Məhkəmə qərarları › İş №1(008)-657/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-657/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-657/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, Müdafiəçilər - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və edilmiş və məhkumluğu ödənilməmiş, Ucar rayonu, Əlikənd ərazi dairəsi, Ramal kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 38a ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs özünü nüfuzlu şəxs kimi təqdim etməklə sonuncunun oğlu imamməddin Muradlını "xxxx" MMC-də layihə rəhbəri kimi işə düzəldəcəyi barədə ona vəd verib bu adla uydurduğu yalana inandıraraq onun etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edib guya onun işinin həll edilməsi müqabilində aidiyyəti şəxslərə çatdırılması adı ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası qarşısında 10.100 manat pul vəsaitini ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs özünü nüfuzlu şəxs kimi təqdim etməklə sonuncunu “SOCAR”-da mühafizəçi kimi işə düzəldəcəyi barədə ona vəd verib bu adla uydurduğu yalana inandıraraq onun etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib guya onun işinin həll edilməsi müqabilində aidiyyəti şəxslərə çatdırılması adı ilə xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanı qarşısında 1.000 manat pul vəsaitini, habelə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Bazarstore" mağazasındakı “Million” ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 13:24- də 700 manat pul vəsaitini istifadəsində olan “Leo Bank"-a məxsus 4098-5844-9790- 0876 saylı bank kartına köçürtdürməklə ümumilikdə 1.700 manat pul vəsaitini vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlığa çıxdıqdan sonra heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti qənaətbəxş olmamışdır. 2024-cü ilin may ayında o, “TikTok” sosial şəbəkəsi vasitəsilə Şahid2 ilə tanış olmuş və sonradan onunla qeyri-rəsmi, sevgi münasibəti yaranmışdır. Şahid2 həqiqətə uyğun olmayan məlumat verərək guya “Rüfət” adlı dostunun olduğunu, həmin şəxsin "xxxx" şirkətində layihə rəhbəri vəzifəsində çalışdığını və əgər kimsə həmin şirkətə işə düzəlmək istəsə, Rüfətin vasitəsi ilə bunu təmin edə biləcəyini söyləmişdir. Dəqiq xatırlamadığı tarixdə Şahid2 ona mobil telefon vasitəsilə zəng edərək İmaməddin adlı tələbəsinin olduğunu, hazırda işlədiyi iş yerindəki əmək haqqından narazı olduğunu və buna görə iş yerini dəyişmək istədiyini bildirmişdir. O, Şahid2 tanışı İmaməddinin "xxxx" MMC-də layihə rəhbəri vəzifəsinə işə düzəldilə biləcəyini və həmin vəzifədən aylıq 2.500 (iki min beş yüz) manat məbləğində əmək haqqı alacağını bildirmiş, məqsədi bu yalan bəyanat vasitəsilə pul əldə etmək olmuşdur. O, Şahid2 yalandan bildirmişdir ki, "xxxx" MMC-də layihə rəhbəri vəzifəsi boşdur və həmin işdə əmək haqqı 2.500 manat təşkil edir. Həmçinin ümumi layihə rəhbərinin “Rüfət” adlı şəxs olduğunu və işə düzəlmənin yalnız “Rüfət” vasitəsilə mümkün olduğunu demişdir. O, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs ilə 20 Yanvar metrostansiyasının qarşısında görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs 10.100 manat məbləğində pulu sayaraq təhvil alaraq pulu alarkən onun heç bir iş görmək niyyəti olmamış və yalandan vəd vermişdir. Görüş zamanı hər iki tərəf həm o, həm də Zərərçəkmiş şəxs tək olmuşdur. Pulu aldığı zaman Zərərçəkmiş şəxs bu işi layihənin rəhbəri olan ‘Rüfət’ adlı şəxsin vasitəsi ilə bir ay müddətində həll edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs və digər əlaqədar şəxslərə “COP 29 tədbiri ilə bağlı işin həlli məsələsi uzandığını və qısa müddət ərzində işin həll olunacağını bildirmiş, onlar bu məlumatlara inanmışlar. Həmin dövrdə mobil telefon vasitəsilə danışıq zamanı Zərərçəkmiş şəxs özünün işsiz olduğunu bildirərək ona münasib bir iş tapmasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs yalandan münasib bir iş tapacağı barədə söz vermişdir. 2024-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs zəng etmiş və ona bildirmişdir ki, “SOCAR” şirkətində mühafizəçi vəzifəsinə işə düzəldə bilər və bunun üçün 1.700 manat pul tələb olunur. O, heç bir niyyətlə işin həllini reallaşdırmaq istəməmiş və məqsədi yalnız Zərərçəkmiş şəxs və onun oğlunu aldadaraq pulunu ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs razılaşmış, ona hazırda 1.000 manat pulu olduğunu, onu dərhal verməyi, qalan 700 manatı isə bir həftə ərzində verəcəyini bildirmiş, o, Zərərçəkmiş şəxs təklifi ilə razılaşmışdır. Zərərçəkmiş şəxs onu yaşadığı mənzilə çağırmış, 21 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində onlar Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısında, yəni ünvan 3 ünvanı qarşısında görüşmüş və Zərərçəkmiş şəxs orada 1.000 manat pulu sayaraq ona vermişdir. O yalandan Zərərçəkmiş şəxs işini qısa müddət ərzində həll edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs ona qalan 700 manat pulu bir həftə ərzində verəcəyini demişdir və o, razılaşaraq çıxıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 11 oktyabr 2024-cü il tarixdə, saat 13:24-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Bazarstore” mağazasında yerləşən “Million Ödəmə” terminalından əvvəlcədən göndərdiyi “Leo Bank”a məxsus **********900876 saylı hesab kartına 700 manat pulu göndərmişdir. Pulu hesab kartına göndərdikdən sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və bu barədə məlumat vermişdir. O isə Zərərçəkmiş şəxs qısa müddət ərzində hər iki işin həll olunacağını bildirmişdir. Sonrakı dövrdə Zərərçəkmiş şəxs və onun oğlu İmaməddin onunla mütəmadi olaraq əlaqə saxlamış, bir müddət keçdikdən sonra o, ümumiyyətlə mobil telefonlara cavab verməmişdir. Zərərçəkmiş şəxs və onun oğlunu aldadaraq ələ keçirdiyi ümumilikdə 11.800 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin puldan nə Mədinə Mikayıl qızına, nə “Rüfət” adlı şəxsə, nə də hər hansı digər şəxsə verilməmişdir. Ümumiyyətlə, “Rüfət” adlı şəxs mövcud deyildir. Onun bu adla Vahid və oğlunu inandırmaqda məqsədi yalnız pulunu ələ keçirmək olmuşdur və bu məqsəd üçün yalan məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2003-cü ildən ünvan 3 ünvanında yaşayır. Oğlu Şahid1 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbi bitirmişdir. O, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) vasitəsilə keçirilən qəbul imtahanında 350 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsinin İstilik Energetikası mühəndisliyi ixtisasına qəbul olunmuşdur. Şahid1 2020-ci ildə bakalavr təhsilini başa vurmuş və həmin il ADNSUda magistraturaya qəbul olunmuşdur. O, 2022-ci ildə magistratura təhsilini uğurla tamamlamışdır. Şahid1 2022-ci ilin 1 iyun tarixindən X4 Cəmiyyətinin "xxxx" MMC-də nəzarətçi maşinist vəzifəsində işə qəbul olunmuş və hazırda həmin müəssisədə çalışır. O, bu işdə 835 manat əmək haqqı alır. Oğlu burada öz işi üzrə təcrübə topladıqdan sonra Almaniyaya getmək və həmçinin hazırda işlədiyi müəssisədə əmək haqqının onu qane etməməsi səbəbindən iş yerini dəyişmək niyyətində olmuşdur. Bununla əlaqədar olaraq oğlu Şahid1 alman dili kursuna getmişdir. O, 2024-cü ilin fevral ayından Şahid2 ilə onlayn qaydada alman dilini öyrənmiş, Mədinə xanıma aylıq 150 manat ödəmişdir. Oğlu Şahid1 alman dili müəlliməsi Mədinə xanımı dostunun məsləhəti ilə tapmış, Mədinə xanım 20 ilə yaxın Almaniyada yaşamış və alman dilini mükəmməl bilmişdir. Oğlu dərslərə başlamazdan əvvəl Mədinə xanıma bildirmişdir ki, alman dilini öyrənməkdə məqsədi Almaniyaya gedərək ixtisası üzrə daha yüksək təcrübə toplamaqdır. Həmçinin o, hazırda işlədiyi müəssisədə əmək haqqının onu qane etmədiyi üçün əmək haqqısı daha yüksək olan digər bir iş yerinə keçmək niyyətində olduğunu qeyd etmişdir. Mədinə xanım İmaməddinin Almaniyaya getmək istədiyini və iş yerini dəyişmək niyyətində olduğunu bilmiş, həmin vaxt Mədinə xanım İmaməddinə bildirmişdir ki, o, qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs Məlik oğlunun vasitəsilə "xxxx" MMC-də iş imkanını təşkil edə bilər və əgər İmaməddin istəyirsə, Ümidlə danışa bilər. Oğlu İmaməddin həmin təklifi qəbul etmişdir. Mədinə xanım Ümidlə əlaqə saxladıqdan sonra İmaməddinə "xxxx" MMC-də layihə rəhbəri vəzifəsinə düzəldə biləcəyini demişdir. Daha sonra Mədinə xanım Ümidin mobil nömrəsini İmaməddinə vermiş və oğlu Ümidlə mobil telefon vasitəsilə danışmışdır. Ümid İmaməddinə "xxxx" MMC-də layihə rəhbəri vəzifəsinin boş olduğunu və həmin işdə əmək haqqının 2.500 manat olduğunu bildirmişdir. X3 bildirmişdir ki, "xxxx" MMC-də ümumi layihə rəhbəri “Rüfət” adlı şəxsdir və o, İmaməddini həmin işə “Rüfət” adlı şəxsin vasitəsilə düzəldə bilər. Ümid İmaməddinə əlavə olaraq bu işin həll edilməsi üçün 10.100 manat pul lazım olduğunu demişdir. Bununla bağlı oğlu ona mobil telefonla zəng vuraraq məlumat vermiş, İmaməddinin gələcəyini nəzərə alaraq razılıq vermişdir. Daha sonra o, Ümidin mobil nömrəsini almış və Ümidlə əlaqə saxlamışdır. Ümid ona İmaməddinə dediklərini təkrar bildirmiş və o, razılıq vermişdir. Bu razılaşma əsasında o, Təqsirləndirilən şəxs ilə 16 sentyabr 2024-cü il tarixində, saat 11 radələrində 20 Yanvar metrostansiyasının qarşısında görüşmüş və 10.100 manat pulu sayaraq Təqsirləndirilən şəxs təhvil vermişdir. Pulu alarkən Ümid ona bildirmişdir ki, “bu işi layihənin rəhbəri olan ‘Rüfət’ adlı şəxsin vasitəsi ilə bir ay müddətində həll edəcəkdir.” Sonra onlar İmaməddinin işinin həll olunmasını gözləməyə başlamışlar. O, Mədinə xanımla da mobil telefonla əlaqə saxlamışdır. Mədinə xanım ona demişdir ki, “narahat olma, bu işi tanışı Təqsirləndirilən şəxs Məlik oğlu və ‘Rüfət’ adlı şəxs həll edəcəklər.” O, Mədinə xanımın sözünə inanmışdır. Bir ay tamam olduqdan sonra onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışlar. Ümid onlara bildirmişdir ki, “COP 29 tədbiri ilə bağlı işin həlli məsələsi uzanır,” lakin qısa müddət ərzində işin həll olunacağını qeyd etmiş, onlar Ümidin sözünə inanmışlar. Həmin ərəfələrdə o, Təqsirləndirilən şəxs özünün də işsiz olduğunu bildirib və ona münasib bir iş tapmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs ona münasib bir iş tapacağı barədə söz vermişdir. 2024-cü ilin sentyabr ayının sonlarında Ümid ona zəng edərək “SOCAR”da mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini və bunun üçün 1.700 manat pul lazım olduğunu demiş, o, Ümidin təklifini qəbul etmişdir. O, Ümidə bildirmişdir ki, hazırda 1.000 manat pulu var və həmin pulu dərhal verəcək, qalan 700 manatı isə bir həftə ərzində ödəyəcəkdir. Ümid dərhal razılaşmışdır. O, 21 sentyabr 2024-cü il tarixində, saat 12 radələrində ünvan 3 ünvanı qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və orada 1.000 manat pulu sayaraq ona vermişdir. Ümid işin qısa müddət ərzində həll olunacağını bildirmişdir. O, qalan 700 manat pulu bir həftə ərzində ödəyəcəyini demiş və Ümid razılaşaraq oradan çıxmışdır. 11 oktyabr 2024-cü il tarixində, saat 13:24-də o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Bazarstore” mağazasında yerləşən “Milli Ödəmə” terminalından Ümidin əvvəldən göndərdiyi “Leo Bank”a məxsus **********900876 saylı hesab kartına 700 manat pulu göndərmişdir. Pulun köçürülməsindən sonra Ümidə zəng edərək məlumat vermiş və Ümid ona qısa müddət ərzində hər iki işin həll olunacağını bildirmişdir. O, Ümidin sözünə razılaşmışdır. Sonra oğlu İmaməddin də Ümidlə mütəmadi olaraq əlaqə saxlamışdır. Bir müddət keçdikdən sonra Ümid bəhanələr gətirməyə başlamış və onu aldadılğını göstərmişdir. O, Ümidin ona verdiyi ümumilikdə 11.800 manat pulu geri tələb etməyə başlamışdır. Lakin Təqsirləndirilən şəxs bu günə qədər həmin pulu geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixində 10.100 manat pulu oğlu İmaməddini "xxxx" MMC-də layihə rəhbəri vəzifəsinə düzəltməsi üçün, 21 sentyabr 2024-cü il tarixində 1.000 manat və 11 oktyabr 2024-cü il tarixində 700 manat pulu isə onu “SOCAR”da mühafizəçi vəzifəsinə düzəltməsi üçün vermişdir. O, Şahid2 və Rüfətin də Ümidlə əlbirlik etdiyini, bu əlbirliyin məhkəməyə təqdim etdiyi səs yazılarından da aydın eşidildiyini bildirmiş və buna görə də işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Cinayət işinin yenidən araşdırılması üçün ibtidai araşdırmaya qaytarılmadığı halda mülki iddianın təmin edilməsini Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 11800 (on biir min səkkiz yüz) manat və 125.4 (yüz iyirmi beş manat qırx qəpik) dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən ünvan 3 ünvanında yaşayır. O, 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbi bitirmiş və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) vasitəsilə imtahan verərək 350 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin İstilik Energetikası mühəndisliyi ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə o, bakalavr təhsilini başa vurmuş və ADNSU-da magistraturaya qəbul olunmuşdur. 2022-ci ildə magistraturanı uğurla bitirmişdir. O, 2022-ci ilin 1 iyun tarixindən X4 Cəmiyyətinin "xxxx" MMC-də nəzarətçi maşinist vəzifəsində işə qəbul olunmuş və hazırda həmin müəssisədə çalışır. O, burada 835 manat əmək haqqı alır. O, öz işi üzrə təcrübə topladıqdan sonra Almaniyaya getmək və hazırda işlədiyi yerdən aldığı əmək haqqı onu qane etmədiyi üçün iş yerini dəyişmək niyyətində olmuşdur. Bunun üçün o, alman dili kursuna getmiş, 2024-cü ilin fevral ayından Şahid2 ilə onlayn qaydada alman dilini öyrənmiş və Mədinə xanıma aylıq 150 manat ödəmişdir. O, Mədinə xanımı dostunun məsləhəti ilə tapmışdır. Mədinə xanım 20 ilə yaxın Almaniyada yaşamış və alman dilini mükəmməl bilir. Mədinə xanıma dərslərə başlamazdan əvvəl İmaməddin onunla danışaraq alman dilini öyrənməkdə məqsədinin Almaniyaya gedərək ixtisası üzrə daha yüksək təcrübə toplamaq olduğunu bildirmişdir. Həmçinin o, hazırda işlədiyi müəssisədən aldığı əmək haqqının onu qane etmədiyini və buna görə də əmək haqqısı daha yüksək olan digər bir iş yerinə keçmək niyyətində olduğunu Mədinə xanıma demişdir. Bu səbəbdən Mədinə xanım İmaməddinin Almaniyaya getmək və iş yerini dəyişmək istədiyini bilmişdir. Həmin vaxt Mədinə xanım ona qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs Məlik oğlunun vasitəsilə "xxxx" MMC-də işə düzəldə biləcəyini bildirmiş və əgər istəyirsə, Ümidlə əlaqə saxlaya biləcəyini demişdir. O, həmin vaxt Mədinə xanımın təklifini qəbul etmişdir. Mədinə xanım Ümidlə danışdıqdan sonra ona Ümidin "xxxx" MMC-də layihə rəhbəri vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra Mədinə xanım Ümidin mobil nömrəsini ona vermiş və o, Ümidlə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Ümid ona bildirmişdir ki, "xxxx" MMC-də layihə rəhbəri vəzifəsi boşdur və həmin işdə əmək haqqı 2.500 manatdır. Həmçinin Ümid ona ümumi layihə rəhbərinin “Rüfət” adlı şəxs olduğunu və işin həmin şəxsin vasitəsilə həll ediləcəyini demişdir. Ümid əlavə olaraq işin həll olunması üçün 10.100 manat tələb olunduğunu bildirmişdir. Bununla bağlı o, atasına, Vahid Muradlıya mobil telefonla zəng vuraraq məlumat vermişdir. Atası onun gələcəyini nəzərə alaraq razılıq vermişdir. Atası Ümidin mobil nömrəsini almış və Ümidlə əlaqə saxlamışdır. Ümid atasına əvvəl dediklərini təkrar etmiş və atası razılaşmışdır. Bu razılaşma əsasında atası Vahid Muradlı 16 sentyabr 2024-cü il tarixində, saat 11 radələrində, 20 Yanvar metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş və 10.100 manat pulu sayaraq Ümidə təhvil vermişdir. Həmin vaxt Ümid atasına bildirmişdir ki, iş layihə rəhbəri “Rüfət” adlı şəxsin vasitəsi ilə bir ay müddətində həll olunacaqdır. Daha sonra atası Mədinə xanımla mobil telefonla əlaqə saxlamış və Mədinə xanım ona demişdir ki, “narahat olma, bu işi tanışı Təqsirləndirilən şəxs və ‘Rüfət’ adlı şəxs həll edəcəklər.” Atası Mədinə xanımın sözünə inanmışdır. Bir ay tamam olduqdan sonra onlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışlar. Ümid onlara bildirmişdir ki, “COP 29 tədbiri ilə bağlı işin həlli uzanır,” lakin qısa müddət ərzində işin həll olunacağını demişdir. Onlar Ümidin sözünə inanmışlar. Həmin ərəfələrdə atası Ümidə özünün də işsiz olduğunu bildirərək ona münasib bir iş tapmağı xahiş etmişdir. Ümid də atasına münasib bir iş tapacağı barədə söz vermişdir. 2024-cü ilin sentyabr ayının sonlarında Ümid atasına zəng edərək “SOCAR”da mühafizəçi vəzifəsinə işə düzəldə biləcəyini və bunun üçün 1.700 manat lazım olduğunu bildirmişdir. Atası razılıq vermişdir. 21 sentyabr 2024-cü il tarixində, saat 12 radələrində, atası yaşadıqları mənzilin qarşısında, yəni ünvan 3 ünvanında Təqsirləndirilən şəxs ilə görüşmüş və 1.000 manat pulu sayaraq ona vermişdir. Atası 11 oktyabr 2024-cü il tarixində, saat 13:24-də, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Bazarstore” mağazasında yerləşən Milli Ödəmə terminalından Ümidin əvvəlcədən göndərdiyi “Leo Bank”a məxsus **********900876 saylı hesab kartına 700 manat pulu göndərmişdir. Bir müddət keçdikdən sonra Ümid bəhanələr gətirməyə başlamış və atasının ona verdiyi ümumilikdə 11.800 manat pulu geri qaytarmadığını göstərmişdir. Atası bu səbəbdən Ümiddən pulu geri tələb etməyə başlamışdır. Atasının Təqsirləndirilən şəxs verdiyi 16 sentyabr 2024-cü il tarixindəki 10.100 manat pulu İmaməddini "xxxx" MMC-də layihə rəhbəri kimi işə düzəltməsi üçün, 21 sentyabr 2024-cü il tarixindəki 1.000 manat və 11 oktyabr 2024-cü il tarixindəki 700 manat pulu isə atasının özünü “SOCAR”da mühafizəçi kimi işə düzəltməsi üçün verdiyini bildirmişdir. Atası Mədinə xanıma heç bir pul verməmişdir. Mədinə xanım sadəcə onları Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Atası “Rüfət” adlı şəxsə pul verməmiş və həmin şəxsi tanımır, onun anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən 2021-ci ilin 11 fevral tarixinədək Almaniya Federativ Respublikasının Gelsenkirchen şəhərində yaşamışdır. O, 2007–2011-ci illər ərzində Essen Universitetinin alman və türk dilləri bölməsində ali təhsil almışdır. O, 2011-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 29 may 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. O, 2021-ci ilin fevral ayından etibarən həyat yoldaşı Özkan Gəncədən ayrı yaşamış, lakin rəsmi boşanma rəsmiləşdirilməmişdir. O, qızı Rüya ilə birlikdə 11 fevral 2021-ci il tarixdə Bakı şəhərinə qayıtmış və kirayədə yaşamağa başlamışdır. O, Bakı şəhərinə qayıtdıqdan sonra müxtəlif sahələrdə fərqli işlərdə çalışmışdır. O, 2024-cü ilin dekabr ayından etibarən onlayn formada alman dili tədris etməyə başlamışdır. O, 2024-cü ilin may ayında “TikTok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonradan onunla sevgili münasibətində olmuşdur. Təqsirləndirilən şəxs ona özünü polis əməkdaşı kimi təqdim etmiş və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olduğunu demişdir. Ümid ona bildirmişdir ki, Rüfət adlı bir dostu var və həmin şəxs "xxxx" MMC-də layihə rəhbəridir, bu səbəbdən həmin şirkətə kimsə işə düzəlmək istəsə, bunu Rüfətin köməyi ilə həll edə bilər. O isə Ümidlə sevgili münasibətində olduğundan deyilənlərə inanmışdır. Şahid1 ondan alman dili dərsləri almışdır. O, İmaməddindən aylıq 150 manat tədris haqqı almış, İmaməddin onunla dərslərə başlayarkən alman dilini öyrənməkdə məqsədinin gələcəkdə Almaniyaya gedərək orada ixtisası üzrə daha yüksək təcrübə qazanmaq olduğunu demişdir. Həmçinin İmaməddin ona Azərenerji ASC-nin Qobu ES MMC-də nəzarətçi maşinist vəzifəsində işlədiyini və 850 manat əmək haqqı aldığını bildirmişdir. O, həmin əmək haqqının onu qane etmədiyini və daha yüksək maaşlı bir işə keçmək istədiyini də qeyd etmişdir. İmaməddin ondan əgər belə iş imkanı olarsa, ona xəbər verməsini xahiş etmişdir. O isə yaxşılıq etmək məqsədilə İmaməddinə demişdir ki, Təqsirləndirilən şəxs tanışı olan Rüfət adlı vəzifəli şəxs vasitəsilə onu "xxxx" MMC-də layihə rəhbəri kimi işə düzəldə bilər. İmaməddin dərhal ondan Ümidlə danışmağı xahiş etmişdir. O, Ümidlə danışmış və Ümid ona İmaməddini "xxxx" MMC-də layihə rəhbəri kimi işə düzəldə biləcəyini, həmin vəzifənin əmək haqqının isə 2.500 manat olduğunu demişdir. O, bu məlumatları İmaməddinə çatdırmış və Ümidin ***-***-**-** nömrəli mobil əlaqə nömrəsini İmaməddinə vermişdir. Bundan sonra İmaməddinlə Ümid arasında baş verən proseslərdən onun heç bir xəbəri olmamışdır. Bir müddət sonra Ümid ona bildirmişdir ki, İmaməddinin atasından İmaməddini "xxxx" MMC-yə layihə rəhbəri vəzifəsinə düzəltmək üçün 10.100 manat, həmçinin atası Zərərçəkmiş şəxs “SOCAR”da mühafizəçi kimi işə düzəltmək üçün isə əlavə 1.700 manat məbləğində pul aldığını demişdir. O, Ümidə bu işi necə həll edəcəyini soruşduqda Ümid ona bu işi Rüfət adlı dostunun vasitəsilə həll edəcəyini, aldığı pulların bir hissəsini də həmin “Rüfət” adlı şəxsə verəcəyini bildirmişdir. Daha sonra o öyrənmişdir ki, Təqsirləndirilən şəxs nə İmaməddinin, nə də Zərərçəkmiş şəxs işini həll etmiş, əksinə onları aldadaraq ümumilikdə 11.800 manat məbləğində pulu ələ keçirmişdir. Baş vermiş bu hadisə ilə əlaqədar olaraq İmaməddin onunla alman dili dərslərini davam etdirməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs onun tanışı Təqsirləndirilən şəxs 10.100 manat pulu oğlu İmaməddini "xxxx" MMC-də layihə rəhbəri kimi işə düzəltmək üçün, 1.700 manat pulu isə özünü “SOCAR”da mühafizəçi kimi işə düzəltmək üçün vermişdir. Ona heç bir şəxs tərəfindən pul verilməmişdir. O, yalnız yaxşılıq məqsədilə tələbəsi İmaməddini Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Digər məsələlərdən onun heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona heç bir pul verməmişdir. “Rüfət” adlı şəxslə Ümid vasitəsilə tanış olmuşdur. Bu məsələ ilə bağlı zərərçəkmiş şəxs şikayət etdikdə o Rüfətə zəng vuraraq zərərçəkmişin ondan da, Rüfətdən də şikayət edəcəyini bildirmiş, Rüfət isə yanında başqa adam olduğunu bildirərək danışa bilmədiyini, özünün Ümidlə danışacağını qeyd etmişdir. Ümid onun Rüfətə zəng vurduğunu öyrəndikdə çox qəzəblənmiş və ona qarışmamağını tapşırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti sonuncu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən “Bazarstore” mağazasında yerləşən ödəniş terminalı vasitəsilə ələ keçirilmişdir. (i.v. 5-7). “Şübhəli şəxsin tutulması haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 73-74). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-283/2025 nömrəli, 13 iyun 2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablanılmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 107-111). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1212/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (i.v. 113-115). “CD diskə baxış keçirilməsi haqqında” 26 avqust 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş CD diskdəki səsyazıları təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs və X1 məxsusdur. CD diskə onun iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs səsyazılarının ona məxsus olduğunu təsdiq etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, səsyazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq, onun özünü və oğlu Şahid1 işə düzəltmək adı ilə ümumilikdə 11.800 manat pul vəsaitini ələ keçirməsi barədə danışıqlar aparır. CD disk cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən sübut kimi qəbul edilərək iş materiallarına əlavə olunmuşdur. (i.v. 124). "Sübutların qiymətləndirilməsi haqqında” 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, içərisində səs yazılar olan CD maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 142-151). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 22 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Aktının 4, 9.2.3, 9.3 və 18-ci bəndlərinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ay azaldılaraq 2 il 3 ay olaraq müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 4 ay 20 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (i.v. 33-35). Sumqayıt şəhər Məhkəməsinin 1(060)-89/2021 nömrəli, 07 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-453/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 89/2021 saylı 07 may 2021-ci il tarixli hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün və 13 mart 2021-ci il tarixdən 06 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablanması nəzərə alınaraq, 07 (yeddi) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-348/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 04 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 01 ay 14 günü CM-nin 68.1.1-1ci maddəsinə əsasən 06 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə mürcaiət edərək vurulmuş maddi ziyana görə 11800 (on bir min səkkiz yüz) manat və 125.4 (yüz iyirmi beş manat qırx qəpik) dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə verilmiş mülki iddia ərizəsini iş materialları ilə əlaqəli surətdə təhlil edərək Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməsi faktının təsdiq olunduğunu, bununla da, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 11800 (on biir min səkkiz yüz) manat məbləğində maddi ziyan dəyməsinin öz təsdiqini taparaq sübuta yetirildiyini nəzərə alaraq verilmiş mülki iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin və MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 11800 (on bir min səkkiz yüz) manat və 125.4 (yüz iyirmi beş manat qırx qəpik) dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Mülki iddiaçı təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 11800 (on biir min səkkiz yüz) manat və 125.4 (yüz iyirmi beş manat qırx qəpik) dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 35 iş saatına görə 385 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar