Məhkəmə qərarları › İş №1(008)-655/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-655/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-655/2024 06.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1965-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirmə, yəni təkrar dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü daşınmaz əmlak məsələləri üzrə mütəxəssis və bu sahədə geniş əlaqələrə malik bir şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə ona Mənzil X7 (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə 5000 manat ilkin ödənişlə mənzil almaqda köməklik edəcəyini yalan vəd verib aldatmaqla etibarından suiistifadə edərək 2022-ci ilin iyun ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən 67 saylı orta məktəbin yaxınlığında makler kimi fəaliyyət göstərdiyi daşınmaz əmlakın alqı-satqısı məntəqəsində Zərərçəkmiş şəxs2 adını guya mənzil növbəsinin ilk sıralarında qeydiyyata saldırmaq adı ilə 300 manat məbləğində pulunu almaqla, guya Zərərçəkmiş şəxs2 alacağı mənzilin sənədşədirmə prosesinə başlanması adı ilə 2022-ci ilin iyun ayının ortalarında ünvan 2 ünvanında yerləşən 67 saylı orta məktəbin yaxınlığında makler kimi fəaliyyət göstərdiyi daşınmaz əmlakın alqı-satqısı məntəqəsində 1000 manat məbləğində pulunu almaqla, guya Zərərçəkmiş şəxs2 alacağı mənzilin binasını və mərtəbəsini təsdiqlətmək adı ilə 2022-ci ilin iyun ayının sonlarında ünvan 3 ünvanında yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasının qarşısında 500 manat məbləğində pulunu almaqla ümumilikdə Zərərçəkmiş şəxs2 1800 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ələ keçirib sonradan verdiyi vədini yerinə yetirməyərək aldatmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü daşınmaz əmlak məsələləri üzrə mütəxəssis və bu sahədə geniş əlaqələrə malik bir şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə ona Mənzil X7 (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə 5000 manat ilkin ödənişlə mənzil almaqda köməklik edəcəyini yalan vəd verib aldatmaqla etibarından suiistifadə edərək 2022-ci ilin iyun ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən 67 saylı orta məktəbin yaxınlığında makler kimi fəaliyyət göstərdiyi daşınmaz əmlakın alqı-satqısı məntəqəsində Zərərçəkmiş şəxs1 adını guya mənzil növbəsinin ilk sıralarında qeydiyyata saldırmaq adı ilə 300 manat məbləğində pulunu almaqla, guya Zərərçəkmiş şəxs1 alacağı mənzilin sənədşədirmə prosesinə başlanması adı ilə 2022-ci ilin iyun ayının ortalarında ünvan 2 ünvanında yerləşən 67 saylı orta məktəbin yaxınlığında makler kimi fəaliyyət göstərdiyi daşınmaz əmlakın alqı-satqısı məntəqəsində 1000 manat məbləğində pulunu almaqla, guya Zərərçəkmiş şəxs1 təqdim etdiyi ilkin sənədlərdə maaşını stabil aylıq məvacib kimi qeyd etdirmək adı ilə 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yerləşən Sabunçu Vağzalının qarşısında 800 manat məbləğində pulunu almaqla, guya Zərərçəkmiş şəxs1 alacağı mənzilin binasını və mərtəbəsini təsdiqlətmək adı ilə 2022-ci ilin iyun ayının sonlarında ünvan 3 ünvanında yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasının qarşısında ümumi ortaq tanışları Zərərçəkmiş şəxs2 vasitəsi ilə 500 manat məbləğində pulunu almaqla ümumilikdə Zərərçəkmiş şəxs1 2600 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ələ keçirib sonradan verdiyi vədini yerinə yetirməyərək aldatmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə qohumu Zərərçəkmiş şəxs5 özünü daşınmaz əmlak məsələləri üzrə mütəxəssis və bu sahədə geniş əlaqələrə malik bir şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə onun yaşadığı və qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakına dair Dövlət Reyestr Xidmətindən çıxarış sənədi alacağını yalan vəd verib aldatmaqla etibarından sui- istifadə edərək 26 iyun 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Mərkəzi Univermaqda 2000 manat məbləğində, 26 iyul 2022-ci il tarixdə isə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Seyid Hüseyn küçəsində yerləşən daşınmaz əmlakın alqı-satqısı məntəqəsində 550 manat məbləğində pulunu almaqla ümumilikdə Zərərçəkmiş şəxs5 2550 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə ələ keçirib sonradan verdiyi vədini yerinə yetirməyərək aldatmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünü daşınmaz əmlak məsələləri üzrə mütəxəssis və bu sahədə geniş əlaqələrə malik bir şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə onu və ailə üzvlərini Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Rəsulzadə küçəsi ev 3 mənzil 45 ünvanında yeni aldıqları mənzilə rəsmi qeydiyyata saldıracağını yalan vəd verib aldatmaqla etibarından sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə həmin ünvanın giriş blokunda qarşısında Zərərçəkmiş şəxs4 3500 manat məbləğində pulunu alıb sonradan verdiyi vədini yerinə yetirməyərək aldatmaqla ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq təkrar ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünü daşınmaz əmlak məsələləri üzrə mütəxəssis və bu sahədə geniş əlaqələrə malik bir şəxs kimi təqdim edərək həmin əlaqələri vasitəsi ilə onu və ailə üzvlərini ünvan 6 ünvanında yeni aldıqları mənzilə rəsmi qeydiyyata saldıracağını yalan vəd verib aldatmaqla etibarından sui- istifadə edərək 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində makler kimi fəaliyyət göstərdiyi daşınmaz əmlakın alqı-satqısı məntəqəsində Zərərçəkmiş şəxs3 1500 manat məbləğində pulunu alıb sonradan verdiyi vədini yerinə yetirməyərək aldatmaqla ələ keçirib təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də ittihamda göstərilən zərərçəkmiş şəxslərdən daşınmaz əmlakları ilə bağlı ayrı-ayrı sənədləşdirmə işləri ilə bağlı müxtəlif məbləğlərdə pullar almışdır, lakin onlara vəd verdiyi sənədləşdirmə işlərini alındıra bilmədiyindən və aldığı pulları öz maddi ehtiyaclarına xərclədiyindən həmin şəxslərin qarşısında yalançı çıxmışdır. Belə ki, sonuncu dəfə həbs olunmamışdan əvvəl artıq xeyli müddət imiş ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində fərdi qaydada daşınmaz əmlakın alqı-satqısı üzrə makler kimi fəaliyyət göstərirmiş, zərərçəkmiş şəxslər də onu yaşadıqları ərazidən işgüzar və bacarıqlı makler kimi tanıdıqlarından daşınmaz əmlakları ilə bağlı olan sənədləşdirmə işləri ilə əlaqədar məhz ona müraciət etmişdirlər. İttihamda zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 da tanıyır, sonuncu üçün bir dəfə ev satışında vasitəçilik etmişdir, aralarında münasibət yaranmışdır. Həqiqətən də Səfail və dostu Coşquna MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyndən) güzəştli şərtlərlə sosial mənzillərin alınmasında köməklik edəcəyini vəd verib 2022-ci ilin iyun ayı ərzində hissə-hissə ümumilikdə 4400 manat məbləğində pullarını alıb öz ehtiyaclarına xərcləmişdir, düşünürmüş ki, onların işini nə vaxtsa elektron hərracdan yaxşı anlayışı olan bir mütəxəssis taparaq həll edər, ya da ki, pulu olanda hissə-hissə qaytarar, lakin sonradan həbs olunduğundan onlar üçün heç bir iş görə bilməmişdir, amma həbsdən buraxıldıqdan sonra onlara 900 manat məbləğində pul ödəmişdir. İttihamda zərərçəkmiş şəxs qismində göstərilən Zərərçəkmiş şəxs5 həqiqətən də qohumudur, o, həqiqətən də ona müraciət edərək özünə məxsus ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakına dair çıxarış sənədinin alınmasında köməklik göstərməyini xahiş etmişdir, o da Məhbubənin xahişini nəzərə alaraq müəyyən lazımi sənədlər toplamaqla, sorğular verməklə, ərizələr yazmaqla Məhbubənin bu işi ilə məşğul olmağa başlamışdır və bunun müqabilində Məhbubədən 2022-ci ilin iyun-iyul ayları ərzində hissəhissə ümumilikdə 2550 manat məbləğində pul almışdır, lakin sonradan iş uzandığından, özü isə müalicəsi ilə əlaqədar Türkiyyəyə getməli olduğundan Məhbubə işin nəticəsini gözləmək istəməmiş, müalicəsi ilə bağlı pula ehtiyacı olduğunu bildirərək verdiyi pulları ondan geri tələb etməyə başlamışdır, o isə artıq Məhbubədən aldığı pulları öz ehtiyaclarına xərclədiyindən qaytara bilməmişdir, Məhbubə də ondan şikayət etməyə başlamışdır. Lakin aldığı pulun 1900 manat məbləğində hissəsini o, ilkin istintaq dövründə hissə- hissə Məhbubəyə qaytarmışdır, hazırda Məhbubəyə cəmi 650 manat məbləğində pul verəcəyi qalıb, həmin pulu da qaytarmaq üçün düzəltmişdir, lakin Məhbubə özü Türkiyyədə olduğundan onunla görüşüb pulunu qaytara bilməmişdir, telefon danışığı zamanı da ona tapşırmışdır ki, pulunu heç kimə verməsin, yalnız özü qayıtdıqdan sonra özünə versin, o da Məhbubənin qayıtmasını gözləmişdir. O ki, qaldı ittihamda göstərilən Zərərçəkmiş şəxs4, onu da tanıyır, Tofiq üçün ev alqı-satqısında makler kimi vasitəçilik etmişdir, həqiqətən də Tofiqi və ailə üzvlərini yeni aldıqları mənzilə qeydiyyata düşmələrində vasitəçilik edəcəyinə vəd verərək pul alıb, amma Tofiqin dediyi kimi 3500 manat məbləğində deyil, cəmi 1000 manat məbləğində pul alıb, Tofiqin işi ilə həqiqətən də məşğul olmağa çalışmışdır, lakin həmin ərəfədə məlum olduğu kimi, çıxarışı olmayan ev və mənzillərə qeydiyyata alınma məsələlərinə qadağa qoyulduğu üçün Tofiqə vəd verdiyi işi alındıra bilməmişdir, aldığı 1000 manat məbləğində pulunu isə öz ehtiyaclarına xərcləmişdir, sonradan isə pulunu düzəldib qaytarmaq istədikdə Tofiq pulu götürməkdən imtina edərək qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyini tələb etməyə başlamışdır, ittihamda zərərçəkmiş şəxs qismində göstərilən digər şəxs Zərərçəkmiş şəxs3 da tanıyır, sonuncu ilə 2023-cü ilin fevral ayının ortalarında Balaxanı qəsəbəsi ərazisində təsadüfən rastlaşıb söhbət edərkən Firəngiz bildirmişdir ki, Balaxanı qəsəbəsi ərazisindən özlərinə yeni ev alıblar, lakin evin çıxarış sənədi olmadığı üçün həmin evə qeydiyyata düşə bilmirlər, ondan xahiş etmişdir ki, özünün və ailə üzvlərinin yeni evə qeydiyyata salınmaları işində onlara köməklik göstərsin, o, köməklik edəcəyinə vəd verərək həmin vaxt Firəngizdən bu adla 1500 manat məbləğində pul almış, şəxsiyyət vəsiqələrinin surətlərini götürmüş, həqiqətən də onların işi ilə məşğul olmağa çalışmışdır, lakin həmin ərəfədə məlum olduğu kimi, çıxarışı olmayan ev və mənzillərə qeydiyyata alınma məsələlərinə qadağa qoyulduğu üçün Firəngizə vəd verdiyi işi alındıra bilməmişdir, aldığı 1500 manat məbləğində pulunu isə öz ehtiyaclarına xərcləmişdir, amma həbsdən buraxıldıqdan sonra ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Artıq uzun müddət daşınmaz əmlak sahəsində çalışan bir şəxs kimi onun əmlak məsələləri ilə bağlı aparılan sənədləşdirmə işlərindən kifayət qədər anlayışı var, prosedur qaydalarını bilir, zərərçəkmiş şəxslərə vəd verdiyi işləri özünün həmin bacarıqları hesabına həyata keçirməyi düşünürmüş, əlbətdə ki, tanışları da var, zərərçəkmiş şəxsləri özünə inandırmaq üçün əlbətdə ki, müvafiq dövlət strukturlarının adlarını qeyd etmişdir, lakin həmin işlərdə hər hansı bir dövlət məmuru və ya digər şəxslər ilə heç bir əlaqəsi və ya əlbirliyi olmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda yaşadığı evi alana qədər dostu Zərərçəkmiş şəxs2 özünə Sabunçu qəsəbəsi ərazisində ev axtararkən 2022-ci ilin iyun ayının əvvəllərində onunla birlikdə təsadüfən həmin ərazidə fərdi qaydada ev alqı-satqısı üzrə makler fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs adlı şəxslə rastlaşmışlar. O, həmin şəxsi tanımış, təxminən 4 il əvvəl Sabunçu qəsəbəsi ərazisində özünə ev alarkən Əlirza həmin evin alqı-satqısında makler kimi vasitəçilik etmişdir. Söhbət əsnasında Əlirza təklif etmişdir ki, onun MİDA-da(Mənzil X7ndə) tanışları və əlaqələri var, həmin əlaqələri vasitəsi ilə Coşqun üçün asanlıqla cüzi məbləğdə 5000 manat ilkin ödənişlə mənzil ala bilər. Əlirzanın təklifi cəlb edici göründüyündən o da həmin şərtlərlə oğlu üçün mənzil ala biləcəyini soruşduqda Əlirza heç bir problem olmadığını demişdir. Əlirza bildirmişdir ki, həmin sosial mənzillərə böyük növbə var, mənzili tez əldə etmək istəyirlərsə gərək onları həmin növbənin ilk sıralarına saldıra, bunun üçün hərəsindən 300 manat məbləğində pul istəmişdir. Onlar razılaşaraq hərəsinə 300 manat düzəldib ümumilikdə 600 manat məbləğində pulu Əlirzanın həmin vaxt makler kimi fəaliyyət göstərdiyi, Sabunçu qəsəbəsi ərazisindəki 67 saylı orta məktəbin yaxınlığındakı ev alqı-satqısı məntəqəsində Əlirzaya vermişlər. Bir neçə gün keçdikdən sonra Əlirza ilə ofisində görüşdükdə bildirmişdir ki, guya növbə məsələsini artıq müsbət həll edib, evin ilkin ödənişi üçün tələb olunan 5000 manat məbləğində pulun 1000 manat məbləğində hissəsini bəri başdan verməlidirlər ki, guya sənədləşdirmə işlərinə başlanılsın. Onlar yenə də Əlirzaya inanaraq razılaşmışlar və Coşqunla hərəsinə 1000 manat məbləğində pulu bir neçə gün ərzində düzəldib ümumilikdə 2000 manat məbləğində pulu aparıb yenə də həmin ofisində Əlirzaya vermişlər. Həmin ərəfədə Əlirza bildirmişdir ki, onun oğlunun bank portalından alınmış məlumatlarda oğlunun aylıq gəliri müxtəlif məbləğlərdə göstərildiyi üçün sənədləşdirmədə problem yaranır, həmin problemi aradan qaldırmaq, yəni oğlunun maaşını stabil aylıq məvacib kimi qeyd etdirmək üçün əlavə 800 manat məbləğində də pul lazımdır. O da məcbur qalıb həmin 800 manat məbləğində əlavə pulu da düzəldib Əlirzaya X3rşısında vermişdir. Bir neçə gündən sonra Əlirza bildirmişdir ki, alacaqları mənzilin konkret binasını və mərtəbəsini təsdiqlətmək üçün əlavə 500 manat məbləğində də pul verməlidirlər. Həmin vaxt o, RF-nın Maxaçkala şəhərində olduğundan Coşqun onunla telefon əlaqəsi yaradaraq Əlirzanın hərəsindən əlavə 500 manat məbləğində pul istəməsini bildirmiş, o, razılaşaraq Coşquna tapşırmışdır ki, onun payına düşən 500 manat məbləğində pulu gedib evindən ailə üzvlərindən götürsün. Coşqun belə də etmiş və onun ailə üzvlərindən aldığı 500 manat məbləğində pulun üzərinə öz payına düşən 500 manat məbləğində də pulu qoyub ümumilikdə 1000 manat düzəldərək aparıb 2022-ci ilin iyun ayının təxminən sonlarında X1rşısında vermişdir. Bundan sonra Əlirza onları tam arxayın etmişdir ki, qısa müddətdə mənzillərini MİDA-dan alıb təhvi verəcək. Əlirza ona iki otaqlı, Səfailə isə üç otaqlı mənzil alacağını vəd vermişdir. Bir müddət Əlirza müxtəlif yalançı bəhanələr göstərməklə vaxt uzatmağa başlamış, sonra isə ümumiyyətlə onlardan qaçıb gizlənmiş, görüşlərinə gəlməmiş, telefon zənglərinə cavab verməmişdir. Əlirzanın arxasınca düşüb onu axtararkən barəsində soraqlaşdıqda isə müəyyən olmuşdur ki, Əlirza dələduzluqla məşğul olur, onlar kimi çox sayda vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirib, barəsində polis orqanlarında araşdırmalar aparılır. Bundan sonra Əlirza tərəfindən aldadıldıqlarını anlayaraq onlar da Əlirzanın əməllərindən şikayət etmək qərarına gəlmişlər və belə də etmişlər. Əlirza tərəfindən aldadılmaqları və ifadəsində göstərdikləri xususatların təsdiqi kimi onunla aralarında aparılmış söhbətlər, telefon danışıqları və yazışmaları əks olunan CD-di var, həmin CD-ni də ifadəsinə əlavə edə bilər. Əlirza tərəfindən aldadılmağı nəticəsində konkret olaraq ona 2600 manat məbləğində maddi zərər dəymişdir. Hazırda ona dəymiş zərər qismən ödənilmiş, ödənilməmiş məbləğ 1100 manat təşkil edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda yaşadığı evi alana qədər özünə Sabunçu qəsəbəsiərazisində ev axtararkən 2022-ci ilin iyun ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs1la birlikdə təsadüfən həmin ərazidə fərdi qaydada ev alqı-satqısı üzrə makler fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs adlı şəxslə rastlaşmışlar. Dostu Səfail həmin şəxsi tanımışdır, təxminən 4 il əvvəl Sabunçu qəsəbəsi ərazisində özünə ev alarkən Əlirza həmin evin alqı-satqısında makler kimi vasitəçilik etmişdir. Söhbət əsnasında Əlirza təklif etmişdir ki, onun MİDA-da(Mənzil X7ndə) tanışları və əlaqələri var, həmin əlaqələri vasitəsi ilə onun üçün asanlıqla cüzi məbləğdə 5000 manat ilkin ödənişlə mənzil ala bilər. Əlirzanın təklifi cəlb edici göründüyündən dostu Səfail də həmin şərtlərlə oğlu üçün mənzil ala biləcəyini soruşduqda Əlirza heç bir problem olmadığını demişdir. Əlirza bildirmişdir ki, həmin sosial mənzillərə böyük növbə var, mənzili tez əldə etmək istəyirlərsə gərək onlar həmin növbənin ilk sıralarına saldıra, bunun üçün hərəsindən 300 manat məbləğində pul istəmişdir. Onlar razılaşaraq hərəsinə 300 manat düzəldib ümumilikdə 600 manat məbləğində pulu Əlirzanın həmin vaxt makler kimi fəaliyyət göstərdiyi, Sabunçu qəsəbəsi ərazisindəki 67 saylı orta məktəbin yaxınlığındakı ev alqı- satqısı məntəqəsində Əlirzaya vermişlər. Bir neçə gün keçdikdən sonra Əlirza ilə ofisində görüşdükdə bildirmişdir ki, guya növbə məsələsini artıq müsbət həll edib, evin ilkin ödənişi üçün tələb olunan 5000 manat məbləğində pulun 1000 manat məbləğində hissəsini bəri başdan verməlidirlər ki, guya sənədləşdirmə işlərinə başlanılsın. Onlar yenə də Əlirzaya inanaraq razılaşmışlar və Səfail ilə hərəsinə 1000 manat məbləğində pulu bir neçə gün ərzində düzəldib ümumilikdə 2000 manat məbləğində pulu aparıb yenə də həmin ofisində Əlirzaya vermişlər. Həmin ərəfədə Əlirza bildirmişdir ki, Səfailin oğlunun bank portalından alınmış məlumatlarda oğlunun aylıq gəliri müxtəlif məbləğlərdə göstərildiyi üçün sənədləşdirmədə problem yaranır, həmin problemi aradan qaldırmaq, yəni oğlunun maaşını stabil aylıq məvacib kimi qeyd etdirmək üçün əlavə 800 manat məbləğində də pul lazımdır. Səfail də məcbur qalıb həmin 800 manat məbləğində əlavə pulu da düzəldib Əlirzaya X3rşısında vermişdir. Bir neçə gündən sonra Əlirza bildirmişdir ki, alacaqları mənzilin konkret binasını və mərtəbəsini təsdiqlətmək üçün əlavə 500 manat məbləğində də pul verməlidirlər. Həmin vaxt Səfail RFnın Maxaçkala şəhərində olduğundan o, Səfail ilə telefon əlaqəsi yaradaraq Əlirzanın hərəsindən əlavə 500 manat məbləğində pul istəməsini bildirmiş, Səfail razılaşaraq tapşırmışdır ki, onun payına düşən 500 manat məbləğində pulu gedib evindən ailə üzvlərindən götürsün. O, belə də etmiş və Səfailin evindən aldığı 500 manat məbləğində pulun üzərinə öz payına düşən 500 manat məbləğində də pulu qoyub ümumilikdə 1000 manat düzəldərək aparıb 2022-ci ilin iyun ayının təxminən sonlarında X1rşısında vermişdir. Bundan sonra Əlirza onları tam arxayın etmişdir ki, qısa müddətdə mənzillərini MİDA-dan alıb təhvil verəcək. Əlirza ona iki otaqlı, Səfailə isə üç otaqlı mənzil alacağını vəd vermişdir. Bir müddət Əlirza müxtəlif yalançı bəhanələr göstərməklə vaxt uzatmağa başlamış, sonra isə ümumiyyətlə onlardan qaçıb gizlənmiş, görüşlərinə gəlməmiş, telefon zənglərinə cavab verməmişdir. Əlirzanın arxasınca düşüb onu axtararkən barəsində soraqlaşdıqda isə müəyyən olmuşdur ki, Əlirza dələduzluqla məşğul olur, onlar kimi çox sayda vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirib, barəsində polis orqanlarında araşdırmalar aparılır. Bundan sonra Əlirza tərəfindən aldadıldıqlarını anlayaraq onlar da Əlirzanın əməllərindən şikayət etmək qərarına gəlmişlər və belə də etmişlər. Əlirza tərəfindən aldadılmaqlarının və ifadəsində göstərdikləri xususatların təsdiqi kimi onunla aralarında aparılmış söhbətlər, telefon danışıqları və yazışmaları əks olunan CD-di var, həmin CD-ni də ifadəsinə əlavə edə bilər. Əlirza tərəfindən aldadılmağı nəticəsində konkret olaraq ona 1800 manat məbləğində maddi zərər dəymişdir. Hazırda ona dəymiş zərər qismən ödənilmiş, ödənilməmiş məbləğ 300 manat təşkil edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin yay aylarında təsadüfən avtobusda tanış olmuşdur, söhbət əsnasında Əlirzanın ev alqı-satqısı ilə məşğul olduğunu bilib Əlirzadan xahiş etmişdir ki, satmaq istədiyi, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisindəki fərdi evin satılmasında ona köməklik etsin. Bir müddət sonra Əlirza onun həmin evinə müştəri taparaq satılmasında həqiqətən də ona makler kimi vasitəçilik etmişdir. Həmin evi satdıqdan sonra o, əvvəlki evinin satışından əldə etdiyi pulun üzərini bir qədər də düzəldib özünə yenə də Əlirza vasitəsi ilə ünvan 8 ünvanında yerləşən mənzil almışdır, lakin həmin mənzilin çıxarış sənədi olmadığı üçün həmin yeni mənzilə özü və ailə üzvləri rəsmi qeydiyyata düşə bilməmişlər. Əlirza isə vəd vermişdir ki, özünün guya Sabunçu rayon polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsində çalışan məsul vəzifəli tanışları vasitəsi ilə bu problemini, yəni yeni ünvana qeydiyyata düşməkləri məsələsini asanlıqla həll edə bilər. Bu işin həlli üçün isə ondan 3500 manat məbləğində pul istəmişdir. O da razılaşaraq xx.xx.2022-ci il tarixdə həmin mənzilin yerləşdiyi giriş blokunda həmin 3500 manat məbləğində pulu Əlirzaya vermişdir. Əlirza həmin pulu, onun və oğlu Amilin şəxsiyyət vəsiqələrini götürüb vəd vermişdir ki, tanışları vasitəsi ilə qısa müddət ərzində onları yeni ünvanlarına qeydiyyata saldıracaq. Lakin pulu aldıqdan sonra Əlirza müxtəlif yalançı bəhanələrlə vaxt uzatmağa, onu aldatmağa, telefon zənglərinə cavab verməməyə başlamışdır. Əlirzanın arxasınca düşüb yerini soraqlaşdıqda isə məlum olmuşdur ki, Əlirza dələduzluqla məşğul olur, eyni üsulla onun kimi bir neçə nəfər vətəndaşları da aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Bundan sonra o, qərara gəlmişdir ki, Əlirzanın ona qarşı törətdiyi dələduzluq cinayəti barədə şikayət ərizəsi yazsın və belə də etmişdir. Əlirza tərəfindən aldadılmağı nəticəsində ona konkret olaraq 3500 manat məbləğində maddi zərər dəymişdir. Ona dəymiş zərərdən 1000 manat ödənilmiş, qalan məbləğin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəlmişlər. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda qeydiyyatda olduğu ünvan 9 ünvanındakı evlərini 2022-ci ilin noyabr ayının sonlarında tikinti şirkəti tərəfindən söküldüyündən onlar həmin ünvandan çıxaraq şirkət tərəfindən onlara ödənilmiş 63000(altmış üç min) manat məbləğində pula özləri üçün Balaxanı qəsəbəsində fərdi ev alıb ora köçmüşlər, lakin aldıqları yeni evin çıxarış sənədi olmadığı üçün onlar yeni ünvana rəsmi qeydiyyata düşə bilməmişlər. 2023-cü ilin fevral ayında ünvan 10qı- satqısı makleri kimi tanıdıqları Əlirza adlı şəxslə yaşadıqları Balaxanı qəsəbəsi ərazisində yerləşən ev alqı-satqısı məntəqəsində təsadüfən rastlaşıb söhbət edərək bu barədə dedikdə Əlirza bildirmişdir ki, özünün guya Sabunçu rayon polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsində çalışan məsul vəzifəli tanışları vasitəsi ilə onların problemini, yəni yeni ünvana qeydiyyata düşməkləri məsələsini asanlıqla həll edə bilər. Bu işin həlli üçün isə onlardan 1500manat məbləğində pul istəmişdir. Bu barədə ailə üzvləri ilə məsləhətləşib razılaşaraq 2023-cü ilin fevral ayının ortalarında həmin 1500 manat məbləğində pulu düzəldib Əlirzanın makler kimi çalışdığı, yaşadıqları Balaxanı qəsəbəsi ərazisində yerləşən ev alqı-satqısı məntəqəsində Əlirzaya vermişdir. Əlirza həmin pulu və özünə, oğlu Zaura və əri Çingizxana məxsus şəxsiyyət vəsiqələrini ondan alarkən vəd vermişdir ki, tanışları vasitəsi ilə iki gün ərzində onları yeni ünvanlarına qeydiyyata saldıracaq. Lakin pulu aldıqdan sonra Əlirza müxtəlif yalançı bəhanələrlə vaxt uzatmağa, onları aldatmağa, telefon zənglərinə cavab verməməyə başlamışdır. Əlirzanın arxasınca düşüb yerini soraqlaşdıqda isə məlum olmuşdur ki, Əlirza dələduzluqla məşğul olur, eyni üsulla onlar kimi bir neçə nəfər vətəndaşları da aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir, barəsində dələduzluq faktları ilə bağlı cinayət təqibi aparılır. Bundan sonra onlar bir müddət də Əlirzanı gözləmişlər ki, bəlkə insafa gəlib onların sənədləri və pullarını qaytarar, lakin Əlirza bunu etməmiş, ona görə də qərara gəlmişdir ki, o da Əlirzanın ona qarşı törətdiyi dələduzluq cinayəti barədə şikayət ərizəsi yazsın və belə də etmişdir. Əlirza tərəfindən aldadılmağı nəticəsində konkret olaraq ona 1500 manat məbləğində maddi zərər dəymişdir. Ona dəymiş zərər tam ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, telefon vasitəsi ilə əlaqə saxlayaraq ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 müraciəti əsasında araşdırılan faktla bağlı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən X5rşısıdır (i.v.22-24). “Sənədlərin götürülməsi haqqında” 16 aprel 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin oğlu X6 istintaq orqanına vətəndaş Zərərçəkmiş şəxs3 məxsus AA******* və vətəndaş X4 məxsus AA4576807 seriya və nömrəli iki ədəd şəxsiyyət vəsiqəsini təqdim edərək həmin sənədləri yaşadıqları evdən atası Təqsirləndirilən şəxs aid yataq otağndakı dolabın rəfindən götürərək gətirdiyini bildirmişdir (i.v.57-59). “Maddi sübut kimi tanıma haqqında” 16 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin oğlu tərəfindən təqdim edilmiş vətəndaş Zərərçəkmiş şəxs3 məxsus AA******* və vətəndaş X4 məxsus AA4576807 seriya və nömrəli iki ədəd şəxsiyyət vəsiqələri maddi sübut kimi tanınaraq onların kserosurətləri çıxarılmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.60). “CD” diskə baxış keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, CD-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 sonuncunu və oğlunu yaşadıqları mənzilə qeydiyyata saldırmaq vədi ilə 1000 manat məbləğində pul və şəxsiyyət vəsiqələrini almasına, ondan polisə şikayət etdiyi və şikayətində məbləği verdiyindən artıq məbləğdə, 3500 manat məbləğində göstərdiyi üçün qəsdən və acıqca həmin işi düzəltməyəcəyinə, aldığı pulu və sənədləri yaxın müddətdə qaytaracağına, Zərərçəkmiş şəxs4 isə verdiyi pulun məbləğinin 3500 manat olmasına, aralarında yaranmış pul mübahisəsi səbəbindən bir birini qarşılıqlı şəkildə söyüb-təhqir etmələrinə və hədələmələrinə dair ümumilikdə 17 ədəd səsyazma var (i.v.99). “Maddi sübut kimi tanıma haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxslə aparılan danışıqları özündə əks etdirən disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.100). “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 müraciəti əsasında araşdırılan faktla bağlı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Seyid Hüseyn küçəsində yerləşən ofisdir (i.v.112-114). “CD” diskə baxış keçirilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən ifadəsində qeyd etdiyi xüsusatların təsdiqi kimi istintaq orqanına təqdim edilmiş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 sonuncunun mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış sənədi düzəltmək vədi ilə 2550 manat məbləğində pul almasına dair, həmin işin həll olunması üçün müxtəlif bəhanələrlə vaxt uzatmasına dair 25 ədəd səsyazması var (i.v.241). “Maddi sübut kimi tanıma haqqında” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxslə aparılan danışıqları özündə əks etdirən disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.242). “CD” diskə baxış keçirilməsi haqqında” 31 yul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən sübut kimi ifadəsinə əlavə edilmiş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və dostu Zərərçəkmiş şəxs2 Mənzil X7 (MİDA) tərəfindən inşa edilmiş sosial evlərdən güzəştli şərtlərlə mənzil almaqda vasitəçilik edəcəyi vədi ilə ilkin olaraq hərəsindən 300 manat məbləğində pul alması, daha sonra ilkin ödənişin bir hissəsi kimi qabaqcadan hərəsindən 1000 manat məbləğində pul istəməsi, onları özünə inandırmaq üçün Mənzil X7ndə (MİDAda) geniş əlaqələrə malik olması, həmin əlaqələri vasitəsi ilə bu vaxtadək xeyli vətəndaşa mənzil təşkil etməsi barədə danışması, həmin işin həll olunması üçün müxtəlif bəhanələrlə vaxt uzatmasına dair ümumilikdə 04 ədəd səsyazma var (i.v.253). “Maddi sübut kimi tanıma haqqında” 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş təqsirləndirilən şəxslə aparılan danışıqları özündə əks etdirən disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.254). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, disklərdə olan səs yazıları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, tərəflər arasında aparılmış “CD” disklərdə olan səsyazmaların və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar və əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 iyul 2018ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 1500 manat cəimə cəzası ilə əvəz edilmiş, 18 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktının 2.11-ci maddəsinə əsasən cəzadan azad edilmişdir (i.v.146-147). “Axtarışda olan şəxsin tutulması haqqında” 28 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.166). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.198-200). “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.201-202). “Axtarışda olan şəxsin tutulması haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə, saat 18 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiəsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilmişdir (i.v.212). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 4(008)- 296/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmaqla 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.236-240). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 1(008)- 189/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəs ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.243-250). Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 1(103)-1461/2023 saylı qərarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 1(008)-189/2023 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.295-296). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 4(008)- 333/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin müddətinin uzadılmasından imtina edilmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslərə (Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 tam, digər zərərçəkmiş şəxslərə isə qismən) dəymiş zərəri qismən ödəməsini (CM-59.1.14), zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə barışıq əldə etməsini (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 03 ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdən 30 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, 12 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 16 gün müddət, cəmi 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 ay 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 04 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs3 məxsus AA******* və vətəndaş X4 məxsus AA4576807 seriya və nömrəli iki ədəd şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar