Məhkəmə qərarları › İş №1(008)-657/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-657/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-657/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Dadiyev Fərahim Balaş oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, təqaüdçü, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 12,203 qram narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 27 may 2022-ci il tarixdə saat 13 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsində narkotik vasitə istifadəçisi olmasında əsaslı şübhələr yarandığından saxlanılaraq Sabunçu RPİ-nin 12-cü PŞ-nə gətirilmiş, PŞ-də onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd qəhvəyi rəngdə kağız bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qram, 0,491 qram və 11,490 qram olmaqla ümimilikdə 12,203 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır narkotik vasitə olan nəyşə (qurudulmuş marixuana) istifadə edir. Tutulmamışdan bir gün öncə Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata 03 büküm narkotik vasitə olan nəyşə alaraq istifadəsi üçün üzərində saxlamış, 28 may 2022-ci il tarixdə 13 radələrində Sabunçu rayonu, Ramanı qəsəbəsində C.Cabbarlı küçəsi ilə piyada hərəkətdə olan zaman, anidən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərərək şəxsiyyətini təsdiq edən sənədini istəmiş, lakin üzərində heç bir sənədi olmadığından və ifşa olmağından qorxaraq onlardan yayınmağa çalışmış, sonra polis əməkdaşları ondan şübhələnərək Sabunçu RPİ-nin 12-ci PŞ-də dəvət etmiş, 12-ci PŞdə inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmiş, həmin vaxt vəkilinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmiş, çünki vəkilinin onu yaxşı müdafiə etməsi üçün üzərindən narkotik vasitə olar qurudulmuş marixuana aşkar edilməsini öz gözləri ilə görməsini istəməmiş, baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu səbəbdən göy rəngli cins şalvarının sağ cibindən 03 ədəd bükümdə içərisində olan ot kütləşi olan bükümləri təqdim etmiş, sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və imzalarla təsdiq olunmuşdur. Daha sonra o, göstərmişdir ki, şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş 03 büküm ot küləşini, yəni nəyşə kimi tanıdığı qurudulmuş marixuananı tutulmamışdan bir gün əvvəl Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis baş leytenantı rütbəsindədir. Bundan başqa o, göstərmişdir ki, 27 may 2022- ci il tarixdə saat 13 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsi, nömrəsiz evin qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görərək onu saxlamış, həmin şəxsə özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmiş, bu zaman həmin şəxs üzərində sənədi olmadığını bildirərək onlardan yayınmağa çalışmış, verilən suallara isə dağınıq cavab verərək tez getməyə çalışmış, həmin şmısin nedənsə narahat olması və üzərində qanunla qadağan edilən əşya olması onlarda şübhə yaratdığı üçün həmin şəxsi 12-ci PŞ-nə dəvət etmiş, şöbədə həmin şəxsin 28.11,1°67-ci il təvəllüdlü, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılman üçün şöbə rəisinə raportla müraciət etmiş, daha sonra Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov tərəfindən hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuş, sonra isə onun üzərinə şəxsi axtarış və götürmə aparılmış, baxış zamanı təhqiqatçı Əvəz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd qəhvəyi rəngdə kağıza bükülmüş içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini çıxarıb təqdim etmiş və sorğu zamanı həmin bükülülərin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və şəxsi istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığı, adını və ünvanın bilmədiyi şəxsdən 30 manata almasını və üzərində saxlayıb gəzdirməsini bildirmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, sonra möhürlənmiş, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 da ifadə verərək Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edlmiş maddə vardırsa çıxarıb təqdim etməsi təklif olunduqda o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd qəhvəyi rəngdə kağıza bükülmüş içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini çıxarib təqdim etmiş və sorğu zamanı həmin bükülülərin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və şəxsi istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığı, adını və nvanın bilmədiyi şəxsdən 30 manata almasını və üzərində saxlayıb gəzdirməsini bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış və götürmə prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk protokola əlavə olunmuşdur ( i.v. 23-24). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 may 2022-ci il tarixli, 7/545 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” sözləri yazılmış zərfi açdıqda içərisində iki ədəd qəhvəyi rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 0,222 qram və 11,490 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 11,712 qramdır. Həmin zərfdə bir ədəd qəhvəyi rəngli kağız bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,491 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 12,203 qram, cəmi tədqiqata sərf edildi 0,09 qram, qalıq qaldı 12,113 qram (i.v. 31-32). “videogörüntünün əks olunduğu diskə baxış keçirilməsi haqqında” 05 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 27 may 2022-ci il tarixdə, saat 14:15-də qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, bölmənin təhqiqatçısı, polis mayoru Əvəz məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edlmiş maddə olduğu təqdirdə təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd qəhvəyi rəngdə kağıza bükülmüş içərisində spesifik iyə malik yaşıl rəngli ot kütləsini çıxarıb təqdim etmiş və sorğu zamanı həmin bükülülərin içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və şəxsi istifadəsi üçün Sabunçu rayonu, Maştağa qəsəbəsindən üzdən tanıdığı, adını və nvanın bilmədiyi şəxsdən 30 manata almasını və üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılaraq möhürlənir, bu barədə tərtib edilmiş protokol imzalarla təsdiq olunur. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 80). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 07 iyun 2022-ci il tarixli, 3047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 91-92). sübutların qiymətləndirilməsi haqqında 30 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, cinayət işi üzrə maddi sübuti əhəmiyyət kəsb edən 03 ədəd qəhvəyi rəngdə kazğıza bükülmüş içərisində təmiz çəkisi 12,203 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və qalıq qalmış 12,113 qram qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd DVD disk iş üzrə sübuti əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir ( i.v. 94-101). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan: şübhəli şəxsin tutulması haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 27 may 2022-ci il tarixdə, saat 13:00-da Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PB-nin inzibati binasında tutulmuşdur (i.v. 12). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 29 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbi seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azad edilmiş, barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v 69-71). “Qətimkan tədbiri seçilməsi haqqında” 29 may 2022-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 72-73). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 83). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edəeək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının (11 sentyabr 2006-cı il təvəllüdlü X3) olmasını (AR CM-nin 59.2-ci maddəsi) nəzərə alır və sadalanan halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, ilk dəfə olaraq az ağır cinayət törəmiş, əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirən şəxsə onun cəmiyyətdən tam təcrid olunması ilə müşayiət olunan cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin ədalət prinsipi ilə uzlaşmır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur, onun şəxsiyyətinin ictimai təhlükəli olmasına, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkünsüzlüyünə dəlalət edən hər hansı sübut cinayət işi materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən yaşayış yerinin nəzarət altında saxlanılması və bir sıra hüquqlarına məhdudiyyət qoyulması ilə cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, hazırki halda məhkəmə Təqsirləndirilən şəxs daha yüngül, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini həmin cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Həmçinin, məhkəmə xüsusilə vurğulayır ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 29 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 12,113 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 89 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar