Məhkəmə qərarları › İş №1(008)-652/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-652/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-652/2023 26.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Qax rayonu, Zəmə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qax rayonu, Ləkit ərazi dairəsi, Zəmə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib guya sonuncunun qohumu Şahid1 "xxxx" ASC-yə işə düzəldəcəyi adı ilə aldadaraq, 2022-ci ilin fevral ayında cinayətdən xəbərsiz olan qohumu Şahid2 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə və Xiyabani küçələrinin kəsişməsində 2500 manat, 2022-ci ilin iyun ayında isə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində şəxsən özü 1000 manat nağd pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə edən qəsdlə ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid2 onun əmisi nəvəsidir, Şahid2 2019- 2022-ci illərdə "xxxx" MMC-nin Sabunçu rayonu ərazisində nəzarətçi vəzifəsində işləmişdir, dolana bilmədiyindən işdən çıxaraq alverlə məşğul olması üçün Rusiya Federasiyasına getmişdir. Şahid2 2019-cu ildə "xxxx" MMC-yə o, işə düzəltmiş, Zərərçəkmiş şəxs əmisinin oğlu Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid2 xidməti ərazisi olan Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində işıq pulunun ödənişinə nəzarət edərkən həmin şəhərcikdə yaşayan Zərərçəkmiş şəxsla tanış olmuş, tanışlıqları dostluğa çevrilmişdir. 2022ci ilin əvvəllərində heç bir yerdə işləmədiyindən çörək pulu belə tapa bilmədiyindən həmin ərəfədə, yəni 2022-ci ilin fevral ayında Şahid2 ona bildirmişdir ki, yaxın dostu olan Zərərçəkmiş şəxs dayısı oğlu Şahid1 "xxxx" MMC-yə işə düzəltmək istəyir, o da bildirmişdir ki, maraqlanıb nəticəsin deyər. Belə ki, 2019-cu ildə əmisi oğlu Şahid2 "xxxx" MMC-yə işə düzəldərkən həmin MMC-də işləyən adını xatırlamadığı tanışı ondan pul almadan "xxxx" MMC-yə işə düzəlmənin istiqamətini izah etmiş, Şahid2 sənədlərini toplayaraq müsabiqədən keçib işə qəbul edilmişdir. Odur ki, Şahid2 bilmişdir ki, o, işə düzəlmənin qaydasını bilir. O, düşünmüşdür ki, Zərərçəkmiş şəxs pulunu alıb vəziyyətdən çıxması üçün şəxsi işlərinə xərcləyər. Odur ki, Şahid2 demişdir ki, 3500 manata "xxxx"da nəzarətçi düzəldə bilər, inandırıcı olsun həmçinin Şahid1 yaşayış yerindən arayış və diplomunun surəti lazım olacağını bildirmişdir. 2022-ci ilin fevral ayında Yasamal rayonu, Şərifzadə küçəsində Nicat ona Yasinin qohumu Şahid1 yaşayış yerindən arayışı, diplomunun surətini və 2500 manat pul vermiş, bildirmişdir ki, qalan 1000 manatı iş düzəldikdən sonra verəcək. O, Nicata bir daha söz vermişdir ki, Yasinin qohumunu işə qəbul etdirəcək, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin aprel ayından başlayaraq Yasin onu tələsdirməyə başlamış, o, hər dəfə bildirmişdir ki, narahat olmasın, yaxın günlərdə Mehdimanı çağıracaqlar, qalan 1000 manatı Yasindən alıb versin. Nicat ona demişdir ki, Yasin qalan 1000 manatı iş düzəldikdən sonra verəcək. Lakin Nicat onu darıxdırdığından 2022-ci ilin iyun ayında Nicata demişdir ki, Yasin darıxdırırsa Yasinin 2500 manatını qaytarsın, özü Nicata 2500 manat verər. Nicat ona demişdir ki, Yasin 2500 manatı istəmir, deyir ki, bir müddətdə gözləyər, təki iş düzəlsin. Odur ki, Nicat onun nömrəsini Yasinə vermişdir ki, Yasin özü onunla danışsın. Həmin ərəfədə Zərərçəkmiş şəxs zəng vuraraq onunla görüşmüş, Yasin bildirmişdir ki, dayısı oğlu Şahid1 çox kasıb olduğundan özü Mehdimanı işə düzəldir. O, Yasinə bildirmişdir ki, Şahid2 "xxxx" MMC-yə özü işə düzəltmiş, dayısı oğlu Mehdimanıda guya rahatlıqla "xxxx" MMC-nin Yasamal rayonu ərazisinə işə düzəldəcək. Zərərçəkmiş şəxs bildirmişdir ki, Mehdimanın işə qəbulu hazırdır, qalan 1000 manatı verən günün səhəri Şahid1 əmri veriləcək. 2022-ci ilin iyun ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Zərərçəkmiş şəxsla görüşmüş, Yasin ona 1000 manat pul vermiş, o, bildirmişdir ki, guya Şahid1 3 gün ərzində nəzarətçi kimi Yasamal rayonu ərazisinə işə çıxacaq. Həmin gündən sonra nömrəsini dəyişmiş, Zərərçəkmiş şəxs və Şahid2 onu tapa bilmədiklərinə görə 2022-ci ilin noyabr ayında Yasin 12-ci PŞ-yə ondan şikayət etmiş, o, Zərərçəkmiş şəxs aldığı 3500 manatdan 1750 manatını geri qaytarmışdır. Qalan pulu qaytaracağına söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 2019-cu ildən "xxxx" MMC-nin əməkdaşı kimi həyətinə gələrək işıq pulu yığdığına görə tanımış, tanışlıqları dostluq münasibətinə çevrilmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 vasitəsi ilə sonuncunun qohumu kimi tanımış, Nicat və ya Namiqlə ədavəti və ya düşmənçiliyi yoxdur. Dayısının oğlu Şahid1 2022-ci ilin yanvar ayında ona bildirmişdir ki, "xxxx" MMC-yə işə düzəlmək istəyir. Şahid1 çox kasıb olduğundan düşünmüşdür ki, özü Mehdimanı işə düzəltsin. Düşünmüşdür ki, Şahid2 "xxxx" MMC-də işləyir, dayısı oğlu Şahid1 "xxxx" MMCyə işə düzəlməsini Nicatdan xahiş edər. 2022-ci ilin fevral ayının əvvəllərində Şahid2 növbəti dəfə yaşadığı ünvana işıq pulu yığması üçün gələrkən Şahid2 bildirmişdir ki, qohumunu "xxxx" MMC-yə işə düzəltmək istəyir, bacararsa ona köməklik etsin. Nicat ona demişdir ki, Nicatı həmin vəzifəyə qohumu Təqsirləndirilən şəxs düzəldib, Namiqlə maraqlanıb nəticəsini ona deyər. Həmin ərəfədə Nicat ona demişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs bu barədə maraqlanmış, əmisi oğlu Namiq söz vermişdir ki, Mehdimanıda rahatlıqla "xxxx" MMC-nin Yasamal rayonu ərazisinə işə düzəldəcək, bunun üçün Təqsirləndirilən şəxs 3.500 manat pul, yaşayış yerindən arayış və diplomunun surətini istəyib. O, bu barədə qohumlarına demiş və bildirmişdir ki, özü şəxsi vəsaiti hesabına Şahid1 işə düzəltdirəcək. 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə və M.Xiyabani küçələrinin kəsişməsində, 2 saylı Tibb Kollecinin qarşısında Şahid2la görüşərkən Nicata 2.500 manat pul, Şahid1 yaşayış yerindən arayış və diplomunun surətini vermiş, bildirmişdir ki, iş tam həll olunduqdan sonra qalan 1000 manatı da verəcək. Həmin vaxtdan sonra tez-tez Nicatla əlaqə saxlayıb iş barəsində soruşmuş, Nicat bildirmişdir ki, Namiq işlə məşğuldur, söz verib ki, qısa vaxtda həll edəcək. 2022-ci ilin iyun ayında Nicat ona bildirmişdir ki, əmisi oğlu Namiqdə iş ləngiyir, odur ki, onun 2500 manat pulunu qaytarmaq istəyir. O, bildirmişdir ki, qohumların arasında biyabır olacaq, Mehdimanı işə düzəldəcəyi ilə bağlı hamıya söz vermiş, pulu istəmir, başqa bir adam tapsın. Nicat ona Namiqin nömrəsini verərək Namiqlə görüşüb özlərinin bu barədə Namiqlə danışmalarını bildirmişdir. 2022-ci ilin iyun ayında Təqsirləndirilən şəxsla görüşərkən ona bildirmişdir ki, işə qəbul hazırdır, qalan 1000 manatı verən günün səhəri Şahid1 əmri veriləcək. O, 2022-ci ilin iyun ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Namiqlə görüşərək qalan 1000 manat puluda vermiş, Namiq bildirmişdir ki, Şahid1 3 gün ərzində nəzarətçi kimi Yasamal rayonu ərazisinə işə çıxacaq. Həmin vaxtdan sonra o, Namik Orucovu tapa bilməmiş, başa düşmüşdür ki, Namiq onu aldatmışdır. Daha sonra bildirmişdir ki, 2022-ci ilin noyabr ayında 12-ci PŞ-nə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs 3500 manatdan 1750 manatını qaytarmış, lakin bu günədək qalan məbləği ödəmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ya Şahid2 tanımır, Zərərçəkmiş şəxs isə bibisinin oğludur, həmin şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur. 2022-ci ilin əvvəllərində işləmədiyindən özünün və ailəsinin dolanışacağı çətin olmuş, düşünmüşdür ki, dövlət işinə düzəlsin ki, stabil əmək haqqı alsın, dövlət işi kimi "xxxx" MMC-ni seçmişdir. 2022-ci ilin yanvar ayında bibisinin oğlu Zərərçəkmiş şəxs "xxxx" MMC-yə işə düzəlmək istədiyini demişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs ona bildirmişdir ki, narahat olmasın, özü onu işə düzəldəcək, bütün xərcini özü çəkəcək. Sonrakı günlərdə Zərərçəkmiş şəxs ondan yaşayış yerindən arayış və diplomunun surətini istəmiş, bildirmişdir ki, onu "xxxx" MMC-yə işə düzəldəcək. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs yaşayış yerindən arayış və diplomunun surətini vermiş, Yasin demişdir ki, işini danışıb, "xxxx" MMC-yə nəzarətçi kimi işə qəbul ediləcək, Yasamal rayonu ərazisinə işə çıxacaq. O, inanaraq gözləmiş, hətta 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ona demişdir ki, 1 həftəyə işə çıxacaq, lakin işə qəbul olunmağı alınmamışdır. Sonradan Zərərçəkmiş şəxs ona danışmışdır ki, işə Təqsirləndirilən şəxs düzəldirmiş, Təqsirləndirilən şəxs bu barədə Zərərçəkmiş şəxs söz verərək Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayında 2500 manat pul, yaşayış yerindən arayış və diplomunun surətini alaraq vaxtı uzatmış, 2022-ci ilin iyun ayında isə daha 1000 manat alaraq ələ keçirmişdir. Zərərçəkmiş şəxs şikayət etdikdən sonra Təqsirləndirilən şəxs 3500 manat puldan 1000 manatını Yasinə geri qaytarmışdır(i.v.37-39); Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 2019-cu ildən əmisi oğlu Təqsirləndirilən şəxs köməkliyi ilə "xxxx" MMC-yə işə düzəlmiş, əmək haqqı az olduğuna görə 2022-ci ilin yayından işdən çıxmış, hazırda taksi fəaliyyəti ilə məşğul olur. Namiqlə qohum kimi mehriban münasibətləri var, ədavətləri və ya düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs ilə 2019-cu ildə "xxxx" MMC-də işləyərkən tanış olmuş, belə ki, Yasin onun xidmət apardığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayır, tanışlıqları dostluğa çevrilmişdir. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs o, tanış etmişdir. 2022-ci ilin fevral ayında növbəti dəfə işıq sayğacına nəzarət etməsi üçün Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gedərkən orada Yasinlə rastlaşmış, Yasin ona bildirmişdir ki, dayısı oğlu Şahid1 çox kasıb yaşadığından istəyir ki, Mehdimanı "xxxx" MMC-yə işə düzəltsin. Yasin ondan xahiş etmişdir ki, Mehdimanın işə düzəlməsinə köməklik göstərsin. O, Yasinə demişdir ki, onu "xxxx" MMC-yə işə düzəldən qohumu Təqsirləndirilən şəxsla məsləhətləşib deyər. O, bu barədə əmisi oğlu Təqsirləndirilən şəxs deyərkən Namiq bildirmişdir ki, Mehdimanı "xxxx"da nəzarətçi düzəldə bilər, bunun üçün 3500 manat pul, yaşayış yerindən arayış və diplomunun surəti lazım olacaq. O, Yasinə demişdir ki, Təqsirləndirilən şəxs bu barədə maraqlanmış, Namiq söz vermişdir ki, dayısı oğlu Mehdimanı rahatlıqla "xxxx" MMC-nin Yasamal rayonu ərazisinə işə düzəldəcək, bunun üçün Təqsirləndirilən şəxs 3.500 manat pul, yaşayış yerindən arayış və diplomunun surətini istəmişdir. 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə və M.Xiyabani küçələrinin kəsişməsində, 2 saylı Tibb Kollecinin qarşısında Zərərçəkmiş şəxsla görüşmüş, orada Yasin ona 2.500 manat pul, Şahid1 yaşayış yerindən arayış və diplomunun surətini vermiş, bildirmişdir ki, iş tam həll olunduqdan sonra qalan 1000 manatıda verəcək. Həmin gün, yəni 2022-ci ilin fevral ayında Yasamal rayonu, Şərifzadə küçəsində o, Namiqlə görüşərək Yasinin qohumu Şahid1 yaşayış yerindən arayışını, diplomunun surətini və 2500 manat pulu Namiqə vermiş, bildirmişdir ki, qalan 1000 manatı Yasin iş düzəldikdən sonra verəcək. Namiq ona bir daha söz vermişdir ki, Yasinin qohumunu işə qəbul etdirəcək. Həmin vaxtdan sonra Yasin tez-tez ona zəng vuraraq iş barəsində soruşmuş, o, bu barədə Namiqdən soruşarkən Namiq bildirmişdir ki, işlə məşğuldur, qısa vaxtda həll edəcək. O, da bu barədə Yasinə məlumat vermişdir. 2022-ci ilin iyun ayında Yasin ardıcıl olaraq onu yığarkən, o, Namiqi tələsdirmiş, Namiq demişdir ki, iş düzəlir, Yasindən qalan 1000 manatı alıb versin. Yasin isə demişdir ki, qalan 1000 manatı iş düzəldikdən sonra verəcək. 2022-ci ilin iyun ayında Namiq ona demişdir ki, Yasin onu darıxdırırsa Yasinin 2500 manatını qaytarsın, özü ona 2500 manat verər. O, Yasinə bu barədə dedikdə, Yasin bildirmişdir ki, 2500 manatı istəmir, bir müddətdə gözləyər, təki iş düzəlsin. Odur ki, Yasinə Namiqin nömrəsini vermişdir ki, özləri əlaqə saxlayıb məsələlərini həll etsinlər. X1 arasında nə baş verməsi ilə maraqlanmamış, lakin Yasinin və Namiqin ona demələrinə görə 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşmüş, Namiq Yasinə bildirmişdir ki, Mehdimanın işə qəbulu hazırdır, qalan 1000 manatı verən günün səhəri Şahid1 əmri veriləcək. 2022-ci ilin iyun ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Yasin Namiqə qalan 1000 manat pulu vermiş, Namiq bildirmişdir ki, Şahid1 3 gün ərzində nəzarətçi kimi Yasamal rayonu ərazisinə işə çıxacaq. Həmin vaxtdan sonra Yasin Namiqi tapa bilməmiş, bu barədə Yasin ona dedikdə o, Namiqə zəng vuraraq hadisə ilə bağlı Namiqdən maraqlanmış, Namiq demişdir ki, narahat olmasınlar iş düzələcək. Lakin sonradan başa düşmüşdür ki, Namiq onu və Yasini aldadaraq 3500 manatı şəxsi işlərinə xərcləmişdir. 2022-ci ilin noyabr ayında Yasin 12-ci PŞ-yə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs 3.500 manatdan 1000 manatını Yasinə ödəmiş, lakin 2.500 manatı ödəməmişdir(i.v.31- 34); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanına baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 3-5); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 23 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 22-23); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 40-41); təqsirləndirilən şəxsin axtarışın elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 23 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(i.v.42); Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin 15 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq İstintaq şöbəsinə təhvil verilmişdir. (i.v.44); ittiham elan edilməsi üçün şəxsin tutulması haqqında 15 may 2023-cü il protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 radələrində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.61); təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPY-dən azad edilməsi qərara alınmışdır. qətimkan tədbirinin seçilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.67-68); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə CMnin 227-ci maddəsinin İ hissəsi və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə cəzası 07 ilə endirilmiş, xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Qax Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 20% tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir(i.v.74-75); Amnistiya aktının tətbiq edilməsi barədə 05 iyul 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “28 May-Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarın 1.5-ci bəndi tətbiq edilməklə Qax Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il müddətinə islah işləri cəzasından azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini(CM-59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs Qax Rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 15 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 16 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar