Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-656/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2002-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Sabah residence” yaşayış kompleksində mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi Şuşa yaşayış massivində “Xəzər” idman klubunun yaxınlığında bacısının keçmiş nişanlısı Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı qəsdən özündə olan bıçaqla vuraraq döş qəfəsinin bir ədəd və sağ bel nahiyəsinin bir ədəd(ümumilikdə iki ədəd) döş və qarın boşluqlarına nüfuz etməyən deşilmiş- kəsilmiş yara xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Şahid2 ilə 2022-ci ilin ortalarında nişanlanmışlar. Sonradan ailələr arasında narazılıq olduğundan və Talehin xasiyyəti tutmadığından bacısı Şəbnəm nişanı qaytarmış və bir daha bacısı və ailəsini narahat etməməsi barədə ona xəbərdarlıq etmişlər. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs “Chevrolet-Cruze” markalı avtomobili ilə məhlələrində görmüşdür. O yaxınlaşdıqda Taleh onu görüb avtomobili sürərək uzaqlaşmış, 300 metr aralıda saxlamış, sonra yenə ona tərəf getdikdə avtomobili sürüb uzaqlaşmışdır. Bundan sonra o, Talehə zəng vuraraq məhləyə nə səbəbə gəlməsini soruşduqda, Taleh isə o, olmadığını demişdir. O, Talehlə sərt danışdıqda məhləyə gəldiyini qəbul etmiş və onu görüşə çağırmışdır. O isə Naxçıvanski küçəsində olduğunu demiş, o da gələcəyini demişdir. Daha sonra ona zəng vurub Əhmədli metrosu tərəfdə olduğunu demişdir. O da ona gözləməsini onun yanına gələcəyini demişdir, bir neçə dəqiqə sonra Taleh ona zəng vuraraq özü Ramanı qəsəbəsinə gələcəyini demiş və o Talehi şamlıq deyilən yerə “Xəzər” idman klubunun yanına çağırmışdır. Artıq xx.xx.2023-cü il tarixdə saat 01 radələrinədək onu Ramana qəsəbəsində “Xəzər” idman klubunun yanında gözləmişdir. Bu zaman Zərərçəkmiş şəxs dövlət nömrəsi yadında qalmayan “Chevrolet-Cruze” markalı avtomobili ilə həmin yerə gəlmişdir. Avtomobildən düşüb onunla salamlaşmışdır. O Talehə bir daha irad bildirərək məhləyə nə səbəbə gəldiyini demiş, o isə onunla yenə məsxərə ilə danışmış və “Məni görüşə çağırıb nə edəcəksən ki, mən əvvəllər də sənin xəbərin olmadan gəlmişəm məhlənizə, sənin xəbərin yoxdur.” O da Talehin bu sözünə və bacısı Şəbnəmdən əl çəkməyib daim narahat edib ona zənglər də etməsinə görə onu bu hərəkətlərindən yayındırmaq üçün əvvəlcədən evdən götürdüyü 01 ədəd balaca mətbəx bıçağını çıxarıb ona zərbə vurmaq istədikdə o, arxaya çevrilmiş və birinci bıçaq zərbəsi onun belindən dəymiş, ikinci bıçaq zərbəsi isə Taleh üzbəüz çevrildikdə səhv etmirsə onun qarnına dəymişdir. Taleh qorxuya düşmüş, qələt etdiyini deyib yalvarmağa başlamışdır ki, bir daha məhləyə gəlməyəcək, onu xəstəxanaya çatdırmağını xahiş etmişdir. Bundan sonra daha onu vurmamış və onu həkimə çatdırmaq üçün onun avtomobilinin açarını istəmiş, lakin Taleh açarı tapa bilməmiş, özü də axtarsa da qaranlıq olduğundan açarı tapa bilməmişdir. O bundan sonra dostu Tunara zəng edərək ona hadisəni danışaraq Talehi bıçaqla yaraladığını və maşınla Ramanaya gəlib onu xəstəxanaya aparmağı xahiş etmiş, Tunar isə 20 dəqiqəyə gələcəyini demişdir. Telefon mikrafonda olduğu üçün bu danışığı Taleh eşitmiş və panikaya düşmüşdür. Onun belindən qan gəlsə də, lakin huşu özündə olmuşdur. O qaçaraq yolu keçib uzaqlaşmış və o, Talehin arxası ilə getsə də izini itirmiş, daha sonra Tunar gəlib onu avtomobili ilə götürmüş və o 33-cü Polis bölməsini tanıdığı üçün oraya gedib təslim olmuşdur. Hadisə zamanı o qorxduğu üçün bıçağı şamlıqda yadında qalmayan yerdə atmışdır. Onun həmin hadisə zamanı Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamışdır. Hadisə baş verən zaman ətraflarında adam olmamışdır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin şikayəti və tələbi yoxdur. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 ilə 2021-ci ildən nişanlı olmuşdur, lakin, ailələri uyğun gəlməməsi səbəbindən 2023-cü ilin may ayından ayrılmışlar. xx.xx.2023-cü il tarixdə o, öz idarə etdiyi “Chevrolet-Cruze” markalı avtomobili ilə artıq barışmaq üzrə olduğu Şahid2 saat 22:30 radələrində yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsindəki evlərinin yaxınlığında düşürüb Zığ yolu ilə öz evinə qayıdan zaman Şəbnəmin qardaşı Sənan ona zəng vuraraq onunla işi olduğunu bildirərək görüşə çağırmışdır. O, Sənana onu Ramanada gözləməyini və görüşə gələcəyini demişdir. Sənan isə ona telefonda görüş yeri kimi Ramana qəsəbəsində “Şamlıq” adlanan yerə gəlməyini tapşırmışdır və o, razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o öz idarə etdiyi avtomobillə həmin yerə getmişdir. Sənan onu görən kimi “Sənə deməmişdim, bacımdan uzaq dur” deyərək onun üstünə gəlib belindən bıçaq çıxarıb onun bel nahiyəsindən iki dəfə vurub kənarlaşmışdır. O həmin zərbədən sonra yerə oturmuş və onun bədənindən qan gəlməyə başlamışdır. Sənana onu həkimə çatdırmasını xahiş etmişdir. Sənan da onun yarasından qan gəlməsini görüb sakitləşmiş və onu həkimə aparacağını deyib avtomobilinin açarını ondan istəmişdir, lakin həmin vaxt nə qədər axtarsalar da avtomobilin açarını tapa bilməmişlər. O, yarasından qanın çox getməsini görüb həyəcanlanmış və oraqdan qaçaraq yola çıxmış və yoldan keçən avtomobillərdən birini saxladıb 3 saylı Şəhər Kliniki Xəstəxanasına özünü çatdırmışdır. Sənan isə hadisə yerində hansısa dostuna zəng edərək avtomobillə gəlməsini desə də o, Sənanı gözləməmişdir. Həmin münaqişə qısa zaman ərzində baş vermiş 3-4 dəqiqə davam etmişdir. Ətrafda heç kim olmamış və Sənanın onu bıçaqla vurmasına heç kim şahid olmamışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01,10.2023-cü il tarixdə gecə saat 01 radələrində o idarə etdiyi “Toyota-Prius” markalı **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman onun istifadəsidə olan 055-388-84- 24 nömrəsinə dostu Sənan öz mobil nömrəsindən zəng edərək həyəcanlı səslə Ramana qəsəbəsində Şamlıq ərazisində “Xəzər” idman klubunun yanında olduğunu, aralarında olan mübahisə zamanı Talehi bıçaqla vurmasını və onu xəstəxanaya çatdırmaq üçün təcili avtomobili ilə oraya gəlməyimi xahiş etmiş və nə qədər vaxta çata biləcəyini soruşduqda o, Sənana hazırda Zabrat yolunda olduğunu və 20 dəqiqə ərzində onun yanına avtomobili ilə çata biləcəyini demişdir. Daha sonra o, avtomobilində olan müştəridən üzrxahlıq edərək onu yarı yolda avtomobilindən düşürmüş və təxminən 20-25 dəqiqə ərzində idarə etdiyi avtomobillə Ramana qəsəbəsi Şamlıq deyilən yerə Sənanın yanına özünü çatdırmışdır. Həmin vaxt görmüşdür ki, Sənan həmin yerdə Eminin “Chevrolet-Cruze” markalı avtomobilin yanında onu gözləyir, Taleh isə yoxdur. Sənandan Talehin harada olmasını soruşduqda Sənan bildirmişdir ki, Taleh telefonda 20 dəqiqəyə çatacağını deməyini eşitdikdə qaçaraq hadisə yerindən yola tərəf uzaqlaşıb getmişdir, hadisənin təklikdə aralarında bacısını yenə Talehin narahat etməsi səbəbindən baş verməsini danışmışdır. Onlar hər ikisi ətrafa, kanal tərəfə baxmışlar ki, birdən Taleh yaralı olduğu üçün oralarda yıxılıb qalar, lakin, onu tapa bilməmişlər. Daha sonra Talehin özünün istəyi ilə onu 33-cü polis bölməsinə aparmış və özü polisə yaxınlaşıb hadisəni törətməsini etiraf edərək təhvil almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs ilə qohumların vasitəsi ilə tanış olduqdan sonra xx.xx.2022-ci il tarixdə nişanlanmışdır. Talehin sonradan xasiyyətinin dəyişkən olmasını, qısqanclıqla yanaşı səbəbsiz yerə onunla mübahisələr etməsinə görə münasibətləri pozulmuş, 2023-cü ilin aprel ayında nişanı qaytarmış və bunu hər iki tərəfdən valideynlər də bilmişdir. Lakin Zərərçəkmiş şəxs sonrakı vaxtlarda onun mobil nömrəsinə yenə yadında qalmayan nömrələrdən mesaj yazıb, zənglər edərək barışmaq istədiyini bildirirmiş, o isə barışmağın mümkün olmayacağını ona hər dəfə demişdir. Hətta atası Elşən də onun atası Nuralı ilə görüşüb bu barədə iradlarını bildirib Talehin onu narahat etməməsini tapşırmışdır. O nişanı qaytardıqdan sonra qardaşı Sənana yenidən Taleh tərəfindən narahat edildiyini bildirməməyə çalışırmış ki, aralarında mübahisə və dava düşməsin. Bir müddət Taleh onu narahat etməmişdir. Təxminən 2023-cü ilin avqust ayından Taleh onun Bakı şəhəri, Q.Qarayev metrosunun yanındakı işlədiyi aptekə gələrək onu izləməyə və işdən çıxdıqda onu evə aparmağı təklif etmiş, o isə ona yenə rədd cavabı vermişdir. Sonra yenə Taleh ona mesajlar yazmağa başlamışdır. O bu barədə atası Elşənə bildirmiş və atası da onun ailə üzvlərinə bir daha irad bildirmişdir. 2023-cü ilin sentyabr ayının 30-da axşam saat 22 radələrində işdən çıxıb taksi avtomobili ilə Ramana qəsəbəsində yaşadıqları ünvana gəlib taksidən düşüb evə tərəf getmək istədikdə görmüşdür ki, Taleh öz “Chevrolet” markalı avtomobili ilə onu izləyərək yaşadığı ünvana gəlib və Taleh maşını onun yanına tərəf sürüb onunla danışmaq istədiyini bildirmiş, o isə ona yenə rədd cavabı vermişdir. O evə girdikdən sonra təxminən 10-15 dəqiqə sonra qardaşı Sənan evə gəlmiş və onu sorğu-suala tutaraq Talehin avtomobili ilə məhləyə nə səbəbə gəlməsini ondan soruşduqda o, ona yenə Talehin onun arxası ilə düşməsini və barışmaq üçün danışmaq istədiyini, lakin, onunla danışmadığını və imtina etdiyini demişdir. Bundan sonra, Sənan heç bir söz demədən evdən bayıra çıxmışdır, lakin, onun haraya getməsini bilməmişdir. Sənanın evdən bıçaq götürməsini də bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 01.10..2023-cü il tarixli qərardan görünür ki, HK-1/5383 nömrə ilə qeydə alınmış material əsasında Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 2471 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinin bir ədəd və sağ bel nahiyəsinin 1 ədəd ümumilikdə 2 ədəd döş və qarın boşluqlarına nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Qərarın təsviri hissəsində göstərilən, eləcə də şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilər və dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli AR CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - başqa yerə getməmək haqqında xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq edilmişdir.. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs da məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-656/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-656/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver