Məhkəmə qərarları › İş №1(008)-650/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-650/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-650/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X15 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Xaçmaz rayonu Xudat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, Xaçmaz şəhəri, H.Əliyev prospekti, 63 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,850 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 25 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PBnə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli paltonun sağ yan cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,850 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, 24 fevral 2023-cü il tarixdə, axşam saat 8-9 radələrində məhləyə siqaret çəkmək üçün düşmüşdür. Surac adlı tanışı zəng edərək onu 9 mərtəbə adlanan yerə çağırmışdır. O, Suracın yanına gedərkən birinci dalanı keçmiş, ikinci dalan girmək istəyən zaman qəfildən iki nəfər polis əməkdaşları onun üzərinə hücüm edərək onu yerə yıxaraq qoluna qandal taxmışlar. Həmin vaxt küçədə, marketdə adamlar olmuş, o, kömək edin deyə səslənmiş, həmin adamlar yaxınlaşan zaman polislərdən biri “polis əməkdaşıyıq yaxınlaşmayın” demişdir. Həmin vaxt polis əməkdaşları onu yerə yıxaraq vurmuşlar. Ondan sonra onu Sabunçu RPİ-nin 15-ci polis şöbəsinə aparmışlar. Onu saxlayan əməkdaşlar şöbədə onu bir az döydükdən sonra şöbə rəisi Tural Nəzərovun otağına aparmışlar. Orada olarkən polis əməkdaşlarından biri demişdir ki, “uzan yerə”. O, yerə uzanmışdır. Onu orada rəisin yanında da vurmuşlar. Ona demişlər ki, guya o, Zabratda 4000 manatlıq qızıl oğurlayıb. O isə heç bir oğurluq etmədiyini bildirmişdir. Bu zaman ona demişlər ki, “boynuna almalısan”. O, etiraz etdikdə onu yenidən döyməyə başlamışlar. Bundan sonra rəis Tural Nəzərov əməliyyatçılara çölə çıxmalarını bildirmişdir. Həmin vaxt gecə olduğundan anası dayanmadan ona zəng etmiş, Tural Nəzərov isə hər dəfəsində anasının zənginə otboy vermişdir. O, rəisdən anası ilə danışması və şöbədə olması barədə məlumat verməsi üçün icazə istəsə də, Tural Nəzərov icazə verməmişdir. O, şöbə rəisinə demişdir ki, o, heç bir oğurluq etməmişdir, kasıb yetim adamdır, onu yükləməsinlər. Şöbə rəisi ona demişdir ki, “ya o yanlıq olacaqsan, ya da bu yanlıq”, “ya oğurluğu boynuna götürəcəksən, ya da narkotiki”. Ondan sonra rəis əməliyyatçılara onun müvəqqəti saxlama yerinə aparılmasını bildirmişdir. Səhərisi gün səhər onu rəisin yanına apardıqda rəis ona demişdir ki, “narahat olma, telefonunu evdəkilərə verəcəyik, lazım olan şeyləri deyərsən, deyərsən ki, mən eləmişəm”. Rəis əməliyyatçılara dedi ki, qoyun getsin. O, bayıra çıxıb dayanmış, həmin vaxt Ağakərim və 7-8 nəfər polis əməkdaşı gələrək onu içəri aparmışlar. Onu otağa saldıqdan sonra Ağakərim adlı polis əməkdaşı ona demişdir ki, uzan yerə. Onu üzüaşağı yerə uzatdıqdan sonra Ağakərim taxta ilə onun əl barmaqlarına, belinə, ayaqlarına və ayaqlarının altına vurmağa başlamışdır. Ağakərim ona demişdir ki, ya oğurluğu, ya da narkotiki boynuna almalısan. O, dəfələrlə həmin cinayətlərin onluq olmadığını bildirsə də, döyülməsi nəticəsində ağrılara tab gətirməyərək narkotiklə bağlı olan cinayəti boynuna götürməyə razı olduğunu bildirmişdir. Ondan sonra siqaretin sellofan kağızında olan narkotik vasitəni onun göy paltosunun sağ yan cibinə qoydular. Onun üzərinə baxış saxlanıldığı günün səhərisi günü keçirilmişdir. Baxışdan öncə təhqiqatçı ona demişdir ki, çəkiliş zamanı cibində olan bükümü təqdim edib, Balaxanı qəsəbəsində şəxsi istifadəsi üçün 20 manata tanımadığı şəxsdən aldığını bildirsin. O, çəkiliş zamanı deyilənləri bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra müdafiəçi gəlmişdir. Ondan öncə o, müdafiəçini görməmişdir. Bundan sonra məhkəmə qarşısına çıxarıldıqda hakimə döyüldüyünü bildirib əl barmaqlarında olan şişləri və barmaqlarını sərbəst hərəkət etdirə bilmədiyini göstərmişdir. Hakimin qərarı məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs özünün Zabrat qəsəbəsində, köhnə iki mərtəbəli binada yaşadığını, onun üzərinə şəxsi axtarış keçirilməsindən öncəki gün axşam saat 8-9 radələrində saxlanılaraq polis şöbəsinə aparıldığını, onu saxlayanlardan birinin Lətif olduğunu, lakin digərinin videogörüntüdə olan Seymur olmadığını, digər əməkdaşın şəxsi axtarış və götürmə zamanı çəkiliş aparan şəxs olduğunu, Seymuru şöbədə Ağakərim adlı polis əməkdaşı ilə birlikdə görüdüyünü, Ağakərim onu döyən zaman Seymurun ona təpik və şillə vurduğunu, onun polis əməkdaşları tərəfindən şöbəyə polis əməkdaşlarından birinin şəxsi göy rəngli avtomobilində aparıldığını, onu saxlayan polis əməkdaşlarının onu vuraraq hansı səbəbdən qandal bağlamalarına maneçilik törətdiyini bildirdiklərini, o, nəyə əsasən saxlanıldığını bilmədiyini dedikdə isə ona “narahat olma bir azdan biləcəksən” dediklərini, ik öncə 4000-5000 manatlıq oğurluğu onun üzərinə qoymağa çalışdıqlarını, buna dair videogörüntünü olduğunu bildirdiklərini, o, videogörüntünü istədikdə isə ona “göstərəcəyik” deyildiyini, oğurluğu üzərinə götürmədiksə isə üzərinə narkotik vasitə qoyulduğunu, döyülməsi səbəbindən bütün sənədləri imzaladığını, döyülməsi ilə bağlı prokurorluqda düzgün araşdırma aparılmadığını, prokurorluğun əməkdaşı tərəfindən izahatı alınmadan boş kağız təqdim edilərək imzalatdırıldığını, araşdırmanı aparan əməkdaşa yıxıldığını bildirmədiyini, yazıb-oxuya bildiyi halda yazılı izahatının alınmadığını, müstəntiqə üzərində cüzi miqdarda psixotrop maddə olduğunu demədiyini, əksinə müstəntiq tərəfindən ona bir tərəfdə X2 imzası olan sənəd təqdim edildikdə orada guya onun üzərində cüzi miqdarda narkotik vasitə olmasını bildirməsinə dair ifadəsini gördükdə müstəntiqə belə bir söz demədiyindən həmin sənədi imzalamayacağını bildirdiyini, müstəntiqin onun yanında həmin sənədi cıraraq ona yeni sənəd verdiyini və müstəntiqin ona həmin hissədə ifadəsini düzgün yazdığını bildirdiyini, bu zaman müstəntiqin onun yanında digər ifadəsi olan kağızı cırması səbəbindən müstəntiqə inanaraq həmin sənədi oxumadan imzaladığını, hazırda məhkəmə iclasında müstəntiqin onu aldatdığını və onu adından yanlış ifadə yazdığından xəbər tutduğunu, Ağakərim adlı polis əməkdaşını sonuncu dəfə polis bölməsində onu döyərkən gördüyünü, onunla istintaq zamanı üzləşdirilmədiyini, formal olaraq üzləşdirmə protokolu tərtib edildiyini, o həmin protokolu imzalayan zaman vərəqdə Ağakərimin adının və qarşısında imzasının olduğunu gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsindən sonra onun ibtidai istintaq zamanı da hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs X6 adlı polis əməkdaşı ilə üzləşdirilmədiyini və özünün də müdafiəçi olaraq həmin istintaq hərəkətində iştirak etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-də əməliyyat müvəkkli Şahid1 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bölmə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar verilməklə bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında həmkarı Şahid2 ilə birlikdə əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində psixotrop və narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsinə tərəflərindən psixotrop və narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əynindəki tünd göy rəngli paltonun sağ yan cibindən bir ədəd bükümü təqdim etmiş, həmin büküm təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs hansı tarixdə və saat neçə radələrində saxladıqlarını xatırlamadığını, yəqin ki, gündüz radələrinin olduğunu, üzərindən hansı maddənin və ya hansı formada olan, nəyə bənzəyən maddə aşkar olunduğunu xatırlamadığını, Sabunçu RPİ 15-ci polis şöbəsində X6 adlı əməkdaşın olduğunu, X2 Elxanı döyməsindən xəbərinin olmadığını və bu barədə heç nə deyə bilməyəcəyini, Elxanı saxlayan zaman Elxanın onlara hər hansı müqavimət göstərmədiyini bildirmişdir. Şahid1 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşları arasında Şahid1 olmadığını, Şahid1 bölmədə Ağakərimin yanında gördüyünü, Ağakərimin onu taxta ilə döyərkən Seymurun da onu təpik və şillə ilə vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 15-ci PB-nin əməkdaşı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs günorta vaxtı saxladıqlarını, Elxanın narkotik vasitələrdən istifadəsi və satması barədə qərəzsiz mənbədən məlumat daxil olduğunu, üzərinə şəxsi axtarış və götürmənin saxlanıldığı gün keçirildiyini bildirmişdir. Şahid2 ifadəsindən sonra təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq onu saxlayan polis əməkdaşlarından birinin Şahid2 olduğunu, Lətifin onu döymədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi kimi tanıyır. Hazırki iş üzrə dəqiq tarix yadında olmasa da, Təqsirləndirilən şəxs məhz özü Nərimanov küçəsində saxlamış və polis şöbəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs saxlayan zaman Elxan polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Elxanı saxlayıb şöbəyə aparan zaman Elxanın öncədən xəsarətləri olmuşdur. O, Elxanı vurmamış və xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişdə iştirak etmişdir. Elxanı onunla bərabər saxlayan polis əməkdaşı Şahid2 olmuşdur. Onlar ikisi Elxanı saxlayaraq polis şöbəsinə aparmışlar. Elxan düzgün ifadə vermir, onun saxlanılmasında Ləiflə bərabər o, özü də iştirak etmişdir. Elxanla üzləşib-üzləşməməsi dəqiq yadında deyil, lakin müstəntiq onu Elxanın döyülməsi ilə bağlı dəvət etmiş və ifadəsini almışdır. Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlu ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hakimin məlumatı əsasında Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı araşdırma aparmış, Elxanı və X6 adlı polis əməkdaşını izahatlarının alınması məqsədi ilə xidməti otağlna dəvət etmiş, Elxanın sözləri ilə izahatı özü yazmış, imza üçün Elxana təqdim etmiş və izahat Elxan tərəfindən imzalanmışdır. Elxanın bədənində olan xəsarətlərlə bağlı ekspertiza təyin edilməmişdir. Buna səbəb Elxanın azadlıqda olması və əksər hallarda təqsirləndirilən şəxslərin müayinədən keçmək üçün ekspertizaya getməmələridir. Bu səbəbdən də o, Elxanın da ekspertizaya getməyəcəyini düşünərək araşdırma zamanı Təqsirləndirilən şəxs ekspertizadan keçirilməsini təmin etməmişdir. Həmçinin, təqsirləndirilən şəxs özü ona ekspertizadan keçmək istəmədiyini, yıxıldığını və polis əməkdaşları tərəfindən döyülmədiyini bildirmiş və bu barədə yazılı ərizəsini təqdim etmişdir. Belə olan halda ekspertizanın keçirilməsi əlavə olaraq işin uzadılması ilə nəticələnmiş olardı. Həmin ərizəni Elxan deyil, Elxanın sözlərindən özü yazsa da, ərizə Elxan tərəfindən imzalanmışdır. Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlunun göstərdiyi xüsusatlarla bağlı Təqsirləndirilən şəxs verilmiş sullara cavab olaraq o, Mirabbas Əhmədovun söylədiklərinin doğru olmadığını, o, prokurorluğa gedən zaman Mirabbas Əhmədovun otağında başqa şəxslər olduğundan Mirabbas Əhmədovun onu qəbul etmədiyini, sadəcə növbətçi hissədə olan şüşənin qarşısında ona boş ağ kağız verərək imzalatdırdığını, həmin kağızda hər hansı izahat olmadığını, ümumiyyətlə Mirabbas Əhmədovun ondan izahat almadığını, özünün yazıb oxuya bildiyini, lakin ondan yazılı şəkildə hər hansı izahat verməsinin tələb olunmadığını, hazırda məhkəməyə təqdim edilmiş rədd materialında onun ərizəsinin altında olan və izahatında olan imzaların ona məxsus olmadığını və onun tərəfindən icra olunmadığını, Mirabbas Əhmədova nəinki yıxıldığını deməmiş, onun ümumiyyətlə izahatı alınmadığından Mirabbas Əhmədova heç nə deyə bilmədiyini, sadəcə onun təqdim etdiyi ağ kağızı imzalayaraq getdiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X11 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, anten məlumatlarda göstərilən Sabunçu sözündən sonra göstərilən 40 rəqəmi ünvan deyil, o, sadəcə korrodinatı göstərən rəqəmdir. Təqsirləndirilən şəxs ev ünvanı ilə Sabunçu RPİ-nin 15-ci polis şöbəsinin ünvanı arasında olan məsafə 400-500 metrdir. Bu səbəbdən anten məlumatları göstərən vaxtlarda Elxanın həm evdə, həm də bölmədə olması realdır. Çünki, Elxanın evi ilə şöbə arasında məsafə az olduğundan Elxan evdə də olsa, şöbədə də olsa anten eyni ünvanı göstərir. Sabunçu RPİ-nin 15-ci polis şöbəsinin yerləşdiyi ərazidə "xxxx" MMC-nin 3 anteni var. Hər üç anten biri digərindən 400, 500, 600 metr aralı məsafədədirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 25 fevarl 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v.14). “Şəxsin üzərində axtarış və götürmə aparılması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli paltonun sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, şəffaf rəngli, xırda kristal formalı, spesifik iyə malik olmayan metamfetaminə bənzər maddəni çıxararaq könüllü təhvil vermiş, həmin psixotrop maddəno 24 fevral 2023-cü il tarixdə, günorta radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 20 manata öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmin psixotrop maddə bir ədəd kağız zərfdə qablaşdırılıb AR DİN-nin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür ( i.v. 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixli, 6/1148 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ns 161” dairəvi möhür əksi və “vət. Təqsirləndirilən şəxs aşkar edilən maddə ....Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, iştirak etdilər:-iki imza, təhqiqatçı : F.İmanov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,850 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 33-37). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(008)-169/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında azad edilmişdir (i.v.85-93). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.94). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.110-111). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, 148-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (i.v.112-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 aprel 2023-cü il tarixli, 1830 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 119-120). “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,850 qram psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və qalıq qalmış 1,800 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” diskin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.124-129). Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanası tərəfindən təqdim edilmiş 21 avqust 2023-cü il tarixli, 3-16-17/35/2- 1216/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə cəzasının sonu ilə Həbsxanadan azad edilmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrıayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs ilkin olaraq özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsinə istinad etmiş, onun istintaqın sonrakı gedişatında verdiyi ifadələrini görməzdən gələrək həmin ifadələrə ümumiyyətlə qiymət verməmiş və hansı səbəbdən onun məzh ilkin ifadəsinə istinad etdiyini əsaslandırmamışdır. Halbuki, cinayət işinin materiallarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs bir gündə iki dəfə, yəni 26 fevral 2023-cü il tarixdə saat 09:20-dən 09:45-dək və 15:30-dan 16:15-dək şübhəli şəxs qismində dindirilmiş, onun özünün sərbəst şəkildə yazıb oxuya bilməsinə baxmayaraq onun ifadələri komputer vasitəsilə yazılmaqla onun tərəfindən imzalanmışdır. Daha sonra material istintaq aidiyyəti üzrə göndərildikdən sonra 27 fevral 2023-cü il tarixdə, saat 12:10-dan saat 12:50-dək Təqsirləndirilən şəxs qismində dindirilmiş və onun təhqiqat zamanı yazılmış etirafedici məzmunda olan ifadəsi eynilə sözbəsöz “şübhəli şəxs qismində dindirmə” protokolundan “təqsirləndirilən şəxs qismində dindirmə” protokoluna köçürülərək təqsirləndirilən şəxs tərəfindən imzalanmış və hər iki protokola Təqsirləndirilən şəxs ifadəsində bu məzmunda cümlə göstərilmişdir: “Polis bölməsinin xidməti otağında mənim üzərimə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olundu. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola etiraz etmədən və mənə polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq göstərilmədən imza etdim”. Təqsirləndirilən şəxs qismində dindirildikdən sonra Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimat verilməklə məhkəmə qarşısına çıxarılmış və o, 27 fevral 2023-cü il tarixdə, saat 11:41-də keçirilən məhkəmə iclasında özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək saxlanılan zaman üzərində heç bir psixotrop maddənin olmadığını, polis bölməsində üzərinə psixotrop maddə qoyularaq həmin vasitənin ona aid olmasını etiraf etməyə məcbur edildiyini, polis bölməsində onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşı Ağakərim adlı şəxsin döydüyünü, taxta ilə əl barmaqlarına vurduğunu, hazırda da barmaqlarında şişkinlik olduğunu və əl barmaqlarını tərpətməkdə çətinlik çəkdiyini, boynunda da xəsarətlərin olduğunu, döyülməsi səbəbindən bütün sənədləri imzaladığını və çəkiliş zamanı psixotrop maddənin ona aid olduğunu bildirdiyini, müvəqqəti saxlama yerinə aparıkan zaman müayinə olunarkən xəsarətlərinin orada olan şəxslər tərəfindən də müşahidə olunduğunu bildirmiş və həmin məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin əl barmaqlarına hakim tərəfindən vizual baxış keçirildikdə həqiqətən də onun barmaqlarında şişkinliklərin və hərəkət məhdudluğunun olması müşahidə edilmişdir. Göstərilən bu hallar, o cümlədən, təqsirləndirilən şəxsdə olan xəsarətlərin məhkəmə iclasında aşkar görünməsi məhkəmə nəzarəti qaydasında materiala baxan məhkəmədə törədilməsi Təqsirləndirilən şəxs istinad olunan cinayətin onun tərəfindən törədilməsi ilə bağlı şübhələr yaratdığından məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmaqla təqsirləndirilən şəxsdə aşkar olunan xəsarətlərlə bağlı araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumat göndərilmişdir. Məhkəmə iclasında aşkar olunan hallardan sonra müstəntiq həmin gün, yəni 27 fevral 2023cü il tarixdə, saat 17:05-dən 17:20-dək Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində dindirmiş və müstəntiq tərəfindən verilmiş suala cavab olaraq o, polis bölməsinə gətirilən zaman üzərində psixotrop maddə metamfetamin olmadığını, Sabunçu RPİ-nin 15-ci polis bölməsində Ağakərim adlı polis əməkdaşı tərəfindən ona fiziki təzyiq göstərildiyini, fiziki təzyiqlərdən qorxaraq ona təqdim edilmiş bütün sənədləri imzaladığını bildirmişdir. Cinayət işinin materiallarına əsasən 27 fevral 2023-cü il tarixdə, saat 17:45-dən saat 18:00dək Təqsirləndirilən şəxs Şahid2 ilə, saat 18:15-dən saat 18:30-dək isə Şahid1 ilə üzləşdirilməsi zamanı isə təqsirləndirilən şəxs saxlanılan zaman üzərində cüzi miqdarda psixotrop maddə metamfetamin olduğunu, üzərinə baxış zamanı həmin maddənin çox olmasını gördüyünü, buna etiraz edən zaman Ağakərim adlı polis əməkdaşı ona fiziki təzyiq göstərdiyindən ona təqdim edilmiş sənədləri imzaladığını bildirmişdir. Cinayət işinin materiallarına əsasən 27 fevral 2023-cü il tarixdə, saat 18:45-dən saat 19:00dək Təqsirləndirilən şəxs ilə X6 arasında üzləşdirmə aparılan zaman Təqsirləndirilən şəxs Ağakərim Abdinovun üzünə qarşı onun təqsirləndirilən şəxs polis bölməsində fiziki təzyiqlər göstərdiyini, həmin təzyiqlərdən qorxaraq ona təqdim edilmiş sənədləri imzaladığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin istintaqın ayrı-ayrı dönəmlərində verilmiş ifadələrini ayrılıqda tədqiq etməyi iş üçün əhəmiyyətli hesab edir. Xronoloji ardıcıllığa əsasən məhkəmə istintaqı zamanı müəyyən edilmişdir: Təqsirləndirilən şəxs saxlanıldıqdan bir gün sonra iki dəfə müxtəlif saatlarda şübhəli şəxs qismində dindirilmiş, komputer vasitəsilə yazılmış etirafedici məzmunlu ifadələr onun tərəfindən imzalanmış, iş istintaq aidiyyəti göndərildikdən sonra 27 fevral 2023-cü il tarixdə “şübhəli şəxs qismində dindirmə” protokoundan eynilə kopyalanmaqla təqsirləndirilən şəxs qismində dindirmə protokolu təqsirləndirilən şəxsə imzalatdırılaraq şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılmış, məhkəmə iclasında törədilməsi ona istinad olunan cinayəti etiraf etməmiş, polis bölməsində fiziki təzyiqlərə məruz qalması səbəbindən sənədləri imzalayaraq polis bölməsində ona deyilənləri etdiyini bildirmiş, bundan sonra müstəntiq tərəfindən yenidən dindirilərkən məhkəmə göstərdiyi xüsusatları təsdiq etmiş, həmin dindirmədən 5 dəqiqə sonra keçirilən şahidlə üzləşmədə isə üzərində cüzi miqdarda psixotrop maddə olduğunu, lakin polis bölməsində çəkinin artırıldığını, buna etiraz edərkən fiziki təzyiqlərə məruz qaldığından təqdim edilmiş sənədləri imzaladığını, elə həmin şahidlərlə üzləşmədən 5 dəqiqə sonra Ağakərim Abdinovla üzləşmə zamanı isə üzərində psixotrop maddənin olub-olmaması ilə bağlı heç bir xüsusata toxunmadan Ağakərim Abdinov tərəfindən fiziki təzyiqlərə məruz qalması səbəbindən bütün sənədləri imzaladığını bildirmişdir. Məhkəmə sadalanan həmin ifadələrin hər birinin digərinə uyğun olmamaqla ziddiyyət təşkil etdiyini, müstəntiq tərəfindən həmin ifadələrdəki xüsusatların dəqiqləşdirilməsi üçün təqsirləndirilən şəxsə bir dənə də sual ünvanlanmamasını, məhkəməyə təqdim edilmiş həmin sənədlərin formal tərtib olunmasını nəzərə alaraq təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətə məhkəmə nəzarəti qaydasında baxılan zaman verilmiş ifadəsini və həmin ifadəsi ilə uzlaşan hazırki məhkəmə iclasında verdiyi ifadəsini inandırıcı və real hesab edir. Müstəntiq tərəfindən yuxarıda qeyd olunan protokolların formal olaraq tərtib edilməsi qənaətinə gələrkən məhkəmənin istinad etdiyi hallar aşağıdakılardır:

1. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qarşısına çıxarılmadan öncə “Təqsirləndirilən şəxs qismində dindirmə” protokolundan olan ifadənin sözbəsöz “şübhəli şəxs qismində dindirmə” protokolundan kopyalanması və təqsirləndirilən şəxsə bir dənə də olsun əlavə sualın ünvanlanmaması;

2. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdmatın 27 fevral 2023-cü il tarixdə, saat 11:14-də məhkəməyə təqdim edilməsinə, həmin gün, saat 11:41-ə məhkəmə iclasının təyin edilərək, saat 12:51-də yekun məhkəmə aktının çıxarılması barədə məlumatın elektron sistemə daxil edilməsinə baxmayaraq təqsirləndirilən şəxsin məhkəmə qarşısına çıxarılmadan öncə dindirmə protokolunun 27 fevral 2023-cü il tarixdə, saat 12:10-dan 12:50-dək tərtib edilməsi (Belə ki, elektron məhkəmə inormasiya sistemindən çıxarılaraq iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair material 27 fevral 2023-cü il tarixdə, saat 11:14də məhkəməyə təqdim edilmiş və saat 12:00-a məhkəmə iclası təyin edilmişdir);

3. 27 fevral 2023-cü il tarixdə tərtib edilmiş “Təqsirləndirilən şəxsi dindirmə protokolu”nda təqsirləndirilən şəxsin özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi və ifadəsində ona polis əməkdaşları tərəfindən hər hansı formada təzyiq göstərilməməsi qeyd olunsa da, 27 fevral 2023-cü il tarixli məhkəmə iclasında müəyyən edilən hallardan sonra müstəntiq tərəfindən təqsirləndirilən şəxs yenidən dindirilən zaman təqsirləndirilən şəxs saxlanılan zaman üzərində psixotrop maddə olmadığını və polis bölməsində fiziki təzyiqlərə məruz qalması səbəbindən bütün sənədləri imzaladığını bildirməsinə baxmayaraq müstəntiqin təqsirləndirilən şəxsə əvvəlki ifadəsindəki xüsusatlarla bağlı, ona qarşı olunan fiziki təzyiqlərin nədə ifadə olunması ilə bağlı hər hansı dəqiqləşdirmə aparmağa lüzum görməməsi;

4. 27 fevral 2023-cü il tarixdə, saat 17:05-dən saat 17:20-dək təqsirləndirilən şəxsin dindirmə zamanı “üzərində ümumiyyətlə psixotrop maddə olmadığını” bildirməsinə, həmin ifadədən 5 dəqiqə sonra isə saat 17:25-dən saat 18:00-dək təqsirləndirilən şəxsin şahidlərlə üzləşdirilməsi zamanı isə “saxlanılan zaman üzərində cüzi miqdarda psixotrop maddənin olmasını, lakin polis bölməsində baxış zamanı aşkar edilmiş bükümün böyük olduğunu” göstərməsinə baxmayaraq müstəntiqin təqsirləndirilən şəxsin 5 dəqiqə öncə başqa məzmunda ifadə verməsinin səbəbinin aydınlaşdırmaması, həmin xüsusatın istintaqın sonunadək görməzdən gəlinərək ümumiyyətlə qiymət verilməməsi;

5. 27 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxsin onu döyməsini iddia etdiyi polis əməkdaşı X6 ilə üzləşdirilməsi zamanı isə Təqsirləndirilən şəxs ifadəsi kimi sadəcə ona Ağakərim Abdinov tərəfindən fiziki təzyiq göstərilməsi qeyd olunsa da, müstəntiq tərəfindən fiziki təzyiqin nəyə görə göstərilməsinin, Təqsirləndirilən şəxs fiziki təzyiq nəticəsində nəyi qəbul etməsinin tələb edilməsinin, hansı formada fiziki təzyiqə məruz qalmasının, həmin vaxt üzərində psixotrop maddənin olub-olmamasının dəqiqləşdirilməməsi. Göründüyü kimi, müstəntiq sadəcə formal sənədləri tələsik formada tərtib etməklə kifayətlənmiş, lakin ifadələrdə göstərilmiş xüsusatları araşdırmağa, ziddiyyətləri aradan qaldırmağa lüzum görmədən təqsirləndirilən şəxsin formal tərtib edilmiş “Təqsirləndirilən şəxsi qismində dindirmə” protokoluna istinad edərək onun “Şübhəli şəxs qismində dindirmə” protokolundan kopyalanmış və sonrakı ifadələri ilə təkzib edilmiş həmin ifadəsini ittiham aktına köçürməklə cinayət işini məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarıldığı zaman da hazırda məhkəmə iclasında verdiyi məzmunda ifadələr verdiyini, daha sonra müstəntiq tərəfindən fərqli məzmundan yazılmış ifadələrin birinin digəri ilə uzlaşmadığını, təqsirləndirilən şəxsin ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin 27 fevral 2023-cü il tarixdə məhkəmə nəzarəti qaydasında verilmiş vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında, həmin iclasdan sonra müstəntiqə verilmiş ifadəsini, o cümlədən, hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ilkin ifadələri isə təsir və təzyiq nəticəsində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etmir. Bununla yanaşı,məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlarla bağlı hər bir arqumentə ayrıca qiymət verilməsini məqbul hesab edir. Təqsirləndirilən şəxsin polis bölməsində döyülməsi və təsir-təzyiqlər nəticəsində sənədləri imzalaması ilə bağlı irəli sürdüyü dəlillərlə bağlı məhkəmənin qiymətləndirməsi: İlk növbədə məhkəmə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(008)-169/2023 saylı qərarından göstərilənləri nəzərə alır. Belə ki, həmin tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində heç bir psixotrop maddənin olmadığını, polis bölməsində üzərinə psixotrop maddə qoyularaq həmin vasitənin ona aid olmasını etiraf etməyə məcbur edildiyini, polis bölməsində onu Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşı Ağakərim adlı şəxsin döydüyünü, taxta ilə əl barmaqlarına vurduğunu, hazırda da barmaqlarında şişkinlik olduğunu və əl barmaqlarını tərpətməkdə çətinlik çəkdiyini, boynunda da xəsarətlərin olduğunu, döyülməsi səbəbindən bütün sənədləri imzaladığını və çəkiliş zamanı psixotrop maddənin ona aid olduğunu bildirdiyini, müvəqqəti saxlama yerinə aparıkan zaman müayinə olunarkən xəsarətlərinin orada olan şəxslər tərəfindən də müşahidə edildiyini bildirmiş və həmin məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin əl barmaqlarına hakim tərəfindən vizual baxış keçirildikdə həqiqətən də onun barmaqlarında şişkinliklərin və hərəkət məhdudluğunun olması müşahidə edilmiş, təqsirləndirilən şəxsdə aşkar olunan xəsarətlərlə bağlı araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumat göndərilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olan zaman onda xəsarətlərin olub-olmaması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə ünvanlanmış sorğuya əsasən təqdim edilmiş 25 fevral 2023-cü il tarixli aktdan görünür ki, 25 fevral 2023-cü il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış zamanı sol çiyində cızıqlar, hər iki dizində yara, sağ əlin orta barmağında şiş və hər iki biləklərdə qızartı aşkar olunmuş, özü bildirmişdir ki, tutulmadan öncə qaçan zaman yıxılaraq həmin xəsarətləri almışdır. Həmin aktda formal olaraq Təqsirləndirilən şəxs onda aşkar edilmiş xəsarətləri yıxılaraq alması göstərilsə də, aktda Təqsirləndirilən şəxs adının qarşısında olan imzanın başqa şəxs tərəfindən icra edilməsi açıq-aşkar görünməkdədir. Məhkəmə iclasında həmin sənəd təqsirləndirilən şəxsə təqdim edilmiş, Təqsirləndirilən şəxs aktdakı imzanın ona məxsus olmadığını, onun imzası ilə ümumiyyətlə əlaqəsinin olmadığını, təqdim olunan aktı ilk dəfə hazırda məhkəmə iclasında gördüyünü bildirmişdir. Həqiqətən də cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məxsus olan imzalara, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində olan imzasına, o cümlədən, 148-C-23 saylı rədd materialı ekspertizaya göndərilən zaman Təqsirləndirilən şəxs götürülmüş imza nümunələrinə nəzər yetirdikdə Sabunçu RPİ-nin MSY-dən daxil olmuş 25 fevral 2023-cü il tarixli aktda olan imzanın Təqsirləndirilən şəxs imzası ilə əlaqəsinin olmaması, imzanın nə başlanğının, nə də sonunun Təqsirləndirilən şəxs imzası ilə oxşamaması aydın şəkildə müşahidə olunur. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən təqdim edilmiş 148-C-23 nömrəli rədd materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğunda heç bir araşdırma aparılmadan, ekspertiza təyin edilmədən, sadəcə polis əməkdaşı Ağakərim Abdinovun təbii olaraq Təqsirləndirilən şəxs fiziki və psixi təzyiq göstərməməsinə dair bildirdiyi xüsusat və Təqsirləndirilən şəxs guya özünün ərizə yazaraq (Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, onun rədd materialında olan ərizəsi özü tərəfindən yazılmamış və başqa şəxs tərəfindən imzalanmışdır) yıxılması nəticəsində əl barmağında şişkinlik yarandığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını göstərməsi əsas gətirilərək sadəcə bir cümlə “cinayət hadisəsinin olmamasının müəyyən edilməsi” göstərilməklə cinayət işinin başlanması rədd edilmişdir. Çox maraqlıdır ki, hakim tərəfindən ibtidai araşdırmanı prosessual rəhbərliyi həyata keçirən orqana təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı məlumat göndərilməsinə baxmayaraq prokurorluq əməkdaşı məhkəmənin məlumatına səthi yanaşaraq göstərilən halın araşdırılması üçün zəruri olduğu halda məhkəmə-tibb ekspertizası təyin etməmiş, məhkəmədə isə bununa bağlı ünvanlanmış suala cavab olaraq Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-X8 bədənində olan xəsarətlərlə bağlı ekspertiza təyin edilmədiyini, buna səbəb Elxanın azadlıqda olması və əksər hallarda təqsirləndirilən şəxslərin müayinədən keçmək üçün ekspertizaya getməmələrinin olduğunu, bu səbəbdən də Elxanın da ekspertizaya getməyəcəyini düşünərək araşdırma zamanı Təqsirləndirilən şəxs ekspertizadan keçirilməsini təmin etmədiyini, həmçinin, təqsirləndirilən şəxsin özünün ona ekspertizadan keçmək istəmədiyini bildirdiyini, bu barədə ərizə verdiyini, ekspertizanın keçirilməsinin əlavə olaraq işin uzadılması ilə nəticələnmiş olacağını bildirmişdir. Halbuki məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlunun göstərdiyi xüsusatlarla bağlı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq o, Mirabbas Əhmədovun söylədiklərinin doğru olmadığını, o, prokurorluğa gedən zaman Mirabbas Əhmədovun otağında başqa şəxslər olduğundan Mirabbas Əhmədovun onu qəbul etmədiyini, sadəcə növbətçi hissədə olan şüşənin qarşısında ona boş ağ kağız verərək imzalatdırdığını, həmin kağızda hər hansı izahat olmadığını, ümumiyyətlə Mirabbas Əhmədovun ondan izahat almadığını, özünün yazıb oxuya bildiyini, lakin ondan yazılı şəkildə hər hansı izahat verməsinin tələb olunmadığını, hazırda məhkəməyə təqdim edilmiş rədd materialında onun izahatının altında olan imzanın ona məxsus olmadığını və onun tərəfindən icra olunmadığını, ərizənin altında yazılmış ad və soyadının isə onun xəttinə oxşadığını, Mirabbas Əhmədova nəinki yıxıldığını demədiyini, onun ümumiyyətlə izahatı alınmadığından Mirabbas Əhmədova heç nə deyə bilmədiyini bildirmişdir. Məhkəmə Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlunun məhkəmədə özünün heç bir araşdırma aparmamasına haqq qazandırmaq üçün irəli sürdüyü arqumentlərə münasibətdə qeyd edir ki, onun özünün nə düşünməsindən (belə ki, o göstəmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlərlə bağlı ekspertizanın keçirilməsi işin uzadılması ilə nəticələnmiş olardı), təqsirləndirilən şəxsin ekspertizaya getmək istəməməsini bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən daxil olmuş məlumat tam və hərtərəfli araşdırılmaqla müvafiq hala hüquqi qiymət verilməli idi ki, hazırki halda məsul əməkdaş ümumiyyətlə heç bir araşdırma aparmadan, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən tərtib edilmiş aktı belə əldə etmədən, sadəcə məhkəmənin məlumatında olan xəsarətin guya yıxılma nəticəsində yaranmasına dair Təqsirləndirilən şəxs özü tərəfindən yazılmamış və imzalanmamış ərizəsinə (məhkəmə iclasında Mirabbas Əhmədov ərizəni Elxanın deyil, özünün yazdığını bildirmiş, iş materiallarında olan ekspert rəyi ilə isə ərizədəki imzanın da Elxana məxsus olmadığı və başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir) və polis əməkdaşı Ağakərim Abdinovun ifadəsinə istinad edərək araşdırma apardığını düşünmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs prokurorluq əməkdaşına ekspertizadan keçmək istəmədiyini bildirmədiyini, polis bölməsində fiziki zorakılığa məruz qalmadığını və yıxılmasına dair xüsusat göstərmədiyini, rədd materialında onun adından yazılmış ərizədəki imzanın ona məxsus olmadığını bildirmiş, müdafiəçinin vəsatəti əsasında ərizədəki imzanın Təqsirləndirilən şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizasının 05 dekabr 2023-cü il tarixli, 3-16-16/2-4/1482 saylı rəyi ilə ekspertizaya təqdim edilmiş materialın 17-ci səhifəsində olan 17 mart 2023-cü il tarixli ərizədə “İmza” qrafasında olan imzanın Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə iclasında Təqsirləndirilən şəxs rədd materialında olan izahatın da özü tərəfindən yazılmadığını, həmin izahatda olan imzanın da onun tərəfindən icra edilmədiyini bildirmişdir. Məhkəmə rədd materialında olan izahatda Təqsirləndirilən şəxs adının qarşısında olan imza ilə onun imzasının fərqli olduğunu, onun iş materiallarında və şəxsiyyət vəsiqəsində olan imzası ilə rədd materialında olan izahatındakı imzasının açıq-aşkar fərqli olduğunu, həmçinin, Sabunçu rayon prokurorluğundan araşdırma aparılan zaman Təqsirləndirilən şəxs adından guya əlindəki şişkinliklərin yıxılması nəticəsində yaranması, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmaması, məhkəmə-tibbi ekspertizasının keçirilməsindən imtina etməsinə dair ərizənin başqa şəxs tərəfindən yazılmaqla başqa şəxs tərəfindən imzalandığını, bununla da Təqsirləndirilən şəxs imzasının saxtalaşdırıldığını nəzərə alaraq rədd materialında olan izahatın Təqsirləndirilən şəxs tərəfindən yazılmamasına dair göstərilmiş xüsusatı da real hesab edir. Maraqlı bir məqam da ondan ibarətdir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarının Şahid2 və Şahid1 olmasının görünməsinə, Ağakərim Abdinovun müstəntiqə verilmiş ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini bildirməsinə baxmayaraq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərarda Ağakərim Abdinovun digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirməsinə dair izahat verdiyi göstərilmiş, lakin Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı araşdırmanı aparan Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlu göstərilən xüsusata diqqət etmədən, əslində cinayət işinin materiallarından Təqsirləndirilən şəxs saxlanılmasında Ağakərim Abdinovun iştirak etməməsi, onun əməliyyat qrupunda olmamasının görünməsinə baxmayaraq həmin xüsusatı da dəqiqləşdirməyi zəruri hesab etməmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarının Şahid2 və Şahid1 olmuş, həmin əməliyyat tədbirində Ağakərim Abdinov iştirak etməmiş, məhkəmə iclasında təqsirləndirilən şəxs özü və şahidlər də onu saxlayan polis əməkdaşları arasında Ağakərim Abdinovun olmadığını bildirmişlər. Belə olan halda Təqsirləndirilən şəxs daha öncə tanımadığı və adını bilmədiyi (şahid Ağakərim Abdinov da məhkəmə iclasında təsdiq etmişdir ki, Elxanla bir-birilərini tanımamışlar), onun saxlanılmasında və üzərinə keçirilən şəxsin axtarış və baxış keçirilməsinə dair istintaq hərəkətində iştirak etməyən Ağakərim Abdinovun adını 27 fevral 2023-cü il tarixdən çəkməsi və məhz onun tərəfindən fiziki təzyiqlərə məruz qalmasını göstərməsi onun 27 fevral 2023-cü il tarixdə və hazırda keçirilən məhkəmə iclaslarında ifadəsində göstərdiyi xüsusatlarda səmimi olmasına dəlalət edən hallardan biridir. Əgər Təqsirləndirilən şəxs niyyəti Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərarında onun adından yazılmış izahatında göstərdiyi kimi cinayət məsuliyyətindən azad olunmaq idisə və o, bunun üçün məhkəmədə fiziki təzyiqlərə məruz qaldığını göstərmişdirsə, onda Təqsirləndirilən şəxs onu saxlayan və adları ona məlum olan polis əməkdaşlarının adını göstərər, əvvəllər tanımadığı və həmin vaxt başqa şəkildə adını bilməsinin mümkün olmadığı Ağakərim Abdinovun adını çəkməzdi (araşdırma zamanı həqiqətən də Təqsirləndirilən şəxs adını göstərdiyi Ağakərim adlı polis əməkdaşının Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşı olması müəyyən edilmişdir). Məhkəmə, həmçinin, təqsirləndirilən şəxsin məhkəmə iclasında həm polis əməkdaşları tərəfindən saxlanılan zaman, həm də bölmədə polis əməkdaşlarının üzü üstə onu yerə yıxmasını göstərməsi, bölmədə əl barmaqlarına taxta ilə vurulmasını bildirməsi ilə onun Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə daxil olarkən bədənində aşkar edilərək qeydə alınmış xəsarətlərlə uzlaşmasını da (belə ki, polis əməkdaşlarının onu yerə yıxması nəticəsində hər iki dizində yaraların, barmaqlarına taxta ilə vurulması nəticəsində isə sağ əlin orta barmağında şişkinliyin olması mümkün və realdır) onun ifadələrində səmimi olmasının göstəricisi kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin polis bölməsində fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatların real olması qənaətinə gələrkən X2 həm ibtidai istintaq, həm təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı göstərdiyi hallar arasında olan ziddiyyətləri də nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şahidin dindirilməsinə dair 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, X6 həmin gün, saat 17:25-dən 17:35-dək müstəntiqə verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, Təqsirləndirilən şəxs əməkdaşlar tərəfindən 15-ci polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirildiyini, Təqsirləndirilən şəxs bölmədə təzyiq və zor göstərilmədiyini bildirmişdir. Həmin gün, yəni 27 fevral 2023-cü il tarixdə, saat 18:45-dən saat 19:00-dək keçirilən X6 ilə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Ağakərim Abdinov Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə gətirildiyini, lakin özünün Təqsirləndirilən şəxs saxlanılması tədbirində iştirak etmədiyini,. Təqsirləndirilən şəxs bölməyə gətirildiyini və təhqiqatçı tərəfindən üzərinə baxış keçirildiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 mart 2023-cü il tarixli qərarda əks olunmuş X2 izahatından görünür ki, o, izahatında bildirmişdir ki, 25 fevral 2023-cü il tarixdə bölməyə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsində Təqsirləndirilən şəxs saxlamış və digər əməkdaşlarla birlikdə polis bölməsinin inzibati binasına gətirmişdir. Elxanın üzərinə baxış zamanı əynində olan tünd göy rəngli paltonun sağ yan cibindən təmiz çəkisi 1,850 qram narkotik vasitə olan metamfetamin aşkar edərək götürmüşdür. Həmin narkotik vasitə digər vəzifəli şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Həmin müddət ərzində Elxana heç bir fiziki zorakılıq və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı X6 verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi kimi tanıdığını, hazırki iş üzrə dəqiq tarix yadında olmasa da, Təqsirləndirilən şəxs məhz özünün Nərimanov küçəsində saxladığını və polis şöbəsinə təhvil verdiyini, Təqsirləndirilən şəxs saxlayan zaman Elxanın polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini, Elxanı saxlayıb şöbəyə aparan zaman Elxanın öncədən xəsarətlərinin olduğunu, Elxanı vurmadığını və xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişdə iştirak etdiyini, Elxanı onunla bərabər saxlayan polis əməkdaşının Şahid2 olduğunu, ikisinin Elxanı saxlayaraq polis şöbəsinə apardıqlarını, onun saxlanılmasında Lətiflə bərabər özünün də iştirak etdiyini, Elxanla üzləşib-üzləşməməsinin dəqiq yadında olmadığını, lakin müstəntiqin onu Elxanın döyülməsi ilə bağlı dəvət edərək ifadəsini aldığını bildirmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq polis bölməsinə aparıldığını, həmi gün keçirilən əməliyyat tədbirində yalnız ikisinin iştirak etdiklərini bildirmişlər. Bununla yanaşı, iş materiallarında olan 25 fevral 2023-cü il tarixli “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” protokoldan görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Göründüyü kimi, X2 Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsində aparılmasında iştirak etməməsi yalnız təqsirləndirilən şəxsin deyil, eyni zamanda polis əməkdaşları Şahid2 və Şahid1 ifadələri və iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmış, bununla da Ağakərim Abdinovun prokurorluqda və məhkəmə iclasında verdiyi ifadələr təkzib edilmişdir ki, belə olan halda məhkəmə Ağakərim Abdinovun Təqsirləndirilən şəxs saxlanılması zamanı keçirilən əməliyyat tədbirində iştirak etməsinə dair göstərdiyi xüsusatı həqiqəti əks etdirməyən və onun ifadələrində səmimi olmamasına dəlalət edən xüsusat kimi qiymətləndirir. Göstərilən bu hallar, həm istintaqı aparan müstəntiq, həm də Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Əhmədov Mir-Abbas Əhməd oğlu tərəfindən formal sənədlərin tərtib edilməsinə, nə cinayət işi üzrə, nə də təqsirləndirilən şəxsin məruz qaldığı fiziki təsir-təzyiqlə bağlı araşdırmanın aparılmamasına dəlalət edir. Beləliklə, məhkəmə cinayət işinin rədd edilməsinə dair 148-C-23 materialı tədqiq edərək, təqsirləndirlən şəxsin ifadəsindəki xüsusatları araşdıraraq, həm materiala məhkəmə nəzarəti qaydasında baxılan məhkəmə iclasında, həm də hazırki məhkəmə baxışı zamanı müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, məhkəmə nəzarəti qaydasında işə baxan hakim tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə, təqsirləndirilən şəxsin Sabunçu RPİ-nin MSY-nə daxil olarkən onda olan xəsarətlərin qeydə alınmasına, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunduqdan sonra onun müstəntiqə yenidən ifadə verərək polis bölməsində döyüldüyünü göstərməsinə (nəzərə alınsa ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilən zaman onda polis bölməsinə daxil olmadan öncə hər hansı xəsarətlərin olmasına dair sənəd iş materiallarında yoxdur), təqsirləndirilən şəxsin onu döydüyünü iddia etdiyi polis əməkdaşının ziddiyyətli və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsinə baxmayaraq prokurorluq orqanı tərəfindən heç bir əsaslandırma aparılmadan, təqsirləndirilən şəxsin adından formal ərizə yazılıb onun əvəzinə imzalanmaqla materiala əlavə edilərək təqsirləndirilən şəxsin döyülməsi faktı ümumiyyətlə araşdırılmadan həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir ki, bu da istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmamasının və məhkəmənin məlumatına səthi və laqeyd münasibətin göstəricisidir. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasının 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X1rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Avropa Məhkəməsi, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə bir daha təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla açıq şəkildə görünməkdədir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis bölməsində pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Eyni zamanda, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat göstərməmiş, bu barədə hər hansı sənəd də məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Odur ki, məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxsin saxlanılması vaxtı və şəraiti barədə məhkəmənin qiymətləndirməsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış və götürmə həyata keçirildiyi gündən öncəki gün, yəni 24 fevral 2023-cü il tarixdə, axşam saat 8-9 radələrində məhləyə siqaret çəkmək üçün düşdüyünü, Surac adlı tanışının zəng edərək onu 9 mərtəbə adlanan yerə çağırdığını, o, Suracın yanına gedərkən birinci dalanı keçmiş, ikinci dalan girmək istəyən zaman qəfildən iki nəfər polis əməkdaşlarının onun üzərinə hücüm edərək onu yerə yıxaraq qoluna qandal taxdıqlarını, polis əməkdaşlarının onu yerə yıxaraq vurduqlarını bildirmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların yoxlanılması məqsədi ilə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrənin, həmin tarixdə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin və Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının təqdim edilməsi ilə bağlı müvafiq operatorlara qərar göndərilmişdir. "xxxx" MMC tərəfindən 26 iyul 2023-cü il tarixdə təqdim edilmiş anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 25 fevral 2023-cü il tarixdə, gecə saat 00:02-dən 26 fevral 2023-cü il, saat 21:54-dək eyni ünvanda Bakı şəhəri, Zabrat qəsəbəsi ünvanında olmasını, həmin iki gün ərzində ümumiyyətlə başqa əraziyə hərəkət etmədiyini göstərmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 25 fevral 2023-cü il tarixdə, saat 12:41 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi 50 ünvanında olmasını, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən saata yaxın saatda isə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Neftçilər küçəsində olmasını göstərmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları ilə onun 25 fevral 2023-cü il tarixdə, saat 13 radələrində harada olması müəyyən edilməmişdir. "xxxx" MMC tərəfindən 26 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş anten məlumatlarında Təqsirləndirilən şəxs 2 gün müddətində eyni ünvanda göstərməsi, onun həmin gün ərzində başqa ərazidə hərəkətdə olmaması məhkəmədə şübhə doğurduğundan məhkəmə Təqsirləndirilən şəxs həmin tarixdən öncəki günlər ərzində başqa ərazilərdə hərəkətdə olubolmamasının müəyyən edilməsi məqsədi ilə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 20 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək olan müddət üçün anten məlumatlarının məhkəməyə təqdim olunması üçün yenidən qərarla "xxxx" MMC-yə müraciət etmiş və MMC tərəfindən 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş anten məlumatlarla Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixədək Sabunçu rayonu ərazisində müxtəlif ərazilərdə və fərqli anten dairəsində olması, lakin 24 fevral 2023-cü il tarixdən, saat 21:10-dan etibarən Bakı şəhəri, Zabrat qəsəbəsi ünvanında eyni ünvanda hərəkətsiz vəziyyətdə olması (25-26 fevral 2023cü il tarixlərdə olduğu ünvan) müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əslində üzərinə şəxsi axtarış və götürmə keçirilmədən öncəki gün, axşam saat 8-9 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılması, orada saxlanılaraq səhərisi gün üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsinə dair göstərdiyi xüsusatı məhkəmə tərəfindən əldə edilmiş anten məlumatlarla əlaqəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatı real olmasının mümkün olması qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten məlumatlarından onun mobil telefonunun 24 fevral 2023-cü il, saat 21:10 radələrinədək Sabunçu rayonu ərazisində müxtəlif ərazilərdə hərəkətdə olması, 24 fevral 2023-cü il, saat 21:10-dan etibarən isə mobil telefonun hərəkətsiz olaraq eyni ünvanda olması müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X11 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ev ünvanı ilə Sabunçu RPİ-nin 15-ci polis şöbəsinin ünvanı arasında olan məsafənin 400-500 metr olduğunu, bu səbəbdən anten məlumatları göstərən vaxtlarda Elxanın həm evdə, həm də bölmədə olmasının real olduğunu, Elxanın evi ilə şöbə arasında məsafə az olduğundan Elxan evdə də olsa, şöbədə də olsa antenin eyni ünvanı göstərdiyini, Sabunçu RPİnin 15-ci polis şöbəsinin yerləşdiyi ərazidə "xxxx" MMC-nin 3 antenin olduğunu, hər üç anten biri digərindən 400, 500, 600 metr aralı məsafədə olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm polis əməkdaşları tərəfindən saxlanıldığı, həm yaşadığı, həm də Sabunçu RPİ-nin 15-ci şöbəsinin yerləşdiyi ərazidə qısa ara məsafələri ilə 3 anten məlumatlarının olması, 24 fevral 2023-cü il, saat 21:10-dək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun Sabunçu rayonu ərazisində müxtəlif anten dairələrə aid olan ərazilərdə hərəkətdə olması, həmin saatdan sonra isə artıq rəsmiləşdirilmiş sənədlərdə göstərildiyi 25 fevral 2023-cü il, saat 13:00 radələri də daxil olmaqla eyni ünvanda hərəkətsiz qalmasının müəyyən edilməsi Təqsirləndirilən şəxs məhz 24 fevral 2023-cü il tarixdə, axşam radələrində saxlanılaraq polis şöbəsinə aparılmasına dair şübhələrin yaranmasına və həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmasına zəmin yaradır. Bununla yanaşı, şəxsi axtarış və götürmə aparılmasına dair protokolda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni bir gün əvvəl (sənədlərə əsasən şəxsin saxlanılması 25 fevral 2023-cü il kimi qəbul edilsə 24 fevral 2023-cü il tarixdə) Balaxanı qəsəbəsindən əldə etməsi göstərilsə də, məhkəməyə təqdim edilmiş anten məlumatlardan Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə ümumiyyətlə Balaxanı qəsəbəsi ərazisində olmaması müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, saat 13:00-da Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən Zabrat qəsəbəsində saxlanılaraq 15-ci PB-nin inzibati binasına gətirilmiş və həmin gün, saat 15:01-dən 15:06-dək üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, hətta rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il, saat 13:00 radələrində saxlanılmasının doğru məlumat kimi qəbul edildiyi təqdirdə belə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 2 saatdan artıq vaxt keçdikdən sonra həyata keçirilməsi özü-özlüyündə psixotrop maddənin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxsin üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 25 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 05 dəqiqə, yəni saat 15:01-dən 15:06-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün 25 fevral 2023-cü il tarixdə, saat 14:21-də qeydə alınması (sənədlərə əsasən şəxsi axtarış və götürmənin keçirildiyi vaxtdan öncə) və cəmi 04 dəqiqə 23 saniyə ərzində həyata keçirilməsi görünməkdədir. Halbuki, iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli protokolda həmin protokolun saat 14:45-də tərtib edilməsi və bundan sonra Təqsirləndirilən şəxs üzərinə saat 15:01-dən 15:06-dək şəxsi axtarış və götürmənin həyata keçirildiyi göstərilmişdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, 48 saatlıq tutulma müddətinin pozulmasının, həmin müddət ərzində narkotik vasitənin şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 25 fevral 2023-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində saxlanılması barədə həmin gün saat 14:45-də tərtib olunmuş protokolla o və müdafiəçisi Müdafiəçi elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, Müdafiəçi həmin protokolda imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin 16 dəqiqə dəqiqə sonra şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçi imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 25 fevral 2023-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2023-cü il tarixə, 6/1148 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində psixotrop maddənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 aprel 2023-cü il tarixli, 1830 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CMnin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Bununla yanaşı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın sözügedən rəyindən görünür ki, həmin rəy komissiyanın sədri E.K.Abuşov və Komissiyanın üzvü S.Q.İsayev tərəfindən imzalanmamışdır ki, belə olan həmin rəyə sübut kimi istinad olunması özüözlüyündə qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 04 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,850 qram psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,800 qram metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 04 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar