Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-655/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Həsənovun sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Hüseynova(Məmmədova) Aysel Oktay qızının, müdafiəçi–Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1986-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz ,İsmayıl bəy Səfərəlibəyov küşəsi, ev 2A, mənzil 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 24 avqust 2025-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs qeyrirəsmi münasibətdə olduğu Hüseynova (Məmmədova ) Aysel Oktay qızı ilə birlikdə yaşadıqları Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz, İsmayıl bəy Səfərəlibəyov küşəsi, ev 2A, mənzil 6 ünvanında aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qəsdən əli və ayağı ilə baş, boyun, hər iki qol, sinə və ayaq nahiyələrinə bir neçə dəfə vuraraq, ona sol gicgah-təpə ənsə, sol gözyuvasıətrafı və sağ gözyuvsıətrafı yanaq boyun nahiyələrinin hematoması, hər iki göz almasının ağlı qişasına qansızma, boyun, hər iki dodaq, hər iki bazu, hər iki dirsək, hər iki said, döş qəfəsi, sol bud, sol baldır və hər iki diz nahiyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının CPM-nin 294.1.2-ci maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 ilə qeyri-rəsmi şəkildə ərarvad kimi münasibətləri mövcuddur. Ailə həyatı qurduqları dövrdən etibarən aralarında teztez əsassız yerə münaqişələr yaranmış və bunun nəticəsi olaraq hal-hazırda həyat yoldaşı ilə aralarındakı münasibət soyuqdur. Ayselin birinci evlilikdən olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 çəkilişlərində aktyor kimi çıxış edir. xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində yaşadıqları evdə olan zaman Aysel onunla söhbət etdiyi zaman xx.xx.2025-ci il tarixdə İlkini ondan xəbərsiz kino çəkilişinə apardığını qeyd etmiş və ondan xəbərsiz iş gördüyü üçün aralarında mübahisə yaranmışdır. Aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış münaqişə nəticəsində evin daxilində o, əli və ayağı ilə bir neçə dəfə Ayselin baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Zərərçəkmiş şəxs Hüseynova (Məmmədova) Aysel Oktay qızı ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Hüseynova(Məmmədova) Aysel Oktay qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi şəkildə ər-arvad kimi münasibətləri mövcuddur. Ailə həyatı qurduqları dövrdən etibarən aralarında tez-tez əsassız yerə münaqişələr yaranmış və bunun nəticəsi olaraq hal-hazırda həyat yoldaşı ilə aralarındakı münasibət soyuqdur. Onun birinci evlilikdən olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 çəkilişlərində aktyor kimi çıxış edir və o, xx.xx.2025-ci il tarixdə yoldaşımnan xəbərsiz oğlunu film çəkilişinə aparmışdır. xx.xx.2025-ci il tarixdə axşam saat 23 radələrində yaşadıqları evdə olan zaman o, Sahiblə danışdığı zaman İlkini xəbərsiz kino çəkilişinə apardığını qeyd etmiş və yoldaşı xəbərsiz iş gördüyü üçün onunla mübahisə yaratmışdır. Aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış münaqişə nəticəsində evin daxilində Sahib əli və ayağı ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 13 avqust 2025-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz, İsmayıl bəy Səfərəlibəyov küşəsi, ev 2A, mənzil 6 ünvanında hadisə ilə əlaqədar baxış keçirilmişdir(i.v.6-8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” X9 Sabunçu Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli 1962 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 gicgah-təpə ənsə, sol gözyuvasıətrafı və sağ gözyuvasıətrafı yanaq boyun nahiyələrinin hematoması, hər iki göz almasının ağlı qişasına qansızma, boyun, hər iki dodaq, hər iki bazu, hər iki dirsək, hər iki said, döş qəfəsi, sol bud, sol baldır və hər iki diz nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk əşya(lar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir(i.v 22-24), xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v 26), Materiallara əlavə edilmiş tələbnamədən görünür ki, DİN-nin Baş Əməliyat və Statistika İnformasiya İdarəsində Təqsirləndirilən şəxs barəsində məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə həbs edilib Ağdam Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 333.1; 333.4; 66.3; 62-ci maddələri ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2005-ci il tarixdə cəzanın sonu ilə azad edilməsi müəyyən olunmuşdur(i.v 64-65); Sübutların qiymətləndirilməsi haqqında 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, onun əməli CM-nin 128-ci maddəsinə tövsi edilmiş, toplanmış material Sabunçu rayon məhkəməsinə göndərilməsi üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir(i.v.66- 68). Hüseynova(Məmmədova) Aysel Oktay qızının ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ödənilmiş, nəzərə alınmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Aysel Hüseynova ilə barışmış, bir daha belə hallara yol verməyəcək, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddənin qeydinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə zərərçəkmiş şəxs Hüseynova (Məmmədova) Aysel Oktay qızı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasına dair məhkəməyə təqdim edilmiş ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün sərf etdiyi 8 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 88 manat məbləğində vəsait, məhkəmə icraatı zamanı sərf etdiyi 9 iş saatına görə (hər iş saatına görə 11 manat hesablanmaqla) 99 manat məbləğində vəsait, cəmi 187 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya qaydasında şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X10ov
Məhkəmə qərarları › İş №1(008)-655/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-655/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver