarından xahiş etmişlər ki, çölə çıxmasınlar, İlşadla söhbət etmək istəyirlər. O, kafedə səs-küy yarandığını görüb çölə çıxanda görmüşdür ki, Rahib qardaşları Qorxmaz və Ramil İlə birlikdə İlşadla söhbət edirlər. Kimsə İlşada “sən nə demək istəyirdin" deyə bildirmiş, həmin vaxtı kiminsə söyüş işlətdiyini eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz hardansa taxta parçası götürüb İlşada sol tərəfindən zərbə endirmişdir Qoxmazın bu zərbəsindən dərhal sonra İlşad arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi onun yanında olan dostları da davaya müdaxilə etdikləri üçün ara qarışmışdır. Buna görə də o, dəqiq olaraq kimin nə etdiyini, kimin-kimi vurduğunu görə bilməmişdir. Yalnız onu görmüdür ki, Qorxmaz əlində olan taxta parçası ilə ətrafda olan şəxslərə zərbələr atır. Hətda əlində olan taxta parçası ilə qardaşı Ramilədə zərbə vurmuşdur. Elə sol tərəf çevrilmişdir ki, Fərid Əliyev adlı şəxsin yerdə uzanıqlı vəziyyətdə qaldığını görmüş, buna görə də tez köşkə girib su götürmüş, ona ilkin yardım etmişdir. O, köşkdan çıxanda artıq dava edən şəxslər hərə bir tərəfə qaçmış, yalnız İlşad hadisə yerində olmuşdur. O, tez Fəridə yaxınlaşmış, həmin vaxtı onun sinəsindən qan axmış, ətrafda olan şəxslər köməkləşib Fəridi taksiyə mindirmiş, sonra isə İlşad da taksiyə əyləşmiş, dərhal xəstəxanaya getmişlər. Sonradan eşitmişdir ki, Fərid aldığı xəsarətdən Ölmüşdür. xx.xx.2021-ci İl tarixdə Şahid2la Şahid1 arasında mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. Camaat arasında gedən söhbətlərdən eşitdiyinə görə xx.xx.2021-ci il tarixdə Rahib işlədiyi dükanın qarşısında tanışları ilə uca səslə danışıb, deyib-güldüyü üçün Vaqif ona yaxınlaşıb buna görə irad bildirmiş, bu səbəbdən də aralarında narazılıq yaranmışdır. O, özü mübahisənin şahidi olmadığı üçün dəqiq olaraq nələrin baş verdiyini bilmir. xx.xx.2021-ci il tarixdə hadisənin dəqiq olaraq nə səbəbdən baş verdiyini bilmir. Mübahisə edən şəxslərin əvvəllər münasibətləri barə heç bir məlumatı yoxdur. Dava zamanı yalnız Rahibin və Fəridin əlində bıçaq, Qorxmazda isə taxta parçası olduğunu görmüş, digər şəxslərin əlində isə bıçaq və ya hər hansı bir alət olduğunu görməmişdir. Onların həmin aləti haradan əldə etdiklərini bilmir, ola bilsin ki. bıçağı qabaqcadan özləri ilə götürmüşlər. Hava qaranlıq olduğu üçün Rahibin və Fəridin əlində olan bıçağı dəqiq görə bilməmiş, buna görə də həmin bıçaqları təsvir edə bilmir. Qorxmazın əlində olan taxta parçası təxminən 70-80 sm uzunluqda olmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş dava yalnız Qorxmazın İlşadı taxta ilə vurduğunu görmüş, başqa kimin-kimi, hansı şəraitdə vurmasını görməmişdir. Şahid2 adlı şəxsin Şahid1 dükanına gəlib ondan haqq, yəni pul tələb etməsinin şahidi olmamış, ümumiyyətlə Vaqifin nəinki Rahibdən heç yaxınlıqda yerləşən hər hansı bir obyektdən haqq, pul tələb etməsini eşitməmiş, görməmişdir(İ cild, i.v.246-250). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və aidiyyəti üzrə göndərilməsi haqqında” 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başqa ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən ayrılmış sənədlərin siyahısı qərara əlavə edilmiş, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi aidiyyəti üzrə Sabunçu RPİ-nin İŞ-nə göndərilmişdir(İ cild, i.v.1-5). “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X5 naməlum şəxs tərəfindən qəsdən öldürülməsi və X17 qəsdən öldürməyə cəhd etmə faktına görə Azərbaycan Respublikası CM-nin 120.1 və 29, 120.2.7-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İ cild, i.v.6). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Komsomol” dairəsi adlanan ərazidə yolun kənarında yerləşən “Dönər” adlı obyektin qarşısıdır. Obyektin qarşısı piyadaların yeriməsi üçün səkidir. Yer örtüyü asfaltdır, kənarları köbə daşları ilə bağlanmışdır. Səkidən üzərində “Dönər” sözü yazılmış obyektin qarşısına doğru olan məsafə 4,5 metrdir. Dönər adlı obyektlə üzbəüz durduqda sol hissədə ərzaq məhsulları satılan mağaza vardır. Mağazanın yaxınlığında avtobus dayanacağı vardır. Obyektin qarşısı, köbə daşlarından yola tərəf olan hissə isə taksi avtomobillərinin dayanacağı kimi istifadə edilir. Sağ hissədə isə qapı-pəncərə sexi və digər obyeklər vardır. Dönər adlı obyektin giriş qapısı və ön hissəsi şəffaf şüşə materialdandır. Küçədən baxdıqda obyektin içəri hissəsi, obyektin içərisindən baxdıqda isə hadisənin baş verdiyi səki görünür. Hava qaranlıq olsa da küçədə olan elektrik lampaları və obyektlərin verdiyi işıqlara görə səki aydın görünür. Kafenin ön hissəsində, bayır divarın üst hissəsinə bərkidilmiş videokamera qurğusu vardır. Kafenin qarşısındakı səkidə olan yol örtüyü üzərində hər hansı ləkə və sair izlər yoxdur. Səkinin yola tərəf olan hissəsində Dönər adlı obyektlə üzbəüz olan hissədə, köbə daşının kənarında ağ rəngli üzərində qan ləkəsi olan bir ədəd pambıq bükümü aşkar edilmişdir. Həmin pambıq bükümü qablaşdırılaraq hadisə yerindən götürülmüş, hadisə yerinə baxış zamanı bundan başqa hadisə yerində cinayətin aləti olan biləcək əşya və sair predmet, habelə hər hansı digər iz aşkar edilməmişdir. “Dönər” adlı kafenin içəri hissəsinə baxış keçirilən zaman isə müəyyən edilmişdir ki, kafenin giriş qapısı və ön hissəsi şüşə çərçivədəndir. Kafe elektrik lampalarının işığı ilə işıqlandırılır. Kafenin şüşə qapısından içəri daxil olduqda qapı ilə üzbəüz hissədə divara söykədilmiş ayaq sütunları qara, üzəri isə ağ rəngdə olan 3 ədəd masa və hər masada oturmaq üçün 4 ədəd stul qoyulmuşdur. Kafenin giriş qapısından daxil olduqda sağ hissədə yerləşən divara söykədilmiş 3 ədəd də eyni tipli masa və hər masada 4 ədəd stol-stul vardır. Kafenin döşəməsi ağ rəngli metlaxla döşənmişdir. Divarlar isə sarımtıl ağ rəngli sadə boya ilə boyanmışdır. Kafenin giriş qapısından içəri daxil olduqda sağ hissədə dönər düzəltmə aparatı vardır. Aparat metal rəngdədir və sağ divara bərkidilmişdir. Aparatın qarşısında ağ rəngli ensiz mətbəx masası vardır. Dönərin əti aparatdan götürldükdən sonra həmin masa üzərində dönərin hazırlanması üçün istifadə edilir. Kafenin giriş qapısından içəri 5 metr irəlilədikdən sonra sağ hissədə üzərində “atena” sözü yazılan soyuducu vardır. Həmin soyuducunun arxa hissəsində mətbəx yerləşir. Mətbəxdə mətbəx mebeli və mebelin üzərində mətbəxə aid avadanlıq vardır. Kafenin giriş qapısı ilə üzbəüz divarında, sol hissədə divara bərkidilmiş videokamera qurğusu olduğu görünür. Həmin kamera qurğusunun videogörüntüləri qeydə alan yaddaş cihazı kafenin giriş qapısından daxil olduqda sağ hissədə yerləşən dönər aparatının havalandırma üçün istifadə edilən dəmir listinin üzərində quraşdırılmışdır. Həmin qeydə alınan videogörüntülər isə dönər aparatının bərkidildiyi divarda, həmin aparatın yan hissəsində quraşdırılmış monitorda görünür. Monitor və kamera görüntülərini qeydə alan DVR adlanan yaddaş qurğusunun naqilləri elektrik ötürücü avadanlıq vasitəsi ilə elektrik yuvalarına keçirilmişdir və buna görə də həmin yaddaş qurğusu və monitor işlək vəziyyətdədir. Divara bərkidilmiş monitora baxış keçirilən zaman müəyyən edilmişdir ki, monitorun qutusu qara rəngdədir və monitorun ekranında görüntü iki hissəyə bölünmüş olaraq göstərilir. Ekranda olan görüntülərdən biri kafenin bayır divarına bərkidilmiş kamera vasitəsi ilə qeydə alınan görüntüləri göstərir. Ekranın digər hissəsində isə kafenin içəri hissəsində yerləşən kamera vasitəsi ilə qeydə alınmış videogörüntülər görünür. Baxış zamanı DVR adlanan yaddaş qurğusundan xx.xx.2021-ci il tarixdə hadisənin baş verməsini özündə əks etdirən videogörüntülər iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən bir ədəd «DVD» diskə köçürülərək götürülmüşdür (İ cild, i.v.7-13). Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi CM-nin 120.1 və 29,120.2.7-ci madələrindən həmin Məcəllənin 12.2.1,120.2.2, 29,120.27 və 221.3-cü maddələrinə tövsif edilmişdir(İ Cild i.v 14). “cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 9 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısında baş vermiş hadisənin əks olunduğu saat 19:36:17-dən 19:41:26-a qədər olan video görüntülərə baxış protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə 19:36:17-də Zərərçəkmiş şəxs2 iti adımlarla kafenin giriş qapısına tərəf gələrək qapını açıb kafenin içərisində sol tərəfdə yerləşən masada əyləşmiş Şahid10 çağırır. Bu zaman qardaşı Şahid1 da onun arxasınca kafenin giriş qapısına gəlib, Qorxmazı itələrək içəri daxil olurlar. Bundan 4 saniyə sonra isə digər qardaşları Zərərçəkmiş şəxs1 onların arxasınca kafenin giriş qapısından içəri daxil olur. Həmin vaxt qardaşların əlində heç bir alət görünmür. Onlar içəri daxil olan kimi əvvəlcə Şahid10, sonra isə onunla eyni masada əyləşmiş Yasin, Dərya, Səxavət, Fərid adlı şəxslər ayağa qalxırlar. Qorxmaz içəri girib İlşada tərəf getmək istəyəndə kafedə işləyən şəxs onu qolundan tutub saxlamağa çalışır. Bundan sonra Qorxmaz sağ əli ilə ona yaxınlaşan İlşadın sol qolundan tutub onu kafedən çölə doğru itələməyə çalışır. İlşad isə qolunu yuxarı qaldırıb əlini çəkməsini tələb edir. Bundan sonra giriş qapısının qarşısında olan Ramil İlşadın sağ qoluna girib onu giriş qapısından çölə doğru aparır. Qorxmaz isə Dərya adlı şəxsi saxlayaraq ondan və arxasında kafedən çölə çıxmaq istəyən Səxavət adlı şəxsdən çölə çıxmamalarını tələb edib və onları geri itələyir. Ramil özü də qapının qarşısında dayanıb kafenin içərisində olan şəxslərə əl hərəkətləri ilə nəsə deyir. Bundan sonra kafedə olan şəxslərdən əvvəlcə Dərya, ardınca Səxavət, Yasin və Fərid çölə çıxırlar. Fərid çölə çıxmazdan əvvəl əynində olan gödəkçənin sağ yan cibindən bıçaq çıxardıb belində saxlayır. Onlar kafedən çölə çıxan kimi saat 19:36:50-də İlşad Rahib üzbəüz dayanıb söhbət edir, Qorxmaz onların solunda, Ramil isə sağında dayanır, Ramil İlşadın sol qoluna girib onu kənara çəkmək istəyir. Onlar söhbət edən zaman Dərya adlı şəxs də yaxınlaşır. Saat 19:36-58-də Qorxmaz əlində olan taxta parçası ilə İlşadı sol tərəfdən baş nahiyəsindən vurur, bu zaman Rahib özü də ona tərəf yumruq zərbəsi atır. Onun bu zərbəsindən sonra İlşad arxası üstə yerə yıxılır. Səxavət adlı şəxs İlşadın yıxıldığını görüb kənara qaçır. İlşad yerə yıxılan kimi saat 19:37:01-də Ramil onun üstünə hücum edib yerdə uzanıqlı vəziyyətdə olan İlşada tərəf zərbələr vurur. Görüntülərdən görünür ki, onun əlində heç bir alət olmur. Həmin vaxtı kafenin giriş qapısının qarşısında dayanmış Yasin gödəkçəsinin sağ yan cibindən bıçaq çıxardıb Ramilə tərəf qaçaraq sağ əlində saxladığı bıçaqla Ramilə arxada iki dəfə zərbə vurur. Həmin vaxtı Fərid adlı şəxs də sağ əlində bıçaq kafenin qarşısında o tərəf bu tərəfə hərəkətlər edir. Dərya, Yasin və Fərid mərkəzdə dayanıb irəli geri hərəkətlər edirlər. Bu zaman saat 19:37:10-da Rahib sol əlində saxladığı bıçaqla yerdə uzanıqlı vəziyyətdə olan İlşadın üzərinə hücum edib onun ayaq nahiyəsinə 4 dəfə zərbə endirir. Rahib İlşadı ayağından bıçaq vurduğu an Qorxmaz əlində olan taxta parçası ilə Yasinin üzərində hücum edib ona tərəf zərbə atır. Lakin həmin zərbənin Yasin adlı şəxsə dəyib-dəymədiyini görmək mümkün olmur. Qorxmaz Yasinə zərbə vuran zaman mərkəzdə dayanmış Fərid sağ əlində olan bıçaqla Qorxmaza tərəf zərbə atır, lakin onun bu zərbəsi Qorxmaza dəymir. Həmin vaxtı Dərya adlı şəxs arxa tərəfdən Qorxmazın üzərinə hücum edib onu əvvəlcə təpiklə, sonra isə sağ əli ilə yumruqla vurur. Bundan sonra Yasin və Dərya qaçıb kənara çəkilirlər. Fərid adlı şəxs geriyə çevrilib saat 19:37:14də sağ əlində olan bıçaqla Rahibə tərəf zərbə atır, sonradan onların mübahisəsi kameranın müşahidə dairəsindən kənarda davam etdiyi üçün qeydə alınmır. Saat 19:37:16-da İlşad ayağa qalxmaq istədikdə Ramil onun üzərinə qaçıb sağ əlində olan alətlə İlşadın sol ayağından zərbə vurur və kənara qaçanda qardaşı Qorxmaz əlində olan taxta parçası ilə ona səhvən sol əlindən xəsarət yetirir. İlşad ayağa qalxan kimi Fəridə tərəf getmək istədikdə Rahib yenidən ona tərəf hücum edib saat 19:37:28-də sol əlində olan bıçaqla İlşadın qarın nahiyəsindən bir dəfə bıçaqla vurur. Bu zaman Qoxmaz əlində olan taxta parçası ilə əvvəlcə İlşadın kürəyindən, sonra isə özünü qorumaqdan ötrü sol əlini yuxarı qaldırdıqda əlindən zərbə vurur. Bundan sonra İlşad kafenin içərisinə daxil olur, kafeni işlədən şəxs də onun arxasınca kafeyə daxil olur. Görüntülərdən məlum olunr ki, hadisə vaxtı ətrafda kənar şəxslər dayanıb hadisəni müşahidə edirlər. Sonradan ətrafda olan şəxslər kafenin qarşısında toplaşır, sonra isə köməkləşib Fəridi və İlşadı taksiyə mindirirlər(İ cild, i.v.75-76). Zərərçəkmiş şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspetizasının xx.xx.2021-ci il tarixli 1893 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ budun deşilmiş-kəsilmiş, sol budun deşilmiş-kəsilmiş səthi yaraları müəyyən edilmişdir. Xəsarətlər iti uca və kənara malik əşya təsirindən, yəni bıçaqla yetirilə bilər. Törənmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ budun deşilmişkəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir, sol budun deşilmiş-kəsilmiş səthi yarası sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən anda hücum edən şəxslə xəsarət alan şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs1 aşkar olunan xəsarətlər onun özünü müdafiəsi zamanı ala biləcəyi xəsarətlərə xərakterik deyildir(İ cild, i.v.135-137). “Cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə 18:23:50-də Şahid1 əlində sol əlində bıçaq işlədiyi dükanın qarşısında dayanıb, sağ əlində olan telefonla danışır. Bu zaman Şahid10 Rizvan oğlu iti addımlarla olan tərəf yaxınlaşaraq sinəsini Rahibin sinəsinə dirəyərək nəsə soruşur. Həsənov X12 arxasından əlində bıçaq Rahibə tərəf getmək istəsə də yanında olan X16 onu qolundan tutub saxlayır, onlar iki metr aralıda dayanırlar. Rahib sağ əli ilə İlşadın sinəsindən onu geri itələyir və ət dükanına daxil olur. İlşad dərhal Rahibin üstə gedir, həmin vaxtı arxadan gələn Əliyev X22 qolundan tutub saxlayır. Dəryanın arxasında Şahid9 da gəlir, lakin onlar ət dükanına daxil olmadan hamısı birlikdə çölə çıxıb kənara çəkilirlər, kimsə-kimisəni vurmur. Bundan sonra Şahid5 və Şahid10 yenidən ət dükanının giriş hissəsinə daxil olurlar. Görüntülərdən görünür ki, Şahid5 sağ əlində bir ədəd şüşə stəkan var(İ cild, i.v.147-148). “Azercell Telecom”, “Bakcell” və "xxxx" MMCdən daxil olmuş disklərin yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, istər xx.xx.2021 və xx.xx.2021-ci il tarixdə, istərsə də əvvəlki tarixlərdə təqsirləndirilən şəxslər Şahid1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə zərərçəkmiş şəxs X15, Şahid10, Şahid4, Təqsirləndirilən şəxs2 arasında danışıq olmamışdır. xx.xx.2021-ci il tarixdə Şahid1 qardaşları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə telefon danışığı olmamışdır. X15, Şahid10, Şahid4 və Təqsirləndirilən şəxs2 da həmin tarixdə öz aralarında telefonla danışmamışlar(İ cild, i.v.156-158, 237-238). 23 yanvar 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid10 ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, hər iki şəxs üzləşdirmənin aparıldığı işin hallan üzrə növbə ilə ifadə verərək, əvvəlki dindirmələrdə hadisənin baş vermə şəraiti ilə bağlı verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər( İ cild, i.v.165-169). Kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2021-ci il tarixli 886/2021- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. Zərərçəkmiş şəxs2 AB0 sistemi üzrə qan qrupu A/İV/-dür. Şahid1 AB0 sistemi üzrə qan qrupu A/İV/-dür. Şahid10 AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. X5 AB0 sistemi üzrə qan qrupu 0 alfa, beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs Şahid10 məxsus uzunqol köynək, qolsuz mayka, şalvar, zərərçəkmiş şəxs X9 məxsus uzunqol mayka (alt paltarı),gödəkçə, uzunqol jaket (vodalazka), şalvar(kəməri ilə), şalvar (alt paltarı), tuman, qolsuz mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzzə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 alfa, beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə zərərçəkmiş şəxs Şahid10 və eyni qruplu zərərçəkmiş şəxs X9 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar üzərində qan ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə A və H antigenləri alınmışdır. Bu qan ləkələri A-beta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş 4 ədəd çubuqlu pambıq topası və pambıq topası üzərində zəif intensivliyində olan insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Şahid1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dırnaq kəsikləri üzərində qan aşkar olunmadı, insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olunmuşdur. Bu hüceyrələr az miqdarda olduğu üçün onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs2 məxsus papaqlı sviter, şalvar, Zərərçəkmiş şəxs1 məxsus uzunqol sviter və zərərçəkmiş şəxs X9 məxsus bir cüt corab üzərində qana şübhəli ləkə aşkar olunmamışdır( İ cild, i.v.170-177). Kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik tədqiqinə dair xx.xx.2021-ci il tarixli 772- 2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum X9 məxsus 01 ədəd sviter, 01 ədəd alt köynəyi və 01 ədəd maykanın ön səthinin orta hissəsində 01 ədəd, 01 ədəd alt şalvarı və 01 ədəd cins şalvarın arxa səthinin sol yarısının arxa hissəsində, 01 ədəd tumanın arxa səthinin sol yarısının aşağı hissəsi, 01 ədəd eyni zamanda cins şalvarın sağ ayaqlığının arxa səthində sağ aşağı hissəsində, 01 ədəd (cins şalvarda cəmi 02 ədəd) deşilmişkəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və qabırğaları özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşıcı-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və mərhum X9 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. F.Əliyevə məxsus sviter, köynək və maykanın ön səthində ortada olan bir ədəd deşilmiş-kəsilmiş zədə, onun döş qəfəsinin öz səthində olan eyni xarakterli xəsarətlə, cins şalvar, alt şalvar və trusikin arxa səthinin sol yuxarı nahiyəsində olan deçilmiş-kəsilmiş zədə onun sol budun yuxarı 1/3-nin bayır səthində olan eyni xarakterli xəsarətlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər. F.Ş.Əliyevin sağ baldırın orta 1/3nin bayır arxa səthində olan yara yalnız ona məxsus cins şalvarın arxa səthində solda əks olunmuş, alt şalvarda və trusikdə isə öz əksini tapmamışdır. Bu da yalnız cins şalvarın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş və mərhum X9 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş və mərhum X9 məxsus alt şalvar, tuman, sviter, mayka və alt köynəyinin üzərində taxta parçasının təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs X18 məxsus 01 ədəd köynək, 01 ədəd maykanın ön səthinin sağ yarısının aşağı hissəsində 01 ədəd və 01 ədəd şalvarın ön səthinin orta hissəsində 01 ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd, sağ ayaqlığının ön səthinin yuxarı hissəsinin 01 ədəd və sol ayaqlığının ön səthinin yuxarı hissəsinin 01 ədəd, cəmi 04 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və qabırğaları özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşıcı-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya tədim edilmiş və zərərçəkmiş şəxs X18 məxsus geyim əşyalarının üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmısi istisna olunmur. Şahid10 məxsus köynək və maykanın ön səthində ortada olan bir ədəd deşilmiş-kəsilmiş zədə, qarının ön divarında orta xətt üzrə yerləşən xəsarətlə, cins şalvarın ön səthinin yuxarı nahiyəsində solda 2 ədəd zədə və sol budun ön səthində sol yuxarı nahiyəsində olan 2 ədəd xəsarətlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Şahid10 məxsus cins şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd və ön səthinin sağ yuxarı nahiyəsində olan bir ədəd zədə onun bədənində öz əksini tapmamışdır, bu da yalnız şalvarın zədələnməsi ilə izah oluna bilər. Eyni zamanda Şahid10 sol baldır nahiyəsində aşkar edilmiş yaralar ona məxsus şalvarda öz əksini tapmamışdır, bu da yalnız bədənin zədələnməsi ilə izah oluna bilərdi. Şahid10 başın sol təpə-gicgah nahiyəsində olan əzilmiş-kəsilmiş yara nahiyəsi paltarlarla örtülmədiyi üçün xəsarət ona məxsus paltarda öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş və zərərçəkmiş şəxs X18 məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş və zərərçəkmiş şəxs X18 məxsus alt şalvar, tuman, sviter, mayka və alt köynəyinin üzərində taxta parçasının təsirindən əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs X9 məxsus 01 ədəd gödəkçə, 01 ədəd kəmər, 01 cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvarın arxa səthinin yuxarı hissəsinin sağ və sol yarısında müvafiq olaraq 1 ədəd, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaralar vardır. Bu zədələr iti ülgücü, iti ucu və olan yastı tiyə tipli deşıcıkəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Həmin zədələrin müxtəlif şəraitdə, o cümlədən göstərilən tarixdə əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus şalvarda olan 2 ədəd deşilçiş-kəsilmiş zədə onun bədəninda aşkar olunmuş eyni xarakterli xəsarətlər ilə (hər iki budunda olan deşilmiş-kəsilmiş yaralar) yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd sviterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd şalvarın və 01 ədəd ploverin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvarın və 01 ədəd sviterin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir dəyişiklik edilməmişdir ( İ cild, i.v.178-198). Zərərçəkmiş şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1898 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qismən hərəkət məhdudluğu və ağrı simptomu ilə müşaiyət olunan sağ aşıq-baldır oynağın nahiyəsinin dəri altı hematoması müəyyən edilmişdir. Xəsarət bərk küt təsirdən törənmişdir, müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Xəsarət müxtəlif şəraitlərdə törənə bilər, eləcə də özünün dediyi şəraitdə, yəni burxulma nəticəsində törənməsi inkar olunmur( İ cild, 199-200). 02 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs2 arasında istintaq hərəkəti apanlmış, hər İki şəxs üzləşdirmənin aparıldığı işin hallan üzrə növbə ilə ifadə verərək, əvvəlki dindirmələrdə hadisənin baş vermə şəraiti ilə bağlı verdikləri ifadələrini bir- birlərinin üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər(İ cild, i.v.213-216). 02 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə Zərərçəkmiş şəxs2 arasında istintaq hərəkəti aparılmış, hər iki şəxs üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə verərək, əvvəlki dindirmələrdə hadisənin baş vermə şəraiti ilə bağlı verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər(İ cild, 217-220). 05 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid10 ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, hər iki şəxs üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə verərək, əvvəlki dindirmələrdə hadisənin baş vermə şəraiti ilə bağlı verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər(İ cild i.v 233-236). 07 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 Firudin oğlu ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, hər iki şəxs üzləşdirmənin aparıldığı işin hallan üzrə növbə İlə ifadə verərək, əvvəlki dindirmələrdə hadisənin baş vermə şəraiti ilə bağlı verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər(İ cild i.v 233-236). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir( İİ cild, i.v.1, 28-29). “axtarışda olanın tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvanın yaxınlığında saxlanılaraq MSY-nə yerləşdirilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir(İİ cild, i.v.16). Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 4(008)-258/2022 saylı, 29 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 ay 28 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır(İİ cild, i.v.57-60). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-423/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 ay, yəni 27 iyul 2022-ci il tarixinədək uzadılmışdır(İİ cild, i.v.82-85). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-609/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır( İİ cild, 123-125). “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir( İİ cild, i.v.126-128). xx.xx.2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardadn görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir(İİ Cild i.v 114). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İİ Cild i.v 145-146). xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraatın təzələnməsi barədə qərarla cinayət işi üzrə icraat təzələnmişdir(İİ Cild i.v 189-190). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İİ Cild i.v 216-217). xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraatın təzələnməsi barədə qərarla cinayət işi üzrə icraat təzələnmişdir(İİ Cild i.v 219-220). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir( İİİ cild, i.v.4-6). “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(İİİ cild, i.v.18-20). Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol təpə nahiyəsinin əzilmiş, sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları müəyyən edilmişdir. Xəsarətlərdən sol təpə nahiyəsinin əzilmiş yarasından sonrakı çapıq toxuması bərk küt əşya təsirindən, sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaralardan sonra yaranmış çapıq toxumaları isə kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından (xx.xx.2022-ci il) 4-5 ay əvvəl olmaqla qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, sol əlin İİ, İİİ və İV barmaqlarının kəsilmiş yaraları onun özünümüdafiəsi zamanı törənə bilərdi. Təqsirləndirilən şəxs1 xəsarətləri alarkən hücum edən şəxs(lər)lə müxtəlif duruş vəziyyətlərində (qarşlıqlı, ayaqüstü, oturaq və s.) ola bilərmiş(İİ cild, i.v.86-88). “Respublika Psixiatriya Xəstəxanası” PHŞ məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmayıbdır(İİ Cild i.v 90). Sabunçu RPİ 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyi bıçağı əldə etmək mümkün olmamışdır(İİİ cild, i.v.38). xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(İİİ Cild i.v 41-42). xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi və icraatın təzələnməsi barədə qərarla cinayət işi üzrə icraat təzələnmişdir(İİİ Cild i.v 45-48). xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır(İİİ Cild i.v 51). xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilməsi və icraatın təzələnməsi barədə qərarla cinayət işi üzrə icraat təzələnmişdir(İİİ Cild i.v 53-55). xx.xx.2024-cü il tarixli qəradan görünür ki, cinayət işi icraata qəbul edilmişdir(İİİ i.v 56- 58). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur( İİİ cild, i.v.69); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CM-in 73.2ci maddəsinə əsasən xitam verilmişdir ( İİİ cild, i.v.70-71); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 120.1, 29.120.2.7, 145.2.6 və 221.3-cü maddələri ilə nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərərk 17 müddətə, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə(CM maddə 70 şərti), Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə(CM maddə 70 şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(İİİ cild i.v 72-109). Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münsibətdə dəyişdirilərək, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il müddətə sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir(İİİ cild i.v. 110-121) “ifadənin yerində yoxlanılması haqqında” 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə 27 noyabr 2021-ci il tarixdə saat 19:36 radələrində ünvan 3 ünvanında yerləşən‘Dönəf’ adlı kafenin qarşısında küçədə baş vermişdir. ünvan 3 ünvanında yerləşən “Dönəf” adlı kafenin qarşısına gəldikdə Təqsirləndirilən şəxs1 həmin ünvanı göstərib bildirdi ki, Şahid10 və Təqsirləndirilən şəxs2 onun sinif yoldaşları olduğu üçün uşaq vaxtlarında dostluq edirlər. Bu illər ərzində nə İlşadın, nədə ki, Dəryanın pis hərəkətinin şahidi olmamış, demək olar ki, hər gün görüşür, boş vaxtlarında “Komsomol’ dairəsi adlanan yerdə yerləşən ‘Dönəf’ adlı kafedə birlikdə əyləşib çay içirmişlər. xx.xx.2021 -ci il tarixdə işdən çıxıb həmişə olduğu kimi dostları ilə görüşməkdən ötrü “Dönər” adlı kafeyə gəlmişlər. Həmin gün kafedə İlşad, onun qardaşı Rizvan, Dərya və Əli adlı şəxslərlə əyləşib çay içmişlər. Bir qədər sonra Şahid2 adlı qonşuları da kafeyə gəlib dönər sifariş vermiş, bir qədər onlarla söhbət etdikdən sonra çıxıb getmişdir. Həmin vaxtı onlara kiminləsə mübahisənin olması barədə bir söz deməmişdir. Onlar özləri də kafedə əyləşən zaman heç kimlə mübahisəsi, dava-dalaşı olmamışdır. Vaqif onlardan aralanıb gedəndən bir qədər sonra təxminən saat 18-19 radələrində Vaqif yenidən aqressiv şəkildə kafeyə daxil olub, sonra isə çölə çıxmışdır. Kafedə olan şəxslərin ayağa qalxdığını görüb ayağa durmuş, görmüşdür ki, kafenin qarşısından səs-küy gəlir. Onlar birlikdə çölə tərəf gedəndə görmüşdür ki, Vaqiflə yaxınlıqda yerləşən ət dükanında işləyən Rahib adlı şəxs mübahisə edirlər. Onlar bir-birləri ilə aralıdan dayanıb sözlü mübahisə etsələr də, bir-birlərini vurmur, ətrafda olan şəxslər də onların yaxınlaşmalarına imkan vermirmişlər. Rahibin bibisi oğlu Mütəllim adlı şəxs Vaqifin qolundan tutub saxlamışdır. Rahibin və Vaqifin əllərində bıçaq olmuşdur. Bundan sonra İlşad Rahibi sakitləşdirmək üçün ona tərəf getmiş, həmin vaxtı Rahib İlşadın sinəsindən itələmiş, İlşad onun üstünə getmək istəyəndə isə Dərya qolundan tutub saxlamışdır. Mübahisə zamanı kimsə-kimisə vurmamışdır. O, özü isə kənarda dayanıb baş verənləri müşahidə etmiş, heç kimə müdaxilə etməmişdir. Bundan sonra Rahib çıxıb getmiş, Vaqif özü də kafedən aralanıb evlərinə tərəf getmişdir. Həmin gün heç bir dava olmamış, Vaqiflə, Rahib bir-birlərini vurmamışlar. Rahibin onunla, İlşad və Rizvanla da heç bir davası olmamışdır. O, Rahiblə Vaqifin hansı səbəb görə mübahisə etdiklərini bilməmişdir. Mübahisə başa çatndan sonra özü də evə getmiş, sonradan Vaqiflə Rahibin yenidən görüşüb-görüşməmələrini, barışıb-barışmamalarını bilmir. xx.xx.2021-ci il tarixdə bütün günü işdə olub, təxminən saat 19 radələrində işdən çıxıb yenidən‘Dönəf’adlı kafeyə getmişdir. Onu həmin gün kafeyə kimsə çağırmamışdır. O, dostları ilə demək olar ki, hər gün həmin kafeyə gedir, birlikdə çay içib, söhbət edirmişlər., O, kafeyə daxil olandan görmüşdür çay içib, söhbət edirmişlər. O, kafeyə daxil olandan görmüşdür ki, İlşad Dərya, Dəryanın əmisi oğlu Fərid və Səxavət adlı şəxslər kafenin baş tərəfində yerləşən masada əyləşiblər. Təxminən 5-20 dəqiq birlikdə əyləşib çay içdik, deyib gülmüşlər. Həmin gün masada əyləşmiş uşaqların kiminləsə dava-dalaşı olmamış, əyləşib söhbət edən zaman da aralarında bu barədə heç bir söhbət olmamışdır. Təxminən saat 19:40 radələrində qəflətən kafenin qapısı açılmış, əvvəlcə Zərərçəkmiş şəxs2, ardınca isə qardaşları Rahib və Ramil içəri daxil olmuşlar. Qorxmaz aqressiv şəkildə İlşada “bir dəqiqə səni” olar deyib, onu çölə çağırmışdır. Onlar özləri də masadan qalxıb onlara yaxınlaşmışlar ki, baş verəni aydınlaşdırsınlar. X30, sonra isə onları itələmiş və çölə çıxmamalarım tələb etmişdir. X35, Qorxmaz və Ramil ilə birlikdə kafenin qarşısına çıxdığını görüb, onlar dalaşmasınlar deyə arxalarmca kafedən çölə çıxmışlar. Elə çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə dayanıb söhbət edir, qardaşları isə onun yanında dayanıblar. O, kafedən demək olar ki, axırıncı çıxdığından Rahiblə İlşadın nə danışdıqlarını eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz əlində olan taxta parçası ilə İlşadın sol tərəfdən baş nahiyəsindən zərbə endirmişdir. Onun həmin taxta parçasını dəqiq olaraq haradan götürdüyünü bilməmiş, kafeyə daxil olan zaman Qorxmazın əlində heç bir əşya olmamışdır. Ola bilsin ki, İlşad Rahiblə söhbət edən zaman Qorxmaz həmin taxtanı öz avtomobilindən götürmüşdür. Qoxmazm bu zərbəsindən dərhal sonra İlşada arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamışdır. Həmin vaxtı Ramilin arxası ona tərəf olduğundan onun də hər hansı bir alətin olub-olmadığını görə bilməmişdir. O, bunu görən kimi şalvarının sağ yan cibində saxladığı xırda mətbəx bıçağını çıxardıb arxa tərəfdən Ramilə yaxınlaşaraq onun sağ və sol ayaq nahiyəsindən yüngül zərbələr vurmuşdur ki, İlşaddan əl çəksin. O, ona dəqiq olaraq neçə zərbə vurduğunu xatırlamır. O, ona zərbə vurandan soma Ramilin ona tərəf çevrilmək istədiyini görüb onun əlində də alət ola biləcəyini fikirləşib qoranmaqdan ötrü ondan aralanmışdır. Dava zamanı Qorxmaz əlində olan taxta parçası ilə onlara tərəf nizamsız zərbələr atmışdır. O, Qorxmazın üstünə gəldiyini görüb kənara çəkilmək istəyəndə həmin zərbələrdən biri onun baş və qol nahiyəsindən dəymişdir. Bu zaman arxa tərəfdən gələn Dərya Qorxmaza tərəf təpik zərbəsi atmış, sonra isə itələmişdir. O, Qorxmazın aralandığını görüb ordan uzaqlaşaraq qaçmışdır. Buna görə də sonradan kimin-kimi hansı şəraitdə vurduğunu görə bilməmişdir. Dava zamanı yalnız Rahibin yerdə uzanıqlı vəziyyətdə olan İlşada əlində olan bıçaqla zərbələri vurmasını görmüş, sonradan qaçıb kənara çəkildiyindən kimin-kimi vurmasını görə bilməmişdir. O, baş vermiş hadisədən çox qorxmuş, həyəcandan yolda gedən zaman əlində olan bıçağı da hara tulladığını xatırlamır. O, evə gedib paltarlarını topladıqdan sonra Balaxanı qəsəbəsində yerləşən özlərinə məxsus evdə qalmış, valideynlərinin də onun harada olmağından xəbərləri olmamışdır. O, hadisədən sonra heç kimlə əlaqə saxlamış, cinayət törətməyi barədə heç kimə məlumat verməmiş, evə gedib paltarlarını yığan zaman da evlərində heç kim olmamışdır. Fəridin ölməsi xəbərini də Balaxanıya gedən zaman məktəbin yanında qonşuların danışığından eşitmişdir, Rahib, Ramil və Zərərçəkmiş şəxs2 qardaşlarını hələ uşaq vaxtlarından qonşu məhlədə yaşayan şəxslər kimi tanımış, onlar bir neçə il olar ki, evin yaxınlığında yerləşən ət dükanında işləyirmişlər. Onlarla yaxın münasibəti olmasa da, aralarında ədavət, düşmənçilik də olmamışdır. Daim bir-birlərini görəndə salamlaşırlar. Yaxın münasibəti olmadığı üçün onların necə insan larim bilmir. Şahid2 adlı şəxs onun məhlə uşağıdır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Sonradan həbs olunduğu üçün uzun müddət görməmişdir. O, bir neçə ay bundan əvvəl azadlığa çıxmış, yalnız bundan sonra kafeyə gəlib-gedən zaman görmüşdür. Vaqifi sakit, heç kimlə işi olmayan insan kimi tanıyır, heç vaxt pis hərəkətinin şahidi olmamışdır. xx.xx.2021-ci il larixdə Şahid2la Şahid1 arasında mübahisənin hansı səbəbdən baş verməsini bilmir. Vaqifin nə vaxtsa Rahibdən haqq tələb etməsini eşitməmiş, nədə ki, görməmişdir. xx.xx.2021-ci il İlşadın Rahibin işlədiyi dükana Fəridi göndərib söhbət etmək üçün onu “Dönər” adlı kafeyə dəvət etməsi barədə heç bir məlumatı yoxdur. Kafeyə gələndə görmüşdür ki, İlşad, Fərid, Dərya və Səxavət birlikdə əyləşib çay içirlər. Həmin vaxtı Rahiblə bağlı aralarında heç bir söhbət olmamış, Rahib və onun qardaşlarının kafeyə gələcəklərini gözləməmişdir. Rahib, Ramil və Qorxmaz qardaşlarının hansı səbəbdən kafeyə daxil olub, məhz İlşadı çölə çağırmalarını, hadisə vaxtı onu istər bıçaqla, istərsə də taxta parçası ilə vurmalarının səbəbini bilmir. Kafedə olan zaman onlar yalnız İlşad çölə çağırmışlar, onlarda isə çölə çıxmamalarını tələb etmişlər. Buna görə də, mübahisənin sırf İlşadla bağlı olduğunu düşünür. Ola bilsin ki, bir gün əvvəl İlşadın araya girib Rahibi sakitləşdirmək üçün onun üstünə getməsi Rahibin xoşuna gəlməmişdir, Başqa bir əsaslı səbəb olmamışdır. Onun və yanında olan dostlarının çölə çıxanda məqsədi dava etmək deyil, aranı sakitləşdirmək olmuş, çölə çıxan kimi onlar İlşad vurduqlarından dava başlamış və kimisə ayırmaq mümkün olmamışdır. O, İlşadın yerə yıxıldığını, Ramilin isə onun üstünə hücum etdiyini görüb dərhal arxa tərəfdən Ramilə yaxınlaşıb ayağından bıçaqla vurmuşdur ki, Ramil aralansın. Ramili bıçaqla vurmada məqsədi yalnız onu qorxutmaq, İlşaddan ayırmaq olmuşdur. Onu bıçaqla vurmaqda öldürmək və ya başqa bir məqsədi olmamışdır, hadisə vaxtı yalnız Ramili əlində olan bıçaqla ayağından vurmuş, onun nə kimi xəsarət aldığını bilmir. Onu isə Qorxmaz əlində olan taxta parçası vurmuşdur. Həmin zərbə onun başından, sol tərəfindən və sol budundan dəymişdir. Bundan başqa əlindən kəsik xəsarəti almışdır. Lakin həmin xəsarəti ona dəqiq olaraq kimin və hansı şəraitdə yetirdiyini xatırlamır. Xeyli müddət keçdiyi üçün hazırda bədəni üzərində heç bir xəsarəti yoxdur. Şəxsən özünün heç kimdən şikayəti yoxdur. İlşad, Səxavət, Dərya və Fəridin Rahib, Ramil və Qorxmaz adlı şəxslərlə elədə yaxın münasibəti olmamış, dostluq etməmişlər. Buna baxmayaraq nə vaxtsa aralarında ədavət, dava olmasınında şahidi olmamışdır. Bildiyimə görə ailələr arasında da heç bir ədavət olmamışdır. Hadisə vaxtı Rahibin əlində bıçaq olduğunu görmüş, Qorxmazın əlində isə taxta parçası olmuşdur. Həmin taxta parçası bitaya oxşamış, uzunğu təxminən 20-30 sm olmuşdur. Səhv etmirsə sonradan Ramilin əlində də taxtaya bənzər alətin olduğunu görmüşdür'. Digər şəxslərin əlində isə bıçaq və ya hər hansı bir alət olduğunu görməmişdir. Onların həmin aləti haradan əldə etdiklərini bilmir, ola bilsin ki, bıçağı qabaqcadan özləri ilə götürmüşlər. Həmin gün dostlarında yalnız onda və Fəriddə bıçaq olmuşdur. Hava qaranlıq olduğu üçün Rahibin, Ramilin əlində olan bıçağı dəqiq görə bilməmiş, buna görə də həmin bıçaqları təsvir edə bilmir. Hadisədən sonra onların bıçağı hara atdıqlarını görə bilməmişdir. Hadisə zamanı istifadə etdiyini bıçağı evdən götürmüş, bıçaq təxminən 5-10 sm uzunluqda mətbəxdə istifadə olunan yağ bıçağı olmuşdur. Bıçağı üzərində gəzdirməkdə məqsədi sadəcə lazım olacağı təqdirdə özünü qorumaq olmuşdur. O, mübahisə zamanı görmüşdür ki, əvvəlcə Qorxmaz əlində olan taxta parçası ilə İlşadı vurmuş, bu zərbələrdən sonra İlşad yerə yıxılmışdır. Sonra isə Ramil İlşada tərəf qaçıb onu vurmağa başlamışdır. Ramildən sonra Rahib İlşadı əlində olan bıçaqla ayaq nahiyəsindən bıçaqlamışdır. Sonradan İlşada başqa kimin xəsarət yetirdiyini görməmişdir. Hadisə vaxtı İlşad heç kimi vurmamışdır, əskinə qardaşları üçü də onu vurmuşlar. İlşadın əlində heç bir alət olmamışdır. Fəridin, Səxavətin kimisə vurub-vurmadıqlarını bilmir, görməmişdir. Fəridin necə bıçaqlanmasının da şahidi olmamışdır. Dərya isə onu qorumaq üçün Qorxmazı təpiklə vurmuşdur(İİİ cild, i.v.128-130). “ifadənin yerində yoxlanılması haqqında” 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə 27 noyabr 2021-ci il tarixdə saat 19-20 radələrində ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafesin qarşısında küçədə baş vermişdir. ünvan 3 ünvanında yerləşən “Dönər” adlı kafenin qarşısına gəldikdə Təqsirləndirilən şəxs2 həmin ünvanı göstərib bildirdi ki, X15 onun doğma əmisi oğludur. O yaşca ondan kiçik olsa da, bir balaca qardaşı kimi daim onun xətrini istəmiş, münasibətləri yaxşı olmuşdur. Fərid xasiyyətcə çox sakit, mədəni, heç kimlə işi olmayan, böyük-kiçiyin yerin bilən insan olmuşdur. O, nə siqaret çəkmiş, nə spirtli içki qəbul etmiş, nədə ki, narkotik vasitələrdən istifadə etməmişdir. Bir əmi oğlu kimi bu illər ərzində onun heç bir pis hərəkətinin şahidi olmamış, kiminləsə ədavəti, düşmənçiliyi olmamışdır. Onlar qonşuluqda yaşadıqları üçün tez-tez görüşür, bir-birlərinin evinə gediş-gəlişləri olmuşdur. Fərid orta təhsilli olub, səhəti ilə əlaqədar hərbi xidmət keçməmiş, restoranda kababçı işləmişdir. Təxminən 2021-ci ilin oktyabr ayında “Covid-19” virusuna yoluxduğu üçün işdən çıxmış, ev şəraitində müalicə olmuşdur. Əmisi Şahvələd və onun ailə üzvləri də sakit insanlar olub, heç kimlə ədavətləri olmamışdır. xx.xx.2021 -ci il tarixdə bütün günü evdə olub, təxminən saat 17 radələrində evdən çıxıb dostları ilə görüşüb çay içmək üçün ünvan 4 ünvanında yerləşən “Dönər” adlı kafeyə getmişdir. Həmin gün kafedə İlşad, onun qardaşı Rizvan ilə əyləşmişdir. Bir qədər sonra Şahid2 adlı qonşuları kafeyə gəlib dönər sifariş vermiş, bir qədər onlarla. söhbət etdikdən sonra çıxıb getmişdir. Onlar kafedə əyləşən zaman heç kımlə mübahisələri, dava-dalaşları olmamışdır. Vaqif onlardan aralanıb gedəndən bir qədər sonra təxminən saat 18-19 radələrində Vaqif yenidən kafeyə daxil olub, sonra isə çölə çıxmışdır. Bu zaman o, arxası kafenin giriş qapısına tərəf oturduğundan nə baş verdiyini görməmişdir. Kafedə olan şəxslərin ayağa qalxdığını görüb onda ayağa durmuş, görmüşdür ki, kafenin qarşısından səs-küy gəlir. Onlar çölə tərəf gedəndə görmüşdür ki, Vaqiflə yaxınlıqda yerləşən ət dükanında işləyən Rahib adlı şəxs mübahisə edirlər. Onlar bir-birləri ilə sözlü mübahisə etsələr də, bir-birlərini vurmur, ətrafda olan şəxslər də onların yaxınlaşmalarına imkan verməmişlər. O, özü də İlşad və qardaşı Rizvanla birlikdə araya girib Vaqifi kənara çəkmişlər ki, dava etməsinlər. Bundan sonra Rahib çıxıb getmiş, Vaqif özü də kafedən aralanıb evlərinə tərəf getmişdir. Həmin gün heç bir dava olmamış, Vaqiflə, Rahib birbirlərini vurmamışlar. Rahibin onunla, İlşad və Rizvanla da heç bir davası olmamışdır. O, Rahiblə Vaqifin hansı səbəb görə mübahisə etdiklərini bilməmiş, mübahisə başa çatndan sonra özü də kafedən çıxıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə yenə bütünü günü evdə olub, təxminən saat 19 radələrində evdən çıxıb yenidən “Dönər" adlı kafeyə getmişdir. Onun həmin gün kafeyə kimsə çağırmamışdır. O, dostları ilə demək olar ki, hər gün həmin kafeyə gedir, birlikdə çay içib, söhbət edirmişlər. O, kafeyə tərəf gedən zaman yolda qonşuluqda yaşayan Səxavətlə rastlaşmış və birlikdə kafeyə getmişlər. İçəri daxil olandan görmüşdür ki, İlşadla əmisi oğlu Fərid kafenin baş tərəfində yerləşən masada əyləşiblər. Onlar özləri də həmin masa əyləşmiş və bir qədər sonra Yasin adlı məhlə uşaqları da gəlmişdir. Təxminən 15-20 dəqiq birlikdə əyləşib çay içmiş, deyib gülmüşlər. Həmin gün masada əyləşmiş uşaqların kiminləsə dava-dalaşı olmamış, əyləşib söhbət edən zaman da aralarında bu barədə heç bir söhbət olmamışdır. Təxminən saat 19:40 radələrində qəflətən kafenin qapısı açılmış əvvəlcə Zərərçəkmiş şəxs2, ardınca isə qardaşları Rahib və Ramil içəri daxil olmuşlar. Qorxmaz aqressiv şəkildə İlşada “bir dəqiqə səni” olar deyib, onu çölə çağırmışdır. Onlar özləri də masadan qalxıb onlara yaxınlaşmışlar ki, baş verəni aydınlaşdırsınlar. Lakin Qorxmaz onu itləmiş və onlardan çölə çıxmamalarını tələb etmişdir. X35, Qorxmaz və Ramil ilə birlikdə kafenin qarşısına çıxdığını görüb, onlar dalaşmasınlar deyə arxalarınca kafedən çıxmışlar. O, elə çölə çıxanda görmüşdür ki, Rahiblə İlşad üz-üzə dayanıb söhbət edir, qardaşları isə onun yanındadır. Rahibin İlşadla nə danışdığını eşitməmişdir. Elə bu zaman Rahibin sol tərəfində dayanmış Qorxmaz əlində olan taxta parçası ilə İlşadın sol çiyin nahiyəsindən zərbə endirmişdir. Onun həmin taxta parçasın haradan götürdüyünü bilməmiş, kafeyə daxil olan zaman əlində heç bir əşya olmamışdır. Qoxmazın bu zərbəsindən dərhal sonra Rahib özü də İrşada tərəf zərbə atmışdır. Həmin zərbənin llşadın hansı nahiyəsinə dəydiyini, zərbəni vuran zaman əlində hər hansı bir alətin olub-olmadığını görə bilməmişdir. Rahibin bu zərbəsindən sonra İlşad arxası üstə yerə yıxılmışdır. İlşad yerə yıxılan kimi Ramil onun üstünə hücum edib qarın nahiyəsindən sağ əli ilə zərbələr vurmağa başlamış, lakin həmin zərbələri vuran zaman əlində hər hansı bir alət olub-olmadığını bilməmişdir. Hadisələr o qədər tez cərəyan etmişdir ki, kimin nə etdiyini görə bilməmişdir. O, özü də Qorxmaza tərəf qaçmışdır ki, onları ayırsın, lakin Qorxmaz onun və Yasinin üzərinə gəlib onları taxta ilə vurmaq istəyəndə onun bu zərbəsindən yayınıb özünü müdafiə etmək üçün ona tərəf təpik zərbəsi atmış, sonar isə itələyib kənara qaçmışdır. Dava zamanı yalnız Rahibin yerdə uzanıqlı vəziyyətdə olan İlşada bıçaq zərbələri vurmasını görmüş, sonradan qaçıb kənara çəkildiyindən kimin-kimi vurmasım görə bilməmişdir. O, dərhal qardaşına zəng vurub dava baş verməsi barədə məlumat vermiş və onun tələbi ilə hadisə yerinə qayıtmadan evə getmişdir. O, evə çatmışdır ki, atası zəng vurub Fəridin dava zamanı bıçaqlanması, aldığı xəsarətlərdən ölməsi barədə məlumat vermişdir. O, dava zamanı Fəridin necə bıçaqlanmasını şahidi olmamış, Fəridin ölməsi xəbərini eşidəndən sonra ailə üzvləri ilə birlikdə xəstəxanaya getmişdir. Başqa heç bir məlumatı yoxdur. Rahib, Ramil və Zərərçəkmiş şəxs2 qardaşlarım hələ uşaq vaxtlarından qonşu məhlədə yaşayan şəxslər kimi tanımış, onlar bir neçə il olar ki, evlərinin yaxınlığında yerləşən ət dükanında işləyirlər. Onlarla yaxın münasibəti olmasa da, aramızda ədavət, düşmənçilik də olmamışdır. İlşad və Yasini hələ uşaq vaxtlarından həyətə yaşayan şəxslər kimi tanımış, daim münasibəti yaxşı olmuş, heç vaxt pis hərəkətlərinin şahidi olmamışdır. Onlar ikisi də çox sakit, mədəni, heç kimlə işləri olmayan insanlar olmuşlar. Səxavəti isə 4-5 il olar ki, əmisi oğlu Fəridə görə tanımış, Səxavətində pis hərəkətinin şahidi olmamışdır. O, bu uşaqları tanıdığı müddətdə onların kiminləsə dava-dalaşlarının şahidi olmamışdır. O, onların ailə üzvlərini də sakit insanlar kimi tanımışdır. Şahid2 adlı şəxsi qonşulquda yaşayan şəxs kimi tanımış, bir məhlə uşağı kimi münasibəti yaxşı olmuşdur. Sonradan həbs olunduğu üçün uzun müddət görməmişdir. O, bir neçə ay bundan əvvəl azadlığa çıxmış, yalnız bundan sonra kafeyə gəlib-gedən zaman görmüşdür. Vaqifin özü ilə də dostluğu olmamışdır. xx.xx.2021ci il tarixdə Şahid2la Şahid1 arasında mübahisənin hansı səbəbdən baş verməsini bilmir, mübahisə zamanı ətrafda olan şəxslər eləcə də onlar özləri onları ayırdıqları üçün aralarında heç bir dava olmamışdır. Rahibin hansı səbəb görə belə bir ifadə verdiyini bilmir. xx.xx.2021-ci il tarixdə Rahibin nə onunla, nədə ki, dostları ilə heç bir davası olmamış, kimsə onun üstünə hücum etməmişdir. Onlar kafedə olan zaman Vaqiflə Rahibin mübahisə etdiklərini görüb çölə çıxmış, həmin vaxtı Rahibin əlində bıçaq olmuş, İlşad ona yaxınlaşıb Rahibi sakitləşdirmiş, “Nə olub, niyə bıçaq çıxartmısan” deyə ona bildirmişdir. Rahib isə cavabında ona yaxın gəlməyin deyib öz ət dükanına getmişdir. Həmin gün Rahiblə İlşad arasında da heç bir dava olmamışdır. xx.xx.2021-ci il tarixdə llşadın Rahibi kafeyə çağırması, dalınca adam göndərməsi barədə göstərilənlərin hamısı yalandır. xx.xx.2021-ci il tarixdə hadisənin dəqiq olaraq nə səbəbdən baş verdiyini bilmir. Rahib, Ramil və Qorxmaz qardaşlarının hansı səbəbdən kafeyə daxil olub, İlşadı çölə çağırmalarını, hadisə vaxtı onu istər bıçaqla, istərsə də taxta parçası ilə vurmalarının səbəbini bilmir. Onlar kafedə olan zaman onlar yalnız İlşadı çölə çağırmışlar, onlardan isə çölə çıxmamalarını tələb etmişlər. Buna görə də, mübahisənin sırf İlşadla bağlı olduğunu düşünür. Ola bilsin ki, bir gün əvvəl onların araya girib Rahibi sakitləşdirmək istəməkləri onun xoşuna gəlməmişdir. Başqa bir əsaslı səbəb olmamışdır. Onun və yanında olan dostlarının çölə çıxanda məqsədi dava etmək deyil, aranı sakitləşdirmək olmuşdur. Onlar çölə çıxan kimi onlar İlşad vurduqlarından dava başlamış və kimisə ayırmaq mümkün olmamışdır. Qorxmaz kortəbii şəkildə qarşısına keçən tərəf əlindəki taxta parçası ilə zərbələr atmışdır. Onun bu zərbəsindən özünü qorumaq üçün onu təpiklə vurub, sonra isə itələmişdir ki, aralansın. Onu vurmaqda başqa bir məqsədi olmamışdır. Hadisə vaxtı o, yalnız Qorxmaza zərbə vurmuş, onun nə kimi xəsarət aldığını bilmir. Qorxmaz taxta parçası ilə onu vurmaq istəyəndə onun zərbəsindən yayınsa da, taxta yüngül ayağına toxunmuşdur. Lakin heç bir xəsarət almamışdır. Hazırda da heç bir xəsarəti yoxdur. Şəxsən özünün heç kimdən şikayəti yoxdur. Şahid10, Yasin, Səxavət və Fəridin Rahib, Ramil və Qorxmaz adlı şəxslərlə onun kimi həmin şəxslərlə elədə yaxın münasibəti olmamış, dostluq etməmişlər. Buna baxmayaraq nə vaxtsa aralarında ədavət, dava olmasınında şahidi olmamışdır. Bildiyinə görə ailələr arasında da heç bir ədavət olmamışdır. Hadisə vaxtı Ramilin, Rahibin əlində bıçaq olduğunu görmüş, Qorxmazın əlində isə taxta parçası olmuşdur. Digər şəxslərin əlində isə bıçaq və ya hər hansı bir alət olduğunu görməmişdir. Onların həmin aləti haradan əldə etdiklərini bilmir, ola bilsin ki, bıçağı qabaqcadan özləri ilə götürmüşlər. Həmin gün uşaqların əlində heç bir alət olmamışdır. Hava qaranlıq olduğu üçün Rahibin, Ramilin əlində olan bıçağı dəqiq görə bilməmiş, buna görə də həmin bıçaqları təsvir edə bilmir. Hadisədən sonra onların bıçağı hara atdıqlarını görə bilməmişdir. Hadisə vaxtı çox həyəcanlı olmuş, buna görə də bütün fikiri yalnız Ramil, Rahib və Qorxmaz qardaşlarında olmuşdur. Bu səbəbdən də Fəridin əlində bıçaq olub-olmadığım görməmiş, ona həmişə uşaq kimi baxmış, nə vaxtsa bıçaq gəzdirməsinin şahidi olmamışdır. Mübahisə zamanı görmüşdür ki, əvvəlcə Qorxmaz əlində olan taxta parçası ilə İlşadı vurmuş, sonra isə Rahib ona tərəf zərbə atmışdır. Bu zərbələrdən sonra İlşad yerə yıxılmışdır. Sonra isə Ramil İlşada tərəf qaçıb onu vurmağa başlamışdır. Səhv etmirsə Ramil əlində olan bıçaqla İlşadın qarın nahiyəsindən zərbə vurmuşdur. O, dəqiq olaraq neçə zərbə vurduğunu görməmişdir. Ramildən sonra Rahib İlşadı əlində olan bıçaqla ayaq nahiyəsindən bıçaqlamışdır. Sonradan İlşada başqa kimin xəsarət yetirdiyini görməmişdir. Hadisə vaxtı İlşad heç kimi vurmamışdır, əksinə qardaşları üçü də onu vurmuşlar. İlşadın əlində heç bir alət olmamışdır. O, hadisə yerindən aralanana qədər əmisi oğlu Fəridi heç kim vurmamış, Fərid özü də kimisə vurmamışdır. Onun sonradan necə bıçaqlandığını görməmişdir. Eşitdiyinə görə Fəridi Rahib əvvəlcə ayağından, sonra isə sinə nahiyəsindən bıçaqlamışdır. Həmin xəsarətləri ona hansı şəraitdə yetirdiyini bilmir. Sonradan hadisə şahidlərindən eşitdiyinə görə Ramil İlşada xəsarət yetirən zaman Yasin arxadan Ramilə yaxınlaşıb ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Səxavətin isə kiməsə xəsarət yetirməsinin şahidi olmamışdır. Qorxmaz əlində olan taxta parçası ilə Yasini də vurmuşdur. xx.xx.2021-ci il tarixdə baş vermiş mübahisənin kimin şahidi olduğunu bilmir. Həmin vaxt İlşad və onun qardaşı Rizvan bir yerdə olmuşlar. Onlar üçündən başqa bu mübahisənin kimlərin şahidi olduğunu bilmir. xx.xx.2021-ci il tarixdə isə hadisə kafenin qarşısında baş verdiyindən kafenin işçiləri, habelə həmin vaxtı ətrafdan keçən şəxslər də hadisənin şahidi olmuş, lakin həmin şəxslərin kim olduqlarını bilmir(İİİ cild, i.v.132-134). Sübutların qiymətləndirilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, 29 mart 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Kamran Sadıqov tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmadığından həmin ittiham qüvvəsində saxlanılmış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyi nəzərə alınmış, 06 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X19 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmadığından həmin ittiham qüvvəsində saxlanılmış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyi nəzərə alınmış, X11 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 182-ci maddəsi, Şahid2 Firudin oğlunun, Şahid10, Şahid4 İlqar oğlunun, Şahid5 və Şahid9 barəsində CM-nin 182 və 221-ci maddələri cinayət təqsibinin başlanmsı rədd edilmiş, X11 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 xəsarət alması faktında X5 əməlində cinayət tərkibi olmadığından X5 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid4 və Təqsirləndirilən şəxs1 xəsarət almaları faktı ilə bağlı ibtidai istintaqı başa çatmış ********* nömrəli cinayət işi üzrə qiymət verildiyi nəzərə alınmış, Bakı şəhəri Sabunçu rayon prokuroruluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X20 tərəfindən 27 noyabr 2021-ci il tarixdə hadisə yerinin baxışı zamanı götürülmüş hadisənin görüntülərinin qeyd edildiyi 01 ədəd SD-R disk cinayət işi üzrə sübut növü kimi qiytmətləndirilmiş və “SD-R” diskin iş materiallarına əlavə edildiyi nəzərə alınmış, Bakı şəhəri Sabunçu rayon prokuroruluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X21 tərəfindən tərtib edilmiş 01 ədəd SD-R diskə baxış aparılması haqqında protokol cinayət işi üzrə sübut növü kimi qiytmətləndirilmiş, Təqsirləndirilən şəxs2 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə dindirilən zaman ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və cinayət işi üzrə vermiş olduğu vəsatətin rədd edilməsi barədə qərar qəbul edildiyi nəzərə alınmışdır (İİİ cild, i.v.136-179). Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də ona qarşı hər hansı bir şikayət, tələb və iddiası olmayacaqdır. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlində özünü təqsirli bilməməsinə dair hissədə ifadəsində qeyd etdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 özün təqsirli bilməyək ifadəsində göstərmişdir ki, dava zamanı və ondan qabaqki gün baş verən hadisələr zamanı orda olsa da, iştirakı yalnız Qorxmaz İlşadı vurmaq istəyəndə onu itələmişdir ki, vurmasın. Onu sadəcə itələmişdir, xəsarət yetirməmişdir, özünü müdafiə xarakterli olmuş hərəkətləri, sonrada oradan uzaqlaşmışdır. Məhkəmə iclası zamanı video diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 arxa tərəfdən Zərərçəkmiş şəxs2 üzərinə hücum edib onu əvvəlcə təpiklə, sonra isə yumruqla vurur. Hadisə vaxtı kənarda başqa şəxslərin dayanmasına baxmayaraq Təqsirləndirilən şəxs2 aktiv şəkildə münaqişənin mərkəzində olmaqla o tərəf bu tərəfə doğru hərəkət edir, qarşılıqlı dava-dalaş zamanı hadisələrə müdaxilə etməklə birbaşa münaqişənin iştirakçısına çevrilmişdir. Münaqişənin video görüntüsündən onun hərəkətlərinin özünü müdafiə etməsi və dava-dalaşın aralanması müəyyən edilmir. Əksinə münaqişənin mərkəzində olmaqla aktiv hərəkətlərlə münaqişə iştirakçısına çevrilmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan da görünür ki, Dərya arxa tərəfdən Qorxmazın üzərinə hücum edib onu əvvəlcə təpiklə, sonra isə sağ əli ilə yumruqla vurur. Bundan sonra Yasin və Dərya qaçıb kənara çəkilirlər(İ Cild i.v 75-76). Bundan əlavə Təqsirləndirilən şəxs2 məhkəməyək icraat dövründə vermiş olduğu ifadələrində Qorxmaz onun və Yasinin üzərinə gəlib onları taxta ilə vurmaq istəyəndə onun bu zərbəsindən yayınıb özünü müdafiə etmək üçün ona tərəf təpik zərbəsi atmasını, sonra isə itələyib kənara qaçmasını bildirmişdir(İİİ cild i.v 13-17). Bundan əlavə ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanılması haqqında protokolda bir daha təsdiq edərək Qorxmaz onun və Yasinin üzərinə gəlib onları taxta ilə vurmaq istəyəndə onun bu zərbəsindən yayınıb özünü müdafiə etmək üçün ona tərəf təpik zərbəsi atmasını, sonra isə itələyib kənara qaçmasını qeyd etmişdir(İİİ cild i.v 132-134). Bundan əlavə üzləşmə protokolları, zərərçəkmiş, şahid ifadələri və işdə olan biri digərini tamamlayan sübutlar Təqsirləndirilən şəxs2 dediklərini təkzib edir, onun gətirdiyi dəlillər öz təsdiqini tapmır. Məhkəmə nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Təqsirləndirilən şəxs2 hadisə zamanı yalnız özünü müdafiə etməsi ilə bağlı gətirdiyi dəlillər, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs2 təpik zərbəsi atması, sonra isə itələyib qaçması barədə göstərdiklərini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi “o, özünü müdafiə məqsədi ilə arxası ona tərəf olan Ramili İlşadı arxadan vurmaq istəyəndə bıçaqla ayağından xəsarət yetirmişdir” deməsinə münasibətdə qeyd edir ki, video görüntü tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qarşı hər hansı hücum olmamış, əksinə o gödəkçəsinin cibindən bıçaq çıxardıb Zərərçəkmiş şəxs1 tərəf qaçaraq sağ əlində olan bıçaqla Ramilə arxadan iki dəfə zərbə vurur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi dəlil özünü müdafiə xarakterli olaraq qiymətləndirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. Bundan savayı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə artıq baş vermiş qarşılqlı dava-dalaş xuliqanlıq kimi qiymətləndirilmişdir. Həmin hökm və qərarla müəyyən edilmişdir ki, bütün sonrakı hadisələr Zərərçəkmiş şəxs1 iki bıçaq zərbəsi vurub xəsarət yetirən, bu fakta görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi ayrılmış Təqsirləndirilən şəxs1 və mərhum Fərid Əliyevin bıçaqla silahlanıb küçəyə çıxmalarından və qardaşların üstünə hücum edərək onları vurmağa cəhd etmələrindən sonra baş vermiş, xuliqanlıq hərəkətlərini məhz onlar başlamış, Şahid1 İlşad və Fərid Əliyevləri xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlməsi onun hadisənin başlanğıcında olan davranışından irəli gələn bir nəticə kimi qəbul oluna bilməz, çünki cinayət işinə əlavə olunmuş videogörüntünün qalıqlarından yuxarıda göstərilənlər aşkar görünür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şahid10 özü dostları ilə birlikdə oturduğu kafeyə Şahid1 mərhum Fərid Əliyevin vasitəsi ilə təkidlə çağırmışdır. Həmçinin qeyd edilən hökmlə cinayəti zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törətməsi müəyyən edilmişdir. Yekun olaraq məhkəmə hadisələrin baş vermə ardıcılığını cinayət işinin materialları ilə əlaqəli surətdə təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxslərin dava-dalaş zamanı özünü müdafiə etmək məqsədi ilə münaqişədə iştirakı müəyyən edilməmişdir. Əksinə işdə tədqiq edilmiş sübutların əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslər dava-dalaşa aktiv şəkildə müdaxilə etmiş, hadisə Təqsirləndirilən şəxs1 və Fərid Əliyevin bıçaqla silahlanıb küçəyə çıxmalarından və qardaşların üstünə hücum edərək onları vurmağa cəhd etmələrindən sonra baş vermiş, xuliqanlıq hərəkətlərini məhz onlar başlamışlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətləri şəxsi münasibətlər zəminində törədilməməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlmiş, ictimai qayda kobud şəkildə pozulmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmuş, onlar bilərəkdən özünü ictimai qaydaya qarşı qoymuş, güclərini nümayiş etdirmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl CM-nin 221.2.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə əsasən xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin Qərarın 10-cu bəndinə əsasən xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silah tətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsinəməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3cü və 228-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə baş vermiş qarşılıqlı dava-dalaş nəticəsində başqa şəxslərin hadisənin şahidi olması, normal qaydalarının pozulması, münaqişənin davam etməsi ilə digər şəxslərin hərəkətlərinə maneələrin olması, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər olmaqla uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olmuşdur. Bununla da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarların ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər baş vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 33-cü bəndinə əsasən hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət Prosessual Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini(CM- 59.1.12), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda q eydiyyata alındığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə onunla barışmasını(CM-59.1.12-59.1.13), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) nəzərə alır və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddəin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 29 mart 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 04 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir(CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CMnin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 mart 2022-ci il tarixdən 27 avqust 2022-ci il tarixədək həbsdə saxlandığı 04 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 il 10 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut - 02 ədəd CD-R disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2Talıb oğlu və Müdafiəçi1 (hər birinə ayrı-ayrılıqda) sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar