Məhkəmə qərarları › İş №1(008)-658/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-658/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-658/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü ildə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4, 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 29,177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 yanvar 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixinədək olan müddət ərzində Ns xxxxxxx000201 saylı əmək müqaviləsi əsasında fəhlə çalışdığı Sabunçu Rayon Polis İdarəsinin inzibati ərazisinə daxil olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Abşeron rayonu X6 yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin istehsalat emalatxanasından hər bir kqnın qiyməti 15 manat olmaqla ümumilikdə üzərində izolyasiya təbəqəsi olmayan, bir ədədinin diametri təxminən 0,2 mm olan, çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət naqil nümunələri mis əsaslı ərintidən hazırlanmış 2971,91 kq çəkidə kabelləri doğrayıb hissələrə ayıraraq özü ilə gətirdiyi torbalara yığıb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 44578 manat 65 qəpik dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, daha sonra vahid cinayətkar niyyətlini başa çatdırmaq üçün 23 noyabr 2023-cü il tarixdə saat 13 radələrlndə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Abeşoron rayonu X6 yerləşən “AZƏRGÖKTEL" Məhdud Məsuliyyətli Cəmiyyətin istehsalat emalatxanasından həmin MMC-yə məxsus hər kiloqramının qiyməti 15 manat olmaqla üzərində izolyasiya təbəqəsi olmayan, bir ədədinin diametri təxminən 0,2 mm olan, çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət naqil nümunələri mis əsaslı ərintidən hazırlanmış ümumilikdə dəyəri 196 manat 35 qəpik təşkil edən 13,09 kq çəkidə kabelləri doğrayıb hissələrə ayıraraq özü ilə gətirdiyi torbalara yığıb aparmaq istəyərkən həmin yerdə xidmət aparan əməkdaşlar tərəfindən aşkar olunmaqla hadisə yerində saxlanılması səbəbindən zərərçəkmiş hüquqi şəxs “AZƏRGÖKTEL" MMC-yə məxsus ümumilikdə 196 manat 35 qəpik dəyərində kabelləri gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməllərini öz iradəsindən asılı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.4 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 4 il müddətdir ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Sovxoz yaşayış massivində yerləşən “AzərGöktel" MMC-də operator vəzivəsində çalışmışdır. Qeyd olunan MMC elektrik naqilləri istehsal edirdi. Onun iş saatı hər gün bazar günü istisna olmaqla səhər saat 09-dan axşam saat 18:00-dək davam etmişdir. Təxminən 2023- cü ilin yanvar ayının 15-də maddi vəziyyəti pis olduğundan o, çalışdığı MMC-dən mıs naqillər oğurlayaraq satıb maddi gəlir əldə etmək qərarına gəlmişdir. Bundan sonra o, 22 noyabr 2023-cü il tarixinədək hər gün səhər işə gəldikdən sonra bir qədər öz işləri ilə məşğul olduqdan sonra təxminən 4-5 kq mis naqili kəsərək əynində olan paltarın ciblərində və qasığ hissəsində gizlədərək MMC-nin ərazisindən bayıra çıxıb həmin vaxt kirayə yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük yaşayış massivi nömrəsiz evə mənzilə gələrək mənzilin həyətində gizlətmişdir. Həmin mis naqilləri həftədə bir dəfə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən “Türk Metal” adı altında fəaliyyət gösrsədən əlvan metalların qəbulu yerində adını xatırlamadığı alıcıya hər kiloqramını 11 manata satırmışdır. 21 noyabr 2023-cü il tarixdə atası Ziyadxan Mütəllimova məxsus “Chevrolet markalı Gruze” modelli **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işə gəlmişdir. Həmin gün bir qədər mis naqil çıxarmış və həmin avtomobilin arxa ayaqaltına yığmışdır. 23 noyabr 2023-cü il tarixdə saat təxminən 13 radələrində işdə olan zaman bir qədər mis naqili üzərində gizlədərək nəzarət buraxılış məntəqəsindən keçmişdir. Həmin naqilləri avtomobilə qoyaraq yenidən MMC-yə gəlmişdir. İkinci dəfə də yenə bir qədər mis naqili üzərində gizlədərək bayıra çıxaraq avtomobilə yığmaq istəyərkən MMC-nin müdüri Fərman müəllim onu yanına çağırmış və videoçəkiliş ilə üstümə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən mis naqillər aşkar olunmuşdur. Bundan sonra onun avtomobilinə baxış keçirilmişdir. Oradanda mis naqillər aşkar olunmuşdur. Həmin naqillər təxminən 14 kq çəkidə olmuşdur. O, qeyd etdiyi cinayət hadisələrini tək törətmişdir, lakin bir dəfə onun iş yoldaşı İlkin onun ilə birlikdə MMC-dən oğurladığı mis naqilləri satmağa getmişdir. Gedən zaman o İlkinə hara getməyi və nə üçün getdiyi barədə məlumat verməmişdir. Mis naqilləri satdıqdan sonra sonuncunun məlumatı olmuşdur ki, o, həmin naqilləri birlikdə işlədikləri MMC-dən oğurlamışdır.Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. İlk dəfə cinayət törətmişdir. Atası onkoloji xəstədir. Uşağının da səhhətində problem var, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilm\sini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin direktoru X10 məhkəmə iclasında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. MMC-də fəhlə işləyən Təqsirləndirilən şəxs mis naqilləri oğurlamasını müəyyən etmişlər. 22 noyabr 2023cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs MMC-nin ərazisindən bayıra çıxan zaman sonuncunu xidməti otağına dəvət etmişdir. Həmin vaxt sonuncunun üzəri videoçəkiliş ilə yoxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən təxminən 7 kq mis naqil aşkar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilənə baxmışlar və oradan da təıxminən 7 kq mis naqil aşkar edilmişdir. Bundan sonra sonuncudan bu hərəkətinin izahını tələb etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2023-cü ilin fevral ayından həmin gunə qədər 660 kq mis naqil oğurlamışdır. 23 noyabr 2023-cü ildə işçilərlə birlikdə anbarda yoxlama keçirilmişdir. Həmin vaxt məlum olmuşdur ki, 2 ton 985 kq mis naqil çatışmazlıq vardır. Baş vermiş hadisə zamanı 2 ton 985 kq mis naqil oğurlanmışdır. Həmin naqilin 1 kq-nın qiyməti 15 manatdır. Bu səbəbdən MMC-yə 44775 manat maddi ziyan dəymişdir. Oeyd olunan çəki 23 noyabr 2023-cü il tarixində MMC-də aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən MMC-yə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, "xxxx" MMCdə mühafizəçi vəzifəsində çalışır. Onun iş vaxtı həftənin tək günləri və bazar günləridir. İş saatı hər gün səhər saat 09-dan gecə 01-dək davam edir. O, işə başladıqdan sonra MMCyə daxil olan və oradan aparılan bütün malların şəklini çəkərək “whatsap” sosial şəbəkəsində zavodun əməkdaşları olan qrupa atır. Zavodda çalışan əməkdaşların zavodun ərazisini tərk edərkən üzərləri yoxlanılır. Onun çalışdığı dövrdə hər hansısa bir əməkdaşın müəssisədən hər hansısa bir əşyanın qeyri-qanuni olaraq aparmasının şahidi olmamışdır. 22 noyabr 2023-cü il tarixdə işdə olan vaxt saat təxminən 12 radələrində zavodda çalışan Raman işdən getdiyini və yenidən qayıdacağını bildirmişdir. O, sonuncunun badəni üzərinə baxış keçirmişdir. Ramanın üzərində heçnə aşkar etməmişdir. Təxminən 15 dəqiqə sonra Raman geri qayıtmış və bildirmişdir ki, zavodda yarımçıq işi qalıb onu tamamlayıb yenidən gedəcəkdir. Bundan təxminən bir saat sonra Raman yenidən qapıya yaxınlaşmış və bildirmişdir ki, 5 dəqiqəyə evə dəyib qayıdacaqdır. Ramanın üzərini yoxladıqdan sonra sonuncu çölə çıxmışdır. Bu zaman zavodun müdiri Fərman və Natiqdə gəlmiş və bayıra çıxmışlar. Fərman və Naiq Ramanı geri zavoda gətirmişlər. Qapıdan keçən vaxt Fərman müəllim bildirmişdir ki, Raman zavoddan mis naqil oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, təxminən 4 il müddətdir ki, "xxxx" MMC-də istehsalat operatoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs 3 il müddətdir ki, tanıyır. Raman onunla birlikdə "xxxx" MMC-də istehsalat operatoru vəzifəsində çalışmışdır. Onun iş saatı həftənin 6 günü hər gün səhər saat 09-dan 18:00dək davam edir. MMC-nin ərazisini tərk edəndə mühafizəçilər işçilərin üzərinə baxış keçirirlər. Təxminən 3 ay bundan öncə axşam saatlarında o, işdən çıxdıqdan sonra yaşadığı mənzilə getmişdir. Mənzildə olan zaman Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq onunla şəhərə getməyi ondan xahiş etmişdir. O, Ramanla razılaşmışdır. Bundan təxminən 10 dəqiqə sonra Raman dövlət qeydiyyat nömrəsini, markasını və modelini xatırlamadığı taksi ilə onun yaşadığı mənzilin yaxınlığına gələrək onu götürmüşdür. Onlar birlikdə Sabunçu qəsəbəsinə gəlmişlər. Sabunçu qəsəbəsində yerləşən dəqiqi ünvanını xatırlamadığı əlvan metalların alışı və satışı ilə məşğul olan yerə gəlmişlər. Raman təxminən 15-20 kq çəkidə olan mis naqilləri həmin yerə satmışdır. O, həmin naqilləri gördükdə anlamışdır ki, Raman həmin naqilləri çalışdıqları zavoddan götürüb. Onlar yaşadıqları yerə birlikdə qayıdan zaman o, Ramandan hansı səbəbdən belə bir addım atdığını soruşmuş, Raman pula ehtiyacı olduğunu bildirmişdir. Ramanın oğurluq etməsindən əvvəlcə məlumatı olmamışdır. . İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Südçülük sovxozunda yerləşən "xxxx" MMC-nin binasına MMC-nin nümayəndəsinin, hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. - zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs, şirkətin etibarnaməsi əsasında isə Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. - axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 ay 18 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Masallı rayon icra hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Güllütəpə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır. 1) arvadı-X3xx.xx.1998; 2) oğlu-X5-xx.xx.2022 - Masallı rayon icra hakimiyyəti başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində qanuna zidd hərəkət etməmiş, onun barəsində hal-hazıra kimi ərazi nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - AR SN Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş ambulator kartdan arayışdan görünür ki, X1 C64 böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi pT2N0M0 mərhələ İİ diaqnozu qoyulmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında xx.xx.2022-ci il tarixdə nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin iyul ayının 5-ci günündə 2899 nömrəli qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X2r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/6519-9/9762 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 13,09 kq kütləli (ümumi kütlə), üzərilərində izolyasiya təbəqəsi olmayan, bir ədədinin diametri təxminən 0,2 mm olan, çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət naqil nümunələri mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, tədqiqata təqdim edilmiş 1 kq misin qırıntı kimi 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 13,50 manat, 13,09 kq mis 176,70 manat müəyyən edilir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 13,09 kq mis naqillər, 01 ədəd yaddaş kartı maddi sübut kimi tanınmış və mis naqillər zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmış, 01 ədəd yaddaş kartı cinayət işinin materiallarına əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona Azərbaycan Respublikası CMnin 177.2.4 və 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)- 151/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina olunmuş və dərhal məhkəmə iclas zalından azad olunmuşdur. - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 29, 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 25 iyun 2003-cü il tarixli qərarının 15-ci bəndinin ikinci hissəsinə görə başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CMin 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, himayəsində azyaşlı uşağının olmasını, xəstə valideyninin olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1 ay 15 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Masallı rayonu, Gülütəpə kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 208 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 13,09 kq mis naqillərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli; 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 29, 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza –01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 1 ay 15 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 ay azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Masallı rayonu, Güllütəpə kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 13,09 kq mis naqillər zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 208 (iki yüz səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar