Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-651/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Fərahim Balaş oğlu Dadiyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X7, X1, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X6 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X9 verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,695 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 13 mart 2022-ci il tarixdə, saat 13 radələrində Sabunçu RPl-nin 14-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən 187 saylı orta məktəbin yaxınlığında özünü şübhəli apardığına görə saxlanılaraq 14-cü PB-nə gətirilmiş, bölmədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaret sellofanının içərisindən yeddi ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,119 qram, 0,135 qram, 0,085 qram, 0,100 qram, 0,073 qram, 0,108 qram, 0,075 qram olmaqla ümumi təmiz çəkisi 0,695 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da X10 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X6 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat verərək yeddi ədəd bükümdə narkotik vasitə heroin alaraq cibinə qoymuşdur. 13 mart 2022-ci il tarixdə saat 13 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yerləşən 187 saylı orta məktəbin qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ondan üzərində şəxsiyyət vəsiqəsinin olub-olmadığını və orada hansı məqsədlə dayandığını soruşmuşlar. Onun üzərində narkotik vasitə olduğundan polis əməkdaşlarından yayınmağa çalışaraq onlardan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları ondan şübhələnərək onu 14-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmişdir. Polis Bölməsinə gəldikdən sonra narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli olduğu ona bildirilməklə şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan, hüquq və vəzifələri izah və təmin edildikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək şəxsi axtarışın tərcüməçinin iştirakı ilə videoçəkilişlə, həmçinin vəkilin iştirakı olmadan keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. O, etirazının olmadığını bildirdikdən sonra şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Nokia 6700” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən siqaret sellofanın içərisində olan yeddi ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Polis əməkdaşı aşkar olunmuş maddələrin nə olduğunu, haradan və hansı qiymətə əldə etdiyini soruşduqda, o, aşkar edilmiş maddələrin narkotik vasitə heroin olduğunu və xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Nərimanov prospektində üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Törətdiyi əməldən səmimi peşmandır.Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 13 mart 2022-ci il tarixində, saat 13:00 radələrində bölmənin sahə inspektoru, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində xidmət apardığı zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışdır. Özlərini təqdim edərək Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları olduğunu bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişdir. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs kim olduğunu, nə işlə məşğul olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs onların sualına cavab olaraq heç bir yerdə işləmədiyini, tanışlarını görmək üçün gəldiyini bildirmişdir. Onlar bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs isə üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək onlardan yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs özünü həyəcanlı aparmasından şübhələnmişlər və ona şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bölməyə getməyi təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs həyəcanlı şəkildə təkrarən tələsdiyini deyərək oradan getmək istəmişdir. Ancaq onlar Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnmişlər və üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getməyi tələb etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və Sabunçu RPİ-nin 14-cü PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini dəqiqləşdirmişlər və onun gətirilməsi ilə bağlı raport yazaraq növbətçi hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərova həvalə edilmişdir. Firon İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaret sellofanının içərisindən yeddi ədəd şəffaf sellofan bükülünü və “Nokia” markalı mobil telefon aparatını təqdim etmişdir. Yeddi ədəd şəffaf sellofan bükümlərin içərisinə baxış keçirildiyi zaman qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdə olan maddələrin nə olduğu soruşulan zaman o, bükümdə olan maddələrin heroin olduğunu, onu 12 mart 2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşadığını bilmədiyi şəxsdən 20 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin sahə inspektoru, polis kapitanı Camalov X5 Azər Nazim oğlunun göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pl-nin 14-ci PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis baş leytenantı Firon İsgəndərov tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaret sellofanının içərisindən yeddi ədəd şəffaf sellofan bükülünü və “Nokia” markalı mobil telefon aparatını təqdim edir. Yeddi ədəd şəffaf sellofan bükümlərin içərisinə baxış keçirildiyi zaman qəhvəyi rəngli maddə maddə aşkar edilmişdir (i.v. 32-33). 13 mart 2022-ci il tarixli, 1/489 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidiyində MOP (heroin) aşkar edilmişdir (i.v.40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 13 mart 2022-ci il tarixli, 6/1460 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №100” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs Oktay oğlunun üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,119 qram; 0,135 qram; 0,085 qram; 0,100 qram; 0,073 qram; 0,108 qram; 0,075 qram ümumi təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.41-44). “Maddi sübut kimi tanıma haqqında” 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş yeddi ədəd bükümdə, təmiz çəkisi 0,695 qraqm olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,21 qram sərf edildikdən sonra qalıq çəkisi 0,485 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən görüntülərin qeydə alındığı bir ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.87). “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş “Nokia 6700” markalı telefona baxış keçirilmiş və baxış zamanı cinayət işi üzrə sübuti əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir (i.v.126). Məhkəmə-narkoloji ekspertizasının 21 iyun 2022-ci il tarixli, 3393 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.143-144). “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, X9 AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi, X2 götürülmüş 0,695 qram çəkidə narkotik vasitə heroinin və 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut kimi tanınması, həmin heroinin tədqiqatdan sonra 0,485 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilməsi və 01 ədəd DVD diskin isə cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Nokia 6700” markalı mobil telefon aparatının cinayət işi üzrə sübuti əhəmiyyət kəsbn etmədiyindən yekun məhkəmə qərarı qəbul edilənədək Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.146-151). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X6 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, X10 13 mart 2022-ci il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir (i.v.21). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, X10 dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.74-76). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 mart 2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.78-79). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 may 2022-ci il tarixli tələbnamədən görünür ki, X10 24 avqust 2021-ci il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 28 oktyabr 2021-ci il tarixdə iş məhkəməyə göndərilmişdir (i.v.108-110). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(009)-29/2022 saylı hökmündən görünür ki, X10 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 23 avqust 2021-ci il tarixdən 24 avqust 2021-ci il tarixədək tutulduğu 01 gün müddət, 06 yanvar 2022-ci il tarixdən 04 mart 2022-ci il tarixədək həbsdə olduğu 01 ay 26 gün müddət, cəmi 01 ay 27 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq, 03 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v.111-118). Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli, 21-1/3- 72941-22 saylı məktubdan görünür ki, X10 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(009)-29/2022 saylı hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, probasiya idarəsində qeydiyyatdan keçməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. “Barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsin tutulması haqqında” 19 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X10 19 iyun 2022-ci il tarixdə, saat 17:15-də tutulmuşdur (i.v.125). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində həbs qətimkan tədbirinin seçilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, X10 dərhal saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (i.v.133-135). “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, X10 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.137-138). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarından görünür ki, X10 barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır (i.v.203-205). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Şəhəri Sabunmu Rayon Məhkəməsinə daxil olmuş 19 sentyabr 2022-ci il tarixli, xx/xx-6562 saylı məktubdan görünür ki, X10 15 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq 16 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir (i.v. 208). Məhkəmə təqsirləndirilən şəxs X6 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X6 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə X6 əvvəl də AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökmün çıxarılmasından 09 gün sonra yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, X9 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (əvvəllər də AR CM-nin eyni maddəsi ilə məhkum olunması, ona məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq yenidən AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi), cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə X6 əvvəllər də AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, ona məhkəmə tərəfindən azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkün olması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq hökmün çıxarılmasından qısa müddət sonra yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, X10 tərəfindən törədilmiş cinayət 13 mart 2022-ci il tarixdə, yəni Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(009)- 29/2022 saylı hökmündən sonra, lakin həmin hökm qanuni qüvvəyə minmədiyi dövrdə törədildiyindən hazırki hökmlə təyin edilmiş cəza Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(009)-29/2022 saylı hökmü ilə X9 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası (02 il) ilə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-01 il müddət azadlıqdan məhrum etmə cəzası) qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza AR CMnin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(009)-29/2022 saylı hökmü ilə X9 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və istintaq zamanı tutularaq 19 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə məhkəmənin qərarı əsasında həbs edildiyi 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X9 Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(009)-29/2022 saylı hökmü ilə qəti olaraq təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla- 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla X9 qəti olaraq 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 istintaq müddəti zamanı 13 mart 2022-ci il tarixdən 15 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət və istintaq zamanı tutularaq 19 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək saxlandığı 02 gün müddət, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla X9 qəti olaraq 01 il 01 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. X10 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 0,485 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat X4 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-651/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-651/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver